1. İdarəetmə prinsipləri



Yüklə 1,35 Mb.
səhifə4/75
tarix07.03.2022
ölçüsü1,35 Mb.
#53444
1   2   3   4   5   6   7   8   9   ...   75
AİN muhazirelerin konspekti (2)

1.2.3. Əks-əlaqə prinsipi

 

Əks-əlaqə prinsipi texnikada daha geniş vüsət almışdır (şək.7). burada idarəedici təsir çıxış dəyişənindən y(t) asılı olaraq dəyişdirilir və artıq İO-ya hansı həyəcanlandırıcı təsirlərin göstərilməsi əhəmiyyət kəsb etmir.Əgər y(t)-in qiyməti tapşırıq qiymətindən meyl edirsə, onda verilmiş meyletmənin azaldılması üçün u(t) idarəedici təsirə düzəliş edilir. İO-un çıxışının onun girişi ilə əlaqəsi əsas əks-əlaqə adlanır.



Xüsusi halda, tapşırıq verici qurğu çıxış dəyişəninin tələb olunan qiymətini yо(t) formalaşdırır, hansı ki, AİS-in çıxışındakı cari qiymətlə y(t) müqayisə edilir. Müqayisə etmə qurğusunun e = yо-y meyletməsi T tənzimləyicisinin girişinə verilir, hansı ki, öz növbəsində idarəedici qurğusundan, idarəetmə orqanından və həssas elementdən ibarətdir. Əgər e 0 olarsa, onda tənzimləyici u(t) idarəedici təsiri hasil edir, hansı ki, e = 0, və ya y = yо olana kimi təsir göstərəcəkdir. Tənzimləyicinin girişinə siqnalların fərqi verildiyi üçün belə əks əlaqə mənfi adlanır, əks halda müsbət əks əlaqə adlanır.

Meyletmə funksiyasının belə idarəetmə tipi tənzimləmə, belə AİS isə avtomatik tənzimləmə sistemi (ATS) adlanır. Şək.9-da çörək bişirmə sobasının ATS-nin sadələşdirilmiş sxemi göstərilmişdir.

.

Tapşırıq verici qurğunun rolunu potensoimetr oynayır, onun Uз gərginliyi termocütdəki Uт gərginliyi ilə müqayisə edilir. U fərqi gücləndiricidən keçəndən sonra qızdırıcı elementin yerləşdiyi dövrədəki reostatın sürüngəcini hərəkətə gətirən mühərrikə verilir. Gücləndiricinin olması verilmiş ATS-in birbaşa təsirli olmayan tənzim sistemi olmasından xəbər verir, belə ki, idarəetmə funksiyaları üçün enerji birbaşa təsirli tənzimləmə sistemindən fərqli olaraq İO-un özündən yox, əlavə qida mənbəyindən götürülür, məsələn, çəndəki suyun ATS-i.



(рис.10).
Əks-əlaqə prinsipinin mənfi cəhəti onun ətalətliliyidir. Buna görə də verilmiş prinsipin kompensasiya prinsipi ilə kombinasiyası tətbiq olunur, hansl ki, hər iki prinsipin üstün cəhətlərini birləşdirməyə imkan verir.

  1. İdarəetmə nə deməkdir?

  2. Avtomatik idarəetmə nə deməkdir?

  3. Avtomatik idarəetmə sistemi nə deməkdir?

  4. Avtomatik idarəetmənin əsas məsələsi nədir?

  5. İdarəetmə obyekti nədir?

  6. İdarə olunan dəyişən nədir?

  7. İdarəedici orqan nədir?

  8. Həssas element nədir?

  9. Giriş və çıxış dəyişənləri nədir?

  10.  İdarəedici təsir nədir?

  11.  Həyəcanlandırıcı təsir nədir?

  12.  Tapşırıq qiymətindən meyletmə nə deməkdir?

  13.  İdarəetmə qurğusu nədir?

  14.  Tapşırıq verici qurğu nədir?

  15.  Funksional sxem nədir və o, nədən ibarətdir?

  16.  Siqnalın fiziki kəmiyyətdən fərqi nədir?

  17. Açıq idarəetmə prinsipinin mahiyyəti nədir?

  18.  Kompensasiya prinsipinin mahiyyəti nədir?

  19.  Əks-əlaqə prinsipinin mahiyyəti nədir?

  20.  İdarəetmə prinsiplərinin üstün və mənfi cəhətlərini sadalayın?

  21.  İdarəetmənin hansı xüsusi halı tənzimləmə adlanır?

  22. Birbaşa təsirli və birbaşa təsirli olmayan sistemlərin fərqi nədir?



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə