1. İdarəetmə prinsipləri



Yüklə 1,35 Mb.
səhifə1/75
tarix07.03.2022
ölçüsü1,35 Mb.
#53444
  1   2   3   4   5   6   7   8   9   ...   75
AİN muhazirelerin konspekti (2)

1. İdarəetmə prinsipləri

1.1. Ümumi anlayışlar


Avtomatik tənzimləmə nəzəriyyəsi (AİN) 19-cu əsrin ikinci yarısında tənzimləmə nəzəriyyəsi kimi meydana gəlmişdir. Buxar maşınlarının geniş istifadə olunması, onların dayanıqlı iş rejimini təmin edə biləcək xüsusi qurğulara - tənzimləyicilərə tələbat doğurdu. Bu, texniki obyektlərin idarə edilməsi sahəsində elmi tədqiqatların aparılmasına təkan verdi. Tədqiqatlar göstərdi ki, bu nəzəriyyədən alınan nəticələr müxtəlif təbiətli təsir prinsiplərinə malik obyektlərin idarə edilməsində tətbiq edilə bilər. Hal-hazırda bu nəzəriyyənin təsir dairəsi iqtisadi, sosioloji və s. kimi dinamik sistemlərin analizi kimi mürəkkəb məsələlərə kimi genişlənmişdir. Ona görə də, köhnə “Avtomatik tənzimləmə nəzəriyyəsi” anlayışı daha müasir “Avtomatik idarəetmə nəzəriyyəsi” anlayışı ilə əvəz edilmişdir.
Hər hansı bir obyektin idarə edilməsi (idarəetmə obyektini İO kimi işarə edəcəyik) tələb olunan vəziyyətin və ya prosesin alınması üçün ona edilən təsirlərdir. İO kimi təyyarə, dəzgah, elektrik mühərrik və s. ola bilər. İnsan iştirakı olmadan texniki vasitələrin köməyilə obyektin idarə edilməsinə avtomatik idarəetmə deyilir. İO və avtomatik idarəetmə vasitələrinin toplusu avtomatik idarəetmə sistemi (AİS) adlanır.

Avtomatik idarəetmənin əsas məsələsi, insan iştirakı olmadan, İO-da baş verən proseslərin xarakterizə edən bir və ya bir neçə fiziki dəyişənlərin müəyyən qaydada dəyişdirilməsi qanununun saxlanmasıdır. Bu kəmiyyətlər idarə olunan dəyişənlər adlanır. Əgər İO kimi çörək bişirmə sobası götürülürsə, onda idarə olunan dəyişən temperatur olacaqdır, hansı ki, texnoloki prosesin tələblərinə uyğun olaraq müəyyən qaydada dəyişdiriləcəkdir..

 


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə