1 ƏZİZƏ CƏFƏrzadə aləMDƏ SƏSİm var məNİM



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix04.06.2017
ölçüsü5,27 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   28

2

  yenə  göylərə  yüksələcək!  Şagirdinin,  amalını  vəsiyyət  etdiyin 

Sabirinin əlində. 

Alışın səsi: 

-Qurban  olum  Allaha,  ölüb  gedəcək,  adı  da  silinəcək  yer  üzündən;sabah 

basdırılan kimi, min ilin ölüsünə qatılacaq, qurtarıb gedəcək... 

Yenə  də  Seyyid  özümü,  anasımı,  pərilər  soltanımı,  Ceyranmı,  könlümü,  axı

kimdir o, kimin səsidir, Seyid Əzimin öz misralarını oxuyur: 

-Qulaq vermə, Ağa, yesirin olum, boş sözdür, özün demisən ki: 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  

Seyyida, ölmənəm, aləmdə səsim var mənim... 

Ölməkdə olan şairin göz qapaqları ağırlaşırdı. O, dərin, şirin bir yuxuya gedirdi, 

o bilirdi ki, bu yuxudan oyandı yoxdur. Yalnız cisminə oyandı yoxdur, səsi isə bu 

aləmdə  qalacaq,  əbədi  qalacaqdır.  Odur  ki,  sakit,  xoş  bir  yuxuya  gedirdi, 

qulaqlarında  çarpışan  bir  aləmin  vuruş  səsi,  yaxınında  ananın,  Ceyranın,  pərilər 

soltanının hələ bəlkə Sarabəyimin də səsi həzin bir layla çalırdı. 

...Sabah oldu. Şirvan dəbiycən cənazəni tez suya tutdular, Mahmud ağa Kərim 

bəy, Hacı Ömər bəy, Hacı Səməd bəy, şairlərdən Zühuri, Rağib, Qafil və Nasehin, 

Şirvan ziyalı və tərəqqipərvərlərindən möh- 

 

 



                                                                                                                                                  

429 


təşəm  bir  izdihamın  müşayiəti  ilə  şairi  onun  öz  vəsiyyətinə  görə,  Şaxandan 

qəbiristanına apardılar. Mahmud ağa onun bir zamanlar dediyi beyti də yada salıb, 

həzin, sızıltılı bir səslə qəbri üstündə, ucadan təkrarladı. Sənduqənin üstündə şairin 

çox sevdiyi xəttat məktəbinin təlimi üzrə məhz bu beyt həkk olundu: 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  

Seyyida, ölmənəm, aləmdə səsim var mənim... 

Şirvan  ziyalıları  bu  beyti  şair  Hacı  Seyid  Əzim  Şirvani  yaradıcılıgı

istiqamətləndirən, bütün ədəbi və ictimai fəaliyyətinə qiymət verən bir rəmz kimi 

qəbul etmişdilər. 

Bu gün 8 ramazan 1305-ci il idi. Elə həmin gün şairin həmvətənlərindən, gənc 

qələm  dostlarından  biri  olan  Ağaəli  Naseh,  nazik  dodaqlarını  qəzəb  və  kədərlə

sıxmış,  mülayim  ifadəli  ağ  bənizi  boğulmuş,  cənazə  alayını  müşayiət  etdikcə

düşünürdü: "Sevinməyin, şadlanmayın, ağalar! Seyid Əzim öldü - Seyyid ki,  şeir 

ki,  ölmədi,  Vəfat  edən  Hacı  Seyid  Əzim  Seyid  Məhəmməd  oğludur.  -  Əməl  ki 

deyil! Siz, sağlığında onun özündən, kəlamından, öləndən sonra da cənazəsindən, 

cənazə  alayından  qorxursunuz  və  hələ  çox  da  qorxacaqsınız!!!  Bundan  sonra  da 

"öldü",  deyə  sevinməyin.  Bundan  hələ  çox-çox  sonra  balalarınız  mənzumələrini 

oxuyanda, satiralarını söyləyən Cavadın səsini eşidəndə, qəzəliyyatını xanəndələrin 

sövtündə  dinləyəndə,  kitablarını  rəflərdə,  nəsihətlərini  çərəkə  əvəzinə  şagird 

əllərində görüb dəfən-dəfən boğulacaq, fovt olacaqsınız... hələ bu harasıdır?!" 

Əziz dost, Naseh bacarsaydı, hələ deyərdi ki, gün gələcək, Şirvan torpağının ilk 

addımında böyük müəllim, maarifçi şairin şəkli, heykəli ucalacaq. Gələn qonaqlar 

onu salamlayıb şairlər Vətəni olan müqəddəs torpağa qədəm qoyacaqlar. 

Qərəz,  səkkiz  ramazan  günü  isə  Ağaəli  Naseh  Seyyidin  ölümünə  kədərli 

misralar  həsr  etmiş,  vəfat  tarixini  əbcəd  hesabı  ilə  şerindəki  bu  misralarda 

gizlətmişdi: 

Naseh dedi tarixi-vəfatın qəm ilə:  

Səd heyf ola Seyyidi-Şirvan getdi. 

Şirvan,  sənin  paytaxtının  səddində  üç  təpə  var,  bu  üç  təpə  üç  də  məzarlıqdır: 

Şaxandan, Lalazar, Yeddigünbəz... Zövq əhli olan baba- 

 

 


                                                                                                                                                  

430 


lar  həmişə  ev,  yurd  yeri  kimi,  məzarlıq  üçün  də  səfalı,  axar-baxarlı  yer 

seçiblər...  Elə  bil  istəyiblər  ki,  bu  yüksəkliklərdən  gözləri  doymayan,  ürəkləri, 

ciyərparələri qalan Vətən torpağını həmişə seyr edə bilsinlər... Elə bil istəyiblər ki, 

qoyub  getdikləri  doğma  diyarda,  əzizləri  hər  qapıya  çıxanda  onların  məzarını

görsünlər, Lalazarda, Şaxandanda, Yeddigünbəzdə yatanları unutmasınlar... Arada 

rabitə qalsın... İstək kimi, o da ölməsin... 

İndi  Şaxandan  şairimi,  Seyyidimi,  Ağamı  qoynuna  aldı...  Şirvan,  sənin  gözəl 

oğullarından biri XIX əsr Azərbaycan musiqisinin bilicisi, musiqiçilərin, şairlərin 

hamisi,  Qafqaz  incəsənətinin  mesenatı  Mahmud  ağa  bir  az  sonra  Lalazara 

gömüləcək!  Sabirin  isə  Yeddigünbəzi  təzədən  ziyarətgaha  çevirəcək!  Sənin  üç 

böyük oğlun, bu məzarlıqları ziyarətə gələnlərə müraciətlə deyəcəklər: Budur sizin 

panteon,  əziz  xələflərimiz!  Diyarbədiyar  Təbrizdə,  Hələbdə,  Kərbəlada,  Şərqin 

digər şəhərlərində, qərib torpaqlarda dəfn olunmuş övladların da Vətən adı dilində

gözünü  dünyaya  yumub,  bizim  kimi...  Sizin  üçün  yazıblar,  "Sizi  deyib  gəliblər" 

bizim kimi... 

Şamaxı  yollardan başlayır... Sonsuz, nəhayətsiz  yollar... Şirvana gedən  yol  az 

qala dünyanın bütün ticarət aləminə məlumdur. Hələ uzun illər, qərinələr keçəcək, 

Şərqin bir sıra ölkələrində "Şamaxı" adlı kəlağayı örtüləcək, uzaq Hindistanda indi 

də "Şirvani" adlandırılan geymələri kişilər sevə-sevə geyəcəklər... "Şirvana gedən 

karvan  yolu",  "Şamaxı  yolu",  "Şirvan  şahlığı",  "Şamaxan  sultanlığı",  "Şirvan-

şahlar sarayı" ifadələri dillərdə qalacaq. Bir nağıl, bir əfsanə, bir hekayət başlanğıcı

kimi...  Şirvandan  çıxan  yollar  Şirvan  oğullarını  diyarbədiyar  salır.  Uzaq  ölkələrə

biri ticarətə gedir, - Şirvandan xas ipək aparır. Bir başqası elm əxz və intişar üçün 

gedir,  -  saraylar  bəzəyi  şair,  alim  olur.  Nə  olar...  Dar  çərçivədə  qalmayıb  gedən 

oğullar, Vətən eşqilə yenə də qayıdıb gəlir... Təki sağ olsunlar. Hara getsələr də, 

təki  Lalazar  yolu,  Şaxandan  yolu,  Yeddigünbəz  yolu  getməsinlər;  qayıtsınlar... 

Şirvanı gözsüz, sözsüz, oğulsuz qoymasınlar... 

Ayrılıq  vaxtı  çatdı,  dostlar,  sizə  sonsuz  səadətlər  diləyirəm.  Mənə  rəfaqət 

etdiyiniz üçün çox sağ olun. Gələcək görüşlərədək... 

Bakı, 1970-1972 

 

 


                                                                                                                                                  

431 


MÜNDƏRİCAT 

Ön söz.................................................................................................................4 

Şamaxı yollardan başlayır……………………………………………………..11 

İlk imtahan………………………………………………………………..…...18 

Görüş yeri……………………………………………………………………..34 

Məsləhət……………………………………………………………………….45 

Pərilər soltanı....................................................................................................59 

Bəst…………………………………………………………………………….69 

Yenə Şamaxıda………………………………………………………………116 

And…………………………………………………………………………...124 

Məktublaşma…………………………………………………………………135 

"Beytüs-Səfa"………………………………………………………………...159 

Qəmzə………………………………………………………………………..180 

Güllübəyim…………………………………………………………………...195 

Vida (müsibət)………………………………………………………………..223 

Zəmanənin ikinci Leylisi…………………………………………………….236 

Sona…………………………………………………………………………..252 

Çillə çıxartmaq……………………………………………………………….261 

Müsəlla……………………………………………………………………….278 

"Aslan və iki öküz"…………………………………………………………..291 

Yenə də Sona (davamı)………………………………………………………328 

Ziddiyyətlər içində…………………………………………………………...338 

Ana duası…………………………………………………………………….354 

Qaravəllidə…………………………………………………………………...398 

"Mizan-tərəzi" və yaxud dörd Ramazan……………………………………..408 

 

 



                                                                                                                                                  

432 


ƏZİZƏ CƏFƏRZADƏ 

  

ALƏMDƏ SƏSİM VAR MƏNİM 

"ŞƏRQ-QƏRB" 

  

BAKI-2006 



 

 


                                                                                                                                                  

433 


  

Buraxılışa məsul:

 

Əziz Güləliyev 



Nəşriyyat redaktoru:  

Əlişirin Şükürlü 

Tərtibatçı-rəssam:

 

Nərgiz Əliyeva 



Kompyuter səhifələyicisi: 

Rəvan Mürsəlov 

Korrektorlar: 

 

Elnaz Xəlilqızı 



Tutu Məmmədova 

 

 



                                                                                                                                                  

434 


  

Yığılmağa verilmişdir 20.06.2006. Çapa imzalanmışdır 29.08.2006. 

Formatı 60x90,

1

/



16

. Fiziki çap vərəqi 27. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 137. 

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  



Bakı, Aşıq Ələsgər küçəsi, 17. 


Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə