1 ƏZİZƏ CƏFƏrzadə aləMDƏ SƏSİm var məNİM


ŞAMAXI   YOLLARDAN   BAŞLAYIR



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix04.06.2017
ölçüsü5,27 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   28

ŞAMAXI   YOLLARDAN   BAŞLAYIR 

Şamaxı yollardan başlayır... Yollar... Sonsuz, nəhayətsiz yollar... Şirvana gedən 

yol az qala bütün dünyanın ticarət aləminə məlumdur. Şərqin bir sıra şəhərlərində

hələ  uzun  illər  "Şirvana  gedən  karvan  yolu",  "Şamaxı  yolu",  "Şirvan  şahlığı", 

"Şamaxı sultanlığı" ifadəsi qalacaq... Bu yollardan gələn karvanlar Şirvan gözəlləri 

üçün Benaresdə toxunmuş incə, zəngin və gözəl bənarə örpəklər, hind gəlinlərinin 

örtdüyü  sarı  kimi  zərif  çarşablar,  Bakıdan  neft,  duz,  zəfəran,  Şəkidən  ipək, 

Dağıstandan şal, Qafandan misgərlər üçün mis külçələri, Qəbələdən qoz, fındıq və

şabalıd,  Məkərə  və  Moskvadan,  İrandan, Türkiyədən, Ərəb ölkələrindən  müxtəlif 

matahlar  gətirir.  Qapan  meydanı  səhərdən  axşamacan,  axşam  namazından  sübh 

azanınacan  aramsız  işləyir.  Burada  baş  qapançı  Ağa  Rəsulun  köməkçiləri  və

şagirdləri  yükləri  qapana  vurur.  Mirzə  Səftər  isə  hesabat  dəftərinə  salır.  Sonra 

möhkəm  yaddaşlı  Ağa  Rəsul  dəstəmazını  sındırmadan  oturub,  gələn  malları

hesablayır.  Şamaxının  dörd  mindən  ziyadə  sənətkarına,  yeddi  yüz  toxucu 

dəzgahına, iki qanovuz karxanasına, bəzzaz, baqqal, misgər, başmaqçı cərgələrmə

lazım olan malları, tacir və sənətkarların tələb etdiyi qədər bölüşdürüb paylaşdırır, 

qalanını  sarbanlar  üçün  hazırlatdırır.  Ağa  Rəsul  bütün  bu  ağır  hesabatı  Mirzə

Səttardan  yaxşı  yadda  saxlayır,  heç  kəsin  sifarişini,  sifarişin  qədərini  unutmur. 

Hesab dəftərindən düşənləri də Mirzə Səttarın yadına özü salır. 

Şirvanın  aləm  vaxtında  giririk  bazara.  Hələ  nə  1859,  nə  1872,  nə  də  1902-ci 

illərdə  bu  yerləri  xərabəzara  çevirən,  onun  görkəmli  adamlarını,  adlı  tacirlərini 

diyarbədiyar  salan,  gözəl  binalarını,  daş  döşənmiş  dürüst  küçələrini  alt-üst  edən 

zəlzələlər  baş  verməyib,  az  qala  yüz  əlli  minə  çatan  əhalisinin  çoxu  didərgin 

düşməyib, hələ hər bir evdən, hər ağac dibindən bir toy, bir şənlik məclisinin səsi 

gəlir,  Şirvan  xanəndələrinin,  rəqqasələrinin  şöhrəti  dünyaya  yayılıb,  şən-şatir 

adamlar “əhli-kef”, bəxtiyar camaat kimi, dövlətli-varlı, gülərüz, qonaqsevər xalq 

kimi  tanınır.  Zeynalabdin  Şirvaninin  Hindistan,  Ərəb  ölkələri,  İran,  Əfqanıstan 

səfərləri  haqqında  əfsanələrə,  nağıllara  bənzəyən  hekayələri  bitib  qurtarmayıb. 

Cavan tacirlər onun izilə, onun gəzib, görüb gəldiyi ölkələrə getmək həvəsindədi. 

Tək bir Şamaxıda qanovuz, kəlağayı, 

 

 


                                                                                                                                                  

12 


 

darayı  toxuyan  dörd  minəcən  usta  -  sənətkar  var.  Qərib  qonaqlar  saatlarla 

dəzgahların  yanında  durub  şərbafların,  kargərlərin  oxuduğu  əmək  mahnısını

dinləməkdən doymurlar. 

"Dələgeyin-dəmşalağın  baxtına,  balağı  cırıq  baxtına".  Deyirlər  ki,  belə

oxuyanda butalar dəzgahda bütöv çıxır... 

Şirvan  yollardan  başlayır.  Bu  yollarla  gələn  yolçular  Şamaxıya  çata-çatmaya 

onun  dörd  çevrəsində  cari  olan  Söyüdlü,  Güllü,  Minaxor...  bulaqlarının  başında 

müvəqqəti bina salır, çadır kimi kölgəliklər yaratmış ağacların altında dincəlir, əl-

üzünü uzun yolların tozundan yuyub təmizləyir, pal-paltarını səliqəyə salır, Şamaxı

bazarına "insan kökündə" girməyə hazırlıq görür... 

Şamaxı  bazardan  başlayır...  Burada  bazar  çoxdu:  Misgərbazar  dünyaya  Lahıc 

işi  -  mis  qazanlar,  bəzəkli  sərniclər,  güyümlər,  naxışlı  aftafa-ləyənlər,  lüleyinlər, 

aşsüzənlər,  sərpinclər  göndərir.  Bu  mis  üzərinə  salınmış  ornamentlər,  naxışlar 

baxanı valeh eləyir... Bəzzaz-bazar tacirləri adnandı. Onların dükanlarında Məkərə

yarmarkalarından  başlamış  Hindistan,  İran,  Çin  və  başqalarından  gətirilmiş  gözəl 

ipək  parçalarla  yanaşı,  Şamaxının  özündə  toxunan  əlvan  kəlağayılar,  qanovuzlar, 

darayı,  cecim  və  xalçalar,  güləbətin  işləmələr  satılır.  Bir  çox  ölkə  və  şəhərdə

Şirvan  kəlağayısı  "Şamaxı"  adlandırılır.  Şirvan  ustalarının  əl  işləri  dünya 

bazarlarına yol açır. Şamaxının, Şəkinin xam  ipəyini də tacirlər bu cərgədən alır, 

karvan-karvan Şərqin və Qərbin, Şimalın və Cənubun karxanalarına göndərirlər. 

İngilis  sarayının  daimi  müvəkkili  Şamaxıdan  əl  çəkmir.  O  burada  toxunan 

ipəklərin  ən  zərifini,  xalçaların  ən  rəngarəngini  çeşid-çeşid  seçir,  bircə-bircə

yoxlayır  və  alır.  Deyirlər  ki,  onun  aldığı  ipəklər  İngiltərə  sarayında  xüsusilə

bəyənilir, şah və şahzadə xanımlar məhz Şamaxı ipəyi geyməyə can atırlar. 

Multanı tacirləri, atəşpərəst Kəşmir qəribləri də burada daimi məskən salıblar, 

onlar  da  buradan  Hindistana  müxtəlif  çeşidli  mallar  alıb  göndərirlər.  Kərbəlayı

Vəlinin karvanı gələndə Şamaxı bazarları xüsusilə rövnəqlənir, canlanır. 

Bazar  çoxdu...  Baqqalbazar,  Dərzibazar,  Başmaqçıbazar,  Xarrat-bazar... 

Gürcübazar...  Bəzzazbazar  tacirlərilə  yanaşı  Gürcübazardakı  bir  əczaxana  və

əczaxananın  alt  mərtəbəsində  salınmış  meyxanənin  də  bizim  hekayətimizə  dəxli 

var... Gürcübazarda gözü açıq cavanların bir çoxu öz rus, erməni, malakan, gürcü 

qardaşları  ilə  sərbəst  görüşüb  danışa  bildikləri  kimi,  məşrəb  aludələri  də  burada 

tez-tez görünür... 

 

 


                                                                                                                                                  

13 


 

Onların güdükçüləri, qulaqçıları  da buralara  tez-tez  baş  çəkir...  Bir  cavana bu 

məhəllədə  rast  olan  kimi,  onu  qeyri  millətlə  durub  söhbət  edən  görən  təki  az 

keçməmiş  xəbər  bütün  bazara  yayılır:  "Adə,  sən  öləsən,  meyitüvü  görüm  yalan 

deyirəmsə, hindicə Hacı Məhəmmədin oğlunu Gürcübazarda, o xaraba qalmışdan 

çıxan gördüm, özü də o erməni oğlu ilə qolboyun. Dilim kəlməyə gəlməsin əyəm o 

yan, bu yanı varsa"... 

Bəli...  Şirvan  yollardan...  Şamaxı  bazardan  başlayır...  Bizim  üçün  isə  təkcə

bircə  yerdən-Bəzzazbazardan...  Bazar...  O  canlı  cismə  bənzər...  Onun  öz  başı, 

ürəyi,  qolları var...  Bazarın öz  dərdi, öz  sirləri,  öz kədər  və  sevinci  var...  Burada 

xam,  nabələd  adam  aldana  da  bilər;  burada  insan  xətası  lağa  qoyula  bilər,  o 

alçaldıla  da  bilər,  lakin  burada  əsil  dərd,  ümumun  kədəri  kimi  də  qarşılanır... 

Fağırın,  əlsiz-ayaqsız  məsumun  birinə  bəs  deyincə  əl  də  tutarlar,  bazar  əhlini 

xamlamaq istəyən namərd isə ələ də salınar, bazardan, bu canlı aləmdən əbədilik 

qovularda...  Bazar  canlı  bir  dünyadır...  Bir  aləm,  bir  cəmiyyətdir...  Onun  öz 

yazılmamış qanunları, qanun hökmünə qaldırılmış adətləri var... 

Şərqdə  öz  canlılığı,  zənginliyi,  rəngarəngliyi  və  sərvətilə  məşhur  olan 

qələbəlikli Şirvan, Şamaxı bazarından dünyanın bir çox məşhur şəhərlərinə yollar 

gedir,  bu  yollar  Pirdirəki  dağından,  Gülüstan  aşırımından,  Qobustan  düzündən 

keçir. 


Bazarın  öz  daimi  sakinləri,  öz  satıcısı,  alıcısı,  öz  hoqqabazı,  dəlisi,  öz  şairi, 

müdriki,  öz  dilmancı,  darğası,  öz  vəkili,  ağsaqqalı,  başbiləni  var...  Bazar  yad 

qonaqlı, yaxın qohumlu, doğma övladlı, ögey oğullu, ağıllı balalı, başabəla, əliəyri, 

eybəcər  vələdli nəhəng bir ailə, bir külfətdir...Onun öz dərdi, öz azarı var, onun öz 

sevinci, öz qayğıları var. Bazar bunu heç kəsə verməyi sevməz, yada, naməhrəmə

sirr  açmaz,  açanı  da  cərgəsindən  qovar...  Onun  sevinci  payansız  olduğu  kimi, 

qəzəbi də dəhşətlidir... 

Gəlin  əl-ələ  tutaq,  çiyin-çiyinə  verib  hekayətimizlə  sıx  əlaqəli  Bəzzazbazarından 

keçək, birbəbir də olmasa, onun bəzi daimi sakinləri ilə tanış olaq. 

Ən  əvvəl,  bax,  o  başında  tabaq  gəzdirən  ayaqyalın,  ucaboy  kişiyə  baxın, 

pərakəndə  geyimindən  də  görürsünüz  ki,  kasıb  adamdır.  Ağası  Baqqalbazarda 

halvaçı dükanı saxlayır, özü isə tabaqçıdır, qışda ədvalı (İsfahan), küncüd, fındıq 

halvalan,  Şəkidə  hazırlanıb  gətirilən  paxlava,  riştə-xətai,  yayda  isə  yağasər  (buz) 

satır.  Tabaq  bütün  gün  uzunu  başından  düşmür,  dükan-dükan  gəzib  bəzzazlara 

halva paylayır, adına 

 

 



                                                                                                                                                  

14 


 

Yetim Hüseyn, bəziləri isə "Yaxası açıq yetim" deyir. Yaşı məlum deyil, kimdən 

soruşursan  "gözümü  açandan  Yetim  Hüseyni  tanıyıram"  deyir.  Bəzzazbazarını

Yetim  Hüseynsiz  görən  olmayıb.  Daima  başında  gəzdirdiyi  tabağı  yerişinə

həmahəng  bir  şəkildə  yırğalayar  və  durmadan,  babət  səsilə  zümzümə  elər, 

Şamaxıda təzə çıxan havaları ilk əvvəl Yetim Hüseyndən eşidərsən... 

Bazar  meydanının  başındakı  o  açıqlıqda,  nəhəng  tut  ağacının  altında,  daş

üstündə  oturmuş  qəşəng,  təmiz  geyimli  adam  Cin  Cavaddır.  Şamaxını  Cin 

Cavadsız təsəvvür etmək mümkün deyil. Sərpayıdır, xəlfədir, bir az sonra haqqında 

danışacağıq.  İndilik  bunu  deyək  ki,  Cavadın  başında  həmişə  indicə  gördüyünüz 

kimi bir dəstə adam olur, heç tək qalmır... 

Bundan  aşağı  dükan  cərgələri  başlanır.  Bəzzazbazar  iki  cərgəli  uzun  küçədir, 

yerinə  ala-babat  qara  çaydaşı  döşənibdir.  Burada  o  qədər  də  toz-torpaq  olmur, 

tacirlərin  aylıq  maaş  verdiyi  süpürgəçi,  hər  obaşdan  küçəni  ikitərəfli  süpürür, 

sulayır, bəzi xüsusi hörmət və mənfəət gördüyü tacirin pəncərə-qapılarını da silir. 

Gördüyünüz o birinci dükan Hacı Əsədə məxsusdur. Geniş, böyük piştaxtaları, 

zərxara, qanovuz, darayı, Hacı Sadıq işi çarşablar, bənare örpəklər dolu qəfəsələri 

olan  o  səliqəli  dükana  sonra,  münasib  düşəndə  girərik.  Arxa  otaq  anbardır.  Hacı

malları  orda  saxlayır.  Hacı  Əsəd  mağazasının  pəncərələrinə  Şamaxıda  ilk  dəfə

olaraq  iri,  ağ  naxışlı  şüşələr  saldırmış,  bu  şüşələrin  dalındakı  nümayişgahlara 

Hacının  Məkərə  və  Moskvada  gördüyü  qaydada  parçalardan  nümunələr 

düzülmüşdür. Hacı satıcı-pirkeşik saxlamır. Oğlu Tərlanı piştaxta dalında pirkeşik 

əvəzində işlədir, "çobanı özündən olanın, qoyunu əkiz doğar" deyir. O, gələcəkdə

oğlunu  tacir  görmək  istəyir,  elə  indidən  Şamaxıya  mal  gətirən  məşhur  tacirlərə, 

sarvanlara  nişan  verir.  Adamlara  ləqəb  qoşmaqda  xüsusilə  ad  qazanmış

şamaxılılar,  hətta,  tacir  dostları  da  üzdə  onu  "Hacı",  arxada  "qapaqlı"  adlandırır. 

Sirverməz, qapalı adam olduğuna və ya xəsisliyinə görəmi belə adlandırıldığı bəlli 

deyil.  Amma  ləqəb  Hacının  özünə  də  məlumdur.  Hətta,  nə  üçünsə,  bu  adla  fəxr 

edir,  arabir  hirsi  tutanda  "mənə  də  qapaqlı  deyərlər",  deyə  əlini  geniş,  dolğun 

sinəsinə çırpır. Hacı Əsəd çox dolu, şişman adamdır, qat-qat et basmış qısa boynu 

görünmür, elə bil ki, başı bədəninə yapışıb. İl on iki ay tərtəmiz ülgüclətdirdiyi başı

lahıc qəleyi görmüş mis qazança kimi par-par parıldayır. İki sıx bozarmış qaşından 

başqa  kosa  sifətində  bir  dənə  də  rük  yoxdur,  hirslənəndə  ətli  sifəti  paxırı  çıxmış

mis kimi 

 

 


                                                                                                                                                  

15 


 

qıpqırmızı  qızarır.  Əyninə  enli  şalvar  və  gen-bol  ağ  köynək  geyər,  yay-qış  sətin 

geyməsinin  belindən  şal  qurşağı  açmaz.  Hacının  dostu  bəzzaz  Hacı  Qədirdən 

Əsədə  nə  üçün  qapaqlı  ləqəbi  verildiyini  soruşduqda  deyib:  "Vallah,  qapaqlı-

qapaqsız  bilmirəm,  amma  heç  ağzının  qapağı  yoxdu  kişinin,  bir  xəbər  eşitdimi 

dəstinə aləmə yayacaq". 

İkinci  dükan  qapaqlının  dostu  və  dükan  qonşusu  Hacı  Qədirindir.  Köhnə

dükandır,  təzəcə  əl  gəzdirib,  təzələşdirib.  Qonşusunun  əksinə  olaraq  Hacı  Qədir 

arıq, ucaboy adamdır. Qaraquş dimdiyinə oxşayan əyri donqar burnu, sıx qarabığlı, 

topasaqqallı ağzının üstündə təpə kimi ucalır. Həna və rəngdən saqqalında bir dənə

də ağ tük nəzərə çarpmır, daima əlində təsbeh olar, zikr deyən dodaqları qalındır, 

badımcanı  rəngə  çalır.  Dəvə  yunundan  əldə  toxunmuş  çuxa  geyər,  Məkkədən 

gətirdiyi  tirmə  qurşağı  nazik  belinə  sarıyar.  Kişi,  necə  deyərlər,  Allahdan  da  çox 

pirə inanır, harda bir təzə pir çıxdi, mütləq gedib oranı ziyarət etməlidir. Etməsə, 

Hacı  Əsəd  demişkən  "dini  dürüst  olmaz",  Sadəlövh,  deyilənə  inanan,  həqiqi 

mənada dindar adamdır. Amma hər şeyə inansa da, bircə alverdə heç nəyə inanan 

deyil, eşitdiyi bütün xəbərləri, etdiyi sövdanı mütləq yoxlamalı, görməli, öz əli ilə

etməlidir. Sifariş, ismarışla işi yoxdur. 

Hacı Qədirin dükanının qənşərindəki tikili çox köhnədir, hələ İsmayılın babası

Kərbəlayı  Qənbər,  sonra  atası  Hacı  Hüseyn,  indi  isə  özü  burda  ticarət  edir. 

İsmayılgil üç qardaşdır. bunların təkcə böyüyü - İsmayıl əsil mənada tacirdir. O da 

hələ cavandır, cəmi iyirmi yaşı var. Ortancıl Vəli fağır uşaqdır, ondan kiçik, ailənin 

sonbeşiyi  və  sevimlisi,  qaraca  oğlan  Məhəmməddir.  Onun  gələcəkdə  nə  peşənin 

sahibi  olacağını  heç  kim  bilmir,  hamı  anasının  dili  ilə  Məhəmmədi  ailədə  və

qohum-əqrəba  arasında  "qara"  çağırır.  Təzəcə  mollaya  gedir.  İsmayıla  ata  və

babasının sadiq dostu olan tacir və sarvanlar kömək eləyir, yoxsa cavan tacirin hələ

elə  bir  səriştəsi  və  tüccar  arasında  böyük  etibarı  yoxdur.  İsmayılın  

xeyirxahlarından  biri  və  bəlkə  də  birincisi  Qapançıbaşı  Ağa  Rəsuldur.  Ara-sıra 

işdən başı açılanda, yola Bəzzaz-bazara düşəndə, mütləq köhnə dostunun dükanına 

baş çəkər. Çox sadiq adamdır. Ağa Rəsulun düzlüyü dillər əzbəridir. Bütün sarvan 

və tüccar onun sədaqət və düzlüyünə arxayındır. Deyirlər ki, hansı bir tacir və ya 

sarvan  onun  yanında  bir  şey  unutsa,  yoldan  qayıtmayıb,  arın-arxayın  işinə  gedən 

"Ağa Rəsul hərə bir kimsənin həbbəsini ötürməyib" deyər. Qayıdanda, istər lap bir 

il olsun, səni görən kimi deyəcək: "Qardaş, malın xarab olan idi, verdim filankəsə, 

satdırdım, bu da pulun, 

 

 



                                                                                                                                                  

16 


 

çuvalların  da  evdədi,  gədəyə  deyərəm  gətirər".  Ya  da  "Qardaş,  malın  tələf  olan 

deyil,  qiymət  də  ucuz  idi  deyin  satdırmadım,  dedim  sən  gələnə  bəlkəm  qiymət 

dəyişdi, gəlib özün yerbəyer elərsən, odu vurdurmuşam, dörd çuvalını anbara, adə, 

Əlmərdan, ağanın mallarını çəkin qapana". Hamı bilir ki, Ağa Rəsul namus üstə, 

şərəf üstə, təmiz ad üstə diri gözlü ölümə gedər, adının ləkələnməsinə razı olmaz. 

İsmayılın  dükanından  aşağıda  Bəzzazbazar  çayçısı  Əlmuxtarın  çayxana  və

pitixanası  yerləşir.  Əlmuxtar  çayçılıqda  şöhrət  qazanıb,  çox  səliqəli,  təmizkar  və

mömin kişidir. Seyfi adında bircə şəyirdi var. Qapıdakı o nəhəng samovarları Seyfi 

qaynadır,  tacirlərin  "Ağa  Əlmuxtar,  bir  çay"  çağırışına  Seyfi  cavab  verir,  cəld 

çaydan  və  piyalələri,  fincanları,  lahıc  işi  parlaq  mis  siniyə  düzüb  aparır.  Qab-

qacağı  da  Seyfi  yuyur,  Əlmuxtar  bir  çay  dəmləməklə  məşğuldur,  bir  də  haqqı

yığmaqla. Dal otaqdakı köməkçisi pitiləri bardaqlarda hazırlayıb təndirə qoyur və

lazım olduqca, Əlmuxtarın tələbilə, Seyfiyə verib göndərir. Əlmuxtar bəstəboy olsa 

da,  çox  qüvvətli  kişidir,  nəhəng  samovarları  tək-başına  qaldırır,  qaynar-qaynar 

taxtabəndin  üstünə  qoyur.  Güləş  həvəskarıdır.  Hacı  Qədir  demişkən  "Qolunda 

Əliyyəlmürtəza  gücündə  bir  zərrə  var".  Cavanlığında  toylarda  cox  guləşib,  indi 

şəninə  və  yaşına  yaraşdırmır.  Bircə  arzusu  var:  lazımınca  pul  toplayıb  ağanın 

ziyarətinə  getmək  və  üzünü  o  Həzrətin  türbətinə  sürtmək.  Bu  eşq  ilə  kişi  hər 

məhərrəmdə elə şurnan sinə vurur ki, bir ay qarası sinəsindən getmir. 

Tələsməyin,  bir  dükançını  da  sizə  nişan  verməliyəm,  onun  da  bizə  dəxli  var. 

Bəzzazbazarın orta göbəyində ipək, arşınmalı ticarəti ilə heç bir əlaqəsi olmayan o 

xırdaca dükan kitabfüruş Məşədi Qulama məxsusdur. Bu balaca, səliqəli və təmiz 

dükan,  onun  qəribə  sakini  çox  maraqlıdır.  Buraya  o  qədər  şair  və  şeir  həvəskarı

gəlir ki! Gəlin biz də onu nəzərdən qaçırmayaq, qalan tüccarın dükanları ilə işimiz 

olmayacaq, Bəzzazbazar böyük, tacir çox, nə işimizə qalıb. Məşədi Qulam indilik 

bu aləmdə yeganə adamdır ki, onun dükanı burda dissonans kimi səslənir. 

Hamıya  bir  ləqəb  qoşmağa  həvəsli  Şamaxı  camaatı  onu  Qırmızı  Qulam 

adlandırır.  Kişinin  sözü  qızıl-qırmızı,  düz  müsahibinin  gözünün  içinə  deməsinə

görə. Ətraf kəndlərdə onu tanıyanlar hörmətlə Məşədi Qulam deyə müraciət edir. 

Uzaq şəhərlərin kitab və şeir həvəskarları üçün o, "kitabfuruş Məşədi Qulam"dır. 

Şərqin  ən  mötəbər  şəhərlərindəki  xəttatlar,  əlyazma  divanları,  zəngin  ornamentli, 

zərrin  və  qiymətli  Quranlar  tərtib  edən  və  satan  şəxslər  Qulam  kişini,  qiyabi  də

olsa, tanıyır, sarvanlar vasitəsilə ona satmaq üçün müntəxəb məcmuələr, 

 

 


                                                                                                                                                  

17 


 

risalələr, "Şahnamə" və "Xəmsə"lər, təfsirlər, "Qisəsül-əmbiya", "Qisəsül-övliya", 

İncə  ornamentli  divanlar  göndərir    və  Şamaxı,  Gəncə,  Şuşa  qalası  və  başqa. 

Şəhərlərdə  çalışan  xəttat  və  nəqqaşların  əsərlərini  də  onun  köməkliyi  ilə  əldə

edirlər. Şeir həvəskarları - tacirbaşı və sarvanlar Şamaxıya gələndə Məşədi Qulama 

dəyməyi  mütləq  vacibatdan  sayarlar.  Məşədi  Qulam  Şərqin  müxtəlif  cəhətlərilə

əlaqə  saxlayan  müştərilərin  səliqəsinə  yaxşı  bələddir.  Hər  birinin  istəyinə  görə, 

gələcəyi  günü  təxminən  də  olsa  müəyyənləşdirib,  istəyə  biləcəyi  əsəri  əl  altında 

hazır  saxlayır.  Məşədi  Qulamın  qazancı  böyük  olmasa  da,  bazarı  kasad  deyil, 

rəvacdır.  Bəzzazbazar  qış  aylarında  satıcıdan  xali  olanda  şeir  həvəskarı  olan 

dükançıların  bəzisi  Məşədi  Qulamın  dükanına  yığışır,  onun  həvəslə  oxuduğu 

şeirləri dinləyirlər. Məşədi Qulamın da bir azarı var: yaman həcviyyatpərəst, həcv 

aludəsidir.  Kimə  həcv  qoşulsa,  gizlicə  "xəttat  və  azurğu  şair"  adlandırdığı

Nəcəfquluya  üzünü  köçürtdürüb  saxlayacaq,  alıcı  düşəndə  yüz  and-aman  eləyib 

"bax, sən imam, mənim adım olmasın", deyib satacaq.   

Bununla  da  bizim  Bəzzazbazarın  əsas  sakinlərindən  bir  qismi  ilə  tanışlığımız 

qurtarır. Vay, vay, bağışlayın, lap yadımdan çıxmışdı, Bəzzazbazarda daim dükanı

olmasa da, bir nəfərin işi, həyatı bütünlüklə buraya bağlıdır: bu suçu-Sərçə Bağıdır 

ki, evlərə su daşıyır və dükan sahiblərinin aftafa-səhənglərinə gərək olan miqdarda 

bulaq  suyu  gətirir.  Xırdaboy,  cılız  adamdır  Sərçə  Bağı.  İl  uzunu  yalın  ayaqları, 

cadar-cadar  olmuş  dabanları  qıpqırmızı  olar.  Çox  üzüyola  bir  eşşəyi  var,  suyu 

güyümlərə  doldurub,  iri  xurcunun  hər  iki  gözünə  qoyur,  agzını  qapayıb  gətirir. 

Bazar  başında  Sərçə  Bağının  cır  -  "hoşşə"  səsini  eşidən  kimi,  dükançı  şəyirdləri 

cəld su üçün qapıya qab çıxarırlar.  

Hə,  indi,  deyəsən,  doğrudan  da,  tanışlığımız  qurtardı.  Bircə  Bəzzazbazarın 

ayağındakı  o  ikimərtəbəli  iri  bina  qaldı.  Onun  haqqında  ayrıca  danışacağıq: 

Mahmud ağaya məxsus olan karvansara həmin odur. Gəlin həmin binanı ötüb üzü 

dağa - Cuma məsciddən aşağıda Laləzarın yerləşdiyi təpə ilə qabaq-qənşər küçənin 

sol  tərəfinə  dönək.  Bu,  Gürcübazardır.  Burada  bizi  bazarın  başlanğıcındakı  tək 

bircə  bina  maraqlandırır:  əczaxana  iki  mərtəbəlidir,  görürsünüzmü,  iri  otaqları, 

böyük, işıqlı pəncərələri var. Üst qatdakı əczaxana bir gurcü xanımına məxsusdur, 

nüsxəbənddir, özünü hələ ki, görən olmayıb, buranı bir erməni icarədar idarə edir, 

alt mərtəbə isə şərabxanadır. Şamaxının 

 

 



                                                                                                                                                  

18 


 

əhlikef  cavanlarının  məskəni  buradır.  Danışacağımız  qəziyyələr  burada  cərəyan 

etməsə də, bu şərabxana qəhrəmanlarımızın taleyini həll edənlərin əlində bir silah, 

bir dəstəvüz olub. 

İndi tanışlığımız ötəri də olsa qurtardı. Əlbəttə, biz sizinlə əsil qəhrəmanlarımız 

haqqında  heç  bir  şey  danışmadıq.  Onları  sonra  görəcəksiniz.  Ona  görə  də,  icazə

verin,  hələlik,  burada  vidalaşıb  mətləbə  keçək.  Sizə  səbir,  özümə,  ustadlar 

demişkən, tövfiq arzulayıram. 



İLK İMTAHAN 

Onluq  və  otuzluq  lampalar  Şamaxıda  təzə  dəb  düşmüş,  ilk  dəfə  Mahmud 

ağanın  evində  işıq  saçmışdı.  Otuzluqların  çəhrayı,  gullü-bəzəkli  gövdələri,  təmiz 

silinmiş  yekəqarın  şüşələri  bərq  vururdu.  Məclisin  yuxarı  başında  Mahmud  ağa, 

ondan  sağ  və  sol  tərəfə  divar  boyu  salınmış  məxmər  nimdərlərdə  aliməqam 

qonaqlar  əyləşmişdi.  Evin  yerinə  əlvan  xalılar  döşənmişdi,  Qonaq  otağının 

divarları  şəbəkə  camaxatanlardan  ibarət  idi;  bunların  bəzisinə  əlvan  yorğan-

döşəklər, bahalı xalçalar yığılmışdı. Adamboyu hündürlükdə olan bu camaxatan - 

dolabların  üstü  divar  uzunluğunda  işləmə-şəbəkə  rəflərə  çevrilmiş,  rəflərin  arxa 

hissəsi  kiçik  taxçalara  bölünmüşdü.  Rəflərdə  əla  çini  kasalar,  lacivərdi  qablar, 

əlvan  bəzəkli  nimçə,  dolça,  güldan,  gülabdan,  piyalə,  şirazi  qəlyan,  şərbətdanlar 

düzülmüşdü.  Rəflərin  üstündən  taxçaların  lap  tavana  yaxın  yerlərində  ipək  və

güləbətin pərdə başlıqları asılmış, arabir əlvan naxıslı, şəkilli nimçələr vurulmuşdu, 

Otağın  ayaq  tərəfində  üstü  naxışlı  günbəz  şəklində  düzəldilmiş  qədim  ocağın 

önündə  xanəndə,  nəvazəndə  və  rəqqasə  -  çəngiləf  ücün  yer  hazırlanmışdı.  Ocaq 

yerinin  sağ  tərəfindən  yarımtaxt  üstündə  sazəndə  dəstəsi:  tarzən,  zurnaçı, 

kamançaçı, dəfçi, yerdə isə qoşadumbul çalan oturmuşdu. Ocaq yerinin sol əlində

"çəngi  dəstəsi"ndən  olan  rəqqasə  qızlar  əyləşmişdi.  Onlar  səkkiz  nəfər  idi:  Sona, 

Nisə, Səkinə, İzzət, Rəna, Məleykə, Qəndi, Badam. 

Məclisə  ara  vermədən  Mahmud  ağanın  həmsinni  olan  cavanlar  daxil  olur, 

münasib yerdə əyləşirdi. İçəri girənlərin hər birisinə Mahmud ağa adəti üzrə öz əli 

ilə, nökərin gətirib onun qarşısına qoyduğu çaydan bir fincan təqdim edirdi. Qonaq 

çayı içib qurtardıqdan sonra Mahmud ağa onunla hal-əhvallaşırdı. Musiqi və rəqs 

məclisi hələ başlamamışdı. Məclis kimi isə gözləyirdi. 

 

 


                                                                                                                                                  

19 


 

Seyid  Əbdül  Əzim  içəri  girib  ümumi  salam  verdi,  tay-tuşu  onu  yanına  dəvət 

etdi.  O  keçib  Zeynalabdin  ilə  Hacəsəd  oğlu  Tərlanın  arasında  oturdu.  Bu  gün 

buraya  anasından  xəlvət,  həm  də  dostu  Tərlanın  təkidlərinə  görə  gəlmişdi.  İndi 

evin yeganə kişisi, böyüyü olsa da, qohum-əqrəba arasında "yaxşı yer" sayılmayan 

elə  məclisə  ilk  gəlişi  olduğundan  utanır,  qısılırdı.  Anasının  "bu  işi 

bəyənməyəcəyini bilirdi. Gənc daxilində qəribə bir həyəcan duyurdu. Ətlərini hara 

qoyacağını bilmirdi. Onu bu məclisə dəvət edən ikinci həmtayı Rza bəy, Mahmud 

ağaya yaxın bir mövqedə oturmuşdu. 

Əbdül Əzimin salamını baş işarəsilə alan Rza bəy, azacıq Mahmud ağaya tərəf 

əyilib  gələnin  kim  olduğunu  söylədi.  Mahmud  ağa  qarşısındakı  çay  dolu 

fincanlardan  birini  qaldırıb,  Seyid  Əbdül  Əzimə  tərəf  ötürtdürdü.  Gülümsər 

gözlərilə onu bir daha salamladı. İlk dəfə gördüyü gəncin utancaq üzü,  mehriban 

qara  gözləri,  sadə  geyimlə  düzgün  qaməti  ağanın  xoşuna  gəldi.  Gənc  gözaltı

məclisdəki  cavanları,  daha  sonra  aşağıbaşda  üzüaçıq  oturmuş  rəqqasə  qızları

təəccüb  hissilə  süzdü.  O  ömründə  kişi  məclisində  üzüaçıq  oturan  qadın 

görməmişdi,  həyasından  daha  da  qızardı.  Bütün  gördükləri  Seyid  Əzimin  tərbiyə

alıb böyüdüyü mühitə uyğun gəlmirdi. 

Qapıda səs-səmir ucalanda Mahmud ağa yerindən qalxdı, ona baxıb məclis əhli 

də ayağa durdu. Seyid Əzimin dizi yanında oturmuş Zeynalabdin adlı gənc astadan 

ona pıçıldadı: 

-  Bu  gün  xüsusi  ziyafətdi.  Ağanın  xarici  qonağı  var.  Deyəsən  urusdu,  ya 

firəngdi. Bax, odu gəlir... Deyirlər guya şəkil çəkir... 

Geyimi,  siması  ilə  məclisdəkilərdən  tamamilə  seçilən  bir  şəxs  otağa  daxil 

olduqda Mahmud ağa irəlilədi. Otağın ortasında qonağı qarşılayıb əl verdi və Seyid 

Əzimin başa düşmədiyi bir dildə onunla salamlaşdı. Əlindən tutduğu halda yerinə

qayıtdı, qonağı döşəkçəsi yanında qoyulmuş alçaq kətilin üstündə oturmağa dəvət 

etdi. Sonra əhli-məclisə müraciətlə qonağı nişan verdi: 

-

 

Ağalar,  qonağım  cənab  knyaz  Qaqarindir.  O  bizim  içərimizdə  olmayan, 



bizə nəsib olmayan bir sənət sahibidir. Rəssamdır. Şəkil çəkir, bir növ bizim qədim 

divarların  bəzəyini  işləyən  rəhmətüllah  Mir  Əli  kimi.  Dinimiz  bizə  insan  rəsm 

etməyi  qadağan  edir.  Xristianlarda  isə  belə  deyil.  Cənab  knyaz  buralara  səyahət 

edib ki, bizim həyat və təbiətimizdən bəzi lövhələri rəsm etsin. 

Rəssam özünə dikilən gözlərdən anladı ki, Mahmud ağa onu yığılanlara təqdim 

edir, qulağı anlamadığı sözlərin ahəngində ikən, sanki 

 

 


                                                                                                                                                  

20 


 

dili bilmədiyi üçün günahkarca gülümsəyir və o da öz növbəsində qonaqları, otağı

seyr  edirdi.  Sarışın,  dəniz  suyu  kimi  duru,  mavigözlü,  nazik  simalı  bu  gəncin 

əynində  kip  oturmuş  boğazlı  gödəkcəsinin  yaxası  iri  düymələrlə  düymələnmişdi, 

çərpələngə  oxşayan  üçkünc  qotazlı  papağını  çıxarıb  dizi  üstünə  qoymuşdu,  yerli 

adətlə tanış olduğundan ayaqqabılarını qapının ağzında çıxarıb içəri girmişdisə də, 

otaqda  papaqla  əyləşən  qonaqlardan  tək  bircə  onun  başı  açıq  idi.  O,  dilini 

bilmədiyi,  tanımadığı  bu  adamlara  mavi  gözlərindəki  dərin  bir  maraqla  baxır, 

hamını  -  hər  şeyi,  əlvan  geyimləri,  bir  küncdə  oturmuş  çəngi  dəstəsini,  otağın 

bərbəzəyini diqqətlə gözdən keçirirdi. 

Məclis isə artıq arəstə idi. İlk çaylar içilib qurtarmış və nökərlər boş fincanları

sini  və  naxışlı  məcməyilərə  yığıb  aparmışdılar.  Mahmud  ağanın  işarəsi  ilə

sazəndələr  oyun  havası  çalmağa  başladılar.  Öz  işini  bilən  "çəngi"lər  icərisindən 

birisi ayağa qalxıb, məclisin ortasına gəldi. Dərhal məclisdən xəfif bir pıçıltı keçdi. 

"Sona!.." Tərlan Seyid Əzimin qulağına pıçıldadı: 

- Sonadı, çəngilərin ən yaxşısı... 

Seyid  Əzim  Dağıstandan  qayıdandan  bəri  Şamaxı  cavanlarının,  tay-tuşu  olan 

gənclərin  ağzından  "Sona",  "çəngi  gözəli  Sona"  sözünü  çox  eşitmişdisə  də,  onu 

birinci dəfə görürdü. 

Sonanın  incə,  gözəl  üzü,  qızılgül  yarpağı  kimi  zərif  dodaqları  və  yanaqları

boyasız  idi.  Qulaqlarına  taxdığı  piyalə  sırğalar  birçəklərinin  altından  çiyinlərinə

dəyirdi.  Əlvan  yun  şətəl  geydiyi  balaca  ayaqları  uzun  darayı  tumanın  altından 

güclə  görünürdü.  Qanovuz  köynəyinin  üstundən  geydiyi  kimxa  arxalığının 

yaxasını  qarmalamış,  üstündən  ensiz  kəmər  bağlamışdı.  Arxalığın  yaxasına 

göyərçin  yumurtası  boyda  düymələr  tikilmiş, 

boynuna  kəlbəndi,  silsilə  taxmış, 

bənarə  örpəyinin  üstündən  çətirli  alnına  gülpərək  vurmuşdu.  Örpəyin ucları  uzun 

hörüklərilə bərabər kürəyinə atılmışdı. O birisi qızlardan yalnız Qəndi xanımın, bir 

də Badam xanımın üstündə Sona kimi çox qızıl var idi. qalanların bəzəyi nisbətən 

sadə idi. Amma zahiri gözəllikdə bir qız onunla rəqabət apara bilərdi. Bu, Sonadan 

xeyli cavan görünən Nisə adlı rəqqasə idi. 

İndi  söz-söhbət  kəsilmiş,  bütün  gözlər  Sonaya  dikilmişdi.  Məclis  əhlinin 

nəzərini cəlb etdiyinə əmin olan kimi Sona, sağ əlini döşünə qoyub məclisin dörd 

səmtinə  də  bas  əydi.  Rəqsə  başladı.  Əvvəlcə  yançaqlarını  oynada-oynada  dövrə

vurdu. Sonra əllərini gah başı üzərinə, gah çənəsi altına, gah döşləri üstünə, gah da 

belinə doğru apararaq  

 

 


                                                                                                                                                  

21 


 

süzdü. Məclisin ortasında durub göbəkatma rəqsinə başladı. Sonanın mütənasib 

əndamı rəqsin ahəngilə tərpəndikcə, qolları, ayaqları, gərdəni, çənəsi, bütün qadın 

vücudunun  gözəlliyi  bu  rəqsdə  iştirak  edirdi.  Bu  zaman  rəqqasə  qızlar  maraqla 

onun  rəqsini  izləyir,  çalğıçılar  arasında  ayağını  ayağının  üstünə  aşırıb  oturmuş

Qəndi  xanım  isa  oxumaqdan  ziyadə  rəqsin  ahənginə  uyğun  coşqun  bir  tərzdə

deyirdi: 

At, göbəyim, at,  

içində nobat.  

Gəlsin gomumat —  

Versin ağ manat. 

Qonaqlar vəcdə gəlmişdi. Hər bir dodaqda təbəssüm qaynayır, hər gözdə atəş

parlayır,  hər  qəlbdən  "afərin",  "maşallah",  "fətəbərakəllahu  əhsənül-xaliqin" 

sədaları qopurdu. Şırıqqa səsindən qulaq tutulurdu. 

Bu  ara  rəssam  əlinə  aldığı  kiçik  albomu  açmış,  Sonanın  rəqsinin,  çəngilərin 

oturuşunun  qaralamasını  edirdi,  onun  ilhamdan  şölələnən  üzünə  xəfif  bir  qızartı

çökmüşdü.  O,  bir  tərəfdən  ömründə  ilk  dəfə  gördüyü  qəribə  rəqsin,  musiqinin 

ahəngindən  zövq  alır-,  digər  tərəfdən  gördüklərini  süngər  kimi  zehninə,  xəyalına 

hopdurmaq, sonra çəkəcəyi böyük tablo üçün yadında saxlamaq istəyirdi. 

Sona isə sanki səsləri eşitmir, bu gözləri, bu dodaqları görmürdü, onun bütün 

varlığında, cisminin bütün hüceyrələrini lərzəyə salan coşqun musiqi ehtizaza gəlir, 

gəlini  rəqs  etdirirdi.  Sonanın  şirmayı  əllərinin  biri  qaşları  üstünə,  digəri  çənəsi 

altına gələndə, sürməli qara gözləri süzülür, başı dönmədən bu badamı gözlər gah 

sağa, gah sola baxır, axırdı. Onun bir cüt ilan kimi çevrəsində qıvrılan hörükləri, 

alnındakı  çətir,  yanaqlarına  və  çənəsinə  düşən  burma  birçəklər  rəqsin  ahənginə

uyğun yellənir və ətrafa Xütən müşkünün məstedici ətrini yayırdı. Vəsməli qaşları

gözlərin məlahətini artırırdı. 

Cavan  Seyid  Əzim  indi  iki  hiss  keçirir,  iki  düşüncə  arasında  çaşıb  qalmışdı. 

Birtərəfdən ilkin gördüyü  məclisdəki gözəllik, musiqi, gözəlin ecazkar rəqsi onun 

bütün  varlığını,  gənc  ürəyinin  dərinliklərinə  qədər  fəth  etmişdi.  O,  Sonanın 

rəqsindəki  incə  ahənginə  məftun  olmuşdu.  Qız  onun  gözü  önündə  nağıllarda 

eşitdiyi  pəriləri,  daha  sonra  ruhani  babasının  o  dünyada,  behiştdə  görə  biləcəyini 

vəd etdiyi huriləri canlandırmışdı. Gənc şairin qəlbində indi başqa ahəngdə, başqa 

vəzndə, rədif və qafiyədə bədahətən gələn bir qəzəl yaranırdı. 

 

 


                                                                                                                                                  

22 


 

O, misraları yüksəkdən deməyə cürət etmir, həya eləyir, hətta pıçıldamırdı belə, 

Sona  canlı-qanlı  huri  idi,  pəridi.  Məclis  behiştin  xəyal  qədər,  nağıl  təkin  qəşəng 

guşəsi  idi.  Digər  tərəfdən  beynində,  fıkrində  bu  rəqsi,  dünyanın  ən  dadlı

nemətlərindən olan musiqi, rəqs və gözəlliyi yasaq edən, haram buyuran ehkamlar 

canlanırdı. Şübhələr onun ürəyini titrədirdi: "Əgər sən insana fərəh gətirir, onu bir 

müddət  üçün  dünyanın  əzablarından  xilas  edirsənsə,  nə  üçün,  nə  üçün  sənin 

sənətin,  sənin  qabiliyyətin  haram  olmalıdır,  Sona?  Niyə  sən  məxluqatın  əskiyi 

sayılasan? Niyə  sənə baxmaq,  sənin  ecazkar  rəqsindən  zövq  almaq  haram  olsun? 

Sənin  o dünyada vəd olunan  hurilərdən nəyin  əskikdir? Nə üçün bu  günahı-əzim 

olsun,  Sona?  Nə  üçün?.."  Bu  nə  üçünlərin  sayı-hesabı  yox  idi.  Onun  daxilində

sanki  iki  bir-birinə  zidd  fikirlər  söyləyən  şəxs  oturmuşdu,  birinin dediyini,  digəri 

inkar edir, birinin təsdiq etdiyini o birisi rədd eləyirdi. 

Suallar...  cavabsız  suallar...  O  bunlara  cavab  verəcək,  cavab  tapacaq  halda 

deyildi. Bu suallara cavab almaq üçün qazı, axund yanına gedib "istifta"' etmək də

mümkün deyildi. Məgər o axund babasının otağına "məsələ" üçün gələn sadəlövh 

dindar qocaları az görmüşdü? Qocaldığına görə yaddaşı zəifləyən və namaz qıldığı

yerdə  yanılan  bu  qocalardan  biri  -  Məşədi  İmamqulu  xüsusilə  yaxşı  yadında 

qalmışdı. O tez-tez babasının otağına gələr, nəleynlerini qapının ağzında çıxardıb, 

öhnə-öhnə ilə içəri girər, əlini belinə və divara dayaq verib güclə, nimdərin üstünə

qoca deyə kimi diz cökər və xeyli müddət özünə gələ bilməzdi, sonra handan-hana 

əlini qar kimi ağ saqqalına çəkib salavat çevirər və başlardı: 

Axund ağa, Allah axirətüvü versin, "şəkkim var ikiynən üç ara- 



sında..." 

Babası  uzun-uzadı  izah  edərdi.  Məşədi  İmamqulu  zəif  yaddaşına  arxayın 

olmadığından  dönə-dönə  axundun  təlimini  təkrar  edər,  yenə  də  qarışıq  salar  və

yenə də təzədən başlardı; "İki ilə üç arasında şəkk eləyəndə, gərək..." 

Belə hallarda küncdə oturub çərəkə oxumaqla məşğul olan balaca Əbdül Əzim 

Məşədi İmamquluya acıyırdı, "Gör bir hardan hara nə üçün gəlib?" istədi yerindən 

durub qocaya desin: 

Ay rəhmətliyin oğlu, şəkkin var, dur namazı təzədən qıl, daha 



çək-çövür nəyə gərəkdi?.. 

 

 



                                                                                                                                                  

23 


 

Bir dəfə Məşədi İmamqulu qəribə bir "məsələ" üçün gəlmişdi. O, qapıdan içəri 

girən kimi axundla təmənnəşər-təmənnəşməz, nəfəsini dərmədən sözə başladı: 

-Axund ağa,Allah atan rəhmətliyi behiştlik eləsin, mənə qəza üz 

verib... 

Axundun dodaqları qaçar kimi oldu: 

-Yoxsa genə şəkiyyat... 

-Xeyr,  ağa,  xeyr,  Kərbəlayı  Rəsul  qızının  məsləhətiynən  sailə  çörək  verəndə, 

bir  çeynəm  qoparıb  yarısını  ağzıma,  yarısını  da  yastığımın  altına  qoyandan  bəri 

daha yaddaşım yaxşılaşıb, maşallah-namxuda, daha namazda səhv-şəkk eləmirəm. 

-Bəs Xuda nəkərdə, nə üz verib? 

-Bu saat qulluğuna ərz eləyim, cənab axund, gecəki yağışdan yol islanıb, olub 

palçıq. Səhər çıxmışam qapıya, elə üzüaşağı qapanlara tərəf gedirdim, qabağımda 

bir  malağan,  o  dəyirman  ustası  var  hey,  malağan  Vasil,  o  gedirdi,  çalışırdım 

ləpirinə ayaq basmayam, amma birdən o kafər oğlunun ləpirindən palçıq çırtdadı, 

düşdü  əbamın  üstünə,  əbanı  da  ki,  canına  qurban  olduğum  qəriblər  ağasının' 

qulluğundan  şövt  eləyib,  təbərrükləşdirib  gətirmişəın,  indi  bilmirəm  palçıq 

quruyandan  sonra  onu  ovxaladım,  ya  verim  suya  çəksinlər?  Ovxalatsam  ürəyimə

yatmayacaqdı, gəldim sənə məsləhətə... 

Bu yerde nəinki Əbdül Əzimin, hətta axund babanın özünün də üzündə Məşədi 

İmamquluya  qarşı  bir  acıma,  əzablı  bir  kədər  sezildi.  Axund  Məşədini 

sakitləşdirmək üçün dedi: 

-Ovxalat getsin, Məşədi, qurudan quruya bir şey olmaz inşallah... Kişi şübhələr 

içində idi: 

-Bəs  palçıq  düşəndə,  su  parçanın  məğzinə  keçib  isladıb  axı?  Axund  nadan 

müsahibinin yazıq görkəminə təəssüf hissilə baxıb gülümsündü: 

-Xeyr, bəli, əlbəttə, lakin o su təbəxxür edib... canında qalmayıb... 

...İndi  Seyid  Əzim  bir  an,  təkcə  bir  an  içində  gözünün  önündə  canlanan  bu 

kabusu  görən  kimi,  müsahiblərin  səslərini  eşidən  kimi  oldu.  O  məclis  hara,  bu 

məclis hara? 

Seyid  Əzim  bu  ani  xəyalı  gözlərindən  qovarkən  Sona  artıq  keçib  öz  yerində

oturmuşdu. İndi tarzən tarın kökünü dəyişmiş, çapıq Nəcəfqulu "Kabili" muğamını

oxumağa baslamışdı. Qəzəl farsca oxunurdu. 

 

 



                                                                                                                                                  

24 


 

Amma  bu  məşhur  şah  beyt  Seyid  Əzimə  çoxdan  tanış  idi.  Nəcəfqulu  bütün 

məclisdə oturanların dili ilə bu gözəllik rəmzinə üz tutub yalvarır, kamanın həzin 

ahənginə uyğun olaraq ilman dili açıb yovuncuyurdu: 

Rüsxəti xahəm ki, qorbanət şəvəm quyəm bələnd,  

Ta bəkey dər zire-ləb quyəm ke "qorbanət şəvəm"

1. 

Ecazkar  sözlər,  ecazkar  musiqinin  təsirilə  daha  da  həzin,  daha  da  üsyankar  bir 



məna kəsb edib, gənc şairin ürəyində Pirdirəki dağının ləpəsi kimi əks-səda verirdi: 

"Doğrudan  da,  haçana  kimi  insan  öz  qəlbinin  ən  əziz,  ən  müqəddəs  hisslərini 

gizlətməli,  ən  qüdsi  və  pak  duyğularını  ucadan  deməyə  qorxmalı,  pıçıldamaqdan 

da  ehtiyat  etməlidir,  a  sənə  qurban  olum?  Bu  rüsxət,  bu  icazə  insana  nə  vaxt 

veriləcək  və  niyə  gərək  insan  bundan  ötəri  icazə  gözləməli,  rüsxət  istəməli,  qor-

xub-çəkinməlidir? Nə vaxtacan şəbpərələr günəşin aləməfhız ziyasına qara qanad 

gərməlidir? Haçanacan, a qurban olum sənə?". 

...Rəqs məclisi bitdi, qızlar və xanəndə ilə novazəndə otağı tərk etdilər, yerlər 

seyrəldi;  nökərlər  otaq  boyu  xalılar  üstünə  divarların  nəqşlərini  əks  etdirən 

qələmkar  süfrələr  salmağa  başladılar.  Parlaq  mis  aftafa-ləyənlərdə  əl  suyu  gəldi. 

Nökərlər,  Lənkəranın  ənbərbu  düyüsündən  zirəli-zəfəranlı  plov  dövrələrini 

buğlana-buğlana  ortaya  gətirdilər.  Rəngin  xuruşlar,  ovşalalar,  iskəncəbilər  əlvan 

kuzələrdə  süfrəni  bəzədi...  Seyid  Əzim  nə  yediyini,  necə  yediyini  bilmədi.  Yeni-

dən naxışlı aftafa-ləyənlərdə əl suyu verilənəcən onun gözünün önündə bir az əvvəl 

gördüyü rəqslərin əfsunkar mənzərəsi durur, ürəyi isə az əvvəl qoşmağa başladığı 

qəzəli təkrar edirdi. 

Mahmud ağa əcnəbi qonağı ilə məşğul olsa da, Rza bəyin ona incə ruhlu şair 

kimi  təqdim  etdiyi  cavanın  heç  bir  hərəkətini  gözdən  qoymurdu.  Gənc  nədənsə

onun qəlbini çox məşğul etmişdi. "Hər çi badə-bad" deyə birdən o, Seyidə müraciət 

elədi: 


-  Cavan  şairsiz,  deyiriər.  Ağa,  məclisə  münasib  bir  söz  desəz,  eşidib 

fərəhlənərik. 

...O  anladı,  bildi  ki,  imtahana  çəkilir...  ayaq  geri  qoymaq  məqamı  deyil. 

Utanmaq,  çəkinmək  bimövqe  olar.  Məgərbirazəvvəlözü"Haça-nacan  səs 

çıxarmaqdan  ehtiyat  edib,  düşündüklərimizi  ucadan  söyləməyəcəyik?"  -  deyib 

fikirləşmirdimi? Məqamdı; qoy onun ürəyindən 

 

 


                                                                                                                                                  

25 


 

Keçən qəzəl, indicə dodaqlarına gəlmək istəyən misralar bu məclisdə səslənsin, 

axı onlar burada yaranıb, ilhamı bu məclisdən alıb, ilk dəfə burada səslənməlidir. 

Hayıf ki, Sona burada yoxdur. Hayıf  ki, o bu misraları eşitməyəcək, bilməyəcək 

ki,  Seyid  bu  sözləri  məhz  onun  rəqsindən  ilham  alıb  söyləmişdir...  onun  üçün 

söyləmişdir: 

-Ağalar  icazə  buyursa... -  o pul  kimi  qızara-qızara  sözə başladı.  Məclisin  çox 

yerindən səslər ucaldı; 

-İzindi... 

-Buyuracaqsan...   

-Başla görək, şair... 

O,  dizləri  üstündə  dikəldi,  getdikcə  artan,  ucalan  bir  səslə  qəzəlini  oxumağa 

başladı.  Rəssam  da  əlindəki  qələmi  saxladı.  Onun  mavi  parlaq  gözləri  maraqla 

gənc  şairi  seyr  edirdi.  Anlamadığı  sözlərin  ahəngini  böyük  bir  diqqətlə,  bayaq 

musiqini dinlədiyi diqqətlə izlədiyi hiss olunurdu. 

...Yıxıldım huşdan getdim, tutuldu nitq, Musa t’k, Təcəlla nurunu çün vadiyi-

Sinada gördüm mən... 

Müsəlmanzadə idim, döndüm axır, bütpərəst oldum, Məhəmmad nurunu çün ol 

büti-zibadə gördüm mən. 

O bəzmi bir də, Seyyid, görmək olmaz ağlaram hər gün ki, guya ol büsatı, dün 

gecə, röyadə gördüm mən. 

Qəzəlin  son  məqtə  bəndi  deyilən  kimi  məclisdən  "afərin,  maşallah,  əhsən" 

səsləri ucaldı. Hərə öz hissini bir cürə ifadə edirdi: 

-Balam, nə tez müsəlmanzadəliyi tərk edib, xumar aşiqi Sənana döndün? 

-Qardaş, doğrudan da, cənab Mahmud ağanın məclisinin gözəlliyini elə yuxuda 

görmək olar. 

-Bədahətən... afərin bu qabiliyyətə... 

-Gec gəldi tez öyrəndi, buna deyiblər ha... 

-Maşallah-namxuda, yaxşı şair olacaq... 

-Elə şairdi də... şairin daxı buynuzu olmur ki... 

-A balam, bura Şirvan torpağı deyərlər... Suyundan kim bir gilə içsə - şairdi... 

-Bəs  sən  neyşə  hər  bulaq  başına  çatanda  bir  xəndək  su  içə-içə  dönüb  şair 

olmursan? 

-Nə bilirsən ki, olmuram... 

 

 


                                                                                                                                                  

26 


 

Gülüşmə,  zarafat  artdı;  Seyid  Əzim  ağanın  təhsinini  gözləyərək,  yerində

rahatlanıb  oturdu;  onun  ürəyi  cələyə  düşmüş  sığırçın  ürəyi  kimi  çıtpınırdı. 

"Görəsən bəyəndimi; imtahandan necə çıxdım?" 

Mahmud  ağa  məşğul  idi,  o  bədahətən  söylənən  qəzəlin  məzmununu  tələsik 

knyaza  tərcümə  edirdi.  O,  tərcümə  etdikcə  rəssamın  incə  dodaqları  xəfif  bir 

təbəssümlə titrəyir, Şərq şerinin dəbdəbəsinə fərəhlə qulaq verdikcə, tez-tez başım 

tərpədir,  şerin məzmununu bəyəndiyini  bildirirdi.  Birdən  rəssam  yerindən  qalxdı, 

cavan şairə yanaşdı, hərarətlə əlini sıxıb nə isə dedi və yerinə qayıtdı. Sükut içində

bu mənzərəni seyr edən Mahmud ağa dilləndi: 

-  Afərin,  Seyyida,  bu  qəzəlini  başqasından  eşitsəydim,  məhz  bizim  məclisin 

təsvirini onda görməsəydim, Füzuli rəhmətüllah yazıb deyərdim. Cənab knyaz da 

deyir  ki,  sözlərin  mənasını  başa  düşməsəm  də,  ahənginə  valeh  oldum.  ömrümdə, 

bedahətən  belə  rəvan  şeir  deyildiyini  ilk  dəfə  görürəm.  Əhsən!  Əhməd  ağanın 

ruhuna  and  olsun  ki,  məclisimizi  şərəfləndirdin,  qonaq  yanında  da  başımızı  uca 

elədin.  Xahişməndəm,  məclisimizə  münasib  qəzəlini  yazıb  verəsən  Necəfquluya, 

əzbərləyib gələn məclislərimizdə oxusun... 

-Baş üstə!.. 

...Məclis  dağılanda  onlar  bərabər  çıxdılar.  Seyid  Əzim  və  Tərlan...  hər  ikisi 

həyəcanlı və xumar idilər. Hər ikisi qəribə bir hal keçirirdi. Şair ilk dəfə imtahan 

verdiyindən, musiqi, şeir və ədəb məclisində, şerə qiymet verən adamlar arasında 

birinci  dəfə  öz  əsərini  oxuduğundan  həyəcanlı  idi,  bu  əsərin  bəyənilməsindən, 

Mahmud ağa kimi xiridarın ona yüksək qiymət verməsindən xoşbəxt idi. Ürəyində

yeni-yeni  ümidlər  doğmağa  başlayırdı.  Onun  da  əsərləri  bəyəniləcək,  dillərə

düşəcək... babası Axund Hüseynin dediyi kimi "yarımçıq şair" olmayacaq. Görün 

Nizami necə demişdi: 

Palangəri beğayəti-xəd 

Behtər ze kollahduziyi-bəd'. 

Babam bu şeri birinci dəfə oxuyanda mənə yaxşıca bir dərs verdi. Yazıq qoca 

çox narahat idi. 

Şairə  elə  gəldi  ki,  o,  babasının  səsini  eşidir:  "Şirvanda  hansı  daşı  qalxızsan 

altında bir şair yatıb, hər kəsək bir şair məzannın başdaşıdır. 

 

 


                                                                                                                                                  

27 


 

Oğul, fikir vermişəm, görürəm ki, elmə həvəslisən, kəsb-kara yaxın düşmürsən, 

sən  tinətdə

1

  olan  adamdan  molla  da  çıxmaz.  Bu  yolun  qulu  ola  bilməyəcəksən. 



Amma  bil  ki,  qələm  əhli  həmişə  zəlalətdədi.  Nə  qədər  düz  yazsan,  bir  o  qədər 

üsrətdə  olacaqsan.  Zamanın  böyüklərinə  baş  əyməsən,  qəriblikdə  dəfh  olunmuş

həmvətənlinin Xaqani kimi, Gengənin qoca şeyxi Nizami kimi, Kərbəla xüddamı

Füzuli rəhmətüllah təki həmişə Ömrün əziyyətdə, əlin pulsuz keçəcək. Külfət ya-

nında başıaşağı, xarü zəlit olacaqsan. Bu elə bir qədəmdi ki, iqdam etməkdən əvvəl 

gələcək  günü  düşünməlisən,  bütün  ömrün  uzunu  əzaba,  nadanların  tənə-tərizinə

qatlaşmağı,  İsa  ruhullah  kimi  dirigözlü  çarmıxa  çəkilməyi,  şəhidi-Kərbəla  təki 

qurban getməyi qabaqcadan göz önünə almalısan. Sən buna dözəcəksənmi? Həqiqi 

şairin yollarına gül əkilmir, tikan bitir... Bir tağar buğda, bir dəyirmanlıq rizqdən 

ötəri ona-buna, ləyaqətsiz şəxslərə, layiq olmadıqları tərifi deməyəcəksən ki?.. Bir 

bax,  Şirvanda  o  qədər  dəyərsiz  şair  törəyib  ki,  hər  bir  savadlı  baqqal  özünə

dəbdəbəli bir ləqəb secib, təxəllüs götürub, qurşanıb nəzrn inşadına... Şirvanın hər 

bir  bisavad  baqqalı  şairdi,  -  az  qala  məsəl  yerinə  keçib;  amma  bil  ki,  hər  baqqal 

savadlı  olmadığı  təki,  əsil  şair  də  baqqal  deyil,  baqqal  olmamalıdı.  Şeri,  Allah-

taalanın  Adəm  övladına  bəxş  etdiyi  bu  ən  gözəl  neməti  tərəziyə  qoymamalıdı. 

Nəzm, istedadi-şeir böyük nemətdi. Kəlamullahi-məcid nəzmən inşad olunub, odu 

ki,  tez  dillər  əzbəri  olur.  Peyğəmbər  sələvatullah  şerin,  nəzmin  bu  gözəl 

xüsusiyyətini  yaxşı  dərk  eləyibdi.  Amma  hər  cızmaqara  olunan  da  şeir  deyil. 

Qərəz,  oğul,  istedadi-nəzmi,  əgər  o  səndə  zühur  eləsə,  peyda  olsa,  tərəzi  malı

eləmə!" Şair, babasının sözlərini indi də kəsməyə cürət etmir, xəfif bir təbəssümlə

titrəyən dodaqları isə pıçıldayırdı: 

Oldum ol gün ki, çardəh salə,  

Düşmədim fıkri-dövlətü malə,  

Eylədim arifanə kəsbi-ülum... 

Şair öz aləminə, xəyal ilə şeir aləminə qapılmışdı. Cavan şair nə bileydi ki, bir 

zaman babasının sözləri haqq çıxacaq, onun həyatı çox üsrətli keçəcək? O nədən 

bileydi  ki,  "Köpəyə  ehsan",  "Hədisi-vaiz",  "Şamaxı  bəylərinə  həcv"  yazacaq  və

özünə yüz-yüz düşmən qazanacaq, yeddi-səkkiz baş külfəri dolandırmaq üçün ruzi 

tapa  bilməyəcək,  dost-aşinalara  "tərif  dolu  mənzum  məktublar"  da  yazmağa 

məcbur olacaqdır? Odur ki, bu gələcəyi indi başqa gözlə görür və gülümsəyirdi... 

 

 


                                                                                                                                                  

28 


 

Onunla  yanaşı  addımlayan  Tərlan  da  öz  aləmində  idi,  bu  məhəbbət  aləmi  idi. 

Tərlan  öz  dostunun  nə  düşündüyü  ilə  maraqlanmır",  duymurdu  da.  Onun  gözləri 

qarşısında  bir  ceyran,  bir  sona  cilvələnirdi.  Qızın  afətlər  saçan  gözləri  Tərlanı

harasa səmavi bir aləmə çağırır, rəqsan əlləri ona gəl-gəl eləyir, oynaq ayaqları isə

qaçır,  bu  xoş,  gözəl  xəyalı  Tərlandan  uzaqlaşdırırdı.  "Onu  istəməyimə  kim  razı

olar?  Heç  ata-anamı  demirəm,  budu  ey,  yanımda  yeriyən  dostuma  da  deyə

bilmərəm  ki,  onu  istəyirəm,  onun  üçün  Məcnun  kimi  səhralara  düşərəm,  Fərhad 

kimi Bisütun çaparam, Vamiq kimi sulara baş vuraram... Amma adını dilimə gətirə

bilmərəm...  kimə  desəm,  ələ  salıb  gülər  mənə...  "Çəngidən  arvad  olar?  -  deyib 

dolayarlar. Heç kəsin ağlına da gəlməz ki, mən Sonadan ötrü diri-diri ölərəm, elə

indinin  özündə  də  yanıram,  tüstüm  təpəmdən  çıxır,  amma  görən  yoxdu,  bilən 

yoxdu  dərdimi...  Yaxşıdı  ki,  yoxdu  da...  Ah,  kaş  ki,  şair  olaydım,  ona  bir  qəzəl 

yazıb  göndərəydim.  Amma  hayıf  ki,  nə  qədər  çalışıramsa  bircə  söz  də  qoşa 

bilmirəm..." 

Birdən o xoş xəyallarının təsirilə dostuna müraciət elədi: 

-Ağa, gəlsənə mənim üçün bir qəzəl yazasan... 

-Necə yanı mənim ücün? 

-Mən  onu...  -  O  duruxdu,  qıpqırmızı  kəsildi,  sözünü  davam  etdirə  bilmədi, 

qeyri-ixtiyari gəlib çıxdıqları Zoğalavay sahilindəki söyüd ağacına söykəndi. Şair 

də  dayandı.  İndi  onun  gözləri  Tərlanda  idi  ki,  o  da  Tərlan  kimi  gənc  idi,  bu  sıx 

çatma  qaşlar,  onların  altında  daha  da  aydın  ala  görünən  gözlərə  diqqətlə  baxdı, 

onlardakı  yuxu  xumarlığı  Seyid  Əzimi  oyatdı.  "Deyəsən,  ürəyin  kiminsə  eşqilə

vurur, ağa Tərlan, dostum, bəlkə səhv eləyirəm? 

-Hə, sən onu... neyləyəcəksən? Aadə, oxuyacaqsan? 

-Təkcə mənim üçün yaz, birnəfərə göndərəcəm onu... ona... 

-Kimə, bilmək olar? 

Tərlan daha da qızardı, nəzərlərini dostundan gizlətməyə çalışıb uzaqlara baxdı, 

ona  elə  gəlirdi,  şairin  dərin-dərin  nüfuzedici  baxışları  gözlərinə  sancılsa  sirrini 

bilər! Halbuki Tərlan onun, sevdiyi gözəlin adını ürəyində də çəkməyə qorxurdu, 

qorxurdu  birdən  çaşıb  yuxuda  dilinə  gətirər,  anası  eşidər,  atası  -  "qapaqlı"  bilər, 

xəbər tutar... 

Tərlanın halı şairdən yayınmadı, gulümsədi: 

-Qorxma, dostum, bəyəm mən bilmirəm ki, bizim kişilər nə qədər 

aşiq olsalar da, sevdikləri sonanın adını dillərinə gətirməzlər (Tərlanın 

ürəyi qopdu, necə? Sona?), istədikləri yaşılbaşın, ceyranın ismini heç 

kəsin yanında çəkməzlər. (Tərlan bir az sakitləşdi). Di yaxşı, əcəb 

 

 



                                                                                                                                                  

29 


 

xeyir  xəbərdi,  demək,  inşallah,  tezliklə  toyunda  kef  eləyəcəyik,  məndən  də

hədiyyə sənə bir qəzəl olar, neyləmək, "bərki-səbzəst hədiyyeyi-dərviş"

1.

 



Onlar  indi  artıq  yerdə,  çayın  şırıltı  ilə  axan  sahilindəki  daşların  üstündə

oturmuşdular.  Hər  ikisi  sərin  bulaqlardan  yığılıb  gələn  dumduru  suda  əl-üzünü 

yumuş,  sərinləmişdi.  Söhbət  məhəbbətin  böyük  nemət  olduğundan,  lakin  bunun 

indiki zamanda çoxlarına müyəssər olmadığından, gənclərin ata-ana rizası, yengə-

xəlfə  axtarışları,  əqrəba  məsləhətləri  ilə  evlənməsi  və  bunların  törətdiyi  ağır 

nəticələrdən gedirdi. Şair, dostunun qəlbindəkiləri bilmədiyindən, onu sevməsi ilə

bəxtiyar sanır və deyirdi: 

-Bilirsən, qardaş, xoşbəxtsən ki, sevdiyin gözəli tanıyırsan, görmüsən, yəqin ki, 

hal-əhvalına  da  bələdsən.  Amma,  mənim  evlənmək  yadıma  düşəndə,  canıma 

titrətmə  düşür,  qara-qorxu  ürəyimə  dolur.  elə  bilirəm  ki,  qara  qızdırmaya 

tutumuşam. Kimi alacaqlar, "alnıma kim yazılıb", nədi, nəçidi, hələ çirkin-gözəlliyi 

bir yana dursun, heç olmasa, bir adamlığı olacaqmı? Eh... nə deyim, bəyəm özün 

bilmirsən? 

Şair bilmirdi ki, onun toy, səadət haqqında qeyri-ixtiyari dediyi hər bir kəlmə

bədbəxt  Tərlanın  ürəyinə  sancılır,  "haradan  bizdə  o  bəxt,  kaş  nəfəsin  fal  olaydı, 

cəddin köməyim olaydı, Ağa ..." 

Şair isə sözünə davam edirdi: 

-Nə başını ağrıdım, gün keçir, qalx gedək. Elə bu axşam sənə ürəyindən xəbər 

verən bir qəzəl yazmağa çalışaram. Yaxşı, daxı sımsığını neyşə sallamısan, aadə?.. 

Razıyam ki... 

Onlar yola düzəldilər. Şair bayaqkı hisslərin təsirilə, dostunun çiynindən tutub 

irəlilədikcə deyirdi: 

-Eh, dostum Tərlan, görəsən dünyada elə bir zaman olacaq ki, hər bir cavan özü 

öz  taleyinin  ağası  olsun?  Özü  görsün,  istəsin,  alsın; balı  da  onun, bəlası  da  onun 

olsun, Daxı ortalıqda yengə-dərnə olmasın? 

öz zövqüylə seçsin, tutmayanda da öz səhvinin, xətasının təqsirini özü çəksin, 

öz  taleyinə  özü  cavabdeh  olsun?  Öz  bəxtini,  həyatını  başqasının  tələbinə  görə

deyil,  öz  məzağına

2

  görə  qursun?  Bilirsənmi,  mən  biləni  dünyada  əsil  insan 



azadlığı o zaman olacaq, əsil evlilik həyatı da o zaman qurulacaq. Mən o gələcəkdə

belə taleli cavanlara indidən qibtə edir, salam göndərirəm. 

 

 


                                                                                                                                                  

30 


 

Tərlan  şairin  bu  atəşin  nitqini  heyran-heyran  dinlədi  və  birdən  qeyri-ixtiyari 

səsləndi: 

- Əleykəssalam. 

Hər ikisi qəh-qəh çəkib güldü. 

...Axşam  azanında  Qalabazar  məhəlləsinə  girdilər.  Azançı  Kəlbə  Mürvətin 

gözəl  səslə  çəkdiyi  azan  məhəllə  möminlərini  namaza  çağırırdı.  Əli  qələmkar 

boğçalı,  hamamdan  qüsldən  qayıdan  təravətli  bir  qoca  "axşamçağı"  təki  bir 

demədən "aşiq-məşuq" söz-söhbətilə gəzməkdən qayıdan cavanlara tərs-tərs baxıb 

evinə  tərəf  gedirdi:  "Lahövlə  vəla  qüvvətə  illa  billah..."  Bu  Seyid  Əzimgilin  ev 

qonşuları  Məşədi  Qənbər  idi.  O,  demək  olar  ki,  səhər  dəstəmazını  da,  axşam 

dəstəmazını da hamamda alırdı... 

...Səhərdi,  gülgün,  nazəndə  bir  səhərdi,  təbiət  günəşdən,  firuzəyi  göylərdən, 

yaşıl çəmənlərdən min bir rəng almışdı.., 

Seyid Əzim Zoğatavay sahilindəki söyüdlüyə enirdi, bu onların Tərlanla daimi 

görüş yeri idi. Şair burada bəzən saatlarla oturub dostu ilə söhbətləşər və çox vaxt 

təklikdə  əyləşib  düşünə-düşünə  xəyala  dalardı.  Bu  xəyallar  suyun  qəribə  ahəngi, 

həzin  şırıltıları  altında  bəzən  bir  nağıl,  bir  əfsanə  qədər  uzun  və  şirin  olardı. 

Günlərlə  əyləşdiyi,  şirin  xəyallara  daldığı  bu  sahildə  o,  qarğı  qələmini  çıxarıb 

balaca qələmdandakı quru mürəkkəbi ağzının lığabıyla isladıb dizi üstünə qoymuş, 

ağ  kağıza  iik  qəzəllərini  yazmışdı.  Bu  yerlər  gənc  şairdə  ilham  oyadan  doğma 

Vətən timsalı  kimi əziz və gözəldi. Bu yerlərdəki salxım  söyüdlər, sərvlər qəribə

bir  təzadla  bir-birinə  qarışırdı.  Söyüdlər  bədbəxt  qızlar  kimi  başını  aşağı  salmış, 

saçlarını sulara sərib yuyur, sanki gecə gördüyü yuxunu axan sulara nəql edirdi... 

Sərvlər  isə  Şirvanın  adlı-sanlı  cavanları  kimi  qürurla  başlarını  firuzəyi  göylərə

qaldırmışdı.  Vətənin  qız  və  oğulları  yan-yana  -  biri  başıaşağı,  başıbəlalı,  gözü 

yaşlı,  pərakəndə  saçlı,  pərişan  görkəmli  -  şair  qəlbi  kimi!..  Digəri  uca,  qədd-

qamətli,  məstanə  duruşlu,  ox  bədənli,  sərvi-azad  qədli...  O  çox  vaxt  çayın 

kənarında  oturub  düşünürdü:  "Axır...  çay  həmin  çaydı...  Yüz  min  illər  keçəcək, 

yenə  də  çay  axacaq...  Zərrələr  həminki  olmayacaq...  Cəmiyyəti-insaniyyət  də

belədir...  Əbədi  həyat,  əzəli  həyat  davam  edəcək:  insanlar,  milyonlarla  zıhəyat 

gəlib-gedəcək, fəqət fərdlər həminkilər olmayacaq... Bu zərrələr kimi... Cəmiyyəti-

insaniyyət də axan çaya, fərdlər isə ondakı zərrələrə bənzər..." 

Şair indi də bu xəyalların təsiri ilə məlum söyüdün altında əski yerində oturdu. 

indi, bir az sonra bəlkə Tərlan da hacının çəngindən 

 

 



                                                                                                                                                  

31 


 

nicat  tapıb  gəldi...  Bəlkə  gəldi...  "Ey  böyük  kainat,  sənin  qanunların,  səndə

cərəyan edən hadisələr necə də insanlara şamil edilə bilər". 

Birdən şairi uzaqdakı bir qaraltı cəlb elədi. O, yerindən qalxdı, "bu kim ola?" 

Gənclrə məxsus hər bir şeyə yetiklik etmək xüsusiyyəti onun da varlığına hakim, 

ikinci  xasiyyəti  idi.  Xüsusilə  görünən  qaraltı  adi  insanlar  kimi  oturub,  yaxud  da 

dayanıb durmamışdı. O, qarşı qayanın üstündə açıq bir yerdə idi. Qarşısında nə isə

uca,  çox  uca  rəhilə  və  ya  lövhəyə  bənzər  bir  şey  vardı.  Həmin  qaraltı  gah  bu 

lövhəyə yanaşıb əli ilə, yaxud əlindəki nə iləsə onun üzərinə vurur, toxunur, nə isə

edir və arabir geri çəkilib durur, gah ətrafa, gah da qarşısındakı payaya vurulmuş

taxta lövhəyə baxırdı. İndi Seyid onu lap aydın görür, bütün hərəkətlərini izləyirdi. 

Geyim və görkəmindən də bu yerlərin adamına oxşamırdı. 

Şair Tərlanı gözləyə bilməyib, yerindən aralandı və həmin şəxsə tərəf yollandı, 

O, çayın eninə iri qara daşlar qoyulmuş dayaz yolamından, daşdan-daşa addayaraq 

keçdi və qarşı sahilə çıxdı. Yaxınlaşdıqca həmin adamı tanıdı. Bu cənab Mahmud 

ağanın evində, onun ilk çıxışını dinləyən qonaq - "şəkil çəkən" adlandırdığı rus idi. 

Sonra Tərlan ona demişdi ki, "bu da xaricilərdə rəssamlığı sənət eləmiş adamlar-

dandı,  bizim  xəttatlar  kimi..."  o  zaman  Seyid  Əzim  incə  miniatür  və  zərif,  əlvan 

ornamentlerlə  bəzədilmiş  Nizami  "Xəmsə"sini,  Füzuli  Divanın,  Xaqaninin 

"Mədain  xərabələri"ni  və  "Həbsiyyə"sini,  babasından  ona  yadigar  qalmış

müzəyyərı  Quranı  xatırlamışdı.  Bu  əlyazmaları  onun  "Mütəvvəl",  "Məsnəvi", 

"Nəhv",  "Nəqli-həmdunə",  "Rövzetüs-səfa",  "Kənz",  "Qamus",  "Gülüstan", 

"Bustan",  "Fiqh",  "Layebzer",  "Tarixi-cahanara",  "Şərhi-mütəvvəl"  kimi  kitabları

sırasında  ən  yaxşı,  qiymətli  yerləri  tuturdu,  o  bu  kitabları  dönə-dönə  oxumağı

sevirdi, İndi şair rəssama yanaşdıqca onu diqqətlə gözdən keçirir, heç bir hərəkətini 

nəzərdən qaçırmamağa çalışırdı. 

"Cənab  Mahmud  ağa,  onu  knyaz  adlandırdı.  Knyaz  Qaqarin...  Görəsən  knyaz 

onun  adıdı?  Təkcə  adını  demək  ayıb  deyil  ki?  Görəsen  onlarda  tanımadığın  yad 

adamı,  o  qədər  də  sənə  yaxın  olmayan  adamı  necə  çağırır,  necə  səsləyirlər?.. 

Görəsən  cənab  knyaz  desəm  inciməz  ki,  bizim  dili  bilirmi,  necə  anlaşarıq? 

Mənimlə danışmaq istərmi?" 

Cavan şair rəssama yaxınlaşdı. Knyaz onu hələ görmürdü, birdən arxadan gələn 

hənirtiyə tərəf döndü, nazik ağbəniz üzünə xəfıf bir təbəssüm qondu. Seyid Əzim 

də  gülümsədi.  Gənclərin  arasında  keçən  bu  ilk  təbəssüm  mübadiləsi  onların  qəlb 

qapılarını  bir-birinin  üzünə  açdı.  Rəssam  düşünürdü:  "Ha...  Bu  cənab  Mahmud 

bəyin mənzilində 

 

 


                                                                                                                                                  

32 


 

improvizasiya  yolu  ilə  şeir  söyləyən,  ekspromt  ilə  şeir  deyən  cavan  şairdir. 

Hayif ki, dilini bilmirəm. Mehriban cavana oxşayır". Hər ikisi qızarmışdı, heç biri 

sözü  nədən  başlayacağını,  necə  anlaşacağım  bilmirdi.  Seyid  Əzim  rəssamın 

geyimini  diqqəttə  gözdən  keçirirdi:  indi  onun  əynində  qonaqlıqda  gördüyü  libas 

yox idi, onun çiynində bir növ əbanı andıran qara bürüncək var idi, uzun saçlı, başı

açıqdı,  sarışın  qıvırcıq  saçları  az  qala  çiyinlərinə  dağılırdı,  dağ  havasının  xəfıf 

mehindən  bu  ipək  kimi  zərif  tellər  oynayır,  onun  üzünə  qəribə,  xoş  bir  yaraşıq 

verirdi. 

Bundan  sonra  şair  yetiklik  elədi,  o  ömründə  şəkil  çəkilməsini  görməmişdi. 

Xəttat  Nəcəfqulu  Məktəbinin  dizi  dibində  çox  oturmuş,  sünbüli,  reyhani,  nəsx, 

şikəstə,  süls  xətlərindən  dərs  almışdı:  arabir  ornamentlərlə  Quran,  divan 

bəzəyənləri də görmüşdü. Əlyazmalarını şirazələyən Hacı Qafur Əfəndinin də işini 

müşahidə etmişdi, amma rəssam görməmişdi, onun bir gözü hələ adını bilmədiyi 

lövhədə  -  mol-bertdə  idi.  Rəssam  bunu  anladı,  axı  Şərqin  bu  ağır  bəlasından 

xəbərdar  idi:  islam  dini  şəkil  çəkməyi,  insanı  təsvir  etməyi  qadağan  edir,  o bunu 

eşitmişdi, bilirdi. Odur ki, gənc şairin marağı onun üçün dilsiz də olsa aydın idi. O 

bitməmiş  əsəri  tamaşaçıya  göstərməyi  sevməsə  də,  əlindəki  fırça  və  rəngləri 

yaxında  göy  ot  üzərinə  sərdiyi  xalçanın  üstünə  qoyub,  gənc  şairə  yanaşdı,  onun 

əlindən tutdu və dərhal buraxdı, "vay, mən nə etdim, axı mənə demişdilər ki, özləri 

əl  verməsələr,  heç  kimə  toxunma,  onlar  kafır  təmasını  murdar  hesab  edir,  birdən 

inciyər". Lakin şair bu dəfə özü onun əlindən tutdu, molbertə yaxınlaşdılar... Seyid 

Əzim maraqla lövhəyə çəkilmiş rəsmi seyr etməyə başladı. Bu onun Mahmud ağa 

məclisində gördüyü qaraçı qızlarının təsviri idi... "ilahi, sən ona nə böyük istedad 

vermisən,  bir  işə  bax...  Gör  bir  qızları  necə  də  oxşadıb,  elə  bil  lap  özləridir,  bir 

almadı  yarı  bölünüb...  Hələ  Sona...  elə  bil  belinə  vurduğu  əllərini  indicə  yuxarı

qaldıracaq, göyərçin kimi qanad çalacaq... Ecazına şükür, Xudaya!" 

O,  barmağıru  rəsmə  toxundurmadan  işarə  ilə  qızları  göstərib  bir-bir  adlarını

deməyə  başladı.  "İzzət...  Qəndi...  Sona..."  Rəssamın  üzünə  xoş  bir  təbəssüm 

yayıldı. 'Tanıdı, bəyəndi, deməli zəhmətim hədər getməyib, düz tuta bitmişəm". O 

gütümsəyib, şairin əlindən tutub bərk sıxdı: 

- Nu kak, xoroşo? 

"Xoroşo"  sozünü  bazara  gələn  malakanlardan  bütün  Şirvan  əhli  yaxşı  bilirdi. 

Qalan  sözləri  başa  düşməsə  də  cavan  şair,  gənc  rəssamın  səsinin  ahəngindən  və

"xoroşo"  sözündən  rəssamın  nə  demək  istədiyini,  nə  soruşduğunu  anladı.  O, 

qızardısa da, tez-tələsik, böyük bir 

 

 


                                                                                                                                                  

33 


 

Vəcd  və  həvəslə  rəssamın  ovcundakı  əlini  sıxdı:  "Xoroşi,  çox  xoroşi,  lap 

xoroşi".  Bu  üç  "xoroşi"  rəssamın  ürəyinə  işlədi,  ona  ən  yüksək  qiymət,  ən  yaxşı

tənqidi  qeyd  kimi  təsir  bağışladı:  "Bu  hələ  tam  tablo,  bitmiş  əsər  deyil,  sadə  bir 

etüddür,  əgər  o,  burada  öz  vətəninin  nazəndə  qızlarını  tanıyıb  qiymətləndirə

bildisə, mən doğrudan da bəxtiyaram, mən bu əsər üzərində mütləq işləməliyəm" 

sözləri  xəyalından  keçdi.  "Təəssüf  ki,  mən  sənin  dilini  bilmirəm,  möhtərəm  şair, 

əgər  bilsəydim,  əgər  sənin  öz  əksini  də  çəkə  bilsəydim,  buna  sənin  və  ya 

həmvətənlərindən lazım bildiklərimin birini razı sala bilsəydim, nə gözəl olardı". 

Gənc şair qarşısında bütün gözəlliyi və insani coşqunluğu ilə canlanan qızların 

rəsmlərini gözdən keçirir və düşünürdü: "Ya rəbbi, bəs nə üçün bizə rəsm etmək, 

insan surətini canlandırmaq qədəğən olub, neyşə bizim mollalar deyir ki, guya sən, 

ey  böyük  xaliq,  çəkilən  hər  bir  rəsm  üçün  o  haqq  dünyada  çəkən  rəssamdan  can 

istəyəcək,  çəkdiyi  surəti  canlandırmağı  tələb  edəcəksən?  Bizim  elə  cənab 

Məktəbinin ixtiyarı olsaydı, gör-götür dünyasıdı, oxuyub öyrənsəydi, yəqin ki, o da 

belə  gözel  xarüqələr  yarada  bilərdi.  Kərəminə  şükür,  Xudaya,  nə  üçün  bizim 

bədbəxt  müsəlmana  bütün  dünyanın  ən  gözəl  nemətləri  qədəğən  olunub.  Şəkil 

çəkmək,  musiqi  çalmaq,  şeir  demək,  qərəz  insanın  dimağına  səfa  verə  bilən  nə

varsa,  hamısı  biz  müsəlmana  o  biri  dünyada  vəd  olunur,  bu  dünyada  isə,  əzab, 

yalnız əzab... Hələ bir üstəlik Allah ən çox istədiyi bəndəsini əzab içində saxlayır, 

onu əzabla imtahana çəkir ki, sidqinə inansın deyirlər... Bu ki ədalət olmadı... nə

isə,  əstəğfürullah...  və  əlhökmilillah...  Mütləq  bu  barədə  ağa  Tərlan  ilə  də

danışmalıyam",  -  deyə  dostunun  gülümsər  simasını  xəyalından  keçirtdi.  Şair  və

rəssam  bir-birinin  üzünə  baxır,  hər  ikisi  gənc  qəlblərinin  gözü  ilə  bir-birini  seyr 

edir,  ilham  dililə  bir-birilə  söhbətləşirdilər.  Birdən  hər  ikisi  gözlərini  molbertdən 

ayırıb,  Şirvanın  bu  qəribə  guşəsini  sükunət  içində  seyr  etməyə  başladılar. 

Qulaqlarında Zoğalavayın həzin şırıltısı səslənir, sanki deyirdi: "Yaradıcı insanlar, 

siz  ki  fitrətən  qardaşsınız,  siz  ki  hər  ikiniz  təbiətin  bu  rəna  guşəsini  eyni  bir 

məftunluqla seyr edir, mənim əzəli nəğmələrimi eyni bir həyəcanla dinləyirsiniz..." 

Əgər  bir-birinin  dilini  anlasaydılar,  mütləq  yek-digərinə  belə  deyər,  hər an  başqa 

bir  rəng  alan  dağların,  dərələrin,  ağacların,  çəmən  və  çiçəklərin  sehrkar 

gözəlliyindən danışardılar. 

Biz  ki  onlara  kömək  edə  bilməyəcəyik.  Bax,  budur,  o  gələn  Tərlan  da  bu 

yerlərin səfasını bir aşiq, bir Məcnun məfhunluğu ilə duyursa da, o da rəssama bir 

söz deyə, öz duyğularından bir şey anlada bilməyəcəkdi. 

 

 



                                                                                                                                                  

34 


 

Yaxında dilmanc da yox idi, mütərcim də... Mahmud ağa günorta yeməyindən 

əvvəl  öz  otağında  kamanda  inləyən  Bayatı-şirazın  həzin  laylaları,  nalələri  altında 

xoş  bir  yuxuya  getmişdi.  O,  bir  az  sonra  tanrı  çaldığı  şur  sədaları  ilə  yuxudan 

oyanacaq,  günorta  yeməyinin  hazır  olduğunu  bilib,  qonaqları  mey,  məzə,  rəqs, 

musiqi və şeir məclisinə dəvət edəcək idi... 

Gəlin biz də heç bir şeylə kömək edə bilməyəcəyimiz cavanları ilk insanın dili 

ilə anlaşmaqda qoyub yolumuzu dəyişək... Başqa bir məkana, bizi maraqlandıran 

başqa insanların yanına gedək, görək onların taleyi nə yerdə qaldı... 

Orda bizi bir dəstə qız, ana torpağın yetirdiyi çiçəklər qədər incə, rayihədar bir 

qız dəstəsi gözləyir... 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə