1 ƏZİZƏ CƏFƏrzadə aləMDƏ SƏSİm var məNİM



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix04.06.2017
ölçüsü5,27 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

GÜLLÜBƏYİM 

Bilirəm  nigaransan,  ay  dost,  Sona  dərdilə  səni  intizarda  qoymuşdum,  üstünə

Qəmzə dərdi də gəldi. İndi də səni nigaran qoymağa, bir qədər həmin hadisələrdən 

qayıtmağa məcburam. Məni bağışla, bircə saat vaxtını alacağam. Əlini mənə ver, 

dayağım  ol,  gəl  Güllübəyimgilə  gedək...  Axı  sən  Seyid  Əzimin  Tərlana  yazdığı

məktublardan  və  şairin  xəyallarından  onun  adını  eşitdin,  üzünü  görmədin.  Bu 

tanışlıq  vacibdir,  sən  öz  əsrinin  nazəndə  mələyi,  incə  sənətkarı  Sona,  faciə

mücəssəməsi  Qəmzədən  başqa,  maarif  fədaisi,  cəsur  bir  qadını  -  Güllübəyimi  də

tanımalısan...  Axı  Seyid  Əzim  məktəbi  quru  yerdə  yaranmayıb,  ondan  əvvəl 

Şamaxıda  Rza  bəyin,  Güllübəyimin  az  davam  etsə  də  məktəbləri  olub,  bunlar  da 

onun üçün bir ülgü, bir ilham mənbəyi yerini görüblər. 

İntizar  yamandır,  dost,  bilirəm,  səndən  çox  vaxt  istəməmişəm,  bir  az  sonra 

Sona ilə, Qəmzəylə görükəcəyik, indilik nağıl xəzinəsi, nənələr demişkən, Sonayla 

Qəmzə  burda  qalsın,  sizə  kimdən  deyim,  kimdən  danışım  Güllübəyimdən... 

Güllübəyimin şəxsiyyəti ilə gec tanış oluruq, onun həyatının ağır dəqiqələridir, bir 

neçə  ildən  bəri  yarı  mollaxana,  yarı  yeni  tipli  bir  qız  məktəbi  kimi  Şirvanda 

şöhrətlənmiş  bu  dərsxana  ilə,  Güllübəyimin  oradakı  fəaliyyəti  ilə  yaxından 

maraqlanmağa vaxtımız indi müsaidə edir. Buyurun, irəli, əziz dost,  əlinizi  mənə

verin,  Şirvanın,  bəlkə  də  bütün  Azərbaycanın  ilk  qız  məktəbini  açmağa  cəsarət 

etmiş  bu  münəvvər  qadının,  müəllimənin  məktəb-dərsxana  yerini  görən  evinə

gedək. 

Güllübəyim  axşamdan  İsrafıllə  bərk  höcətləşmişdi.  Əslində  çox  üsul  və



mehriban adam olan İsrafil, Güllübəyimin işlərinə o qədər də  

 

 



                                                                                                                                                  

196 


 

baş  qoşmazdı.  Xətrini  çox  istədiyi  arvadının  mollaxana  açmağı  da  belə  oldu. 

Məhəllənin  kasıb  uşaqlarından  bir  neçəsini  evinə  toplayıb  çərəkədən  dərs 

verməsinə də mane olmadı. "Nə qədər ki, oğul-uşaq sahibi deyil, qoy başı qarışsın, 

sonrasına baxarıq", deyə düşündü. Evləri Qurbanqulugillə qonşu idi. Molla arvadı

vasvası  Umsəlmə  də,  qızı  Narıncla  birlikdə  öz  evlərində  çərəkədən  dərs 

oxudurdular. Buraya gələnlər az-çox varlı qızları olduğundan Umsəlmənin qazancı

çox idi. Həm də qızlar Umsəlmənin ev işlərinə də kömək eleyirdilər. Birdən-birə

Güllübəyimin  pulsuz-pənəsiz  dərs  deməyə  başlaması  Molla  Qurbanqulu  ailəsinin 

qazancına  zərər  verməyə  başladı.  Əvvəl  Narınc  "eh,  canı  cəhənnəmə,  ora  gedən 

kimdi  ki?  Ac-yalavacın  törəməsi,  onlardan  nə  xeyir  olacaq?"  demişdi.  Amma 

Güllübəyimin qızları pulsuz oxutması, evdə işlətməməsi xəbəri qonşulara çatanda, 

çoxları  öz  qızını  Umsəlmənin  və  xüsusilə  Narıncın  qulluqçusu  olmaqdan  xilas 

eləyib  Güllübəyimin  mollaxanasına  apardı.  Narınc  Güllübəyimə  düşmən  kəsildi. 

Söz-sov çıxmağa başladı. 

...Doğrudan  da,  Güllübəyimin  mollaxanası  qəribə  idi.  Burada  mollabacı

Güllübəyim  xüsusi,  özü  düşündüyü  bir  tərzdə  dərs  verirdi.  O,  bir  saat  qızlara 

çərəkədən oxumaq öyrədir, bir saat yazı yazdırır, sonrakı vaxtı isə tikiş tikmək, ev 

işləri  görmək,  özünə  qulluq  etmək,  necə  dolanmaq  kimi  mollaxanaya  dəxli 

olmayan şeylər təlim eləyirdi. Analar Güllübəyimdən çox razı idilər. Uşaqlar evə

gələndə  mollabacını  tərifləməkdən  doymurdular.  Qızlar  elə  üsul,  mehriban, 

təmizkar, çalışqan və səliqəli olmuşdular ki, valideynlər ikitərəfli razı idilər: təzə

mollabacı  həm  pul  almır,  həm  də  yaxşı  dərs  öyrədir.  Bir  qisim  adamlar  isə

Narıncın  yaymağa  başladığı və  Molla  Qurbanqulunun da arabir dəstəklədiyi  fikri 

qüvvətləndirir: "Qız uşağına yazı yazmaq nəyə lazımdır? Sonra da əli qələm tutan 

kimi  oğlanlara  eşqnamə  yazacaqlar"  deyirdilər.  Söz-sov  artıb  İsrafılin  qulağına 

çatır, Baqqalbazarda ona birtəhər baxmağa başlayırdılar. 

İsrafıl əvvəlcə eyhamlarla qadınını bu "şarbaşaran işlərdən" qorumağa çalışdı: 

-  Güllübəyim,  sən neyşə  bu el  dəbiycən, başqa  mollabacılar  kimi  oxutmursan 

qızları? Güllübəyim dedi: - Axı yazıqdırlar, mən istəyirəm ki, bildiklərimi onlara 

da öyrədim... - Yazı qızın nəyinə gərəkdir? Deyirlər qızın qələm tutmağı günahdı. 

Güllübəyim mehribanlıqla ərinin sözünü kəsdi: 

 

 


                                                                                                                                                  

197 


 

-Vallah,  yalan  sözdü,  mənim  öz  müəllimim  Molla  Babanın  yanında  neçə  qız 

oxuyurdu?  Göhərbəyim,  mən...  hamımıza  da  yazını  o  özü  öyrədirdi.  Deyirdi  ki, 

mollalar düz deməyib, qız oxuyub yazsa heç də günah deyil... Əgər günahdı, bəs 

neyşə mollalar öz qızlarını, bəylərin,ağaların qızlarını oxudur, yazmaq da öyrədir, 

hə? 


İsrafıl bu məntiq qarşısında bir söz tapa bilmədi. Yalnız, nədənsə, öz talelərini 

düşünürdü, dedi: 

-Bilirsən,  Güllü,  mən  özümüz  üçün  qorxuram,  bilmirəm,  nədənsə  ürəyimə

damıb ki, sənin bu işlərinin axırı yaxşı olmayacaq... Bazarda hərdən qulağıma elə

sözlər dəyir ki, o Qurbanqulu var ha... lap elə onun o Alışa istənilən qızı Narınc... 

Allah  onların  şərindən  saxlasın,  nə  desən  əllərindən  gələr...  Sən  onları  yaxşı

tanımırsan,  amma  biznən  dədə-baba  qonşudular...  Mən  bilirəm  onlardakın... 

Quyruqların  bircə  tikə  basdınmı,vay  halına!..  Sən  də  ki,  onların  hazır  çörəyini 

əllərindən almısan... 

-Neynəmişəm  onlara?  Yaxşı  oxutsunlar...  Qızları  səhərdən  axşamacan  nökər-

qulluqçu  yerinə  işlətməsinlər...  Biri  ev  süpürür,  biri  palaz-paltar  yuyur,  biri 

hamamda Umsəlmənin satıl-boğçasını aparır, biri uşaq yırğalayır... Xalq da görür... 

-Nə deyim  vallah! Genə  də deyirəm  ki,  Allah  axırın xeyir  eləsin... Amma  bir 

şeyi bil ki, mən heç bir biabırçılığa dözə bilmərəm. Cəmbəm götürməz. Əgər bir 

şey  baş  versə,  sənin  adın  ləkələnsə,  mən  bu  eldə,  o  şəkibaz  Baqqalbazarda  gün 

keçirdə  bilmərəm.  Bax,  sənə  qabaqcadan  deyirəm:  ya  onlara  dəyib-dolaşma,  boş

yerə  üstünə  qaldırma,  ya  da  onlar  sənə  dəyib-dolaşsa,  adını  dillərə  salsa,  baş

götürüb bu eldən gedərəm... Mənim onlarla hampalaşmağa halım yoxdur... 

Güllübəyim  susdu...  Bir  söz  deyə  bilmədi.  Amma  son  zamanlarda  yeni  dərs 

kimi  uşaqlara  öyrətməyə  başladığı  "nəğmə-mahnı"  dərsi  haqqında  düşünməyə

başladı:  "Yaxşı  ki,  hələ  bundan  xəbərləri  yoxdur!  Düzdü,  qızlara  tapşırmışam, 

amma heç ürəyim yerində durmur. Görəsən kəsimmi, yox, axı mən təkcə onların 

xeyrini düşünürəm. Mənə ki, bir mənfəəti yoxdu. Haxçıx Şuşanıkın, Marya bacının 

ev uşqolunda necə görürəm, elə də istəyirəm ki, bizim qızlar da bir şey öyrənsinlər. 

Elə ölü duası, fatihə surəsi, namaz qaydaları, oruc, xüms, zəkat... Bəs bu dünyada 

onlara heç nə lazım deyil? Dayıoğlum da deyirdi ki, Allah insanı bu dünya üçün 

xəlq  eləyib,  o  biri  dünya,  axirət,  Allahın  öz  rəhminə  bağlıdı.  Sən  çalış  ki,  bu 

dünyada beş günlük ömrünü fənaya verməyəsən... Amma bizim yazıq qızların bu 

beşgünlük dünyada fənadan başqa heç bir xeyri yoxdu. Elə o dünya üçün çalışırlar, 

vəhşət namazı, 

 

 


                                                                                                                                                  

198 


 

Ayət namazı, qəza namazı, nimeyi-şəban namazı, nə bilim daha nələr. Allahın 

insana  bəxş  elədiyi  bu  aləmdə,  onun  üzü  gülməsin  gərək?  mən  ki,  günahkar 

deyiləm - Allah özü məni yaradıb". . 

O bu sözləri düşünə-düşünə ərini yola salıb, sinif otağını silib-süpürməyə, bir 

azdan sonra dərsə gələcək qızlar üçün hazırlığa başladı. Bu çox təmiz və işıqlı bir 

otaq idi, yerə təmiz, nimdaş palazlar salınmışdı. Divarlara qəşəng qətələr', taxçalara 

salmanclar,  camaxatanlara  ləbaşlıqları  vurulmuş,  rəflərə  incə,  lacivərdi  kasa  və

boşqablar,  çaydan    və  gülabzənlər  qoyulmuşdu.  Divar  boyu  xırda  döşəkçələr 

salınmış  hər döşəkçənin önünə kiçik rəhil qoyulmuşdu. Rəhillərin üstündə çərəkə, 

Quran, yanda - yerdə isə qələmdan və balaca bayazlar düzüldü. Güllübəyim bütün 

əşyanı bir də nəzərdən keçirib sildi, qapı agzına salınmış ayaqaltını da çırpıb səliqə

ilə yerinə döşədi. ... 

Qızlar iki-bir, üç-bir gəlməyə başladılar.  

- Salaməleyk, mollabacı.  

-Əleykəssalam... O qızları gülərüz və mehribanlıqla qarşılayırdı.  

Hamı  yığıldı,  hərə  özü  üçün  müəyyənləşdirilmiş  yerə  keçdi.  Güllübəyim  də 

otağın yuxarı başında salınmış iri döşəkçənin üstündə oturdu. Onun əynində Şirvan 

xanımlarının  geydiyi  gen,  xara  tuman,  açıq  çəhrayı  qanovuzdan  köynək,  yelpazə

qolluqlu  kiçicik  arxalıq  vardı.  Başına  badımcanı  haşiyəli  ağ  Gəncə  kəlağayısı

bağlayıb, boğazının altından dolamışdı. Üstündə heç bir bəzək yox idisə də, cavan 

mollabacı  gəlin    gözəl  idi.  Yumru,  xırda  çənəsinin  üstündəki  qara  xal  yuvarlaq 

dodaqlarını  daha  da  al  göstərirdi.  Bir  cüt  qara  üzüm  giləsini  xatırladan  ərindən 

nəvaziş  tökülürdü.  Burma  birçəkləri,  kəlağayının  altından  çıxıb  üzünün  ağlığını

daha  da  artırırdı.  Məşşatə  əli  görməmiş  qara  qaşları  elə  bil  qələmlə  çəkilmişdi. 

Güllübəyim əlini qaldırıb rəhilə tərəf aparda qızlar hamısı sakitləşdi.  

- Bismillahir-rəhmanir-rəhim...  

Qızlar  hamısı  rəhillərin  üstündəki  çərəkə  və  quranları  açdılar.  Hər  birisi 

mollabacının  bugünkü  oxu  dərsi  üçün  verəcəyi  tapşırığı  gözləyirdi.Lakin 

Güllübəyim  bir  az  əvvəlki  fıkirlərinin  təsirilə,  sanki  bayaqkı  xəyallarını  davam 

etdirərək sözə başladı. 

-

 



Pərvərdigari-aləm insanları xəlq eləyib, əvvəlcə - bu dünya üçün. 

 

 



                                                                                                                                                  

199 


 

Əbrü-badü mahü xorşido fələk dər karənd  

Ta to nani be kəf ari və beqəflət no xori... 

Əgər pərvərdigari-aləm insanı təkcə o dünya üçün xəlq eləsəydi, elə o dünyada 

da yaradardı, daha zəhmət çəkib bu böyük aləmi xəlq eləməzdi. Sən bu dünyaya 

gəlmisən  ki,  bir  iş  görəsən.  Və  böyük  xudavəndi-aləmin  yaratdığı  nemətlərdən, 

məhz  sənin  üçün  yaratdığı  nemətlərdən,  onları  əldə  edəndən  sonra  istemal  da 

eləyəsən.  Allah-taala,  çayların,  quşların,  bülbülün  sədasını  dinləmək  üçün  sənə

qulaq  verib,  asimanın,  dağların,  meşələrin,  çiçəklərin  və  güllərin  rəngin  gözəl-

liyini görmək üçün sənə göz verib, musiqidən, nəğəmatdan, əşardan və başqa növ 

gözəlliklərdən zövqi-ruhani almaq üçün sənin ürəyin var. Əgər bunlar insana lazım 

olmasaydı, heç bir şeyi, yeni bir zihəyatı səbəbsiz yaratmayan pərvərdigar, ya sənə

bu üzvləri verməzdi, ya heç onları yaratmazdı... Elə heyvan kimi... 

...Qızlar  nəfəslərini  gizləyib  Güllübəyimin  nəsihətlərini  dinləyir  və  xırdaca 

qəlblərinin döyüntüsünü eşidirdilər. Onların ürəyində hələ evdəki vəzlər o qədər də

dərin kök salmamışdı. Kiçicik bir şübhə lazım idi ki, o zəif örtü, qara örtü - nazik 

duman  kimi  dağılıb  getsin,  yerini  coşqun  təbiətin  çağırışı  tutsun.  Qızlar  bu  anda 

qaradinməz  nənə və analarını, günləri namaz və orucla keçən böyükləri unudur, öz 

mollabacılarına haqq qazandırır, onu haqq sanır və sözlərini dadlı bir xəyal, şirin 

bir yuxu kimi həvəslə, bütün varlıqları ilə dinləyirdilər... 

...Quran, oxu və yazı məşğələləri bitdikdən sonra, Güllübəyim dəfini əlinə alıb 

qızları oxutmağa, onlarda rəqs, nəğmə vərdişləri yaratmağa başladı. "Heç olmasa 

burda  bir  az  üzləri  gülsün,  heç  olmasa,  burda  bir  neçəsinin  qəlbinə  sevinc  yol 

tapsın..." 

...Şamaxı  evlərinin  çoxundan  dəf  səsi  gələ  bilər.  Bu  heç  kəsi  təəc-

cübləndirməz...  Amma  bu  gün  Narınc  çox  təəccübləndi  və  marağı  artdı.  O  elə

onsuz  da  Güllübəyimi  güdür,  əlinə  bir  bəhanə  keçirməyə  çalışırdı.  "Bu  da  sənə

mollabacı...  Evində  dəf  səsi,  şırıqqa  səsi!  A  sənə  uşaq  usburd  olanın  dədəsi 

tünbətün  düşsün...  Üç  ildi  sən  bizim  canımızı  xirtdəyimizə  yığmısan...  Dayan, 

köpək qızı, bu neçə vaxtı dədəm sənə dəyib-dolaşmağa qoymurki, Mahmud ağanın 

bibisi  qızıdı,  onlarla  düşünüşməyimiz  yaxşı  düşməz.  Odur  ki,  əlimi  sənə

bulaşdırmıram... Qoy bir hələm gör sənin başına nə oyun oynayacam..." 

 

 


                                                                                                                                                  

200 


 

Narınc  darvazaya  yaxınlaşdı,  ehtiyat  edirdi,  bir  adama  rast  gəlmək  istəmirdi; 

amma şübhə, maraq onu irəli aparır, dincəlməyə qoymurdu; "Yaxşı, uşaqlar gərək 

hələ  dağılşmamış  olsun,  bəs  dağılışıblarsa,  bu  kiminlə  kefdədi,  hə?.."  Narıncın 

atası Qurbanquluya bənzəyən yoğun bədəni gen tuman və köynəyin içində əsirdi, 

darvazaya  yaxınlaşıb  taxtaların  arasından  içəri  baxmağa  başladı,  həyətdo  heç  kəs 

yox  idi,  səs  içəridən  gəlirdi.  Kim  isə  oxuyur,  arabir  şırıqqa  çalınır,  dəf  təqt 

tuturdu... Birdən bir neçə incə qız səsi o zaman Şirvanda dəb olan "Sağrı başmaq" 

mahnısını elliklə oxumağa başladı: 

Sağrı başmaq zənənə,  

Dünyada gözəl çox, mənə nə,  

On iki imam qənim olsun  

İlqarından dönənə. 

Sağrı başmaq mərd olu, 

Geyməyən namərd olu  

İstədiyinə getməyənin  

Ölənəcən ürəyində dərd olu... 

Narınc  qulaqlarını  şəklədi:  "Aaa...  deyəsən,  qızların  səsidi  axı...  Bəs  bu 

Güllübəyim  batmış  qızları  qoyub  hara  itib  ki,  onlar  da  çərəkə  əvəzinə  nanay 

vurullar?"  İndi  isə  səslər  və  mahnının  ahəngi  dəyişdi  indi  qızlar  Şirvan  şikəstəsi 

oxuyurdular: 

Şirvanın yastı yolu,  

Su gəldi basdı yolu,  

Gedirdim səni görəm,  

Yağılar kəsdi yolu. 

Şirvana paşa gəldi,  

Gör nə tamaşa gəldi,  

Şükür gördüm üzünü,  

Hər arzum başa gəldi. 

Narınc bu Şirvan şikəstəsi oxuyan qızı səsindən tanıdı... "Bıy, Məşədi Qənbərin 

nəvəsidi  ki... vallah  özüdü! ...Ay  səni görüm  canuva   od düşsün, necə də  yanıqlı

oxuyur? ...Yaxşı, doğrudan bəs Güllübəyim dadı görəsən?"  

 

 


                                                                                                                                                  

201 


 

Narıncın  ağlına  da  gəlməzdi  ki,  Güllübəyim  otaqdadır.  Birdən  otağın  qapısı

açıldı. Qızlar səs-küy ilə həyətə çıxdılar. Narınc qorxdu, qızların qapıya çıxıb onu 

görə bilməsindən ürkdü. Lakin qızlarla birlikdə Güllübəyimin də həyətə çıxması və

qızların heybəsiz, əliboş olması, onu yerində saxladı: "Nə? Mollabacı Güllübəyim 

içəridə ola-ola belə rüsvayçılıq? Bəs onlar orda nə dərsi keçir?" 

Qızlar isə həyətdə müxtəlif oyunlar oynamağa başladı: kimisi ip üstdən tullanır, 

kimisi  "səndə-məndə",  başqa  bir  dəstə  "gözbağlıca"...  Mollabacı  Güllübəyim  isə

onlara  nəzarət  eləyib  ortalıqda  gəzişir,  qızlarla  sənli-mənli  gülüb-danışır,  cığallıq 

eləyənləri  danlayır,  küsüşənləri  barışdırırdı...  Yox,  bu  dərs  deyil,  mollaxana 

deyildi. 

Narınc  gördüklərini  anası  vasvası  Umsəlmə  və  atası  Molla  Qurbanquluya 

danışmaq  üçün  evlərinə  götürüldü.  Qapılarının  ağzında  yengə  Əzizbikəylə

toqquşdu: 

-Salam,  Əzizbikə  xala,  nə  əcəb  belə?  -  Narınc  həyəcanını  gizləyib  yengəni 

nəzakətlə qarşıladı. 

-Əcəb  camalın,  ay  mənim  matan  qızım!  Belə  səni  Allah  mənim  əlimnən, 

tezliklə xoşbəxt eləsin, göydə Allah, yerdə mən... 

Yengə, qızın çənəsi qabağında bir çırtıq çaldı, yeddi məşşatə əlindən çıxmış ağ

maya üzünü Narıncın tüklü sifətinə sürtüb marçıltıyla öpdü. Yengənin xoş xəbərlə

gəldiyi  Narıncın  kefini  durultdu.  Böyüyüb  çoxdan  bəri  gəlinlik  dövrünü  keçmiş

Narınc, Əzizbikənin ondan ötəri müştəri gəzdiyini yaxşı bilirdi. Amma məhəllədə

öz dalaşqanlığı, sözgəzdirməsi, "qıldırımqaşlığı" ilə məşhur olan Narınc, Umsəlmə

və  Molla  Qurbanqulu  kimi  "mömin  bəndələrin"  övladı  olsa  da,  qorxusundan  heç 

kim  yiyə  durmamışdı.  Qız  da  qarıyıb  hədəqədən  çıxmışdı.  Yazıq  Umsəlmə  neçə

cümə günü qızının başına qırxaçar camı ilə baxt-açma duası oxunmuş su tökmüş, 

baxtını açdırmışdısa da, "düşmənin cadısı güclü çıxmış", qıza elçi gələn olmamışdı. 

İndi ümid, uzaq məhəllələrə, qızın xasiyyətinə bələd olmayan ailələrin oğlanlarına 

və münasib qız axtaran yengə Əzizbikəyə qalmışdı. Odur ki, Narınc yengəni xüsusi 

ehtiram  və  ədəblə  qarşıladı;  birdən-birə  quzuya  dönüb,  evə  dəvət  elədi.  Arvadın 

çarşabını aldı, büküb taxçaya qoydu və həyətə çıxıb çay hazırlığı görməyə başladı. 

Vasvasılıqdan əriyib dərisi sümüyünə yapışmış, bütün bədənində damar, dəri və

vəzidən başqa bir şey olmayan, quru müqəvvaya çevrilmiş Umsəlmə, döşəkçənin 

üstündə oturub mütəkkəyə söykənmiş, qarşısında çərəkə oxuyan şagirdi ilə məşğul 

idi. Yaz-qış buz su altında 

 

 



                                                                                                                                                  

202 


 

qab-qacaq  və  öz  şəxsi  dəsmallarını  suya  çəkməkdən  damarları  çıxmış,  dərisi 

çat-çat  olmuş,  qan  çırtlayan  əllərində  Quran  var  idi.  Əzizbikəni  görüncə  arvadın 

xeyir xəbərlə gəldiyini anladı. Tələsik şagirdinə öyrənməli olduğu parçanı göstərib 

dedi: 

-  Qızım,  get  evinizə,  sabahacan  "qül  ya  eyyühəlkafırun"u  əzbərlə,  sabah 



soruşacam... 

Şagird  çıxdı.  Yalnız  bundan  sonra  Umsəlmə  əlindəki  Quranı  büküb  öpdü  və

yanındakı rəhilin üstünə qoydu: 

-Xoş gəlmisən, ay Əzizbikə, həmişə sən gələsən... 

-Xoş  günün  olsun,  mollabacı,  elə  deyəsən  zəhmətim  hədər  getməyib,  yaxşı 

xəbərlə gəlmişəm... 

Arvadın  ürəyi  döyündü:  "Şükür  sənə  ilahi,  heç  olmasa  mollaya  layiq  yer  ola, 

irazi ola". 

Əzizbikə sözə birdən başladı: 

-Bilirsən,  mollabacı,  uzaqdan  neyşə  başlayım?  Bax,  dünən  gecə  məni  Alış 

çağırtdırmışdı...  Dedi  ki,  məni  Molla  Qurbanqulu  özü  üzə  çıxardıb,  zəhməti  də

üstümdə  çox  olub,  tövbəmi  də  özü  verib.  Qəriblər  ağasının  qulluğuna  göndərib. 

İndi  elə  məni  oğulluğa  da  özü  götürsün.  Ev-eşik  tikdirirəm,  qurtaran  kimi  toy 

eləyim. Elə olsun ki, ev-eşiyim də külfətsiz qalmasın... 

Ərinin bu haqdakı arzusuna çoxdan bələd olsa da, Umsəlmə arvad fikrə getdi: 

"Görəsən dolanarlar, ay Allah? iki qoçun başı bir qazanda çətin qaynar". 

-Allah köməyin olsun, ay Əzizbikə, bu hardan onun ağlına gəldi? 

Əzizbikə gülə-gülə dedi: 

-Bıy, ay mollabacı, bəs mən nəyə gərəyəm? Yadına mən saldım dəə.  

Özün bir yaxşı adam tap dedin, mən dəə... 

  "Yaman da yaxşı adamdı, quldurun biri". 

-Nə deyim vallah, qorxuram genə əvvəlki əməllərinə qurşana axı... 

Əzizbikə əlüstü etiraz elədi: 

-Heç elə şey olar? Ağa Alış əsil kişidi. Məşədə gedib tövbə eləyib, üzə çıxıb, 

zamın verib, ölsə də sözündən dönməz. Sən özün bir axund ağanın qulluğuna ərz 

elə... Sonra baxarıq. 

-Həlbət  ki,  atadı,  axır  söz  də  onundu,  mən  nəkarayam  ki!  öz  qızıdı,  başın  da 

kəsməyə haqqı var. Nə dedi, o olacaq... 

Bu  dəmdə  Narınc  çay  dəstgahını  ortaya  gətirdi,  bic-bic  üzünə  baxıb 

gülümsəyən Əzizbikəyə fıkir vermədən sözə başladı: 

-Ay məmə, lap matım-qutum quruyub... 

 

 



                                                                                                                                                  

203 


 

-Nə olub ki, aaz? 

-Nə olub ki, aaz? 

-Güllübəyimgilin qapısınnan keçirdim, nə görsəm yaxşıdı, dərs-Quran qalıb bir 

tərəfdə, "mollabacı Güllübəyim" uşaqlara oynamaq-oxumaq öyrədir... 

- Nə? -Nə? 

-Elə şey olmaz aaz... 

-Bıy,  ağamın  oxuduğu  Quran  kəlmə-kəlmə  canıma  qənim  olsun  əgər  yalan 

deyirəmsə... Öz gözümnən görmüşəm... Xalxın qızlarını mütrüf qayırır... 

-Bıy, Allah sən saxla, bircə bu qalmışdı? 

-Ondan nə desən çıxar, beş vaxt namazdan başqa... 

-Əstəğfürullah, əstəğfurullah... Lənət sənə kor şeytan... 

-Şeytan neyləsin, o özü elə şeytanın yekəsidi... 

...Az  keçməmiş  xəbər  məhəlləyə  yayıldı...  Doğru  deyiblər  ki,  yengəni, 

yuyucunu  razı  yola  sal,  ağzına  sirr  vermə,  bədnamçıdı  -  evlər  gəzir...  Söz  qızın 

ağzından  çıxan  kimi  dəstinə  şəhərə  yayıldı.  Qalabazar,  İmamlı,  Sarıtorpaq, 

Minaxor...  bir-birinə  dəydi,  arvadlar  bir  cəldlik,  sürət  göstərdilər  ki,  təzəcə

meydana çıxmağa başlayan simsiz teleqraf da bu qələti eləyə bilməzdi. Çox az bir 

müddətdə  hadisə  bazara  çıxdı,  əsnaf,  tüccar  bir-birinə  dəydi.  Kişilərdən 

Güllübəyim  mollabacının  mollaxanasında  qızı  oxuyan  kim  vardısa,  cəld  dükanı

bağlayıb evə cumdu və arvada əmr elədi ki, gedib qızı o şeytan yuvasından qay-

tarıb gətirsin və bir də o xarabaya buraxmasın... 

Əsil dərd biçarə İsrafilin idi. Bu gün bir həbbəlik ticarət etmədiyi kimi, heç kəs 

salamını  da  almadı.  Əksinə,  bazar  avaraları  hər  qapısından  keçəndə  söz  atmağa 

başladılar: 

-A-a-adə, Ağa İsrafıl, deyirlər Mütrüf Ədilə yerrik olmusuz? 

-Əşşi, o da kişidi? Verib cilovu o Mahmud ağanın bibisi qızının əlinə, hara coşa 

deyib sürür, bu da gedir daaa. 

-A balam, sən də adını kişi qoymusan, o nə arvaddı saxlayırsan, həəə?.. 

Hamısından  ağır  dərd  Alışın  hədəsi  idi.  Çovuş  Kəblə  Abbasla  təzəcə  imam 

qulluğundan gəlmiş Alış bar-bar bağırırdı: 

-Din əldən gedir, camaat, biri oğlanlarımızı (onun hələ heç oğlu yox idi, indicə

evlənməyə  hazırlaşırdı),  bir  çəngi  də  qızlarımızı  (əlbəttə  qızı  da  yox  idi,  Narınc 

hələ onun tikilib qurtarmamış evinə gəlin gəl- 

 

 


                                                                                                                                                  

204 


 

mişdi)  yoldan  çıxarır,  laməzhəblər  yetişdirirlər...  Bu  da  işdi?  Mənim  elə

övrətim olsa, cəhəngini cırram, bir gün sağ qoymaram dünyada ki,başımı da aşağı

eləyə, Arvad nədi ki, kişinin sözünə baxmaya (Alış hələ Narıncın xasiyyətinə bələd 

deyildi).  Bütün  bunlar  İsrafilin  səbir  kasasını  doldurdu.  İsrafıl  heç  kimə  cavab 

vermədən  dükanı  kilidlədi,  dalda  yollarla  evinə  gəldi.  Güllübəyim  bazar 

hadisələrindən  xəbərsiz  evdə  oturub  kürədə  fisincan  bişirir,  arabir  zümzümə  də

edirdi. Dünyadan bixəbər qadının bu halı İsrafilin ürəyini suya döndərdi,  əvvəlcə

heç bir şey demədi. Sonra davam gətirə bilməyib, qərarını Güllübəyimə anlatdı: 

- Bilirsən, Güllü, mən sənə demişdim, sən mənə qulaq asmadın, indi özündən 

küs...  Məndən  incimə,  mən  səndən  inciməmişəm.  Bir  baş  yoldaşı  kimi  həmişə

qulluğumda  olmusan.  Səndən  yaman  bir  əməl  görməmişəm,  amma  bu  boyda 

həngaməyə dözmək üçün məndə tavana, tab-taqət yoxdu, mən gedirəm... 

Güllübəyimin  dodaqları  əsdi,  aciz  də  olsa,  fağır  adam  olsa  da,  istəkli  ərindən 

ayrılmaq  ona çox  ağır  idi.  ; -Hara?  İsrafilin  də ürəyi  oycalanırdı, o  da mehriban, 

nəcib və nəvazişkar, qayğıkeş sevdiyindən ayrılmaq istəmirdi: amma bazara bələd 

olduğundan,  bundan  sonra  gününün  necə  keçəcəyini  yaxşı  bildiyindən,  özündə

mübarizə əzmi görmədiyindən sozündən dönmədi: 

-  Hara  gəldi...  Ya  Bakıya,  ya  Aşqabada...  nə  bilim....Bəlkə  Qafqaya...  Mən 

daha burada qala bilmərəm. Əgər sən mənim sözümə baxıb əməlindən dönsəydin... 

Bu da ki, mümkiin deyil, mən sənin təbinə bələdəm. Sən ölərsən, dönməzsən, Mən 

isə... Yox, səndəki hünər, ayıb da olsa, ağır da olsa qoy deyim ki, məndə yoxdur. 

Qapı taybatay açıldı... İçəriyə yaşlı bir qadın girdi. Hər ikisi bu qəfil tappıltılı

gəlişdən  diksinib  çevrildi.  Gələn  Güllübəyimin  anası  Minabəyim  idi.  Arvadın 

vaxtilə  yaraşıqlı  üzü  qocalsa  da,  təravətini  itirməmişdi.  Güllübəyimin  simasını

xatırladan  sifəti  acığından  eybəcərləşmişdisə  də,  yenə  də  qəşəng  idi.  Qara  üzüm 

gilələrinə  bənzəyən  gözləri  qəzəbindən  daha  da  girdələnmişdi,  çənəsindəki  xal, 

yuvarlaqlığını  irirməyə  başlamış  dodaqları  kimi  əsim-əsim  əsirdi,  çadrası  sıyrılıb 

çiyinlərinə düşmüşdü. Dən düşmüş saçları dingənin altından çəngə-çəngə çıxmışdı, 

görünür  başını  yolmuş,  sonra  da  tələm-tələsik  dingə  vurub  çadralanmışdı.  İçəri 

girən kimi salamsız-kalamsız qızının üstünə düşdü: 

 

 



                                                                                                                                                  

205 


 

-A qara yer oğurlasın səni, bu nə işdi başımıza gətdin? Şirvan içində bizi xar 

elədin!  Dedik:  Quran  oxuyar,  mollabacı  olar,  uşaqlara  Allahın  kəlamını  öyrədər, 

savab  yiyəsi  olar.  Aaz,  bəyəm  qorxmursan  Allahdan?  Bilmirsən  ki,  qız  xaylağı

əlinə  qələm  alsa,  o  dünyada  həmin  qələm  od  olub  barmağın  yandıracaq?  Yazılar 

ilan  olub  cəmdəyinə  dolaşacaq?..  Bu  bəs  deyil,  hələ  sən  bir  nanay  vurub  dəf  də

çalırsanmış? Ay ölmüş! A sənin qaranı geyim, bəyəm sən mütrüf olmusan? 

Sonaya  yerrik  çıxmısan?  A  Sona  yolu  yollanmış,  bizi  bədnam  elədin  ki... 

Aləmnən bir olduq ki!.. 

Güllübəyim nə qədər cavab verməməyə çalışdısa da bacarmadı: 

-Ana... 

-Çor ana, dərd ana... Elin ağzın yüz ərşin bez alıb bağlayacaqsan? 

-Ana, mənim baş yoldaşım var, özü bilər... 

-Kül  sənin  başına,  sənin  baş  yoldaşında  o  qeyrət  hanı  ki,  tikə-tikə  eləyə  səni, 

hər tikəni bir çalada basdıra. 

İndi nə İsrafil, nə də Güllübəyim danışırdı. Ərinin qulağı eşidə-eşidə deyilən bu 

sözlər,  həm  də  düşmən  deyil,  məhz  ana  diliylə  verilən  hökmlər  Güllübəyimi  elə

sarsıtmışdı ki, söykəndiyi divar kimi ağappaq olub durmuşdu. İsrafıl də müdaxiləni 

mənasız görürdü. Bu hadisə onun qərarını daha da möhkəmlətmişdi... 

Minabəyim arvad qapıya yeriyə-yeriyə acığından boğulduğu halda bir də dedi: 

-Mən  bilirəm  səni  yoldan  eləyən  o  namərbut  dayoğlunun  sözlərinə  qulaq 

verməyin  olub.  Neynək,  elə-elə!  O  kişidi,  danışana  cavab  verməyə  gücü,  divan-

dərə  yanında  dili,  arxası  var...  Sən  arvadsan,  bu  işlər  sənin  hünərin  deyil;  amma 

belə ki, sən tutmusan, ərinin qeyrəti çatmır, Sonanı cəhənnəmlik eləyənin biri səni 

də yer üzündən götürər! 

Südüm sənə haram olsun, bala! Məni Şamaxı arvadları içində bir pulluq elədin. 

Atan bədbəxt yaxşı vaxtında baş gora apardı, sənin bu biabırçılığını görmədi... 

Arvad gəldiyi kimi də sağolsuz-zadsız çıxıb getdi... Evdə ikisi qaldı. İsrafıl indi 

Güllübəyimə  daha  çox  acıyırdı:  "Əzizim,  səni  belə  ağır  günlərində  tək  qoyub 

gedirəm. Bilmirəm, bəlkə bu qərarım, bu hərəkətim, səni yolundan döndərə. Onda 

bəlkə qayıdıb gələm, genə sakit bir ömür sürək, amma səni ki, mən tanıyıram, sən 

belə  şeylərlə  yolundan  dönən  deyilsən.  Mən  isə...  Mən gücsüzlüyümü  yaxşı  başa 

düşürəm. Məndən sənə arxa çıxmaz..." 

...O gecə bir-birini həqiqi insan məhəbbətilə sevən iki qəlb atəşlər içində yana-

yana ayrıldı. İsrafıl Güllübəyimi tək qoyub getdi. Yola 

 

 



                                                                                                                                                  

206 


 

Düşərkən son sözü də bu oldu: "Əgər məni istəyirsənsə, məktəb məsələsindən 

bilmərrə  əl  çəkməlisən!  Belə  eləsən,  ara  sakitləşəndən  sonra  bir-iki  ilə,  yazarsan 

gəlləm; yox, sözündə baqi qalsan, məndən incimə, axundun üsrünə talaq kağızını

göndərrəm, azaddamanı oxuyar". ...Güllübəyim meydanda tək qaldı, doğma anası

lənətlədiyi  kimi,  istəkli  əri  də  onu  tərk  edib  getdi.  Amma  Güllübəyim  mollabacı

məktəbini bağlamadı. Vasvası Umsəlmənin mollaxanasına uşaq verməyə tavanası

olmayan iki-üç ailənin övladı dərsə davam edirdi. Üç il ərzində gah on, gah otuz 

şagirdi olan məktəbdə indi üç qız oxuyurdu. Bunlardan biri də suçu Sərçə Bağının 

qızı Nazpəri idi. 

İndi Güllübəyim artıq evdən eşiyə çıxa bilmirdi, nə toya, nə vaya çağrılır, nə də

gedirdi.  Ana  evindən  ayağı  kəsilmişdi.  Mollabacının  bazarlığını  da  Sərçə  Bağı

eləyir, səhərlər dərsə gələn Nazpəri ilə göndərirdi. 

Narınc  və  qohumları  tamamilə  qudurmuşdu.  Güllübəyimə  göz  verib,  işıq 

vermirdilər.  Dərsə  gələn  iki-üç  qızın  da  ailəsi  nə  edəcəyini  bilmir,  səhər  erkən 

uşaqları mollabacının evinəcən yol uzaq eləyir və Güllübəyimə yalvarırdılar: 

Sən  Allah,  mollabacı,  oxudub-oynamağı  tərgit,  elə  Qurandan  dərs  ver,  qoy 

çərəkələrin oxusunlar, qara tanıdılar- bəsdi... 

Güllübəyim məktəbindəki əski təravət, şənlik qalmamışdısa da, uşaqlar buraya 

həvəslə gəlir, maraqla oxuyurdular. 

Təhlükə  isə  Güllübəyimin  başından  sovuşmamışdı.  Narınc  və  curları

Güllübəyimə rahatlıq vermir, ondan əl çəkmirdilər. 

Şənbə hamamındakı satıl döyüşündən sonra Güllübəyim artıq bulaq başına da 

getməkdən  qorxurdu.  O  gün  hamamda  heç  özü  də  bilmədi  ki,  məsələ  nədən 

başladı.  Qapaqlının  arvadı  Bircəxanım,  Molla  Qurbanqulunun  övrəti  vasvası

Umsəlmə və qızı, Alışa təzə nişanlanmış Narınc ilə birlikdə çimirdilər. Güllübəyim 

onlardan  xeyli  aralıda  oturmuşdu.  Vasvası  Umsəlmənin  xasiyyətinə  bələd 

olduğundan Güllübəyiın heç onlara yaxın durmurdu. Yəni Umsəlmənin xasiyyətinə

bütün  məhlə  bələd  idi.  Arvad  elə  vasvası  idi  ki,  hamamda  yuyunub  qurtarandan 

sonra,  çıxanacan  bütün  sütunların  dibində  başına  su  tökər,  paklanardı,  yenə  də

ürəyi soyumazdı. Yanından biri keçdimi, üstünə kimdənsə bir damcı su sıçradımı, 

ya  tavandan  soyumuş  buxardan  çiyninə  bir  damla  damdımı,  dərhal  dayanacaq, 

qurnanı  açıb  ləyənini  dolduracaq  və  başına  yenidən  salavat,  müxtəlif  qüsl  suları

tökəcəkdi.  Bəzi  nadinc  qızlar  qəsdən  onun  yanından  ötüb  üstünə  su  sıçradar  və

arvadın bütün paklanma 

 

 



                                                                                                                                                  

207 


 

əməliyyatını yenidən başlamasına aralıdan, sütun daimdan durub tamaşa elər və

gülərdilər.  Ayrı  vaxt  olsaydı  Güllübəyim  özü  də,  özünü  gülməkdən  saxlaya 

bilməzdi.  Amma  indi  vəziyyət  başqa  idi.  O  bilirdi  ki,  vasvası  Umsəlmənin 

yaxınından  keçsə,  az  qala  bütün  hamamdakılar  ona  qahmar  çıxıb  Güllübəyimin 

üstünə düşə bilər.  Arvadların  hamam  davasının  dəhşətini,  burulmuş  ipək  fıtələrin 

tuma  davasını,  tas  döyüşdürmə,  satıl  vurmanı  isə  Güllübəyim  görmüşdü... 

Dadmasa da görmüşdü, bilirdi. 

Odur  ki,  bu  gün  qəsdən  aralıda  oturmuşdu,  heç  kimə  qarışmırdı.  Buxar 

arasından  qarıların  qıyğacı,  çəp  baxışlarını  görürdü...  Birdən  necə  oldusa  özünü 

Umsəlmə duran qurnanın yanında gördü... Dəhşətdən, bir hissiqəbləlvüqu ilə ürəyi 

buza  döndü.  "Allah  sən  saxla",  -deyə  düşündü,  elə  o  dəqiqədəcə  Narınc  və

Umsəlmənin  əqrəbasından  olan  arvadlar  qocanı  dövrəyə  aldılar,  Güllübəyim  də

onların  içərisində  qaldı.  Fitələr  burulmağa,  satıllar  bir-birinə  çırpılmağa  və

Güllübəyimə  yaxınlaşmağa  başladı.  Qorxunc,  gün  tutulmasında  çıxarılan  mis 

səsləri  kimi  dəhşətli  gurultu  qopdu,  hamamın  günbəzinə,  divarlarına  düşüb  əks-

səda  verirdi.  Birinci  arvad  satılını  ikincininkinə,  o  üçüncüyə  və  beləliklə  də, 

Güllübəyimə  çatanacan  bir-birinə  vurmağa,  ona  çatanda  zərbələri  gücləndirməyə

başladılar, səs artdıqca, buxar arasında nə baş verdiyini görmək olmurdu. Satıllar 

ona dəydikcə Güllübəyim səsini çıxara bilmirdi. Çıxarsaydı da, mis gurultusundan 

eşidən yox idi. Arxadan yaş fıtələrdən düzəldilmiş turnalar işə düşəndə Güllübəyim 

dözə bilmədi, turnalar ilan kimi onun bədəninə sarılır, zol-zol izlər qoyurdu, o, elə

bir yanıqlı fəryad qoparıb səndələdi ki, sıx duran arvadların üstünə yıxılmasaydı, 

yerə  dəyib  yaş  döşəmədə  başını  da  yaracaqdı...  Onu  qızışıb  qəzəb  yağdıran 

arvadların  əlindən  kim  aldı,  hamamın  paltar  soyunulan  yerinə  kim  çıxartdı, 

bilmədi.  Ayılanda  özünü  xalça  süzənisinin  üstünə  uzadılmış  gördü,  kisəçi  arıq 

Şərəq üzünə soyuq su səpirdi... 

-Allah  kərimdi,  heç  nə  olmaz...  aç  gözünü...  Narıncın  səsi  hamamda 

gumbuldayırdı: 

-Mütrüf, köpək qızı, qoca arvada neyşə sataşırsan? 

Hamam icarəçinin arvadı, boğça üstə oturan Məşədi Safurə isə deyinirdi: 

-Balam, sən Allah, şərüvü bizdən sovuş! Gəlmə bizim hamama! 

Qanuva  salma  bizi!..  Biz  də  yazığıq  axı...  Düşmançılığınız  var,  gedin  özgə 

yerdə eləyin. Sənin o alim, molla, axund arvadıynan nə işin var? 

Neyşə yazıq, təmizkar arvadı qoymamısan paklığını eləsin? Hə? 

 

 



                                                                                                                                                  

208 


 

Hamam tək sənindi ki?.. Qoca arvadı, pak salehə müsəlman bacını elə salmaq 

heç yaxşı şey deyil... Gəlmə hamama! Səndən ötəri müştərilərimizi qaçırmayacağıq 

ki... hamı deyir ki, sən mütrüf olmusan, uşaqları yoldan çıxardırsan, körpə qızları... 

Kül  onların  analarının  başına  ki,  şəhərdə  molla  tapmayıb  balalarını  sənə  usburd 

olublar... 

 Güllübəyimin  bədəni  göy  tuluğa  dönmüşdü...  Ağrıdan,  taqətsizlikdən  güclə

geyinirdi.  Arıq  Şərəf  ona  kömək  elədikcə  yavaş  səslə,  Məşədi  Safurə  eşitməsin 

deyə, alçaqdan deyirdi: 

- Təpitmə qoy, ay bala, yağlı xəmir... keçib gedər... Allah qoysa... 

 Hamamda bir səs əks-səda kimi gumbuldadı: 

 - Şərəf... 

-  Aaz,  Şərəf,  içəridən  kisəçi  haraylayırlar,  ay  ölməmiş,  nə  kəsdirib  oturmusan 

yanını?  Canı  var,  xalxa  sataşmasın,  dur  itil  oradan,  cəhənnəm  ol.  Yuxa  qırağı

sulama... 

...Satıl,  ləyən  və  turnaların  zərbi  bir  neçə  gün  Güllübəyimi  yatağa  saldı. 

Yerindən tərpənə bilmədi. İndi neçə gün idi ki, Güllübəyim bulağa suya da gedə

bilmirdi. "Axşam?.. Yox, qorxuludu, uzaq, kimsəsiz... İsrafıl fağır yaxşı ki, burda 

deyil.  Eh...  yazıq...  dözmədi..."  Gündüz  isə  nə  vaxt  bulaq  üstə  getsə  hökmən 

kiməsə  rast  olacaq,  arvadlar...  xüsusilə  Qurbanqulunun  qızı  Narınc  əqrəbası  ilə

onun  bulaq  başına  getdiyini  görən  kimi  satıl-sərnic,  güyüm  götürüb  dalınca 

cumacaq, satıl-döydüyə başlayacaqlar... Yox... Çarə təkcə Sərçə Bağıyadı. Göz göz 

eləyib    gələn  kimi  suyun  başını  bağlamaq,  güyümlərin  dördünü  də  alıb  qablara 

boşaltmaq lazımdı. Bir-iki gün bəs elər, sonra da, bəlkə Allah kərimdi, yadlarından 

çıxdı, yorulub usandılar, əl götürdülər, ya başqa çarə tapıldı... 

Güllübəyim bu fıkirlərlə erkəndən darvazanın dalında qab hazırlayıb durmuşdu. 

Sərçə  Bağının  "höşşə"sini  güdürdü.Gün  bir  cida  boyu  qalxmamış  Sərçə  Bağının 

səsi eşidildi. Güllübəyim cəld darvazanı açıb çıxdı, bu tezlikdə bəlkə bir kəsə rast 

olmadı,  amma  bununla  belə yenə  də  səs  çıxarmadan  Bağıya  tərəf  əl  elədi...  Bağı

eşşəyi  həmişə  hörmət  gördüyü  mollabacının  darvazasına  tərəf  yonəltdi...  Amma 

sən  demə  başqa  güdükçü  də  var  imiş...  Umsəlmənin  qızı  Narınc  da  darvazadan 

çıxdı, cır səslə çığırdı: 

 -Əyşi, Bağı, Bağı... ə-ədə...  

Kişi dayandı, hansı tərəfə gedəcəyini kəsdirə bilməyib durdu. Eşşəyin noxtasını 

boynuna dolayıb, başından tutdu... nə o, nə o biri tərəfə gedə bildi. Narınc özünü 

Bağıya Güllübəyimlə birlikdə çatdırdı: 

 

 


                                                                                                                                                  

209 


 

-Su mənimdi, Bağı... 

Kişi qətiyyətsizliklə dilləndi: 

-Neynək... yarsı sənin, yarsı da... dörd güyümdü... 

-Yox, hamısı... 

-Genə gətirrəm... 

-Dedim ki, yox, hamısı... 

-Sərnicin birdi ki... 

-Sənə nə? Alıb yerə tökəcəm... 

-Günahdı, bacı, Fərat yolu kəsməmisən ki... 

Bağı  sözünü  qurtarmamışdı  qonşu  arvadlar  tökülüşüb  gəldilər,  satıl-döymə 

başlandı... Bağı və Güllübəyim aralıqda qaldılar... Narınc, anası əqrəbasından olan 

digər arvadlar satıl, səmic və güyümləri göyə qaldırdılar, Bağı həm öz başını, həm 

də  Güllübəyimi  qoruyurdu...  Qəzəbdən  boğulan  Narıncın  səsi  hamıdan  bərk 

gəlirdi: 

-Ay  yalavac  köpək  oğlu,  indi  məni  Şümürə  oxşadırsan?  Bu  cəngi  köpəyin 

qızma qahmar durmusan? Nə var, nə var, küçüyünə çəngilik öyrədir? Ona görə? 

...Çığırtılar satıl-səmic zərbələri ilə müşayiət olunurdu. Adam çığırtıları, söyüş, 

hədə və mis səsləri bir-birinə qarışmışdı. 

-Vay öldüm... 

-Burax... xx... 

-Bəsdi... -Ayy... 

-Aaz, məni neyşə vurursan, ay ətüvə düşəsən? 

-Səni kimdi vuran, işim bu it uşağıynandı... -Qoyma... 

-Al... 

...Birdən nə oldusa arvadlar geri çəkildilər, kimin zərbəsi sərrast dəydi, heç kəs 



bilmədi.  Aralananda  Bağının  cılız  bədənini  yerdə,  qanlar  içində  gördülər.  Kim 

olursa  olsun,  insan  ölümü,  qan  mənzərəsi  arvadları  qorxutdu.  Hamısı  birdən-birə 

gəldiyi kimi, birdən-birə də yox olub evlərinə çəkildilər... 

Bağının heç zarıltısı da eşidilmirdi... Güllübəyim öz yaralarını unudub Bağıya 

baxır,  nə  edəcəyini,  neylə  kömək  edəcəyini  bilmirdi...  Köməyin  yeri  də  yox  idi, 

Bağı  artıq  həyata  vida  etmişdi...  Bundan  sonra  bir  daha  heç  kim  onun  cır  sövtlə

hayqırdığı  "höşşə"səsini  eşitməyəcək,  güyümlərindən  bulaq  suyu  ala  bilməyəcək. 

Məhəllə  arvadlarına  su  paylaya-paylaya  oxuduğu  məzəli  mahmları  dinləyə

bilməyəcəkdi: 

 

 



                                                                                                                                                  

210 


 

Allı-güllü yolları var Şirvanın,  

Qızıl-gümüş pulları var Şirvanın,  

Qızdan göyçək dulları var, Şirvanın.  

Qalabazar  məhəlləsi,  Bəzzazbazar  dükanları  Bağını  əbədilik  itirmişdi...  Xırda 

bədənli,  boyük  ürəkli  Bağı,  Güllübəyimin  dadına  çatdı,  özü  isə  həlak  oldu... 

Bağının  cansız  cənazəsi  üstündə  bir  Güllübəyim,  bir  də  əli  çərəkəli  dərsə  gəlmiş

olan Nazpəri hönkürüb ağlayırdı.  

...Bazara  və  məhəllələrə  ildırım  kimi  bir  xəbər  yayıldı,  hər  ağızan  bir  ses 

eşidilirdi: 

- Mollabacı Güllübəyimi divanxanaya aparıblar...  

- Satıldöymədə Sərçə Bağı ölüb...  

Deyillər Güllübəyim vurub kişini...   

- Yazığın külfətinin başı kəsildi...  

- A bala, elə də mollaxana olardı?.. Onun bir qadası var idi, dəydi fagır bagıra 

-Əşi, bizimkilərdə qeyrət hardadı? 

 - Yox eləyən yoxdu balam da...  

- Rəhmətlik xan vaxtı olsaydı, bir saatın içində itirtdirərdim...  

- Görək əri qurumsaq eləyəydi...  

- Əşi, onda o qeyrət hardaydı...   

- fağırın biri idi, başın götürüb getdi, canı da qurtardı.   

- Pay atonnan, kişi, arvad hara, divan-dərə hara!  

- Dinyanın axırıdı, müsəlmanlar! 

...Güllübəyimi  doğrudan  da  divanxanaya  aparmışdılar.  Bağının  cənazəsi  və 

gözü  yaşlı  balaca  Nazpəri  də  burada  idi.  Murov  Kostritski,  dilmanc  Əli  bəydən 

Güllübəyimin kim olduğunu öyrənən kimi, yasavul Ağa Bəşiri Mahmud ağaya və

uryadnik Kərim bəyə xəbərə göndərdi.  

Yasavul  Ağa  Bəşir  gələndə  Seyyid,  Mahmud  ağagildə  idi.  Qalada  təzə  peyda 

olmuş bir tarzəndən söhbət gedirdi, musiqi aşiqi Mahmud ağa danışırdı. 

-  Belə  deyirlər  ki,  adı  Sadıqdı,  cavan  adam  olsa  da,  elmi-musiqiyə  mahirdi, 

yaxşı bələddi, deyillər bizim bu qədim tarda nə isə elə dəyişikliklər eləyib ki,... tar 

bir  özgə  cür  səslənir.  Qaladakı  aşnam  Kərbəlayı  Xudaverdiyə  yazmışam  ki, 

mümkün  olan  kimi  onu  Şirvana  dəvət  eləsin,  gəlsin  ki,  bir  görək  nə  əllaməlik 

açıb... Vallahi, Əhməd ağanın 

 

 


                                                                                                                                                  

211 


 

ərvahı  haqqı,  musiqidə  bir  təzə  hava,  bir  təzə  qayda  çıxdığını,  bir  yeni  gözəl 

səsli  xanəndə  peyda  olduğunu  eşidəndə,  Seyyida,  çiçəyim  çırtlayır,  arvadlar 

demişkən. İndi onun təəşşüqündəyəm gətirtdirib, çaldırıb görməsəm, təskinlik tapa 

bilməyəcəm. 

Seyid  Əzim  gülümsəyərək  Mahmud  ağanı  dinləyir  və  Güllübəyim  məktəbilə

əlaqədar qulağına dəyən məsələləri ona nağıl etməyə hazırlaşırdı, amma Mahmud 

ağanın musiqi haqqında söhbətləri onun özünü də maraqlandırmışdı: 

-Elə siz özünüz də, cənab Mahmud ağa, musiqidə az təbəddülat etməmişsiniz... 

-Yaxşı,  Seyyida,  bəs  o  tələbəlik  illərində,  ya  da  cənab  hacı  Əlabbas  bəylə 

Hicazı səyahət eləyəndə bizim bu musiqi məclislərimizsiz necə keçinirdiniz? 

Seyid  Əzim  əlini  xəttinə  çəkib,  çənəsini  ovxaladı,  adəti  bir  hərəkətlə

barmaqlarını bığlarında gəzdirdi: 

-Onu  heç  deməyin,  ürəyimin  içi  göynəyirdi,  xanəndələrimizin  səsi 

qulaqlarımdan, rəqqasələrimizin şəkl və şəmayili gözlərimdən getmirdi. 

Hər zaman gözlərimi yumanda özümü sizin məclislərdə görürdüm. 

Mahmud ağa güldü, zarafatla barmağını ona tərəf silkələdi: 

-Ya cədda, bəs dostlar? 

-Dostlar  öz  yerində...  Siz,  cənab  ağa  Tərlan,  bədbəxt  cavan!  Heç  unuda 

bilmirəm onu... Bir xəbəriniz varmı? 

-Yox, xeyli var kağız da yazmır mənə namərd... 

-Elə deməyin, o, Şirvanı yaralı tərk etdi... Bir də Sona... Ondan necə... 

Mahmud ağanın gözləri yol çəkdi: 

-Eh, heç, bu keçən ay cənab Əlyar bəy bizə qonaq gəlmişdi, soruşdum, deyir, 

əl-ayağı dürüst, başıaşağı dolanır. Amma heç üzü gülmür... 

-Bədbəxt cavanlar... hərəsi bir fəlakətin qurbanı olur, bizim bu Qurbanqulular, 

məşədi Alışlar dünyasında... 

-Hə  balam,  məşədi  Alış  yamanca  hörmət-izzət  sahibi  olub,  Əhməd  ağanın 

ərvalıına  and  olsun,  deyillər  Molla  Qurbanqulu  döşünə  çəkib  onu,  deyir  tövbə  ki 

eləyib, üzünü qəriblər ağasının asitanına ki sürtüb, dəxi Əshabi-Kəfin iti kimi yeri 

behiştdi... 

Seyid Əzim kədərlə gülümsədi: 

-Sədi rəhmətüllah gözəl deyib, cənab Mahmud ağa: 

Xəri-İsa gərəş bə Məkkə bərənd  

Çun beyayəd hənuz xər başəd. 

 

 



                                                                                                                                                  

212 


 

Yəni İsanın eşşəyini Məkkəyə də aparsan qayıdanda elə eşşəkdi ki var. 

Mahmud  ağa  dərindən,  uğunarcasına  bir  qəhqəhə  sovurdu.  Elə  bu  anda 

Mahmud ağanın lovğapəsənd nökəri dilmanlı Kərim içəri girib baş əydi: 

-Ağa, yasavul ağa Bəşir gəlib... Deyəsən, nəysə yaman xəbərnən gəlib... 

Mahmud  ağa  yaylığını  çıxarıb  yaşarmış  gözlərini  sildi.  Kərimin  sözlərini  o 

qədər də fərqinə varmadan, hələ də gülməsində davam edərək dedi: 

-Çağır gəlsin... 

Nökər  çıxdı,  Mahmud  ağa  Seyid  Əzimə  döndü:  -  Bilirsən  bu  Kərim  dələduz 

dünən nə pəstaha açıb? 

 -Xeyr...  

- Qapıda dayanmışmış... Birdən Təklədən bir fağırın biri soraq alıb bizə gəlir, 

məni soruşur, qapını nişan verirlər. Bu Kərimin də lovğalığı cənabına məlum olsun 

gərək... 

 -Bəli, bəli... 

-Qərəz  ki,  təkləli  yazıq  bunu  görüb  təşəxxüsündən  bəy  sanır,  baş  əyir,  bu 

oyunbaz da özünü sındırmır, deyir: "- Nəyə gəlmisən, kişi?" 

"- Cənab Mahmud ağa sənsən, başına dönüm?", deyir "hə", deyir: "- 

Başına dönüm, uşaqlarım batır, gəlmişəm mənə bir az əl tut", "- İstədiyin nədi 

axı?",  "-  Nə  olacaq,  dərdin  alım,  buğda".  Kərim  de  qayıdır  ki:  "-  Get  bir  araba 

gəti". Kişi qayıdır bazara, bir malağan arabası danışır, gəlir bizim qapıya (Söhbətin 

bu  yerində  yasavul  Ağa  Bəşir  içəri  girdi,  baş  endirib  dayandı,  Mahmud  ağanın 

sözünü kəsməyə cəsarət etməyib, söhbətin qurtarmasını gözlədi). Otur, Ağa Bəşir

bu  saat  qurtarıram.  Hə...  Mən  də  atlara  baxmağçun  tövlələrə  getmişdim,  mehtər 

xəbər  vermişdi  ki,  kəhər  day  nəsə  bir  az  axsayır,  nalın  dəyişirik,bədnallıq  eləyir. 

Qayıdam görəm darvazanın ağzında bir araba durub,nökərlər aralıda gülüşür, mənə

işarə  elədilər,  həyətə  girdim.  Kərimi  çağırıb  soruşdum  ki,  bu  kişiyə  nə  söz 

vermisən? Dili dolaşa-dolaşa deyir ki, "buğda". Çıxmışam həyətə, bunu vermişəm 

qabağa,  deyirəm  "Eşit  dilmanlı  Kərim,  bu  qapıdan  boş  qayıdan  olmayıb,  eşit 

dilmanlı Kərim, bizim qapıdan boş qayıdan "olmayıb..." Bu sözləri ona dedirtdirə-

dedirtdirə  özüm  də  dalına  düşüb  getmişəm.  Kişi  fağır  Kərimin  əlindən  öpüb 

yalvardıqca gədələr  arabaya bir  miqdar  buğda-arpa  yüklədilər... özləri də  uğunub 

gedirlər, Kərimin öldüyü gündü... 

 

 



                                                                                                                                                  

213 


 

Mahmud  ağa  həmin  hadisəni  yadına  saldıqca  bir  də  gülür,  Seyid  Əzim  də

özünü  "ağa"  qələmə  verən  lovğa  nökərin  vəziyyətini  təsəvvürünə  gətirib 

gülümsəyirdi. 

-Hə, Ağa Bəşir, buyur görək, nə əcəb səndən? 

-Yasavul, Ağa Bəşir yerində dikəldi, diz üstə qalxıb sözə başladı: Ağa, başına 

dolanım, murov xahiş elədi ki, bir divanxanaya buyurasan... 

Mahmud ağanın üzü ciddiləşdi: 

-Nə olub axı? 

Ağa Bəşir ehtiyatla sözə başladı: 

-Vallah ağa, narahat eləməzdik, amma, belə deyirlər ki, sizin qohumlardan bir 

mollabacı Güllübəyim var ha, guya o suçu Sərçə Bağını öldürüb... 

-Nə??? 

-Helə deyillər... Meyiti də gətirilib divanxanaya. Bir neçə zənən-uşaq da gəlib. 



Cənab  murov  dedi  ki,  nə  qədər  bizdən  böyüklər  xəbər  tutmayıb,  qoy  cənab 

Mahmud ağa özü işdən hali olsun, mollabacını özü danışdırıb, işin səhihini bilsin. 

Sərçə Bağının qızı da ordaymış. Düzünü o bilir, amma elə ağlayır ki, heç bir söz 

qandıra bilmir. Cənab uryadnik də ordadı, məni tez qulluğunuza göndərdi ki... 

Mahmud ağa həyəcanla yerindən qalxdı: 

-Yaxşı eləyib... Sən get, mən bu saat gəlirəm. 

Ağa Bəşir çıxdı. 

Seyid Əzimin üzünü bir ələm kölgəsi çulğadı: 

-Men  bir  az  əvvəl  cənabına  ərz  edəcəkdim,  bir  para  bəd  xəbəri  qulağıma 

çatmışdı...  Gecikdim...  gecikdim...  çox  təəssüf...  Bu  o  namərd  Alışla 

Qurbanqulugillərin  qurması  olacaq.  Onlardan  sarı  xeyli  söz  eşitmişdim  bazarda... 

Çoxdan dilə-dişə salmışdılar Güllübəyim bacını. 

-Seyyida,  vallahi,  anası  -  bibim  də  yanıma  gəlmişdi.  Çağırtdırıb  bir  az 

nəsihətlədim.  Dedim:  əziz  bibiqızı,  bura  Şirvan,  şərvan  deyəllər,  burda  hələ-hələ

kişilər bir iş görə bilmir, sən zənən xeylağı neynəyəcəksən? Mənə nə desə yaxşıdı: 

"Hərə  bir  yolun  qurbanıdı,  dayoğlu,  mən  də  özümü  bədbəxt  bacılarımın  savad 

alması yolunda qurban demişəm".... Di ala, bu da sənə qurban! 

Mahmud ağa bu sözləri deyə-deyə dilmanlı Kərimin ona gətirdiyi içi xez astarlı

əzəmini  əyninə  geydi,  havalar  soyumağa  başlayırdı.  Seyid  Əzim  də  payızın 

əvvəllərində  beş  manata  Hacı  Qədirdən  aldığı  sarı  Xorasan  kürkünə  büründü: 

Bərabər çıxdılar... 

 

 



                                                                                                                                                  

214 


 

...Murovun  otağında  adamın  çoxluğundan  nəfəs  almaq  mümkün  deyildi. 

Cənazəni bir küncdə palaz arasında qoymuşdular. Ölümdən və ölüdən qorxması ilə

Şamaxıda  bir  çox  lətifələrə  səbəb  olmuş  Mahmud  ağa,  cənazə  tərəfə  baxmadan 

uryadnikin  yanına  keçdi.  Murov  Kostritski  otaqda  yox  idi.  Kərim  bəy  Mahmud 

ağanı görcək üzünü camaata cevirdi: 

-Adə,  Ağa  Bəşir,  çıxart  camaatı  çölə,  şahıdları  sonra  çağırtdırrıq  bir-bir.  Qoy 

bir görək ağalar nə eləyir... 

Mahmud ağa və Seyid Əzimə kürsü təqdim etdilər. Hər ikisi əyləşdi. Ağa Bəşir, 

artıq adamı çölə çıxarandan sonra, cənazənin ayaq ucunda başıaçıq, ayaqyalın bir 

qız  uşağı  və  onun  yanında  çadrasına  sıx  bürünmüş  bir  qadın  qaldı.  Görünür, 

Güllübəyim  bu  idi...  Qızın  ağlamaqdan  gözləri  qıpqırmızı  qızarmışdı,  hələ  də

hıçqırırdı, amma deyəsən, artıq gözünün yaşı qurumuşdu, taqətsizliklə qoca qarılar 

kimi dizlərini qucaqlayıb oturmuş, çənəsini dizlərinə dayamışdı. Hamıdan, hər şey-

dən əvvəl şairi balaca qızın vəziyyəti maraqlandırdı, o yerindən qalxıb Nazpəriyə

yaxınlaşdı, sağ əli ilə onun pırtlaşıq saçlarını tumarladı: 

-Qıznn,  dur  bəri  gəl,  -  deyə  əlindən  tutub  Mahmud  ağa  və  Kərim  bəyin 

oturduğu  mizin  yanına  gətirdi.  Nazpəri  qorxa-qorxa,  güclə  irəliləyirdi,  amma 

deyəsən, Ağanı tanıdığından bir az ürəklənmişdi. 

-Qorxma, qızım, qorxma... day olan olub... De görüm sən əvvəldən o mərəkə

yerində idin? 

Nazpəri əvvəlcə Ağaya, sonra da Mahmud ağa və Kərim bəyə baxdı. 

Kərim bəy ucaboy idi, sağ ayağı bir az çəksə də (haçansa qaçaqlar vurmuşdu 

onu)  mütənasib,  cüssəli  kişi  idi,  nəzərə  çarpandı.  Ağ  bənizi,  azacıq  dən  düşmüş

qıvrım  saqqalı  belə  onun  üzünə  mehribanlıq,  incəlik  verə  bilməmişdi. 

Qəzəblənəndə qanla dolan dəyinni, qabarıq gözləri qorxunc görkəm alırdı. İndi bu 

gözlər çox qəzəbli idi. Hərəsi bir qan piyaləsinə dönmüşdü. Qız bu baxışlardan elə

qorxdu  ki,  ondan  nə  soruşulduğunu  dərhal  unutdu.  Seyid  Əzim  yenidən  onun 

əlindən tutub başını sığalladı: 

-Sən  qorxma,  qızım,  qorxma,  dedim  ki,  olan  olub.  Ağalara  ancaq  işin  olanını

danış, nə bilirsən onu... 

Nazpərini  yenidən  hıçqırıq  tutdu,  o,  əlini  Ağanın  əlindən  çəkmədən  sanki  bu 

əldən qüvvət alaraq kəsik-kəsik sözə başladı: 

-Də-dədəm  su  gətirmişdi,  arvadlar  yığılmışdı,  Narınc,  Molla  Qurbanqulunun 

qızı...  var  ha...  o,  su  vermirdi  bizim  mollabacıya  -  qız  başı  ilə  küncdə  oturmuş

Güllübəyimə işarə elədi - hə, sonra nə təhər oldusa satıldöymə başladı. Də-dədəm 

araya girdi ki, mollabacımı vurmasınlar 

 

 



                                                                                                                                                  

215 


 

(o  yenə  qadına  tərəfbaşı  ilə  işarə  elədi)  yoxsa  satıllar,  güyümlər  hamısı  ona 

dəyəcəkdi... dədəmə dəydi... dədəmə!.. Nazpərinin hıçqırtısı artdı... 

-Ağlama, qızım, ağlama... 

Mahmud  ağa  qızın  sözlərini  eşidəndən  sonra,  qəlbində  bibisi  qızı  üçün  bir 

qədər rahat oldusa da, böyük bir təəssüf hissilə Güllübəyimə tərəf döndü: 

-Bibiqızı uşaq düz deyir? 

Güllübəyim örtülü başı ilə "bəli" işarəsi elədi... 

Bundan sonra Kərim bəy söhbətə qarışıb, şəxsən özü Nazpəri və Güllübəyimi 

dindirdi,  ondan  sonra  da  Mahmud  ağa  və  Seyid  Əzim  Hacı  Məhəmməd  oğlunun 

qulluğunda digər şahidlər dindirildi... 

Ayrılarkən Seyyid üzünü qadına tutdu: 

-Güllübəyim bacı, bir az əvvəl dayıoğlunuz dedi ki, özünüzü bu maarif yolunda 

qurban demisiniz, "Ənvari-Süheyli"də deyilir ki: 

Mən nəmiquyəm səməndər baş, ya pərvanə baş,  

Çun befekre-suxtən oftadeyi-mərdanə baş. 

Bu yolu öz məzaqınız, öz xəyalınızla qəbul etmisiz. Sizə Allah-taaladan səbir 

arizu  edirəm  ki,  binəva  həmvətənlərimizə  yaxşılıq  etdiyiniz  yerdə,  atılan  daşlara 

dözə biləsiniz, mərdanəlik isə özünüzdə var. 

Məsələ aydın oldu. Sərçə Bağının ölümündə Güllübəyimin təqsiri yox idi. Onu 

azad elədilər və Mahmud ağa özü gəldiyi faytonda onu evə göndərdi. Mahmud ağa 

və  başqa  mütəşəxxis  şəxslərin  işə  qarışması  nəticəsində,  Bağının  ölümü  təsadüfi 

bədbəxtçilik kimi qeydə alındı. Arvadların, xüsusilə, davanın düşməsinə səbəb olan 

Narıncın  məhkəməyə  çəkilməməsi  üçün  Molla  Qurbanqulu  və  Alış  adamları

əllərindən gələni elədilər. Cənazə murov idarəsindən qaytarıldı və Şirvan dəbiycən 

həmin gün dəfn edildi. 

Güllübəyimin  yarı  mollaxana  və  yarı  məktəb  olan  dərsxanası  əhali  arasında 

narazılıq törətdiyi üçün, hökumət tərəfındən "İcazə alınmamış, qeyri-qanuni" elan 

edildi və qədəğən olundu. Burada da Alış, Qapaqlı və Molla Qurbanqulunun əli var 

idi. 


Şirvanda  "Müqəddəs  Nina"nın  1848-ci  ildə  qızlar  üçün  açılmış  şöbəsi  nəzərə

alınmazsa, yerlilər arasında ilk bahar elçisi, qaranquşun 

 

 


                                                                                                                                                  

216 


 

ilk  sədası  olan  qız  məktəbi  beləcə  darmadağın  dağıldı.  Amma  qaranə-vəslər 

Güllübəyimdən əl çəkmirdilər... 

Axşam  təzə  düşmüşdü.  Mallar  örüşdən  qayıtmış,  şəhərdən  əl-ayaq  yığılmağa 

başlamışdı. Güllübəyim evdə nə vaxtdan bəri idi ki, tək dolanırdı. Qapısını açan, 

halını  soruşan  yox  idi.  Əgər  Sərçə  Bağının  külfəti  olmasaydı,  bazarlığını  eləyən, 

suyunu gətirən də olmayacaqdı... Qüssə, təklik Güllübəyimi haldan salmışdı... O, 

yeddilik lampanın şüşəsini silib yandırdı, otağa ölgün bir işıq düşdü. Qəlbinə dolan 

qüssələr bir az da artdı, divarlara düşən kölgələrindən üşənməsin deyə, Füzulinin 

divanını taxçadakı mücrüdən götürüb yerə oturdu, kitabı açdı. Lampanın işığını bir 

az da artırıb oxumağa başladı: "Açmayır kimsə qapını badi-səbadan qeyri... Mənim 

kimi,  yox  mənim  kimi  ola  bilməz,  ey  rəhmətüllah  Bağdadi!  Sən kişi  idin,  qapını

açan  olmayanda,  özün  onu  açıb  küçəyə  çıxa,  istədiyin  yerə  gedə  bilərdin...  Mən 

isə... 


Mən gövhərəm özgələr xiridar,  

Məndə deyil ixtiyari-bazar,  

Dövran ki, məni məzadə saldı,  

Bilməm kim idi satan, kim aldı?.. 

Yaxşı demisən Şərqin leylalarının dərdini... yaxşı bilmisən..." 

...Qapı vuruldu, gəlin diksindi, başını qaldırıb qapıya tərəf baxdı, ona elə gəldi 

ki,  külək  döyüb,  ya  özgə  qapısının  səsini  eşidir,  ya  da  kim  isə,  qərib  Allah 

qonağıdı,  darvazanı  səhv  salıb...  Qalxıb  cəftəni  içəridən  açdı  və  donub  qaldı: 

Qarşısındakı məşədi Alıhş idi... O, kimi desən gözlərdi... Alışdan başqa... Əslində, 

yox, o heç kimi gözləmirdi, o cümlədən Alışı da... 

-Bağışla, Güllübəyim bacı, Allah qonağı istəmirsən ki?.. 

Bu  gəliş  elə  gözlənilməz,  elə  nagəhani  idi  ki...  Güllübəyim  özünü  itirdi... 

Yaşmaqlanmağı  da  unutdu...  Bir  də  axı  kimdən  yaşmaqlanacaq  idi  tək  evdə? 

Kiminləsə danışa bilmək, təklikdən çıxmaq arzusu ona elə qalib gəldi ki, Alışa bir 

söz tapıb deyə bilmədi... 

Alış qımışmadan, ciddi sima ilə qapının astanasında durmuş gəlinə baxırdı: "Nə

qədər  qada-bala  çəksən  də,  elə  əvvəlki  gözəlsən,  ay  su  sonası,  lap  elə  imanlılara 

"yox" deyib əməziyi seçəndəki kimi... Nəslimdən - imanlıdan neçəsi istədi səni... 

Mən də onlardan biri idim..." 

-Nə buyururdun, ağa Alış? 

O, kandardan çəkildi. Alış öz evinə girən kimi otağa daxil oldu, dər-divara göz 

gəzdirdi. Hər yer gül kimi tər-təmiz olsa da, otaqda  

 

 


                                                                                                                                                  

217 


 

qorxunc  bir  tənhalıq  əsəri  duyulurdu.  Elə  bil  heç  bu  evdə  insan  yaşamırdı, 

xörək  bişirilib,  çay  qoyulmurdu.  Elə  bil  ev  kimin  üçünsə,  haçansa  təmizlənib 

qoyulmuş, indicə ağzı açılmışdı... 

-Dedim, nə olar, qonşu olmuşuq, gedim bir soruşum görüm necəsən, bəlkəm bir 

şeyə ehtiyacın-zadın var? 

-Allah ömür versin, heç nəyə ehtiyacım yoxdu... 

Alışın gözləri lampanın dibində qoyulmuş kitaba sataşdı. "Elə genə oxuyur, bu 

oxumaq olmadı bəyəm səni bədbəxt eləyən, bəsin olmadı bəyəm çəkdiyin?" Lakin 

bu  haqda  bir  kəlmə  də  danışmadı...  Keçib  nimdərin  üstündə  oturdu.  Dimdik  - 

heykəl kimi astana yanında dayanmış Güllübəyimə baxdı: 

-Məsəl var deyəllər ki, "dəli qonaq ev yiyəsinə təklif eləyər" gəl otur görək, bir 

Allahdan-bəndədən danışaq. İndi durub mən də gedirəm... Görüm nə təhərsən, axı

Allah özü buyurub, kömək Əlidən qalıb... 

Güllübəyim ona "bacı" deyib qapısından içəri girən Alışı qova, "çıx get" deyə

bilmirdi.  Əvvəldən  onun  nə  üçün  gəldiyini  ağlına  da  gətirmirdi.  Digər  tərəfdən 

tənhalıq  onu  əldən  salmışdı.  Həm  də  Alış  ziyarətdən  bu  yaxınlarda  qayıtmışdı. 

"Bəlkə  bədbaxtımı  bir  yerdə  görüb  eləyib,  bəlkə  başında  bir  iş  var,  bəlkə  qara 

xəbərlə gəlib?" 

-Yoxsa kişinin başında bir iş var, məşədi? 

O ilk dəfə dilinə quldur Alışın təzə ləqəbini gətirirdi. Alış təzə adını eşidəndə 

gülümsədisə  də  dərhal  Güllübəyimin  nədən  danışdığını  anladı:  "Hə,  bircə  bu 

qalıbmış..." 

-Yox,  yox...  Kişini  görüb  eləməmişəm,  haqqında  bir  bəd  xəbər  də

eşitməmişəm, Allah eləməsin... 

Güllübəyim aralıda əyləşdi. 

-Bəs nə əcəb məni yada salmısan? 

-Əcəb  camalın,  vallah,  elə belə,  fikirləşdim  ki,  əl  tutmaq Əlidən  qalıb,  gedim 

görüm nə təhərdi? 

-Çox sağ ol, Allah imanını versin... Amma bir şey lazımım deyil... 

-Təki olsun, təki olsun... Olmasa yaxşıdı... Bəs bazar-dükan işini kim görür? 

-Rəhmətlik Bağının uşaqları... 

-Hə... nə olar. Əl tutmaq Əlidən qalıb... - "əh zəhrimar, deyəsən bu gecə bundan 

başqa söz tapmayacam..." Odur ki, dərhal mətləbə keçməyi məsləhət bildi, dedi: 

-Bilirsən,  Güllübəyim,  mən  dedim  ki,  əvvəl  bir  özünnən  danışım,  sonra  da 

xalamın yanına gedim, ya adam göndərim... Açığı ondan sənə ər olmayacaq... 

 

 


                                                                                                                                                  

218 


 

"Belə.'.. Daha nə deyəcəksən, ağa Alış?" - Güllübəyim düşündüklərini demədi, 

dinməyib söhbətin dalını gözlədi. 

Alışa  isə  sanki  birdən-birə  ilham  gəldi...  dil  oldu,  keçmişdən,  Güllübəyimin 

qızlıq çağlarından söz açdı, bütün İmanlı cavanları kimi özünün də o vaxtdan bəri 

Güllübəyimin vurğunu olduğunu dedi; dedi ki, "onda qismət olmayıb, indi olsun. 

Mənim də ayağım çöldən-bayırdan yığılar, tövbə eləyib gəlmişəm, sən də olmazın 

bəlalar  çəkmisən,  baş  bir  yaxadan  çıxarrıq.  Günümüz  pis  keçməz,  bir  sənətdən, 

işdən  yapışaram.  Sənli-mənli  ev-eşik  olluq".  Lakin  Alış  bir  bunu  büruzə  vermək 

istəmirdi  ki,  bir  neçə  gün  əvvəl  Qapaqlı  və  Molla  Qurbanqulu  ilə  məsləhətləşib, 

mollanın qızı Narıncı əqd etdirib. Bura isə onu ayrı bir arzu, ayrı bir tamah çəkib 

gətirib. "Tək arvad, özü də cavan, gözəl-göyçək... çətini əvvəldi, sonra ayıbına kor 

olub oturacaq... kim kimədi?". 

Alış  danışdıqca  yavaş-yavaş  Güllübəyimə  tərəf  sürünür,  dizin-dizin  irəliləyir, 

arabir  əlini  onun  gah  kəlağayısının  ucuna,  gah  da  guya  təsadüfən  arxalığının 

qolçağına toxundururdu... 

Güllübəyim  nə  deyəcəyini,  nə  cavab  verəcəyini  bilmirdi:  "Belə  də  şey  olar? 

Kəbinli arvada kim nikah kəsər? Bu nə danışır?" 

Alış isə hüdüləyib tökür, Güllübəyimin qəlbindən keçən suallara cavab verirdi: 

-Mollaya məsləhətələmişəm, deyir ki, hansı birzənən axund yanına gedib desə 

ki, bir ildi ər çörəyi yeyib, ər paltarı geymirəm, ondan boşdu!.. 

Alış qadına yaxınlaşdı. Çoxdan bəri həsrətini çəkdiyi gözəlin əlini əlinə aldıqda 

elə bil kişinin canına od düşdü. 

Güllübəyim  əlini  çəkmədi,  uzun  mübarizədən  artıq  yorulmuşdu.  Və  bu 

mübarizənin  çoxunu  da  öz  vicdanı,  qəlbi,  namus  qorxusu  ilə  aparmışdı.  Xəyanət 

onu dəhşətə gətirirdi. Həm də bu elə bil ki, sevən bir insanın, həsrətini çəkdiyi ərin 

əli idi. Ona bir anlıq elə gəlirdi ki, bu dilləri danışan, qorxusundan onu təkbaşına, 

qaragüruhun  caynağında  buraxıb  getsə  də,  vücuduna,  qəlbinə  doğma  olan  ərinin 

əlidir...  Kişi  bunu  duydu,  onda  kinli  bir  qalib  hissi  baş  qaldırdı:  "Canın  elə  bu 

deyilmiş?"  deyə  düşünüb  dişlərini  qıcıdı  və  daha  kəskin  bir  hərəkətlə  hücuma 

keçdi: boğuq, rutqun bir seslə mırıldandı: 

- Iraanlının hayıfmı səndə qoymayacağam, imanhdan heç kəsə getmədin... 

Güllübəyim  lap  ayıldı,  "necə?"  imanlının  hayıfını?  Demək,  bu  dillər,  bu 

yalvarışlar  tək bir hayıf üçünmüş? Mən axmaq isə onun doğrudan da tövbə eləyib, 

insan olduğunu, qohum kimi kəmfursət ərimi 

 

 



                                                                                                                                                  

219 


 

əvəz  eləyə  biləcək  igid  olduğunu,  məni  müdafıə  edəcəyini  güman  eləməyə

başlamışdım... Qaçaq şöhrəti qızların çoxunun ağlını alan kimi... o isə..." 

Qadın  kəskin  bir  hərəkətlə  qalxdı.  İndi  onun  üz-gözündən  qəzəb,  həqarət 

yağırdı: 

-Ağa Alış, zəhmət olmasa çıx get! Hayıfinı başqa cür alarsan, mən axmaq da... 

Çıx  get,  ağa  Alış,  yoxsa  qışqırıb  aləmi  bura  yığaram.  Mənim  üçün  nə  təfavütü? 

Yağışdan çıxmışın doludan nə qorxusu? Nə deyərlər desinlər... Çıx get, ağa Alış, 

xasiyyətimə bələdsən, elə qıyya vurram ki, bütün Şirvan səsimə toplanar!.. - deyə

o, tərəddüd içində dayanmış kişini bir də təkidlə qovladı. 

"İtin qızı qışqırar, vallah, mən onu tanıyıram, o cəhənnəm, bəs deməzlərmi ki, 

"salamməleyk, ağa Alış, ziyarətin mübarək?" Bəs qaynatam Molla Qurbanqulu nə

deyər? Deməzmi ki, "Adə, vecala, qələt qarışdırmağa başuva yer qəhət idi? Gərək 

elə  burnumun  dibini  tapeydun?"  "Qaçaq  Alış  belə  ölü  olub  ki,  bir  arvadnan  da 

başarmayıb?" Bunu da lotular deyəcək... hələ bəs Narınc? 

O,  bir  daha  dişlərini  qıcadı,  bu  diş  qıcırdatma  artıq  ehtiras  əlaməti  deyil, 

qəzəbdən, məğlubiyyət acısından idi: 

-Neynək,  Güllübəyim,  səninkiynən  mənimki  qalsın...  Getdiyim  ağaya  qurban 

olasan... neynək... 

Alış çıxdı... Qapını da çırpmadı, açıq qoyub çıxdı. İndi Güllübəyimin heç nədən 

qorxusu  yox  idi,  elə  bil  bir  anda  gözünün  altını  almış  ölümünə  qalib  gəlmişdi... 

Birdən  onu  acı,  göz  yaşları  qarışıq  bir  gülmək  tutdu,  özünü  saxlaya  bilmədən 

qəhqəhə çəkirdi... 

-Axmaq...  axmaq...  sən  də  Alışı  insan  saymısan?  -bu  "axmaqlar"  onun  özünə

aid  idi...  O,  göz  yaşları  içində  güldü,  güldü...  Və  bu  gülüşlər  köksünün 

dərinliklərindən qopub gələn  hönkürtüyə  çevrildi.  Güllübəyim  üzüüstə döşəkçəyə

yıxılıb  ağlayırdı...  Heç  divan-dərə  ayağına  çəkiləndə,  bədbəxt  Sərçə  Bağının 

ölümündə özünü müqəssir sayanda,belə ağlamamışdı... O, Alış kimisinə inanıb, bir 

anlığa zəifliyə yol verməsinə ağlayırdı... 

Narıncın  savaşıb-söyüşməkdə  xüsusi  istedadı  var  idi.  Elə  ki,  davaya  başladı

bütün  yaxın  məhəllələrin  arvadları,  bekarsa,  kişilər  belə  iş-gücünü  buraxıb 

tamaşaya durardı: 

-Aaz, genə qıldırımqaş başlayıb... 

-Sən Allah?.. Bıy hayıf, əlimdə xəmirim var. 

-Qoy sonraya! 

 

 



                                                                                                                                                  

220 


 

-Ay əskiyin qızı, bəs kişi gələndə əppək nə verim? 

-Məndə var, aaz, bəri dur. Gör bir qıldırımqaş nə mərəkə düzəldəcək... 

Bütün tanış-biliş arasında "qıldırımqaş" adıyla məşhur olan Narın-savaşmaları 

məhəllələr  arasında  bir  tamaşadan  üstün  idi.  Onu  nə  dərviş  oxuması,  nə  xoruz 

döyüşü, nə xəncərvurma,  nə  məhərrəmlik  şəbihləri, nə qaraçıların oynaması  əvəz 

edə  bilərdi.  Narınc  şeir  istedadına  malik  idi  və  bunu  da  yalnız  söyüşmə  vaxtı

büruzə  verərdi:  elə  bil  qız  savaşmadan  ilham  alar,  qarşısındakı  rəqibini  sicilləmə

sözlərlə bəzəyərdi, bu sözlərin xüsusi uyğun ahəngi, vəzni, qafıyəsi, hətta rədifi də

yerində  olardı.  Rəqibin  bütün  zahiri  və  batini  qüsurları  bu  mənzum  söyüşlərdə

əksini  tapardı.  Narınc bu sətirləri  rəqibin başına  sel  kimi  yağdırar,  ahəngə uyğun 

şəkildə  getdikcə,  coşar,  üstələyər,  bir  mahir  aktyor  kimi  əllərini  ölçə-ölçə  gah 

irəliləyər,  gah  geriləyər,  əlini  bədəninin  müxtəlif  yerlərinə  çırpardı.  Arabir  nəfəs 

dərib içəri gedər, gördüyü işə ara vermədən gərəyi olan qabı-qazanı götürüb, yenə

həyətə  çıxar, ocağı  qalaya-qalaya,  qazanı  bulaya-bulaya  sözünə  yeni bir  qüvvətlə

başlayardı. 

Bu gün təzəgəlin Narıncın hədəfi Güllübəyim idi. 

-Aaz ey! Ay ərini çöllərə salan dilaramçəngi, - deyə çırtıq çalmağa başladı: 

Güllübəyim nazanda,  

Aşı bişirər qazanda,  

özü yeyər nimçədə,  

Ərinə verər çömçədə. 

Elə  elədin  ki,  yazıq  kişinin  gününü  göy  əskiyə  düyünnədin,  düşdü, 

diyarbədiyar. İndi də özünü elə yetirmisən ki, mənim salamımı almırsan?  

Çırtıq səsi bir də ucaldı: 

.. Ətəkliyin piləydi,  

Çıxma çölə küləydi,  

Salam verdik almadın,  

Sımsığına nə dəydi? 

Bu  başlanğıc  idi,  Narınc  bu  müqəddimə  ilə  hədəfinin  kim  olduğunu,  kimə

meydan  oxuduğunu  bildirir,  qohum-qonşuya  və  rəqibin  özünə  xəbər  verirdi. 

"Allah, sən saxla", deyə hələ hədəfin kimliyin- 

 

 


                                                                                                                                                  

221 


 

dən bixəbər arvadlar bir-bir məhəlləyə tökülüşdü. Narınc əllərini belinə vurub, 

Güllübəyimin  qapısından  xeyli  aralıda  dayanmış,  üzünü  həyətə  çevirib  nazik 

"qıldırım" qaşlarını yuxarı dartmış və döyüşkən beçə görkəmi almışdı. 

-Ay  sənin  atovun qəbrinə  tula  bağlayım  yeddi  cüməaxşamı,  sabah  yox,  o  biri 

gün  əvvəlidi,  indi  özünü  o  yerə  çatdırmısan  ki,  mənə  öcəşməyə  başlamısan?  Ay 

dərələrin tülküsü! Sən yaxşı vələd olseydun nəslün səndən üz döndərməzdi, arvad 

olseydun ərün atıb getməzdi, ay divan-dərə artığı. 

Bundan  sonra  Narınc  sağ  əlinin  dalını  sol  əlinin  içinə  vura-vura  ahəngdar 

addımlarla  irəliləməyə  və  dərələrdə  əks-səda  verə  bilən  ötkəm  səsilə  bədihə

deyirmiş kimi yeyin-yeyin ötməyə başladı. 

Qadam sənin ac ağzuva,  

Əppəyə möhtac ağzuva,  

Əppək tapıb xoruldayır,  

Eşşək kimi zırıldayır. 

Arvadlardan bəzisi şaqqanaq çəkdisə, bir çoxu ürəyində deyirdi: "O bədbəxtdə

indi əppəy hardadı ki, qudura da, a bihəya" - amma heç  kəs həyasıza baş qoşub, 

davaya  düşməməkçin  ucadan  bir  söz  deyə,  Güllübəyimə  qahmar  çıxa  bilmirdi: 

"Həyasızdan hayovu gözlə" deyiblər. 

Güllübəyim  dözməyib  qapıya  çıxdı,  darvazanın  önündə  ona  olmazın  föhşələr 

verən, şəbədələr bağlayan Narınca sükut içində xeyli baxdı. Yaşı qurumuş, kədər 

dolu  gözləri  yanırdı.  Dili-dodağı  təpimişdi.  Narıncın  nəfəs  dərməsindən  istifadə

edib aram səslə dilləndi: 

-Məndən  nə  istəyirsən,  Narınc?  Niyə  məni  elnən  bir  eləyib,səsini  başına 

salmısan? 

Narınc  yenə  də  nəzmlə  coşdu,  əlin  əlinə  çırpıb  ritmlə  irəliləməyə,  şırıqqa  ilə

özünə təqt tutub yağdırmağa başladı: 

Əcəb eləyirəm!  

Əlimin içindən gəlir,  

İçinin içindən gəlir,  

İçində bir noxud var,  

Onun da içindən gəlir,  

Xətcə biçindən gəlir,  

Sayad bulaqdan gəlir,  

Xanbikə bağdan gəlir,  

Orcalı dağdan gəlir!.. 

 

 


                                                                                                                                                  

222 


 

qafıyə, ad çox, Narıncın boğazı da elə bil gavahınla deşilib, yorulub-usanmaq 

bilmir, əlləri, qamı, dizləri göyərib ağrımır, atəş saçan gözlərilə getdikcə kükrəyir, 

coşur, föhş yağdırırdı. 

-  Hə...  Ay  əskik  uşağının  törəməsi!  Sərçə  Bağının  vayına  oturdun,  bir  sürü 

yetimi  qaldı.  Yaxşı  ki,  dilənib-dolanıb  gətirirlər.  Bir  parça  dan  cadını  bulğurtda 

boğazından getdikcən. 

Cad fətiri,  

bulaq suyu,  

Güllübəyim – 

qarnın quyu. 

Dayı  bizdən  nə  istəyirsən?  Yoxsa  təzədən  gözün  İmannı  gədələrinə  düşüb? 

Əgər onlar sənə yiyə duran olsaydılar, vaxtında durardılar! Dayı biqeyrət artığım, 

divan-dərə tullantısını neynirlər? Onlar o namısın yiyəsi deyillər! Bax, fas-farağat 

dur,  cadı-pitiknən  indi  də  təzə  pəstaha  açma  ha...  Allaha  and  olsun,  səni  bir 

Güllübəyim elərəm, biri də yanından çıxar, yaxşı saxla yadında! 

Güllübəyim anladı, bayaqdan bəri başına yağdırılan sözlərin məğzini. davanın 

səbəbini  bilmirdi;  demək,  Alışın  onlara  gəlməsindən  xəbər  tutan  olub,  ya  Narınc 

özü Alışı onların evinin həndəvərində görüb... "Bəs Alışdan Narınca nə var? Hə... 

Deyirlər axı... Molla Qurbanqulu Alışla qohum olur... bu imiş qohumluq... Su suyu 

tapar, su çuxuru; Güvəc yumbalanar, qapağını tapar... Əsil yerindi Narınc... Əgər 

qulağın söz eşitməyə, qəlbin kimə isə inanmağa qabil olsaydı səni başa salardım... 

Deyərdim... O namərdi qapımdan necə və nə üçün qovduğumu söylərdim... heyif... 

heyif ki, heç nə eşidən, heç kəsə inanan deyilsən..." 

Bu  hadisədən  sonra  Güllübəyim  artıq  Şamaxıda  sağ  baş  gora  apara 

bilməyəcəyini  anladı.  Mahmud  ağanın  köməyi  ilə  şəhərdən  çıxıb,  Qafqayda 

yaşayan  qohumlarının  yanına  yola  düşdü.  Az  sonra  İsrafıldən  Şirvana  talaq 

məktubu gəldi və Molla Qurbanqulu məmnuniyyətlə bu talaq hökmünü icra elədi. 

İsrafilin  məktubunu  dostəvüz  eləyib  Güllübəyimi,  özü  meydanda  olmadığı  halda, 

ərindən  boşadı...  Əqrəba  bu  xəbəri  Qafqayda  Güllübəyimə  çatdıranda  onun  üçün 

artıq heç bir əhəmiyyəti qalmamışdı. Onu müdafıə etməyən, meydanda tək qoyan 

ər nəyinə gərəkdi. Güllübəyim Qafqayda xüsusi təhsillə məşğul idi. 

Güllübəyim  hadisəsi  belə  qurtarmışdı.  Bundan  sonra  Seyid  Əzimin  məktəb 

açdığını, "Beytüs-Səfa" ədəbi məclisinin fəaliyyətə başladığını siz artıq bilirsiniz. 

Siz Qara Məhəmməd Səfa, onun istəklisi 

 

 



                                                                                                                                                  

223 


 

Qəmzə  faciəsinin  başlanğıcında  ondan  ayrılmışdınız.  Xəstə  Qəmzənin  pirdən 

qayıdanda,  Səfa  və  Seyyidə  rast  gəldiyini,  onların  atına  minib  Şamaxıya 

yollandıqları zaman cavan şairlə Seyyidin mükaliməsi yadınızdadırmı? 

O zaman Seyyidin "fələk" rədifli qəzəli bu hadisədən kədərlənərək qoşduğunun 

şahidi olmuşuq. Gənc şair öz böyük dostunu dinlədikcə düşünmüşdü: 

"Yaxşı  deyirsən,  Ağa,  yaxşı  duymuşsan  dərdimizi!  Amma  Qəmzənin  o  qəmli 

gözlərini görsəydin, mənim kimi lal olardın, heç nə deyə, heç nə qoşa bilməzdin". 

Bəs indi cavan dostumuz Səfa, onun yaralı, qəmli Qəmzəsi nə haldadır? Gedək 

bir  görək.  Axı  zəmanə  bu  insanları  elə  qəribə  bağlarla  bir-birinə  bağlayıb,  elə

düyümlər vurub, hadisələri bir-birilə elə qovuşdurub ki, onlan təkbətək bir-birindən 

ayırıb  izləmək  mümkün  deyil.  Buna  görə  də  bayaq  Güllübəyim  fəqərəsini 

danışmaq  üçün  hadisənin  əsas  gedişini  qırdığıma  görə  sizdən  üzr  istəmişdim. 

Güman edirəm ki, məni artıq əfv etmişsiniz. 





Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə