1. Əhalinin mühafizəsi



Yüklə 13,4 Kb.
tarix02.01.2022
ölçüsü13,4 Kb.
#35764
Sual 6
dövlətt

Sual 6: Mülki Müdafiənin əsas vəzifələri:

Cavab:


Mülki Müdafinən əsas 3 yerə bölünür:

1. Əhalinin mühafizəsi,

2. Sənaye, kənd təsərrüffatı, MM-və obyektlərinin sərbəst və fasiləsiz fəaliyyət göstərməsi

3. Zədələnmə ocaqlarında xilasetmə və DTİ ( digər təcili işlərin ) aparılması.



1. Əhalinin mühafizəsi:

- Əhaliyə hadisə barədə dərhal xəbər verilməsi;

- Əhalini təhlükə sahələrindənköürülməsi;

- Əhalini MM vasitələrində / qurğularda saxlanılması;

- Əhaliyə fərdi mühafizə vasitələrinin vaxtında paylanması;

- İnsanlara tibbi mühafizə yardımların göstərilməsi;

- Zədələnmə ocaqlarında çıxarkən insanları sanitar təmizləmədə keçirilməsi və s.

2. Sənaye, kənd təsərrüffatı, MM-və obyektlərinin sərbəst və fasiləsiz fəaliyyət göstərməsi:

- MM- yə dəstələrini hazır vəziyyətdə saxlanılması və vaxtında işə

yönəldilməsi;

- İş prosesini xammallarda təmir olunması;

- Obyektlərdə növbətçilərin təyin edilməsi və smenalann vaxtında aparılıb gətirilməsi;

- Dispetçer xidmətlərin təyin olunması;

3. Zədələnmə ocaqlarında xilasetmə və DTİ ( digər təcili işlərin ) aparılması.

- Zədələnmə ocaqlarına yolların açılması;

- Ayrı-ayrı yanğınların söndürülməsi;

- Xilasedici dəstəni vaxtında zədələnmə ocaqlanna yönəldilməsi;

- Zədələnmə ocaqlarından xilas edilən insanlara tibbi yardımın göstərilməsi və müalicə məntəqələrinə göndərilməsi və s.

- İnsanların təhlükəsizliyinin təminatı son illərdə kəskin hal almışdır.Bu ona görədir ki,elm və texnikanın surətlə inkişaf etdiyi son dövrlərdə sənayedə, nəqliyyatda və digər sənaye kompleksindəqəzaların, təbii fəlakətlərin sayı xeyli artmışdır.

- Elmi-texniki tərəqqinin (ETT) yüksəlişi, mürəkkəb sistemlərin, tətbiqi ilə elmi-texniki və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi, onların istismarında riskin artması insanların həyat və sağlamlığına, ətraf mühitə və istehsalatın normal fəaliyyətinə təhlükə yaradırlar.

- Bütün bunlarla əlaqədar gələcək mütəxəssislərə müasir silahların tətbiqi zamanı istehsalatda insanların həyat fəaliyyətinin və ətraf mühitin mühafizəsini təmin etmək biliyi, bacarığı vermək lüzumi günün vacib məsələsidir.



- Mülki müdafiə (MM) insanın ətraf mühitində təhlükəsizliyi və sağlamlığının qorunması haqqında elmdir.O, təhlükəli və zərərli amilləri aşkara çıxarmalı və eyniləşdirməli, insanın mühafizəsinin metod və vasitələrini, yollarını zərərli və təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılmasını araşdırmalı, dinc və müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq tədbirləri hazırlamalıdır.MM-in müharibə vaxtındakı rolu xüsusilə böyükdür.Bununla belə qeyd etmək lazımdır ki, əmin-amanlıq dövründə MM-in 10 rolu təbii fəlakətlərin, böyük istehsalat qəzalarının nəticələrilə mübarizədə xeyli artmışdır. - Böyük maddi itkilər və insan tələfatına səbəb olan (AES- də, dəmir yolunda, qəza təhlükəli kimyəvi maddələrdən istifadə olunan müəssisələrdə baş verən qəzalar və tez-tez baş verən təbii fəlakətlər və .s.) fövqəladə hadisələr göstərir ki, indi mövcud olan şəraitdə insanları və onların yaşadığı mühiti fövqəladə hallarda mühafizə etmək üçün, insanların psixoloji, mənəvi cəhətdən əsaslanmış səmərəli formada hazırlanması məsələlərini tamamilə yenidən qurmaq lazımdır, xüsusilə əmin-amanlıq dövründə fövqəladə hal olan MM tədbirlərinə yenidən baxılmalı və onun vəzifə və yollarını yenidən qiymətləndirmək lazımdır.Bu məsələ indiki iqtisadi münasibətlərin keçid dövründə daha böyük əhəmiyyət kəsb edir.
Yüklə 13,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə