1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə29/35
tarix16.07.2017
ölçüsü3,04 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   35

 

Həsən də qəlyan çəkər, 

Hüseyn də qəlyan çəkər. 

Tənbəki bol olanda 

Siçan da qəlyan çəkər. 

 

Hamam, hamam içində, 



Xəlbir saman içində 

Dəvə dəlləklik eylər, 

Köhnə hamam içində (Atalar sözləri) 


 

 

329 



ÇalıĢma. Ad dəyişmə mənasında işlənən sözləri tapın, ha-

disənin,  anlayışın  adının  başqa  bir  adla  necə  əvəz  edilməsinə 

diqqət yetirin: 

 

Ləngərlənən meydana birdən yeni can gəlir, 



Azərbaycan, Türküstan, ardınca Turan gəlir. (X.R.Ulutürk) 

 

Ġbrahim xan (yuxudan təlaşla qalxaraq): 

- O yandan Türkiyə, bu yandan İran, 

Burdan da Rusiya göndərir fərman. 

Pozmaq istəyirlər cah-cəlalımı. (S.Vurğun) 

 

ÇalıĢma.  Bir tələbənin  imtahan ballarını toplaya bilmədi-

yinə  görə  Akademiyadan  xaric  olunması  haqqında  dekanın 

adından əmr hazırlayın. 

ÇalıĢma. Tədbir keçirilir. Qrup tələbələrinizin iştirakı ba-

rəsində dekana raport verin. 



ÇalıĢma. Şeiri ifadəli oxuyun, bədii təsvir və ifadə vasitə-

lərini tapın, ifadəliyin necə yaranmasına diqqət yetirin: 

 

Son payız dayanıb qışa müntəzir, 



Otların gözündə gilələnir yaş. 

Dağlardan sallanıb apana enir, 

Duman yavaş-yavaş, çən yavaş-yavaş. 

 

Ağaclar üsyana qalxıb, bozarıb, 



Bircə budaqda da görünməyir bar. 

Bağlarda yarpaqlar elə qızarıb, 

Deyirsən, indicə alışıb yanar. 

 

Külək xəzəlləri alıb döşünə, 



Qovur bağ-baxçanın hər bucağında. 

Torpaq da kökündən qopub düşənə, 

Yer vermək istəmir öz qucağında. 

 

Gecələr o qədər uzun olubdur



Deyirsən, bir daha açılmaz səhər. 

 

 

330 



Güllər elə yanıb, elə solubdur 

Bir də baş qaldırmaz bahara qədər. 

 

Kimsə yollanmayır tarlaya, çölə, 



Sanki təbiətin yuxusu gəlir. 

Günəşli günlərin özündə belə, 

Havadan yağışın qoxusu gəlir. 

 

Çılpaq budaqlarda qalan yuvalar, 



Uzaqdan qaralır bir yumaq kimi. 

Çırpına-çırpına əsir gilavar 

Hansı bir ağaca qonacaq kimi. 

 

Torpaq həsrətiylə ağlayır bulud, 



Çay olur, göl olur gözünün yaşı. 

Coşan sellər, sular şahə qalxan at, 

Əzir xıncım-xıncım qayanı, daşı. 

 

İsti hava qıtdır, çəkilib göyə



Geyinib təbiət əskəri paltar. 

Payızın möhləti qurtarır deyə, 

Uca zirvələrə çilənir ilk qar. 

 

Qar istəyir düzlər, barsız bağlar da, 



Çılpaq yerlərini örtsün, gizləsin. 

Ağsaqqal qış gəlir, payız dağlarda 

Çaşıb qalıb, bilmir, getsin, gözləsin. 

(Süleyman Hüseynov. Yaşanmış ömür. Bakı, 2001, səh.51-52) 

 

 



ÜSLUBĠ VASĠTƏLƏR 

 

Düzgün şifahi nitqə və yazıya  yiyələnmək hər bir adamın 

arzusudur. Məqsədə çatmaq üçün kiçik yaşlardan dilin fonetik, 

leksik və qrammatik normalarını mənimsəmək ilkin şərtdir. La-

kin bu, düzgün nitq üçün kifayət etsə də, gözəl nitq üçün kifa-


 

 

331 



yət  deyildir.  Gözəl  nitq  bacarığı  nümayiş  etdirmək  üçün  dilin 

daxili quruluşunu, onun qayda-qanunlarını mükəmməl bilmək-

lə dilin üslubi imkanlarına bələd olmaq vacibdir. Nitqin üslubi 

cəhətdən  düzgün  qurulması  isə  ünsiyyət  zamanı  onun  ahəng-

darlığına, obrazlığına, bədiiliyinə xüsusi qayğı ilə yanaşmaqla, 

dilin bədii təsvir və ifadə vasitələrindən konkret məqam və şə-

raitdə yararlanmaq bacarağı ilə reallaşır. Nitq üslubu dil vasitə-

lərindən,  onun  normalarından  məqsədəuyğun  istifadə  tərzidir. 

İndi bu söz daha çox yazı manerası, danıĢıq tərzi anlamında 

işlənir.  Üslub  ayrı-ayrı  sənətkarlara,  elmi,  siyasi,  tarixi  cərə-

yanlara,  bədii  janrlara,  müəyyən  bilik  sahələrinə  aiddir,  buna 

görə də hər üslub fərdidir. Gözəl nitq sahiblərinin özünəməxsus 

üslubu vardır. Deməli, üslub incəsənət sahələri ilə məşğul olan 

hər  hansı  bir  yazıçı,  bəstəkar,  rəssam  və  s.  kimi  sənətkarlar 

üçün bədii, musiqi və rəsm əsərləri, janr və cərayanlar üçün sə-

ciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məc-

musudur. Qədim dünyanın ən məşhur alimi və natiqi Aristotel 

üslubu nitq mədəniyyəti ilə əlaqələndirmiş, ona yüksək qiymət 

vermiş,  üslubun  nitqin  mövzusuna  uyğun  olmasını  əsaslandır-

mışdır. Qədim Romanın məşhur natiqi M.T.Siseron isə demiş-

dir: "Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər 

barəsində  əzəmətlə, orta  səviyyəli  işlər haqqında  isə  yuxarıda-

kılar  arasında  orta  mövqe  tutan  bir  üslubda  danışmağı  bacar-

sın". (20, səh.37) Dil vahidləri üslubi keyfiyyət qazanmaq üçün 

dilin  fonetikası,  leksikası  və qrammatikası  çərçivəsində üslubi 

çalarlığın  yaranmasına  xidmət  edir.  Leksik-semantik,  fonetik 

və  qrammatik  normalar  dilin  quruluşu  ilə  bağlıdır  və  nitqin 

düzgünlüyünün  xidmətindədir,  üslub  normaları  isə  nitqin  gö-

zəlliyini,  ifadəliyini  artırır,  ünsiyyətin  təsirli,  mövzuya  uyğun-

luğunu və məqsədə müvafiqliyini reallaşdırır. 

Dil vahidlərinin üslubiyyatı aşağıdakı qruplara bölünür: 

1. Fonetik üslubiyyat. 

Fonetikanın  nitqdə  kəsb  etdiyi  üslubi  keyfiyyətlərdən  ən 

başlıcası ahəngdarlıqdır. Ahəngdarlıq nitqin səlisliyi, axıcılığı, 


 

 

332 



təbiiliyi deməkdir. Nitq məhz bu keyfiyyətlər hesabına dinləyi-

cilərə və oxuculara xoş təsir bağışlayır, oxunarkən göz oxşayır, 

eşidilərkən qulaqlarda xalq musiqisi, muğamlar kimi gözəl səs-

lənir. Əlbəttə, bunun əsas səbəbi dilimizin sait səslərinin çoxlu-

ğudur ki, bu hesaba açıq hecaların üstünlüyü səslənmənin, sə-

danın, avazın ahəngdarlığına əvəzsiz təsir göstərir. Dilimizdəki 

doqquz  sait  və  dörd  sonor  samitin  yaratdığı  harmoniya  nitqdə 

avazlı, musiqili tonu gücləndirir. 

Atalar  sözündən  (Ağ  gün  adamı  ağardar,  qara  gün  qaral-

dar;  Ağzı  aşa  yetişəndə,  başı  daşa  yetişər;  Asta  elə,  usta  elə); 

xalq mahnılarından (Araz üstə, buz üstə; Kabab yanar köz üstə. 

Qoy məni öldürsünlər, Bir ala göz qız üstə); bayatılardan (Belə 

bağlar; Dost başın belə bağlar; Bülbül ağlar, gül açmaz, Veran-

dı belə bağlar), “Kitabi-Dədə Qorqud”dan başlayaraq İ.Nəsimi, 

Ş.İ.Xətai,  M.Füzuli,  M.P.Vaqif,  M.F.Axundzadə,  A.Ələsgər, 

C.Məmmədquluzadə,  M.Ə.Sabir,  Ü.Hacıbəyli,  M.Şəhriyar, 

S.Vurğun,  M.İbrahimov,  İ.Əfəndiyev,  B.Vahabzadə,  X.R.Ulu-

türk  və  başqa  onlarla,  yüzlərlə  söz  sənətkarının  nəzm  və  nəsr 

əsərlərində, pyeslərdə, faciələrdə, komediyalarda, mənsur şeir-

lərdə alınma sözlərdə saitlərin uzun tələffüzü, səs uyuşması, səs 

artımı  ([ayilə],  [Ģeyir]),  səs  düşümü  ([nefçi],  [dos  köməyi]), 

milli sözlərdə iki saitin, iki və ya üç samitin yanaşı işlənə bil-

məməsi, çoxhecalı sözlərin sonunda cingiltili samitlərin karlaş-

ması ([kənt], [kitap], [gəĢənk]), söz daxilində iki kar samitdən 

birinin  cingiltiləşməsi  ([hətda],  [asdar],  [seçgi]),  həmcins 

üzvlü  cümlələrdə  şəkilçilərin  və  hissəciklərin  ixtisarı  (“Kəndə 

yaxınlaşdıqca evlər seçilir, yollar ağarır, adamlar görünürdü”), 

tabesiz  mürəkkəb  cümlələrdə  axırıncı  xəbərin  ixtisarı  (Ağac 

acı,  can  şirin;  Ağın  adı  olur,  qaranın  dadı;  At  mənimdir,  don 

geyənin), ahəng qanunu, vurğu və s. kimi fonetik vasitələr nitq-

də ahəngdarlıq  yaradır, intonasiya, fasilə, səsin tembri, ritm və 

s. nitqin rəvanlığına səbəb olur. Azərbaycan dilinə musiqili dil 

deyənlər məhz bunları nəzərdə tutur.  


 

 

333 



Bədii  əsərlərdə  cümləni  təşkil  edən  sözlərin  əvvəlində  və 

ya axırında eyni, yaxud oxşar samitlərin işlənməsi sözləri, söz 

birləşmələrini, cümlə, beyt və bəndləri musiqili, ahəngdar edir, 

öyrənilməyə, yadda saxlanmağa böyük kömək olur.  

S.Rüstəmin  “Çapayev”  adlı  şeirində  ç  samitinin  tez-tez 

təkrarı  çınqıllı,  daşlı  yollarda  nallı  atın  dırnaqlarından  qopan 

səsləri xatırladır: 

 

Çıqıl daşlı çayları, 

Çapayev çapa-çapa 

Çapır, biçir çöllərdə 

Çar canavarlarını. 

Çap çaylardan Çapayım, 

Çap o çapsın, biz çapaq, 

Çap, gələcək günlərin, 

Əlindən sevinqapaq. 

 

Səs düzümündən məharətlə istifadə obrazlılıq, ahəngdarlıq 



yaratmağa hesablanır. Nitqdə ahəngdarlıq törədən vasitələrdən 

yalnız  şərait  və  məqamdan  asılı  olaraq  istifadə  xoş  avazlan-

maya səbəb olur. 

2. Leksik üslubiyyat.  Nitqdə üslubi  effekt  və səlislik  ya-

ratmaq,  lüzumsuz  təkrara  yol  verməmək,  fikrin  daha  təsirli  və 

dəqiq ifadə edilməsi məqsədilə rəngarəng dil vahidlərinin işlə-

dilməsi çox zəruridir. Bu cəhətdən sinonimlərin üslubi imkan-

ları genişdir. Öz nitqini quran şəxs eyni mənanı müxtəlif üslubi 

çalarlıqda ifadə edən sinonim cərgəyə müraciət edib lazimi sö-

zü seçib  işlədir. Semantik məna sahəsi  imkan verir ki,  biz bir 

fikri şəraitdən, üslubi münasibətdən, subyektiv mövqedən asılı 

olaraq müxtəlif sözlərlə işlədə bilərik. Məs.: böyük-yekə-iri-nə-

həng-zırpı-zırhov-dahi-zorba-yekəpər;  eşitmək-dinləmək-qulaq 

asmaq-qulaq kəsilmək; ürək-könül-qəlb; ölmək-gözlərini əbədi 

yummaq-dünyasını  dəyişmək-dünyadan  köçmək-o  dünyaya 

təşrif  aparmaq-cəhənnəmə  vasil  olmaq;  yaxşı-gözəl-göyçək-

gəşəng-incə-zərif-nəfis-lətif;  qoçaq-igid-cəsur-qorxmaz-qəhrə-

man; dünya-cahan-aləm-kainat-yer üzü və s. və i. a. 


 

 

334 



Ümumiyyətlə,  sinonimlər  nitqdə  lüzumsuz  təkrardan  qaç-

maq,  məzmundan  asılı  olaraq  müəyyən  məna  koloriti  yarat-

maq,  fikri  dəqiq  və  daha  incə  məna  çalarında  çatdırmaq  üçün 

əvəzsiz  dil  vasitəsidir.  Əlbəttə,  hamı  eyni  dərəcədə  məqbul 

sinonimlərdən istifadə edə bilmir, çünki bu hal şəxsin söz ehti-

yatının  səviyyəsindən  asılıdır.  Müşahidələr  göstərir  ki,  kifayət 

qədər  söz  ehtiyatına  malik  olan  şəxs  nəzərdə  tutduğu  fikri 

(cümləni) çadırmaq üçün söz seçməkdə çətinlik çəkmir, zəngin 

dil  vasitələrindən  bacarıqla  yararlandığından  onun  nitqi  təsir 

gücünü, ifadəliyini artırmış olur.  

Nitq prosesində təzadlı, ziddiyyətli hadisə və faktları qaba-

rıq,  eyni  zamanda  obrazlı  şəkildə  nəzərə  çatdırmaq  məqsədilə 



antonim söz və ifadələrdən istifadə olunur. Obrazlıq yaratma-

ğa  xidmət  edən  antonimlər  üslubi  vasitə  kimi  əks  və  ziddiy-

yətli  cəhətləri daha qabarıq nəzərə  çarpdırmağa  yardımçı  olur. 

Məs.: doğma-ögey, cənnət-cəhənnəm, keçmiş-indi, isti-soyuq, 



cavan-qoca,  ağlamaq-gülmək,  sevinc-kədər  və  s.  bu  kimi  an-

tonimlər hər gün dəfələrlə nitqimizdə yan-yana işlənir.  

Nitq mədəniyyətində obrazlıq yaradan, fikri yığcam və mən-

tiqi çalarlıqla diqqətə çatdıran ifadə vasitələri içərisində frazeoloji 



birləĢmələr,  idiomlar,  ibarə,  hikmətli  söz,  zərb-məsəl  və  atalar 

sözləri əhəmiyyətli  yer tutur. Nitqin emosionallığını, obrazlıq və 

ifadəliyini  artıran  ən  təsirli  dil  vasitəsi  frazeologizmlərdir.  Fra-

zeoloji  ifadələr  məcazi  məna  kəsb  etməklə  fikri  sözlərə  nisbətən 

daha  yığcam  və  obrazlı  ifadə  edir.  Onların  böyük  bir  qismini 

əmələ gətirən sözlər, bir növ, daşlaşıb sabit vəziyyətə düşmüşdür. 

(15.  səh.48)  Məs:  üz  çevirmək  (incimək),  ayaq  döymək  (hey 

gedib-gəlmək), ağzını aramaq (fikrini öyrənmək), ağzına dil at-



maq  (yadına  salmaq),  kipriyi  ilə  od  götürmək  (çox  çətinliklə 

yaşamaq), quĢu gözündən vurmaq (düz və dəqiq demək), əldən 



düĢmək  (yorulmaq),  nəfəsi  kəsilmək  (tamam  yorulmaq),  gözü-

nün  kökü  saralmaq  (hey  gözləmək),  gözü  yolda  qalmaq(hey 

baxmaq), gözü yol çəkmək (fikrə getmək), gözünü yollara dik-



 

 

335 



mək (hey baxmaq), baĢ sındırmaq (çox düşünmək), dəridən-qa-

bıqdan çıxmaq (çox çalışıb işləmək), qabıq qoymaq (çox işlə-

mək), ölüb yerə girmək (bərk utanmaq), bir köynək ət tökmək 

(bərk xəcalət çəkmək), qanadının altına almaq (himayə etmək), 

kömək əlini uzatmaq-əl tutmaq (kömək etmək) və s. Frazeoloji 

birləşmələrdə ifadəni yaradan komponentlər öz əvvəlki leksik mə-

nalarından əlaqəsini kəsib uzaqlaşmış olur. Onlar dildə sözlər ki-

mi neçə yüz illərdir ki, mövcuddür və hamı tərəfindən hazır şək-

ildə  götürülüb  işlədilir.  Nitq  prosesində  dilin  bu  ifadəlilik  vasi-

təsindən  nitqi  qüvvətləndirmək,  məna  gözəlliyi  və  rəngarəngliyi 

yaratmaq  məqsədilə  istifadə  olunur.  Nitqin  məcazi  söz  və  ifadə-

lərlə zəngin olması dilin adi danışıq, məişət üslubunu da maraqlı, 

eşidilməli  edir.  Frazeoloji  birləşmələri  məqsədəuyğun  işlətməyi 

bacaran insanların nitqi öz gözəlliyi, rəngarəngliyi və xəlqiliyi ilə 

seçilir,  dinləyənlərdə  və  oxuyanlarda  xoş  ovqat  yaradır.  Xalq 

zəkasının, xalq müdrikliyinin ümumiləşdirilmiş bədii ifadəsi olan 

atalar sözləri, zərb-məsəllər və aforizmlər nitqi rövnəqləndirir. İs-

tər səslənməsinə, istərsə də mənasına görə deyilən, yazılan fikrin 

yığcam, müdrik və obrazlı ifadəsinə  yardımçı  olan atalar sözləri 

və zərb-məsəllər tərbiyəvi mövzuda aparılan söhbətlərdə olduqca 

faydalıdır,  deyilənləri  əsaslandırmaq,  dinləyənləri  nəyə  isə  inan-

dırmaq, nədənsə çəkindirmək, düşündürmək üçün əhəmiyyətlidir. 

Məs: Dirilik birlikdədir; El gücü, sel gücü; El sevəni aləm sevər; 

Dost  dosta  arxadır;  İgid  ölər  adı  qalar;  Elə  arxalanan  igidin 

arxası  yerə  dəyməz;  Yaxşı  dost  yaman  gündə  tanınar;  Sənətin 

pisi  yoxdur;  Halva,  halva  deməklə  ağız  şirin  olmaz;  Aza  qane 

olmayan,  çoxa  çatmaz;  Ağıl  yaşda  deyil,  başdadır;  Sirkə  nə 

qədər tünd olsa, öz qabını çatladar; Ağıl ağıldan üstündür; Pis 

adam  yaxşının  qədrini  bilməz;  Başqasına  quyu  qazan  özü 

düşər; Bağa baxarsan bağ olar, baxmazsan dağ olar və s. və i.  

Hər kəs atalar sözləri və zərb-məsəllərdən həyatın müxtəlif 

sahələrinə aid mövzularda yerində və məqsədəmüvafiq şəkildə 


 

 

336 



istifadə  etməyi,  haqqında  söhbət  gedən  məsələlərlə  onları  əla-

qələndirməyi bacarmalıdır. 



 

Sual və tapĢırıqlar: 

1. Dilin üslubi imkanları dedikdə nələr nəzərdə tutulur? 

2. Üslub normaları nəyə xidmət edir? 

3.  Alliterasiya  nədir?  O,  poetik  üslubi  priyom  kimi  bədii 

ifadə vasitəsi hesab olunurmu? 

4. Frazeoloji birləşmələr məcazi məna kəsb etməklə fikrin 

obrazlı ifadəsinə necə xidmət göstərir? 

5. Atalar sözləri, zərb-məsəllər və aforizmlər hansı üslubda 

daha çox işlənir və səbəbi nədir? 

6. Ədəbi dil normaları hansı nitqdə tam gözlənilir? 

7. Daxili nitq hansı əsərlər üçün səciyyəvidir? 

8. Hansı əsərlər makrodialoq əsasında yaradılır? 

9.  Bədii  əsərlərdə  qeyri-mədəni  nitq  hansı  məqamlarda 

işlədilir? 

10. Dialoq hansı formalarda olur? Replika nədir və o, hansı 

əsərlərdə təzahür edir? 



ÇalıĢma.  Azərb.DBTİA-da  tələbələrin  elmi-praktik  konf-

ransı keçirilir, onun reqlamentini tərtib edin. 



ÇalıĢma.  Misra  və  cümlələrdə  eyni  cinsli  samitlərin  tək-

rarlanaraq  müəyyən  ahəng,  musiqilik  yaratmasına  fikir  verin. 

Bədii  üslubun  daha  da  qüvvətləndirilməsinə  xidmət  edən 

fonetik təkrarın bu növü necə adlandırılır? 

 

Qar üzərinə qan dammış kimi qızıl yanaqlım! 



Qoşa badam sığmayan dar ağızlım. 

Qələmçilər çaldığı qara qaşlım! 

Qurumsu qırx tutan qara saçlım (“Kitabi-Dədə Qorqud”dan) 

 

Uzun-uzadı  uzunçuluq  etmək;  Gününü  göy  əsgiyə  düyün-



ləmək;  Gedər-gəlməzə  getmək;  Qurddan  qorxan  qoyun  saxla-

maz;  Azacıq  aşım,  ağrımaz  başım;  Ucunu  tutub  ucuzluğa  get-



 

 

337 



mək;  Axmağın  ağlı  başında  olmaz,  Dabanında  olar;  Açıq  ağız 

ac qalmaz və s. 



ÇalıĢma. Üslubi fiqurlardan olan anaforalarda eyni söz və 

ifadələrin təkrarı ilə  yaranan bədii ifadə tərzinin göstəricilərini 

tapıb altından xətt çəkin. 

Qaraca  Çobanın  qara  köpəyi  Qazana  qarşı  gəldi.  Qazan 

qara köpəklə xəbərləşdi (“Kitabi-Dədə Qorqud”dan) 

 

Qırat Koroğlunun vuran əlidir, 



Qırat Koroğlunun qaçar ayağı. 

Var günündə Qırat onun yoldaşı, 

Hay günündə Qırat onun dayağı. (C.Cabbarlı) 

 

Gözəl qamət, gözəl gərdən, gözəl üz, 



Gözəl olmaz sən tək olsa, gözəl yüz. 

Gözəl canı munca yetər, gözəl üz, 

Gözəl deyil, etmə, gözəl, alı sən. (M.P.Vaqif) 

 

Hər nə versən, ver, məbada vermə bir dirhəm zəkat 



Hər nə düz versən, ver, oğlum, borcunu vermə təmam. 

Hər nə alsan, al, amandır, alma kasıbdan salam 

Hər nə etsən, et və lakin etmə meydən ictinab, 

Hər nə tutsan, tut və lakin tutma bir kari-səvab. 

Hər nə çəksən, çək, vəli, çəkmə xəcalət qübhdən. 

Harda yatsan, yat, ayılma, durma hərgiz sübhdən. (M.Ə.Sabir) 



 

ÇalıĢma. Bədii dilin ifadəliyini təmin edən üslubi fiqurlar-

dan  biri  şeirdə  misralarda,  cümlədə  son  sözlərin  təkrarı  ilə 

yaranan epiforadır. Onları tapın: 

 

Eyb eləmə eybəcərin eybinə, 



Eyb edirsən öz eybinə, eybi yox. 

Qırx gün saqqal dəlisi, 

Qırx gün daraq dəlisi. 

Qırx gün yaraq dəlisi. 



 

 

338 



İskəndər:  -Gəlin  içəri,  gəlin  bura!  Gəl,  gəl!  Yavuq  gəl?! 

Gəl, keç içəri. Sən də gəl. Hacı Kazım, sən də buyur içəri. Ha-

mınız  gəlin  içəri!  Mən  ölüm,  hamınız  gəlin!  Bax,  belə!  Keç, 

keç! Sən də gəl içəri! Sən də gəl. Gəlin, gəlin! (C.Məmmədqu-

luzadə."Ölülər" komediyasından) 

 

Düşdü bütün qəzetlər qiymətdən, ay can! Ay can! 



Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can! (M.Ə.Sabir) 

 

 



ELMĠ ÜSLUB 

 

Elmi təfəkkürün ifadə tərzi elmi üslubun əsasını təşkil edir. 



Elmi  üslub  elm  aləmində 

  elmi  ədəbiyyatda,  elmi  mühazirə, 



məruzə və söhbətlərdə istifadə olunan üslubdur. Elmi üslub el-

mi əsərlərin dilində təzahür edir. Elmi fikir elmi əsərlərdə şərh 

olunur. Elmin, istehsalat və  texnikanın ayrı-ayrı  sahələrinə aid 

məqalə, tezis, məruzə, rəy və monoqrafiyalar bu üslubda yazı-

lır. Elmi üslubun əlamətdar cəhətlərindən biri elmi anlayışların 

ən dəqiq ifadəsi kimi terminlilikdir. Terminlərin sistem halında 

işlənməsi  onu  digər  üslublardan  fərqləndirən  əsas  əlamətdir. 

Elmi üslubun ikinci cəhəti mücərrəd mənalı sözlərin, beynəlmi-

ləl  alınmaların  həqiqi  mənada  işlədilməsi,  fikirlərin  dəqiq, 

konkret  və  birmənalı  ifadə  edilməsidir.  Elmi  üslubda  sözlərin 

öz müstəqim mənasında işlənməsi bəhs edilən təbiət və cəmiy-

yət  hadisələri  haqqında  tam,  dürüst  və  dəqiq  məlumatın  veril-

məsi  ilə  bağlıdır.  Bu  üslubda  məcazi  mənalı  sözlərə  yer  veril-

mir.  Emosionallıq,  obrazlıq  kimi  xüsusiyyətlər  də  bu  üslub 

üçün xarakterik deyildir. Elmi üslubda mövzu müəyyən ixtisas 

sahəsinə aid olur, kitabın, monoqrafiyanın adı, onlarda verilmiş 

fəsil,  bölmə  və  başlıqlar,  şərh  olunmağa  yönəlmiş  mətnlər  sə-

bəb-nəticə  əlaqələri  əsasında  qurulur,  burada  sübut  və  dəlillər 

elmi şəkildə tərif, düstur, cədvəl və rəqəmlərlə verilir, mürək-

kəb  cümlə  tipləri  üstünlük  təşkil  edir.  Fikirlər  sübutlara,  fakt-

lara istinad edilir, ümumiləşdirilmələr aparılır, nəticə çıxarılır. 


 

 

339 



Elmi üslubda yazılmış əsərlər daha çox öz sahəsinə aid mütə-

xəssislər  arasında  yayılır,  işlədilir  və  elə  onlar  tərəfindən  də 

tam  və  əhatəli  şəkildə  başa  düşülür.  Çünki  hər  hansı  bir  elm 

sahəsinin özünəməxsus, sfesifik sözləri və terminləri vardır ki, 

bu terminlər, əsasən, başqa dillərdən alınan sözlərdir, onlar  ya 

olduğu kimi  işlənir,  ya tərcümə olunur,  ya da  kalka üslulu ilə 

yeni sözlərin meydana gəlməsi ilə reallaşır. Orta məktəbdə təd-

ris  olunan  fizika,  riyaziyyat,  həndəsə,  kimya  fənləri,  ali  mək-

təbdə keçilən informatika, idman metrologiyası, idman psixolo-

giyası,  insan  fiziologiyası  fənləri,  gimnastikaya,  su  idmanı 

növlərinə aid dərslik və dərs vəsaitləri xüsusi terminlər üzərin-

də qurulmaqla bədii üslubda yazılmış əsərlərdən dil və üslubu-

na görə fərqlənir. Tələbələr öyrəndikləri hər hansı dərsliyin bir 

səhifəsinə,  hətta  bir  abzasına  belə  baxan  kimi  onun  hansı  elm 

sahəsinə aid olduğunu müəyyənləşdirə bilirlər. 

 

Sual və tapĢırıqlar: 

1.  Elmi  üslub  nədir  və  elmi  üslub  nümunələri  hansı  for-

malarda təzahür edir? 

2. Elmi üslubun ən əlamətdar cəhəti nədən ibarətdir? 

3.  Elmi  üslubda  məcazi  mənalı  sözlərə,  yoxsa  terminlərə 

çox yer verilir? 

4.  Kalka  üslulu  ilə  yaranmış  sözlərdən  nümunələr  verin. 

Onların kalka üslulu ilə yarandığını necə bilmək olar? 

5.  Akademiyada  hansı  elm  sahələri  ilə  tanış  olduğunuzu 

deyin və onlara aid 5-10 termini nümunə gətirin. 

6.  Dəqiqlək  nədir?  Onu  hansı  üslubun  səciyyəvi  xüsusiy-

yəti hesab etmək olar? 

7.  Elmi  nitq  hansı  formalarda  təzahür  tapır  və  onlarda 

xarakterik olan cəhətlər nədən ibarətdir? 

8. Elmi nitqin əsas janrları hansılardır? 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə