1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə28/35
tarix16.07.2017
ölçüsü3,04 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   35

Əmr  cümləsi.  Təkid,  tələb,  məsləhət,  nəsihət  və  s.  ifadə 

edən cümlələrə  əmr  cümləsi  deyilir. Əmr və  xahişi  icra etmək 

məqsədilə işlədilən əmr cümləsi qəti əmrdən xahiş və nəsihətə 

qədər  müxtəlif  çalarlıqları  ifadə  edir.  Əmr  cümləsi  felin  əmr 

şəkli  ilə  düzəlir.  Adi  tonla  deyilən  əmr  cümləsinin  sonunda 

yazıda  nöqtə,  yüksək  tonla  tələffüz  edildikdə  nida  işarəsi 

qoyulur. Misallar: 

 

Gün o gün olsun ki, qurtarsın dava, 



Dağılsın buludlar, açılsın hava. (S.Rüstəm) 

 

Şair, heç aldanma dünya varına, 



İnanma dünyanın etibarına. (S.Vurğun) 

 

Gəl, ört pəncərəni, qalaq üz-üzə. 



Ağlayaq doyunca, gülək doyunca. (R.Rza) 

 

A kişi, mən sənə nə dedim! Əgər bir acı söz dedimsə, allah 



mənim  dilimi  yandırsın.  Çıx-çıx!  Qapıdan  çəkilin!  Adə,  gör-

mürsüznüz stulları, əyləşin də! Ey, sən içəri keçmə! 

Əmr cümlələrində qəti əmrdən əlavə xahiş, nəsihət, yalva-

rış, istək, arzu, öyüd də ifadə oluna bilir:  

Gültəkin: -Dövlət bəy, yalvarıram sizə, bir də mənimlə gö-

rüşməyə can atmayınız. (C.Cabbarlı) 



 

 

319 



Aparın, aparın onu zindana, 

Göz dağı çəkdirin Azərbaycana! 

Bu fani dünyanı artıq unudun! 

İndi üzünüzü qibləyə tutun! (S.Vurğun) 

 

Verilmiş cümlələrlə danışan şəxs müəyyən işin görülməsi-



nə təhrik edilir, belə cümlələr danışanın nitqinə qətilik vermək-

lə şəxsin daxili həyəcanını, qəzəbini də təsirli ifadə etmiş olur.  

Canlı danışıq dilində yarımçıq cümlələrdən geniş istifadə 

olunur:  

-Oxuyan  kimdir?  –  deyə  o  bizdən  soruşdu  və  gözlərini 

mənə dikdi.  

-Qızımdır, - deyə cavab verdim (C.Cabbarlı) 

-Auditoriyalara ilk dəfə kim daxil olur? – Tələbələr. 

Tələbələr nə vaxt dərsdən gedirlər? – Saat ikidə.  

Burada mübtədasız, xəbərsiz və hər ikisi buraxılmış yarım-

çıq  cümlələr  fikri  daha  emosional  və  təsirli  etmək  məqsədilə, 

eyni zamanda yığcamlıq, lakoniklik yaratmaq istəyi ilə işlədil-

mişdir.  

Danışıq dilində sadə cümlə növləri ilə bərabər mürəkkəb 



cümlə tiplərindən də istifadə olunur. Cümlə nitqin əsas vahidi 

olduğundan  o,  qrammatikanın  sintaksis  bəhsində,  bütövlükdə 

isə  ünsiyyətdə  həlledici  rola  malikdir.  Bitmiş  fikir  bildirən 

cümlə dildə oynadığı rola və tutduğu mövqeyinə görə qramma-

tika ilə üslubiyyatın sintezi kimi özünü göstərir. Cümlə sadə və 

mürəkkəb fikirlərin ifadəçisi kimi sadə və mürkkəb olur. Sadə 

cümlə bir komponentdən ibarətdir, mürəkkəb cümlə isə iki və 

daha  artıq  sadə  cümlənin  birləşməsi  şəklindədir.  Həm  yazılı 

nitqdə, həm də şifahi danışıqda hər iki cümlə tipi danışanın sa-

vadından,  peşəsindən,  dünyagörüşündən,  harada,  kiminlə,  nə 

haqqında  danışmasından  asılı  olaraq  sadə  və  mürəkkəb  konst-

ruksiyalı  olur.  Danışıqda  sadə  cümlələrdən  çox,  mürəkkəb 

cümlələrdən az istifadə olunur. Yazılı nitqdə, xüsusən hekayə, 

povest  və  romanlarda  müəllif  təsvirlərində  və  elmi  üslubda 



 

 

320 



mürəkkəb cümlələr üstünlük təşkil edir. Təbiidir ki, az savadlı 

adamlar sadə  cümlələrə, cəmiyyətdə  yaxşı mövqe tutan ziyalı-

lar isə  mürəkkəb  cümlələrə meylli  olurlar. Yazılı  nitqdə  (epis-

tolyar üslub istisna olmaqla) artıq və lüzumsuz sözlərin cümlə-

də  işlədilməsinə  yol  verilmir.  Şifahi  nitqdə  isə  oxşar  cümlələ-

rin, sözlərin, ifadələrin təkrarına yer verilir, necə deyərlər, heç 

hesabı aparılmır. Lakin mürəkkəb cümlələr də yalnız o zaman 

işlədilir  ki,  fikir  yığcam,  bir-biri  ilə  rabitəli,  anlaşıqlı  ifadə 

olunsun.  Məs.:  Səndən  ayrıldığım  günün  səhərisi  ailəmiz  təzə 

mənzil  aldığı  üçün  özümdə  anadan  yenicə  doğulmuş  körpəcə 

uşaq kimi bir yüngüllük hiss edirdim” cümləsi formasına görə 

sadə, məzmununa görə mürəkkəbdir. Biz bu mürəkkəb cümləni 

“səndən ayrıldığım günün səhərisi ailəmiz təzə mənzil aldı. Mən 

anadan  yenicə  doğulmuş  körpəcə  uşaq  kimi  özümdə  bir  yün-

güllük hiss edirdim” şəklində iki sadə cümlə ilə verə bilərik.  

Dilimizdə mürəkkəb cümlələr üslub cəhətdən olduqca müx-

təlif və rəngarəngdir. Bu tip cümlələrdə müxtəlif məna çalarlıq-

ları, onda ifadə olunan ekspressivlik özünü aydın göstərir. Mü-

rəkkəb  cümlə  iki  və  daha  artıq  sadə  cümlənin  birləşməsindən 

yaranır  və  mürəkkəb  bir  fikri  ifadə  edir.  Mürəkkəb  və  silsiləli 

fikirlər mürəkkəb cümlələrlə verilir. Mürəkkəb cümlələrin işlə-

dilməsi danışanın ixtisasından, savad və dünyagörüşündən çox 

asılıdır.  Cümlənin  həcmcə  böyük  olması,  adətən,  müsbət  hal 

hesab olunmasa da, ondan istifadə imkanları böyükdür.  

-Aydın  idi  ki,  o  səhv  edir.  Mən  belə  başa  düşürəm  ki,  siz 

çox məşq edirsiniz. Hava elə tozlu idi ki, göz işləyən yerlərdə 

evləri görmək olmurdu.  

Bu  cümlələrin  hər  üçü  mürəkkəb  cümlədir.  Lakin  fikirlər 

yığcam və aydın ifadə olunmuşdur.  

Mürəkkəb cümlələr tabesiz və tabeli olmaqla iki yerə bölü-

nür. Tabesiz mürəkkəb cümlədə iki, üç fikir bir-birinə nə qədər 

bağlı olsa da, müstəqil xarakterdə olur. Tabeli mürəkkəb cüm-

lələrdə  isə  fikirlər  bir-birinə  möhkəm  bağlansa  da,  biri  o  biri-

sindən asılı olur.  



 

 

321 



Tabesiz mürəkkəb cümlələrdə qrammatik əlamətlərin ixti-

sarı fikrin ifadəsini aydınlaşdırmaq məqsədi daşıyır. Məs.: Atıq 



zəng vurulmuĢ, tələbələr də, müəllimlər də auditoriyalara da-

xil olmuĢ, dərslər baĢlanmıĢdı. Bu tabesiz mürəkkəb cümlənin 

tərkibindəki cümlələrdən idi hissəciyinin ixtisar forması olan -





4

 əlamətini yerinə yazsaq, onda fikrin ifadəsi, cümlənin oxu-

nuşu  ağırlaşar,  cümlələr  arasındakı  əlaqə  pozular.  Şəkilçilərin 

ixtisarı həmin cümlələrin oxunuşunu rəvanlaşdırır, fikirlər ara-

sında rabitə yaradır.  

Dilimizdə tabesiz mürəkkəb cümlələr daha geniş yer tutur. 

Tabesiz mürəkkəb cümlələr fikirləri  yığcam, həm də aydın və 

anlaşıqlı vermək üçün həm şifahi, həm də yazılı nitqdə istifadə-

yə yararlıdır.  

Nitqdə bəzən fikirlər uyğunluq təşkil etmir. Cümləni təşkil 

edən  hissələr  ziddiyyətli  olur,  fərqləndirilir,  müqayisə  edilir, 

qarşılaşdırılır.  Bu  cür  fikirlərin  ifadəsində  tabesiz  mürəkkəb 

cümlələr daha əlverişlidir. Məsələn: Beləliklə aylar gəlib keçdi, 

Əhməd  daha  universitetə  qayıtmadı.  Ana  çox  sözlər  dedi,  an-

caq onların heç birisi qızın yadında qalmadı.  

Tabesiz  mürəkkəb  cümlələrdə  üslubla  əlaqədar  bəzi  ixti-

sarlar aparılır: 

 İldən ilə sahələr dəyişir, tikinti genişlənir, yollar, körpülər 

çəkilir,  uca  binalar  tikilirdi.  Nə  bir  işıq  görünür,  nə  bir  səs 

eşidilirdi. Elə həmin il Xəzər Bədən Tərbiyəsi Akademiyasına, 

Sona isə Dillər Universitetinə daxil oldu.  

Birinci və ikinci cümlədə idi hissəciyinin qısaltma variantı 

olan -dı

4

, sonuncu cümlədə isə ortaqlı xəbər (daxil oldu) ixtisar 

edilmişdir. Bu ixtisarlar üslub cəhətdən fikrin ifadəsini ağırlaş-

dırmamaq  məqsədi  daşıyır.  Şəkilçilərin  ixtisarı  həmin  cümlə-

lərin  deyilişini  səlisləşdirmiş,  axıcı  etmiş,  cümlələr  bir-birinə 

daha  möhkəm  bağlanmışdır.  Belə  ixtisarlar  hesabına  tabesiz 

mürəkkəb cümlələr fikri daha ifadəli və yığcam verə bilir.  

Dilimizdə  tabeli  mürəkkəb  cümlələr  də  geniş  yer  tutur. 

Tabeli mürəkkəb cümlələr fikirləri anlaşıqlı verməkdə əlverişli 


 

 

322 



sayılır. Məs.:  İndi mən inanıram ki, dünyada pis uşaq yoxdur, 

pis  tərbiyəçi  var.  Bu  cümləni  sadə  cümləyə  çevirmək  istəsək 

“İndi mən dünyada pis uşağın olmamasına, pis tərbiyəçinin ol-

masına inanıram” – alınar ki, belə olan halda nitq süni görünər, 

fikir aydın nəzərə çarpmaz.  

Bədii əsərlərdə bir neçə budaq cümləli mürəkkəb cümlələ-

rə  də  təsadüf  edirik  ki,  onlarda  fikrin  anlaşıqlı  verilməsi  üçün 

müəllifin sənətkarlığı həlledicidir. Məs.: Sən də bax, buna görə 

çağırdım. Çağırdım ki, hər şeyi biləsən, həm də görəsən ki, bi-

zim işimizi necə çətinə salıbsan (İ.Muğanna). Bütün gecəni ça-

lırdı. Özü də elə çalırdı ki, tarın səsini Ceyran eşitsin və bilsin 

ki,  Adil  bu mahnını onun üçün, ancaq onun üçün çalır (S.Qə-

dirzadə).  Bu  cümlələr  nə  qədər  geniş  və  uzun  olsa  da,  onların 

tərkib hissələri bir-birinə möhkəm bağlanmış, fikir bütövlükdə 

yığcam və aydın ifadə olunmuşdur. Bu cəhətdən tərkibində ta-

mamlıq  budaq  cümləsi  olan  tabeli  mürəkkəb  cümlələrə  daha 

çox rast gəlirik. Bu tip cümlələrdə fikir daha geniş, daha aydın, 

daha  ifadəli  olması  ilə  seçilir,  çünki  belə  cümlələrdə  fikrin 

anlaşıqlı verilməsi üçün məkan daha böyükdür.  

1) Bir də götdüm ki, qabaqda Əliş müəllim, onun arxasınca 

da  sinfimizin  nümayəndəsi  İbad  otağa  daxil  oldu.  2)  Mən  çox 

yaxşı bilirəm ki, sən çıxılmaz vəziyyətdəsən. 3) O indi inanırdı 

ki, dünyada pis uşaq yoxdur, pis tərbiyəçi var.  

Verilmiş cümlələrdəki fikirləri sadə cümlələrlə də vermək 

mümkündür.  Sonuncu  cümlədəki  fikrin  nə  üçün  mürəkkəb 

cümlə  şəklində  verildiyini  aydınlaşdırmaq  üçün  həmin  cümlə-

nin sadə variantına diqqət edək: “O, dünyada pis uşağın olma-

masına, pis tərbiyəçinin olmasına indi inanırdı”.  

Bu cümlələrə ayrı-ayrılıqda diqqət yetirsək və onları tutuş-

dursaq  aydın  olar  ki,  fikri  mürəkkəb  cümlə  şəklində  vermək 

məqsədə daha uyğundur. Cümlənin sadə forması süni görünür, 

fikirlər arasındakı qarşılıqlı münasibət aydın nəzərə çarpmır. 

1) Nadir keçmiş düşüncələrlə yenicə yerində rahatlanmışdı 

ki, qapının zəngi çalındı. 2) Bir az keçmədi ki, müəllim müha-



 

 

323 



zirəyə başladı; 3) Biz yenicə məşqə başlamışdıq ki, məşqçimiz 

də gəlib çıxdı.  

Zaman  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrin  sino-

nimlik  təşkil  edən  formaları  nitqi  daha  da  zənginləşdirir.  Belə 

mürəkkəb  cümlələri  sadə  cümlələr  şəklində  işlətmək  mümkün 

deyildir.  Müxtəlif  məna  çalarlıqlarına  görə  bir-birindən  fərq-

lənən  yuxarıdakı  cümlələrdə  zaman  anlayışı  vardır  və  zaman 

budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrlə  üslub  cəhətdən  çox 

yaxşı  uyuşur.  Bu  tip  cümlələr  nitqdə  müəyyən  məqsədlə  işlə-

dilir və əsasən fikrin daha yığcam ifadəsinə xidmət edir.  



ÇalıĢma. Cümlələri oxuyun, onların üslubi imkanlarını 

izah edin.  

1) Əsgər. Dedim baxım görüm kimdir. Bir də gördüm kim? 

Həmin  bu  Məşədi  İbad  (Ü.Hacıbəyli);  2)  Siz  bilən,  mədən-

lərdəki  bu  şuluqluğun  əsl  səbəbi  nədir,  əsl  şuluqluq  salan  kim-

dir? (C.Cabbarlı); 3) Sultan bəy. Nə danışırsan, axmaq qızı ax-

maq!  Bazarın  gedəsinə  ərə  gedəcəksən?  Dəli  olubsan,  nədir? 

(Ü.Hacıbəyli); 4) Bərəkallah, Züleyxa, bərəkallah, afərin; 5) Pa-

pan səni mağazada gözləyir! – deyəndə Nazilənin ağzından ixti-

yarsız bu söz çıxdı.- Buyy! (M.Cəlal). 6) Vay atonnan, inanmır 

ha!  (M.Cəlal).  7)  Aç  qapını,  rədd  olub  get.  Sən  mənim  daxili 

işlərimə  qarışma,  çıx  burdan!  (S.Rəhman).  8)  Mənim  sənə  çox 

mühüm  bir  tapşırığım  vardır:  hər  halda  hansı  işdə  olursan  ol, 

daxilən, vicdanən pak və  təmiz ol! Mənəviyyatını  gün kimi  saf 

və  parlaq saxla! Heç zaman balaca nöqtə qədər də  olsa belə  öz 

ürəyini ləkələmə (S.Rəhimov). 

ÇalıĢma.  Aşağıdakı  cümlələrdə  vulqar  sözlərin  altından 

xətt çəkin. Vulqarizmlərin hansı üslub üçün xarakterik olduğu-

nu deyin: 

Xudayar bəy Əhmədə: -Köpək oğlu köpək! Hara aparırsan 

eşşəyi? 

Kərbəlayi Cəfər arvadının arxasınca- Gün olmaz ki, o itin 

qızı əti yandırmasın. 


 

 

324 



Xudayar bəy  Zeynəb haqqında:  -  Mən bilirəm  niyə  bikef-

sən.  Amma  neyləmək.  Allah  ananın  atasına  nəhlət  eləsin! 

(C.Məmmədquluzadə) 

Hacı  Qara:  -Allah  kəssin  belə  bazarı!  Belə  alış-verişi!  İt 

oğlu  qədək,  şilə  verənin  əli  qurğuşun  imiş.  Evin  dağılsın  çit 

satan! Qapın çırpılsın şilə verən! (M.F.Axundzadə) 



ÇalıĢma.  Müəllimlərinizdən  birinin  kitabına  (dərsliyinə) 

annotasiya yazın. Annotasiya formasını deyin. 

 

 

ÜSLUBĠ NORMALAR 

 

FUNKSĠONAL ÜSLUBLAR 

 

Üslub  nitqlə  bağlıdır,  fikrin  ifadə  tərzi  deməkdir.  Üslub 

hərfi  mənada  tərz,  üsul,  səliqə  deməkdir.  Qədim  yunanlar  və 

romalılar üslub (stil) sözünü gözəl danışıq, natiqlik sənəti kimi 

başa düşürdülər.  

Ünsiyyətin hansı şəraitdə baş verməsi nitqi məqsədə müva-

fiq formalarda qurmaq tələbini qarşıya qoyur və beləliklə, nitq 

üslubları  yaranır.  Nitq  üslubları  fərdi-subyektiv  olub,  şəxsin 

dünyagörüşündən, savadından, nitq qabiliyyətindən, məqsəd və 

şəraitdən asılıdır. Nitqin ayrı-ayrı üslubları fərdi üslub çərçivə-

sində mövcuddur. 

Nitq üslubları, adətən, iki növə bölünür: 1) yazı (kitab) üslu-



bu.  Bura  bədii  üslub,  elmi  üslub,  publisistik  üslub,  rəsmi-kargü-

zarlıq üslubu və epistolyar (yazışma) üslubu daxildir. 2) danıĢıq 



üslubu.  Bura  xalq  danışıq  üslubu  və  ailə  -məişət  üslubunu  aid 

edirlər.  Birinci  qrupa  daxil  edilən  üslublar  yazılı  formada  olur, 

lakin onlar haqqında auditoriyada, ekran və efir qarşısında aparı-

lan söhbətlər, müsahibələr şifahi formada da baş tutur. 

Dil inkişaf etdiyi kimi üslublar da dəyişir, inkişaf edir, tək-

milləşir, bir-biri ilə əlaqədə olub bir-birinə təsir edir.  

 


 

 

325 



 

 

BƏDĠĠ ÜSLUB 

 

Ədəbi  dilin  ilkin  formalaşan  üslubu  bədii  üslubdur.  Bədii 

üslubu başqa üslublardan fərqləndirən dilin ekspressivlik, emo-

sionallıq  və  təsir  vasitələrinin  seçilmiş  sistemidir.  Bədii  üslub 

obrazlı dildir. Bədii üslubda yazıçı qələmə aldığı həyat hadisə-

lərini, insanları, öz fikir və düşüncələrini müxtəlif dil və təsvir 

vasitələri  ilə  bədii  şəkildə,  müəyyən  ölçü  və  forma  daxilində 

əks  etdirir.  Bu  üslub  digər  funksional  üslublara  nisbətən  daha 

qədimdir. Elmə məlum olan "Orxon-Yenisey abidələri", "Kita-

bi-Dədə Qorqud" dastanı, Dəvdəkin, Qətran Təbrizinin, Xaqani 

Şirvaninin, Nizami Gəncəvinin şeirləri, Xacə Nəsirəddin Tusi-

nin "Əxlaqi-Nasiri", Nizamül - Mülkün "Siyasətnamə" əsərləri, 

tarix,  siyasət  və  tərbiyə  mövzularına  həsr  olunmuş  tədqiqatlar 

daha əvvəl yazıya alınmışdır. İzəddin Həsənoğlunun, İ.Nəsimi-

nin, Ş.İ.Xətainin ana dilində yazılmış şeirlərindən, M.Füzulinin 

elmi-fəlsəfi  əsərlərindən  çox-çox  əvvəllər  yazılmışdır. Ana di-

limizdəki  elmi  əsərlərin  tarixi,  ümumiyyətlə,  bədii  üsluba  ba-

xanda yaxın dövrün məhsuludur. Bədii üslubda ifadə vasitələri 

– ahəngdarlıq, melodiyalılıq, ritm, obrazlılıq, müəyyən lövhələr 

yarada  bilmək  keyfiyyəti,  incə  məna  çalarlıqları  nəzərdə  tutu-

lur.  Bu  üslubda  dilin  lüğət  tərkibindəki  sözlərin  məna  qrupla-

rından, üslubi laylarından, bədii təsvir vasitələrindən, məcazla-

rın  müxtəlif  formalarından,  hətta  vulqar  leksika  və  jarqonlar-

dan,  köhnəlmiş  sözlərdən,  yerinə  görə  terminlərdən  istifadə 

olunur.  Lakin  bir  məsələ  həmişə  diqqətdə  saxlanılır  ki,  bədii 

əsərin  vəzifəsi  gözəl  mənəviyyatı,  əxlaqilik,  əzəlilik,  insanlıq 

kimi  keyfiyyətləri  bədii  sözün  qüdrəti  ilə  emosional,  ifadəli, 

ekspressiv  və  obrazlı  təsvir  və  tərənnüm  etməkdir.  Xalqın  tə-

fəkkür tərzi məişət və təsərrüfat həyatı ilə bağlı olaraq bir qisim 

söz ilkin mənasını genişləndirir, yeni-yeni məna çaları qazanır, 

öz  formasını  dəyişdirir.  Buna  görə  də  dildə  sözlərin  mənala-

rının şaxələnməsi,  köçürülməsi,  müxtəlif istiqamətlərdə dəyiş-



 

 

326 



məsi baş verir. Sözlərin bir əşyadan başqasına köçürülməsi, bir 

əşyanın əlamətinin onun bir hissəsinin adı ilə verilməsi çoxmə-

nalığa  gətirib  çıxarır.  Sözlərin  məcazi  məna  daşıması  bədii-

üslubi mahiyyət daşıyır ki, bunlar obrazlı ifadələrdir. Obrazlıq 

yaratmağa xidmət  edən məcazlar dilin  bədii təsvir vasitələrin-

dən hesab olunur.  

Bədii  üslub  özü  də  iki  yerə  bölünür:  nəzm  üslubu  və  nəsr 

üslubu. Nəzm üslubu dedikdə şeirlə yazılmış əsərlər nəzərdə tutu-

lur.  Burada  fikirlər,  təsvirlər  sözlərin  özünəməxsus  nizamla  mis-

ralar  daxilində  düzülməsi  əsasında  verilir.  Bu  üslubda  müəyyən 

ölçülər  gözlənilir:  eyni  ölçülü  səslər  bir-birini  izləyir,  növbə  ilə 

təkrarlanaraq  ahəng  və  ya  ritm  yaradır.  Misralar  eyni  ölçüdə  ol-

maqla şeirin vəznini müəyyənləşdirir. Əruz vəznində ölçü uzun və 

qısa saitlərin növbələşərək onların təkrarı əsasında yaranır. Heca 

vəznində  isə  misraların  ölçüsü  hecaların  sayı  ilə  müəyyənləşir. 

Şeirdə misralar qafiyələnir. Qafiyə misraların sonunda gələn söz-

lərin səs tərkibinə görə bir-birinə uyğun, eyni (və ya oxşar) səslə-

nən hecaları əhatə edir. Şeirdə qafiyə ilə yanaşı rədif, bölgü (mis-

radaxili  fasilə),  bir  cümləni  tam  və  ya  onun  bir  hissəsini  özündə 

ehtiva  edən  misralar  daxilində  olur.  Şeir  beytlər,  yaxud  bəndlər 

şəklində  yazılır.  Beyt  bir-biri  ilə  fikrən  bağlı  olan  qafiyəli  iki 

misradan ibarət olur. Bayatı, ağı, qoşma, gəraylı, təcnis (cığalı və 

ayağlı  təcnis  istisnadır),  rübai,  tuyuğ  dörd  misradan  ibarət  dörd-

lüklər  şəklində,  müxəmməs,  müstəzadlar  və  s.  isə  beşlik,  altılıq, 

yeddilik  şəkillərində  qurulur.  Bədii  əsərlər  dramatik  növdə  də 

yazılır. Dramatik növün üç janrı vardır: komediya, faciə, dram. 

Bu növün əsas xüsusiyyəti əsərdə baş verən hadisələri sürətlərin 

(personajların) hərəkəti və danışığı ilə canlandırmaqdır. Dramatik 

əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Sürətlərin danı-

şığı dialoq və monoloq şəklində qurulur. Pyeslər daha çox nəsrlə 

yazılır.  Lakin  H.Cavidin,  S.Vurğunun,  S.Rüstəmin  və  başqaları-

nın şeirlə yazılmış pyesləri də vardır. Ədəbiyyatımızda dramatur-

giyanın əsasını M.F.Axundzadə öz altı komediyası ilə qoymuşdur. 

Faciə  janrında  N.Nərimanovun,  N.Vəzirovun,  Ə.Haqverdiyevin 


 

 

327 



gözəl  əsərləri  vardır.  Sonrakı  dövrlərdə  C.Cabbarlı,  S.Rəhman, 

İ.Əfəndiyev, B.Vahabzadə, N.Xəzri, Anar və başqa görkəmli şair 

və yazıçılarımız nəzm və nəsrlə bədii cəhətdən bitkin pyeslər yaz-

mışlar. Nəsr üslubunun əsas əlaməti müəyyən bir həyati hadisə və 

ya  əhvalatın  danışıq,  nəqletmə  yolu  ilə  təsvir  olunmasıdır.  Bu 

üslubun əsas ifadə üsulu təhkiyədir. Epik növün janrları nağıl, əf-

sanə,  lətifə,  təmsil,  dastan,  hekayə,  novella,oçerk,  povest  və  ro-

mandır. Bədii üslubda nitq zamanı şəxs öz fikrini daha emosional 

çatdırmaq üçün müxtəlif üsullardan istifadə edir. Bu hal, əsasən, 

yazılı  nitq  üçün  xarakterikdir.  Danışan  və  yazan  dediyi  fikrin 

emosionallığını,  təsir  gücünü  artırarkən  bədii  təsvir  vasitələrinə, 

sintaktik  fiqurlara,  ən  çox  da  bədii  sual,  təzad,  mübaliğə,  kinayə 

və  təkrirlərə  geniş  yer  verir.  Ahəngdarlığın  artırılmasında,  fikrin 

qüvvətləndirilməsində nitqdəki cümlənin başlanğıcında və ya so-

nunda təkrar olunan sözlər (anafora və epifora) diqqəti cəlb edir: 

 

Can deməklə candan can əskik olmaz, 

Dostları bir-birinə mehriban eylər. (A.Qurbani) 

 

Ta inki eşitdi vəfati-canan



Canan, canan deyib o da verdi can. (Q.Zakir) 

 

Ümumiyyətlə, bədii üslub digər üslublardan bir çox cəhətdən, 



əsasən də, obrazlılıq cəhətdən fərqlənir. Yazıçılar  da bu üslubda 

yazdığı  əsərlərində  dilin  axıcı  və  cəlbedici  olmasına,  estetik 

cəhətən  yüksək  keyfiyyətlərə  cavab  verməsinə  çalışırlar.  Onlar 

rəngarəng  söz  və  ifadələrdən,  dilin  bədii  təsvir  və  ifadə  vasitə-

lərindən  istifadə  etməklə  əsərlərinin  oxucular  tərəfindən  maraqla 

oxunmasına, zövq və həzz mənbəyinə çevrilməsinə çalışırlar. 



 

Sual və tapĢırıqlar: 

1. Nitq üslubları necə yaranır? 

2. Yazı üslubu nədir və onun hansı növləri vardır? 

3. Bədii üslub nədir? 

4. Bədii əsərin xarakterik xüsusiyyətləri və vəzifələri han-

sılardır? 



 

 

328 



5. Bədii təsvir vasitələri dedikdə  nə başa düşülür və  onlar 

ədəbi bədii əsərlərin ifadəliyinə xidmət edirmi? 

6. Metafora nə deməkdir və o, dildə necə yaranır? 

7. Metonimiya nədir? Metonimiyaya  aid  bir neçə nümunə 

göstərin. 

8. Epitet sözünün mənasını deyin, ona aid misallar gətirin. 

9. Bədii üslubun növləri hansılardır? 

10. Nəzm və nəsr üslubları nə deməkdir? 



ÇalıĢma.  Bədii  ədəbiyyatın  müxtəlif  növ  və  janrlarında 

işlənmiş epitetləri və təşbehləri tapıb göstərin. 

 

"Şərili", "Bəhməni", "Cəlili", "Cəngi"… 



Türkülər dəməti, səslər çələngi… 

Sevincin zirvəsi, qəmin zirvəsi (X.R.Ulutürk) 



 

Hər  tərəfdən  onu  fəlakət  buludları  çulğaladı,  axırda  onu 

qara torpaq altına girməyə məcbur etdi. (C.Cabbarlı) 

ÇalıĢma.  Yazıçı  əşya və hadisələr arasındakı oxşarlığı  və 

ya fərqi qabarıq şəkildə  göstərmək üçün metaforalardan istifa-

də  etmişdir.  Həmin  metaforaları  tapın  və  nəyə  işarə  edildiyini 

göstərin. 

 

Keçdi pəncəmizə gözəl Qarabağ 



Öpsün qılıncımı hər qaya, hər dağ (S.Vurğun) 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə