1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix16.07.2017
ölçüsü3,04 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

Atam,  qardaĢım,  müsəlman,  bu  danışıqdan  bir  şey 

çıxmayacaqdır (M.İbrahimov) 

 

Qara gözlü, qara qaşlı, 



Şirin dilli, gözəl pəri! 

Uzaqlardan gətirmişəm 

Ətir saçan bu gülləri (M.Rahim)  

 

 



SĠNTAKTĠK NORMA 

 SÖZ BĠRLƏġMƏLƏRĠ VƏ SĠNTAKTĠK ƏLAQƏLƏRĠN 

ÜSLUBĠ  ĠMKANLARI 

 

Nitqimizi  təşkil  edən  cümlələr  ayrı-ayrı  sözlər  və  söz  bir-

ləşmələrindən ibarət olur. İfadə məqsədindən asılı olaraq onlar-

dan  nitqimizdə  işlənmə  yeri  nəzərə  alınmaqla  üslubi  vasitə 

kimi  istifadə  edirik.  İki  və  daha  artıq  müstəqil  sözün  məna  və 

qrammatik  cəhətdən  birləşməsindən  yaranan  söz  birləşmələri-



 

 

308 



nin komponentləri nominativ mənasından uzaqlaşmasa da, nitq 

faktı kimi dilin xüsusiyyətlərini özündə əks etdirir: bağ qonşu-

su, təmiz vicdan, ipək xasiyyət, xeyli söhbət, tələbələrdən üçü, 

bizim  beşimiz,  yaşamaq  həvəsi  və  s.  Bu  birləşmələrin  birinci 

tərəfi  ikinci  tərəfi  təyin  edir  və  buna  görə  də  onları  təyini  söz 

birləşmələri  adlandırırlar.  Belə  birləşmələri  tərəflərin  arasın-

dakı  qrammatik  münasibətlərə  görə  üç  qrupda  birləşdirirlər. 

Bölgü tərəflər arasındakı semantik münasibətlərə əsaslanır.  



Birinci  növ  təyini  söz  birləĢmələrinin  yaranmasında 

morfoloji əlamət, yəni qrammatik şəkilçi iştirak etmir.  

Gülməmməd motal qarnını təbil kimi şillələyib gülümsədi.  

 

Dahilər yaradan ey böyük ana (S.Vurğun)  



 

-Sən kimi deyirsən? 

-Xanın əziz nökəri Rəhimi (N.Vəzirov) 

 

Oxu, tar, oxu, tar! 



Səsindən ən lətif şeirlər dinləyim (M.Müşfiq) 

 

qızıl günəşə and içirəm ki,  



Tulladım çiynimdən dəmir dağları (X.R.Ulutürk) 

 

Gətirilmiş  bu  misallarda  müəlliflər  öz  ideyasını  hərtərəfli 



və  bədii  şəkildə  vermək  üçün  ümumxalq  dilindəki  təyini  söz 

birləşmələrindən də özünəməxsus şəkildə bəhrələnmişlər. Ana-

nın  böyüyü,  kiçiyi  olmur  və  “böyük  ana”,  yaxud  “kiçik  ana” 

birləşməsi deyilmir. Amma şair ananın böyüklüyünü, əzəliliyi-

ni,  övladlarının  nəzərində  əzəmətini  göstərmək  üçün  “böyük 

ana” birləşməsini işlətmişdir. “lətif” sözünün sinonimləri yum-



Ģaq, incə, zərif, qəĢəng hesab olunur və onlar özündən sonra, 

adətən,  əşya  tələb  edir.  Amma  şair  tarın  səsini  lətif  şeirə  bən-

zədir. Dilimizdə qızıl günəĢ, dəmir dağ, motal qarın, əziz nö-

kər birləşmələri işlədilmir, amma bənzətmə məqamında müm-

kündür  və  üslubi  vasitə  kimi  əlavə  məna  çalarlığını  nümayiş 

etdirir.  


 

 

309 



İdman ədəbiyyatında bədii gimnastikaqısa (ortaq, uzaq) 

məsafəxüsusi hərəkət, gündəlik rejim, həftəlik məĢq, gərgin 

məĢq,  növbəti  məĢq,  ikiqat  Ģah,  qüvvətli  gediĢ,  çarpaz  ad-

dım, baĢ avarçı, əks gediĢ və s. kimi söz birləşmələrinə rast gə-

lirik, amma bunlar həqiqi mənada işləndiyindən üslubi vasitə ça-

larlıqları qazanmamışdır.  

Ġkinci növ təyini söz birləĢmələrinin birinci tərəfi qeyri-

müəyyən yiyəlik halda (şəkilçisiz) olur, ikinci tərəfi isə üçüncü 

şəxsin mənsubiyyət şəkilçisini qəbul edir: Azadlıq mübarizə-

si,  vətən  həsrəti,  ana  nəvaziĢi,  həsrət  körpüsü,  ellər  gözəli, 

dağlar maralı, atalar sözləri, yaĢamaq həvəsi və s.  

Dərd əlindən can durmaz (Bayatı) 

 

Koroğlu içibdi düĢmən qanını,  



Qıyar dava günü şirin canını. (“Koroğlu”) 

 

Onu hər tərəfdən fəlakət buludları çulğaladı.  



Orxan. – İştə prinses Olqa! İştə yeni açmış Moskva çiçəyi

Dəmirqaya  –  Heç  insandan  çiçəkmi  olar?  Moskva  qızı 

desənə. (H.Cavid) 

İskəndər.  Bəli,  bunlar  elm  dəryasıdırlar.  İndi  də  siz  cə-

nabdan  ölü  diriltmək  elmini  öyrənərlər,  onda  daha  lap  alim 

olarlar. (C.Məmmədquluzadə) 

Mənim  ürəyim  yumşaqdır.  Hicran  qəmini  çəkib  sənin 

halına yanır. (C.Cabbarlı)  

Qurban getdi dağ bülluru Yusif Vəzir ( X.R.Ulutürk) 

Misallardakı dərd əli, düşmən qanı, dava günü, fəlakət bu-

ludları, Moskva çiçəyi, Moskva qızı, elm dəryası, hicran qəmi, 

dağ  bülluru  söz  birləşmələri  bədii  üslubda  obrazlığın  ifadə 

imkanları  kimi  diqqəti  çəkir.  Sonuncu  misalda  “dağ  bülluru” 

ifadəsi  yazıçı  Yusif  Vəzir  Çəmənzəminliyə  ünvanlanmışdır. 

Büllur kimi təmiz bir insanın keçən əsrin 30-cu illərində “xalq 

düşməni”  adı  ilə  ləkələnərək  “qara  siyahıya”  salınıb  güllələn-

məsi  büllur  kimi  təmiz,  işıqlı  əxlaq  sahibinin  daxili  aləmini 

göstərir.  



 

 

310 



Üçüncü növ təyini söz birləĢmələrinin hər iki tərəfi şəkil-

çi qəbul edir: göyün üzü, dənizin dalğası, ananın öyüdü, kiĢi-



nin qeyrəti, yerin altı, gölün içi, torpağın bağrı, günəĢin ta-

cı,  tələbələrin  çoxu,  bizim  arzumuz,  Məmmədin  yazmağı, 

oxumağın faydası və s.  

Üçüncü növ söz birləşmələrinin üslubi imkanları birləşmə-

nin harada və necə işlənməsi ilə şərtləşir. “Ananın oğlu” birləş-

məsi  ilə  “anasının  oğlu”  birləşməsi,  “Nadirin  Sarası”  (arvadı) 

birləşməsi ilə “Saranın  Nadiri”, “Saranın  əri” birləşmələri ara-

sında  üslubi  baxımdan  fərq  vardır.  Bədii  ədəbiyyatda  sözlər 

nominativ məna ilə yanaşı məcazi mənada da işlənir. Danışanın 

söz  birləşmələrinə  münasibəti  onun  xüsusi  vurğu  ilə  deyilmə-

sindən asılıdır. Belə  halda bəzən kinayə, bəzən mübaliğə, diq-

qətə çatdırma ekspressiv məna çalarlıqları ifadə edir. Bu məna 

çalarlıqları müxtəlif üslubi məqamlar doğurur. “Tükəzbanın əri 

Məmməd bizə qorxa-qorxa baxırdı” cümləsindən aydın olur ki, 

müəllif  nə  üçün  “Məmməd”  yox,  “Tükəzbanın  əri  Məmməd” 

birləşməsini  işlətmişdir.  Birləşmənin  ekspressivliyi  üslubla 

bağlıdır və müəllifin fikrini açmağa imkan verir.  

Söz birləşmələrini təşkil edən sözlər arasında tabelilik əla-

qəsi diqqəti daha çox cəlb edir. Tabelilik əlaqəsində tərəflərdən 

biri  o  birisindən  asılı  olur,  o  birini  izah  edir  və  aydınlaşdırır. 

Sintaktik  əlaqələrin  yanaĢma,  uzlaĢma  və  idarə  adlı  üç  növü 

vardır.  

Asılı tərəfin heç bir qrammatik şəkilçi qəbul etmədən əsas 

tərəfə yanaşıb mənaca ona bağlanmasına yanaĢma deyilir. Ya-

naşma əlaqəsində bir söz heç bir sözdəyişdirici  şəkilçiyə  ehti-

yac olmadan başqa bir sözə yanaşır və ona tabe olur. Bu cəhət-

dən  yanaşma  əlaqəsində  olan  söz  birləşmələri  birinci  növ  söz 

birləşmələri ilə eyniyyət təşkil edir.  

1)

 

Ağ köpüklü sular onu islatmışdı. 2) Əsən külək üzünə 



dağılmış saçlarını oynatdı. 3) Sakit meĢənin sükutunu ağacdə-

lənin  səsi  pozurdu. 4)  Açıq ağız  ac qalmaz.  Ala qarğada  ala-

cağın olsun (Atalar sözü). 5) Bu dağlar, ulu dağlarÇeĢməli, 


 

 

311 



sulu dağlar (Bayatı); 6) Bərbər Murad yeddi gün, yeddi ge-

  işə  çıxmadı.  7)  Dəli  Domrulun  görər  gözü  görməz  oldu. 

(“Kitabi-Dədə Qorqud”) 



UzlaĢma  əlaqəsi  cümlənin  əsas  üzvləri  arasında  olur. 

Uzlaşan üzvlər cümlənin  baş  üzvləridir, mübtəda və  xəbəridir. 

Xəbər  mübtəda  ilə  şəxsə  və  kəmiyyətə  görə  uzlaşır.  Üslubi 

məqamlarda bu qayda pozula bilir, yəni mübtəda hansı şəxsdə, 

hansı kəmiyyətdədirsə xəbər də həmin vəziyyətdə olmalı ikən, 

bəzən dil qanunları buna yol vermir.  



Qonaqlar  bir-bir  içəri  girdi,  oturanlar  ayağa  durdu

Onların evi  kəndin  kənarında idi.  MaĢınlar dayandı. QuĢlar 

alçaqdan uçur və s. “Maşınlar dayandılar” deyilmədiyi  halda, 

“Quşlar uçurlar” deyilir.  

Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsi 



idarə əlaqəsidir: Qapıçı topu Əlindən yerə saldı. Hücumçu to-

pa tərəf qaçdı. Qapıçı hücumçuya heç bir söz demədi. Biz mey-

dançadan küçəyə çıxdıq. Tamaşaçılar futbolçuların oyunundan 

razı qaldılar.  



ÇalıĢma. Mətni oxuyun, söz birləşmələrini tapıb altından xətt 

çəkin, üstündə hansı növ təyini söz birləşməsi olduğunu yazın: 

Atletikanı “İdmanın şahzadəsi” adlandırırlar. Görkəmli rus 

şairi  Aleksandr  Blok  “İdman  şahzadəsi”nə  dəqiq  qiymət  ver-

mişdir: “Dünya incəsənət orkestrində atletika incəsənəti heç də 

axırıncı yeri tutmur”. Bu sözlərin dərin mənası vardır. Heç bir 

digər fiziki hərəkət insan orqanizminə atletika qədər faydalı tə-

sir  göstərə  bilmir.  Açıq  havada,  günəşin  həyatverici  şüaları 

altında  qaçmaq,  tullanmaq,  idman  alətlərini  atmaq  əzələləri 

möhkəmləndirir, ürək-damar, sinir, tənəffüs sistemlərini yaxşı-

laşdırır,  maddələr  mübadiləsini  sürətləndirir,  orqanizmi  sağ-

lamlaşdırır,  onun  xəstəliklərə  qarşı  müqavimətini  artırır.  Təsa-

düfi  deyildir  ki,  “idman  şahzadəsi”nin  pərəstişkarları  ildən-ilə 

artır. Ən güclü xizəkçilər, konkisürənlər, avarçəkənlər, boksçu-

lar,  güləşçilər,  futbolçular  yarışlara  hazırlaşarkən  atletika 

hərəkətlərindən müvəffəqiyyətlə istifadə edirlər.  



 

 

312 



ÇalıĢma. Cümlələri oxuyun, sintaktik-qrammatik cəhətdən 

əlaqələnmiş sözləri tapın, uzlaşma, idarə və yanaşma əlaqəsinin 

necə  yarandığını  deyin,  əsas  (tabeedici)  və  tabe  olan  sözləri 

göstərin: 

Qaçmağı öyrənmək ilk baxışda çətin iş sayılmır. Bunu hamı 

bacarır.  Bəs  bacarmayanlar  nə  etsin?  Axı  biri  yaxşı  qaçır,  onu 

pis. Lakin diqqətlə baxsaq görərik ki, qaçmağa təzə başlayanlar 

təcrübəli  idmançıdan  geri  qalır.  Əsl  idmançılar  qaçış  cığırında 

elə  irəliləyirlər  ki,  kənardan  baxanda  pəncələrini  yerə  ehmalca 

vuraraq pərvazlandıqlarını söyləmək olar. Onların bütün bədəni 

sim kimi gərilmişdir, eyni zamanda son dərəcə sərbəstdir. Onlara 

baxanlar elə güman edirlər ki, özləri də elə bu cür qaça bilərlər. 

Buna  kim  cəhd  göstərsə,  iyirmi-otuz  metrdən  sonra  tövşümə-

yəcək ki? Mənə görə məsafəsindən asılı olmayaraq son mənzilə 

qədər  qaçmaq  hamının  borcudur.  “Ayaqlarım  getmir”  deyib 

distansiyadan çıxmaq olmaz. Bizim tələbələr belə öyrəniblər.  



 

 

CÜMLƏ TĠPLƏRĠNĠN ÜSLUBĠ ĠMKANLARI 

 

Bir və ya bir neçə sözün bitmiş fikir intonasiyasına və pre-

dikativliyə malik olmaqla modallıq bildirən birləşməsinə cümlə 

deyilir. Bir, iki və daha çox qrammatik əsaslı cümlələr quruluş-

ca  sadə  və  ya  mürəkkəb  olur.  Cümlənin  ifadə  məqsədinə  görə 

növlərinin  hər  biri  özünəməxsus  üslubi  imkanlara  malikdir. 

Məqsəd  və  intonasiyaya  görə  fərqlənən  sadə  cümlələr  nəqli, 

sual, əmr və nida cümlələrinə bölünür.  

Nəqli cümlədə əşya və hadisələr haqqında müəyyən məlu-

mat verilir, fikir ya təsdiq, ya da inkar edilir, məlumat adı təsvi-

ri xarakterdə olur. Biz fikrimizi bildirərkən əsasən nəqli cümlə-

lərə üstünlük veririk, dinləyiciyə öz fikirlərimizi nəqli formada 

çatdırırıq. Nəqli cümlələrdə əsas məqsəd dinləyicidə müəyyən 

fikir  oyatmaq,  müəyyən  hadisəni,  əhvalatı  adi  intonasiya  ilə 

nəql  etmək,  məlumat  verməkdir.  Yazılı  nitqdə  də  bu  vəziyyət 

qorunub saxlanılır. Məs.: 



 

 

313 



Basketbol  hərəsi  10  dəqiqə  davam  edən  4  hissədən  ibarət 

oyundur. Oyun davam edə-edə məhdud sayda dəyişikliyə icazə 

verilir.  Komanda  üzvləri  dəfələrlə  meydançaya  çıxıb  əvəz 

oluna bilərlər. Lakin hakimdən beşinci dəfə xəbərdarlıq alanda 

oyunçu meydançaya qayıtmaq hüququnu itirir və komanda yol-

daşlarından  biri  ilə  əvəz  olunur.  Basketbol  oyununda  səbətə 

salınmış  top  komandaya  2  xal,  cərimə  atması  ilə  salınmış  hər 

top  isə  bir  xal  qazandırır.  Basketbolda  heç-heçə  olmur.  Əsas 

vaxtda qalib müəyyən olunmadıqda əlavə 5 dəqiqə vaxt verilir. 

Oyun rəqiblərdən birinin qalib gəlməsinə qədər davam etdirilir.  

 Sual  cümləsində  danışan  öz  fikrini  dəqiqləşdirmək,  müəy-

yən əşya və hadisə haqqında məlumat öyrənmək, sorğusuna cavab 

almaq  istəyir.  Sual  cümlələri  şifahi  və  yazılı  nitqdə  çox  işlədilir. 

Bədii  əsərlərdə  yazıçı  diqqəti  müəyyən  şəxsə  və  ya  hadisəyə 

yönəltmək  məqsədilə  suallardan  istifadə  edir:  Əsgər.  Dedim 

baxım görüm kimdir. Bir də gördüm kim? Həmin bu Məşədi İbad 

(Ü.Hacıbəyli); Qalxdım nə gördüm? Madyan yoxdur. (S.Vurğun); 

Cahan: - Xalan qurban, evlənmək su içmək kimi asan şeydir, onda 

nə  çətinlik  var  ki?  (Ü.Hacıbəyli);  Ayrılarmı  könül  candan?  Kim 

bilir  neçədir  dünyanın  yaşı?  Nədir  gözəllərdə  bu  işvə,  bu  naz? 

(S.Vurğun); Millət necə tarac olur olsun, nə işim var? Düşmənlərə 

möhtac olur olsun, nə işim var? (M.Ə.Sabir) 

Sözlərinin sırası dəyişdirilən sual cümləsində məntiqi vur-

ğulu  söz  və  ya  söz  birləşməsi  xəbərin  yanına  və  ya  mümkün 

qədər  cümlənin  sonuna  yaxın  gətirilir.  Sual  cümlələri  ya  sual 

intonasiyası, ya sual əvəzlikləri, ya da sual ədatlarının köməyi 

ilə əmələ gəlir.  

Sual  cümləsinə  bədii  priyom  kimi  fikrin  dolğunluğunu 

dəqiqləşdirmək üçün də müraciət olunur:  

 

Saatları kim yaratdı, neçin yaratdı? 



Bu ölçüylə kim dünyada murada çatdı? 

Neçin bu az ömrümüzü ölçüyə saldıq? 

Ömür getdi, həyat getdi, vaxtsız qocaldıq (B.Vahabzadə)  


 

 

314 



Şair cavab almaq üçün verilməmiş suallarla oxucunun fik-

rini  bu  məsələlərə,  hadisələrə  qüvvətli  şəkildə  yönəldir.  Doğ-

rudur, burada ritorika güclüdür. Saatın kim tərəfindən, nə üçün, 

nə vaxt yarandığını öyrənmək mümkündür, bunu şair də, oxucu 

da  öyrənə  bilər.  Lakin  şair  bu  sualları  cavabını  almaq  üçün 

verməmiş, insanları vaxtın, ömrün qədrini bilməyə çağırır.  

Sual  cümlələri  ilə  danışan  şəxs  öz-özünü  də  ittiham  edə 

bilir.  Adam  bəzi  hallarda  fikirlər  aləminə  qərq  olaraq  suallar 

verir  və  ya  qəlbindən  keçirir,  amma  cavab  almaq  üçün  soruş-

mur:  -  Asudə  oturmaq?  Belə  vaxtda  asudə  oturmaq  xülyasına 

düşmək? Bu kişilikdirmi? (Ə.Əbülhəsən) 

Başqasının adından edilən suallar da vardır. Belə sual cüm-

ləsini işlədən həm öz təbiətini, həm də təmsil etdiyi  adamların 

fikrini bildirmiş olur: 

 

Fələ, özünü sən də bir insanmı sanırsan? 



Pulsuz kişi, insanlığı asanmı sanırsan? (M.Ə.Sabir) 

 

Müəyyən  əşya,  hadisə  qiymətləndirilərkən  danışan  fikrini 



dolayı yolla, çox vaxt da sual formasında ifadə etməli olur: 

 

İmam üçün gələn bu dövlət, bu var, 



Nə verdi imama yalvaranlara? (B.Vahabzadə) 

 

Şair ikinci misranı inkar formada nəqli cümlə şəklində də 



(“Heç  bir  şey  vermədi  yalvaranlara”)  qura  bilərdi.  Müəllif 

cümləni  elə  bu  mənada  işlətmişdir.  Məzmun  dəyişməsə  də, 

sualla  ifadə  edilən cümlə  məna incəliyinə, təsirlilik çalarlığına 

görə  üslubi  məqam  kimi  daha  düşündürücüdür.  Nəqli  cümlə 

forması onu bu keyfiyyətindən məhrum edərdi.  

Dialoqlarda  hal-əhval  bilmək  məqsədilə  də  sual  cümlələri 

işlədilir: 

 

Sultan bəy. Baho, Süleyman, sən hara, bura hara? 



Asya. Ay qız, bəlkə bir adama bənd olubsan, hə?  

Sultan bəy. Yaxşı, indi sən deyirsən ki, dulsan, hə? (Ü.Hacıbəyli) 



 

 

315 



Ritorik sual cümlələri cavab almaq məqsədi daşımır, bun-

lar formaca sual, məzmunca təsdiq və  ya inkar hökmləri bildi-

rir. Ritorik sual cümlələrində cavab sual verənə də, cavab ver-

məli olana da aydın olduğundan cavab tələb olunmur: 

 

Ölərmi yurdunu sevən sənətkar? 



Vaqif, ey şeirimin könül dastanı 

De, söhbətin hanı, de sazın hanı? 

Susdumu nəğmələr oxuyan dilin? 

Yasını tutdumu barı sevgilin? (S.Vurğun)  

 

Ağa Zaman həkim – Ağa, bundan başqa çarə yoxdurmu? 



Molla İbrahim Xəlil – Nədən başqa? 

Ağa Zaman Həkim – Meymundan başqa 

Molla İbrahim Xəlil – Kişi, nə danışırsan, nə söyləyirsən? 

Ağa  Zaman  həkim  –  Axır  necə  eyləyim,  ağa?  Uf,  lənətə 

gələsiniz! 

Molla İbrahim Xəlil – Kim lənətə gəlsin? Kimdir əl çəkmə-

yənlər? Nədən çarə yoxdur? Nə var? Nə olub? (M.F.Axundzadə. 

“Hekayəti-Molla İbrahim Xəlil kimyagər” komediyasından) 

Ağa  Zaman  həkimin  “Bundan  başqa  çarə  yoxdurmu?” 

(meymunu yada salmaqdan başqa) sualına Molla İbrahim Xəli-

lin cavabı da sual formasındadır və “yada salmayın” anlamın-

dadır. Lakin dramaturqun bədii bir priyom kimi dəfələrlə işlət-

diyi suallar Molla İbrahim Xəlilin narazılıq, qəzəb və gizli kini-

nin  ifadəsində  yalandan  keçirdiyi  hissi  vəziyyəti  göstərməyə, 

tamaşaçı  və  ya  oxucuları  hadisəyə  daha  diqqətli  olmağa  sövq 

edir.  


Bəzən sual cümləsi cavab almaq məqsədilə işlədilməsə də, 

müəyyən  şəxsi  ittiham  etmək  məqsədi  daşıya  bilir.  Məsələn, 

körpə övladını atmış bir ana sual cümlələri ilə belə kəskin itti-

ham olunur: - Siz necə anasınız ki, övladınızı bir qoca qarının 

evinə  atıb  qaçmısınız?  Necə  anasınız  ki,  bir  neçə  ilin  ərzində 

uşaq ilə bir dəfə də maraqlanmamısınız? Kim sizə uşaq böyüt-

məyə borcludur? (M.Cəlal) 


 

 

316 



Zəncir şəkilli silsilə suallar emosional çalarlığa xidmət edir 

və üslubi səciyyə daşıyır. Şeirlərdə misraların əvvəlində təkrar 

edilən  suallar  leksik  səviyyədə  obrazlılıq  və  emosionallığın 

yaradılmasında mühüm rol oynayır: 

 

Nədir o mənalı dərin baxışlar? 



Nədir gözlərindən yağan yağışlar? 

Nədir qəlbindəki payızlar, qışlar? (S.Rüstəm) 

 

Daş qəlbli insanları neylərdin, ilahi? 



Bizdə bu soyuq qanları neylərdin, ilahi? (M.Ə.Sabir) 

 

Nida cümləsi. Nida cümlələri nəqli, sual və əmr cümlələri-

nin  yüksək  hiss,  həyəcanla  ifadə  olunduğu  vaxt  yaranır,  da-

nışanın emosional, ekspressiv vəziyyətini bildirir. Danışan nida 

cümləsi  vasitəsilə  özünün  həyəcanını  (qorxu,  təəccüb,  nifrət, 

qəzəb, alqış, qarğış, çağırış, heyrət, şübhə, istehza, vahimə, kin, 

hirs,  sevinc,  mərhəmət,  mehribanlıq,  kədər,  qəm,  qüssə  və  s. 

kimi  halları)  ifadə  edir.  Nida  cümlələri  intonasiyanın  yüksək 

tonla ifadə  edilməsini, cümlədə həyəcan bildirən sözün kəskin 

şəkildə söylənilməsini tələb edir. Misallar: Eşit, inanma! Arifə 

bir  işarə!  Dəlidir,  başını  vursun  divara!  Dəliyə  yel  ver,  əlinə 

bel! Dostlar! Uğur olsun sizə! Alqış sizin uğurunuza! 

 

İncilər səp gəl yoluna! 



Sırmalar düz sağ-soluna! 

Fırtınalar dursun bir yana, 

Salam türkün bayrağına (Ə.Cavad) 

 

Yaşasın ulduzlu sönməz gecələr! 



Yaşasın daima sevdalı səhər! (S.Vurğun) 

 

Nida  cümlələri  fikrin  ifadəsində  bədii  bir  priyom  olduğu 



üçün  hiss-həyəcanın  zəngin  çalarlıqlarının  ifadəsində  intona-

siya,  söz  sırası,  təkrarlar  əhəmiyyətli  rol  oynayır,  danışanın 

hadisəyə, şəxsə münasibəti çox təsirli ifadə olunur. Misallar: 


 

 

317 



“İzzət  durdu  ayağa  və  köhnə  göy  çarşabını  başına  salıb 

çıxa-çıxa  bu  sözləri  dedi:  Atana  nəhlət,  Xudayar  bəy!  Anana 

nəhlət,  Xudayar  bəy!  Dədən  tünbətün  düşsün,  Xudayar  bəy! 

Babanın həşri Ömərin həşriylə qopsun, Xudayar bəy! (C.Məm-

mədquluzadə) 

 

Düşdü bütün qəzetlər hörmətdən, ay can! Ay can! 



Xəlqin canı qurtardı töhmətdən, ay can! Ay can! (M.Ə.Sabir) 

 

Dedim: Gülşən nədi? – Dedi: Bağımdı. 



Dedim: Səfaladı? - Söylədi: Yox, yox! 

Dedim: İşrət nədi? – Dedi: Səfamdı. 

Dedim: Gəlsən sürək. – Söylədi: Yox, yox  

(“Əzətinli Əmrah” dastanı) 

 

Birinci  misalda  qarğış,  ikincidə  sevinc,  şadyanalıq,  üçün-



cüdə isə etiraz hissi qabarıq ifadə olunmuşdur.  

Danışıq dilində də şəxsin keçirdiyi daxili hiss-həyəcan nida 

cümlələri vasitəsilə ifadə oluna bilir. Nida cümlələri tərif məqa-

mında, eləcə də hadisəyə, şəxsə danışanın razılığının, təşəkkürü-

nün ifadəsi kimi də işlədilir: - Xörək gəldi. Plov, nə plov!; Bıça-

ğı çıxarıb yemişi kəsdi. Yemiş, nə yemiş! Buy!...Başıma xeyir! 

Bərəkallah sənin kişiliyinə! Vay sənin halına! Paho, Qurbanəli! 

Əfsus!  Bu  səhnəni  görmədin.  Mərcan  bəy  kağızı  öpüb  qoyur 

gözlərinin üstünə. Oxqay! 

Nida cümlələri nida sözlərinin və intonasiyanın köməyi ilə 

əmələ  gəlir.  Nida  cümlələri  danışıqda,  şifahi  nitqdə  yüksək 

emosionallıq, ekspressivlik bildirir. Yazılı nitqdə personajın, li-

rik  qəhrəmanın  və  ya  yazıçının  daxili  həyəcanını  ifadə  edir. 

Nida cümlələri fikrin ifadəsində bədii bir priyom olduğu üçün 

bədii ədəbiyyatda daha çox işlənir. Hiss-həyəcanın zənginliyini 

bildirən intonasiya, cümlənin tərkibində işlənən nida sözlərinin 

leksik mənası, nidaların öz xarakteri, sözlərin sırası da əhəmiy-

yətli rola malikdir.  

 


 

 

318 



Nifrət o alçağa! Nifrət o günə! (S.Vurğun) 

Bərəkallah, Züleyxa, bərəkallah, afərin!  

Ay bərəkallah, bu gözəl niyyətə! 

Niyyətimiz bəllidir hər millətə! 

Əfsus, qocaldım, ağacım düşdü əlimdən, 

Səd heyf, cavanlıq! (M.Ə.Sabir) 

 

Köməksiz  qalan  canım  vay!  Evi  yıxılan  canım  vay!  Bala 



qardaşım vay! (N.Vəzirov) 

Sadaladığımız bütün bu hallar nitqə emosionallıq verir, da-

nışanın hiss-həyəcanının daha qüvvətli ifadəsinə yardımçı olur.  



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə