1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə26/35
tarix16.07.2017
ölçüsü3,04 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   35

Nə, gah, ya bağlayıcıları cümlədə təkrarlandığına görə ara-

larında vergül işlədilir. Məs.: Nə ətdir, nə balıq. O gah yeriyir, 

gah da dururdu. Ya mən gəlim, ya sən gəl.  

Amma, ancaq, lakin, yoxsa, çünki, ona görə ki bağlayı-

cılarından  əvvəl  vergül  qoyulur.  Məs.:  Yarış  başlamamışdı, 

amma adamlar stadiona tələsirdilər. Nə gözləyirsən, yoxsa get-

mək  istəmirsən?  Bu  dəfə  də  yarışa  gedə  bilmədi,  çünki  yaxşı 

formada deyildi.  

 

 

ƏDAT 

 

Ədatlar nitq zamanı ayrı-ayrı sözlərin və ya bütöv cümlə-

nin təsir gücünü artırmaq məqsədilə işlədilir. Əgər nitqimizdən 

ədatları  çıxarsaq,  cümlənin  məzmunu  qalar,  amma  məna 

zəifləyər, canlılıq, obrazlılıq itər. Məs.: “Artıq iş-güc vaxtıdır”, 

“Mən  də  elə  sən  deyəni  deyirəm”,  “Mən  ki  gözəl  deyildim”, 

“Gəlsənə bizə gedək” cümlələrindən artıq, elə, ki, “gəl” sözü-

nə bitişik “sənə” ədatlarını işlətməsək, “İş-güc vaxtıdır”, “Mən 

də sən deyəni  deyirəm”, “Mən  gözəl  deyildim”,  “Gəl  bizə  ge-

dək”  cümlələri  elə  əvvəlki  məzmunda  qalmış  olacaq.  Lakin 

ədatların cümlədə işlənməsi nitqin daha da səlisləşməsinə, fik-

rin daha dəqiq ifadə olunmasına, dinləyiciyə daha tez, ekspres-

sivlik cəhətdən effektli çatmasına kömək edir.  

Fikrə münasibətə görə ədatların aşağıdakı növləri vardır:  



1)

 

Emosional məna çalarlı ədatlar: a, barı, bir, bircə, di, 

elə, kaş, ki, nə, ha, hələ, qoy, təki: Barı yada sal məni. Elə de-

mə qəm elərəm sevgilim, Yadlar mənə gülər, sənə ar olar (Xalq 

mahnısı); Di gəl, gəzməyə çıxaq; KaĢ ki məni müdafiədə oyna-

mağa  məcbur  etməyəydi.  Qoy  bir  zərrə,  bir  qətrə  olsun  iste-

dadın,  Təki  kimsəyə  bənzətməsinlər  səni  (B.Azəroğlu).  Hələ 

bir dur, gör başına  oyun açacağam. Gəl ha, yoxsa küsərəm.  


 

 

298 



2)

 

Fərqləndirici  ədatlar:  ancaq,  təkcə,  yalnız:  Ancaq 

indi onu başa düşdüm. Təkcə bir tələbə normativi yerinə yetirə 

bilmədi. Həyatda qalacaq yalnız yaradan (S.Vurğun)  

3)

 

Ġnkar  ədatları:  heç,  xeyr:  Bu  sözlərin  heç  yeri  deyil. 

Xeyr, siz dediyiniz mən deyiləm.  

4)

 

Qüvvətləndirici ədatlar: artıq, daha, ən, lap. Artıq iş 

işdən  keçmişdi.  O,  tamam  tənbəldir,  lap  sənin  kimi.  Lap  elə 

deyil. Daha gecdir, faydası olmaz. Ən kiçiyini mən götürdüm.  

5)

 

Təsdiq  ədatları:  bəli,  hə.  Bəli,  sözümüz  sözdür.  Hə, 

belə-belə işlər. 



6)

 

Sual  ədatları:  axı,  bəs,  məgər,  -mı

4

, yoxsa. Axı otur-

mağa yer yoxdur? Bəs salam vermək yaddan çıxdı? Məgər bu-

nu Allah götürər? Yoxsa oyunu müzakirə edirsiniz? Sən də mi 

gecikmişdin? Sən gecikmişdinmi?  

Dilimizdə bir sıra ədatlar vardır ki, onlar əvvəlcə müstəqil 

sözlər olmuşdur. Buna görə də belə sözlər bu gün də məqamın-

dan asılı olaraq müstəqil əsas nitq hissəsi kimi işlənir. Misallar:  

1)

 



bax, gəl, qoy, gör, görüm  sözləri həm ədat, həm də fel 

kimi işlənir: Getmə bu naz ilə bir dayan görüm (Ə.Vahid). Gəl-

dim ki, səni görüm. Bax, günəş çıxdı. Dağın zirvəsinə bax. Gəl 

sənə söyləyim oyunumuzun gedişini. Gəl, televizora baxaq. Qoy 

sənə desinlər ay Qaçaq Nəbi, Həcəri özündən ay qoçaq Nəbi.  

2)

 



Belə,  elə  sözləri  həm  işarə  əvəzliyi,  həm  də  ədat  kimi 

çıxış edir: Elə oturub-durub ah-vay edir. Belə de, heç bilmirdik. 

Nə dedin? 

3)

 



Amma, ancaq, hətta, ki, da, də həm bağlayıcı, həm də 

ədat  kimi  işlənir:  Sən  ki  onu  tanıyırsan.  Sən  gəldin  ki,  bizə 

xəbər verəsən. O, stadiona gəldi, ancaq çox gecikmişdi. Ancaq 

mənim  xəbərim  olmayıb.  Dəftər  də,  qələm  də  var,  bəs  niyə 

yazmırsan? Sən də söz tapdın danışmağa. 

4)

 



Axır,  artıq  həm  zərf,  həm  də  ədat  kimi  işlənir:  Axır 

güclə canımı  qurtardım.  Artıq  yalvarmaqdan keçib.  Keçənləri 



artıq unutmuşam. Adamı bu qədər incitməzlər axı.  

Ədatların bir qismi şəkilçiləşmişdir. Bunlar -ca//-cə, -mı



4



-sana//-sənə ədatlarıdır və sözlərə bitişik yazılır.  

 

 

299 



 

 

MODAL SÖZLƏR 

 

Modal sözlər qrammatik mövqeyinə və roluna görə ədatla-

ra  yaxın  olsa  da,  danışanın  nitqə  subyektiv  münasibətini  və 

nitqin  həqiqətə  uyğunluğunu  nəzərə  çapdırır.  Modal  sözlər 

bunlardır: bəlkə, həqiqətən, əlbəttə, təxminən, guya, deməli, 

deyəsən,  yəqin,  Ģübhəsiz,  güman  ki.  Danışanın  öz  nitqinə 

münasibətini bildirən modal sözlər ifadə vasitələrinə görə bəzi 

məna çalarlıqlarına malikdir.  

1)

 



Təsdiq bildirən modal sözlər. Misallar: Əlbəttə, mən bu 

fikirdəyəm. Həqiqətən o, məşqdə idi. Doğrudan da Messi əla 

futbolçudur. ġübhəsiz ki sən mənim tərəfimdəsən.  

2)

 



Ehtimal və şübhə bildirən modal sözlər: Bəlkə o bu gün 

məşqə  gəlməyəcək.  Güman  ki  onun  sözü  doğrudur.  Yar  bizə 

qonaq gələcək, Olsun ki sabah gələcək. Deyəsən o sözünü, və-

dini unudub. 

3)

 

Nəticə bildirən modal sözlər: Beləliklə bizim dedikləri-



mizlə razılaşırsan. Deməli söz verdin, yerinə də yetirdin. Xüla-

sə, söz tamam oldu.  

4)

 



Bənzətmə  və  ya  müqayisə  bildirən  modal  sözlər.  Elə 

gedirdi, elə gedirdi, elə bil ardınca atlı gəlirdi. Gördükləri san-



ki yuxu idi.  

Modal sözlər ifadə vasitələrinə görə ismi (təəssüf, heyf, heyf 

ki) və feli (deməli, deyəsən, görəsən) modal sözlərə bölünür.  

 

 

NĠDA 

 

Nidalar  hiss,  həyəcan  bildirən  sözlərdir.  İnsanın  daxilindən 

gələn xüsusi səs siqnalları, işarələri olub təəccüb, qorxu, təəssüf, 

hiddət, sevinc, kinayə, narahatlıq, həyəcan və s. kimi hissi halları 

ifadə  edir,  amma onları  adlandıra bilmir, onların  konkret mənası 

intonasiya və aid olduqları cümlənin məzmunundan asılı olur.  



 

 

300 



Ah,  nələr  var  imiş  dünyada,  nələr.  Ah,  Allah....  nə  böyük 

zülmün  olarmış!  Aha!  Dərdlisiniz,  danışın  bir  az.  (S.Vurğun) 



Paho, bu haradan çıxdı. Bəh-bəh! Nə yaraşıqlı idman zalıdır. 

Məşədi İbad: Vaxsey! Atamın adını da bilir (Ü.Hacıbəyli)  



Nidaların mənaca növləri:  

1)

 



Qorxu,  narahatlıq,  qəm,  kədər  bildirənlər:  vay-vay,  ey 

vay, vaxsey, of, ah, ox, oy, eh və s.  

 

Azərbaycan mənim tacım, taxtım, oy! 



Oyanmazmı kor olası baxtım, oy! (Almas İldırım)  

 

2)



 

Sevinc, şadlıq, rahatlıq, razılıq, xoşluq bildirənlər: oho, 

paho, bəh-bəh, oxqay Paho! ....Gör kimi görürəm. Bəh-bəh! Nə 

ləzzətli  yeməklər.  Oxqay!  Nə  dincəlməli  yerdir,  Allah!  Düşdü 

bütün qəzetlər qiymətdən, ay can, ay can! (M.Ə.Sabir) 

3)

 



İmdad, nifrət, qəzəb bildirənlər: haray, ay haray, aman, 

ay  aman,  ah,  eh,  ax  Ax,  qurban  olum  Məhəmmədin  şəriətinə! 

Ay aman, bu necə işdi. Ay haray, köməyə gəlin. Qorxdum, ay 

aman, yarıldı bağrım (M.Ə.Sabir). Ax, necə kef çəkməli əyyam 

idi  (M.Ə.Sabir).  Xox,  bilməmişdim,  durub  buna  minnətci  də 

düşməliyəmmiş!  Uf-uf-uf!  Yenə  nə  yaman  ağrısı  tutdu  bu 

zəhrimarın. Hey, kim var orda, siz nə edirsiniz, çəkilin ordan.  

 

Köməkçi nitq hissələrinə aid təkrar suallar:  

1.

 

Qoşmalar bağlayıcılardan nə ilə fərqlənir? 



2.

 

Qoşmalar hansı hallarla idarə edir? 



3.

 

Qoşmaların mənaca hansı növləri vardır? 



4.

 

Qoşmalarla bağlayıcıların oxşar cəhətləri hansılardır? 



5.

 

Bağlayıcıların cümlədə vəzifəsi nədir? 



6.

 

Bağlayıcıların məna növləri hansılardır?  



7.

 

Ədatların əsas xüsusiyyəti nədən ibarətdir?  



8.

 

Sözün ədat və ya bağlayıcı olduğunu necə müəyyənləş-



dirmək olar? 

9.

 



Ədatların mənaca hansı növləri var? 

10.


 

Nidaları əsas nitq hissələrindən ayıran cəhət hansılardır? 

11.

 

Nidaların mənaca hansı növləri var?  



 

 

301 



 

 

SĠNTAKSĠS  

 

CÜMLƏDƏ SÖZ SIRASI 

 

Cümlədə  sözlərin,  söz  sırasının  düzülüşü  dedikdə  onların 

müəyyən  qanunauyğunluq  və  ardıcıllıqla  yerləşməsi  nəzərdə 

tutulur. Yazılı nitqdə sözlərin sırası qrammatik vasitə kimi da-

ha çox üslubi xarakter daşıyır, yəni müəllifin sənətkarlığından, 

sözə  münasibətindən,  məntiqi  vurğunu  necə  qiymətləndirmə-

sindən asılı olur.  

Dilimizin  qrammatik  quruluşuna  görə  uzlaşma  əlaqəsində 

tabeedici söz tabe sözdən, idarə və yanaşma əlaqələrində isə ta-

be  söz  tabeedici  sözdən  əvvəl  gəlir:  xəbər  cümlənin  axırında, 

mübtəda isə xəbərdən əvvəl işlənir. Tamamlıq mübtəda ilə xə-

bərin  arasında  gəlir.  Zərflik  (zaman  və  yer  zərflikləri)  əsasən 

cümlənin  əvvəlində,  tərzi-hərəkət,  kəmiyyət,  səbəb  və  məqsəd 

zərflikləri  isə  cümlənin  sonuna  yaxın  tabeedici  sözdən  əvvəl 

yerləşir. Təyin aid olduğu cümlə üzvündən əvvəl durur.  

Dilin qrammatikasında sabitləşmiş bu qayda yazılı nitqdə, 

xüsusən elmi üslubda, deyək ki, dərsliklərdə, ciddi planda  ya-

zılmış  məqalə,  tezis,  məruzə  və  mühazirələrdə,  publisistik  və 

epistolyar  üslublarda,  bədii  üslubda  müəllifin  təsvir  dilində, 

monoloqlarda  gözlənilir.  Lakin  bu  qanun  yazı  dilinin  başqa 

üslublarına, eləcə də şifahi dildə bilərəkdən və ya bilməyərək-

dən pozulur.  

Söz sırasının üslubla əlaqədar olaraq dəyişməsinə nitq axı-

nından  bir  cümlənin  götürülüb  digər  cümlələrdən  təcrid  olun-

muş  şəkildə baxılması özünü doğrultmur. Hər hansı  bir mətn-

dən alınmış cümləyə (cümlələrə) nəzər saldıqda müəllifin nəql 

etmə  (yazma)  nitqini  dialoqlarda  surətlərin  dilində  verilmiş 

replikalardan ayırmaq,  məntiqi  vurğunu, obrazlı ifadələrlə  əla-



 

 

302 



qədar əsərin janrını (növünü) nəzərə almaq, ciddi planda yoxsa 

satira,  yumor  üslubunda  olduğunu,  müəyyən  məna  çalarlığı, 

ekspressivlik, hiss-həyəcan və s. yaratmaq istəyinin olması nə-

zərdən qaçırılmamalıdır. Şeirlə yazılmış əsərlərdə isə söz sırası 

müəyyən dərəcədə poetik texnikadan, vəzn, rədif və qafiyədən 

asılı olur. Şifahi nitqdə söz sırası digər üslublardakından müəy-

yən qədər fərqlənir. 

Cümlənin baş üzvləri olan mübtəda və xəbərin yeri dilimi-

zin  quruluşuna  görə  məlumdur,  yəni  əvvəlcə  mübtəda,  sonra 

xəbər gəlməlidir. Lakin cümlənin quruluşundan, intonasiyasın-

dan, ifadə olunan məqsəd və məntiqi vurğudan asılı olaraq on-

ların  işlənmə  yerində  dəyişiklik  ola  bilər.  Adi  nəqli  cümlədə 

mübtəda  xəbərdən  əvvəl  gəlir,  bu  qayda  dilin  elmi  üslubuna, 

nəsr  əsərlərində  müəllifin  təhkiyə  dilinə,  birinci  şəxsin  dili  ilə 

nəql  edilən  təsviri  məqamlara,  dram  əsərlərinin  remarkalarına 

aiddir. Müəllifin yazı manerasından və üslubundan asılı olaraq 

nəzm  əsərlərində,  dram  janrında,  satira  və  yumor  dilində,  per-

sonajların  nitqində  dilin  qrammatik  qanunları  çərçivəsindən 

kənara çıxma hallarına çox rast gəlirik.  

Avtobus  dayandı,  sərnişinlər  düşdü.  Əhməd  dostunu  ça-

ğırdı  və  s.  kimi  sakit  intonasiya  ilə  deyilən  müxtəsər  nəqli 

cümlələrdə, eləcə də sadə geniş cümlələrdə 

  Ordumuz vətəni 



və  dövləti  qorumağa  hazırdır.  Rəşid  anasına  məktub  göndər-

mişdi – mübtədanın xəbərdən əvvəl işlənməsi dilimizdə norma 

daxilindədir.  

Lakin  bəzi  hallarda  zərfliklər  bütün  cümləyə  aid  olduqda 

və  ya  mübtədanın  təyini  olanda  həmin  üzvlər  mübtədadan  əv-

vəl  işlənir.  Məs:  Bu  gün  Tofiq  dərsə  gecikmişdi.  Stadionda 



futbolçular oynayırdılar.  

Belə  hal  həmcins  mübtəda,  yaxud  həmcins  xəbərlərə  də 

aiddir: Vasif və Vaqif qalib gəldikləri oyundan sonra şadlanır, 

sevinir  və  bir-birini  təbrik  edirdilər.  Günlər,  həftələr,  aylar 

keçdi, ondan xəbər çıxmadı.  



 

 

303 



Nəqli  cümlələrdən  fərqli  olaraq  xəbəri  felin  əmr  şəkli  ilə 

ifadə  olunan  nida  cümlələrində  xəbər  cümlənin  əvvəlində, 

mübtəda isə axırda işlənir: 

 

Yalvarma, yalvarma o cəllada sən! 



Hələ baş əyməmiş bu böyük vətən! (S.Vurğun) 

 

Yaşasın ulduzlu sönməz gecələr



Yaşasın daima sevdalı səhər! (S.Vurğun) 

 

Eşq olsun mübariz qəhrəmanlara! 



Rədd olsun müharibə! 

Məhv olsun işğalçılar! 

 

Bu  tip  cümlələrdə  mübtəda  ilə  xəbərin  yerini  dəyişsək 



nitqdəki ifadəlilik, emosionallıq hədsiz dərəcədə zəifləyər, nitq 

prosesi öz gözəlliyindən məhrum olar. 

 Bəzi  hallarda  xəbərlə  başlayan  cümlələrdə  mübtədanın 

işlədilməsinə  ehtiyac  qalmır.  Məs:  Sakit  olun,  uşaqlar.  Düş 

aşağı. Gəl, ardımca gəl.  

1)

 



Bədii  əsərlərdə  dialoqlarda  xəbəri  kimdir,  nədir  əvəz-

likləri ilə ifadə olunan sual cümlələrində xəbər mübtədadan əv-

vəl  gəlir.  Məs:  Kimdir  danışan?  Nədir  bunlar?  Sizsiniz  işlə-

yənlərə mane olanlar?  

2)

 

Mübtəda  ilə  xəbərin  sırasının  pozulmasına  şeir  dilində 



daha çox rast gəlirik. Şeir dilində inversiya vəznin və qafiyənin 

tələbinə görə pozulur.  

 

 

Bükür dağ döşündə boynunu maral. 



Axır şırıltıyla köpüklü çaylar, 

Gəlir salamına ulduzlar, aylar (S.Vurğun) 

 

Canlıcadır, zorbacadır baldırım,  



Sındıra bilməz məni heç ildırım (M.Ə.Sabir) 

 

 

304 



 

 

TAMAMLIĞIN CÜMLƏDƏ YERĠ 

 

Cümlədə  tamamlıq,  əsasən,  mübtəda  ilə  xəbərin  arasında 



işlənir,  aid  olduğu  tabeedici  sözdən  (xəbərdən)  əvvəl  gəlir. 

Qrammatik  mənasına  görə  bir-birindən  fərqlənən  vasitəli  və 

vasitəsiz tamamlıqlar da cümlədə işləmə  yerinə  görə fərqlənir. 

Vasitəsiz tamamlıqlar müəyyən və qeyri-müəyyən olur. Müəy-

yənlik  bildirən  vasitəsiz  tamamlıq  təsirlik  hal  şəkilçisi  ilə 

işlənir, kimi? nəyi? haranı? suallarına cavab verir. Məs.: Tələbə 



sualı bildi. Biz çempionları gül-çiçəklə qarşıladıq.  

Tamamlıq  yiyəlik  (qoşmalarla),  yönlük,  təsirlik,  yerlik  və 

çıxışlıq hallarında olan isim, əvəzlik, substantivləşmiş sifət, feli 

sifət, say, eləcə də məsdər və söz birləşmələri ilə ifadə olunur.  

Qeyri-müəyyən  vasitəsiz  tamamlıq  şəkilçisiz  təsirlik  halla 

ifadə olunur və nə? sualına cavab verir. Qeyri-müəyyən vasitə-

siz tamamlıq həmişə feli xəbərin yanında olur və məntiqi vur-

ğunu öz üzərinə götürür. Məs.: Tələbələr dəftərqələm çıxart-

dılar və mövzunu yazdılar.  

Cümlədə  bir  vasitəli,  bir  də  qeyri-müəyyən  vasitəsiz  ta-

mamlıq işlənərkən vasitəsiz tamamlıq feli xəbərin yanında gəlir 

və  məntiqi  vurğu  altına  düşür:  Xilqət  qasiddən  qəzet  aldı.  Bu 

cümlədə vasitəli və qeyri-müəyyən vasitəsiz tamamlıqların ye-

rini dəyişsək, qəzet sözü müəyyənlik bildirən vasitəsiz tamam-

lığa çevrilməlidir. Xilqət qəzeti qasiddən aldı.  

Cümlədə tamamlığın biri yönlük halda, digəri müəyyənlik 

bildirən  təsirlik  halda  işlənmiş  olarsa,  onda  əvvəlcə  vasitəsiz, 

sonra  isə  vasitəli  tamamlıq  gəlir:  O,  gördüklərini  anasına  da-

nışdı.  Bu  cümlədə  məntiqi  vurğu  anasına  sözünün  üzərinə 

düşür. Tamamlıqların yerini dəyişsək məntiqi vurğu gördüklə-



rini  sözünün  üzərinə  düşəcək  və  aydın  olacaq  ki,  o,  anasına 

başqa bir məsələni deyil, məhz gördüklərini danışıb.  

Əgər cümlədə həm müəyyən təsirlik halda, həm də çıxışlıq 

halda  olan  tamamlıqlar  işlənərsə,  o  zaman  vurğulu  söz  xəbərə 



 

 

305 



yaxın olur: Müəllim tələbələrdən Yusifi soruşdu. Müəllim Yu-

sifi tələbələrdən soruşdu. Oğlan mühazirə mətnini qızdan aldı. 

Oğlan  qızdan  mühazirə mətnini  aldı.  və  s.  Bu  tip  cümlələrdə 

vurğu altına düşən, nəzərə çarpdırılan söz xəbərin yanında olur.  

Tamamlıqlardan  biri  yönlük,  digəri  çıxışlıq  halda  olarsa, 

nəzərə  çarpdırılan  söz  xəbərin  yanında  olur:  O,  yoldaşından 

mənə gileylənirdi. O, mənə yoldaşından gileyləndi.  

Mübtəda  ismin  çıxışlıq  halında  işlənərkən  tamamlıqla 

yerini  dəyişir:  Tələbələrdən  yazmayanlar  da  olur.  Uşaqlardan 

stadiona gedənlər də çoxdur.  

Qeyri-müəyyən şəxsli və şəxssiz cümlələrdə adətən mübtə-

da işlənmir. Buna görə də cümlə tamamlıqla başlayır: Dərsdən 

çox keçmişdi. Tələbəni dekanlığa çağırmışdılar.  

Dilimizdə  tamamlığın  xəbərdən  sonra  gəlməsinə  də  rast 

gəlirik: Ver mənim pulumu! Tutun onları! Eyb olsun sənə

 

 

ZƏRFLĠYĠN CÜMLƏDƏ YERĠ 

 

Zərfliklər  aid  olduqları  tabeedici  sözdən  əvvəl  gəlir.  Dili-

mizdə yaxĢı, gözəl, bərk, uzun sözləri əşyanın əlamət və key-

fiyyətini  bildirəndə  təyin  kimi,  hal-hərəkətin  əlamət  və  tərzini 

göstərəndə isə zərflik olur: O, məni yaxĢı başa düşür. Qız gözəl 

geyinib. Həsən bərk qışqırdı. Qış uzun çəkdi.  

Eləcə də çox, az, xeyli, beşinci sözləri say kimi işləndikdə 

təyin,  hal-hərəkət  bildirən  sözün  yanında  işlənərkən  kəmiyyət 

zərfliyi  olur: Mən almanı  çox  sevirəm.  Onlar xeyli  yaşamışdı-

lar. Qoca az danışdı. Qız imtahandan birinci çıxdı. 



Gec,  tez,  çoxdan  zərfləri  də  cümlədə  zaman  zərflikləri 

olur  və  xəbərin  yanında  gəlir:  Hüseyn  dərsdən  tez  qayıtmışdı. 

O bu gün evə gec gəldi. Mən onu çoxdan tanıyıram.  

Əlbəttə,  tərzi-hərəkət  zərfliklərinin  cümlədə  yeri  nisbətən 

sərbəstdir:  Onlar  yubilyarı  dönə-dönə  alqışladılar.  O  yenə  də 

həmişəki kimi yavaĢ-yavaĢ danışırdı. O dinməzcə mənə baxır-

dı. Birdən qapı açıldı. 


 

 

306 



Feli  bağlama  və  feli  sifət  tərkib  və  birləşmələri  ilə  ifadə 

olunan  zaman  zərflikləri  cümlənin  əvvəlində  gəlir:  Uzun  qış 



gecələrində  tez  yatmaq  olmur.  Zalın  yanından  keçərkən  gö-

züm bir şəklə sataşdı. İti vurmaq istədikdə çoban onun ağacını 

havada tutdu.  

Zaman və  yer zərflikləri əsasən cümlənin əvvəlində,  yaxud 

cümlənin əvvəlinə yaxın yerdə işlənir: Səhər biz Akademiyaya, 

dərslərdən sonra məşqə, axşam evə qayıdırıq. İndi biz nə etmə-

liyik? Mən bu gün dostuma baş çəkəcəyəm. Burada çox dayan-

maq olmazdı. Talış dağlarında da pələngə rast gəlmək olmur.  

Bədii  əsərlərdə,  xüsusən  şeir  dilində  yer,  zaman,  səbəb  və 

məqsəd zərflikləri cümlənin əvvəlində gəldiyi kimi, sonunda da 

işlənir.  

 

Azərbaycan  dilində  əlamət  və  keyfiyyət  bildirən  sözlə-



rin – təyinlərin yeri təyinlənən sözlərdən əvvələ düşür. Təyinlər 

aid olduqları sözlərin daha obrazlı, daha ifadəli olmasına, rən-

garənglik yaratmasına imkan yaradır. Məs.: Ağ mərmər sinəli, 

sürməli  gözlü,  sürahi  gərdənli,  bənövşə  qoxulu,  sərv  boylu 

gözəllər M.P.Vaqifin şeirlərində tez-tez xatırlanır. Bağçada ağ, 



qırmızı, sarı və bənövşəyi rəngli güllər göz oxşayırdı. 

 

 

XĠTABLAR 

 

Ünsiyyət prosesində danışanla dinləyən bir-birinə müraciət 

edir, nə isə soruşub öyrənmək istəyirlər. Bu zaman danışan, çı-

xış edən, mühazirə oxuyan qarşısındakı şəxsə (şəxslərə) müra-

ciət edir, münasibətlərindən asılı olaraq öz müraciətini müxtəlif 

formada  ifadə  edir.  İstər  danışıq  dilində,  istərsə  də  yazılı  ədə-

biyyatda şəraitdən asılı olaraq danışan dinləyənə öz münasibə-

tini səmimi və  ya dolayısı  yolla, fikrində tutduğu formada bil-

dirir. O, aralarında olan şəxsi münasibətdən çıxış edərək dinlə-

yənə “sən”, “siz” sözləri ilə, ya da “ay ata, əziz ana, ay bala, ay 

oğul, əzizim, qardaşım, qonşu, qohum” (uşaqlar, hörmətli tələ-

bələr, istəklilər və s.) söz və söz birləşmələri ilə müraciət edir.  



 

 

307 



Xitab  müraciət  olunan  şəxsi  və  ya  şəxslənmiş  əşyanı  bil-

dirir. Xitabların cümlədə işlədilməsi, əsasən dinləyicinin nəzər-

diqqətini söylənilən fikrə cəlb etmək məqsədi daşıyır. Xitablar 

bir sözdən və ya bir neçə sözdən ibarət ola bilir. Xitablar cüm-

lənin əvvəlində, ortasında və sonunda gəlir.  

Müraciətin  əsas  vasitələrindən  olan  xitablar  bədii  ədəbiy-

yatda  ekspressiv  səciyyə  daşıyır,  tərkibindəki  sözlərin  leksik 

mənası,  sözün  ifadə  tərzi,  intonasiyası  çox  məsələdən  xəbər 

verir. Məs.:  

-Əhməd,  dəftərini  gətir.  Ay  oğul,  bu  nə  işdir  edibsən? 



Uşaqlar, bu gün dərsdən sonra tədbirimiz olacaq.  

 

Qatar-qatar olub qalxıb havaya. 



Nə çıxmısız asimana, durnalar?! (M.P.Vaqif) 

 

Ey əziz oxucum, ey əziz insan

Könül ayrılmayır duyğularından (S.Vurğun)  

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə