1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix16.07.2017
ölçüsü3,04 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

Felin  xəbər  forması  hərəkətin  müəyyən  zaman  daxilində 

baş  verdiyini  göstərir.  Felin  xəbər  formasının  xüsusi  şəkilçisi 

yoxdur,  zaman  şəkilçilrini  və  şəxs  şəkilçilərini  qəbul  edərək 

şəxslər üzrə dəyişir.  

Felin indiki zamanı fellərə -ır



4

 şəkilçisini artırmaqla düzəlir. 

Məs.: qaçıram, gedirsən, gəlir, oynayırıq, işləyirsiniz, sevirlər.  

İndiki zamanda inkar şəkilçisinin (-ma



2

) saiti düşür. Məs.: 

qaçmır, tutmur, oxumur. 

Felin keçmiĢ zamanı mənaca iş, hal və hərəkətin keçmiş-

də  icra  olunduğunu  bildirir.  Bu  zamanın  iki  qrammatik  ifadə 

forması var: şühudi keçmiş və nəqli keçmiş. 


 

 

287 



ġühudi  keçmiĢ  zaman  -dı

4

  şəkilçisi  ilə  düzəlir  və  keç-

mişdə icra olunmuş hərəkətin qəti şəkildə baş verdiyini şahidlik 

yolu ilə göstərir. Məs.: qaçdı, tutdu, işlədi, sürüşdü və s.  



Nəqli  keçmiĢ  zaman  felə  -mış

4

  şəkilçisini  artırmaqla  dü-



zəlir  və  hərəkətin  keçmişdə  şahidlik  olmadan  icra  edildiyini, 

nəql  yolu ilə məlumat verildiyini bildirir. Məs.: qaçmışam tut-

muşsan, işləmişdir və s.  

II  şəxsin  təkində  və  cəmində  -mış

4

  şəkilçisinin  son  samiti 



ədəbi tələffüzdə düşür. Məs.: almışsan - [almısan], almışsınız - 

[almısınız]. 

Nəqli keçmiş II və III şəxslərin təkində və cəmində -ıb

4

 şə-


kilçisi ilə də düzəlir. Məs.: alıbsan, alıbdır, alıbsınız, alıblar və s. 

Gələcək  zaman  iş,  hal,  hərəkətin  danışıq  aktından  sonra 

baş verəcəyini göstərir. İki ifadə forması var: qəti gələcək, qey-

ri-qəti gələcək. 

Qəti gələcək zaman felə -acaq/-əcək şəkilçisini artırmaq-

la düzəlir, iş, hal və hərəkətin gələcəkdə mütləq icra ediləcəyini 

bildirir. Məs.: oxuyacağam, gələcəksən, gedəcək və s.  

Qeyri-qəti  gələcək  zaman  felə  -ar/-ər  şəkilçisini  artır-

maqla düzəlir, iş, hal, hərəkətin gələcəkdə mütləq şəkildə deyil, 

müəyyən  şərtlə  bağlı  icra  ediləcəyini  bildirir.  Məs.:  gələrəm, 

gedərsən, oxuyar və s.  



ÇalıĢma. Mətnləri oxuyun, fellərin zamanını müəyyənləşdirin: 

 

Heç biri öz məzhəbinin hörmətin, 



Güzləməyir, gözləyir el qeyrətin. 

Cümləsi bir yolda qoyub niyyətin

Xoşlamayırlar atalar adətin. (M.Ə.Sabir) 

 

Durmuş idim küçədə, bir də nə gördüm, haman  



Ağrısını aldığım Feyzi gəlir lül piyan, 

Çatcaq urub bir qoca saili qusdurdu qan

Gözlərinə döndüyüm sanki bir aslan imiş! 

Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş! 



 

 

288 



 

Yaxşı olub mən bunun bəxtini çöndərmədim, 

Bir para pis işlərə fikrini döndərmədim, 

Qonşumuzun oğlu tək məktəbə göndərmədim (M.Ə.Sabir)  

 

Qəmə dedim: haçanadək bizi bezdiracaqsan



Dedi: buyur, budu gəldim, dedim ki, çaqsan. 

Dedi: qanın tökərəm, hər kim ki, oldu hizbi-ədalət, 

Dedim ki, hizbi-ədalət qanın da tökdüracaqsan. 

Dedim qayış yaxama tikmə, al qurtar bu canı, get 

Dedi: hələ neçə bayram donun da tikdirəcaqsan (M.Şəhriyar) 

 

Ürək dil açır ki, sönməmiş odum, 



Hücuma başlayır mənim söz ordum. 

Könüllər mülkündə min yuva qurdum 

Unutmaz aləmdə sevən sevəni, 

Məhəbbət ilhama çağırır məni! (S.Vurğun)  

 

Kür üstündə at oynadar sərt külək, 



Bulud gələr, şimşək oynar, od çaxar. 

O bəzən də bir şairin ruhu tək, 

Qəmli-qəmli fikrə gedib lal axar. (S.Vurğun) 

 

 



FELĠN MÜRƏKKƏB FORMALARI 

 

Felin xəbər, arzu, vacib, lazım və şərt formaları sadə və mü-

rəkkəb  olur.  Felin  mürəkkəb  formaları  sadə  formaların  üzərinə 

idi, imiĢ, isə köməkçi hissəciklərinin artırılması yolu ilə düzəlir.  

Fel  formalarının  hekayəsi  idi  hissəciyinin  artırılması  ilə 

əmələ gəlir. Ġdi hissəciyi sonu samitlə bitən fel formalarında iki 

cür – həm ayrı, həm də bitişik yazılır. Məs.: qaçmış idi – qaç-

mışdı, gələcək idi –gələcəkdi, oynayar idi – oynayardı və s.  

Sonu  saitlə  bitən  fellərdə  idi  ayrı  yazılır:  yazası  idi,  gəl-

məli idi, alsa idi, tələffüzdə isə yazasıydı, gəlməliydi, alseydi 

kimi deyilir.  



 

 

289 



Şəxs  şəkilçiləri  idi  hissəciyinə  və  ya  onun  şəkilçiləşmiş 

formasına artırılır. Məs.: qaçır idim-qaçırdım. 



Ġdi  hissəciyinin  şəkilçiləşmiş  forması  olan  -

4

  ilə  şühudi 

keçmiş  zamanın  -dı

4

  şəkilçisini  qarışdırmaq  olmaz.  Ġdi-nin 



ixtisarı  felin  sadə  şəkillərinin  əlamətlərindən  sonra  artırılır. 

Məs.:  alırdı,  gəlmişdi  Şühudi  zaman  şəkilçisi  isə  birbaşa  felin 

kökünə qoşulur: aldı, gəldi və s.  

Fel formalarının rəvayəti felin sadə formalarına imiĢ his-

səcəyini artırmaqla düzəlir. ĠmiĢ sonu samitlə qurtaran fellərdə 

bütöv və şəkilçiləşmiş formada yazılır. Məs.: yazmış imiş-yaz-

mışmış, yazacaq imiş-yazacaqmış, yazar imiş-yazarmış və s. 



ĠmiĢ  qısa  variantda  şəxs  şəkilçilərindən  sonra  da  artırıla 

bilir: bilməli-yəm-miş, düşünür-əm-miş və s.  

Felin hekayə və rəvayət hissəciklərinin feli sifətlərə, isimlə-

rə, məsdərlərə, sifət, say, əvəzlik və bir sıra köməkçi sözlərə qo-

şulması – bitişdirilməsi ilə də keçmiş zaman çalarlığı  yaratmaq 

mümkündür:  gələn  idi/  imiş,  kitab  idi/imiş,  yaxşı  idi/imiş,  iki 

idi/imiş, elə idi/imiş, o idi/imiş, çox idi/imiş və s. Ġdi, imiĢ hissə-

cikləri indiki və gələcək zamanda işlənən fellərə, eləcə də fel növ-

ləri  və  formalarına  da  artırılır.  Müxtəlif  formalara  görə  dəyişən 

fellərə  hekayə  və  rəvayət  şəkillərinin  qoşulması  və  ya  bitişdiril-

məsi  ilə  fellərdə  ifadə  olunan  məzmuna  keçmiş  zaman  çalarlığı 

verilmiş olur. Məs.: Tələbə rus və ingilis dillərini də mükəmməl 

bilirdi//bilirmiş. Anamın dediyinə görə qonşu bizə hər gün gələr-

di//gələrmiş; O bu matçda oynayacaqdı//oynayacaq imiş; Siyahıya 

onun da  adı  yazılıbmış.  Bu sözü o demiş imiş//demişdi.  Qonaq-

ların qarşısına o çıxmalı imiş//idi. Stadiona o gedəsi imiş//idi və s.  



ĠmiĢ-in  şəkilçiləşmiş  formasını  nəqli  keçmiş  zamanın        

-mıĢ

4

  şəkilçisi  ilə  qarışıq  salmaq  olmaz.  ĠmiĢ-in  qısa  forması 

felin  sadə  formalarından  sonra  artırılır:  yazır-mış,  yaz-ar-mış; 

nəqli  keçmişin  şəkilçiləri  isə  felin  kökünə  qoşulur:  yaz-mış, 

oxu-muş, gəl-miş və s.  

Fel formalarının Ģərti felin vacib, lazım və xəbər forma-

larına isə hissəciyini artırmaqla düzəlir. Şühudi keçmiş zaman-



 

 

290 



da  olan  fel  şərt  formasının  hekayə  və  rəvayətindən  sonra  da 

işlənə bilir. Məs.: qa-çır-dı-sa, işlə-yir-miş-sə və s.  



 

 

FELĠN ZAMAN, ġƏXS VƏ KƏMĠYYƏT  

BĠLDĠRMƏYƏN FORMALARI 

 

Məsdər  hərəkətin  adını  bildirir,  -maq/-mək  şəkilçisi  ilə 

düzəlir: işlə-mək, oyna-maq, güləş-mək və s. Ad bildirməsi ilə 

əlaqədar olaraq məsdərin ismə oxşar xüsusiyyətləri vardır:  

1) Məsdərlər isim kimi hallanır; 2)mənsubiyyət şəkilçiləri-

ni qəbul edir; 3) qoşmalarla işlənə bilir; 4) müxtəlif cümlə üzv-

ləri yerində çıxış edir. 

Məsdərin  felə  aid  əlamətləri  bunlardır:  1)  məsdərlər  fel 

kimi növ bildirir; 2) təsirli və təsirsiz olur; 3) təsdiq və inkarda 

olur; 4) fel kimi ətrafına söz toplaya bilir. 

Feli sifətlər aşağıdakı şəkilçilər vasitəsilə əmələ gəlir:  

1)

 



-an/ən: düşünən, oynayan, gələn, gedən, yazan (tələbə);  

2)

 



-acaq/-əcək:  yazılacaq (məktub), oxunacaq (kitab), gə-

ləcək (gün), görüləcək (iş); 

3)

 

-ası/-əsi:  oxunası  (kitab),  görüləsi  (iş),  yazılası  (möv-



zu), gediləsi (yer);  

4)

 



-dıq

4 

+mənsubiyyət  şəkilçisi:  oxuduğum,  oxuduğun, 

oxuduğu (qəzet, kitab) 

5)

 



-malı/-məli: oxumalı (kitab), yeməli (meyvə), görülməli (iş) 

6)

 



-mıĢ

4

:  hazırlanmış  (məruzə),  yazılmış  (mövzu),  quru-

muş (ağac) və s.  

Feli  sifət  həm  sifətə,  həm  də  felə  məxsus  xüsusiyyətlərə 

malikdir.  Feli  sifət  sifət  kimi  əlamət  bildirir,  cümlədə  təyin 

olub tamamlığın əvvəlində gəlir, necə? nə cür? hansı? Sualları-

na cavab verir, ismi xəbər olur. Sifət kimi substantivləşir və bu 

zaman  kəmiyyət  şəkilçisi  qəbul  edir  (oxuyanlar,  yatanlar,  gə-

lənlər),  hallanır,  mənsubiyyət  şəkilçisi  qəbul  edir  (gələnim, 



 

 

291 



oxuduğum,  gedənin,  oxuyanı),  cümlədə  mübtəda  və  tamamlıq 

funksiyasında çıxış edir.  



Feli  sifətin  fellərə  məxsus  cəhətləri:  təsdiqdə  və  inkarda 

olur, təsirli və təsirsiz olur, zaman bildirir, növ bildirir və ətra-

fına müxtəlif sözlər toplaya bilir. Feli sifətlə onun əlaqəyə gir-

diyi sözlər birlikdə feli sifət tərkibi yaradır.  



Feli  bağlamalar  fel  forması  olub  həm  felə,  həm  də  zərfə 

aid  xüsusiyyətlərə  malikdir.  Bu  formalar  aşağıdakı  şəkilçilər 

vasitəsilə əmələ gəlir:  

1)

 



-a-a, -ə-ə: dayana-dayana, gedə-gedə, görə-görə; 

2)

 



-alı/-əli: gedəli, gələli, oturalı, yazalı; 

3)

 



-anda/-əndə: dayananda, biləndə, oynayanda; 

4)

 



-araq/-ərək: dayanaraq, bilərək, qaçaraq; 

5)

 



-ar-maz/-ər-məz: dayanar-dayanmaz, görər-görməz, gə-

lər-gəlməz; 

6)

 

-dıqca



4

: dayandıqca, bildikcə, oxuduqca, gördükcə; 

7)

 



-dıqda

4

: dayandıqda, bildikdə, oxuduqda, gördükdə; 

8)

 



-ıb

4

: oynayıb, oxuyub, bilib, sürüşüb; 

9)

 



-ınca

4

: oxuyunca, oynayınca, bilincə, gedincə; 

10) -kən: oxuyarkən, oynayarkən, gedərkən, atarkən; 

11)  -madan/-mədən:  dayanmadan,  oturmadan,  salamlaş-

madan. 


Feli bağlama fel  forması olub  həm  felə, həm  də zərfə aid 

xüsusiyyətlərə malikdir. Feli bağlamanın felə aid xüsusiyyətləri 

bunlardır: 

1)

 



Təsirli  və  təsirsiz  olur:  yazdıqca,  oxuyunca  (təsirli)  – 

gəlincə, yazalı (təsirsiz);  

2)

 

Təsdiqdə və inkarda olur: gördükdə, görmədikdə;  



3)

 

Növ  kateqoriyası  bildirir:  yazanda,  yazılanda,  yazışan-



da, yazdıranda. 

Feli bağlamanın zərfə aid xüsusiyyətləri:  

1)

 

Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir; 



2)

 

Zərfin suallarına cavab verir; 



3)

 

Əlaqəyə girdiyi sözlərlə birlikdə cümlənin zərfliyi olur. 



 

 

292 



ÇalıĢma. Nümunələri oxuyun, felin təsriflənməyən for-

malarını tapın, növünü göstərin: 

 

Yıxılmaq ayıb deyil, 



Hamı yıxılıb durur... 

Yıxılmağın cəbrini, 

Yerimək unutdurur. 

Danışmaq öyrənirik. 

Dil topuq çala-çala. 

Yerimək öyrənirik 

Biz yıxıla-yıxıla. (B.Vahabzadə) 

 

Saqqalı ağ, saçı ağ,  



Əlində zorba çomaq 

Gəldi qocalmış baba,  

Şaxta baba, qış baba. (M.Ə.Sabir) 

 

Ey könlümü bir yol güldürən pəri, 



Boş qalmış qoynuna çiçək doldurdum.  

 

Bir xeyli zamandır getdi, gəlmədi, 



Əhdi-peymanına qurban olduğum. 

İstədi can verdim, qədir bilmədi. 

O şirin canına qurban olduğum. (Əhməd Cavad) 

 

 

ZƏRF 

 

Zərf iş, hal, hərəkətin icra olunduğu yeri, zamanını, tərzini, 

miqdarını  eləcə  də  felin  əlamətini  bildirir,  necə?  nə  cür?  nə 

zaman? haçan? nə qədər? nə üçün? niyə? suallarına cavab olur. 

Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.  

Sadə zərflər bir kökdən ibarət olur. Məs.: axşam, gecə, alt, 

üst, aşağı, yuxarı və s.  



Düzəltmə  zərflər  -akı/-əki  (yanakı,  çəpəki),  -ca/-cə  (eh-

malca,  sakitcə,  indicə,  yenicə,  astaca),  -casına/-cəsinə  (qəhrə-



 

 

293 



mancasına,  dəlicəsinə),  -dan/-dən  (bərkdən,  birdən,  lapdan, 

ucadan,  astadan,  yavaşdan),  -ən  (qəsdən,  qəflətən),  inə/una 

(əksinə, tərsinə, uzununa), -la/-lə (güclə, zorla, diqqətlə, qəzəb-

lə), -anə/-yana (saymazyana, şairanə, ağayana) və s. şəkilçiləri 

ilə düzəlir. 

Mürəkkəb zərflər əsasən sözlərin bu və ya digər formada 

təkrarından əmələ gəlir və defislə  yazılır. Məs.: tez-tez, yavaş-

yavaş, tərs-tərs, göz-gözə, çiyin-çiyinə, heyran-heyran. ba, bə, 

ha,  a  hissəcikləri  ilə  düzəlib  bitişik  yazılan  zərflər  də  vardır. 

Dalbadal, üzbəüz, qaçaqaç, yerbəyer sözbəsöz və s. 



Zərfin mənaca aşağıdakı növləri vardır: 

1)

 

Tərzi-hərəkət  zərfləri  hərəkətin  tərzini  bildirir  və 

necə? nə cür? nə tərzdə? suallarına cavab verir. Məs.: cəld, tez, 

sərt, asta, xəlvət,  məyus, heyrətlə, təəccüblə, asta-asta, acı-acı, 

üzbəüz, dərhal, tələsik, ucadan, sevincək, qaçaraq və s. 



2)

 

Zaman  zərfləri  hərəkətin  icra  zamanını  bildirir  və  nə 

vaxt? nə zaman? haçan? suallarına cavab verir. Məs.: indi, gec, 

bayaq,  dünən,  sabah,  gecə,  səhər,  axşam,  əvvəl,  sonra,  qabaq, 

dərhal,  həmişə,  hələlik,  indicə,  tezliklə,  tezdən,  çoxdan,  həmi-

şəlik,  dünəndən,  hərdən,  gecə-gündüz,  səhər-axşam,  gec-tez, 

hannan-hana və s.  



3)

 

Yer  zərfləri  hərəkətin  icra  olunduğhy  yeri  bildirir,  ha-

ra? haraya? harada? haradan? suallarına cavab olur. Məs.: içəri, 

irəli,  yuxarı,  geri,  bura,  ora,  aralıqda,  ortalıqda,  yan-yörədə, 

ara-bərədə, orda-burda və s.  



4)

 

Kəmiyyət  zərfləri  hərəkətin  kəmiyyətini  izah  edir,  ne-

çə?  nə  qədər?  suallarına  cavab  verir.  Məs.:  az,  çox,  xeyli, 

tamamilə, qismən, az-az, çox-çox və s.  

 

 

 

KÖMƏKÇĠ NĠTQ HĠSSƏLƏRĠ 

 

 

Dilimizdə bir sıra sözlər var ki, onlar leksik mənaya malik 

deyil, şəkilçi qəbul etmir, ayrılıqda cümlə üzvü kimi işlənə bil-


 

 

294 



mir,  müstəqil  suala  cavab  vermir,  qrammatik  məna  daşıyaraq 

ya  cümlə  üzvləri  və  cümlələr  arasında  əlaqə  yaradır,  ya  da 

cümlənin mənasını qüvvətləndirməyə xidmət göstərir. Bu qrup 

sözlərə  qoĢma,  bağlayıcı,  ədat,  modal  sözlər  və  nidalar  da-

xildir.  Tələbələrimiz  tam  orta  ümumtəhsil  məktəblərindən  kö-

məkçi nitq hissələri ilə kifayət qədər tanış olmuşlar və hər gün 

bu sözlərdən istifadə edirlər, lakin onlarda düzgün, savadlı, eşi-

dənləri  cəlb  edən  nitqə  az  təsadüf  edirik.  Emosionallığa  yar-

dımçı olan sözlər arasında onların da az yeri, məqamları vardır.  

QoĢmalar həmişə sözün sonuna qoşulur, qoşulduğu sözlə 

birlikdə  bir  qrammatik  məna  daşıyır,  sözlər  arasında  sintaktik 

əlaqə yaradır. Məs.: aid, bəri, dair, dək, can, cən, kimi, qədər, 

tək, ötrü, üçün, ilə, üzrə, görə, qarşı, sarı, sayaq, savayı.  

Qoşmalar ismin yiyəlik, yönlük və çıxışlıq hallarında olan 

sözlərə qoşularaq müəyyən məna çaları yaradır.  



1)

 

Həm  adlıq,  həm  yiyəlik,  həm  də  yönlük  hallarına  aid 

qoşmalar:  kimi,  üçün,  qədər,  tək,  ilə,  üzrə.  Biz  bal  kimi  Ģirin 

deyə  bildiyimiz  kimi  bal  qədər,  bal  tək,  bal  təki  də  işlədə 

bilirik. Eyni zamanda bal sözünü qəndĢəkərkonfet və s. kimi 

tərkibcə,  daxili  keyfiyyətcə  bala  yaxın  sözlərlə  işlədirik,  kimi 

qoşmasını isə qədərtək (təki) sözləri ilə əvəz etmək mümkün-

dür. Eləcə də gül, çiçək, quş, daş və s. kimi sözləri də bu cür iş-

lətmək olur. Deməli kimi, qədər, tək, təki qoşmaları bənzətmə, 

müqayisə  məqamında  sözü  adlıq  halda  tələb  edir.  Amma  bu 

qoşmalar  əvəzliklərlə  işlənəndə  onları  yiyəlik  halda,  mənim 

(sənin, onun, bizim, sizin) kimi (qədər, təki) halda işlətməli olu-

ruq. Bu qoşmaları adlıq halda saylarla, fellərlə də işlətmək olur, 

mənsubiyyət  şəkilçili  sayları,  felləri  yiyəlik  halda  işlətməli  olu-

ruq (beşim kimi, yaşamağım kimi). Bu hal onu göstərir ki, qoş-

malar  sözləri  işlənmə  yerindən,  məqamından  asılı  olaraq  idarə 

edir:  həmin  qoşmalar  adları  yönlük  halda  da  idarə  edir:  Biz 

stadiona qədər (kimi) qaçdıq. Biz fasiləyə qədər (bir saata qədər, 

saat  beşə  qədər)  onunla  gəzdik.  Bu  məqamlarda  qədər  sözünü 



 

 

295 



can//cən  qoşmaları  ilə  də  əvəz  etmək  olur:  Səhərəcən  yağış 

yağdı. Şəhərəcən getdik. Sənin uşaqcan ağlın yoxdur və s. 



2)

 

kimi, qədər, sarı, görə, dək, can (cən), dair, qarĢı qoş-

maları özünə aid sözləri yönlük halda idarə edir. Bu qoşmalar si-

nonim sözlər kimi bir-birini əvəz edə bilir. Evə tərəf mənasında 

evə sarı, evə doğru, evəcən deyirik. Bu hal onu göstərir ki, bu 

qrupda  birləşdirilən  qoşmalar  cümlədəki  sözlərin  işlənmə  mə-

nası və məqamından asılı olaraq çox vaxt sinonimlik kəsb edir.  

3)

 

ötrü, savayı, bəri, qeyri, baĢqa qoşmaları aid olduqları 

sözləri çıxışlıq halda idarə edir. Məs.: Ey sevdiyim, səndən qeyri 

kimim var (M.V.Vidadi) - misrasındakı qeyri qoşmasını baĢqa, 

özgə, savayı sözləri ilə də əvəz etmək olar. Bəri bax, bəri dur 

ifadələrindəki bəri bura, mənə tərəf anlamındadır. Qoşmaların 

mənası  qoşulduğu  sözün  leksik  və  qrammatik  mənası  ilə  bağlı 

olur. Buna görə də qoşmalar məna qruplarına bölünür.  

1)

 

Məkan  (məsafə,  istiqamət)  bildirən  qoşmalar:  kimi, 



qədər, -dək, -can//-cən, doğru, sarı, tərəf özlərindən əvvəl gələn 

sözləri yönlük halda tələb edir.  

2)

 

Zaman bildirən qədər, kimi, -dək, -can//-cən qoşmaları 



sözləri yönlük halda, bəri qoşması isə çıxışlıq halda idarə edir: 

səhərə qədər, səhərəcən, səhərədək, səhərə kimi, səhərdən bəri. 

3)

 

Müqayisə  bildirən  qoşmalar:  qədər,  kimi,  təki.  Sənin 



kimi vicdanlı adamlar azdır. Mən də onun qədər yazmışam.  

4)

 



Səbəb  və  məqsəd  bildirən  qoşmalar:  ötrü,  üçün,  görə 

sözləri  yiyəlik,  yönlük  və  çıxışlıq  halda  idarə  edir.  Məmməd 

səndən ötrü (sənin üçün, sənə görə) bura gəlmişdi.  

5)

 



Birgəlik, vasitə bildirən qoşma: ilə, -la//-lə. İlə qoşması 

saitlə  bitən  sözlərdən  ayrı,  samitlə  bitən  sözlərlə  isə  birlikdə 

yazılır.  Məs.:  Məmməd  dostu  ilə  stadiona  getdi.  Onlar  oraya 

avtobusla getdilər.  

 

 


 

 

296 



BAĞLAYICI 

 

Bağlayıcılar cümlə üzvlərini və mürəkkəb cümlənin tərəf-

lərini bir-birinə bağlayır, onları qrammatik və məntiqi cəhətdən 

əlaqələndirir.  Bağlayıcılar  sintaktik  vəzifəsinə  görə  tabesiz  və 

tabeli olaraq iki qrupa bölünür:  

I. Tabesizlik bağlayıcıları.  Sadə cümlədə həmcins üzvlə-

ri, mürəkkəb cümlədə isə tabesiz mürəkkəb cümlənin hissələri-

ni əlaqələndirmək, bir-birinə bağlamağa xidmət edir. Bu bağla-

yıcılar müxtəlif qrammatik funksiyaları yerinə yetirir: 

1.

 

Birləşdirici  bağlayıcılar:  ilə,  və.  Güləşçilərlə  boksçular 



yanaşı oturmuşdular. Boksçular və ağırlıq qaldıranlar bir kafed-

radadırlar.  

2.

 

Qarşılıq və ya ziddiyət bildirən bağlayıcılar: amma, an-



caq,  lakin,  fəqət,  isə.  Həsən  məşq  edir,  Nadirsə  (Vəli  isə) 

dincəlirdi. O gəldi, amma gəldiyinə peşman oldu.  

3.

 

Bölüşdürmə bağlayıcıları: ya, ya da; gah, gah da, yaxud. 



Dünən gah yağış yağır, gah da bərk külək əsirdi. İki yol vardı – ya 

bu yoldan geri dönməli, ya da axıra qədər getmək lazımdı.  

4.

 

İştirak bildirənlər: həm, həm də, da, də. O həm oynayır, 



həm də məşqçilik edirdi. O da, mən də bir qrupda oxuyurduq.  

5.

 



İnkarlıq  bildirən:  nə  -nə,  nə  də  ki.  O  nə  özünə,  nə  də 

yoldaşlarına hörmət qoyurdu.  

6.

 

Aydınlaşdırma bildirən:  yəni. O çox işləməli, yəni çox 



oxuyub öyrənməlidir.  

II. Tabelik bağlayıcıları  tabeli mürəkkəb cümlədə iştirak 

edir və baş cümlə ilə budaq cümlələri bir-birinə bağlayır. Bun-

lar  aydınlaşdırma  (ki),  səbəb  (çünki),  müqayisə  (sanki,  guya, 

elə bil ki), şərt (əgər, hərgah) və güzəşt bildirən (hərçənd, hər-

çənd ki, madam, madam ki) bağlayıcılarıdır. Məs.: Məğlub ol-

dum, çünki son vaxtlar az məşq edirdim; Madam gün rejiminə 

əməl etmirsən, onda həmişə belə olacaq; O elə yırğalanırdı ki

elə  bil  gəmi  fırtınaya  düşmüşdü;  Hərçənd  o,  yaxşılıq  başa 

düşən deyil, amma mən yenə güzəştə gedirəm;  

1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə