1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 3,04 Mb.
Pdf görüntüsü
səhifə24/35
tarix16.07.2017
ölçüsü3,04 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   35

 

ƏVƏZLĠK 

 

Əsas nitq hissələrindən olan əvəzlik heç bir konkret əşya, 

əlamət  və  ya keyfiyyət  bildirmir,  əsasən isim  və sifətləri əvəz 

edir,  onların  yerində  işlənir.  Əvəzliklərin  mənaca  aşağıdakı 

növləri vardır: şəxs əvəzlikləri, işarə əvəzlikləri, sual əvəzliklə-

ri, təyin əvəzlikləri və qeyri-müəyyən əvəzliklər. 

Şəxs əvəzlikləri danışanı, dinləyəni və haqqında danışılanı 

ümumi  şəkildə  bildirir.  Birinci  şəxs  danışanı  (təkdə  mən

cəmdə  biz),  II  şəxs  dinləyəni  (təkdə  sən,  cəmdə  siz),  III  şəxs 

isə haqqında danışılanı (təkdə o, cəmdə onlar) ifadə edir.  



Siz yalnız sən+sən....., yəni bir neçə sən (dinləyən) demək 

deyil, sən və o deməkdir. Onlar o+o...... yəni bir neçə o (haq-

qında danışılan) deməkdir. Biz bir neçə mən  yox, mən və bir 

də  mənimlə  olanlardır.  Deməli,  şəxs  əvəzlikləri  qarşı-qarşıya 

durub danışan və dinləyən şəxsləri bildirən sözlərdir.  


 

 

277 



Şəxs  əvəzlikləri  ismi  əvəz  edir,  ismin  suallarına  cavab 

verir,  hallanır,  cümlənin  mübtədası,  tamamlığı  və  xəbəri  olur, 

şəxs  sonluqlarını  qəbul  edir,  müəyyən  şərtlər  daxilində  xəbər 

və cəm şəkilçilərini, eləcə də -lı



4

, -sız

4

, -lıq

4

 şəkilçilərini qəbul 

edir. Şəxs sonluqları  şəxsləri bildirir. Şəxs  əvəzlikləri öz sözü 

və  ondan  düzələn  özüm,  özün,  özü,  özümüz,  özünüz,  özləri 

kimi  qayıdış  əvəzlikləri  ilə  işlənə  bilir.  Məs.:  Mən  gedirəm; 

Mən  özüm  gedirəm;  özüm  gedirəm;  Gedirəm  deyə  bilirik  və 

digər  şəxs  əvəzlikləri  də  bu  qayda  üzrə  işlənə  bilir.  Məs.: 

Dedin;  sən  dedin;  özün  dedin;  sən  özün  dedin  və  s.  Nəzərə 

çarpdırmaq  üçün  danışıqda  bəzən  mən  əvəzinə  biz  işlədirik: 

Məs.:  Biz  ümid  edirik  ki,  tələbələrimiz  imtahan  sessiyasını 

yaxşı qiymətlərlə başa vuracaqdır.  

O və onlar şəxslə bərabər əşyaları da əvəz edə bilir.  

Şəxs əvəzlikləri qeyri-müəyyən yiyəlik və təsirlik halların-

da işlənə bilmir. Amma üslubi məqamlarda qeyri-müəyyən yi-

yəlik halda şəxs adları ilə işlədilə bilir.  



Mən şəxs əvəzliyi bəzi hallarda lovğalıq, qeyri-təvazökar-

lıq çalarlıqlarını bildirir. Məs.: “Mən.....mən.....” deyirəm; Mən 

kimdən artığam (R.Rza). –Mənə, bacı qızı, Hacı Əhməd deyər-

lər; mən bir adamam ki....(C.Cabbarlı)  



 

Sən intim müraciət məqamında da işlənir: 

Dil açar dəli könlümSən mənə yar olunca 

Xəstənin könlü nar istər; Mənim könlüm də səni (Bayatı)  

Siz əvəzliyi hörmət məqamında rəsmi xitab, bəzən ironiya 

məqsədilə sən əvəzliyinin yerində işlənir:  

 

Vəzir. Şair! Hökmdarın hüzurundasan. 



Vaqif. Bunu Sizsiz belə bilirəm, inan! 

 

ĠĢarə əvəzlikləri o, bu, elə, belə, həmin və haman sözlərin-

dən ibarətdir. Onlar yaxındakı və ya uzaqdakı əşya və hadisəyə 

işarə  edir  və  onları  əvəz  edir.  Bu  əvəzliyi  isim  kimi  hallanır, 

cəmlənir, xəbərlik şəkilçisi qəbul edir. Məs.: Bu dünyanın qara 


 

 

278 



daşı göyərməz (M.Yaqub). Bu gördüyünüz tələbələr qrupumu-

zun fəxridir.  



əvəzliyi həm şəxsi, həm də obyekti əvəz edir, yəni həm 

şəxs əvəzliyi kimi, həm də işarə əvəzliyi kimi işlənir. Məs.: O 

tez-tez gözlərini yumub saatlarla fikrə dalırdı. O günlərin xati-

rəsi indi də mənim üçün əzizdir.  

Ümumi məzmununa görə bubeləhəmin əvəzlikləri  ya-

xın, hazır varlıqları, oeləhaman əvəzlikləri isə uzaqdakı var-

lıqlara işarə etmək üçün işlənir.  

O  əvəzliyi  omonimdir.  O  həm  III  şəxsin  təkini  bildirən 

şəxs əvəzliyi, həm də işarə əvəzliyi kimi işlənir. Danışıqda in-

tonasiya, fasilə, yazıda isə vergül işarəsi o əvəzliyinin mənasını 

dəyişir. Məs.: O, kitabı götürdü. O kitabı kim götürdü?  



Belə,  elə  əvəzlikləri  təkcə  işarə  üçün  deyil,  əsasən  təyini 

işarə  üçün  işlənir.  Belə  niyə?  Elə nə  üçün?  Belə  hara?  kimi 

sual  əvəzlikləri  ilə  düzəldilmiş  ifadələrdə  belə,  elə  əvəzlikləri 

işə,  hərəkətə  işarədir.  Eyni  zamanda  onlar  tərzi-hərəkətə  işarə 

üçün də zərflik vəzifəsində işlənir:  

Belə gözəllikdə ay ola bilməz (Vaqif) 

Elə gəl, elə get, yol inciməsin (A.Abbas Tufarqanlı) 

Elə tələsir, elə tələsir, elə tələsir ürəyim (Ü.Hacıbəyli) 

Elə  sözü  həm  “həmiĢə”  mənasında  (Sən  elə  gözəlsən 

binadan, pəri (Vaqif), həm də “hətta” mənasında (Elə atasının, 

anasının gözü qabağında onu qucaqladı) işlənir.  

Elə əvəzliyi bil sözü ilə “sanki” mənasını (Elə bil dünya-

ya  yenidən  gəldim),  lap  elə,  lap  belə  ifadələri  tamlıq,  qətilik 

bildirir: O lap belə dedi? Lap elə! 

Belə, elə sözləri təkrar olunduqda fikri gücləndirməyə xid-

mət edir. Məs.: Belə-belə işlərə qarışma. Elə-elə adamlarla otu-

rub-durma.  

Elə-belə qoşalığı əhəmiyyətsiz iş haqqında işlədilir. – Bura 

niyə gəlibsən? –Heç, elə-belə.... 



 

 

279 



Belə,  elə  əvəzliklərinə  ki,  ha,  isə  köməkçi  sözləri  qoşula-

raq belə ki, elə ki, belə ha, elə ha, belə isə, elə isə ifadələri dü-

zəldilir və müxtəlif çalarlığa işarə edilir.  

O,  bu  əvəzlikləri  cəm  şəkilçisini  qəbul  edib  substantivlə-

şir: Bunlar getdilər? Belə, elə əvəzlikləri mənsubiyyət şəkilçisi 

qəbul  edəndən  sonra  hallana  bilir:  beləsi-eləsi,  beləsinin-eləsi-

nin,  beləsinə-eləsinə,  beləsini-eləsini,  beləsində-eləsində,  belə-

sindən-eləsindən. 

Belə, elə əvəzlikləri cəm şəkilçisini də mənsubiyyət şəkil-

çisi ilə qəbul etdikdə substantivləşir: belələri, elələri. 



Belə, elə, o, bu əvəzlikləri xəbər-şəxs şəkilçiləri ilə işlənə 

bilir:  Məs.:  Bəli,  həyatın  hökmü  belədir.  Elədir,  mən  bunu 

gözləyirdim.  Odur,  özü  də  gəlir.  Beləyəm,  beləsən,  belədir, 

eləyik, eləsiniz, elədir və s.  

Mübtəda yerində işlənən obu əvəzliklərindən sonra feldən 

başqa digər əsas nitq hissəsi işləndikdə vergül işarəsi qoyulur.  



Sual əvəzlikləri. Nitq hissələrinin bütün sualları sual əvəz-

likləridir. Hər bir nitq hissəsinin sualları ancaq həmin nitq his-

səsinin yerində işlənir. Sual əvəzlikləri bəzən söz birləşmələrini 

də  əvəz  edir.  Kim,  nə,  hara,  hansı,  necə,  niyə,  haçan  sual 

əvəzlikləri şəxsi, əşyanı, məkanı, zamanı, kəmiyyəti, keyfiyyə-

ti, işin səbəbini, tərzini bildirən sözlərin əvəzinə işlədilən sual-

lardır.  

Kim nə deyər bizdə olan qeyrətə? (Sabir) 

Kim bilir neçədir tarixin yaşı? (S.Vurğun)  

Kimlər gəldi, kimlər getdi, 

Bu dünyadan, bu dünyadan. 

Nə xəbər var? 

Həyat, sən nə şirinsən, kim səndən doydu getdi? (B.Vahabzadə) 

Sən haralısan, haralı durna?! 



Təyin əvəzlikləri – hər, öz, bütün, filan, eyni, bəzi sözləri 

heç  bir  nitq  hissəsini  əvəz  etmir,  isimdən  əvvəl  gəlir  və  onu 

təyin  edir,  konkretləşdirir.  Məs.:  O  öz  kitabını  oxuyurdu.  Hər 


 

 

280 



adam  bunu  bilməz.  Bəzi  tələbələr  mühazirəni  yazmır.  Filan

filan məsələlər qaranlıq qaldı. 

Qeyri-müəyyən əvəzliklər məlum olmayan əşyanı və şəx-

si ümumi şəkildə bildirir, ismi əvəz edərək onun bəzi əlamətlə-

rini  göstərir.  Biri,  birisi,  kimi,  kimisi,  kimsə,  filan  kəs,  nəsə, 

hamı – qeyri-müəyyən əvəzliklərdir, hallanır və ismin sualları-

na cavab verir. Məs.: Birisi içəri girib nəsə soruşdu. Auditori-

yada kimi kitab oxuyur, kimi yazır, kimlərsə söhbət edirdi.  

 

 

FEL 

 

Ümumi  qrammatik  əlamətlərinə  və  semantik  münasibət-

lərinə görə  fərqlənməklə  iş,  hal,  hərəkət  bildirən əsas  nitq his-

səsinə  fel  deyilir.  Fel  hərəkət  bildirdiyi  üçün  söylənilən  fikri 

canlı,  hərəkətdə  nəzərə  çatdırır,  fel  nitqə  bir  növ  həyat  verir. 

Əgər  nitqdə  yaxın  mənalı  fellər  işlədilərsə,  iş,  hal,  hərəkətin 

dinamikliyi canlı şəkildə öz ifadəsini tapır.  

 

Əlbir olub bir ayı bir şir ilə 



Ovladılar dovşanı tədbir ilə. 

Olmadılar razı onu bölməyə, 

Çıxdı iş axır ölüb-öldürməyə.  

Çeynədilər, dişlədilər, diddilər, 

Bir-birini al qana qərq etdilər. 

Özlərini taqətdən saldılar. 

Hər biri bir səmtə düşüb qaldılar.  

Göründüyü kimi, A.Səhhətin “Ayı və şir” şeiri başdan-başa 

fellər üzərində qurulmuşdur. Əlbir olmaq, ovlamaq, razı olmaq, 

bölmək,  iş  çıxdı,  ölüb-öldürmək,  çeynəmək,  dişləmək,  didmək, 

qərq etmək, taqətdən salmaq, düşüb qalmaq felləri vasitəsilə hə-

qiqi  döyüş  səhnəsi  yaradılmışdır.  Bu  kiçik  şeir  parçasına  məhz 

fellər  dinamiklik  vermiş,  vuruş  səhnəsi  canlı  alınmışdır.  Ədəbi 

dildə və xalq danışığında insanlar fərqli düşündüklərini fərqli də 



 

 

281 



ifadə  edirlər,  birinin  nəzakətli  danışığı  başqasının  kobud,  bəlkə 

özünün də yaxşı başa düşmədiyi, ola bilsin ki, evdə, ailədə, mə-

həllədə işlədilən fellərlə ifadə olunur. – Ə, qandınmı, ay öküz? 

-Qanmaz özünsən, ədəbli danıĢ. -Anladım. -Allaha Ģükür ki, 

baĢa düĢdün. Deməli, sözlər anlaşılandır, qalır kimin necə de-

məsinə.  Getmək  əvəzinə  aradan  çıxmaq,  itilmək,  əkilmək, 



cırmaq;  yatmaq,  yuxulamaq,  yuxuya  getmək,  oyanmaq-yu-

xudan durmaq – yuxudan ayılmaq və s. Bir tələbəni xarakteri-

zə edərkən deyirik: Tələbə  adı şərəfli addır. Bunu Nurlan  yaxşı 

bilir, özünü nümunəvi aparır, dərslərində səy göstərir. Buna görə 

də  qrup  yoldaşları  onun  xətrini  çox  istəyir,  ona  hörmət  edirlər. 

Nurlan  bütün  praktik  –  seminar  və  ixtisas  dərslərinə  ciddi  fikir 

verir, müəllimlərin suallarına diqqətlə qulaq asıb düzgün cavab 

verməyə çalışır. O heç vaxt yalan danışmaz. Bu xasiyyətinə görə 

yoldaşları onun xatirini çox istəyirlər, ona inanırlar: O, üzdə bir 

söz, arxada ayrı söz danışan deyil, söz gəzdirməz, birisinin sirri-

ni o birisinə deməz”. Göründüyü kimi kiçik xasiyyətnamədə nə 

qədər fel işlənmişdir.  

Fellərin  şəxs,  kəmiyyət,  təsirlilik,  inkarlıq,  növ,  zaman  və 

tərz kateqoriyaları vardır. Şəxs, kəmiyyət, zaman kateqoriyaları 

və  felin  şəkilləri  təsriflənən  formalardır.  Məsdər,  feli  sifət  və 

feli bağlama təsriflənməyən formalara daxildir.  

Fellər quruluşca sadə, düzəltmə, mürəkkəb və tərkibi olur. 

Sadə  fellərdə  sözdüzəldici  şəkilçi  iştirak  etmir.  Məs.:  al,  get, 

vur, oxu, tut, çıx və s.  

Düzəltmə  fellər  sözdüzəldici  şəkilçilərin  köməyi  ilə  yara-

nır.  Düzəltmə  fellər  isimdən,  sifət,  say,  əvəzlik,  zərfdən,  fel 

köklərindən  və  ya  yamsılamalardan  əmələ  gəlir.  Məs.:  başla, 

yaxşılaş,  birləş,  mənimsə, uzaqlaş, döyüş,  yorul, gəzdir, başla, 

işlə, görüş, şırılda, salamlaş, yellən, ağar, göyər, düzəl. 

Mürəkkəb fellər iki sözün birləşməsindən düzəlir və defis-

lə  yazılır.  Məs.:  sevib-sevilmək,  ölçüb-biçmək,  atılıb-düşmək, 

bəzənib-düzənmək,  çalıb-oynamaq,  çarpışıb-vuruşmaq,  itib-

getmək və s.  


 

 

282 



Eyni sözün təkrarı ilə də mürəkkəb fellər yaranır. Məs.: su 

sulamaq,  tikiş  tikmək,  ov  ovlamaq,  söyüş  söymək,  yamaq  ya-

mamaq və s.  

Etməkeləməkolmaqbilmək fellərinin iştirakı ilə düzə-

lən birləşmələrə tərkibi fellər deyilir. Məs.: yaxşı etdi, pis oldu, 

həll olundu.  

Ġnkarlıq kateqoriyası fellərdə iş və ya hərəkətin icrası ilə 

bağlıdır.  Fellər  bir  qayda  olaraq,  təsdiq  formadadır:  oxumaq, 

danışmaq,  getmək,  gəlmək  və  s.  Felin  inkar  forması  -ma/-mə 

şəkilçisi  vasitəsilə  düzəlir:  oxumaq-oxumamaq,  oynamaq-oy-

namamaq,  getmək-getməmək,  öyrənmək-öyrənməmək  və  s. 

İndiki zamanda felin inkar şəkilçisinin saiti düşür: danışmayır – 

danışmır, görməyir-görmür, gəlməyir-gəlmir və s.  

İnkar şəkilçisi felin ya kökünə artırılır, ya da sözdüzəldici 

şəkilçilərdən  sonra  əlavə  olunur:  oxumur,  başlamadı,  gəlmə-

mişdir, danışmayacaqdır.  

Vurğusuz  inkarlıq  şəkilçisini  vurğu  altına  düşən  isim 

düzəldən  -ma/-mə  şəkilçisindən  fərqləndirmək  lazımdır: 

gəlmə, çəkmə, qovurma, dolma, süzmə və s.  

Bəzi fel şəkilləri inkarda -ma



2 

şəkilçisini qəbul etmir, əvə-

zinə deyil sözündən istifadə olunur: gələsi deyiləm,  yazası de-

yilsən, oxuyası deyil. 



Təsirlik kateqoriyası. Sözün təsirlik halda işlənməsini tə-

ləb edən təsirli fellər müstəqim obyekt üzərinə təsiri keçən hə-

rəkəti  bildirir:  yazmaq,  almaq,  görmək,  bilmək,  göndərmək, 

qaldırmaq,  endirmək  və  s.  Bu  fellər  özündən  sonra  təsirlik 

halın suallarını (kimi, nəyi) tələb edir. Hal və vəziyyət bildirib 

özündən  sonra  təsir  obyekti  tələb  etməyən  fellər  təsirsizdir: 

baxmaq, oturmaq, yatmaq, uzanmaq, oynamaq, barışmaq və s. 

Təsirli felləri təsirsizə, təsirsizləri isə təsirli fellərə çevirmək 

üçün  müəyyən  şəkilçilərdən  istifadə  olunur.  Məs.:  yaz,  oxu, 

qaĢı, yu, as, tut kimi təsirli fellərdən yazıl, oxun, qaĢın, yuyun, 

asıl,  tutul  kimi  təsirsiz  fellər  düzəltmək  mümkündür.  Eləcə  də 

qalx,  öl,  yaĢa,  dolaĢ,  sərinlə,  gül,  bax,  otur,  köç,  it  təsirsiz 


 

 

283 



fellərindən  qaldır,  öldür,  yaĢat,  dolaĢdır,  sərinlət,  güldür, 

baxıĢ, oturt, köçür, itir kimi təsirli fellər düzətmək olur.  

Felin növ kateqoriyası (felin məna növləri). Felin növlə-

ri  əsasən  subyekt  (iş  görən)  və  obyekt  arasında  müxtəlif  mü-

nasibətləri ifadə edir. Felin məna növləri dedikdə subyektin (işi 

icra edənin) hərəkətə, obyektə və hərəkətin obyektə münasibəti 

əsas götürülür. Subyektin (iş görənin) iştirak edib-etməməsi ba-

xımından felin növləri meydana çıxır. 1) İş görəni məlum növ-

lər:  məlum,  qarĢılıq-birgəlik,  qayıdıĢ  və  icbar;  2)  İş  görəni 

məlum olmayan növlər: məchul, Ģəxsiz. Felin məlum növündə 

iş  görən  məlum  olur.  Bu  növün  xüsusi  şəkilçisi  yoxdur:  yaz, 

oxu, gör, oyna və s.  

Qayıdış növ fellərdə hərəkət iş  görənin öz üzərinə qayıdır. 

Qayıdış növ məlum növdə olan fellərin üzərinə -ıl

4

 və -ın


4

 şəkil-


çilərinin artırılması ilə düzəlir. Məs.: Əhməd fikrindən daşındı. 

Paltar  sərildi.  Vəli  yerə  sərildi.  O,  yuyundu,  geyindi,  darandı. 

Qayıdış növ fellər təsirli fellərdən düzəlir, amma təsirsiz olur.  

QarĢılıq-birgəlik növ fellər hərəkətin ya qarşı-qarşıya, ya 

da şərikli, müştərək icra edildiyini bildirir. -ış

4

 şəkilçisi vasitə-



silə  əmələ  gəlir.  Qarşılıq  bildirən  fellər  əsasən  təsirli,  birgəlik 

bildirənlər  isə  təsirsiz  fellərdən  düzəlir.  Hər  iki  növdə  işlənən 

fellər nəticədə təsirsiz olur. Məs.: yazışmaq, vuruşmaq, döyüş-

mək,  sözləşmək,  söyüşmək,  gücləşmək;  mələşmək,  gülüşmək, 

ağlaşmaq, qaçışmaq və s.  

Ġcbar növdə iş, hal-hərəkət bir başqasına icra etdirilir. İcbar 

növ  təsirli  fellərin  sonuna  -t  və  -dır



4

  şəkilçilərini  artırmaqla 

düzəlir. Məs.: yazdırtmaq, tikdirtmək, oxutmaq, öldürtmək.  

Məchul  növdə  iş  görən  məlum  olmur,  hərəkət  haqqında 

danışılır, lakin fel birbaşa iş görəni göstərə bilmir. Məchul nö-

vü  düzəltmək  üçün  təsirli  fellərə  -il

4

,  -ın

4

  şəkilçilərindən  biri 

artırılır və təsirsiz olur. Məs.: Mühazirə oxundu, yazıldı. Toyuq 

yolundu,  bölündü,  yeyildi.  Zəng  çalındı.  Bina  tikildi.  Yol  çə-

kildi və s.  


 

 

284 



ġəxsiz növ təsirsiz fellərə -il

4 

şəkilçisinin artırılması ilə dü-

zəlir.  Belə  felli  cümlələrdə  mübtəda  olmur.  Məs.:  Məsələyə 

diqqət  edildi,  hərtərəfli  baxıldı.  İclasa  gedildi,  gündəliyə  diq-

qətlə yanaşıldı və s. 

ÇalıĢma. Mətni diqqətlə oxuyun, felin növlərini göstərin: 

1) İgidin atı tövlədə, yük atı ilxıda bəslənər- deyilir. 2) Dö-

yüşçü savaşı ilə, alım başı ilə seçilir. 3) Dərd xoş sözlə yuyulur. 

4) Qərib hamıya gün ağlar, amma özünə çəpər çəkilər. 5) Qəd-

darlıq  baş  qaldırır,  ədalət  məhv  edilir.  6)  Sərxoşlar  deyindilər, 

söyüşdülər, vuruşdular, amma şikayətlərinə baxılmadı. Axı onlar 

belə hallara alışmışdılar. Ayıq vaxtlarında belə hərəkətləri onlar-

dan  soruşurlar,  aktı  oxutdururlar.  Lakin  bunlar  xoş  görünmür. 

Əsəbilikdən soyunurlar, geyinirlər, amma yuyunmaq, daranmaq 

yadlarına  düşmür.  Saraldılar,  bozardılar,  düşündülər,  çıxış  yolu 

görünmədi.  7)  Onlar  bir  müddət  gəzişdilər,  lakin  nədənsə  de-

yişdilər, sonralar çox yazışdılar, amma barışdırmaq baş tutmadı.  



 

 

FELĠN ZAMANA, ġƏXSƏ VƏ KƏMĠYYƏTƏ GÖRƏ 

DƏYĠġƏN FORMALARI 

 

Əmr forması  əmr, xahiş,  məsləhət,  təklif, nəsihət  bildirir 

və əmr intonasiyası ilə müşayiət olunur. Əmr formasının xüsusi 

forma  şəkilçisi  yoxdur,  zaman  şəkilçilərini  qəbul  etmir,  za-

manlar üzrə dəyişmir, mənasına görə gələcək zamana aid olur 

və şəxs şəkilçiləri qəbul etməklə şəxslər üzrə dəyişir.  

I şəxs tək -ım



4

 (alım, gəlim), I şəxs cəm -aq/-ək (alaq, gələk) 

II şəxs tək felin kökü (al, gəl), II şəxs cəm -ın

4

 (alın, gəlin)  

III  şəxs  tək  -sın

4

  (alsın,  gəlsin),  III  şəxs  cəm  -sınlar



4

 

(alsınlar, gəlsinlər) 



Bəzən  fellərin  sonuna  -sana/-sənə  ədatı  (xüsusən  II  şəxs 

təkdə) artırılır və beləliklə arzu, xahiş, yaxud da təngə gəlmək, 

rədd  etmək  çalarlığı  ifadə  olunur.  Məs.:  Oynasana!  Rədd  ol-

sana! Dinc dursana! Yaxamdan əl şəksənə! 



 

 

285 



Bəzən  məsləhət  bilinən  bir  işin  icrasını  təkidlə  bildirmək 

üçün əmr formasında olan fellər ha ədatı ilə işlənir. Məs.: Oy-

nasın ha! Diqqətli ol ha! De ha! 

Şüar  və  çağırışlarda  əmr  forması  çox  işlənir:  Yaşasın 

sülhsevər Azərbaycan xalqı! Eşq olsun Azərbaycana! 

Felin arzu forması iş, hal və hərəkətin gələcəkdə icrasının 

arzu edildiyini bildirir. Arzu forması fel kökünə -a/-ə şəkilçisi-

ni artırmaqla düzəlir. Feldən əvvəl çox vaxt nə ola, nola, gərək, 

kaş, kaş ki ədatlarından istifadə olunur. Məs.: gərək yazam, kaş 

gələsən, nə ola oxuya, gərək oynayaq, kaş ki işləyəsiniz.  

 

Nola bir evdə qoyaydız qaravaş, 



Verməyəydiz məni bu əbləhə kaş. (M.Ə.Sabir) 

 

Felin vacib forması  iş,  hal  və  hərəkətin  gələcəkdə  icrası-

nın  vacib  olduğunu  bildirir,  felə  -malı

2 

şəkilçisini  artırmaqla 

düzəlir. Məs.: almalıyam, yazılmalısan, oxumalıdır, oynamalı-

yıq, getməlisiniz, qaçmalıdırlar. 



Felin lazım forması icra edilməsi lazım olan hərəkəti gös-

tərir,  felin  kökünə  -ası



2

  şəkilçisini  və  şəxs  sonluqlarını  artır-

maqla  düzəlir.  Məs.:  alasıyam,  gələsisən,  gedəsidir,  oynayası-

yıq, qaçasısınız, biləsidirlər.  

Felin  lazım  formasının  inkarında  deyil  sözündən  istifadə 

olunur, -ası



2

 şəkilçisi felə, şəxs sonluqları isə deyil sözünə artı-

rılır: Mən gedəsi deyiləm, sən yazası deyilsən.  

Felin Ģərt forması başqa bir hərəkətin icrası üçün şərt olan 

hərəkəti  bildirir,  felin  kökünə  -sa



2

  şəkilçisini  artırmaqla  düzə-

lir,  bəzən  feldən  əvvəl  əgər,  hərgah  sözləri  işlədilir.  Şərt  for-

ması cümlənin müstəqil xəbəri ola bilmir, asılı xəbər kimi hərə-

kətin  icrasını  müəyyən  şərtlə  bağlayır.  Məs.:  (əgər)  yazsam, 

(əgər) getsən, (hərgah) gəlsən və s.  



ÇalıĢma.  Oxuyun,  felin  formalarını  (Ģəkillərini)  tapıb 

növünü göstərin: 

 


 

 

286 



El uğrunda elə alış, elə yan, 

Görən desin nə deməkdir, Eloğlu. 

Xəbər verin yaxınıma, yadıma 

Bir udumluq su çiləsin oduma. (H.Arif) 

 

Can qurban eyləsən, layiqdir, layiq, 



Bir yar ki, mətləbi tez qanan ola. 

Qaşıyla, gözüylə işarət bilə, 

Özünə deməmiş söz qanan ola. 

 

Canım qurban olsun o əhli-dilə



Qaşların oynada, gözündən gülə,  

Dil tərpətməmişdən dərdini bilə, 

Qurbanam gözünə, göz qanan ola. (A.Ələsgər) 

 

Bir çiçək istəyirəm, mən baxmasam, solası, 

Bir qanad istəyirəm, məni yerdən alası, 

Bir günəş istəyirəm, gecə məndə qalası. (B.Kamal) 

 

Nə o ocaq közərəsi, sönəsi, 



Nə o günlər bir də geri dönəsi. 

Qəm eləmə, könlümün bir dənəsi. 

Bu dünyanın qıra daşı göyərməz. (M.Yaqub)  

 



Yüklə 3,04 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə