` Vakansiya elanı



Yüklə 109,5 Kb.
tarix16.06.2017
ölçüsü109,5 Kb.

Cənubi Qafqazda Qadınlara qarşı Zorakılıq Əleyhinə Layihəsi


`

Vakansiya elanı





Vəzifə

Hüquq məsələləri üzrə ekspert

Ofis/Layihə


BMT-nin Əhali Fondu (UNFPA)/Cənubi Qafqazda Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsi

Qəbul tarixi

2 noyabr 2009

Müddət


2 ay

İcra yeri


Bakı, Azərbaycan


Öhdəliklər və məsuliyyət

Milli Layihə Əlaqələndiricisinin rəhbərliyi altında, UNFPA-nın Ölkə Nümayəndəliyi və işçiləri ilə əməkdaşlıqda, hüquq məsələləri üzrə ekspert aşağıdakı vəzifələri yerinə yetirəcək:


  • Beynəlxalq mütəxəssislər tərəfindən hazırlanmış Milli Strategiya sənədinin ilkin variantının əsaslı qiymətləndirilməsinin keçirilməsi

  • Azərbaycan Respublikasında gender və məişət zorakılığı ilə bağlı dövlət siyasətini araşdırmaq məqsədilə mövcud qanunvericiliyinin təhlil edilməsi. Bu zaman Demokratik Cəmiyyətdə Gündəlik Zorakılıqla Mübarizə üzrə Respublika Kompleks Proqramı, “Gender Bərabərliyinin Təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu, Ailə Məcəlləsi, Cinayət Məcəlləsi və digər müvafiq qanunvericilik sənədlərinə xüsusi diqqətin verilməsi

  • Azərbaycan Respublikasının tərəfdaş çıxdığı müvafiq beynəlxalq sənədlərin əsaslı təhlil edilməsi; mövcud müsbət təcrübələrin qadınların zorakılıqdan müdafiəsini təmin etməyə istiqamətlənmiş Milli Strategiyaya daxil edilməsi məqsədilə Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya, BMT-nin CEDAW Komitəsinin 19 saylı Ümumi Tövsiyəsi, Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə BMT Bəyannaməsi, həmçinin, Pekin Bəyannaməsi və Fəaliyyət Planının əsaslı təhlilinin keçirilməsi

  • Azərbaycanda gender əsaslı zorakılıqla mübarizənin milli səviyyədə təşkil edilməsinə yardım edəcək müvafiq məlumatın toplanması, aidiyyəti siyasət məsələlərinin araşdırılması məqsədilə əsas informant müsahibələri və fokus qrupların keçirilməsi

  • Yuxarıda qeyd olunmuş milli və beynəlxalq qanunvericiliyə istinadən gender əsaslı zorakılıq qurbanlarına xidmətlərin təşkil edilməsi üzrə hazırlanacaq Milli Strategiyanın hüquqi təhlilinin edilməsi

  • UNFPA-nın Ölkə Nümayəndəliyi, GƏZM layihəsinin əlaqələndirici heyəti, həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində gender zorakılığı üzrə mübarizə üzrə müsbət beynəlxalq təcrübənin və müvafiq hüquqi tədbirlər planının əks olunduğu Milli Strategiyanın yekun variantının hazırlanması




Tələb olunan keyfiyyətlər

Təhsil tələbləri:

İş təcrübəsi:

  • Hüquqi konsultasiyalar sahəsində ən azı 10 il təcrübə

  • Qanunlar və hüquqi siyasət sənədlərinin hazırlanması üzrə əsaslı təcrübə

  • Hüquqi islahatların işlənib hazırlanması sahəsində dövlət və beynəlxalq təşkilatlarla iş təcrübəsi


Öhdəliklər və bacarıqlar:

  • Gender və məişət zorakılığı üzrə milli və müvafiq beynəlxalq qanunvericilik sahəsində mükəmməl biliklər

  • Milli qanunvericiliyin məişət zorakılığının hüquqi tənzimlənməsinə aid hissələri sahəsində mükəmməl biliklər

  • Fərdlərarası münasibətlərin qurulması sahəsində mükəmməl bacarıq, iş əlaqələrinin yaradılması qabiliyyəti, müxtəlifliyə hörmət və diqqət göstərərək müxtəlif mədəniyyətlərin nümayəndələrinin birgə çalışdığı mühitdə iş bacarığı

  • Mükəmməl yazılı Azərbaycan və ingilis dilləri




Ərizələrin təqdim olunması üçün son tarix

26 oktyabr 2009-cu il

Ərizələrin təqdim olunma şərtləri


Müraciət edənlər 2009-cu ilin 26 oktyabr tarixinə qədər legal_analyst@vacancies.un-az.org ünvanına:


  • Elan edilən işdə maraqlı olduqlarını və ixtisaslarını açıqlayan müraciət məktubu;

  • Son və dolğun tərcümeyi-hal (ərizəçi barədə məlumat verə biləcək azı üç nəfərin adını qeyd etməklə);

elektron formada aşağıdakıları göndərməlidirlər

Əlaqə saxlamaq üçün şəxs

Xanım Sona Quliyeva, Cənubi Qafqazda Gender Əsaslı Zorakılıqla Mübarizə layihəsi

Tel: 99412 492 86 64

Faks: 99412 4922379



Qeyd: UNFPA hər kəs üçün bərabər imkanlar yaradır.


3, UN 50th Anniversary str., Baku 1, Azerbaijan, AZ 1001

Telephone: (994-12) 498 98 88 Fax: (994-12) 492 24 91

E-mail: office@un-az.org www.un-az.org/undp


Yüklə 109,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə