 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   35

 
 


 
 
             «
Doqquz Bitik
» 
sırası 
 
 
   I Bitik.  Tarixi qaynaqlar  (2014)
 
 

   II Bitik. Tarixi 
coğrafiya
 
 

   III Bitik. Az
ərbaycanda qurulan qədim dövlətlər 
 

   IV Bitik. Tarixi etnoqrafiya  
         

    V Bitik
.  
Mifologiyada tarix 
 

    VI Bitik
Ədəbiyat və folklorda tarix
 
       

    VII BitikAz
ər (türk) dilinin tarixi 
 
 

    VIII Bitik. Tarixi onomastika 
      

    IX BitikAz
ərbaycan türklərinin soykökü  
      
 
 
 
 
 
 
 
 
 


 
Firudin 
Ağasıoğlu 
 
 
 
 
 
 
 
 
 
I  Bitik 
 
TARİXİ 
QAYNAQLAR 
 
 
 
 
 
 
 
 
  
Bakı - 2014 
 
 
Doqqu
 
z Bitik 
A
Z
ƏRBAYCAN TÜRKLƏRININ 
 
İ
SLAMAQ
ƏDƏR TARIXI
 
 


Elmi redaktor:  AMEA-
nın Müxbir üzvü Prof. Dr. Vəli Əliyev,   
                         Prof. Dr. Süleyman 
Əliyarlı  
Redaktor:  Prof. Dr. Ramiz 
Əskər, Həlimə Rzaquliyeva 
 
 
 
Firudin 
Ağasıoğlu.  Azərbaycan  türklərinin  İslamaqədər  tarixi. 
(Doqquz Bitik). I Bitik: Tarixi qaynaqlar. 
Bakı, 2014, «...»,   337 s. 
 
Türkologiya  elmind
ə  analogiyası  olmayan  doqquz  cildlik 
«Az
ərbaycan  türklərinin  İslamaqədər  tarixi» (9  Bitik)  əsəri  bu 
sah
ədə  müəllifin  apardığı 30  illik  tədqiqatın  nətcəsi  kimi  ortaya 
çıxmışdır.  Türk  xalqlarının  tarixi  bu  əsərdə  yeni  konsepsiya  ilə 
yazılmış, «Altay»  nəzəriyəsinin  əksinə  olaraq,  yazarın  gündəmə 
g
ətirdiyi yeni “Urmu” nəzəriyəsilə Ön Asiya türk etnosunun ya-
randığı ilkin coğrafi məkan kimi  müəyyənləşmişdir.  Tarixi qay-
naqlar,  tarixi 
coğrafiya,  Azərbaycanda  qurulan  qədim  dövlətlər, 
tarixi  onomastika,  tarixi  etnoqrafiya,  h
əmçinin  folklor  və  mifo-
logiyada tarix, az
ər türkcəsinin tarixi və azər türklərinin soykökü 
ayrı-ayrı bitiklərdə verilmişdir.  
 
«Tarixi qaynaqlar» adlanan I Bitikd
ə milli və yabançı qay-
naqlara  yeni 
baxış və yeni konsepsiyanın metodları şərh olunur. 
Az
ər türklərinin tarixinə aydınlıq gətirən antropoloji, arxeoloji və 
daş  bəlgələr,
 
qayaüstü  r
əsmlər,
  
yazıöncəsi  işarələr,  damğalar  və
 
yazının  yaranması  digər  türk  xalqlarının
 
tarixil
ə  əlaqəli  şəkildə 
t
ədqiq olunur və türk etnosunun formalaşma tarixindən başlaya-
raq 
İslamaqədərki 10 minillik bir dövrü əhatə edən zaman daxi-
lind
ə gözdən keçirilir.
 
Türkologiyada ilk d
əfə İslamaqədər qonşu 
xalqlar v
ə dövlətlərlə olan əlaqələr verilmiş, tarixi faktlarla türk-
l
ərin ilkin Atayurdunun Ön Asiyada olması göstərilmişdir. Bu isə 
böyük önd
ər Atatürkün uzaqgörənliklə “Anadoluda 7 minil öncə 
d
ə  türklər vardı” deyiminin gerçəkliyini açığa çıxardı.     
 
 
(Mü
əllif hüquqları agentliyi. Şəhadətnamə № 5797) 
                                                                 
© Ağasıoğlu 
© «…» n
əşriyatı, 2000 
 


BAŞLIQLAR 
Önsöz
……...…….………………………………….……….……..6
 
Giriş
………………………………………………………….……..7 
    M
əsələnin qoyuluşu……
………………………….…………..7
 
    Metodologiya
…………….…………………………..………..18
 
    Qaynaqlara 
baxış
……………………………….……….…….26
 
    Milli qaynaqlar
…………………………………..…….……....27
  
    
Yabançı qaynaqlar
……………………………..……………...27
 
1. Antropologiya
……
………………………….…………....... 43
 
2. Arxeologiya

…...………………………
….
………….…... 53
 
Erk
ən daş dövrü
………………

………
……
….…………. 54
 
Orta 
daş dövrü
………….……………………….……...……. 59
 
Yeni 
daş dövrü……
……….………………….……………... 63
 
Mis-
daş dövrü
………………..……….…………………….... 66
 
Tunc dövrü
…………..………………………….……………. 78
 
D
əmir dövrü……
………………………………..…………... 95
 
3. 
Daş bəlgələr
……
…...……………………….……….…..... 114
 
Gil-
daş fiqurlar
………….…………………………….……. 114
 
Daş adam fiqurları 
………………...……………….……… 115
 
Daş heyvan fiqurları
……………………………….………. 121
 
Qaya r
əsmləri
…………………………………….………… 124
 
4. 
Yazıöncəsi işarələr
………...…………………...……....… 129
  
Piktoqram
….………………...…………………...……….… 130
 
Damğa….…
………..….………………………....…………. 134
 
5. 
Yazı
……
………..……..………………………...………..… 140
 
Mixi 
yazı ...
...……….…………………………….………… 144
 
Runik 
yazılar …………………………..…….…………
 149 
6. 
Qonşu xalqlar
 
v
ə
 
dövl
ətlərlə əlaqə
…….….…………….
.. 171
 
    Güney v
ə Güney-Batı qonşular
……..………………….…. 174
 
    
Batı və Quzey-Batı qonşular
……
………………...
……... 222
 
    Quzey v
ə Quzey-Doğu qonşular
…………………….….… 298
 
    
Doğu
 
v
ə
 
Güney-
Doğu qonşular
…………………….…...… 325
 
Ədəbiyat
……………………………..………………….……… 342
 
 
 
 


ÖN  SÖZ 
Az
ərbaycanın tarixinə aid çoxlu kitablar yazılmış, burada yaranan dövlət-
l
ərin tarixi, coğrafi sınırları, ölkənin mədəni və sosial durumu geniş təsvir olun-
muşdur. Lakin bu ölkədə yaşayan, burada dövlətlər quran, minillər boyu etnik-
m
ədəni  dəyərləri  nəsildən-nəsilə  ötürən  insanların  tarixi  kölgədə  qaldığından, 
bugün 
sayı 50 milyonu aşan Azər türklərinin tarixi haqqında indiyəcən əlimizdə 
tutar
lı bir əsər yoxdur. Halbuki, son illərdə bir neçə alimin bu yöndə apardığı 
t
ədqiqatlar öncə bəlli olmayan və ya bəlli olsa da, bilərəkdən əhəmiyət verilmə-
y
ən çoxlu tarixi qaynaqlar, gərəkli bəlgələr ortaya çıxarmışdır. Bu ölkənin möh-
t
əşəm tarixini yaradıb, onu günümüzəcən yaşadan Azər türklərinin tarixini bu-
günkü  n
əsilə çatdırmaq amacı ilə qələmə aldığım bu kitabın ərsəyə gəlməsində 
1975-d
ən  başladığım  araşdırmalarda  damla-damla  toplanan  tarixi  bəlgələrlə 
yanaşı, başqa alimlərin bu yöndə apardığı araşdırmalar da yararlı olmuşdur. 
Elmd
ə yeni konsepsiyanın özü ilə yeni terminologiya gətirməsi doğaldır, 
çünki 
artıq çoxmənalı sözə çevrilmiş bəzi terminlər yeni anlam yükünü daşıya 
bilmir.  Bu 
baxımdan, göz-qulaq alışanacan istəkli oxucunun dözümünə sığına-
raq 
tayfa, q
əbilə, xalq, dövlət sözləri ilə yanaşı uruq, boy, budun, ellik, el, 
h
əmçinin  ilk  səhifədən  qulağımız  alışmadığı  bitik  (kitab)  kimi  bir  çox  sözün 
dilimiz
ə xeyir verəcəyinə inanaraq, onlardan istifadə etmişəm. Çünki yarandığı 
dövrün siyasi-sosial durumunu 
əks etdirən el (xalq-dövlət) sözündə olduğu kimi, 
bir 
sıra  tarixi  terminlərin  türkcə  olan  leksik  mənasında  da  tarix  üçün  gərəkli 
informasiyalar 
yatır, hər elin gerçək tarixi onun öz dilində daha aydın görünür. 
Kitabın  çapa  hazırlanmasında  mənim  üçün  ən  yorucu  iş  buradakı  şəkil, 
sxem  v
ə xəritələrin çəkilməsi idi, texniki işləri də öz əlimlə görmək nə qədər 
ağır olsa da, yazılan hər səhifəni başa vurduqca tapdığım rahatlığı və aldığım 
zövqü  d
ə  vurğulamalıyam.  Mənə  milli  dəyərləri  sevməyi  öyrədən  xocalarıma, 
öyr
əndiklərimi  qələmə  almaqda  mənəvi  dayaq  olan  məsləkdaşlarıma,  bitikləri 
n
əşr edən dostlara və mənə bu kitabı yazmaq üçün evdə illərboyu şərait yaradan 
doğmalarıma da minnətdar olduğumu özəlliklə qeyd etməliyəm. 
 
Ən qədim dövrlərdən başlayaraq, islamlaşma çağlarında ilk ərəb istilaları 
dövrünü d
ə əhatə edən və yeni
 Urmu n
əzəriyəsinin 
elmi 
əsaslarını ortaya qo-
yan  bu 
əsər antropologiya, arxeologiya, tarixi coğrafiya və onomastika, dövlət 
qurum
ları, mədəniyət, etnoqrafiya, dil, folklor, mifologiya, etnogenez bəlgələri 
əsasında 9 kitab (
Doqquz bitik

şəklində yazılmışdır. İnanıram ki, Azər xalqının 
İslamdan sonrakı zəngin tarixini də bu yeni konsepsiya ilə yazanlar olacaqdır. 
Bunu da 
vurğulamaq gərəkir ki, bu bitiklərdə prototürk çağı və üç minil öncəyə 
q
ədərki çağ bütün türk xalqlarına aid ümumtürk tarixi kimi, sonrakı çağlar isə 
protoaz
ər və azər türklərinin tarixi kimi qələmə alınmışdır. 
 
 
Bakı - Xızı,  2000 
 
 
 


GİRİŞ
 
 
   Bir Ta
ñrı qutuna alqış!
 
 
Dünyada  ilk  insan 
əcdadlarının yarandığı azsaylı 
antropogenez  bölg
ələrindən  biri  olan  Azərbaycan  
yerl
əşdiyi  geosiyasi  ərazinin  təbii  şəraitinə  görə 
ən  qədim  çağlardan  davamlı  yaşayış  məskənləri 
il
ə  də  ətraf  bölgələrdən  seçilmişdir.
1
 
Q
ədimdən 
İslam öncəsi dövrlərəcən bu ölkə batıdan doğuya, 
doğudan  batıya,  güneydən  quzeyə  və  əksinə  hərəkət  edən  ayrı-ayrı  köç 
axınlarının dörd yol ayrıcına çevrilsə də, burada gəlmə xalqların tutumlu 
etnik d
əyişmələrə səbəb ola biləcək kütləvi yerləşməsi olmamışdır. Arxe-
oloji,  mifoloji,  etnoqrafik,  onomastik, 
yazılı  qaynaqlara  görə,  son  beş 
minild
ə Azərbaycana və sərhəd bölgələrə, qonşu ölkələrə gəlib yerləşən 
v
ə ya gəlib buradan keçən sumer,
 
sami,
 
het,
 
hay

hurri-urartu, iran, qafqaz 
v
ə monqol
 
dilli
 
xalqların
 
regiona
 
g
əlmə
 
tarixi b
əllidir.
 
Ancaq
 
qon
şu böl-
g
ələrdə elam, hat və qafqazdilli boylar, Doğu Anadolu və Azərbaycanda 
is
ə prototürklər yerli xalq olduğundan onların bura gəlmə tarixi yoxdur. 
Ümumtürk  v
ə azər tarixinə bu yöndən yanaşanda indiyə qədər regionun 
etnik tarixin
ə aid yazılmış
 
əsərlərdə
 
yanlış
 
şərhlərin,
 
deyilmiş fikirlərdəki 
ziddiy
ətlərin səbəbi aydın görünür,
 
indiy
əcən
 
ortaya
 
çıxan suallara gerçək 
cavabla
rın verilə bilməməsi də problemə yanlış yanaşmanın sonucudur.  
Burada 
qarşıya  qoyulan  məqsəd  Azərbaycan  tarixçilərinin  indiyə 
kimi  getdiyi elmi yolun 
yanlış olması ilə bağlı son illərdə aparılan bəsit 
v
ə mənasız polemikanın davam etdirilməsi deyil. Məqsəd türk etnosunun 
Ön Asiyada 
yarandığını, prototürk dilinin məhz burada ərsəyə gəldiyini, 
do
ğuya türk kulturunu buradan aparan bəzi türk boylarının zaman-zaman 
Az
ərbaycana qayıtdığını, buradakı dövlətlərin yaranmasında türk boyları-
nın rolunu, azər xalqının kultur dəyərlərini və etnogenezini aydınlaşdıran 
İslamaqədərki  qaynaq  və  tarixi  bəlgələri  ortaya  çıxarmaqdır.  Bu  yöndə 
apa
rılan tədqiqatda təkcə tarix elminin deyil, tarixi coğrafiya, etnologiya, 

Doğrudur,
 
Az
ərbaycan xoronimi (ölkəadı)
 
orta
 
əsrlərdə daha geniş əraziləri əhatə etmiş-
dir, lakin burada 
işlətdiyimiz Azərbaycan adı bugünkü siyasi-inzibati mənada deyil, ərəb 
isti
lası
 
çağlarında  azər  boylarının  yaşadığı  Dərbənd-Borçalı-İrəvan-Mosul-Kərkük-Hə-
m
ədan-Xəzər boyu ilə sınırlanan bir etnik-coğrafi bölgə anlamındadır.  
 
M
əsələnin 
qoyuluşu 
 

                                                 

mifologiya,
 
folklor
 
v
ə
 
dilçilik
 
elminin  verdiyi  bilgil
ərə  söykənən  komp-
leks  metodikadan  istifad
ə  olunmuşdur.
 
T
ədqiqatın  mövzusundan  kənarda 
qalan dig
ər türk xalqlarının tarixi haqqında ayrı-ayrılıqda geniş fikir söy-
l
əmək imkanı olmasa da, azər xalqı türk toplumunun bir parçası olduğun-
dan b
əzi ümumtürk məsələlərinə də burada yer ayrılmışdır. 
Elmi 
ədəbiyatda Doğu (Şərq) və Batı (Qərb) mədəniyəti deyilən bir 
anlayış dərin kök salmışdır. Lakin nəzərə almaq lazımdır ki, Misirdən  Çinə 
q
ədər uzanan Qədim Doğu mədəniyəti üç fərqli mədəniyət regionuna ay-
rılır. Orta mövqedə yerləşən İkiçayarası-Orta Asiya bölgəsi batıda mərkəzi 
Misir olan, 
doğuda isə mərkəzi Çin olan Doğu mədəniyətlərindən köklü 
şəkildə  fərqlənir.  Bu  fərq,  təkcə  etnik  faktorla  deyil,  həm  də  arxeoloji 
xüsusiy
əti, sosial durumu və özəl kultur nümunələri ilə görünür.

 
Türk etnosunun 
formalaşdığı orta regionun tarixi bura gəlmə xalq-
ların tarixinə əsasən yazıldığı üçün proto-azər və azər tarixi üzərinə qara 
p
ərdə çəkilmiş, bu regionun ortasında olan Azərbaycanın etnik tarixi öy-
r
ənilməmişdir.
 
Bunun  s
əbəblərindən biri türklərin Atayurdunu Orta Asi-
yadan 
batıda deyil, doğuda axtaran qondarma «Altay nəzəriyəsi» olmuş-
dur. Bir 
başqa səbəb isə Ön Asiyanın qədim etnik tarixinə batılı müəllif-
l
ərin qərəzli
 
ba
xışı
 
v
ə
 
tür
koloqların
 
bu  m
əsələlərə
 
etinasız münasibətidir. 
Ona  gör
ə də,
 
Doğu
 
m
ədəniyətinin
 
h
ər iki ucda
 
doğu
 
v
ə
 
batı qanadlarını 
forma
laşdıran etnoslardan fərqli olaraq, orta qanadı yaradan etnoslar sıra-
sında türklərin qədim dünya sivilizasiyasına verdiyi kultur dəyərləri hələ 
obyektiv qiym
ətini almamışdir. 
  Türk etnosu Ön Asiyada 
doğulub buradan ətraf bölgələrə dağılmış, 
türk  dili  buradan  bütöv  Avrasiyaya 
yayılmışdır. Antropoloji, arxeoloji, 
mifoloji b
əlgələrdə aydın görünən bu durum dil faktları ilə də təsdiq olu-
nur.  Lakin  Avropa  aliml
ərinin  son  əsrlərdə  türkoloqlara  təlqin  etdikləri 
«Altay n
əzəriyəsi» türklərin Ata yurdunu Ön Asiyada deyil, Mərkəzi Asi-
yada  axtar
mağa
 
m
əcbur
 
etmişdir. Fəqət hansı konkret arxeoloji kultura 
söyk
əndiyi bilinməyən bu ocağın yeri isə orada bugünəcən tapılmamışdır. 

Burada m
ədəniyət və kultur sözləri fərqli anlamda işlənir: sənət, yazı, mətbəx, geyim, 
davranış, yaşam tərzi, arxeologiya kimi onlarla konkret sahələrdə yaranmış milli dəyər-
l
əri bildirmək üçün keçən əsrin ortalarınacan işlətdiyimiz beynəlxalq kultur termininin 
yenid
ən  dilimizə  qaytarılması  dünya  xalqlarının  yaratdığı  kultur  dəyərlərin  qarşılıqlı 
əlaqəsi ilə formalaşıb ümumbəşəri mahiyət daşıyan çoxmənalı mədəniyət (sivilizasiya) 
terminini 
əlavə məna yüklərindən azad edir. Terminlər nə qədər təkmənalı olursa, onun 
elmi informasiya 
aydınlığı bir o qədər yüksək olur.   
 

                                                 

Halbuki türk-monqol-tunqus
 
dill
ərinin
 
sübut olunmayan qohum
luğu üzə-
rind
ə
 
qurulan
 
bu
 
n
əzəriyə ortalığa çıxan bir çox suala cavab verə bilmir. 
 Son  ill
ərdə bu nəzəriyənin yanlış olduğunu
 
yazan,
 
türk-monqol
 
dil 
paralell
ərinin
 
etnogenetik
 
deyil

sonrakı əlaqə nəticəsində yarandığını elmi 
metod v
ə bəlgələrlə sübut edən G. Clauson, V. Kotviç, B. A. Serebrenni-
kov, Q. D. Sanjeyev, G. Dörfer, F. R. Zeynalov, A. M. 
Şerbak kimi tanın-
mış komparativist və türkoloq alimlərin sayı artmaqdadır.
3
 
Bu yönd
ə apa-
rılan tədqiqatların nəticələri artıq dünya türkoloqlarının ali  məclisi olan 
son bir neç
ə türkoloji qurultayda gündəmə gətirilmişdir. 
N
ə üçün türk bəlgələri m.ö. IV-I minillərdə Ön Asiyada, m.s. I mi-
nillikd
ə isə Orta Asiyadan doğuda ortaya çıxır? Nə üçün avropoid türk 
boylarında monqoloid cizgilər batıdan doğuya getdikcə çoxalır? Bu kimi 
suallara  cavab  tapmayan  Altay  n
əzəriyəsi etnogenez məsələsində elmdən 
uzaq daha bir 
yanaşma metoduna yol açmış olur: bu metoddan istifadə 
ed
ənlər təkcə azərləri deyil, əksər türk xalqlarını «türkləşmiş xalq» kimi 
q
ələmə verirlər. Bugün yer üzündə elə bir türk xalqı yoxdur ki, ona «türk-
l
əşmiş xalq» damğası vurulmasın.
4
 
 
Türk etnosunu yerli xalq saymayan «g
əlmə türklər», «türkləşmə» 
konsepsiyası
 
Az
ərbaycan
  
tarixçiliyind
ə
 
çoxdan
 
d
ərin
 
kök
 
salmışdır.
 
İlk dəfə 
bu  konsepsiyaya 
qarşı  dövlət  səviyəsində  akademik-katib  M.  Cəfərovun 

Котвич, 1962;  Зеjналов, 1981, 6-7;  Дёрфер, 1972, 1981. 
4
 «
Krım tatarları türkləşən german əsilli qotlar-tavrlardır» (Богушь

1806,
 
93,
 
282);
 
«Tatar, 
başqord xalqları türkləşmiş uqor və ostyaklardır» (ПСДК, 190); «Qaraqalpaqlar türkləş-
miş  irandilli  tayfalardır» (ЭИАСА, 1979, 154); «Xakaslar  avropoidlərlə  monqoloid 
türkl
ərin qarışığıdır» (ПСДК, 197); «Azərbaycan və Anadolu türkləri türkləşmiş xalq-
lardır» (Алексеев, 1986); «Balkarlar türkləşmiş osetinlərdir» (Калоев, 130); «Tuvalar 
türkl
əşmiş  samodilərdir» (Этнонимы,  1970, 219); A.Karimulin  yazır  ki,  hətta  qədim 
bulqarla
rı da B. Florinski, D. İlovayski türkləşmiş slavyan, Q.Tsenov frak, V. Sirotenko, 
A.Smirnov irandilli sarmat-alan hesab 
etmişlər (Каримуллин, 1976, 22-23).  
    XIX 
əsrdən başlanan bu üsul Azərbaycanda İ. Əliyevin başçılığ ilə yazılan tarix kitab-
la
rında  geniş  istifadə  olunur  (AT, 1998). Bu  konsepsiyaya  görə
 
Yer
 
üzünd
ə  «yeri
 
ol-
mayan» (b
əlkə, göydən zənbillə düşüblər?!) türk xalqlarının etnogenezinə qərəzli müna-
sib
əti aydın göstərən belə misalların sayını xeyli artırmaq olar. Lakin bu «elmi» konsepsi-
yada  bir 
şey aydın deyil: görəsən, bütöv Avrasiyaya yayılmış bu qədər «türk olmayan 
xalqlar» 
hansı möcüzəli texnika ilə türkləşiblər? Necə olub ki, o boyda azərlər türkləşib, 
amma son minild
ə onların içində yaşayıb öz dilini saxlayan azsaylı xalqlar o «texnika»nı 
görm
əyib? Bu
 
da
 
q
əribə
 
haldır ki,
 
əsasən islamlaşma dövrünə aid edilən «kütləvi dildə-
yişmə oyunu» niyə İslam dinini yayan dillə
 
«
ərəbləşmə»
 
yox

m
əhz
 
«türkl
əşmə»
 
olayı
 
il
ə 
n
əticələndi?
 
 

                                                 

r
əhbərliyi altında Azərbaycan Elmlər Akademiyasında dilçi-tarixçi alim-
l
ərin  birgə  keçirdiyi  elmi-nəzəri  müşavirədə  (1984)  kəskin  münasibət 
bildiril
ərək, mövcud qüsurlu konsepsiyanın islah edilməsi təklif olunmuş, 
Az
ərbaycanda yerli və bura qayıdan türk boylarının qovuşması ilə m.ö. I 
minilliyin 
ortalarında  azər-türk  dilinin  formalaşması  konsepsiyası
 
ir
əli 
sürülmüşdür.
5
 
Bu haqda 
informasiyanın dövlət mətbuatında dərc olunması 
az
ər türklərini aborigen sayan, bu sahədə dəyərli əsərlər yazan alimlərdə 
daha d
ərin axtarışlara baş vurma ovqatını artırmış, ayrı-ayrı elm və tədris 
ocaqlarında etnogenezə dair elmi seminarlar keçirilmişdir.
6
 
 
Əgər 1984-də 
m
ənim də iştirak etdiyim müşavirədə bizim əlimizdə çox az fakt vardısa, 
indi bu sah
ədə əldə olunan elmi dəlil və sübutlar böyük bir sistem təşkil 
edir. Bu yönd
ə başqa türk xalqlarının da tarixini araşdırıb dəyərli əsərlər 
yazan aliml
ər vardır.
7
 
Kökünd
ən ayrılıb yad mühitə düşən xalqlar yeni yurdda əriməmək 
üçün ya 
əski yurdları ilə əlaqələri qırmamalı, ya da getdikləri ölkədə yerli 
xalqdan
 
sayca
 
çox
 
olmalıdırlar.  Azərbaycandan  doğuya  köçən  boyların 
türk  dilini  mühafiz
ə etməsinin səbəblərindən biri məhz qədim türk yurdu 
Orta Asiya
nın ortada körpü rolunu oynaması idi. Dünya tarixində 100-dən 
artıq bənzəri olmayan dövlət və imperiya qurmuş türk toplumunun özə-
5
  
«Бакинский рабочий» гяз., 20 апрел 1984; «Коммунист» гяз.,15 май 1984. 
6
 Bu  k
onsepsiyanın dərinləşib təkmilləşməsinə xidmət edən tanınmış dilçilər - Ə. Də-
mirçizad
ə,
 
F. Zeynalov,
 
T. 
Hacıyev

A. M
əmmədov

E. 
Əlibəyzadə, N. Xudiyev, Ə. Ta-
hirzad
ə,  A.  Rəhimov,  tarixçilər  -  Y.Yusifov,  S.  Əliyarlı,  M.  İsmayılov,  arxeoloqlar  - 
M.Hüseynov,  V. 
Əliyev,  F.  Mahmudov,  mifoloq  və  folklorçular  -  M.  Seyidov,  A. 
Acalov, B. Abdullayev,
 
Ə. Əsgər,
 
M.Tant
əkin,
 
şərqşünaslar
 
-
 
Ə. Elçibəy,
 
M. Zehtabi, M. 
Mahmudov, 
Ə. Səfərli, etnoqraflar - Q. Qeybullayev, X. Xəlilov və digər sahə alimləri B. 
Budaqov,  X.  M
əmmədov, Nurəddin Rzayev, Nəsir Rzayev, H. Həsənov, Y. Oğuz, B. 
Tuncay, R. Hüseyinov, Q. Hümb
ətov və başqa ziyalıların araşdırmaları müxtəlif elmlə-
rin 
işığında Azər türkləri tarixinin görünən özəlliyinə aydınlıq gətirmişdir.  
   H
əsən Həsənov «Türkşünaslığın bəzi problemləri» adlı məqaləsində türklərin müxt-
əlif  çağlarda  Azərbaycanda məskunlaşması  haqqında  ayrı-ayrı  alimlərin irəli sürdüyü 
fikirl
əri beş versiya üzrə qruplaşdırmış, bunlardan dördündə türklərin müxtəlif çağlarda 
Ön Asiyaya, h
əmçinin Azərbaycana gəlmə xalq olması fikrinin irəli sürüldüyünü və yal-
nız  Ağasıoğlunun  (F.Cəlilovun)  yazılarında  əks  olunmuş  beşinci  versiyanın  türklərin 
burada yerli xalq olması fikrinə dayandığını göstərmişdir (Həsənov, 2002, 143-144).  
7  
Kırzıoğlu,  1953,  1965,  1992;  Yavuz,  1968;  Togan,  1981;  Koşay,  1984;  Günaltay, 
1987; Ayda, 1987, 1992; Kafes
oğlu,  1989;  Tuna,  1990;  Memiş,  2002;  Mirşan,  1970, 
1997; Karatay, 2000, 2003; 
Антонов, 1970, 1984; Мусаев, 1975, 1984; Закиев, 1995, 
Z
əkiev, 1998; Амонжолов, 1971, 1974, 1978; Сулейменов, 1975; Бекмырадов, 1987; 
Мизиев, 1986, 1990; Фəттах, 1990 və başqaları.  
 
10 
                                                 

yind
ə doğulan azərləri «türkləşmiş xalq» adlandırmaq Azərbaycan tarix 
elmin
ə başucalığı yox, utanclı ayıb gətirər.
 
Türkl
əşmə olayı o
 
vaxt gerç
ək-
l
əşir ki, yaddilli tayfa kiçik qruplar şəklində türk yurduna gəlir. Xilafət 
çağında hərbi qarnizon yaratmaq  məqsədilə Azərbaycana köçürülən az-
say
lı ərəb tayfaları sonralar burada azər xalqına qarışıb türkləşdiyi kimi, 
yad mühit
ə düşən türklər də yerli xalqların içində zaman-zaman ərimişlər. 
Tuna  bulqar
ları Balkanda dövlət qursa da, xristianlaşaraq çoxsaylı yerli 
slavyan toplumu içind
ə əriyib dilini itirdi. Dalbadal Güney Rusiya çöllə-
rin
ə
 
köç
ən hun, xəzər, peçeneq, kuman boyları orada zaman-zaman
 
əridi, 
az  bir  qismi  y
əhudi (karaim) və islam (karaçay-balkar) dininin gücünə, 
çoxsaylı İtil bulqarları isə (tatar-başqord) digər türklərlə əlaqəni kəsmə-
diyi üçün assimilyasiyadan qurtara bildi. Avropada saqa, as, etrusk, hun, 
avar 
boyları da yad mühitdə dilini itirib ərimişlər.  
  Ortaq ünsiy
ət vasitəsi kimi azər-türk dili Qafqaz və İranda yaşayan 
başqa dilli xalqların ikinci dili olmuşdur. Bu dilin regionda uluslararası 
ünsiy
ət dili olduğunu bura gələn səyyahların əksəriyəti yazmışdır.
8
 
 Bel
ə 
ikidilli durum (bilinqvizm
rusların Qafqaza gəlişinə qədər daha geniş coğ-
rafiyada
 
davam
 
etmişdir.
9


Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə