Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 220,6 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix21.03.2017
ölçüsü220,6 Kb.
#12111
  1   2

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 27 (21.688)

8 fevral 2017-ci il, çərşənbə

www.serqqapisi.az

Qiyməti 20 qəpik

    Təbii ki, ötən ayın ümumi mən-

zərəsinə nəzər saldıqda muxtar res-

publikanın həyatında ən önəmli ha-

disə  Azərbaycan  Respublikasının

Prezidenti  cənab  İlham  Əliyevin

Naxçıvan  Muxtar  Respublikasına

səfəridir.  Yanvarın  11-də  ölkə

 başçısının ümummilli lider Heydər

 Əliyevin  Naxçıvan  şəhərinin

mər kəzində  ucaldılan abidəsini zi-

yarət etməklə başlanan səfəri muxtar

respublikada  bir  sıra  mühüm  ob-

yektlərin  istifadəyə  verilməsi  ilə

yadda  qalıb.  Belə  ki,  dövlətimizin

başçısı ilk olaraq  Ordubad Su Elek-

trik Stansiyasının təməlqoyma mə-

rasimində  iştirak  edib.  Sonra  isə

Prezident İlham Əliyev Culfa rayon

mərkəzi  və  ətraf  kəndlərin  içməli

su təchizatı və kanalizasiya sistem-

lərinin istifadəyə verilməsi mərasi-

mində, Naxçıvan şəhərində Naxçıvan

Muxtar Respublikası Fövqəladə Hal-

lar  Nazirliyinin  zabit  və  gizirləri

üçün inşa olunmuş yaşayış binasının,

Əlahiddə  Ümumqoşun  Ordusunun

“N”  saylı  hərbi  hissəsindəki  əsgər

yataqxanasının  və  Əsgəri-Məişət

Kompleksinin, Şahbuz rayon mər-

kəzi  və  ətraf  kəndlərin  içməli  su

təchizatı və kanalizasiya sistemlərinin

açılışlarında iştirak edib. Səfərinin

sonunda Naxçıvan şəhər 3 nömrəli

tam orta rus məktəbi binasının əsaslı

yenidənqurmadan  sonra  istifadəyə

verilməsi  mərasimində  çıxış  edən

dövlət  başçısı  deyib:  “Naxçıvan



Muxtar  Respublikasında  yenidən

olmağımdan çox şadam. Çox şadam

ki, Naxçıvan uğurla, sürətlə inkişaf

edir, böyük quruculuq, abadlıq işləri

aparılır. Bu, mənim Prezident kimi

muxtar  respublikaya  sayca  13-cü

səfərimdir.  On  üç  il  ərzində  on

üçüncü dəfədir ki, Naxçıvandayam.

Bu rəqəm özlüyündə bir göstəricidir,

onu göstərir ki, Naxçıvanın inkişafı

daim  diqqət  mərkəzindədir.  Ulu

öndər Heydər Əliyev həmişə Nax-

çıvana  böyük  diqqətlə  yanaşırdı,

respublikanın problemlərinin həlli

üçün  müvafiq  göstərişlər  verirdi

və böyük qayğı göstərirdi. Mən də

bu siyasəti davam etdirirəm və Nax-

çıvana  həmişə  çox  böyük  diqqət

verilir, böyük qayğı göstərilir. 

    Çox  şadam  ki,  respublikanın

uğurlu inkişafı təmin edilir. Bu mü-

nasibətlə respublikanın rəhbərliyini

və sakinlərini təbrik etmək istəyirəm.

Doğrudan da son illər ərzində Nax-

çıvan böyük inkişaf yolu keçmişdir.

Naxçıvan  şəhərinin  abadlaşdırıl-

ması, gözəlləşdirilməsi, infrastruktur

layihələrinin icrası, bütün şəhər və

kəndlərin abadlaşması prosesi onu

göstərir  ki,  respublika  möhkəm

ayaqda dayanır. Hesab edirəm ki,

bu gün Naxçıvan Muxtar Respub-

likasının çiçəklənmə dövrüdür. Çün-

ki  bütün  istiqamətlər  üzrə  işlər

uğurla gedir və gözəl nəticələr var”.

    Azərbaycan  Respublikasının

 Prezidenti  cənab  İlham  Əliyev

Naxçıvana səfərinin ertəsi günü Nax-

çıvan Muxtar Respublikasının sosi-

al-iqtisadi inkişafının sürətləndiril-

məsinə dair əlavə tədbirlər haqqında

Sərəncam imzalayıb. Sərəncama əsa-

sən, Naxçıvan Muxtar Respublika-

sının sosial-iqtisadi inkişafının daha

da sürətləndirilməsi məqsədilə Azər-

baycan  Respublikasının  2017-ci il

dövlət büdcəsində nəzərdə tutulmuş

Azərbaycan Respublikası Prezidenti -

nin  ehtiyat  fondundan  Naxçıvan

Muxtar  Respublikasının  Nazirlər

Kabinetinə 5,0 (beş) milyon manat

ayrılıb.


    Son illər Azərbaycan Respublikası

ilə İran İslam Respublikası arasında

qarşılıqlı əməkdaşlıq münasibətləri

daha da inkişaf edərək özünün yeni

mərhələsinə qədəm qoyub. İqtisadi,

siyasi,  humanitar  sahələrdə  əldə

olunmuş  müsbət  nəticələr  iki  ölkə

arasında  nəqliyyat  sektorunun  da

inkişaf etdirilməsinə şərait yaradıb.

Ötən  il  dekabrın  29-da  Naxçıvan-

Təbriz-Tehran-Məşhəd  beynəlxalq

sərnişin qatarının Naxçıvandan İran

İslam Respublikasına yola düşməsi

regionumuz üçün əhəmiyyətli hadi-

sələrdən biri kimi xatırlanır. 2017-ci

il yanvarın 3-də adıçəkilən qatar ilk

sərnişinlərini  İran  İslam  Respubli-

kasından Naxçıvan Muxtar Respub-

likasına  çatdırıb.  Həftədə  iki  dəfə

fəaliyyət göstərən qatar Naxçıvanla

İran İslam Respublikası arasında in-

kişaf edən əlaqələrin məntiqi nəti-

cəsidir.  Xatırladaq  ki,  Naxçıvan-

Təbriz-Tehran-Məşhəd  beynəlxalq

sərnişin  qatarının  fəaliyyətə  başla-

ması “Azərbaycan Respublikası Hö-

kuməti ilə İran İslam Respublikası

Hökuməti  arasında Azərbaycan  və

İran dəmir yollarının əlaqələndiril-

məsi haqqında” 2016-cı il fevralın

23-də Tehran şəhərində imzalanmış

Çərçivə Sazişində öz əksini tapıb. 

    Naxçıvan Muxtar Respublikasının

hərtərəfli  inkişafında  yaşayış  mən-

təqələrinin abadlaşdırılması mühüm

yer tutur. Muxtar respublika sakin-

lərinə  göstərilən  dövlət  qayğısının

nəticəsidir ki, hazırda ən ucqar kənd

yaşayış məntəqələrində də kompleks

quruculuq işləri görülür, yeni yollar

salınır,  təhsil,  səhiyyə,  mədəniyyət

obyektləri istifadəyə verilir, əhalinin

rahat yaşamaq imkanları artır. Kom-

pleks  quruculuq  tədbirlərinin  apa-

rıldığı kənd yaşayış məntəqələrində

belə  layihələrin  həyata  keçirilməsi

cari ildə də davam etdirilir. Yanvarın

5-də  Naxçıvan  şəhərinin  Tumbul

kəndində cari ilin ilk yeni quruculuq

obyektlərinin  açılışı  olub.  Həmin

gün Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin iştirakı ilə Tum-

bulda  kənd  və  xidmət  mərkəzləri,

Naxçıvan şəhər 13 nömrəli  tam orta

məktəbin binası istifadəyə verilib.

    Məktəbin açılış mərasimində çı-

xış edən Ali Məclisin Sədri deyib:

“Bu  gün  ümummilli  liderimizin

yolunu uğurla davam etdirən ölkə

Prezidenti təhsilin inkişafına xüsusi

diqqət və qayğı göstərir, bu sahədə

lazımi normativ hüquqi aktlar qə-

bul olunur. Hazırda ölkəmizdə təh-

silin bütün pillələri təmin edilmiş,

gənc nəsil üçün müasir tədris şə-

raiti yaradılmışdır. Bununla yanaşı,

gənc lərin xarici ölkələrdə ali təhsil

alması  üçün  də  dövlətimiz  tərə-

findən lazımi köməklik göstərilir.

Bir  sözlə,  Azərbaycan  dövləti  öz

gələcəyini təmin etmək üçün gənc -

lərin hərtərəfli təhsil alması qay-

ğısına qalır. Yaradılan şəraitin nə-

ticəsi olaraq isə vətənpərvər, təhsilli

və peşə sahibi olan gənclər yetiş-

dirilir. Bu da həm cəmiyyət, həm

də  dövlət  üçün  vacib  məsələdir...

Məktəbin nailiyyətləri onu deməyə

imkan  verir  ki,  burada  müəllim-

şagird münasibətləri qarşılıqlı hör-

mət və tələbkarlıq əsasında quru-

lub. Yaradılan müasir tədris şəraiti

gələcəkdə  nailiyyətlərin  daha  da

artmasına  imkan  verəcək,  mək-

təbdə təhsilli və vətənpərvər gənclər

yetişdiriləcəkdir”. 

    Həmin gün Tumbulda içməli su

və kanalizasiya şəbəkəsinin də açılışı

olub. 


    “Su  Təchizatı  və  Kanalizasiya

İnvestisiya Proqramı” layihəsi üzrə

kənddə 18 kilometrdən artıq içməli

su və 15 kilometr uzunluğunda ka-

nalizasiya şəbəkəsi çəkilib, mənzil-

lərdə sayğaclar quraşdırılıb. Kənddə,

ümumilikdə, 503 abonent içməli su

və kanalizasiya şəbəkəsinə qoşulub.

Görülən işlərlə yanaşı, Tumbul kən-

dində 2 kilometrlik kənddaxili av-

tomobil yoluna asfalt örtük salınıb,

beton  kanal  çəkilib  və  5  su  keçidi

qoyulub. Bundan əlavə, kənddə ra-

bitə xətləri yenilənib, 2740 metrlik

müxtəlif  tutumlu  kabel  xətti,  800

metrlik elektrik xətti, 230 metr yeraltı

elektrik xətti çəkilib, qaz xətlərində

təmir işləri aparılıb.

    Yanvarın 7-də isə beşinci çağırış

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin  dördüncü  sessiyası  ke-

çirilib.  Sessiyanın  müzakirəsinə

2016-cı ildə Naxçıvan Muxtar Res-

publikasının sosial-iqtisadi inkişa-

fının  yekunları,  Naxçıvan  Muxtar

Respublikasının  2017-ci  il  dövlət

büdcəsinin təsdiq edilməsi, Naxçıvan

Muxtar Respublikası Dövlət Sosial

Müdafiə Fondunun 2017-ci il büd-

cəsinin təsdiq edilməsi, “İnsan orqan

və ya toxumalarının transplantasiyası

haqqında”  Naxçıvan  Muxtar  Res-

publikası Qanununun qəbul edilməsi,

Naxçıvan Muxtar Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) hesabatı kimi mə-

sələlər  verilib.  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisinin  Sədri

sessiyada məruzə edərək muxtar res-

publikada müxtəlif sahələrin inkişafı

haqqında danışıb, ötən il əldə olun-

muş uğurlu nəticələrdən bəhs edib.

Həmin gün Naxçıvan Muxtar Res-

publikası  Konstitusiyasının  24-cü

maddəsinin I hissəsinin 9-cu bəndinə

uyğun  olaraq  müasir  elmi  nailiy-

yətlərə və tibbi təcrübəyə əsaslanaraq

insan  orqan  və  ya  toxumalarının

transplantasiyası (köçürülməsi) ilə

bağlı münasibətləri tənzimləyən “İn-

san  orqan  və  ya  toxumalarının

transplantasiyası haqqında” Naxçı-

van Muxtar Respublikasının Qanunu

qəbul edilib.

    Naxçıvan  Muxtar  Respublika-

sında əhalinin sağlamlığının qorun-

ması qarşıda duran ən mühüm və-

zifələrdən biri hesab olunur. Bu sa-

həyə  göstərilən  dövlət  qayğısının

nəticəsidir ki, ötən dövrdə muxtar

respublikanın şəhər və rayonlarında

müxtəlif  idman  obyektləri  tikilib,

uşaq,  yeniyetmə  və  gənclərin  id-

manla məşğul olmaları, onların asu-

də vaxtlarının səmərəli keçirilməsi

üçün hərtərəfli şərait yaradılıb. Bu

sahədə  görülən  işlərin  nəticəsidir

ki,  son  illər  muxtar  respublikada

gənclərin  idmana  marağı  daha  da

artıb, idmançılarımız ölkə və dünya

əhəmiyyətli idman yarışlarında iş-

tirak edərək uğurlu nəticələrə imza

atıblar.  İdmana  göstərilən  diqqət

həm də onda özünü göstərir ki, hər

il muxtar respublikada bədən tərbi-

yəsi  və  idmanın  hazırkı  vəziyyəti

ilə bağlı keçirilən müşavirələrdə id-

man  qurumları  və  federasiyaların

fəaliyyəti  müzakirə  edilir,  qarşıda

duran  vəzifələr  müəyyənləşdirilir.

Məhz  yanvar  ayının  önəmli  hadi-

sələrindən biri də ötən ayın 14-də

Naxçıvan Muxtar Respublikası Ali

Məclisində “Naxçıvan Muxtar Res-

publikasında bədən tərbiyəsi və id-

manın hazırkı vəziyyəti və qarşıda

duran  vəzifələr”  barədə  müşavirə

keçirilməsidir.  Naxçıvan  Muxtar

Respublikası Ali  Məclisinin  Sədri

müşavirədə gənclərin asudə vaxtının

səmərəli təşkilində, onların sağlam

böyüməsində və gələcəyə hazırlan-

masında idmanın  əhəmiyyətindən

bəhs edərək gənclərin idman növ-

lərinə marağının artırılması ilə bağlı

aid  təşkilatlara  və  federasiyalara

tapşırıqlar verib. Bildirilib ki, bədən

tərbiyəsi və idmanla məşğul olmaq

təkcə  yarışlarda  iştirak  etmək  və

yüksək nailiyyət əldə etmək məqsədi

daşımır; bu, eyni zamanda xəstəlik

və zərərli vərdişlərin qarşısının alın-

masını,  əhali  sağlamlığının  təmin

olunmasını  da  nəzərdə  tutur.  Bu

xüsusatı əsas götürərək ona nail ol-

malıyıq ki, muxtar respublikada bə-

dən  tərbiyəsi  və  idman  sahəsində

yaradılanlardan bütün vətəndaşlar,

o cümlədən gənclər səmərəli istifadə

etsinlər.  Ona  görə  də  Gənclər  və

İdman Nazirliyi, idman federasiya-

ları muxtar respublikada idman növ-

lərinin inkişaf etdirilməsi, gənclərin

idmana cəlbi, idmanın kütləviliyinin

artırılması sahəsində fəaliyyətlərini

gücləndirməlidirlər.

    Naxçıvan Muxtar Respublikasının

qonşu Türkiyə Respublikası və İran

İslam Respublikası ilə əlaqələri hər

ötən gün daha da genişlənir. Əsası

xalqımızın ümummilli lideri Heydər

Əliyev tərəfindən qoyulan bu əlaqələr

hazırda hər iki qonşu ölkə ilə uğurla

davam etdirilir. Muxtar respublikanın

sosial-iqtisadi inkişafının ilbəil yük-

səlməsi isə regionun xarici iqtisadi

əlaqələrinin möhkəmlənməsinə im-

kan  verir.  2017-ci  ilin  yanvar  ayı

həm də Naxçıvan Muxtar  Respub-

likasının xarici iqtisadi əlaqələrinin

inkişaf etdirilməsi baxımından əhə-

miyyətlidir. Belə ki, yanvarın 16-da

Türkiyə  Respublikası  İqtisadiyyat

Nazirliyinin nümayəndə heyəti Nax-

çıvana  səfəri  çərçivəsində  muxtar

respublikanın yerli istehsal müəssi-

sələrində  olub,  ixrac  potensialı  ilə

maraqlanıb. Naxçıvan Muxtar Res-

publikası  İqtisadiyyat  Nazirliyinin

təşkilatçılığı ilə Türkiyədən gəlmiş

nümayəndə  heyəti  üzvlərinin  yerli

sahibkarlarla görüşü keçirilib. Tür-

kiyənin ölkəmizdəki səfirliyinin və

Naxçıvandakı  Baş  Konsulluğunun

nümayəndələrinin  də  iştirak  etdiyi

tədbirdə muxtar respublikada istehsal

olunan  məhsulların  qardaş  ölkəyə

ixrac edilməsi imkanları barədə fikir

mübadiləsi aparılıb.

     20 Yanvar hadisələri xalqımızın

qəhrəmanlıq səhifəsində mühüm yer

tutur.  Bu  hadisə  nə  qədər  faciəvi

olsa da, Azərbaycan xalqının iradə-

sini, milli azadlıq uğrunda mübarizə

əzmini qıra bilmədi. Həmin gün hə-

lak  olan  vətən  oğulları  xalqımızın

tarixinə parlaq səhifə yazdılar, milli

azadlığımız və suverenliyimiz üçün

yol açdılar. Buna görə də bu tarixi

gün  hər  il  ölkəmizdə  qeyd  olunur.

Bu il də 20 Yanvar hadisələrinin il-

dönümü  muxtar  respublikanın  hər

yerində kütləvi şəkildə qeyd edilib.

Yanvarın  20-də  saat  12

00

-da Azər-



baycanın bütün ərazilərində olduğu

kimi,  Naxçıvan  Muxtar  Respubli-

kasında da doğma yurdunun, xalqının

azadlığı uğrunda şəhidlik zirvəsinə

ucalan Vətən övladlarının əziz xa-

tirəsi bir dəqiqəlik sükutla yad edilib,



İcmal

 Naxçıvan  Muxtar  Respublikası  yeni  inkişaf  mərhələsinə

qədəm qoyub. 2017-ci ilin ilk ayının yekunları da muxtar res-

publikanın gələcək inkişafında yeni imkanlardan lazımınca

istifadə  olunacağı  qənaəti  yaradır.  Bəs  cari  ilin  yanvar  ayı

Naxçıvan üçün hansı əlamətdar hadisələrlə yadda qaldı? Ay

ərzində muxtar respublika həyatında baş verən dəyişikliklərə

nəzər salaq.

Ardı 2-ci səhifədə

2

nəqliyyatın  hərəkəti  dayandırılıb,

avtomobillərdən səs siqnalları verilib. 

    Yuxarıda  qeyd  etdiyimiz  kimi,

Naxçıvanla İran İslam Respublikası

arasında  müxtəlif  sahələr  üzrə

əməkdaşlıq əlaqələri yüksələn xətt

üzrə inkişaf edir. Xüsusilə İran İs-

lam  Respublikasının  Qərbi  Azər-

baycan Vilayəti ilə Naxçıvan Mux-

tar  Respublikası  arasında  iqtisadi

əlaqələrin qurulması yaxın region

kimi hər iki tərəf üçün perspektivli

tərəfləri ilə seçilir. Yanvarın 24-də

İran  İslam  Respublikasının  Qərbi

Azərbaycan  Vilayətinin  valisi

Qurban əli Səadətin rəhbərlik etdiyi

nümayəndə  heyətinin  Naxçıvan

Muxtar  Respublikasına  səfəri  bu

əlaqələrin  inkişafına  öz  töhfəsini

verəcək. Qeyd edək ki, səfər çər-

çivəsində Qərbi Azərbaycan Vila-

yətinin  sənaye,  mədən,  kənd  tə-

sərrüfatı,  tikinti  sahələrində  fəa-

liyyət göstərən iş adamları Naxçı-

van  Biznes  Mərkəzində  muxtar

respublikada istehsal olunan məh-

sullarla  tanış  olublar,  naxçıvanlı

sahibkarlarla görüşüblər. Sahibkar-

larla  keçirilən  görüşdə  Naxçıvan

Muxtar Respublikası və Qərbi Azər-

baycan Vilayətində istehsal olunan

məhsulların qarşılıqlı olaraq ixracı

və idxalının, iş adamları arasında

əməkdaşlıq əlaqələrinin genişlən-

dirilməsinin əhəmiyyəti vurğulanıb,

geniş  fikir  mübadiləsi  aparılıb.

Muxtar respublikada istehsal edilən

məhsullarla tanış olan nümayəndə

heyətinin üzvləri Naxçıvanla Qərbi

Azərbaycan Vilayəti arasında iqti-

sadi  əməkdaşlıq  üçün  münbit  şə-

raitin olduğunu bildiriblər.

    Göründüyü  kimi,  2017-ci  ilin

ilk ayı muxtar respublikada kifayət

qədər əlamətdar hadisələrlə yadda

qalıb. Yanvar ayının ümumi mən-

zərəsi onu göstərir ki, ötən il əldə

olunmuş uğurlu nəticələr cari ildə

də davam etdirilir. Muxtar respub-

likanın sosial və iqtisadi həyatında

atılan  addımlar,  xüsusilə  iqtisadi

sahədə keçirilən görüş və tədbirlər

Naxçıvanın daha da sürətli inkişa-

fına öz töhfəsini verəcəkdir. 

  Culfa rayonunda təhsil müəs-

sisələrində tədrisin vəziyyəti və

qarşıda  duran  vəzifələrlə  bağlı

tədbir  keçirilib.  Tədbiri  Culfa

Rayon İcra Hakimiyyətinin baş-

çısı Şükür Babayev açıb. 

    Culfa  Rayon  Təhsil  Şöbəsinin

müdiri Adəm Qasımov muxtar res-

publikada  təhsilə  göstərilən  qay-

ğıdan  danışıb.  Vurğulanıb  ki,  ra-

yonun  ümumtəhsil  məktəblərinə

74 ədəd elektron lövhə, 440 ədəd

kompüter dəsti və 121 ədəd printer

verilib, 36 kompüter otağı yaradılıb.

Kompüterlər  internet  şəbəkəsinə

qoşulub.

    Təhsil  Şöbəsi  tərəfindən  dərs

ilini müvəffəqiyyətlə başa çatdırmaq

və buraxılış imtahanlarında yüksək

nəticələr  əldə  etmək  üçün  IX-XI

siniflərdə yoxlama test-sınaq imta-

hanları keçirilib və nəticələr məktəb

direktorlarının iştirakı ilə müzakirə

olunub.  Bildirilib  ki,  təhsil  müəs-

sisələrində vətənpərvərlik tərbiyəsi,

fiziki tərbiyə, hərbi hazırlıq fənlə-

rinin  tədrisi  diqqətdə  saxlanılır,

məktəblilərin istedad və bacarığının

aşkarlanması,  onların  asudə  vaxt-

larının səmərəli təşkili üçün ümum-

təhsil  və  məktəbdənkənar  təhsil

müəssisələrində müxtəlif tədbirlər

keçirilir.

    Tədbirdə  rayon  İcra  Hakimiy-

yətinin başçısı Şükür Ba-

bayev çıxış edərək bil-

dirib ki, Culfa rayonunda

da təhsilin inkişafına bö-

yük diqqət və qayğı gös-

tərilir.  Təkcə  2016-cı

ildə  Saltaq  kəndində

306, Gülüstan kəndində

156  şagird  yerlik  yeni

məktəb binaları tikilib.

Xanəgah kəndində 198

şagird yerlik məktəb binası əsaslı

təmir  olunaraq  müasir  avadanlıq-

larla təchiz edilib. Hazırda rayonda

fəaliyyət  göstərən  26  məktəbdən

22-nin binası yenidən tikilib və ya

təmir olunub. 

    2015-2016-cı tədris ilində rayon

məktəblərinin 398 məzunundan 156

nəfəri  ali  məktəblərin,  19  nəfəri

orta  ixtisas  məktəblərinin  tələbəsi

adını qazanıb.  Ali məktəblərə qəbul

olunan məzunlardan 35-i 500-700

intervalında bal toplayıb.

    Naxçıvan Muxtar Respublikası

Ali  Məclisi  Sədrinin  11  yanvar

2016-cı il tarixli Sərəncamı ilə təs-

diq  edilmiş  “2016-2020-ci  illərdə

Naxçıvan Muxtar Respublikasında

sağlamlıq imkanları məhdud uşaq-

ların təhsili və reabilitasiyası üzrə

Dövlət Pro qramı”nın icrası ilə bağlı

2015-2016-cı tədris ilində rayonda

sağlamlıq imkanları məhdud 7 uşaq

tam orta məktəblərin birinci sinfinə

cəlb edilib.

     Rayon İcra Hakimiyyətinin başçısı

diqqəti yol verilmiş nöqsanlara yö-

nəldərək  deyib  ki,  təhsil  sisteminə

göstərilən dövlət qayğısına baxma-

yaraq, rayonun ümumtəhsil müəssi-

sələrinin  fəaliyyətində  hələ  də  bir

sıra nöqsan və problemlər qalmaq-

dadır. Belə ki, yeni məktəb binalarının

tikilməsinə, onların müasir informa-

siya texnologiyaları ilə təmin olun-

masına, təhsil müəssisələrində yüksək

tədris şəraitinin yaradılmasına bax-

mayaraq, hələ də bəzi təhsil müəssi-

sələrinin fəaliyyəti qənaətbəxş deyil. 

    Təhsil  müəssisələrinin  yerləş-

dikləri binaların və avadanlıqların

qorunması  diqqətdə  saxlanılmalı-

dır,  – deyən  İcra  Hakimiyyətinin

başçısı bildirib ki, verilən tapşırıqları,

qarşıya  qoyulan  vəzifələri  rəhbər

tutaraq  rayonun  təhsil  sisteminin

hərtərəfli  inkişafı  üçün  bütün  im-

kanlardan maksimum istifadə edərək

mövcud  nöqsanları  aradan  qaldır-

malı,  2016-2017-ci  tədris  ilində

əzmlə  və  məsuliyyətlə  çalışıb  ili

yüksək nailiyyətlərlə başa vurmalı,

təhsilimizin inkişafına öz töhfəmizi

verməliyik.

    Muхtar  respublika  əhalisinin

qış  mövsümündə  keyfiyyətli  tə-

rəvəz məhsulları ilə təmin оlun-

masında  istiхana  kоmpleksləri

mühüm əhəmiyyət kəsb edir. Bu

sahəyə göstərilən diqqət və qayğı

nəticəsində  bu  gün  muxtar  res-

publikada  21  istiхana  kоmplek-

sinin ümumi sahəsi 127 min 162

kvadratmetrdir. 

    Naxçıvan Muxtar Respublika-

sının İqtisadiyyat Nazirliyindən al-

dığımız  məlumata  görə,  2017-ci

ilin  yanvar  ayı  ərzində  istixana

kompleksləri 44 tona yaxın məhsul

istehsal ediblər. Bunun 38,9 tonu

pomidor, 4,2 tonu xiyar, 0,71 tonu

digər tərəvəz məhsullarıdır.   

    Cari  ilin  ötən  dövrü  ərzində

istixana  komplekslərində  kənd

təsərrüfatı istehsalçıları tərəfindən

yetişdirilən  və  satışı  həyata  ke-

çirilən tərəvəz məhsullarından 21

halda səyyari və laboratoriya təh-

lilləri  aparılıb,  normativlərdən

kənarlaşma  olmadığı  müəyyən

edilib.

     Son  illər  muxtar  respublika-

mızda reallaşdırılan irimiqyaslı la-

yihələr nəticəsində  daxili bazarın

tələbatına  uyğun  keyfiyyətli  məh-

sullar istehsal edən müxtəlif  təyinatlı

yeni istehsal müəssisələri yaradılıb.

Hazırda  muxtar  respublikamızda

366  növdə  yerli  məhsul  istehsal

olunur. 107-si ərzaq, 237-si qeyri-

ərzaq olmaqla, 344 növdə məhsula

olan tələbat  yerli imkanlar hesabına

ödənilir. 

    Daxili  bazarı  yerli  məhsullarla

təmin  edən  müəssisələrdən  biri  də

“Naxçıvan  Duz  İstehsalı”  Məhdud

Məsuliyyətli  Cəmiyyətidir.  Zəngin

duz yataqları Naxçıvan şəhərindən

12 kilometr aralıda, dəniz səviyyə-

sindən 1173 metr yüksəklikdəki Duz-

dağ ərazisində yerləşir. Bu mədən-

lərdə duz istehsalının tarixi  e.ə. III-

II minilliklərə təsadüf edir. Duzdağ

yatağından sənaye üsulu ilə duz çı-

xarılmasına isə ilk dəfə 1927-ci ildə

başlanılıb.  

     Son  illər  duz  mədənində  tikinti-

quraşdırma, yenidənqurma, təmir-bər-

pa, abadlıq işləri aparılıb, 1990-cı il-

lərin  əvvəlində  baş  verən  iqtisadi

böhran nəticəsində istismarı dayan-

mış və uzunluğu 1700 metr olan 1

nömrəli  şaxta,  eləcə  də  mövcud  2

duz emalı sexi müasir texnoloji ava-

danlıqlarla təmin edilməklə müəssisə

yenidən qurularaq istifadəyə verilib.

2005-ci ildə istehsal gücü gündə 7

və  20  ton  olan  2  yeni  duz  emalı

müəssisəsi tikilərək istehsala başla-

nılıb. Burada bütün istehsal prosesi

avtomatlaşdırılıb,  paketləyici  ava-

danlıq  quraşdırılıb.  Hazırda  müəs-

sisədə 200, 250 və 500 qramlıq ta-

ralarda  qablaşdırılan  məhsullar  is-

tehsal edilir. 

    2010-cu ildə quraşdırılan 3 ədəd

rəqəmsal yodvuran, 2 ədəd tarixvuran

və 1 ədəd duzpaketləyən avadanlıq

əl əməyini yüngülləşdirib, yüksək-

keyfiyyətli məhsul istehsalına təminat

yaradıb. Duz mədənində istehsalatda

baş verə biləcək qəzaların qarşısının

alınması məqsədilə 2014-cü ildə bir

sıra  tədbirlər  həyata  keçirilib,  300

metrlik ehtiyat çıxışı yaradılıb. Duz

istehsal edilən 1050 metrlik şaxtanın

uzunluğu dövlət maliyyə dəstəyi ilə

1300  metrə  çatdırılıb.  Maililiyi  75

metr olan şaxtanın daha yüksək sə-

viyyədə və təhlükəsiz işıqlandırılması

məqsədilə yeni transformator qoyu-

lub. 750 metr yüksək gərginliyə da-

vamlı  kabel  xətti  çəkilib.  Şaxtada

çökmələrin qarşısını almaq üçün 18

yerdə bərkitmə işləri aparılıb, 2000

metrlik  tros  kanat  yenisi  ilə  əvəz

edilib. Ötən ildə də bu istiqamətdə

işlər davam etdirilib, 1 nömrəli şax-

tada mədənbərkitmə işləri üçün Sa-

hibkarlığa  Kömək  Fondundan  40

min  manat  dövlət  maliyyə  dəstəyi

göstərilib.  Layihəyə  uyğun  olaraq

işlər vaxtında və keyfiyyətlə yerinə

yetirilib. 

    İstifadəyə  verilən  yeni  istehsal

sahələri Naxçıvanın duz yataqlarının

istismarı tarixində qurulan ilk müasir

istehsal sahələridir. Bu gün duz mə-

dənində yeni texnoloji avadanlıqlarla

təmin  edilmiş  4  duz  emalı  sahəsi

fəaliyyət göstərir. Gündəlik istehsal

gücü  40-45  ton  daşduz,  20-25  ton

isə üyüdülmüş duz olan “Naxçıvan

Duz İstehsalı” Məhdud Məsuliyyətli

Cəmiyyətində 18 çeşiddə duz istehsal

olunur  və  bu  məhsullar  məişətdə,

heyvandarlıqda, kimya sənayesində

istifadə edilir. Məişətdə istifadə edi-

lən  yodlaşdırılmış  duz  həm  0,5,  1

kiloqramlıq karton və plastik, həm

də  0,2,  0,5  kiloqramlıq  polietilen

taralarda və 25 kiloqramlıq kisələrdə

“Duzdağ”  əmtəə  nişanı  ilə  satışa

çıxarılır. 

    70  nəfərin  işlə  təmin  olunduğu

müəssisənin ixrac potensialı ildən-

ilə  genişləndirilir.  Xammalın  çıxa-

rılmasından satışa göndərilməsinədək

bütün texnoloji proseslərə, istehsal

olunan duzun keyfiyyətinə və sani-

tar-gigiyenik  qaydalara  ciddi  əməl

olunur. Müəssisədə Naxçıvan Muxtar

Respublikası Standartlaşdırma, Met-

rologiya və Patent üzrə Dövlət Ko-

mitəsində qeydiyyatdan keçmiş la-

boratoriya fəaliyyət göstərir. Bu da

istehsal  edilən  duzun  keyfiyyətinə

tam nəzarət etməyə imkan verir. İs-

tehsal prosesinin konveyer üsulu ilə

təşkil edildiyi müəssisədə duz yeraltı

partlayış üsulu ilə əsas kütlədən ay-

rılıb kiçik vaqonlara yüklənərək yer-

üstü sahəyə daşınır. Daşduz yerüstü

sahədə  çeşidləndikdən  sonra  emal

sahələrinə  gətirilir.  Daşduz  birinci

sexdə  2  mərhələdə  müxtəlif  ava-

danlıqlarda  əzilərək  üyüdülüb  hər

ton  duzun  tərkibinə  85  qram  yod

əlavə  edilməklə  elevatorla  ikinci

sexə  ötürülür.  Burada  isə  ələkdən

keçirildikdən sonra paketlənir. 

    Daxili  bazarı  keyfiyyətli  məh-

sullarla təmin edən  kollektiv ötən

il 5391 ton daşduz və 2206 ton üyü-

dülmüş duz istehsal edib. Müəssisə

tərəfindən 2340 ton daşduz və 2129

ton üyüdülmüş duz satılıb. Keyfiyyət

göstəriciləri  ilə  seçilən  Naxçıvan

duzunun ölkəmizin digər regionla-

rında da satışını təmin etmək məq-

sədilə  Bərdə  şəhərində  baza  yara-

dılıb.  Müəssisədə  istehsal  olunub

ticarət obyektlərinə çatdırılan duzun

3193 tonu Bakı şəhərində və ölkə-

mizin  digər  regionlarında,  1276

tonu  isə  muxtar  respublikamızda

satışa çıxarılıb. 

    Onu da qeyd edək ki, insan sağ-

lamlığı üçün vacib elementlərlə zən-

gin  olan  Naxçıvan  duzunun  xarici

bazara çıxarılması, tanıdılması isti-

qamətində işlər davam etdirilir. Ayrı-

ayrı  ölkələrdə  keçirilən  biznes  fo-

rumlarda, sərgilərdə yaxından iştirak

edilir ki, bu da iqtisadi əlaqələrimizin

genişlənməsinə əlverişli şərait yaradır.

Cari ildə də bu mühüm əhəmiyyətli

sahə  diqqət  mərkəzində  saxlanılır.

Almaniyanın  paytaxtı  Berlin  şəhə-

rində  keçirilən  “Beynəlxalq  Yaşıl

Həftə-2017” sərgisində digər məh-

sullarımızla yanaşı, “Naxçıvan Duz

İstehsalı” Məhdud Məsuliyyətli Cə-

miyyətinin  də  məhsulları  nümayiş

etdirilib. 

  Naxçıvan  Muxtar  Respublikasında  sərnişinlərin  təhlükəsiz

daşınması üçün yeni nəsil texnologiyalar tətbiq edilir. Nəqliyyat

Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, muxtar respublikanın

paytaxtında sərnişindaşıyan avtonəqliyyat vasitələrinə “Naxtel”

Məhdud  Məsuliyyətli  Cəmiyyətinin  təklif  etdiyi  GPS  sistemi

quraşdırılır. 

    Bu  texnologiyaların

köməyi ilə nəqliyyat va-

sitələrinin hərəkətini iz-

ləmək,  təhlükəsizliyə

nail  olmaq,  yanacaq

xərclərinə qənaət etmək,

əmək intizamına, texni-

kanın istismarına nəza-

rəti gücləndirmək müm-

kündür. Naxtel-4G GPS

izləmə sistemi hazırda Naxçıvan-Bakı marşrutunda hərəkət edən av-

tobuslarda  uğurla  tətbiq  edilir.  Naxçıvan  şəhərdaxili  marşrutunda

işləyən avtobus və taksilərə isə GPS-lərin quraşdırılması işləri davam

etdirilir.  İndiyədək  bu  sistem  32  ədəd  avtonəqliyyat  vasitəsinə

quraşdırılıb.  Gələcəkdə  bütün  nəqliyyat  vasitələrində  bu  xidməti

görmək mümkün olacaq.

Muxtar  respublikada  sahibkarlığın  yeni  mərhələyə  qədəm

qoyması nəticəsində ənənəvi fəaliyyət sahələrinə yeni innovasiyaların

tətbiqi daha da genişlənməkdədir. Belə gəlirli sahələrdən biri də

yaradılan istixana kompleksləridir. 


Kataloq: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım

Yüklə 220,6 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə