Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix14.01.2017
ölçüsü1,96 Mb.
#5615
1   2   3

Mehriban SULTAN

     Martın 15-də Naxçıvan şəhə-

rindəki  7  nömrəli  tam  orta  mək-

təbdə ölkə üzrə keçirilən fənn olim-

piadalarının Azərbaycan Respub-

likası mərhələsinin yarımfinal turu

keçirilib.

    Naxçıvan  Muxtar  Respublikası

Təhsil Nazirliyinin mətbuat xidmə-

tindən aldığımız məlumata görə, 8

fənn  üzrə  keçirilən  bilik  olimpia-

dasının  yarımfinal  turunda  IX-XI

siniflər üzrə 316 şagird iştirak edib.

Nəticələrin qiymətləndirilməsi Azər-

baycan Respublikası Təhsil Nazir-

liyində  yaradılan  komissiya  tərə-

findən  aparılacaq.  Müvəffəqiyyət

qazanan şagirdlər olimpiadanın final

mərhələsinə vəsiqə qazanacaqlar. 

Məlumat üçün qeyd edək ki, is-

tedadlı uşaq və gənclərin aşkara çı-

xarılmasında, onların həvəsləndiril-

məsi  və  rəğbətləndirilməsində,  tə-

limdə sağlam rəqabətin yaradılma-

sında fənn olimpiadaları müstəsna

rol  oynayır.  Muxtar  respublikada

təhsil  sahəsində  aparılan  məqsəd-

yönlü işlər nəticəsində məktəblərdə

ayrı-ayrı fənlər üzrə olimpiadalarda

iştiraka layiq şagirdlər seçilir və on-

ların hazırlığına nəzarət gücləndirilir.

Bu cür bilik olimpiadaları məktəb-

lərin fəaliyyətinin əsas meyarlarından

biri kimi dəyərləndirilir.



Xəbərlər şöbəsi

    Naxçıvan şəhər ümumtəhsil mək-

təbləri arasında “Şahin” hərbi-idman

oyununun şəhər mərhələsinə yekun

vurulub.  Naxçıvan  Şəhər  Gənclər

və  İdman  İdarəsi,  Təhsil  Şöbəsi,

Səfərbərlik və Hərbi Xidmətə Ça-

ğırış üzrə Dövlət Xidmətinin Nax-

çıvan Şəhər İdarəsinin birgə təşki-

latçılığı  ilə  keçirilən  yarışda  11

ümumtəhsil məktəbinin komandası

mübarizə aparıb. 

    Tədbirin açılış mərasimində çıxış

edən  Naxçıvan  Şəhər  Gənclər  və

İdman İdarəsinin rəisi Xəyal Qur-

banov, Təhsil Şöbəsinin nümayən-

dəsi  Ruslan  Quliyev,  polkovnik

Mirqiyas Rüstəmov və Səfərbərlik

və Hərbi Xidmətə Çağırış üzrə Döv-

lət Xidmətinin Naxçıvan Şəhər İda-

rəsinin nümayəndəsi leytenant Əli

Kazımov  yarış  barədə  fikirlərini

bildirərək,  gənclərin  hərbi-vətən-

pərvərlik tərbiyəsi haqqında danı-

şıblar, şahinlərə uğurlar arzulayıblar. 

    Yarışın yekun nəticələrinə əsasən,

16 nömrəli tam orta məktəbin ko-

mandası qalib adını qazanıb. Növbəti

pillələrdə  isə  15,  3  və  1  nömrəli

tam orta məktəblərin komandaları

qərarlaşıblar.  Sonda  qalib  koman-

dalar təşkilatçıların hədiyyələri, dip-

lom və fəxri fərmanları ilə müka-

fatlandırılıblar.

    Qeyd edək ki, birinci və ikinci

yerlərin  qalibləri  aprel  ayında  ke-

çiriləcək  Naxçıvan  Muxtar  Res-

publika zona birinciliyində Naxçıvan

şəhərini təmsil edəcəklər.

28 aprel 2015-ci il tarixdə saat 11

00

-də cə-


miyyətin Babək rayon Sirab kəndində yerləşən

inzibati binasında səhmdarların ümumi yığıncağı

keçiriləcəkdir. 

Gündəlikdə duran məsələlər:

1. Reqlamentin təsdiqi

2. Cəmiyyətin 2014-cü ildəki maliyyə-tə-

sərrüfat fəaliyyəti haqqında hesabatı

3. 2015-ci ildə görüləcək işlər və qarşıda

duran məsələlər

4. Cari məsələlər.



Əlaqə telefonu: (036) 541-81-13

    Naxçıvan Muxtar Respublikası

Ali  Məclisinin  Sədri  cənab  Vasif

Talıbov teatr sənətinin sahiblərinə

və  onların  fəaliyyətlərinə  yüksək

qiymət verərək Cəlil Məmmədqu-

luzadə adına Naxçıvan Dövlət Mu-

siqili Dram Teatrının 125 illik yu-

bileyi  münasibətilə  keçirilən  təd-

birdə  demişdir:  “Naxçıvan  teatrı



da, necə deyərlər, quru yerdən ya-

ranmamış, özündən əvvəl forma-

laşmış ənənələrə istinad etmişdir.

Bu diyarda dünyəvi teatrın yaran-

masına təsir göstərən ən mühüm

amillərdən biri min illər boyu for-

malaşmış  xalq  teatrı  olmuşdur.

Əməklə bağlı oyun və rəqslər, möv-

süm  bayramları,  Novruz  məra-

simləri,  aşıq-ozan  sənəti,  müxtə-

liftipli meydan-tamaşa növləri xalq

teatrının  əsasını  müəyyən  etmiş,

milli teatrın gələcək inkişafı üçün

möhkəm zəmin yaratmışdır. Bütün

bunlar isə, öz növbəsində, dünyəvi

peşəkar teatr sənətinin yaranması

ilə nəticələnmişdir”.

    Uzun illərdən bəridir ki, Naxçı-

van  Muxtar  Respublikasında  xalq

teatrlarının yaradılmasına ciddi diq-

qət yetirilir. Burada məqsəd muxtar

respublika sakinlərinin mədəni is-

tirahətini təşkil etməklə yanaşı, həm

də istedadlı adamların üzə çıxarıl-

ması, onların köməyindən istifadə

etməklə  gənc  mə-

dəniyyət işçilərinin,

gələcək aktyorların

yetişdirilməsidir. Ar-

tıq  muxtar  respub-

likamızın  bir  neçə

rayonunda  xalq  te-

atrının yaradılması-

na nail olunmuşdur.

Şahbuz Rayon Xalq

Teatrı da yeni yara-

dılan teatrlardandır. 

    Son illərdə muxtar respublikada

mədəniyyətin inkişafına göstərilən

dövlət qayğısı nəticəsində Şahbuzda

da mədəni həyat xeyli canlanmışdır.

Dram dərnəyi öz fəaliyyətini bərpa

edərək bir sıra tamaşalar hazırlamış,

2011-ci ildə “Ər və arvad” üçpərdəli

musiqili  komediyasının  təqdima-

tından  sonra  kollektiv  üzvləri  öz

arzularına çatmışlar. 

    2012-ci ildə “Beş manatlıq gəlin”,

“Evliykən  subay”  musiqili  kome-

diyalarını tamaşaçılara təqdim edən

xalq  teatrı  öz  repertuarını  geniş-

ləndirərək bu günlərdə ölməz bəs-

təkar  Üzeyir  Hacıbəylinin  “O  ol-

masın, bu olsun” musiqili komedi-

yasını şahbuzlu tamaşaçılara təqdim

etmişdir. 

    Tamaşa uğurlu oldu. Bu uğurun

qazanılmasında  quruluşçu  rejissor

Ramiz Cəlilovun, musiqi tərtibatçısı,

Naxçıvan Muxtar Respublikasının

Əməkdar mədəniyyət işçisi Çingiz

Haqverdiyevin  böyük  əməyi  ol-

muşdur. İfaçılardan İlahə Səfiyeva,

Səadət Abdinova, Gündüz Kəlbiyev,

İsa  Qələndərli,  Nihad  Hüseynov,

Şahin Orucov, Emin Hüseynov, Sə-

lim  Bayramov,  Namiq  Qəmbərov

və başqalarının adlarını çəkə bilərik. 

    Bu  istedadlı  aktyorların  uğurlu

ifaları  sayəsində  “O  olmasın,  bu

olsun” musiqili komediyasına yeni

səhnə həyatı verildi və bu, şahbuzlu

teatrsevərləri ürəkdən sevindirdi.

    Şahbuz  Rayon  İcra  Hakimiy-

yətinin  başçısı  Nurəddin  Quliyev

və Naxçıvan Muxtar Respublika-

sının Mədəniyyət və Turizm naziri

Sarvan İbrahimov tamaşadan sonra

kollektivi uğurlu çıxışa görə təbrik

etmişlər.



Şəhla NƏBİYEVA

İdman xəbərləri

    Kişilər arasında basketbol üzrə

muxtar  respublika  çempionatında

növbəti oyun keçirilib. Sədərək ra-

yonunda keçirilən görüşdə yerli ko-

manda  “Naxçıvan”  komandasını

qəbul edib. Çempionata qələbə ilə

başlayan “Naxçıvan” yenə meydanı

qələbə ilə tərk edib. Gərgin keçən

oyunda  “Sədərək”  komandası  rə-

qibinə 38:66 hesabı ilə məğlub olub.

    Qeyd  edək  ki,  “Naxçıvan”  ko-

mandası çempionatın ilk oyununda

“Babək”  komandasını  üstələməyi

bacarmışdı.

    Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı

ilə yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Birincilikdə 14 çəki dərəcəsində 56 pəhləvan qüvvəsini sınayıb. Qalib

idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

    Şərur  Rayon  Gənclər  və  İdman  İdarəsinin,  Səfərbərlik  və  Hərbi

Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin  Şərur  Rayon  İdarəsinin  və

Təhsil  Şöbəsinin  birgə  təşkilatçılığı  ilə  məktəblilərin  “Şahin”  hərbi-

idman oyunu baş tutub. Yarışda 19 ümumtəhsil məktəbindən 266 şagird

iştirak edib. Daha üstün oyun sərgiləyən Danyeri kənd tam orta məktəbinin

komandası  qalib  olub.  İbadulla  kənd  tam  orta  məktəbinin  komandası

ikinci, Dəmirçi kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə

layiq görülüblər.  Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr

təqdim olunub.

     Rayon Gənclər və İdman İdarəsi

ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi

rayon ümumtəhsil məktəblərinin şa-

girdləri arasında şahmat üzrə rayon

birinciliyinə yekun vurulub. 100-dən

artıq zəka sahibinin iştirak etdiyi bi-

rinciliyin  finalında  18  şahmatçı  İs-

veçrə  sistemi  ilə  mübarizə  aparıb.

Nəticəyə əsasən, Umud Məhərrəmli,

Mətləb Məhərrəmli və Tuncay Cab-

barov ilk üç yerin sahibi olublar.  

     Həmçinin Şahbuz və Culfa Rayon

Gənclər və İdman idarələrinin, Təhsil

şöbələrinin birgə təşkilatçılığı ilə ra-

yonların  məktəblilərdən  ibarət  vo-

leybol komandaları arasında yoldaşlıq

görüşü keçirilib. Şahbuz şəhər 1 nöm-

rəli tam orta məktəbin idman zalında

keçirilən yarışda Şahbuz rayonunun

voleybolçuları  culfalı  həmkarlarını

2:1 hesabı ilə məğlub ediblər.



Ceyhun MƏMMƏDOV



...və Şahbuzda 

Kataloq: QezetSekilleri
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım
QezetSekilleri -> Naxçıvan Muxtar Respublikası Əd liyyə Nazirliyi Kəngərli rayonunda in zibati ərazi dairəsi üzrə nümayəndə
QezetSekilleri -> Nax çıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında
QezetSekilleri -> Hər bir yaşayış məntəqəsinin inkişafın da başlıca amil yol infrastrukturudur. Ona
QezetSekilleri -> Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Məzun günü keçirilib
QezetSekilleri -> Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım

Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə