Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 62 (20.716)
9 aprel 2013-cü il, çərşənbə axşamı
“Akademik Zərifə Əliyeva qay-
ğıkeş ana, sahib olduğu dəyərlərlə
ali milli ideallara sadiq olan Azər-
baycan qadını və Azərbaycan el-
mini dünyada şöhrətləndirən gör-
kəmli alimdir. Onun elmi tədqi-
qatları tibb elmi tarixində o sə-
bəbdən fövqəladə əhəmiyyət kəsb
edir ki, bu tədqiqatlar praktik əhə-
miyyəti ilə minlərlə insanın sağ-
lamlığının qorunmasına xidmət
edib”. Bu fikirlər dünən AMEA
Naxçıvan Bölməsinin Bioresurslar
İnstitutunda keçirilən elmi kon-
fransda səsləndirilib.
Konfransı giriş sözü ilə açan
bölmənin sədri, akademik İsmayıl
Hacıyev qeyd edib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham Əliyevin “Akademik Zərifə
Əliyevanın 90 illik yubileyinin ke-
çirilməsi haqqında” Sərəncamı res-
publikamızda tibb elminin inkişafına
mühüm töhfələr verərək oftalmo-
logiyanın aktual problemlərinə dair
sanballı tədqiqatları ilə böyük şöhrət
qazanmış akademik Zərifə xanım
Əliyevanın xalqımız və dünya elmi
qarşısında mühüm xidmətlərinin nə
qədər böyük olduğunu göstərir.
Vurğulanıb ki, onun elmi-pedaqoji
və ictimai fəaliy-
yəti həkimlərin
yeni nəslinin ye-
tişməsinə və Azər-
baycanda oftalmo-
logiya elminin in-
kişafına güclü təsir
göstərib.
Konfransda
AMEA Naxçıvan
Bölməsinin Bio-
resurslar İnstitu-
tunun şöbə müdiri, biologiya elmləri
doktoru, professor Əliyar İbrahimov
“Akademik Zərifə Əliyevanın həyat
yolu”, həmin institutun direktoru,
AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi Tariyel Talıbov “Aka-
demik Zərifə Əliyevanın elmi fəa-
liyyəti”, aparıcı elmi işçisi, biologiya
üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə
Salayeva “Qayğıkeş ana və sədaqətli
ömür-gün yoldaşı”, şöbə müdiri,
kənd təsərrüfatı elmləri doktoru
Varis Quliyev “Akademik Zərifə
Əliyeva xatirələrdə” mövzularında
məruzələr ediblər.
Məruzələrdə qeyd olunub ki,
1923-cü il aprelin 28-də Şahtaxtı
kəndində dövrünün görkəmli dövlət
və ictimai-siyasi xadimi, elm fədaisi
Əziz Əliyevin ailəsində anadan
olan Zərifə Əliyeva gələcək taleyini
tibb elminə həsr etməyi qarşısına
məqsəd qoyub, 1942-ci ildə orta
məktəbi bitirdikdən sonra Azər-
baycan Dövlət Tibb İnstitutunun
Müalicə-profilaktika fakültəsinə
daxil olub. O, 1947-ci ildə institutu
əla qiymətlərlə bitirib. Həmin dövr-
də Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa
səbəb olan traxoma infeksion xəstə -
liyi geniş yayılmışdı. Belə bir dövr-
də Zərifə xanım traxoma xəstəliyinə
qarşı aparılan müalicəvi və profi-
laktik tədbirlərin təşkilində və ke-
çirilməsində fəal iştirak edir, Azər-
baycanda traxoma xəstəliyinin daha
geniş yayıldığı rayonlara gedir, hə-
kim-oftalmoloqlara məruzələr oxu-
yur, əhali arasında çoxlu söhbətlər
aparırdı.
Bu xəstəliyin müalicəsi yollarını
aşkara çıxarmaq arzusu onu Moskva
şəhərinə aparır və Zərifə xanım
Ümumittifaq Mərkəzi Həkimləri
Təkmilləşdirmə İnstitutunda ikiillik
ixtisaslaşdırma kursunda həkim-of-
talmoloq ixtisasına yiyələnir. O, ix-
tisaslaşdırma kursunu müvəffəqiy-
yətlə bitirdikdən sonra Vətənə qa-
yıdır, 1949-cu ildən başlayaraq
Azərbaycan Elmi-Tədqiqat Göz
Xəstəlikləri İnstitutunda elmi işçi
kimi fəaliyyətə başlayır, 1950-ci
ildə isə aspiranturaya daxil olur,
praktik əməli həkim fəaliyyəti ilə
yanaşı, elmi axtarışlarını da davam
etdirir. Müxtəlif göz xəstəliklərinin
müalicəsi və profilaktika tədbirlə-
rinin işlənib hazırlanması ilə məşğul
olan Zərifə xanım elmi fəaliyyətinin
ilk mərhələsini traxoma infeksion
xəstəliyinin müalicəsinə həsr edir.
Beləliklə, Zərifə xanımın ilk elmi
araşdırmalarının mövzusunu həyat
özü müəyyənləşdirir.
Zərifə xanım təkcə elm xadimi
kimi deyil, Azərbaycana rəhbərlik
etmiş dünya şöhrətli siyasətçi,
ümummilli lider Heydər Əliyevin
həyat yoldaşı kimi fəal ictimai möv-
qeyi ilə seçilib.
Konfransa akademik İsmayıl
Hacıyev yekun vurub.
Azərbaycan elminə şöhrət gətirən görkəmli oftalmoloq alim
Naxçıvan Dəmir Yolu Nəqliy-
yatında Polis Şöbəsində “Heydər
Əliyev və Azərbaycanın daxili işlər
orqanları” mövzusunda tədbir ke-
çirilmişdir. Tədbiri şöbənin rəisi,
polis polkovnik-leytenantı Səbuhi
Hüseynov açmışdır. Bildirmişdir
ki, ümummilli liderimiz Heydər
Əliyev həyatımızın bütün sahələri
kimi, hüquq-mühafizə orqanlarının,
o cümlədən daxili işlər qurumlarının
fəaliyyətinə qayğı ilə yanaşır, onların
problemlərinin yerindəcə həll olun-
masına diqqət göstərirdi.
Tədbirdə Naxçıvan Muxtar Res-
publikası Daxili İşlər Nazirliyinin
Kadrlar şöbəsinin baş inspektoru,
polis mayoru Pərviz Qəribov
“Ümummilli lider müasir Azərbay-
can dövlətinin banisi və qurucusu-
dur”, nazirliyin Sıravi Kiçik Rəis
Heyəti Hazırlayan Məktəbin baş
müəllimi, polis leytenantı Xəqani
Nəsirov “Heydər Əliyev və Azər-
baycanın daxili işlər orqanları” möv-
zularında məruzələr etmişlər.
Məruzələrdə qeyd olunmuşdur
ki, görkəmli dövlət xadimi Heydər
Əliyev 1969-cu ildə Azərbaycana
rəhbər seçilənə qədər respublikanın
digər sahələrində olduğu kimi, hü-
quq-mühafizə orqanları sistemində
də bir durğunluq hökm sürürdü.
Dahi rəhbər hakimiyyətə başladığı
ilk günlərdə bu sahənin inkişaf
etdirilməsi üçün təxirəsalınmaz
tədbirlərin həyata keçirilməsini tə-
min etmişdir. 1973-cü ildə şəxsi
prinsipiallığı və əzmkarlığı hesa-
bına Bakıda Cəmşid Naxçıvanski
adına Hərbi Liseyin yaradılmasına
nail olmuşdur. Bakı Milis Məktəbi
kimi təsis edilən, 1957-ci ildən
Bakı Xüsusi Orta Milis Məktəbi
kimi fəaliyyətini davam etdirən
bu təhsil müəssisəsinin bazasında
Azərbaycan Polis Akademiyası
yaradılmışdır.
Qeyd olunmuşdur ki, ulu öndər
Heydər Əliyev daxili işlər orqanla-
rının fəaliyyətində əsaslı islahatlar
aparılmasını diqqət mərkəzində sax-
layırdı. Dahi rəhbərin bu istiqamətdə
həyata keçirdiyi tədbirlər hesabına
ölkədə baş verən cinayətlərin sayı
minimuma endirilmişdir. “Polis haq-
qında” Qanunun qəbulu, 2 iyul ta-
rixinin “Azərbaycan Polisi Günü”
elan edilməsi dahi şəxsiyyətin daxili
işlər orqanlarına böyük qayğısının
ifadəsidir.
Məruzələr ətrafında şöbə əmək-
daşlarının çıxışları olmuşdur.
Heydər Əliyev və Azərbaycanın daxili işlər orqanları
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyi Ordubad rayo-
nunda “Qeydiyyat və notariat sa-
həsində aparılan əməliyyatlarda qa-
nunvericiliyin tələbləri” mövzusunda
seminar-müşavirə keçirib.
Ordubad Rayon İcra Hakimiy-
yətinin akt zalında keçirilən semi-
nar-müşavirəni giriş sözü ilə rayon
İcra Hakimiyyəti başçısının müavini
Etibar İsmayılov açıb, Ədliyyə Na-
zirliyinin əməkdaşlarından Səyyub
Kərimovun, Ayaz Məhərrəmovun
çıxışları olub. Çıxışlarda qeyd edilib
ki, notariat hərəkətlərinə görə qəbul
edilmiş dövlət rüsumu iki bank günü
ərzində büdcəyə köçürülməli, dövlət
notariusu və əməliyyat aparan icra
nümayəndəsi qanunvericiliyin tə-
ləblərinə əməl etməlidirlər. Müraciət
etmiş şəxslərin şəxsiyyəti müəyyən
edilməli, əməliyyat rəsmiləşdirilən
zaman vətəndaşların şəxsi iştirakı
təmin olunmalıdır.
Çıxışlardan sonra tədbir işti-
rakçılarını maraqlandıran suallar
cavablandırılıb.
Xəbərlər şöbəsi
Ədliyyə Nazirliyi Ordubadda
seminar-müşavirə keçirib
Heydər Əliyev Muzeyində ümummilli liderimizin 90 illik yubileyi
münasibətilə keçilən açıq dərslər və ekskursiyalar davam edir.
Dünən Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri Heydər
Əliyev Muzeyində olub, açıq dərsdə iştirak ediblər.
Dərsdə məktəbin tarix
müəllimi Vüsalə Aslanova
ulu öndərimizin ictimai-
siyasi fəaliyyəti haqqında
danışıb. O bildirib ki, Azər-
baycan iqtisadiyyatında
transmilli şirkətlərin işti-
rakına ümummilli lider
Heydər Əliyevin siyasi ira-
dəsi ilə 1994-cü ilin 20
sentyabrında 8 ölkənin 11
şirkəti ilə birlikdə Xəzər dənizinin ölkəmizə aid hissəsində bir sıra kar-
bohidrogen yataqlarının işlənməsini nəzərdə tutan tarixi sazişin – Əsrin
müqaviləsinin imzalanması ilə start verilib. Azərbaycan neftinin dünya
bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu
ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin
imzalanmasına nail olunub.
Qeyd edilib ki, Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının
istismarı ildən-ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün
enerji təhlükəsizliyini tam şəkildə təmin edib. Dünyanın enerji təminatında
da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda
“Şahdəniz” yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azər-
baycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq
növünü beynəlxalq bazarlara ixrac etmək imkanını əldə edib. Qaz
nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tbilisi-Ərzurum qaz boru
kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına
və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Neft
strategiyasının həyata keçirilməsinin ilk illərində, ilk növbədə, Bakı-
Novorossiysk və Bakı-Supsa boru kəmərləri yenidən qurulub, sonra
neftin və qazın etibarlı və irimiqyaslı ixracını təmin etmək məqsədilə
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz boru kəmərləri tikilərək istismara verilib. Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin fəaliyyət göstərməsi və bu
kəmərlər ilə neftin və qazın nəqlinin ildən-ilə genişlənməsi neft strategi-
yasının mühüm qələbəsi kimi qəbul edilir.
Vüsalə Aslanova deyib ki, ulu öndərimizin əsasını qoyduğu layihələrin
uğurla reallaşması, hər bir sahəyə olduğu kimi, təhsilə də müsbət təsir
göstərir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda yeni-yeni məktəb
binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirilir.
Şagirdlər daha yaxşı şəraitdə təhsil alır, gələcəyə böyük ümidlə baxır,
nailiyyətlər əldə edirlər. Bütün bunlar ulu öndər Heydər Əliyevin
uzaqgörən siyasətinin bəhrələridir.
Açıq dərsdən sonra məktəbin şagirdləri dahi rəhbərin həyat yolunu,
çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Heydər Əliyev Muzeyində növbəti açıq dərs
Aprelin 8-də Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq”
mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılışında
iştirak etmişlər.
Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlmişdir. Son illərdə beynəlxalq tədbirlərə yüksək
səviyyədə ev sahibliyi edən Bakı Dünya İqtisadi Forumunun iştirakçılarını qəbul etmişdir. Dünyanın
iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir
araya gələrək, bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmək üçün mərkəz kimi məhz
Bakını seçmişlər. Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun təsisçisi və
icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Albaniya Respublikasının Baş naziri
Sali Berişanı qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Litva Respublikasının Baş naziri Alqirdas Butkeviçiusu qəbul etmişdir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də “Statoil” şirkətinin baş icraçı direktoru Helge Lundu qəbul etmişdir.
Rəsmi xronika
2
Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin M.A.Topçubaşov adına
Elmi-Cərrahiyyə Mərkəzinin Uşaq
ürək mərkəzində fəaliyyət göstərən
uşaq kardioloqu, tibb üzrə fəlsəfə dok-
toru Elnur İmanov ötən ilin mart
ayından etibarən mütəmadi olaraq
muxtar respublikamıza dəvət edilərək
yerli həkimlərlə bərabər anadangəlmə
ürək qüsurlu uşaqların müayinə və
müalicəsini aparır.
Təcrübəli mütəxəssis tərəfindən Nax-
çıvan Diaqnostika-Müalicə Mərkəzində
indiyədək muxtar respublikanın şəhər
və rayonlarından gətirilmiş onlarla mü-
rəkkəb ürək qüsurlu xəstə müayinə və
müalicə edilmişdir. Bu müddətdə xəstələr
üzərində exokardioqrafiya müayinələri,
invaziv üsulla anadangəlmə ürək qü-
surlarının müalicəsi, ağciyər arteriyası
və aorta stenozunun əməliyyatsız yollarla
açılması, Botal axacağın, qulaqcıq və
mədəciklərarası çəpər qüsurlarının əmə-
liyyatsız yollarla bağlanması, Fetal exo-
kardioqrafiya və digər tibbi proseslər
həyata keçirilmişdir.
Ötən həftənin şənbə və bazar günləri
isə Diaqnostika-Müalicə Mərkəzində
6 xəstənin EXO və elektrokardioqrafiya
müayinəsi və invaziv yolla müalicəsi
aparılmışdır. Xəstələrdən Şəlalə Meh-
diyevanın və İnci Baxşısoyun pulmonar
balon-valvuloplastika əməliyyatı ilə
tam sağalmasına nail olunmuşdur. Mər-
kəzin kardioloq-həkimi Nail Mehba-
lıyevin də yaxından iştirak etdiyi əmə-
liyyatların birində yaş və çəki cəhətdən
çox kiçik – ağciyər arteriyasının qapaq
səviyyəsində darlığı olan bir xəstənin
döş qəfəsi yarılmadan müalicəsi həyata
keçirilmişdir. Əməliyyatlar uğurlu alın-
mış və xəstələr 24 saatlıq müşahidədən
sonra evlərinə göndərilmişlər.
Elnur İmanov növbəti aylarda da
Naxçıvanda xəstə qəbulu və müalicəsini
davam etdirəcəkdir.
Naxçıvanda anadangəlmə ürək qüsurlu uşaqların
müayinə və müalicəsində uğurlu addımlar atılır
İnsan dünyaya bir dəfə gəlir.
Gəlir ki, şərəfli və dəyərli bir ömür
yaşasın. Vətənə, torpağa məhəbbəti,
təmiz mənəviyyatı, xalqa sədaqətli
xidməti ilə yaddaşlarda qalsın. Be-
lələrinin yaşadıqları bitib-tükənmir,
əməlləri, xeyirxah işləri daim xa-
tırlanır. Tarixdə bu cür insanların
həyat yolu gələcək nəsillərə örnək,
nümunə olur. Görkəmli oftalmo-
loq-alim, akademik Zərifə Əliyeva
da məhz belə bir ömür yaşamışdır.
Zərifə xanımın fitri istedada malik
novator alim, pak və nadir bir insan
kimi yaşadığı ömür, keçdiyi şərəfli
həyat yolu hər bir Azərbaycan və-
təndaşı, hər bir alim və həkim üçün
həyat və mənəviyyat dərsi, kamillik
və müdriklik məktəbidir. Onun zən-
gin elmi irsi, oftalmologiyanın müx-
təlif sahələri üzrə apardığı tədqiqatlar,
qazandığı nailiyyətlər, yaratdığı fun-
damental əsərlər Azərbaycan tibb
elminin parlaq səhifəsidir.
Filosofların fikrinə görə, şəxsiy-
yətin yetişməsində başlıca amillərdən
biri də onun formalaşdığı mühitdir.
1923-cü il aprelin 28-də qədim Nax-
çıvan diyarının Şahtaxtı kəndində
görkəmli dövlət və elm xadimi, tibb
elmləri doktoru Əziz Əliyevin ailə-
sində dünyaya göz açan Zərifə xa-
nımın cəmiyyət üçün layiqli insan
kimi yetişməsində boya-başa çatdığı
ziyalı mühitinin böyük təsiri olmuş-
dur. Zəngin və davamlı maarifçi
ənənələri olan ziyalı ailəsinin özü-
nəməxsus tərbiyə üsulları onu hələ
uşaq yaşlarından, məktəb illərindən
etibarən elmə, işıqlı ideallara doğru
istiqamətləndirmişdir.
İstedad, zəhmət və ağılla qaza-
nılan uğur illər keçdikcə zənginləşir
və ondan bütün cəmiyyət yararlanır.
Zərifə xanım da həyat uğurlarına
məhz bu keyfiyyətləri sayəsində
nail olmuşdu. O, 1942-ci ildə Ba-
kıda orta məktəbi əla qiymətlərlə
bitirmiş və elə həmin il Azərbaycan
Dövlət Tibb İnstitutunun Müalicə-
profilaktika fakültəsinə daxil ol-
muşdur. Ali təhsil illərində özünə-
məxsus fitri istedadı, dərin zəkası,
geniş dünyagörüşü, iti məntiqi tə-
fəkkürü, təvazökarlığı, sadəliyi və
insanpərvərliyi ilə tələbələr arasında
dərin hörmət qazanmış, professor-
müəllim heyətinin diqqətini cəlb
etmişdir. Fundamental tibbi biliklərə
dərindən yiyələnən Zərifə xanım
Əliyevanın qəlbində insanların göz-
lərinə nur bəxş etmək amalı baş
qaldırmışdı və O, öz gələcək fəa-
liyyətini tibbin oftalmologiya sa-
həsinə həsr etməyi qarşısına məqsəd
qoymuşdur. Görünür, son dərəcə
zəriflik və incəlik, həssaslıq və
nəciblik tələb edən göz həkimliyi
Zərifə xanımın təbiətindəki nadir
xüsusiyyətlərə daha yaxın idi.
O, ötən əsrin 50-ci illərində öz
xeyirxah sənəti ilə əsl vətəndaş
mövqeyində dayanaraq xalqımızın
bəlasına çevrilmiş traxoma xəstə-
liyinin qarşısını almaq üçün ciddi
və məqsədyönlü müalicə-profilak-
tika tədbirlərinin həyata keçirilməsi
istiqamətində mübarizəyə başla-
mışdır. İnsanları korluq əzabından
qurtarmaq zərurətindən doğan bu
şəfqətli tədbirin həyata keçirilməsi
ağır zəhmət və uzun zaman tələb
edirdi. Onun mövcud müalicə üsul-
ları ilə yanaşı, o dövrün güclü anti-
biotiki hesab edilən sintomisindən
istifadə etməklə müalicə üsullarını
həyata keçirməsi bu ağır xəstəliyin
qarşısının alınmasında başlıca rol
oynamışdır. Zərifə xanım Əliyeva
1959-cu ildə “Traxomanın digər te-
rapiya üsulları ilə birlikdə sintomi-
sinlə müalicəsi” mövzusunda na-
mizədlik dissertasiyasını müvəffə-
qiyyətlə müdafiə etmiş və tibb elm-
ləri namizədi alimlik dərəcəsi al-
mışdır. Onun qələmə aldığı “Tera-
pevtik oftalmologiya”, “Oftalmo-
logiyanın aktual məsələləri”, “İri-
dodiaqnostikanın əsasları” kitabları
bu gün də oftalmoloqların ən çox
müraciət etdikləri, oxuyub fayda-
landıqları əsərlərdəndir.
Zərifə xanım Əliyeva ciddi elmi-
tədqiqat işləri, mürəkkəb cərrahiyyə
əməliyyatları ilə yanaşı, elmi-peda-
qoji fəaliyyətini də uğurla davam
etdirmişdir. Görkəmli alim 1967-ci
ildə Əziz Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun Göz xəstəlikləri kafed-
rasına dəvət olunmuş, həmin ka-
fedranın müdiri vəzifəsində çalışan
Zərifə xanım bu institutda dosent-
likdən elmin ən yüksək zirvəsi hesab
edilən akademikliyə qədər yüksəl-
mişdir. 1977-ci ildə Bakıda Zərifə
Əliyevanın təşəbbüsü ilə Ümum -
ittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə
Heyətinin plenumu keçirilmişdir.
Bu plenum alimin daha bir keyfiy-
yətini qabarıq şəkildə üzə çıxarmış,
Zərifə xanımın təşkilatçılıq bacarığı
nəticəsində tədbir gözlənildiyindən
də yüksək səviyyədə keçirilmişdir.
Bakıda ilk dəfə olaraq belə bir ittifaq
miqyaslı plenumun keçirilməsi Azər-
baycanda oftalmologiya elminin
yeni inkişaf mərhələsinə qədəm qoy-
masına güclü təkan vermişdir. Zərifə
xanım oftalmologiya elminin inkişafı
yolunda əldə etdiyi nailiyyətlərə,
görmə orqanının peşə patologiyası
sahəsində apardığı uğurlu elmi-təd-
qiqat işlərinə görə 1981-ci ildə SSRİ
Tibb Elmləri Akademiyasının aka-
demik M.Averbax adına mükafatına
layiq görülmüşdür.
Akademik Zərifə Əliyeva 160-dan
çox elmi əsərin, 10 monoqrafiyanın,
12 səmərələşdirici təklifin, dərs və-
saitlərinin müəllifidir. Görkəmli
alim gənc nəslin təlim-tərbiyəsində,
yüksək səviyyəli həkim-oftalmo-
loqların, professional elmi kadrların
yetişdirilməsində də böyük xidmətlər
göstərmiş, onlarla elmlər doktorunun
və elmlər namizədinin rəhbəri olmuş
və böyük bir elmi məktəb yarat-
mışdır. Akademik oftalmologiya el-
mində əldə etdiyi nailiyyətlərə, xal-
qımızın sağlamlığı keşiyində da-
yanan çoxsaylı həkim-oftalmoloq-
ların yetişdirilməsində əvəzsiz xid-
mətlərə görə “Azərbaycanın əmək-
dar elm xadimi” fəxri adına layiq
görülmüşdür. Zərifə xanımın elmi
fəaliyyətini yüksək qiymətləndirən
ulu öndərimiz Heydər Əliyev de-
yirdi: “Zərifə xanımın tibb elmi
sahəsində xidmətlərindən biri də
göz müalicəsi, tədqiqatı idi. Mənə
belə gəlir ki, onun iki dəyərli irsi
vardır. Birincisi, Azərbaycanda ilk
dəfə deontologiyanı bir elm kimi
meydana atıbdır. İkincisi, Zərifə
xanım çalışıb ki, bizim gələcək nə-
silləri irsi xəstəlikdən xilas etsin,
sağlamlaşdırsın”.
Görkəmli alimin maraqlı müha-
zirələri, məruzələri, çıxışları həmişə
yeniliyi və orijinallığı ilə diqqəti
cəlb etmişdir. O, səhiyyədə kadr
hazırlığına və həkimlərin ixtisasının
təkmilləşdirilməsinə böyük əmək
sərf etmiş, tələbələrinə zəngin həyat
təcrübəsini öyrətmiş, onlara böyük
həvəslə elmi biliklər aşılamışdır.
Zərifə Əliyevanın əldə etdiyi elmi
və praktik nailiyyətləri bu gün çox
həvəslə muxtar respublikanın səhiyyə
sistemində tətbiq olunur. Belə ki,
ilk dəfə olaraq traxoma xəstəliyinin
müxtəlif mərhələlərdə sintomisin
emulsiyası ilə müalicə metodu, gö-
zün herpetik xəstəlikləri, virus kon-
yuktivitləri, göz yaşı yolları xəstə-
likləri, şəkər retinopatiyası, qlaukoma
və başqa xəstəliklərdə akademik
Zərifə Əliyevanın təklif etdiyi iri-
dodiaqnostika müayinəsi, yeni te-
rapevtik və cərrahi müalicə üsulları
geniş tətbiq edilərək yüzlərlə insanın
gözünə nur qaytarmışdır. Azərbaycan
oftalmologiyasının bir hissəsi olan
Naxçıvan oftalmologiyası ilk dövrdə
mərkəzdən gələn kadrlar tərəfindən
təşkil və idarə olunsa da, XX əsrin
ikinci yarısında bu sahədə çoxlu və
bacarıqlı yerli kadrlar ordusu yetiş-
miş və Naxçıvan oftalmologiyası
lazımi səviyyəyə qaldırılmışdır. Bu
nailiyyətlərin əldə edilməsində isə
akademik Zərifə xanım Əliyevanın
xidmətləri əvəz olunmazdır.
Zərifə xanım əsl mənəvi saflıq
nümunəsi idi. O, xəstələri klinikadan
kənarda da qəbul edir, məsləhətlər
verir, heç kəsi ümidsiz yola salmırdı.
Zərifə Əliyevanın 1983-cü ildə çap-
dan çıxmış “Həkimlərin mənəvi tər-
biyəsi, deontologiya, tibbi etika və
əxlaq məsələləri” əsəri hər bir tibb
işçisi üçün stolüstü kitabdır. Hə-
kim-xəstə münasibətinə xüsusi diqqət
yetirən Zərifə xanım məqalələrinin
birində yazırdı: “Əsl həkim yalnız
o şəxsdir ki, xəstənin əzablarını
bilir və onun üçün sağalıb evinə
qayıtmış insanın təbəssümü ən yük-
sək mükafatdır. Vicdan əsas haki-
mimizdir. Ən çətin məqamda və
ən xoş saatımızda o, bizimlə üzbəüz
dayanıb soruşacaq: sənin ağ xalat
geyinməyə haqqın varmı?”.
Ailə cəmiyyətin özülüdür. Ailənin
ən etibarlı dayağı – ocağın qoruyucusu
isə Zərifə xanım kimi həyat yoldaşı,
Ana və məhəbbət simvoludur. O,
ulu öndər Heydər Əliyevin təkcə hə-
yat yoldaşı yox, həm də silahdaşı
idi. Bu ailə böyük məhəbbət bünövrəsi
üstündə qurulmuşdu. Etiraf etmək
lazımdır ki, ümummilli liderimiz
kimi böyük şəxsiyyətin məhəbbətinə
layiq olmaq təkcə böyük xoşbəxtlik
yox, həm də böyük məsuliyyət idi.
Yalnız seçilmiş insan belə məhəbbətə
layiq ola bilərdi. Ümummilli liderimiz
bu barədə deyirdi: “Ömür yoldaşım
kimi həyatımda keçdiyim yolda mənə
həmişə dayaq, arxa olduğuna görə,
ailə həyatımı çox xoşbəxt etdiyinə
görə Zərifə xanım mənim üçün çox
əzizdir. O, çox istedadlı, çox sadə
insan idi. Onun xatirəsi bizim qəl-
bimizdə, bizim ailənin bütün gələcək
davamçılarının qəlbində əbədi
yaşayacaqdır”.