ZĠyadxan nəBĠBƏYLĠ


Fövqəladə hallarda sistemin fəaliyyəti



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə9/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

9.2. Fövqəladə hallarda sistemin fəaliyyəti 
 
Ekstremal  hallarda  əhalinin  təhlükəsizliyini  təmin  etmək 
məqsədilə  Azərbaycan  Respublika  hökumətinin  qərarına  əsa-
sən ölkədə fövqəladə halların qarşısının alınması və belə hallar-
da fəaliyyət üzrə Dövlət Sistemi yaradılmışdır. 
Bu sistemin vəzifələri müvafiq tədbirlərin planlaşdırılma-
sından,  hazırlanmasından  və  həyata  keçirilməsindən  ibarətdir. 
Sistemin fəaliyyətində üç iş rejimi nəzərdə tutulmuşdur: 
-Gündəlik fəaliyyət rejimi –adi həyat şəraitində; 
-Yüksək  hazırlıq  rejimi  -  fövqəladə  hal  yaranması  ehti-
malı barədə məlumatlar alınarkən; 

 
109 
-Fövqəladə  rejim  -  təbii,  yaxud  texnoloji  mənşəli  fövqə-
ladə  hadisə  baş  verərkən  və  onun  nəticələri  aradan  qaldırılan 
dövrdə. 
Fövqəladə  hallar  üzrə  Dövlət  Sisteminə  rəhbərlik  Ölkə 
Prezidentinin  sərəncamı  ilə  respbulika  Fövqəladə  Hallar  Ko-
missiyasına, Fövqəladə Hallar Nazirliyinə, sistemin ərazi və sa-
hə pillələrində isə Naxçıvan Muxtar Respublikasının,  şəhər və 
bölgə  icra  hakimiyyəti  təşkilatlarının,  nazirliklərin,  xalq  təsər-
rüfatı təşkilatlarının müvafiq komissiyalarına həvalə edilmişdir. 
Fövqəladə  hallar  komissiyası  bütün  dərəcələrdən  olan 
idarəetmə təşkilatlarının, fəlakətlərlə mübarizəyə cəlb olunacaq 
qüvvə  və  vasitələrin  fəaliyyətə  daimi  hazırlığını  təmin  etmək, 
onların  səylərini  əlaqələndirmək,  bu  sahədə  nazirliklər,  hərbi 
komandanlıq  və  mülki  müdafiə  təşkilatları,  habelə  ictimai  təş-
kilatlar  arasında  qarşılıqlı  fəaliyyəti,  informasiya  mübadiləsini 
təşkil etmək, fəlakət bölgələrində xilasetmə və qəza-bərpa işlə-
rinə,  əhalinin  həyat fəaliyyətinin  təminatı və  təhlükəli sahələr-
dən  köçürülməsi  üzrə  tədbirlərə  bilavasitə  rəhbərlik  etmək 
üçün yaradılmışdır. 
Komissiyanın  qəbul  etdiyi  qərarların  yerinə  yetirilməsi 
respublikanın bütün icra hakimiyyəti orqanları, nazirliklər, şir-
kətlər və sahə tabeliyində və təsərrüfat formasından asılı olma-
yaraq müəssisə, təşkilat və idarələr üçün məcburidir. 
Fövqəladə  hallar  yaranarkən  onun  nəticələrinin  aradan 
qaldırılmasına  bilavasitə  rəhbərlik  etmək  üçün  çevik  qruplar 
yaradılır. Hadisələrin xarakterindən və miqyasından asılı olaraq 
çevik  qrupların  heyyəti  aşağıdakı  iş  istiqaməti  üzrə  müəyyən 
edilir: 
-  kimyəvi  və  partlayış  təhlükəli  müəssisələrdə  irimiqyaslı 
qəzalar üzrə; 
-  intensivliyi,  ərazidəki  yaşayış  və  istehsalat  binalarının 
seysmik davamlığından artıq olan güclü zəlzələlər üzrə; 
-
 
 dəmir  yolu  nəqliyyatında  güclü  təsirli  zəhərli  maddə  tu-
tumlarının zədələnib maddələrin geniş sahələrə yayılması 

 
110 
və  ya ətraf mühit üçün təhlükəli olan digər nəqliyyat qə-
zaları üzrə; 
-
 
 fəlakətli daşqın və subasma halları üzrə. 
Fövqəladə hallar üzrə Azərbaycan Dövlət Sistemi gündə-
lik idarəetmə təşkilatlarına bütün səviyyələrdən olan ərazi föv-
qəladə  komissiyalarının  növbətçi  heyətləri;  nazirliklərin,  sahə-
lərin,  xalq  təsərrüfatı  müəssisələrinin  növbətçi-dispetçer  xid-
mətləri; bütün dərəcədən olan MM qərargahları; fövqəladə hal-
ların  nəticələrinin  aradan  qaldırılmasına  cəlb  olunan  xilasedici 
dəstələrin növbətçi xidmətləri daxil edilmişdir. 
Bununla  yanaşı,  mülki  müdafiə  qərargahları  fövqəladə 
hallar təhlükəsinin  yaranması və  ya baş verməsi barədə xəbər-
darlığın təşkilinə, MM qüvvələri və vasitələrinin toplanıb hazır 
vəziyyətə  gətirilməsinə  və  idarə  olunmasına  öz  səviyyələrində 
nəzarət edirlər. 
Fövqəladə hallar üzrə Dövlət Sisteminin tərkibində, həm-
çinin, ətraf mühiti və təhlükə imkanlı təsərüfatları müşahidə və 
laboratoriya nəzarət şəbəkəsi fəaliyyət göstərir. Şəbəkənin əsas 
vəzifələri  ətraf  mühitdəki  və  təhlükə  imkanlı  təsərüfatlardakı 
vəziyyətə nəzarət, fövqəladə halların, o cümlədən də təbii fəla-
kətlərin, texnogen qəzaların, epizootiya və epifitotiya hallarının 
yaranması ehtimallarını və inkişafını proqnozlaşdırmaq, onların 
mümkün olan ekoloji və digər nəticələrini qiymətləndirməkdir. 
Bu  vəzifələr  Ekologiya  və  Təbii Sərvətlər  Nazirliyi,  Milli  Ae-
rokosmik  Agentliyinin,  Gigiyena  və  Sanitariya  Mərkəzinin, 
Baytarlıq  xidmətinin  və  respbulika  hökumətinin  xüsusi  qərarı 
ilə müəyyən edilmiş başqa çox vacib təşkilatların müvafiq qüv-
və və vasitələrilə yerinə yetirilir. 
Təbii və texnoloji xarakterli irimiqyaslı qəza nəticələrinin 
aradan qaldırılması üçün nəzərdə tutulan qüvvə isə bütün nazir-
liklərin,  dövlət  şirkətlərinin,  qeyri-dövlət  və  könüllü  ictimai 
təşkilatların hər cür ixtisasa malik ştatlı və digər  dəstələrindən 
ibarətdir. Zəruri hallarda bütün bu qüvvələri hərəkətə gətirmək 
üçün  Respublika  Fövqəladə  Hallar  Komissiyasının  idarəetmə 

 
111 
mərkəzi,  orada  fasiləsiz  çevik  növbətçilik  fəaliyyətini  davam 
etdirməlidir. Bölgədə  idarətemə  mərkəzləri  yaradılmalı, fasilə-
siz çevik növbətçilik təşkil etməlidir. 
Bütün bölgədə idarələrlə birbaşa telefon rabitəsinin olması 
yerlərdə  yaranmış  vəziyyət  barədə  informasiyanın  aşağıdan  yu-
xarıya, müvafiq tədbirlərin görülməsi üzrə sərəncam və göstəriş-
lərin isə yuxarıdan aşağıya dərhal çatdırılmasına imkan verir. 
Ehtimal edilən və ya baş vermiş fövqəladə hadisə barədə 
informasiya gündəlik idarəetmə təşkilatları tərəfindən tabeçilik 
üzrə yuxarı təşkilata, oradan respublika fövqəladə hallar komis-
siyasının operativ əməliyyat növbətçisinə verilir, çevik növbət-
çi informasiyanı dərhal həmin komissiyanın sədrinə və respub-
lika MM qərargahının rəisinə çatdırmağa borcludurlar. 
 
 
9.3. Fövqəladə hallarda əhaliyə xəbərdarlıq 
 
Ölkədə baş verən təbii fəlakətlərin və texnogen qəzaların 
nəticələrindən  əhalinin  mühafizəsində  mükəmməl  təşkil  olun-
muş təcili xəbərdarlığın təşkili böyük əhəmiyyət kəsb edir. Ona 
görə də, bu sahəyə xüsusi diqqət və qayğı gərəkdir. Hələ 1992-
ci  ildə  Respublika  Nazirlər  Kabinetinin  qərarı  ilə  ölkəmizdə 
mülki  müdafiənin  xüsusi  xəbərdarlıq  və  rabitə  sistemi  yaran-
mışdır və bu sistemin təşkil olunduğu gündən müntəzəm fəaliy-
yət göstərir. 
Respublika xəbərdarlıq və rabitə sisteminin tərkibinə Ra-
bitə Nazirliyinin rəhbərliyi, habelə onun birlik, idarə və müəs-
sisələrinin rəisləri, Dövlət Teleradio Şirkətinin rəhbərliyi və öl-
kədə daxili rabitə vasitələri olan bütün nazirliklərin, dövlət ko-
mitələrinin,  birliklərin  və  şirkətlərin  başçıları  daxil  edilmişdir. 
Bu xidmətin əsas vəzifəsi mövcud rabitə vasitələrinin və xəbər-
darlıq sistemlərinin  sabit işini  təmin etməkdən, fövqəladə hal-
larda bu sistemlərdən istifadə edərək baş vermiş hadisə barədə 
xəbərləri və ətraflı məlumatları birinci növbədə rəhbər kadrlara - 

 
112 
xalq təsərrüfatı təşkilatlarının başçılarına, eləcə də əhaliyə təcili 
çatdırmaqdan ibarətdir. 
Respublikamızın  bütün  ərazisini  əhatə  edən  xəbərdarlıq 
və rabitə xidməti sistemi aşağıdakı rabitə idarələri vasitəsilə hə-
yata keçirilir: 
-  Naxçıvan  Muxtar  Respublikasında  -  İstehsalat-Texniki 
Rabitə İdarəsi vasitəsi ilə; 
- Bakıda - Telefon Rabitəsi İstehsalat Birliyi vasitəsi ilə
-  Respublikanın  başqa  şəhər  və  bölgələrində  -  telefon 
qovşaqları  vasitəsi  ilə.  Respublikamızda  qəbul  olunmuş  möv-
cud qaydaya müvafiq olaraq fövqəladə hallarda işi təşkil etmək 
üçün  birinci  növbədə  respublikanın  rəhbər  kadrları  xəbərdar 
edilir. 
Bu  məqsədlə  xüsusi  idarəetmə  məntəqələri  yaradılmalı 
və orada daimi fəaliyyət növbətçisinin otağında mərkəzi xəbər-
darlıq  dayağı  qurulmalıdır.  Buradan  Bakı  şəhərinin  ərazisində 
yerləşən  bütün  ATS-in  hamısına  birbaşa  rabitə  xətti  çəkilməli 
və  bunlar  ATS-lərdəki  mərkəzləşdirilmiş  çağırış  qurğularına 
qoşulmalıdır. Çağırış qurğularına həmin ATS-dən istifadə edən 
bütün rəhbər kadrların ev və iş telefonları qoşulmalıdır. 
Əlbəttə ki, eyni zamanda baş vermiş hadisə barədə məlu-
mat  yerli  əhaliyə  də  çatdırılmalıdır.  Beynəlxalq  qaydaya  görə 
fövqəladə hallarda adamların vaxtında xəbərdar edilməsi və ya-
ranmış şərait barədə onlara müntəzəm məlumat verilməsi ölkə-
mizdə  əhalinin  mühafizəsinin  əsas  prinsiplərindədir.  Bu  məq-
sədlə  idarəetmə-xəbərdarlıq  mərkəzlərindən  bütün  televiziya-
yayım  kanallarından,  çox  milyonlu  abonenti  əhatə  edən  radio 
qovşağından  şəhərlərdəki,  bölgə  mərkəzlərindəki  meydanlarda 
və müəssisələrdə quraşdırılmış elektrik səsucaldan və bütün te-
lefon vasitələrindən istifadə edilməlidir. 
Bütün xəbərdarlıq mərkəzlərinin və sistemlərinin texniki 
cəhətdən saz və həmişə hazır vəziyyətdə saxlanılması Respub-
lika Rabitə Nazirliyinin bir saylı vəzifəsi olmalıdır. 

 
113 
Qeyd  edək  ki,  əhalinin  və  mühüm  əhəmiyyəti  olan  mə-
kanların qorunmasını təşkil etmək üçün ölkəmizdəki rabitə-xə-
bərdarlıq sistemlərinin Dünya-Avropa sistemlərinə uyğunlaşdı-
rılması da günün zəruri tələblərindəndir. 
 
 
9.4. Respublika əhalisinin mühafizə və  
özünü mühafizəyə hazırlanması 
 
İnsanlara  fövqəladə  hallarda  mühafizə  və  fəaliyyət  qay-
dalarının öyrədilməsi mülki müdafiənin əsas vəzifələrindən bi-
ridir. Bu, respublika hökuməti tərəfindən təsdiq edilmiş müva-
fiq Əsasnamənin tələblərinə uyğun yerinə yetirilməlidir. 
Əhali mühafizəyə hazırlanarkən aşağıdakı əsas prinsiplər 
rəhbər tutulur: 
-
 
mühafizə məsələləri ümumən ölkənin 8 yaşdan yuxarı bü-
tün əhalisinə öyrədilməlidir. Bu zaman 8-16 yaşlı şəxslə-
rə - fövqəladə hallarda mühafizənin üsul və qaydaları, 16 
yaşdan yuxarı şəxslərə isə, bundan əlavə, qəzaların və fə-
lakətli hadisələrin nəticələrini aradan qaldırmaq üzrə fəa-
liyyət qaydaları öyrədilir; 
-
 
mühafizə  biliklərinin  öyrədilməsi  icbari  xarakter  daşıyır 
və vətəndaşların borcu sayılır. Tabeliyindən, mülkiyyətin-
dən  və  təsərrüfat  istiqamətindən  asılı  olmayaraq  bütün 
dövlət  və  qeyri-dövlət  təşkilatlarının,  müəssisə  və  təşki-
latların  rəhbərləri  öz  tabeliyindəki  şəxslərin  fövqəladə 
hallarda  mühafizəyə  hazırlanmasını  təşkil  edir  və  bunun 
üçün məsuliyyət daşıyırlar; 
-
 
mühafizə məsələləri əsasən yerli şəraiti, sahənin xüsusiy-
yətini  nəzərə  almaqla,  əhalinin  müxtəlif  qruplarına  fərqli 
surətdə öyrədilir. Mühafizə tədbirlərini öyrətmək üçün öl-
kənin  bütün  əhalisini  şərti  olaraq  bu  qruplara  aid  edilər, 
rəhbər heyyət, hərbiləşmiş dəstələrin hərbi şəxsi heyyətlə-
ri; bu dəstələrə cəlb edilməyən sənaye və kənd təsərrüfatı 

 
114 
əməkçiləri; istehsalat və xidmət sahələrində məşğul olma-
yan  əhali;  məktəbli  gənclər.  Bu  qrupların  hər  biri  üçün 
xüsusi  proqramlar  işlənib  hazırlanır,  tədrisin  məqsədləri, 
forma və metodları müəyyən edilir. 
-
 
mühafizə  biliklərinin  öyrədilməsi  fasiləsiz  və  ardıcıl  xa-
rakter daşıyır. 
İşləyən əhali əsasən iş yerlərində onların xidməti vəzifə-
ləri  nəzərə  alınmaqla  mühafizəyə  hazırlanır.  Hazırlığın  əsas 
forması  əməli  məşğələlərdir.  Həmçinin  qayda  və  qanunların 
yerinə  yetirilməsi,  məşqlər  və  müxtəlif  təlimlərin  keçirilməsi 
kimi tədbirlər də müntəzəm surətdə təşkil edilməlidir, məcburi-
dir. 
Ümumiyyətlə  mülki  müdafiə  biliklərini  öyrətmək  üçün 
Respublikanın əhalisi şərti olaraq aşağıdakı beş qruppa ayrılır: 
-  rəhbər heyyət; 
-  hərbiləşdirilməmiş  MM  dəstələrinin  komandir-rəis  və 
şəxsi heyyətləri;  
- MM dəstələrinə cəlb olunmamış fəhlələr, qulluqçular və 
kənd əməkçiləri; 
- istehsalatda və xidmət sahələrində işləməyən əhali
- məktəbli gənclər. 
Yeni  iqtisadi  münasibətlər,  habelə  yerli  şərait  nəzərə 
alınmaqla 1992-ci ildən etibarən əhaliyə mülki müdafıə biliklə-
rinin öyrədilməsi yeni tədris sistemi üzrə təşkil edilir. Bu siste-
min əsas səciyyəsi ondan ibarətdir ki, öyrədiləcək mülki müda-
fıə  mövzularının  seçilməsində,  məşğələləri  keçirtmək  vaxtının 
(iş vaxtı və ya işdən kənar vaxt) və metodlarının müəyyən edil-
məsində  və  digər  təşkilati  məsələlərdə  müəssisə  rəhbərlərinə 
geniş müstəqillik verilir, bununla yanaşı fəhlə və qulluqçuların 
mühafizəyə  əməli  surətdə  hazırlanmasının  təşkilinə  və  hazır-
lığın keyfiyyətinə görə onların məsuliyyəti artırılır. 
Mülki  müdafiəyə  ümumi  hazırlıq  sistemində  ali  məktəb 
tələbələrinin  gələcəyimiz  olduğunu  nəzərə  alınmaqla  onların 
bir  çoxunda  mülki  müdafiə  kafedraları  və  kursları  yaradılmış, 

 
115 
tədris  proqramları  müasir  tələblərə  uyğun  surətdə  dəqiqləşdiri-
lib  təkmilləşdirilmişdir.  Hazırda  respublikanın  bütün  tədris  mü-
əssisələrində  Mülki  müdafiə  fənni  öyrədilir.  Texniki  təmayüllü 
ali  məktəblərdə  Mülki  müdafiə  məsələləri  tələbələrin  kurs  və 
diplom  işləri  siyahısına  daxil  edilmişdir.  Fövqəladə  Hallar  Na-
zirliyi yarandıqdan sonra bu kimi işlər daha da gücləndirilmişdir. 
Mülki müdafiə fənnindən dərs deyən müəllimlərin ixtisas 
üzrə təkmilləşdirilməsinə lazımi diqqət yetirilir. Onlarla müntə-
zəm  olaraq  tədris-metodiki  toplanışlar  keçirilir.  Bu  tədbirlərə 
orta  məktəblərdə  Mülki  müdafiə  məşğələsi  aparan  sinif  müəl-
limləri və rəhbərləri hər tədris ilinin başlanması ərəfəsində, ali 
məktəb müəllimləri isə qış və yay tətilləri dövründə cəlb edilir. 
Rəhbər  heyyətlərin,  MM  komandir-rəis  heyyətlərinin  və 
mütəxəssislərin  mühafizəyə  hazırlanmasında  mülki  müdafiə 
kursları vacib əhəmiyyət kəsb edir. 
Respublikamızda həm mərkəzi, həm də bölgə Mülki mü-
dafiə  kursları  fəaliyyət  göstərirlər.  Onların  əsas  vəzifələri  mü-
əssisələrin  rəhbərlərini  Mülki  müdafiə  məsələlərinin  yerlərdə 
əməli surətdə həyata keçirilməsinə hazırlamaq, bu sahədə onla-
ra metodiki yardım göstərməkdən ibarətdir. 
Mühafızə biliklərinin öyrədilməsində kütləvi informasiya 
vasitələrinin imkanlarından da istifadə edilir. 
Beləliklə,  mühafizə  biliklərinin  bütün  əhali  qruplarına 
öyrədilməsi  üçün  Respublikamızda  hüquqi  baza  yaradılmış, 
onun icra mexanizmi müəyyən edilmiş, tədris sistemləri forma-
laşdırılmışdır.  Lakin,  Mülki  müdafiə  tədrisinin  keyfiyyətini 
yüksəltmək sahəsində görməli işlərimiz hələ də çoxdur. 
 
 
9.5. Milli xarakterimiz və fövqəladə hallar. 
 
Qarabağ  məsələsi  Respublikamızda  böyük  psixoloji 
gərginlik yaratmaqla yanaşı onu 20 ildən artıqdır ki, yaşayırıq. 

 
116 
Gözlənilməz təbii fəlakətlər baxımından Azərbaycanı is-
tər  öz  bölgəmiz,  istərsə  də  dünyanın  digər  yaşayış  bölgələrin-
dən kəskin fərqləndirən amillər o qədər də çox deyildir. Doğru-
dur,  Respublikamızda  Göygöl  və  Şamaxı  zəlzələləri,  palçıq 
vulkanları, sel və daşqınlar, torpaq sürüşmələri və s. təbii hadi-
sələr, habelə texniki tərəqqi ilə bağlı qəza halları az baş vermə-
mişdir.  Lakin,  belə  hadisələr  həm  bizim  Qafqaz  bölgəsində, 
həm də dünyanın digər bölgələrində bizimkilərdən də fəlakətli 
miqyasda  dəfələrlə  törəmişdir  ki,  əhali  ondan  xəbər  tutanda, 
bütün bunlar- onda müəyyən psixoloji halət formalaşdırmışdır. 
Lakin, Qarabağ hadisələri ilə əlaqədar 1988-ci ildən baş-
lanan proseslər, açıq hərbi əməliyyatlar, torpaqlarımızın işğalı, 
onun məntiqi nəticəsi kimi kütləvi qaçqınlığa gətirib çıxarması 
keyfıyyətcə yeni bir vəziyyət yaratmış, "fövqəladə", "ekstremal 
vəziyyət"  anlayışının  məna  tutumunu  xeyli  genişləndirmişdir. 
Bunun  sosial-psixoloji  səpkisini  daha  dolğun  təsəvvür  etmək 
üçün belə bir tarixi amili də xatırlatmaq lazım gəlir ki, ötən yet-
miş  il  ərzində  erməni-azərbaycan  münaqişəsi  aradan  qaxmasa 
da, o yalnız ideoloji-milli uyuşmazlıq kimi davam etmiş, Ermə-
nistandan  azərbaycanlıların  çıxarılması  halları  olsa  da,  haki-
miyyət  səviyyəsində,  az-çox  mütəşəkkil  qaydada,  idarəolunan 
bir proses kimi həyata keçirilmiş, bütün etnik-psixoloji gərgin-
liyə  baxmayaraq,  ciddi-peşəkar  təsnifat  baxımından  ekstremal 
(fövqəladə) vəziyyətə gətirib çıxarmamışdır. 
Azərbaycan  2-ci  dünya  müharibəsinin  acısını  dadsa  da, 
onun  dağıdıcı  dalğası  ərazimizi  tutmadığından,  müharibə  nəti-
cəsində  törənən  vəziyyət  ilə  bağlı  təsəvvürlərimiz  canlı  müşa-
hidəyə deyil, informativ şərtlərə söykənir. Lakin, səksəninci il-
lərin  sonunda  başlayan,  SSRİ-nin  dağılması  ilə  kəskin  hərbi 
forma alan yeni münaqişə məhz öz etnik mahiyyətinə görə göz-
lənilməz səciyyə kəsb etmiş, xüsusən 1992-93-cü illərdə bir sı-
ra  kəskin  ekstremal  vəziyyətlər  yaratmış,  o  cümlədən  Xocalı, 
Laçın, Kəlbəcər və digər bölgələrdə geniş əhali kütləsinin təcili 
köçürülməsi  ilə  bağlı  yeni  vəziyyət  ilə  üzləşdirmiş  və  demək 

 
117 
olar ki, bu halların hamısında lazımi psixoloji hazırlığın olma-
masından çox ciddi (məsələn, Xocalıda) sosial fəlakət səviyyə-
sinə gəlib çatmışdır. 
İstər  təbii  xarakterli,  istər  texniki  səciyyəli,  o  cümlədən 
Bakı  metrosunda  baş  vermiş  dəhşətli  qəzalar,  istərsə  də  Qara-
bağ  müharibəsinin  törətdiyi  fövqəladə  hadisələr  ekstremal  və-
ziyyətlərin  qiymətləndirilməsi,  fövqəladə  vəziyyət  bölgəsinə 
düşən əhali kütləsinin vaxtında xəbərdar edilməsi, köçürülmə-
nin təşkili və köçürülən əhalinin sosial-psixoloji xüsusiyyətləri-
nin  nəzərə  alınmasını  zəruri edir. Ümumiyyətlə, fövqəladə  və-
ziyyət şəraitində  əhaliyə  xəbərdarlıq  edilməsi,  onun mühafizə-
si,  təcili  və  cari  zəruri  şeylərlə  təchizinin  təşkili  bütövlükdə 
xalqın ümumi milli xarakteri ilə yanaşı bu tədbirlərin əhatə et-
diyi  hər  bir  sosial  qrupun  həm  məxsusi,  həm  də  fövqəl  vəziy-
yətdən  doğan  psixoloji  xüsusiyyətləri  ilə  də  sıxı  bağlıdır  və 
fövqəladə tədbirlər silsiləsinin hər mərhələsində onun ciddi nə-
zərə alınması lazım gəlir. 
Müəyyən  əhali  kütləsinin  hər  cür  təşkili  kimi  fövqəladə 
vəziyyət  hallarında  görülməli  olan  tədbirlər  də,  bu  işə  geniş 
mənada  yanaşdıqda,  idarəetmədir,  onun  xüsusi  halıdır.  Yəni 
hər bir idarəetmədə olduğu kimi burada da idarəetməyə verilən 
ümumi  tələblər  daimi  gözlənilməli,  digər  tərəfdən,  fövqəladə 
vəziyyətlə bağlı məxsusi xüsusiyyətlər qabaqcadan nəzərdə tu-
tulmalı,  gözlənilən  vəziyyətlərə  hazırlıq  görülməli,  qəza  və  ya 
fəlakət  törədikdə  görüləcək  təcili  tədbirlər  də  qabaqcadan 
nəzərə alınmalıdır. 
Görülən qabaqlayıcı tədbirlərin hər biri təbii ki, toplumun 
psixologiyasında  müsbət  mənada  iz  qoymağa  xidmətə  istiqa-
mətlənməli, milli psixika nəzərə alınmalıdır. 
Hər  cür  idarəetmə  kimi  fövqəladə  vəziyyətlərdə  də  ida-
rəetmənin hər iki tərəfinin - onun subyektinin və obyektinin is-
tər  elmi  təhlil  və  təcrübə  əsasənda  məlum  olan,  istərsə  də  ek-
stremal  şəraitdə  üzə  çıxacağı  gözlənilən  xüsusiyyətləri  belə 

 
118 
hallara hazırlıq tədbirlərində, o cümlədən təlim-məşq prosesin-
də müvafiq yer tutmalıdır. 
Şübhəsiz,  bütün  bu  işlərdə  idarəetmənin  subyekti,  yəni 
fövqəladə hallar barədə xəbərdarlıq, əhalinin köçürülməsi işin-
də  təşkilatçısı  başlıca  simadır.  O,  idarəetmə  təsnifatında  "rəh-
bər işçi" anlayışına aid olur və ona verilən tələbləri ödəməlidir. 
Qısa  desək,  rəhbər  işçi  etikasının,  idarəetmə  mədəniyyətinin 
bütün  şərtlərini  -  yəni  səriştəlilik,  işi  təşkil  etmək  bacarığı, 
əməli  fəaliyyətdə  inzibati  və  elmi  idarə  qaydalarının  düzgün 
əlaqələndirilməsi, etik, hətta müəyyən mənada estetik tələblərə 
cavab verməklə, ayrı-ayrı fərdlərin psixoloji durumuna da qay-
ğıkeşlik olmalıdır. 
Respublikamızda  istər  bir  sıra  təbii  fəlakətlər,  istərsə  də 
müharibə  şəraiti  ilə  bağlı  ekstremal  şəraitlərdə  idarəetmə  sub-
yektinin - əhalinin mühafizəsi ilə məşğul olan rəhbər işçinin bu 
tələblərin həm ayrı-ayrı bəndlərinə, həm də onun bütün tələblə-
rinə  cavab  vermədiyi  hallar,  təəssüf  ki,  dəfələrlə  müşahidə 
olunmuşdur. Burada həm məqbul hesab oluna biləcək səbəblər 
(məsələn,  qəza  və  ya  daşqının  qəfil  baş  verməsi,  hava  şəraiti, 
nəqliyyat  və  başqa  amillərin  təşkilində  gözlənilmədən  üzə  çı-
xan cəhətlər), həm  də  gözlənilməyən amillər, o cümlədən rəh-
bər işçinin düzgün seçilməməsi, hətta adi şəraitdə qəza halları-
na  hazırlıq  işini  yaxşı  qura  bilməməsi,  ekstremal  vəziyyətdə 
gözlənilmədən qarşıya çıxan amillər, o cümlədən kəskin dəyiş-
mə şəraitində uyğunlaşmaqda lənglik, rəhbər olduğunu "unuda-
raq" yaxın qohumları və şəxsi əmlakı qayğısına qalmaq və s. öz 
təsirini  göstərir.  Əlbətdə,  burada  çıxış  yolunu  rəhbər  işçinin 
fövqəladə  hallara  ümumi  hazırlığında,  müxtəlif  vəziyyətlərdə 
psixoloji  vəziyyətlərin  təhlili  ilə  aparılan  təlim-məşq  tədbirlə-
rində görmək gərəkdir. 
Müşahidələr,  Respublika  Mülki  müdafiə  rəhbərliyinin 
məlumatları və s. göstərir ki, fövqəladə vəziyyətlərdə rəhbər iş-
çinin özünü itirməsi halları daha kütləvi səciyyə daşıyır. Odur 
ki,  işə  psixoloji  hazırlıq  həmişə  diqqət  mərkəzində  saxlanıl-

 
119 
malıdır.  Diqqət  çəkən  məqamlardan  biri  də  odur  ki,  keçmiş 
SSRİ məkanında Mülki müdafiə təşkilatlarında sosial-psixoloji 
məsələləri  öyrənən  ayrıca  bir  qurum  mövcud  idi.  Müstəqillik 
şəraitində  isə  bütövlükdə  olduğu  kimi  bu  sahədə  də  varislik 
əlaqəsi qırılmışdır. 
Digər bir məqam isə fövqəladə vəziyyət tədbirlərinin əsas 
təşkilatçısı  ilə  peşəkar  təlimatçı  (Mülki  müdafiə  xidmətinin 
əməkdaşı) arasında olan münasibətdəki ciddi psixoloji durum-
dur.  Bilik  və  təcrübəsinə,  işi  soyuqqanlıqla  qura  bilmək  qabi-
liyyətinə, insanlarla işləməkdə "bitərəfliyinə" görə, əlbəttə, təli-
matçı daha səriştəlidir, təcili tədbirlər görüb düzgün qərar çıxa-
ra  bilir.  Lakin,  kütləyə  psixoloji  təsir  baxımından  rəhbərliyi 
onun öz əlinə alması ağır nəticələr verər, kütləni stress vəziyyə-
tinə gətirib çıxara bilər. 
Təcrübə göstərir ki, idarə rəhbərləri adi vəziyyətlərdə və-
zifəsinin mahiyyətini, görəcəyi  əsaslandırılmasını  yaxşı bildiyi 
halda, hadisə zamanı təcili görülməli olduğu işin səmərəsi aza-
lır,  qəzanın  nəticəsini  aradan  qaldırmağa  psixoloji  hazırlığa 
xeyli əlavə vaxt itirir. 
Hər bir idarəetmədə olduğu kimi fövqəladə vəziyyətlərdə 
də  görülən  tədbirlərin  uğurlu  olması,  hadisəni  yaşayan  əhali 
kütləsinin  ümum  milli  xarakteri  və  sosial-psixoloji  halətindən 
də çox asılıdır.  Burada əhalini  passiv  tərəf hesab etmək nə  el-
mi, nə də əməli-təcrübi cəhətdən düzgün deyil. Əhali kütləsi də 
ümumi əməliyyatın təşkili və icrasında fəal qüvvədir, onun so-
sial-psixoloji  xüsusiyyət  və  davranışı  ümumi  işə  istər  müsbət, 
istərsə də mənfi mənada dərin təsir göstərə bilər. Psixoloqların 
müşahidələrinə görə, fövqəladə vəziyyətlərdə əhalinin, xüsusən 
də uşaqların, qadınların bioritmik-uyğunlaşma qabiliyyəti zəif-
ləyir,  çaşqınlıq,  onun  nəticəsi  kimi  vurnuxma,  qeyri-mütəşək-
killik və s. baş verir. Bu kütləni səciyyələndirən əsas əlamətlərə 
çevrilir, fəal idarə olunmağa kəskin tələbat yaranır. Bu amillər 
mühafizənin bütün pillələrində - xəbərdarlıq, əhalinin köçürül-

 
120 
məsi,  yerləşdirilməsi,  zəruri  şeylərlə  təchizi  mərhələlərində  də 
özünü biruzə verir. 
Xalqımızın  milli-etnik  psixologiyasında  "Allahsız  yerdə 
otur, böyüksüz yerdə oturma" atalar misalı kifayət qədər yerinə 
düşür və fövqəladə vəziyyətlərdə idarəetmə mədəniyyəti baxı-
mından  bunun  rəhbər  işçi  qarşısında  qoyduğu  sosial-psixoloji 
tələbləri başa düşmək heç də çətin deyil. Odur ki, fövqəladə və-
ziyyət  şəraitində  idarəetmənin  subyekti  ilə  obyekti,  təşkilatçı 
ilə təşkil olunanlar, rəhbər işçi ilə kütlə arasında qarşılıqlı mü-
nasibətlərin nəinki məzmunu, hətta forması da ciddi əhəmiyyət 
kəsb  edir.  Təşkilatçının  zahiri  təmkinini,  təcili  qərarlar  qəbul 
etmək  qabiliyyətini,  verdiyi  sərəncamların  qətiyyətini  görən 
kütlə psixoloji stress vəziyyətindən daha asan çıxır, hərəkətlərə 
daxili  nizam  gətirir.  Respublika  Mülki  müdafiə  qərargahının 
topladığı  təcrübələr  göstərir  ki,  köçürmə  zamanı  ağlabatan 
əməliyyat sırası, uşaqların və qocaların, xəstə və köməyə ehti-
yacı  olanların  öncə  çıxarılması  və  yerləşdirilməsi,  təchizat  sa-
həsində  ədalətli  və  düşünülmüş  qaydalar  qoyulması  psixoloji 
sabitləşməyə çox kömək edir. Su, çörək və s. təchizat mənbələ-
ri az olduqda belə, rəhbər işçinin təmkinlə köməyin davam et-
diriləcəyi barədə dediyi söz kütlənin dözümlüyünü kəskin artı-
rır, fəlakətli nəticələr verə bilən özbaşınalıq və zorakılığın qar-
şısını almağa yardımçı olur. 
Digər  amil  təlim-məşq  və  xəbərdarlıq  hallarıda,  ənənəvi 
münasibətlə bağlıdır. Bu sahədə mühafızə xidmətinin psixoloq 
və sosioloqlarla əlbir fəaliyyətinə, müvafıq proqram və metod-
ların işlənib hazırlanmasına ciddi ehtiyac var. 
Bizə belə gəlir ki, fövqəladə vəziyyət hallarına istər rəh-
bər işçinin, istərsə də əhali kütləsinin hazırlanması yalnız yerli 
(məhəlli)  idarə  təşkilatlarının  işi  hesab  edilə  bilməz.  Bu, 
ümumdövlət əhəmiyyətli vəzifə olub, mərkəzləşdirilmiş qayda-
da,  elmi  əsaslarla  təşkil  edilməlidir.  Xüsusən  indiki  müharibə 
şəraitində  mütəşəkkilliyin  zəifləməsi,  pərakəndəliyin  getdikcə 
kütləviləşməsi  fövqəladə  vəziyyət  hazırlığının  yeni  formaları 

 
121 
axtarışını  zəruri  edir.  Hazırlığın  qrup  şəkili  ilə  yanaşı  kütləvi 
informasiya  vasitələrindən,  ilk  növbədə  televiziya  və  radiodan 
geniş  istifadə  etmək,  vaxtaşırı  müəyyən  verilişlər  vermək,  o 
cümlədən baş vermiş hər hansı qəza hadisəsini məhz xilasetmə 
baxımından ətraflı təhlil etmək, zənnimizcə, səmərəli nəticə ve-
rə bilər. 
Bunun özü də fövqəladə hadisələr zamanında milli xarak-
terimizə,  milli  psixologiyamıza  daha  uyğun  müdafə  olunmaq 
xüsusiyyətlərini əhalimizə aşılamaqda yardımçı ola bilər. 
 
 


Поделитесь с Вашими друзьями:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə