ZĠyadxan nəBĠBƏYLĠ


Ozon həyat üçün vacibdirmi?



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə8/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 
8.7. Ozon həyat üçün vacibdirmi? 
 
 Əlbətdə,  ozon  insan  həyatı  üçün,  bütün  canlılar  üçün, 
bitki  aləmi  üçün  çox  vacib  olan  kimyəvi  maddələrdən  biridir. 
O, insanların hər zaman anadan olandan dünyasını dəyişənə ki-
mi udduğu havanın əsas tərkib hissələrindən biri olan oksigenin 
izotopudur.  Ozon  adi  həyatda  və  ümumiyyətlə  kainatda  qaz 
halındadır, üç oksigen atomunun birləşməsidir. Lakin ozon ud-
duğumuz havanın həcm tərkibinin milyonda bir (0,000001) fai-
zini  təşkil  etsə  də  onun  insan  həyatında  çox  böyük  əhəmiyyət 
kəsb  edən  funksiyaları  vardır.  Belə  ki,  ozonun  havanın  tərki-
bində  az  miqdarda  olmasına  baxmayaraq,  bu  qaz  həm  də  Yer 
kürəsində  canlı  həyat  üçün  optimal  şəraitin  yaranmasında  da 
xüsusi rol oynayır. Ozon atmosferin yuxarı qatlarında - stratos-
ferdə  günəşdən  gələn  ultrabənövşəyi  şüaların  təsiri  ilə  gedən 
fotokimyəvi  reaksiyaların  -proseslərin  nəticəsində  əmələ  gələ 
bilir. Qeyd edək ki, birinci növbədə ozon canlı və cansız aləmi 
ultrabənövşəyi şüaların yaratdığı zərərli təsirlərdən çox etibarlı 
qoruya bilir. Ozon ultrabənövşəyi şüaları udmaqla, bunun nəti-
cəsində bioloji cəhətdən çox aktiv olan radiasiya şüalarının Yer 
səthinə gəlib çatmasının qarşısını alır. 
Digər tərəfdən ozon yerin infraqırmızı şüalanmasının bir 
hissəsini  udmaqla  atmosferin  qızdırıcı  təsirini  artıra  bilir.  Bir 
sözlə normal ozon qatı müəyyən mənada yerdəki canlı həyatın 
müdafiəçisi funksiyasının əsas amilidir. Ozonun atmosferin yu-
xarı qatlarında və havanın tərkibində çox olması isə canlı həyat 
üçün təhlükəlidir. Canlı orqanizmlər üçün vacib olan "D" vita-
mini  təbii  halda  ancaq  ultrabənövşəyi  şüaların  təsiri  ilə  yaran-

 
93 
dığından  ozonun  atmosferdə  normadan  artıq  olması,  ultrabə-
növşəyi şüaların tam udulması alınardı ki, bu da "D" vitamini 
çatışmamazlığı  demək  olardı.  Yaxud,  ultrabənövşəyi  şüalar 
xəstəlik  törədən  bakteriaların  məhvində  də  mühüm  rol  oyna-
dığından bu şüaların Yer səthində azlığı bioloji həyatın inkişaf-
ına da məhvedici təsir edərdi. 
Ozon  maddəsi  əsasən  atmosferin  troposfer  və  stratosfer 
qatlarında  olur  və  troposferdə  onun  miqdarı  az  olduğu  halda, 
stratosferdə  ozonun  ən  çox  qarışığı  19-25  km  məsafəsindədir. 
Təbii ki, ozon stabil maddə olmayıb, təbii qarışıqlıqlardakı hid-
rogenə, azota və xlora çox həssasdır. Bu da öz növbəsində ozo-
nun dağılmasına səbəb olur. Bu səbəbdən də təkcə karbohidro-
gen tullantılarını deyil, söylənilən maddələr və onların qarışıq-
larını da atmosferə atmaq zərərlidir. Bu və ya digər səbəblərdən 
Yer səthinin yaxınlığında - troposferdə azon, özündə qələvi ya-
ğışlar, fotokimyəvi his toplayan, qlobal istiləşmə effekti və get-
dikcə  daha  böyük  problemlər  yaradan  çirkləndirici  maddələr 
kimi təzahür edir. Amma, bütün bunlarla yanaşı Yer səthindən 
11 km-dən 48 km-ə qədər hündürlükdə olan stratosferdə aşındı-
rıcı iyi olan qaz oksigenin özü qədər həyat üçün gərəklidir. 
Ozon mühafızə qatı əmələ gətirir ki, bu da həddindən çox 
kövrək olmaqla yanaşı, heyrətedici dərəcədə effektlidir. 
Əgər, ozonu Yer səthi  üzərinə sərmək mümkün  olsaydı, 
qalınlığı 3 mm olan nazik təbəqə alınardı. Hər 10 milyon hava 
molekuluna 2 milyon normal oksigen və üç ozon molekulu dü-
şür ki, bu da Yer kürəsindəki canlı həyatın təminatçısıdır. Oksi-
genin izotopu olmaqla ozon 1785-ci ildə Hollandiya fıziki Van-
Marum tərəfmdən aşkar edilmişdir. 1839-cu ildə  isə ilk olaraq 
İsveçrə  alimi  K.F.Şenbeyn  elektrik  boşalmalarının  müşahidəsi 
zamanı ozonu kəşf etmiş və elmi ədəbiyyata da "ozon" sözünü 
ilk  dəfə  o  gətirmişdir  ("ozo"  yunan  sözü  olub  "kəskin  iy"  de-
məkdir).  Elə  bu  səbədən  də  dağlıq  ərazilərdə  ildırım  çaxarkən 
(elektrik boşalmasıdır) havada spesifık iy əmələ gəlir. Ozonun 
atmosferin bir hissəsi olması isə 1850-ci illərdən sonra alimlərə 

 
94 
məlum olmuşdur. Atmosferin bir hissəsini korlamaq isə insanın 
özünə çox baha başa gələ bilər. 
Ozonu təmiz halda yalnız 1922-ci ildə alman kimyaçıları 
E.Rizenfeld  və  Q.Şvad  tərəfindən  alınmışdır.  Belə  ki,  ozon 
yüksək təzyiq (150 atm) və güclü soyuma (-112,3 dərəcə) nəti-
cəsində  o  tünd  bənövşəyi  mayeyə,  daha  güclü  soyumada  isə 
bərk  kristallik  kütləyə  çevrilir.  Ozon  kimyəvi  xassəsinə  görə 
oksigendən  dəfələrlə  aktivdir.  Baxmayaraq  ki,  oksigen  öz  ak-
tivliyinə görə təmiz qızıl istisna olmaqla təbii şəraitdə Mende-
leyev  cədvəlindəki,  elmə  bəlli  bütün  elementləri  oksidləşdir-
mək - yəni onunla birləşmək qabiliyyətinə malikdir. 
Ozon  qatı  haqqında  islam  dünyasının  müqəddəs  kitabı 
olan  Qurani-Kərimdə  də  məlumat  verilmiş,  onun  "müqəddəs", 
toxunulmaz  olmasına  da  işarə  vurulmuşdur.  Elm  isə  bu  haqda 
XVIII əsrdə məlumat əldə edə bilmişdir. Bu baxımdan da Ozon 
qatı "müqəddəsdir", toxunulmazdır və toxunsan özün ən böyük 
bəlalara  düçar  ola  bilərsən.  Elmin  müasir  inkişafı  nəticəsində 
gözə görünməz bu "müqəddəs" hesab olunan ozonun bütövlük-
də  fıziki-kimyəvi  xüsusiyyətlərini  öyrənmiş  və  ölçü  vahidini 
isə Dobson adlandırmışlar. Oturacağının sahəsi 1 sm
2
 olan ver-
tikal sütunda, normal təzyiq və temperaturda olan ozonun miq-
darı  1  Dobson  adlanır.  Yaşadığımız  Yer  kürəsində  insan  təsiri 
olmadıqda ozonun orta miqdarı 300, müxtəlif coğrafl sahələrdə 
isə orta hesabla 250-500 Dobson arasında dəyişir. 
Yer kürəsinin  çevrəsində  olan və onu bir çox zərərli fə-
sadlardan  qoruyan  ozon  qatının  azalması  (zəifləməsi),  yaxud 
deşik  açılmasından  təkcə  Azərbaycan  deyil,  bütövlükdə  bəşə-
riyyət  təsəvvür  edilə  bilməyən  bəlalara  düçar  ola  bilər.  Bunu 
dərk edən dövlətlər alimlərin tövsiyyələri ilə razılaşır və lazımi 
tədbirlərə yardımçı olurlar. Amma, bu fikri bütün dövlətlərə aid 
etmək olmaz. Elə bu səbəblərdəndir ki, hər yaz fəslində plane-
tin cənub yarımkürəsində Antarktika üzərində ozon qatında sa-
həsi 30,1 mln. km
2
 olan "deşik" əmələ gəlir. 

 
95 
Müqayisə üçün deyək ki, bu "deşiyin" sahəsi Afrika qitə-
sinin  sahəsi  ilə  eynidir.  Şimal  yarımkürəsində  də  bu  məsələ  o 
qədər  də  ürəkaçan  deyil.  ABŞ-ın  elmi  idarələrinin  araşdırma-
larına  əsaslansaq  Rusiya  və  Avropanın  bir  neçə  şimal  ölkələri 
ozon qatının zəif olduğu bölgələrə aiddir. Ozon qatının müşahi-
dəsi  ilə  ilk  növbədə  məşğul  olan  ölkələr  Böyük  Britaniya, 
ABŞ, Kanada, Yeni Zellandiya və s. dövlətlərin çoxsaylı təşki-
latları olmuşlar. Son dövrlər məsələnin məğzini dərk edən döv-
lətlər, o cümlədən Azərbaycan Respublikası da ozon probleml-
əri ilə əlaqəli tədbirlər görmə öhdəliyini beynəlxalq səviyyədə 
qəbul edərək, aidiyyatı sənədlərə imza atmışdır. 
Qeyd  edildiyi  kimi  ozon  qatının  nazilməsi,  "deşik"  açıl-
ması  ultrabənövşəyi  radiasiyanın  artmasına  səbəb  olur.  Bu  şü-
alar isə öz növbəsində üç hissəyə bölünməklə A, B, C tipli şüa-
lara  ayrılırlar.  Ozon  özünə  böyük  miqdarda  və  həm  də  daha 
çox təhlükəli olan UV-B tipli şüaları özünə mənimsəyir. UV-A 
tipli  şüalar  arasındakı  sahədə  zəncirvari  prosesə  oxşar  udulma 
və  parçalanma  şüaları  buraxılır,  UV-S  tipli  şüalar  arasında  isə 
başlıca  məsələ  əsasən  oksigenin  udulmasıdır.  Elmi  araşdırma-
lar sübüt etmişdir ki, UV-B tipli şüalanmanın artması, ozonun 
intensiv  nazilmə  periodlarına  məruz  qalan  bölgələrdə  təsadüf 
edilmişdir.  Bu  tip  şüaların  artması  Yer  kürəsindəki  həyata  və 
ətraf  mühitə  çox  ciddi  zərər  vurur.  Sübut  edilmişdir  ki,  ozon 
qatının hətta azacıq nazilməsi dəri xərçəngi, bədxasiyyətli me-
lonoma xəstəliyi, göz xəstəlikləri, insanın immun sisteminə pis 
təsir, canlı orqanizmlərin müxtəlif xəstəliklərə qarşı həssaslığın 
çoxalmasına və s. zərərli nəticələrə gətirib çıxarır. 
Şüalanma  təkcə  insan  deyil,  bütün  canlı  aləmə,  məhsul-
darlığın azalması və ümumiyyətlə bütöv ekosistemə çox böyük 
zərərlər gətirir. Bu problemin qarşısını almaq üçün bütün döv-
lətlərin birgə əməkdaşlığına ehtiyac duyulduğundan 1987-ci il-
də  Monreal  şəhərində  protokol  imzalanmış  və  müəyyən  öhdə-
liklər  götürülmüşdür.  Əsas  məqamlar  ozon  qatını  dağıda  bilən 
kimyəvi  maddələrin  miqdarını  ilk  növbədə  ən  azı  50  faiz 

 
96 
azaltmaq  olmuşdur.  Ozon  qatını  dağıda  biləcək  kimyəvi  mad-
dələri  demək  olar  ki,  bütün  inkişaf  etmiş  ölkələr  istifadə  etdi-
yindən  bu  məsələyə  1990-cı  ildə  Londonda,  1992-ci  ildə  isə 
Kopenhagendə  Monreal  protokoluna  düzəlişlər  etməklə  ozon-
dağıdıcı  kimyəvi  maddələrin  ümumiyyətlə  istifadədən  çıxarıl-
ması qərara alınmışdır. Amma, təəssüflər olsun ki, dünya döv-
lətləri arasında Monreal protokolunun müddəalarına biganə qa-
lanlar da tapılır. Hər bir dövlət, hər bir insan dərk etməlidir ki, 
ozon qatına zərbə vuran istənilən hərəkət bəşəri cinayətdir. 
Azərbaycan Respublikası da xırda dövlət olsa da kimyəvi 
maddələrin istehsalı, karbohidrogenlərin çıxarılması, transparti-
rovkası,  emalı  sahəsində  güclü  mənbələrə  malik  olduğundan 
1996-cı  ildən  ozon  qatının  mühafızəsi  sahəsindəki  beynəlxalq 
sazişlərə  qoşulmuşdur.  Göstərilən  sazişlərin  şərtlərinə  uyğun 
olaraq  Azərbaycan  hökuməti,  onun  mütəxəssisləri  BMT-nin 
Ətraf  Mühit  İnkişaf  Proqramlarının  nümayəndələrinin  iştirakı 
ilə  ölkəmizdə  ozondağıdıcı  maddələrin  yeniləri  ilə  -  dağıdıcı 
xüsusiyyətlərə malik olmayanları ilə əvəz edilməsi öhdəliyi gö-
türülmüşdür. 
Çox təəssüflər olsun ki, biz də bu qaydaları tələb olunan 
səviyyədə saxlaya bilməsək də, digər güclü potensiallı ölkələrlə 
müqayisədə qənaətbəxş səviyyəyə yaxınıq. Elə bu məqsədlə də 
1998-ci ildən Respublika Hökuməti Milli Ozon Mərkəzi yarat-
mış, problemlərin elmi və hüquqi cavabdehliyini onlara həvalə 
etmişdir. Hazırda Mərkəzin Azərbaycanın bir çox bölgələrində, 
o  cümlədən  Şirvanda,  Gəncə,  Sumqayıt,  Bakı,  Mingəçevir, 
Naxçıvan,  Lənkəran,  Masallı,  Qazax,  Şəki,  Bərdə,  Xaçmaz, 
Göyçay  və  s.  şəhərlərdə  fəaliyyət  göstərən  təşkilatları  vardır. 
Ümumilikdə  Azərbaycan  səmasında  da  Ozon  qatı  o  qədər  də 
ürəkaçan  deyildir.  Azərbaycan  Respublikasının  digər  ekoloji 
problemləri  yetərincə  olduğundan  ozon  nıəsələsinə  daha  ciddi 
yanaşmaq tələb olunur, ən azı gələcək nəsillərimizin taleyi ba-
xımından. Digər tərəfdən nəzərə almalıyıq ki,  Qərbi  Azərbay-
canı, Yuxarı Qarabağı, Zəngəzuru zəbt edən ermənilər digər sa-

 
97 
hələrlə yanaşı Azərbaycanın bütövlükdə ekosistemini məhv et-
mişlər, müharibə isə hələ də bitməyib, müharibənin başlanması 
isə  özü-özlüyündə  ozon  qatına  birbaşa  ziyan  gətirən  kimyəvi 
maddələrin  Azərbaycan  atmosferinin,  onun  ozon  qatının  itiril-
məsi deməkdir. 
Odur  ki,  ozon  qatı  problemi  ilə  bağlı  istənilən  layihəni, 
istənilən qayda və qanunları vicdanla icra etməyə məhkumuq. 
Bu həm də ümumilikdə ən böyük fövqəladə hallardan bi-
ridir. 
 
 
8.8. Ġnsan sağlamlığı və iqlim dəyiĢmələri 
 
Hazırki,  dövrdə  insan  sağlamlığı,  onun  yaşama  müddəti, 
xəstəliklərin çoxalması və s. məsələlər bir çox baxımdan qlobal 
iqlim dəyişmələri ilə birbaşa əlaqəlidir. Artıq, dünya xalqları və 
dünya dövlətləri gec də olsa, anlayırlar ki, təbiətə, məişətə, ya-
şayış tərzinə qayğısızlıq bəşəriyyəti antropogen mənşəli qlobal 
iqlim dəyişmələri kimi, qeyri-adi problemlə üzbəüz qoymaqda-
dır.  Problemin  səbəbləri,  onun  ətraf  mühit,  iqtisadiyyat,  insan 
sağlamlığı,  qida  sağlamlığı  və  həyatın  digər  sahələri  üçün  nə 
dərəcədə önəm kəsb etdiyi artıq beynəlxalq sənədlərdə təbil sə-
si kimi səslənməkdədir. 
Tədqiqatlarımız göstərir ki, günümüzdəki iqlim dəyişmə-
lərinin əsas səbəblərinin 80-90 faizi ətraf mühitin qlobal texno-
gen çirklənmələri-karbon qazı, metan, su buxarı, azot oksidləri, 
zavod  və  fabriklərin,  nəqliyyatın  və  s.  atmosfer  havasına,  tor-
pağa, suya atdığı kimyəvi birləşmələrin çoxalması və meşələrin 
məhvi nəticəsidir. 
Nəfəs  aldığımız  havada  "istixana  qazlarının"  qatılığı  in-
san svilizasiyası tarixində indiki qədər yüksək olmamışdır. Təs-
tiq edilmişdir ki, hazırda düyada bir gündə yandırılan neft, qaz, 
daş kömür və s. karbohidrogen yanacağının miqdarı beş min il 
müddətində təbiətdə toplanmış yanacaq qədərdir. Yer səthinin, 
onun sularının istiliyinin artması, artıq Arktika, Qrenlandiya və 

 
98 
digər iri dağ buzlaqlarının əriməsinə səbəb olub. Təsdiqlənmiş-
dir ki, son bir əsrdə Yer atmosferinin temperaturu l
0
C-dən çox, 
okean  sularının  temperaturu  isə  0,8
0
C  qədər  çoxalmışdır.  Elə 
bu səbəbdən də dəniz və okean sularının səviyyəsi qalxır, çay-
lar  tez-tez  daşır,  subasmalar,  fırtına,  tufan,  qasırğa,  leysan  ya-
ğışları, quraqlıq, şiddətli istilər, meşə yanğınları, ərazilərin səh-
ralaşması  və  s.  təbii  fəlakətlər  baş  verir.  İnsan  isə  tam  başqa 
mühitin məhsuludur. 
Hökumətlərarası  Ekspertlər  Qrupunun  rəyinə  görə  yaşa-
dığımız  əsrin  sonuna  qədər  okean  sularının  səviyyəsi  30-45 
santimetr qalxmalıdır. Bu isə, ilk növbədə böyük ərazilərin, bir 
sıra adaların, dünyanın iri sahil şəhərlərinin su altında qalması 
kimi nəticələrə gətirib çıxara bilər. Qeyd edək ki, Abşeron yarı-
madası  və  Bakı  şəhəri  okean  səviyyəsindən  25-26  metr  aşağı 
olduğundan  və  bunun  Azərbaycanın  bütün  Xəzər  sahillərinə 
aid olduğunu yada salsaq, bu çox faciəli bir fəsadlar yarada bi-
lər. Xəzərdə su səviyyəsinin ayrı-ayrı dövrlərdə qalxaraq sahil-
ləri basması artıq hər birimizə bəllidir. 
Quru sahillərin su altında qalması bir çox fəsadları ilə ya-
naşı ərzaq məhsulları qıtlığı da yarada bilir. 
Qlobal  iqlim  dəyişmələrinin  nəticələri,  xüsusən  onların 
sağlamlığa təsiri artıq dünyanın hər yerində çox müxtəlif dərə-
cədə və şəkildə çılpaqlığı ilə görünməkdədir. 
Dünya Səhiyyə Təşkilatının Avropa bölgəsinə daxil olan 
53 ölkəsində apardığı tədqiqatlar göstərir ki, iqlim dəyişmələri-
nin  sağlamlığa  təsiri  anomal  yüksək  və  ya  aşağı  temperaturlu 
günlərdə,  habelə  sellər,  tufanlar  və  s.  zamanı  əhali  arasında 
xəstələnmələr  çoxalır,  bir  çox  xəstəliklərin  sürəti  artır.  İqlim 
dəyişmələri hazırda hər il 200 min vaxtsız ölümlərə səbəb olur. 
2003-cü ilin iyun-sentyabr isti yay ayları müddətində 12 Avro-
pa ölkəsində 70 mindən artıq gözlənilməyən ölüm hadisəsi baş 
vermişdir.  İqlimin  istiləşməsi,  eyni  zamanda  bir  sıra  yoluxucu 
xəstəlik  törədicilərinin  artması  ilə  müşahidə  olunur  ki,  bu  da 
çoxsaylı fəsadlara gətirib çıxarır, fövqəladə hal yaradır. 

 
99 
Yer kürəsində istiləşmənin nəticələri olan təbii fəlakətlə-
rin iqtisadi nəticələrinə, sahil ərazilərini su basması ilə əlaqədar 
evlərin uçulub-dağılması, içməli su qıtlığının yaranması, yolların, 
körpülərin  və  digər  mühəndis  qurğu  və  infrasturukların  sıradan 
çıxması və s. ilə müşayiət olunan əhalinin həyat şəraitinin pisləş-
məsi aid edilir. Azərbaycanda da son illər belə təbii hadisələr ço-
xalmış,  ayrı-ayrı şəxsi təsərrüfatlara,  dövlət müəsissə  və  təşkilat-
larına,  torpaqlarımıza,  yollara,  körpülərə,  şəxsi  və  dövlət  tikililə-
rinə xeyli zərər dəymişdir və proses get-gedə çoxalır.  
Ətraf  mühitin  mühafızəsi  və  sosial  problemlərlə  məşğul 
olan beynəlxalq təşkilatların təhlillərindən çıxan əsas nəticə on-
dan ibarətdir ki, ətraf mühitə insan fəaliyyətinin təsirinə mütləq 
hədd olmalıdır. Beynəlxalq birliklərin elmi təhlilinə görə qlobal 
istiləşmənin  2
0
C-yə  çatması  arzu olunmaz sərhəd sayılmalıdır. 
Əgər, bu temperaturda XXI əsrin ortalarında 500 milyon insan 
içməli  su  qıtlığından  əziyyət  çəkəcəksə,  3
0
C-də  bu  rəqəm  üç 
milyarda bərabər olacaqdır. 
Qlobal istiləşmənin "istixana qazları" ilə birbaşa əlaqədar 
olduğu təqdirdə həmin qazların yaşadığımız əsrin ortalarına iki 
dəfəyə qədər azaldılması 2007-ci ilin sentyabr ayında 8 super-
dövlətlərin - "səkkizlərin sammitində qərara alınıb və 2009-cu 
ilin  "səkkizlər"  görüşündə  yenidən  təsdiqlənib.  Artıq,  problem 
inkişaf edərək, ekologiyadan iqtisadiyyata, işlədilən enerji növ-
lərinə, yeyinti məhsullarına, içməli suya və ən başlıcası isə in-
sanın "ölüm-dirim" məsələsinə gətirib çıxarmışdır. 
Hazırda,  qlobal  istiləşmənin  qarşısının  alınması  və  əhali 
sağlamlığının mühafızəsi üçün dünya elmi ictimaiyyəti tərəfin-
dən əsaslandırılaraq bəyənilmiş və BMT-nin iqlim dəyişmələri 
problemi  üzrə  sənədələrində  yerinə  yetirilməsi  vacib  sayılan 
tədbirlərin iki istiqaməti müəyyən olunmuşdur. 
Birincisi  yuxarıda  qeyd  edildiyi  kimi  "istixana  qazla-
rı"nın miqdarı XXI əsrin ortalarına iki dəfədən çox azaldılması-
dır. Bu mühüm tədbirlərin, həyata keçirilməsinə Avropa ölkə-
lərində olduqca həssas yanaşılır, antropogen tullantı mənbələri-

 
100 
nin sayının məhdudlaşdırılması və bu sahədə yeni texnologiya-
ların tətbiq edilməsini sürətləndirirlər. Burada çox vacib məsələ 
alternativ  enerji  məsələsidi,  Bu  məsələ  hələ  XX  əsrin  orta-
larında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin Sədri, 
görkəmli  dövlət  xadimi  və  görkəmli  alim-professor  Məmməd 
İsgəndərov  tərəfindən  qaldırılmışdır.  O,  Azərbaycanda,  onun 
paytaxtı  Bakı  şəhərində  istifadəsi  mümkün  və  əlverişli  olan 
Günəş, külək, dağ çayları və dəniz suyu enerjisindən istifadəni 
təklif etməklə Azərbaycan ekologiyasına da bir töhvə olacağını 
söyləmişdir.  Belə  olan  təqdirdə,  müxtəlif  enerji  mənbələrinə 
münasib  yeni  texnologiyaların  işlənib  hazırlanması  və  tətbiqi, 
yanacaq və enerji istehlakının, o cümlədən yeni yaşayış və icti-
mai  binaların  tikilməsi  və  rekonstruksiyası,  enerjidən  qənaətlə 
istifadə,  yeni  standartların  tətbiqi,  bu  standartlara  ciddi  əməl 
edilməsi,  tullantı  mənbələrində  "istixana  qazları"nın  maksi-
mum  utilizasiyasının  texnoloji  həlli,  iri  şəhərlərdə  karbohidro-
gen yanacaqları ilə işləyən nəqliyyat hərəkətlərinin məhdudlaş-
dırılması və s. tələb olunur. 
Digər vacib məsələ isə insanların dəyişən iqlim şəraitinə 
uyğunlaşmasına nail olunmasıdır. Yəni, əhalinin yüksək tempe-
ratur  şəraitinə  adaptasiya  qabiliyyətini  artırmaq  və  "istixana 
qazları"nın  atmosferə  atılmasına  qarşı  tədbirlərin  həyata  keçi-
rilməsi üçün vacib strategiyanın ortaya qoyulmasıdır. 
Bu strategiyaya uyğun olaraq hər bir dövlət, özünün mü-
vafıq  bölgələrində  çayların  daşmasına  və  içməli  su  qıtlığına 
qarşı  qabaqlayıcı  tədbirlər  görməli idilər. Buraya çaykənarı və 
dağ  yamacları  yerlərdə meşələrin salınması,  daşqın  gözlənilən 
yerlərdə  çayların  sahili  boyu  müdafiə  hidrotexniki  qurğuların 
tikintisi,  quraqlığa  dözümlü  ağacların,  kolların,  bitkilərin  əkil-
məsi,  əlavə  mühafızə meşə zolağının salınması,  şəhərlərdə  ya-
şıllıqların artırılması, böyük qol-budaqlı kölgə yaradan ağacla-
ra  üstünlük  verilməsi,  xəstə  insanların,  uşaqların  və  yaşlı 
şəxslərin sağlamlıq vəziyyətinin daim nəzarətdə saxlanması və 
s. tədbirlər çox vacib hesab edilməlidir. 

 
101 
Ekoloqlar  və  həkimlər  çox  isti  vaxtlarda  əhalinin  sağ-
lamlığının  qorunması  üçün  təklif  edirlər  ki,  evlərin  və  otaq-
ların-xüsusən cənuba və cənub-qərbə baxan pəncərə pərdələri-
nin bağlı saxlanması, kondisionerlər olduqda onların iş rejimlə-
rinə  riayət  edilməsi,  günün günorta çağlarında açıq  havada ol-
madan imtina, belə havalarda gərgin fıziki və əqli işlərdən, gər-
gin idmandan imtina etmək, bədənin sərin və yaş saxlanılması, 
soyuq suda isladılmış dəsmalla bədənin tez-tez silinməsi, çoxlu 
maye qəbul edilməsi, spirtli içkilərdən imtina, geyimin düzgün 
seçilməsi -yəni geniş, yüngül, açıq rəngli və təbii mal-material-
lardan hazırlanan paltarlardan istifadə daha məqsədə uyğundur. 
Ürək-damar, tənəffüs sistemində patalogiyası olan xroniki xəs-
tələrin  habelə  başgicəllənmə,  zəiflik,  qıcolma  və  ağrılar  hiss 
edən şəxslərin dərhal təcili tibbi yardıma cəlb edilməsi vacib və 
zəruridir. 
Qeyd edilməlidir ki, Azərbaycanda davamlı ekoloji siya-
sətin formalaşdırılması, ölkəmizdə yaşıllığın qorunması, artırıl-
ması, bölgələrimizdə əhalinin təmiz su ilə təmin olunması, Ba-
kı şəhərinə yeni su kəmərinin - Oğuz-Qəbələ kəmərinin çəkil-
məsi, səhiyyə sistemində dünya standartlarına cavab verə bilən 
yeni-yeni  tibbi  müəssisələrin  yaradılması,  Fövqəladə  Hallar 
Nazirliyinin  geniş  və  müasir  tipli  struktur  şəbəkələrinin  yara-
dılması bu sahədə bir çox ölkələrə, xüsusəndə MDV ölkələrinə 
bir örnəkdir. Lakin, bütün bunlarla bərabər Azərbaycanda eko-
loji mühitin sağlamlaşdırılmasına, əhalimizin maarifləndirilmə-
sinə, icra strukturlarının dövlət və hökumət göstərişlərinə düz-
gün əməl edilməsinə, iri şəhərlərdə-xüsusəndə Bakı, Sumqayıt, 
Gəncə  kimi  şəhərlərdə  tullantıların  təlabata  uyğun  idarə  edil-
məsinə, məsuliyyətlə yanaşılmasına çox böyük ehtiyac vardır. 
İnsan sağlamlığı günümüzdə qlobal istiləşmədən, ekoloji 
gərginliyin  yaranmasından  çox  əziyyət  çəkdiyindən  böyük, 
dünyəvi  problemə  çevrildiyindən,  bu  məsələ  ilə  bağlı  kiməsə 
"güzəştə" getmək ilk növbədə özümüzə, öz xalqımıza çox bö-
yük zərərlər gətirər. 

 
102 
IX FƏSĠL 
 
AZƏRBAYCANDA TƏBĠĠ DAĞIDICI 
HADĠSƏLƏRLƏ FÖVQƏLADƏ HALLARIN 
"VƏHDƏTĠ" 
 
9.1. Respublikada təbii dağıdıcı hadisələr 
fövqəladə hal mənbələridir 
 
Respublika  ərazisinin  coğrafi  mövqeyi,  onun  relyefinin 
mənfi 26 metrdən başlamış 4466 metrə qədər ucalması (Bazar-
düzü dağı), iqlim müxtəlifliyi, rəngarəng landşaftı insan həyatı 
üçün əlverişli şərait yaratmaqla yanaşı, təbiət fövqəladə halları 
da yaradır. Buraya təbiətin bir çox qarşılıqlı amillərinin çarpaz-
laşması  nəticəsində  yaranan  zəlzələ,  sürüşmə,  sel,  daşqın,  daş 
və ya qar uçqunları, isti-quru küləklər, tufanlar, dolu, ekstremal 
qış və yay, habelə digər təbii hadisələri sadalamaq olar. 
Dağıdıcı hadisələrin əksəriyyəti təbii proseslərin qanuna-
uyğun şəkildə yaranması, inkişafı və başa çatması ilə əlaqədar-
dır ki, insan bu prosesə müdaxilə etməklə onları sürətləndirə və 
ya ləngidə bilər, təsirini azaldar. 
Bu  məqsədlə  təbiətin  dağıdıcı  hadisələrinin  əmələgəlmə 
səbəblərini geniş miqyasda tədqiq etməyə, onlara qarşı mübari-
zə tədbirləri və elmi proqnozlar işləməyə həmişə ehtiyac var. 
Təbiətin  dağıdıcı  qüvvələrinin  proqnozunu  işləmək,  on-
ların  gücünü,  təsir  dairəsini  azaltmaq  və  ya  onlara  qarşı  tam 
mübarizə aparmaq məqsədilə bir sıra elmi problemlərin tədqi-
qinə, aidiyyatı qurumlarda çalışan müvafiq ixtisaslı alimləri bu 
işə cəlb etmək dövləti məsələdir. 
Araşdırmalar  göstərir  ki,  Yer  kürəsində  baş  verən  təbii 
fəlakətlərin  40  faizi  daşqınların,  20  faizi  tropik  siklonların,  15 
faizi zəlzələnin, 15 faizi isə quraqlığın payına düşür. 
Respublika  ərazisində  olan  təbii  fəlakətlər  (zəlzələ,  sel, 
daşqın, sürüşmə, quraqlıq, dolu, dəniz abraziyası, dənizdə yük-

 
103 
sək dalğalanma, tufan, leysan yağışları, qaya və qar uçqunları, 
isti-quru küləklər və s.) öz əmələgəlmə səbəblərinə görə meteo-
roloji,  iqlim,  hidrometeoroloji,  geoloji-geomorfoloji,  geoloji-
tektonik, hidroloji mənşəli amillərin təsirindən əmələ gəlir. 
Respublika alimləri ərazimizdə  baş verən təbii fəlakətlə-
rin bəzilərini tədqiq etmiş, əmələgəlmə səbəblərini araşdırıb və 
onlara qarşı mübarizə tədbirləri işləmişlər. Respublikada bu is-
tiqamətdə  elmi-tədqiqat  işləri  kompleks  proqramı  əsasında 
planlaşdırılmalı və vahid elmi mərkəzdən əlaqələndirilməlidir. 
Azərbaycanda geniş inkişaf etmiş sellər yüksək və ya or-
ta  dağlıq  ərazilərdə  formalaşır  və  dar  dərələrin  yatağı  boyu 
mənsəbə doğru sürətlə hərəkət edir. Bu şəraitdə ən güclü sel bir 
dəfəyə  dörd-beş  milyon  kubmetr  daş-palçıq  gətirir.  Selin  əsas 
mənbədən  3-4  km  uzağa  apardığı  qayaların  çəkisi  isə  bəzən 
200-300 tonu ötür. 
Azərbaycanda selə qarşı mübarizə lazımi səviyyədə apa-
rılmır. Ondan qorunmaq və ya onu təhlükəsiz sahəyə istiqamət-
ləndirmək üçün tikilmiş beton, daş, daş-çırpı və çırpı sədlərdən 
istifadə  edilir  və  selə  qarşı  ucaldılan  fundamental  sədlərin  bö-
yük  əksəriyyəti  elmi  əsaslarla  tikilmir,  bir  qismi  çay  yataq-
larının daralmasına və sellərin gətirdiyi bərk materialların çökə 
biləcəyi sahələrin bir neçə dəfə azalmasına səbəb olur. 
Bu  məqsədlə  orta  və  yüksək  dağ  yamaclarında  meşə  və 
kolluqlar  salmaq,  ot  örtüyü  yaratmaq  daha  məqsədəyönlü  və 
uzun ömürlüdür, ekoloji baxımdan daha əlverişlidir. Respubli-
kamızda gücü 9 bala çatan zəlzələlər tarixdə bir neçə dəfə Şa-
maxı, Gəncə, Təbriz kimi şəhərləri və yüzlərlə kəndi viran qoy-
muşdur. Cavan tektonik quruluşa malik olan Azərbaycan ərazi-
sində  tektonik  hərəkətlər  mütəmadi  baş  verir.  Bu  səbəbdən  də 
Azərbaycanın  bütün  ərazisində  ən  yuxarı  doqquz  bal  gücündə 
(on  iki  ballıq  şkala  ilə)  vaxtaşırı  zəlzələlər  olur.  Bunu  nəzərə 
alaraq layihə-konstruktor və  tikinti təşkilatları  ilk növbədə  ya-
şayış  evlərinin,  sənaye  və  kənd  təsərrüfatı  binalarına  yüksək 

 
104 
seysmik şəraitə tab gətirəcək səviyyədə tikilməsini təmin etmə-
lidirlər. 
Respublikamızda sürüşmələr geniş yayılmışdır. Sürüşmə-
lərin yaranması kövrək litoloji tərkibli süxurlar, sürüşmə kütlə-
sinin  fundamentində  süxur  sularının  olması,  bol  atmosfer 
yağıntıları,  yüksək seysmiklik, tektonik  mənşəli pozuntular və 
bir çox başqa amillərlə əlaqədardır. 
Azərbaycanda 1953-cü ildən başlayaraq sürüşmələrin ya-
randığı ərazilər elmi əsaslarla araşdırılaraq onların genetik təs-
nifatı  işlənmişdir.  Respublikamızda  sürüşməyə  məruz  qalan 
ərazilər,  orada  baş  verən  qravitasiya-denudasiya  proseslərinin 
intensivliyinə görə üç bölgə kimi səciyyələndirilmişdir. 
-  fəal  hərəkətdə  olan  sürüşmələr  bölgəsi  (Azərbaycan 
Respublikasının Böyük Qafqazın ərazisinə daxil olan hissəsi); 
-  orta  dərəcəli  fəallıqla  hərəkətdə  olan  sürüşmələr  bölgəsi 
(Qusar maili düzənliyi Kiçik Qafqazın şimal-şərq yamacları, Həkə-
ri və Tərtər çaylarının hövzəsi, Naxçıvan və Lənkəran əraziləri); 
- zəif fəaliyyətdə olan sürüşmələr bölgəsi (Qobustanın al-
çaq dağlıq ərazisi, Qarabağın orta, qismən alçaq dağlıq hissəsi). 
Azərbaycanda sürüşmələrin geniş yayılmasını və çox fəal 
olmasını nəzərə alaraq, onları daha dərindən tədqiq etmək üçün 
stasionar  və  yarımstasionar  məntəqələr  təşkil  edilməsi  hazırda 
da aktualdır.  
Ekoloji  gərginlik  dərəcəsinə  görə  Azərbaycan  Respubli-
kası  ərazisinin  ekoloji-coğrafı  bölgələrə  ayırmaq  olar.  Burada 
başlıca  məqsəd  insan  amili,  onun  şəxsi  mənafeyi,  sağlamlığı, 
tikib  yaratdığı  təsərrüfatı,  ümumiyyətlə  maddi  və  mənəvi  var-
lığın təhlükəsizliyini təmin etməkdir. 
Ayrılan hər bir ekoloji-coğrafi bölgələr istər təbii, istərsə 
də  antoropogen  amillərə  əsaslanmalıdır.  Buraya  bölgənin  yer-
ləşdiyi  ərazidə  hökm  sürən  əsas  landşaft  növü,  ərazinin 
seysmiklik  dərəcəsi  (balla),  sürüşmə  və  sellilik  dərəcəsi,  əsas 
iqlim  göstəriciləri,  illik  selin  minimal  həddi,  havanın,  suyun, 

 
105 
torpağın  çirklənmə,  şoranlaşma  dərəcəsi,  habelə  bir  çox  təbii 
antoropogen amillər daxil edilməlidir. 
Bununla  yanaşı  hər  bir  ekoloji-coğrafi  bölgənin  ehtimal 
olunan təhlükəli hadisələrdən, neft anbarlarında, neft mədənlə-
rində, partlayıcı kimyəvi maddə və ya qaz tutumlarında baş ve-
rə biləcək yanğın, partlayış, iri su anbarları bəndlərinin yarılma 
təhlükəsi və s. öz əksini tapmalıdır.  
Bölgələşməyə  Azərbaycan  ərazisinin  dənizsahili  sahəsi 
də  mütləq  daxil  edilməlidir.  Vaxtı  ilə  respublika  ərazisini  23 
ekoloji-coğrafi bölgəyə ayırmışlar. Bu bölgələr ekoloji gərgin-
lik baxımından (intensivlik dərəcəsinə görə) müəyyən qruplara 
bölünməlidir. 
Ekoloji  baxımdan  ərazidəki  gərginlik  dərəcəsi  zaman  və 
məkan baxımından dəyişə bilər. Belə ki, ekoloji gərginlik yara-
dan antoropogen amillərə qarşı mübarizə aparmaqla ətraf mühi-
tin  çirklənmə  dərəcəsini  azaltmaq  və  ya  tamamilə  aradan  qal-
dırmaq,  gərginliyi  zəiflətmək  və  ya  onu  tam  aradan  götürmək 
olar.  Bu,  təbii  proseslərin  intensivlik  dərəcəsini  azaltmaq  yolu 
ilə mümkündür. 
Bizə görə Azərbaycan Respublikası ərazisindəki ekoloji-
coğrafi bölgələrin hər birinin istər təbii və istərsə də kəmiyyət 
göstəricilərini aşkar etmək, gərginliyini aradan qaldırmaq üçün 
kompleks  şəkildə  elmi-tədqiqat  işləri  aparılmalıdır.  Təbiətin 
dağıdıcı hadisələrinin qarşısını almaq üçün onların proqnozunu 
işləyib hazırlamaq, tikinti zamanı ərazinin seysmikliyini nəzərə 
almaq, çay hövzələrində meşə və ot örtüyü salmaq, sürüşmələ-
rə  qarşı  mübarizə  üçün  bir  sıra  təbii  əlamətləri  aradan  qaldır-
maq,  quraqlıq  baş  verən  və  isti-quru  küləklər  əsən  ərazilərdə 
əvvəllər  salınmış  meşə-mühafizə  zolaqlarını  bərpa  etmək  və 
yenilərini  salmaq,  ətraf  mühiti  çirkləndirən  sənaye  və  məişət 
tullantılarının  təkrar  elmalını  təşkil  etmək  və  digər  məsələləri 
elmi  və  mərkəzləşmiş  yolla  icrata  götürmək  daha  məqsədəuy-
ğundur. 

 
106 
Onu da qeyd edək ki, yaşayış və sənaye sahələri üçün ti-
kinti aparılacaq istənilən torpağın süxur xüsusiyyətləri, geoloji 
və geofiziki baxımdan yoxlanılaraq rəy alındıqdan sonra iş apa-
rılmalıdır.  Təəssüflər  ki,  Azərbaycanda  bu  məsələyə  laqeyd 
münasibət var ki, bu da milli maraqlara böyük zərbədir. Məsələ 
Bakı,  Sumqayıt,  Gəncə,  Şamaxı  üçün  çox  acınacaqlıdır.  Bakı 
şəhərində  yer  xüsusiyyətlərinin  heç  bir  əlamətinə  əhəmiyyət 
verilmədən,  şəhərsalma  qaydalarına  riayət  etmədən,  zəlzələni, 
çökməni,  palçıq  vulkanını,  süxurun  xüsusiyyətini,  Xəzərin  sə-
viyyəsinin  tərəddüdünü,  ekoloji  gərginlik  növlərini  nəzərə  al-
madan  hündürmərtəbəli  yaşayış  binaları  inşa  edilir  ki,  bu  da 
milli fəlakət, sadəcə fövqəladə haldır. 
Məsələyə geoloji tərəfdən yanaşsaq görərik ki, Yer kürə-
sinin  ayrı-ayrı  guşələrində  baş  verən  müxtəlif  gücə,  dövriliyə 
və  intensivliyə  malik  təbii  fəlakətlər  mövcud  infrastrukturlara 
müxtəlif dərəcədə, bəzən isə əvəzolunmaz ziyan vurur. Bu ha-
disələr  digər  təbii  amillərlə  yanaşı  ayrı-ayrı  bölgələrin  geoloji 
quruluşu,  litofasial  və  iqlim  şəraiti  ilə  əlaqədardır.  Bunlardan 
bəziləri ancaq endogen və ekzogen proseslərin təsiri ilə baş ve-
rir, bəziləri isə texnogen proseslər nəticəsində olur. 
Azərbaycan  respublikasının  ərazisində  endogen  proses-
lərlə əlaqəli və ağır nəticələr törədən fəlakətlərə zəlzələ, palçıq 
vulkanları və müəyyən dərəcədə Xəzər dənizi səviyyəsinin də-
yişməsi aid edilir. Bunlar - respublikanın həm torpaq həm sosi-
al-iqtisadi fondlarına həm də insanların həyat fəaliyyətinə müx-
təlif dərəcədə zərər vururlar. 
Azərbaycan özünün geoloji quruluşuna və burada dağya-
ranma prosesləri hələ davam etdiyinə  görə, seysmik fəal (Rix-
ter şkalası üzrə 7-9 bala malik) bölgədə yerləşir. Bunu bölgədə 
baş verən zəlzələlər isbat edir. Bunlar 29.11.1981-ci ildə İsma-
yıllıda  (6-7  bal),  20.01.1982-ci  ildə  Zərdabda  (6  bal), 
3.05.1982-ci  ildə  Mingəçevir  su  anbarı  ərazisini  də  əhatə  et-
məklə  Ceyrançöldə  (6-7  bal)  olmuş  zəlzələlərdir.  16.10.1989-
cu ildə episentri Bakıdan 130 km şərqdə Xəzər dənizində yerlə-

 
107 
şən 6-7 bal gücündəki zəlzələ respublikanın bütün dənizkənarı 
bölgələrində 3-5 ballı təkanlarla hiss edilmişdir. 
Respublikamızın  ərazisində  ən  seysmik  aktiv  bölgə  Şa-
maxı, ən seysmik təhlükəli sahələr isə Şamaxı, İsmayıllı şəhər-
ləri, habelə Mingəçevir su anbarı bölgəsidir. 
Palçıq ocaqları Qobustanın cənub-şərqində Abşeronun şi-
malında və Xəzər dənizi akvatoriyasında daha geniş yayılmış-
dır.  Bunlar  yaşayış  məntəqələri  və  sənaye  müəssisələri  üçün 
xüsusi təhlükə törətməsələr də, torpaqları çox vaxt yararsız ha-
la salırlar. 
Müasir  dövrdə  ətraf  mühitin  mühafizəsi,  o  cümlədən  də 
təbii  fəlakətlərlə  mübarizə  vacib  əhəmiyyət  kəsb  edir.  Lakin, 
elmi cəhətdən  əsaslandırılmış  konsepsiya olmadan və baş ver-
miş  hadisələrin  nəticələrini  təhlil  edib  öyrənmədən,  eləcə  də 
"Ətraf  mühitin  komponenti  olan  litosferanın  mühafizəsi"  adlı 
beynəlxalq layihənin tərkib hissəsi kimi bir layihə işləyib hazır-
lanmadan  kortəbii  hadisələrlə  səmərəli  mübarizə  mümkün  de-
yil.  Ekzogen  geoloji  proseslərin  öyrənilməsi,  onların  monito-
rinqinin  yaradılması  Azərbaycan  respublikasının  ərazisi  üçün 
çox vacib əhəmiyyətə malikdir. Ekzogen geoloji proseslərin in-
tensivliyi  və  fəallığı  bir  çox  təbii  və  texnogen  amillərin  qarşı-
lıqlı təsiri ilə şərtlənir. Hazırda texnikanın inkişafı ilə əlaqədar 
texnogen  amillərin  əhəmiyyəti  o  dərəcədə  artmışdır  ki,  bunlar 
bir sıra bölgələrdə ekzogen geoloji proseslərin, xüsusən də sü-
rüşmələrin, sellərin, daşqınların  əsas inkişaf ardıcıllığını təşkil 
edir. 
Ərazinin  geoloji-tektonik  quruluşu  mürəkkəb  olduğu 
üçün Azərbaycanda həmçinin ekzogen proseslər və hallar geniş 
yayılmışdır. Bunlar sürüşmə, torpağın çökməsi, aşınma, subas-
ma,  eroziya,  sel,  daş  uçqunları  və  sair  hadisələrdən  ibarətdir. 
Belə hadisələr ölkə ərazisinin 14%-ni əhatə etməklə iqtisadiyya-
ta  böyük  zərər  vurur  və  gündəlik  təhlükə  yaradır.  Bu  proseslər 
Böyük Qafqazın cənub yamacları ərazisində, habelə Xəzər dəni-
zinin bütün sahilboyu ərazisində özünü daha güclü göstərir. 

 
108 
Texnogen  təsirlərdən  meydana  gələn  irimiqyaslı  sürüş-
mələrin nəticələrini aradan qaldırmaq və ərazidə müvazinəti tə-
min etmək məqsədilə hazırda Bakı şəhəri ərazisində (Bayıl ya-
macı, Əhmədli yaylası), Mingəçevir dəryaçasının sağ sahilində, 
Dəvəçi  bölgəsinin  Böyük  Əmirxanlı,  Xızı  bölgəsinin  Altıağac 
kəndlərində,  habelə  Cəlilabad,  Lerik,  Yardımlı,  İsmayıllı,  Şa-
maxı  və başqa bölgələrin irili-xırdalı xeyli məntəqələrində  nə-
həng xərc tələb edən böyük həcmli işlər görülməkdədir. 
Sellərdən - Şəki, Quba, Qusar, habelə Dəvəçi, Xızı və di-
gər bölgələrin bir sıra kəndləri, su  tutumu  bəndinin  yuyulması 
nəticəsində Pirşağı kəndi, subasma hallarından Səlyan, Neftça-
la,  Buzovna,  Maştağa,  Binə  və  Abşeron  yarımadasının  başqa 
kəndləri  çox  böyük  zərər  çəkirlər.  Bütün  bu  təbii  proseslər  və 
hadisələr  az-çox  proqnozlaşdırıla  və  gözlənilə  bilən  hadisələr-
dir. Bu məqsədlə isə ekzogen geoloji proseslərin monitorinqini 
təşkil  etmək,  hidrogeodeformasiya  və  digər  geofiziki  sahələr, 
eləcə də etibarlı xəbərdarlıq xidməti işlək vəziyyətdə olmalıdır. 
Çox təəssüf ki, söylənilərin hamısı günümüzün reallığıdır 
və Azərbaycanda hər günlük fövqəladə hallar mənbələridir. 
 
 


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə