ZĠyadxan nəBĠBƏYLĠ



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə7/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   30

8.3. Ətraf mühit və biz 
 
"Təbiəti mühafizə" termini yarandığı vaxtdan (1913-cü il 
İsveçrədə) 82 il keçsə də uzun müddət onun mahiyyətinə dərin-
dən varan olmamışdır. Təbiətdə  tarazlığın  pozulması  təhlükəsi 
reallığa çevrildiyi indiki vaxtda bütün dünyanın diqqəti bu mə-
sələ  üzərində  cəmlənmişdir.  Belə  ki,  hazırda  müasir  ekologi-
yanın 50-yə qədər sahə və bölmələri yaranmışdır. Kosmik eko-
loji tədqiqatlardan mikroorqanizmlər ekologiyasınadək və s. is-
tiqamətlərdə və həll edilməyə cəhdlər göstərilir. 
Müxtəlif  istehsal  sahələrində  çalışan  zəhmətkeş  xalq  öz 
həyat  və  varlığı  üçün  nə  dərəcədə  təbiətə  borclu  olduğunu  və 
təbiətdən asılı olduğunu dərk edərsə, onlar təbiətin mühafizəsi 
qeydinə  bir  o  qədər  çox  qalar  və  ətraf  mühitin  çirklənməsinə 
qarşı barışmaz olarlar. 

 
81 
Hər  bir  adam  bilməlidir  ki,  Yer  kürəsi  günəş  sistemində 
canlıların yaranması və yaşaması üçün ən əlverişli təbii şəraitə 
malik  olan  yeganə  planetdir.  Yerin  müəyyən  normal  kütləyə 
malik olması, öz üzərində atmosfer və hidrosferin saxlanması-
na səbəb olur. Digər tərəfdən Yerin Günəşdən ancaq müəyyən 
məsafədə yerləşməsi ona həyat üçün lazımi miqdarda olan Gü-
nəş  enerjisinin  çatmasına  səbəb  olur.  Canlı  orqanizmlərin  bir-
biri  ilə  və  ətraf  mühitlə  əlaqəsi  nəticəsində  maddələrin  bioloji 
dairəvi dövrü baş verir. Bir orqanizmin həyat fəaliyyəti nəticə-
sində yaranan bir maddə, başqa bir canlı üçün həyati əhəmiyyə-
tə malik olur. Bu cür dairəvi dövr əsrlər boyu davam etmiş, tə-
bii tarazlıq yaranmışdır. Zaman keçdikcə texniki tərəqqinin sü-
rətli inkişafı biosferdə də maddələr mübadiləsinin daha yeni is-
tiqamətlərini yaratmışdır. Bu da öz növbəsində təbiətdəki taraz-
lığın daha çox pozulmasına səbəb olur. İnsanın təbiətə biganə-
liyi son dövrlərə qədər davam etmiş və bu səbəbdən də sənaye, 
kənd təsərrüfatı və çoxlu sayda şəhərətrafı mühiti müxtəlif tul-
lantılarla  çirkləndirmişlər.  Hesablamışlar  ki,  hal-hazırda  Yer 
kürəsində bir ildə ətraf mühitə atılan zərərli tullantıların miqda-
rı 500 mln. əsasən təbii dairəvi dövrdən kənarda qalır. Onun tö-
rətdiyi zərərlər Yer kürəsinin ayrı-ayrı yerlərində insanlara çox 
baha başa gəlir. 
Məlumdur ki, Yer atmosferində cəmi 2 10 12 tona qədər 
karbon  qazı  vardır.  Bunun  təqribən  10  11  tonu  okeanlarla  at-
mosfer  arasında  əlaqədə  iştirak  edir.  Dünya  okeanında  karbon 
qazı, atmosferdəkinə nisbətən 60 dəfə çoxdur. Qazlar soyuq su-
da daha yaxşı həll olduğundan, okeanlar bir növ nasos rolu oy-
nayırlar.  Onlar  soyuq  tərəfdə  isə  onu  atmosferə  buraxır.  Ona 
görə  də  tropik  enliklərdə  atmosferdəki  karbon  qazının  parsial 
təzyiqi,  soyuq  yerlərdəkinə  nisbətən  üstünlük  təşkil  edir,  həm 
də suda həll olan karbon qazının bir hissəsi, oradakı canlıların 
skeletinin yaranmasına səbəb olur. Bu proses daim atmosferdən 
karbon  qazının  azaltmasına  səbəb  olur.  Təqiqatlar  göstərir  ki, 
dairəvi prosesə baxmayaraq hər il atmosferdəki karbon qazının 

 
82 
miqdarı təqribən 0,24 faiz artır ki, bu da öz növbəsində bir sıra 
dəyişikliklər yaradır. 
Karbon  qazının  infraqırmızı  oblasta  düşən  işıq  enerjisini 
udduğu  da  məlumdur.  Yerin  Günəşdən  aldığı  enerji  görünən 
oblasta düşür. Yerin şüalanması isə infraqırmızı oblasta düşür, 
yəni  atmosfer  bir  növ  süzgəc  rolunu  oynayır.  Günəşdən  gələn 
istilik  şüalarını  isə  buraxmır.  Odur  ki,  atmosferdə  karbon 
qazının çoxalması Yer üzərində get-gedə istiliyin artmasına gə-
tirib  çıxarır.  Günəş  radiasiyasının  miqdarı  atmosferin  şəffaflı-
ğından çox asılıdır. Atmosferdə karbonla yanaşı son dövrlərdə 
tozun da miqdarı xeyli çoxalmışdır və hesablamışlar ki, hər in-
san  fəaliyyətindən  atmosferə  atılan  tozun  miqdarı  20%-dən 
xeyli artıqdır. Bu tozlar əsasən zərərli maddələr buraxan zavod-
ların hesabına artır.  
Atmosferdə  karbonun  və  zərərli  qazların  artması  adam-
ların sağlamlığında həddindən artıq pis təsir edir. 1952-ci ildə 
London üzərində qalın toz-duman qatışığının bir neçə gün qal-
ması 4 mindən çox insanın məhv olmasını yada salmaq kifayət-
dir. Digər tərəfdən bizim nəfəs aldığımız atmosfer həm də yük-
lü zərrəciklərlə və ionlarla zəngindir. 
Mənfi  ionlar  çoxluq  təşkil  etdikdə  insanın  nəfəs  alması 
xeyli yüngülləşir, müsbət yüklər olduqda isə əksinə. Təəssüf ki, 
şəhər  yerlərində  həmişə  atmosferdə  müsbət  yüklü  zərrəciklər 
artıqlığı əmələ gəlir. 
Atmosferin  karbon  qazı  və  zəhərli  tozlarla  çirklənməsi 
Yer  üzərində  uzun  dalğalı  elektromaqnit  şüalanmasının 
sıxlığının  çoxalması  deməkdir  ki,  nəfəs  yolları,  baş-beyin,  ağ 
ciyər, qan dövranı ilə yanaşı orqanizmdə gedən elektrik prose-
sini də pozur və insanın ümumilikdə səhhətinə pis təsir edir. 
Təbii radioaktiv fonun çoxluğu nəticəsində bir çox sağal-
maz  xəstəliklər  də  yaranır  ki,  bu  da  insanın  təbii  mühitə  ehti-
yatla yanaşmasın tələb edir. 

 
83 
Ətraf mühitdəki dağ massivlərinin, torpağın, inşaat mate-
riallarının  və  s.  tərkibindəki  təbii  radioaktiv  yaratdığı  qamma-
şüalanma, bütünlüklə canlılara, insanlara təsir edir. 
Süni  mənbələr-atom energetikası,  nüvə  yanacağı sistem-
ləri və  hərbi  məqsədli nüvə  sınaqları, istehlak  mallarının bəzi-
ləri-televizor, radiolüminsent  cihazları, digər sənaye müəssisə-
lərinin, müxtəlif zavodlarının maye və qaz şəkilli istehsalat tul-
lantıları həmin rayonlarda əhali üçün şüalanma mənbəyidir.  
Dənizlərə, göllərə, çaylara atılan zəhərli sənaye tullantıla-
rı, çirkab-neftli axınlar canlı aləmin normal həyat tərzini pozur. 
Azərbaycanın  Xəzər  sahili  buxtalarda  toplanan  çirkab,  neftli-
mazutlu  birləşmələr  xeyli  dərinliklərdə  böyük  yığıntılar  əmələ 
gətirir  ki,  bunlarında  çöküntüləri  təbiətin  bioloji  müvazinətini 
pozur.  Odur  ki,  Xəzərin  çirklənmədən  təmizlənməsi  və  bu  tə-
mizliyin müntəzəm gözlənilməsi zərurətə çevrilib. 
Bütün  deyilənlərdən  belə  çıxır  ki,  biz  təbiətimizə,  ətraf 
mühitimizə  birtərəfli  və  bir  günlük  baxmayıb,  uzun  müddətli 
elmi proqnoza əsaslanan fikirlərə söykənməliyik. 
 
 
8.4. Udduğumuz havanın ekologiyası 
 
Hər gün, hər dəqiqə, hər saniyə ciyərlərimizə çəkdiyimiz 
havanın  necəliyi  indiki  insanları  çox  narahat  edən  amillərdən-
dir. Bəs o necə olmalıdır? Yaxud necədir? Hazırki dövrdə Dün-
ya dövlətlərinin əksəriyyəti bu məsələyə ciddi yanaşırlar. Onlar 
nəinki havanın, suyun, hətta qida məhsullarının hamısının eko-
loji vəziyyətini xüsusi nəzarətə götürürlər. Bu yoxlamadan çıx-
mamış  heç  bir  məhsulu  istifadə  etməyə  icazə  vermirlər.  Belə 
ölkələr  də  mövcuddur  ki,  havası  ekoloji  cəhətdən  lazımi  tələ-
batlara  cavab  vermir.  Onun  üçün  də  küçələrdə  xüsusi  av-
tomatlardan  pulu  ilə  insanlar  təmiz  havanı  ciyərlərinə  çəkməli 
olurlar. Şükürlər olsun ki, hələlik bizim şəhərdə vəziyyət bu sə-
viyyəyə qalxmamışdır. Bununla yanaşı şəhərlərimizin, xüsusən 

 
84 
Bakı  və  Sumqayıtın  atmosfer  havası  lazımi  tələbatlara  cavab 
vermir. 
Azərbaycan  Respublikası  ərazisində  atmosfer  havasını 
müşahidə  məntəqələri  Bakı,  Sumqayıt,  Gəncə,  Əli  Bayramlı, 
Mingəçevir,  Lənkəran,  Şəki  şəhərlərində  mövcuddur.  Dünya 
şəhərlərində olduğu kimi Azərbaycan şəhərlərində də onun ha-
vasının ekoloji vəziyyəti, qatılığı, tərkibi biri-digərindən fərqlə-
nirlər.  Qəbul  etdiyimiz  havanın  tərkibi  əsasən  oksigen  olmalı 
olduğu  halda,  onun  tərkibində  son  illər  kükürd,  azot-4  oksid, 
xlor,  formaldehid,  civə,  furfurol,  amiyak,  hidrogen,  ftor,  his, 
sulfat turşusu, dəm qazı, toz və s. xeyli çoxalmışdır. Əgər Men-
deleyev  cədvəlində  olan  bütün  elementlərə  görə  tədqiqatlar 
aparılarsa, bu elementlərin əksəriyyətini  Bakı  və Sumqayıt şə-
hərlərinin havasında tapmaq mümkündür. İndi təsəvvür edin ki, 
bizim  vətəndaşlarımızın  necə  də  möhkəm  ciyərləri  varmış  ki, 
bütün bunlara hələ də dözə bilir. Nə qədər optimist olsaq da və-
təndaşlarımızın qeydinə qalmaq vətəndaşlıq borcumuzdur. 
Atmosfer  havasının  qatılığının  artımı  Azərbaycanda  yay 
aylarında  daha  üstünlük  təşkil  edir.  Bu  Bakı  şəhəri  üçün  daha 
çox xarakterikdir. Yəqin ki, Azərbaycan vətəndaşları üçün bəzi 
şəhərlərimizin  atmosfer  havası,  ekologiyası  xüsusilə  maraqlı 
olar.  Bunun  üçün  də  əsas  sənaye  şəhərlərimizin  atmosfer  ha-
vasına atılan tullantılar haqqında qısa məlumatlar maraqlı olar-
dı.  Çünki  sənaye  şəhərlərimizin  atmosferini  korlayan  insanlar 
da  bizim  respublikanın  vətəndaşlarıdır.  Bəlkə  millətinin  sağ-
lamlığma  biganə  qalmayan  vətəndaşlarımız,  hava  mühitimizi 
korlayan  qardaşlarımızı  ədalət  yoluna,  vətəndaşlıq  yoluna  də-
vət edə bildilər. 
Bakı  şəhəri  üzrə  Dövlət  qeydiyyatından keçmiş /Statisti-
ka  Komitəsi/  məlumata  görə  1993-cü  ildə  atmosferə  təxminən 
926 min ton zərərli maddələr atılıb. Bu rəqəm ancaq şin zavo-
du, "Elektroseprolit" zavodu, İstilik elektrik müəssisələri, Qaradağ 
əhəng zavodu, Qaradağ sement zavodu və Yeni Bakı neftayırma 
zavodlarının kitab-dəftərə  məcburiyyət  qarşısında düşən məlu-

 
85 
matlardır. Bəs düşməyənlər? Yaxud Bakı şəhərinin atmosferini 
zəhərləyən  təkcə  bu  müəssisələrdirmi?  Bəs  Abşeron  yanma-
dasındakı neft kəmərləri, 200 il neft hopdurulmuş torpaqları, is-
tixanalar, başlı-başına buraxılmış heç bir ekoloji qaydalara mə-
həl qoymayan sənaye obyektləri? 
Bakı  şəhərinin  atmosfer  havasının  tərkibində  dəm  qazı, 
azot-4 oksid, civə, xlor, hidrogen, ftor və s. maddələr üzrə orta 
illik  qatılıq,  normadan  üç  dəfə  yüksək  olmuşdur.  Bakıda  məs-
kunlaşmış  qaçqınların  miqdarı,  onların  yaşayış  tərzinin,  özləri 
ilə  gətirdikləri  texnikanın,  Bakı  şəhərindəki  əhalinin,  dövlət 
müəssisələrinin texnikalarını, minik avtomobillərini, deyilənlə-
rə əlavə etsək, yazıq burada yaşayan insanların halına! Hörmət-
li rəislər, müdirlər,  rəhbərlər dövlətimizin  paytaxtına belə  mü-
nasibət kimə xeyirdir? 
Məlum  olduğu  kimi  Sumqayıt  şəhəri  kimyaçılar  şəhəri-
dir,  bu  şəhərin  ümum  ekoloji  vəziyyəti  haqqında  çox  deyilib. 
Burada  atmosferə  atılan  tullantı  şəklindəki  zərərli  maddələrin 
miqdarı  qırxmin  tona  yaxındır.  Bəs  o  birisi  tullantılar?  Elə  bu 
səbəbdəndir ki, Bakı və Sumqayıt şəhərlərində bir çox xəstəlik-
lərlə  xəstələnənlərin  miqdarı  çoxalıb  və  elə  xəstəliklər  də  var 
ki, hələ həkimlərimiz onu yoza da bilmirlər. 
Gəncə  şəhəri  atmosferinə  atılan  zərərli  maddələrin  miq-
darı  90  min  tondur.  Gəncənin  hava  hövzəsində  bir  çox  mad-
dələr, o cümlədən toz, azot-4 oksid, kükürd qazı, hidrogen, ftor 
və  s.  normadan  2-3  dəfə  çoxdur.  Mingəçevir  şəhərinin  hava 
hövzəsinə  atılan belə maddələrin miqdarı orta hesabla 56 min 
tondur.  Mingəçevir  şəhərinin  hava  hövzəsində  isə  fenolun,  to-
zun  və  bəzi  başqa  maddələrin  miqdarı  normadan  2  dəfə  artıq-
dır.  Şirvan  şəhərinin  atmosfer  havasına  iri  sənaye  sahələrinin 
atdığı  tullantının  miqdarı  orta  hesabla  80  min  tona  bərabərdir. 
Bu şəhərdə havanın  tərkibində  azot-4 oksidin,  tozun, dəm  qa-
zının, kükürd qazının və s. maddələrin miqdarı normadan xeyli 
yüksəkdir. 

 
86 
Lənkəran  şəhəri  atmosferi  ekologiyası  başqa  sənaye  şə-
hərlərimizə nisbətən yaxşı olub, atmosferə atılan zərərli maddə-
lərin miqdarı 22 min ton olmuşdur. Lakin özü-özlüyündə Lən-
kəran kimi şəhər üçün 22 min ton zəhərləyici maddə çox böyük 
rəqəmdir. 
Bu  gün  respublikamızın  atmosfer  havasını  çox  böyük 
miqyasda  korlayan  Ermənistanla  Azərbaycan  arasında  gedən 
müharibəni  də  diqqətdən  qaçırmaq  olmaz.  Torpaqlarımızın 
dörddə birinin erməni işğalında olduğunu və bilavasitə mühari-
bənin Azərbaycan Respublikası sərhədləri daxilində getdiyi isə 
müharibənin törətdiyi bütün ekoloji zərərlərin azərbaycanlılara 
aid olması deməkdir. Hamımıza çox yaxşı məlumdur ki, ermə-
nilər həmişə bizə qarşı çox məkrlidirlər. Onlar heç bir məsələdə 
yaddaşsızlıq, "fürsəti fətə vermək" imkanlarını əldən vermirlər, 
hər bir silah növündən istifadə edirlər. Hətta torpaqlarımız qa-
yıdarsa (mən inanıram ki, qayıdacaq), uzun illər biz o sahələrin 
havasının, suyun, torpağının ekologiyası ilə məşğul olmalı ola-
cağıq. 
Elə bu səbəblərdən də Respublikamızın ümumilikdə hava 
hövzəsinin bizdən asılı olan imkanlar daxilində ekoloji təmizli-
yinə çalışmalıyıq. Əlbəttə, sənaye şəhərlərimizin hava hövzəsi-
nin ekoloji təmizliyinə diqqət ön plana çəkilməlidir. 
 
 
8.5. Bizə yaxın və uzaq Atmosfer 
 
Ən  böyük  həcmli  su  buxarı  okeanlar  üzərində  yaranır. 
Okeanlar üzərində hərəkətini başlayan su buxarı və hava qarışı-
ğı materiklərə çatdıqda buradakı hava-su buxarı kütləsi ilə qar-
şılaşır və atmosfer  cəbhəsini  yaradır. Sadə proses olmayan bu 
atmosfer cəbhələri - ümumiyyətlə atmosferdə gedən mürəkkəb 
fiziki  proseslər  nəticəsində  əmələ  gələndir.  Həm  də  bu  təkcə 
müxtəlif  növ  hava  kütlələrinin  sadəcə  qarşılaşmasından  deyil, 
əmələ gələn barik sistemlərin inkişafı dərəcəsindən də asılıdır. 

 
87 
Barik sistemlər isə  dağ silsilələrilə qarşılaşdıqda qasırğa  güclü 
küləklər yaradır. İndi hər kəs bilir ki, yağışın yağması buludlar-
la əlaqədardır, buludlar isə yer səthindən havaya qalxan su bu-
xarlarından əmələ gəlir. O da məlumdur ki, havanın temperatu-
ru  yer  səthindən  yuxarı  qalxdıqda  hər  100  m-də  0,5
0
  -0,7
0
  C 
aşağı düşür, yəni hava tədricən soyuyur, müəyyən yüksəklikdə 
şeh nöqtəsinə çatır, proses daha da güclənir, buludlar əmələ gə-
lir ki, bundan sonra yağış yağma şəraiti yaranır. Buludlar mən-
şələrinə,  xarici  görünüşlərinə,  yer  səthindən  hündürlüklərinə 
görə üç təbəqədən ibarətdir. Birinci 6 min m-dən hündürdə yer-
ləşənlər, ikincilər yer səthindən 2000-6000 m arasındakı məsa-
fədə yerləşənlər, üçuncülər isə 2 min m-dən Yer səthinə qədər 
hesab olunurlar. Yuxarı təbəqə buludlarının yığıntıları yerə gə-
lib çatmır. Orta təbəqə buludlarından adi yatışlar, aşağı təbəqə 
buludlar isə leysan və çiskin yağışı yağır. Ən güclü leysan ya-
ğışları isə topa buludlardan - şaquli qalınlığı daha çox olduğun-
dan alınır. Buludların adı elm və beynəlxalq istifadə də latınca 
ifadə  olunur.  Belə  ki,  sirrus  (lələkli),  sirrostraus  (lələkli-laylı), 
sirrokumulus  (yüksək  topa),  stratokumulus  (laylı  topa),  stratus 
(laylı),  kumuloribus  (topa-yağışlı),  nimbostratus  (layh-yağışlı) 
kimi  ifadə  olunur.  Yer  səthindən  havanın  yuxarı  qatlarında 
əmələ gəlmiş buludların bəzisində su buxarları az olur. Belə su 
buxarlarının radiusu millimetrin yüzdə birindən azdır. Odur ki, 
xırda damcıların aşağı düşmə sürəti yuxarı qalxan hava kütləsi-
nin sürətindən zəif olduğundan bəzən damcılar saatlarla atmos-
ferin bu qatında asılı vəziyyətdə qalır. Yağışların əmələ gəlmə 
səbəbləri  fiziklər  tərəfindən  maye-qaz  mexanikası  öyrənilən 
dövrlərdən məlum olub və özünün həm riyazi, həm də qrafiki 
ifadəsini tapmışdır. Lakin, meterioloji araşdırmalar baxımından 
yağışların  əmələ  gəlmə  səbəbləri  ilk  dəfə  fransız  meterioloqu 
Berjeron və Sovet fiziki Buçinski tərəfindən özünəməxsusluqla 
araşdırılmışdır. 
Aparılan  müşahidələr  və  elmi  təcrübələr  göstərir  ki,  at-
mosfer  yağıntıları  olan  qar,  yağış  və  doluda  müsbət,  eynilə 

 
88 
mənfi  elektrik  yükləri  olur.  Yağıntılardakı  elektrik  yüklərinin 
zəif və ya güclü sahəli olması, onların hansı buludlardan tökül-
məsindən çox asılıdır. 
Yağışlı buludlarda əlavə elektrik yükünün toplanması ya-
ğış damcılarının bir-birinə toqquşması hesabına da əmələ gəlir. 
Müxtəlif mənşəli hava kütlələri qarşılaşarkən, güclü küləklər -
müşahidə olunduğu yerlərdə, buludlarda elektrik yükü ən yük-
sək  həddə  çatır.  Buludlarda  elektrik  yüklərinin  paylanmasının 
öz  xüsusiyyətləri  vardır.  Bunlardan  biri,  atmosferin  yuxarı  tə-
bəqələrində xırda buz zərrəcikləri olan buludlarda, yaxud mənfi 
10
0
  C-lik  izotermdən  (eyni  temperaturlu  sahələri  birləşdirən 
xəttlərdən)  yuxarıda,  o  biri  isə  iri  buz  zərrəcikləri  olan  bulud-
larda  yəni  0
0
  C-lik  izotermdən  aşağıda  olur.  O  zaman  müsbət 
yüklü  xırda  buz  zərrəcikləri  buludların  üst  hissəsində,  mənfi 
yüklü iri buz dənələri isə buludların aşağı hissəsində olur. 0
0
 C-
dən yuxarı temperaturlu sahəyə düşən iri buz dənələri əriyir və 
su  damcılarına çevrilir ki,  bu zaman leysan  yağışı  yağması  la-
büddür. 
Tufanlı buludlarda müsbət və mənfi yüklü damcıların ha-
belə  buludların  qarışması,  parçalanması  və  toqquşması  nəticə-
sində böyük elektrik sahəsi  yaranır. Bir m
2
 sahədə bir neçə kv 
elektrik enerjisi əmələ gəlir. Bunun sayəsində də ildırım əmələ 
gəlir  ki,  o  da  ən  qüvvətli  elektrik  qığılcımıdır.  Ani  olmasına 
baxmayaraq hər bir ildırımın qüvvəsi ən böyük elektrik stansi-
yasının gücündən çoxdur. 
İldırım - xətti, üfüqi, yastı, təsbehvari və s. olmaqla xarici 
görünüşünə görə bir-birindən fərqlənməklə ən güclüsü təsbeh-
vari olanıdır. 
İldırım çaxan zaman onun kanalı içərisində hava bərk qı-
zır  və  istilik  600
0
  C-dən  çox  olur.  Göy  gurultusunun  səsi  çox 
güclü  olub,  25-30  km-dən  artıq  məsafəyə  yayıla  bilir.  Qeyd 
edək ki, Yer kürəsində orta hesabla hər saatda 3 min ildırım ça-
xır.  Bunların  ən  çoxu  tropik  və  subtropik  en  dairələrində  for-

 
89 
malaşır. Subtropik en dairəsinin dəniz sahillərində yay fəslində, 
okeanlar üzərində isə qışda daha çox müşahidə olunur. 
Atmosferdə bir çox optik hadisələr də baş verir. Göy qur-
şağı,  miraj,  jalə,  Günəş  və  Ay  taclarını  buna  misal  göstərmək 
olar. Atmosfer stratifikasiyası üfüqi və şaquli istiqamətdə daim 
bir  vəziyyətdə  qalmayıb  tez-tez  dəyişir.  Bu  zaman  atmosferdə 
işıq hadisələri cürbəcür görünüşdə müşahidə olunur. Atmosfer-
də  adi  işıq  hadisəsi  olan  göy  qurşağı  çox  müxtəlif  görünüşlü 
olur. O həmişə (çünki gündüz günəş şüası var), buludlu və ya-
ğışlı  havanın  axırında,  əksər  hallarda  yağış  dayanan  vaxt,  ya-
xud çiskin yağış yağanda görünür. Göy qurşağı, sadəcə atmos-
ferdə günəş şüalarının yağış damcılarında əyilməsi, sınması və 
əks  olunmasının  nəticəsidir.  Yağış  damcıları  üzərində  sınaraq 
əks olunan Günəş şüaları çox rəngarəngdir - qırmızı, bənövşə-
yi, mavi, ağ, sarı, narıncı və s. Göy qurşağı səmada taca bənzər 
rəngarəng  qövs  şəklində  gözəl  zolaqlar  kimi  bütün  rəngləri 
özündə əks etdirir. 
Atmosferin optik hadisələrindən biri də Günəş və Ay tac-
larıdır.  Belə  hadisələr  dumanlı  günlər  və  gecələrdə  Günəşin, 
Ayın  və  bəzən  də  ulduzların  ətrafında  müşahidə  olunur.  Tac-
ların bu rəngləri göy qurşağında olduğu kimidir. Sadəcə rənglə-
rin  düzülüşü  göy  qurşağında  alınanın  əksinə  düzülür.  Taclar 
Günəş və Ay şüalarının difraksiyası- yəni sınması, əyilməsi nə-
ticəsi  olaraq  əmələ  gəlir.  Günəş  və  Ay  tacının  əmələ  gəlməsi 
üçün atmosferdə olan su damcılarının və buz dənəciklərinin bir 
boyda olması vacib şərtlərdəndir. 
Buxarla  dolu  binada  elektrik  çırağının  ətrafında  əlvan 
tacın  əmələ  gəlməsi  də  məlumdur.  Bu  üsulla  müxtəlif  bulud-
ların inkişaf edib artmasını və ya buludların dağılmasını irəlicə-
dən müəyyən etmək olur. Yəni, halə və taclar üzərində müşahi-
dələr  havanın  gələcəkdə  vəziyyətini  elmi  əsasda  müəyyən  et-
məyə imkan verir. Belə ki, Günəş ətrafında tacın tədricən kiçil-
məsi, buludda olan su və buz zərrəciklərinin tədricən böyümə-
sini  göstərən  əlamət  olduğu  üçün,  yağış  yağacağını  söyləmək 

 
90 
olar. Əksinə, tacların böyüməsi havanın quru və aydın olacağı-
na əsas verir. Miraj da atmosferin optik hadisələrindən olmaqla 
çox böyük maraq doğurur. Miraj atmosferdə havanın sıxlığının 
şaquli olaraq kəskin dəyişməsindən asılı olub mövcud bir sahə-
ni, cismi təhrif olunmuş, dəyişilmiş, başı aşağı çevrilmiş, böyü-
müş və kiçilmiş halda göstərir və ən çox səhralarda müşahidə 
olunur. Bu  əslində, sadəcə  Günəş  şüalarının atmosfer sıxlığın-
dan asılı olaraq əyilməsidir. Səbəb isə yer səthinin Günəş təsi-
rindən daha çox qızması bir qədər hündürdə isə havanın nisbə-
tən az qızması, və şaquli istiqamətdə hava sıxlığının həddindən 
artıq dəyişmiş olmasıdır. Ona görə də, bəzən üfüqdə dəvələr və 
dəvə karvanı,  böyük bir  göl  və  digər  cismlər görünür və  onlar 
bir müddətdən sonra yox olurlar. 
Günəş və Ay şüalarının yuxarı təbəqə buludlarındakı altı 
tərəfli  prizma  formalı  buz  zərrəciklərindən,  əsasən  də  laylı-lə-
ləkvari  buludlarda  sınması  və  əks  olunması  nəticəsində  əmələ 
gələndir.  Optik  hadisələrdən  biri  də  Günəş  və  Ay  hadisəsidir. 
Halə  də  göy  qurşağı  kimi  gözəl  zolaqlı  rənglərdə  düz  xətt  və 
qövs formasında görünür. Fərq isə burada qırmızı rəngin Günəş 
və Ay tərəfində yerləşməsidir. 
Atmosferdə  kifayət  qədər  hadisələr  fiziki  və  fiziki-kim-
yəvi  qanunauyğunluqlar, müxtəlif cür sürətlər, müxtəlif istiqa-
mətli hərəkətlər və hətta müasir insanın beyninin çıxış yolu ta-
pa  bilməyən  məqamlar  möcüzələr  yetərincədir.  Bir  sözlə  in-
sanın atmosferdən Göy qatlarında öyrənməli, sonu görünməyən 
qanunauyğunluqların miqdarı sonsuz qədərdir. 
 
 
8.6. Azərbaycanda radioaktiv Ģüalanma 
 
Sadə  formada  demiş  olsaq,  ətraf  mühit  dedikdə  birinci 
olaraq  insanlar  bilavasitə  özü  yaşadığı  mikro  mühiti  düşünür-
lər. Əslində isə ətraf mühit, yaxud təbii mühit dedikdə, bu mə-
sələ qlobal miqyasda başa düşülməlidir. Çünki yaşadığımız Yer 

 
91 
kürəsi vahiddir, biz isə o vahidin bir hissəsindəyik. Yəni, ancaq 
ətraf mühit, hava mühitinin çirklənməsi tədricən Yer kürəsi ha-
vasının  bütövlükdə  çikrlənməsinə  gətirib  çıxarır.  Digər  tərəf-
dən, ətraf mühitin çirklənməsi Yer kürəsinin ayrı-ayrı bölgələrin-
də yerli şəraitdən asılı olaraq bir-birindən fərqlənirlər. Bu amil 
bir  çox  məsələlərlə  əlaqədardır.  Elə  bu  səbəbdən  də  biz  Res-
publikamıza  ətraf mühitin nə  ilə  və  necə çirklənməsini  oxucu-
larımızda  çox  qısa  şəkildə  çatdırmaq  istəyirik.  Belə  çirklənmə 
növlərindən biri radiasiya çirklənməsidir. Yaşadığımız mühitin 
radioaktiv  çirklənməsi  canlı  həyat,  o  cümlədən  biz  insanlar 
üçün  texnogen  çirklənmələrdən  ən  təhlükəlisi  olub,  həm  də 
gözlə müşahidə olunmayanıdır. İnsanların əksəriyyəti radioak-
tiv çirklənmə mənbələrini də yaxşı bilmirlər. 
Azərbaycan  Respublikasında  radiasiya  çirklənməsi  bir 
çox dövlətlərə nisbətən aşağıdır. Lakin, bu bizi müştəbeh etmə-
məlidir.  Həm  də,  radiasiya  fonu  şəhərimizdə  o  qədər  də  yaxşı 
deyil. Ümumilikdə isə respublika ərazisində strosium -90, sezi-
um  -137  radionuklidlərin  miqdarı  təbii  fondan  azca  artıqdır. 
Atmosfer  havasının  radioaktivliyi  əsasən  normadadır.  Lakin, 
atmosfer  havasının  radioaktivliyi  Respublikamızın  şimal-qərb 
rayonlarında  və  sənaye  şəhərlərində  nisbətən  normadan  artıq 
olan  vaxtlarda  olur.  Belə  hallara  ən  çox  iyul-avqust  aylarında 
təsadüf etmək olur. Şimal-qərb rayonlarında bu cür çirklənmə-
nin  səbəbi  Yer  quruluşunda  olduğu  halda,  sənaye  şəhərlərində 
buna  səbəb  bəzi  sənaye  obyektləridir,  buradakı  texnologiyaya 
düzgün əməl olunmamasıdır. 
Bu  məsələ  Bakıda  çox  acınacaqlıdır.  Nə  Bakı  şəhərinin 
özündə, nə də ki, Abşeron yarımadasında elə bir müəssisə tapa 
bilməzsən ki, ekoloji cəhətdən normalara uyğun işləsin. Bunun 
üzərinə neftlə çirklənmiş Abşeron torpaqlarını və Xəzərin sahil 
zonalarını gəlsək, hər şey aydm olar. 
Başqa bir amil də düzənlik ərazilərimizdən yüksək dağlıq 
yerlərə  doğru  qalxdıqca,  atmosfer  havasının  radioaktivliyinin 
çoxalmasıdır.  Dağlarda  günəş  radiasiyası,  təbii  olaraq  çox  ol-

 
92 
duğundan və  dağ süxurlarının şüanı  əksetmə  qabiliyyəti radia-
siya fonunun yüksək olma səbəbidir. Bu bizdən asılı deyil - tə-
bii amildir. Odur ki, ən böyük diqqəti həm də ən çox əhalimiz 
yaşayan sənaye şəhərlərinə verməliyik. 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   10   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə