ZĠyadxan nəBĠBƏYLĠ



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə6/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30

7.5. Beynəlxalq hava hüququ 
 
Aviasiyadan  insan  həyatının  təsərrüfat,  nəqliyyat  kimi 
müxtəlif sahələrində çox istifadə olunur, dövlətlərin siyasi, iqti-
sadi və mədəni əməkdaşlığının mühüm vasitəsi hesab edilir. 
Təbiidir  ki,  öz  ölkəsində,  uzaq  ölkələr  və  bütün  qitələr 
arasında çox çətin və mürəkkəb şəraitdə həyata keçirilən uçuş-
lar beynəlxalq  hüquqi  tənzimə  malik olmalıdır. Hava sahələri-
nin  hüquqi  rejimi əvvəllər nəzəri xarakter daşımış və bəşəriy-
yətin hava sahələrindən istifadə etmək səyləri ilə əlaqədar ola-
raq,  hava  ərazi  sahələri  haqqında  aşağıdakı  üç  əsas  istiqamət 
irəli sürülmüşdür. 
Özünün torpağı üzərindəki hava sahibkarın qeyri-məhdud 
hakimiyyətindədir. Bu fıkir XVIII-XIX əsrlərdə İngiltərə, Fran-
sa  və  s.  Qərb  dövlətlərində  çox  yayılmışdı.  Havanın  azadlığı, 
uçuşların azadlığı nəzəriyyəsi isə Belçikada, İngiltərədə, Rusi-
yada 1913-1915-ci illərə kimi yaşamışdır. Fransız hüquqşünası 
Foşil uçuşların azadlığını məhdud etmək nəzəriyyəsi göstərilən 
iki ziddiyətli istiqamətlər arasında, bir növ orta vəziyyət yarat-

 
70 
maq fikrində olmuşdur. O, dövlətin hava sahələrini hündürlüyü 
Eyfel qülləsinin hündürlüyünə (330 m) bərabər olan birinci, yə-
ni tamamilə dövlət suverenitetinə tabe edilən milli zolağa, bun-
dan  yuxarıda  olan  xaricilərin  uçuşuna  azad  yol  verilən  ikinci-
beynəlxalq zolağa, nəhayət, tam azad zolağa bölür. Bu cür nə-
zəriyyələrin heç biri tam təşəkkül tapa bilmədi. 
Bu  məsələlər,  əsasən  beynəlxalq  hava  hərəkətləri  haq-
qında 1919-cu ilin 13 oktyabr tarixli Paris sazişi və Beynəlxalq 
mülki aviasiya haqqında 1944-cü il 1 noyabr tarixli Çikaqo sa-
zişi ilə, habelə BMT Nizamnaməsində rəsmən göstərilən müa-
sir  beynəlxalq  ümum-tanınmış  prinsipi  ilə  təsdiq  edilmişdir. 
Bununla belə, dövlətin suverenliyi texniki imkan daxilində ha-
va sahələrinin aşağı təbəqəsinə, yəni hündürlüyü 3-11 km olan 
troposferə,  11-60  km  stratosferə  və  60-400  km  olan  ionosferə 
aiddir.  Hava  sahələrinin  hüquqi  vəziyyəti  beynəlxalq  uçuşları 
və hava nəqliyyatını nizama salmaq, təhlükəsizliyi təmin etmək 
məqsədləri  ilə  dövlətlərin  müəyyən  etdiyi  müqavilənin  və  adi 
normaların  məcmusuna  beynəlxalq  hava  hüququ  deyilir.  Bey-
nəlxalq hava hüququ mənbələri aeronoviqasiya məsələləri üzrə 
çox tərəfli, ikitərəfli beynəlxalq müqavilə və sazişlərdən, döv-
lətlərin daxili qanunlarından ibarətdir. 
Hazırda  beynəlxalq  hüququn  normalarına  uyğun  olaraq, 
dövlətin  su  və  quru  əraziləri  üzərindəki,  habelə  məhəlli  suları 
üzərindəki, bütün hava sahələri ərazisinin tərkibinə daxil olur, 
həmin dövlətin tam suvereniteti və  yuristiksiyası altında hesab 
olunur. 
Hər  bir  dövlət  öz  hava  sahəsi  üzərində  tam  suverenliyə 
malik  olduğu  üçün,  o,  öz  ərizisi  üzərindəki  bütün  havalardan 
xarici hava gəmilərinin keçməsini və hərəkətini qadağan etmək 
hüququna malikdir. Dövlətin bütün hava ərazisi həmin dövlətin 
tam suveren və müstəsna hakimiyyətinə tabe olmaqla, onun qa-
nun  və  qaydalarının  təsiri  altında  hesab  olunur.  Bu  qanun  və 
qaydaların  pozulması  beynəlxalq  hüquq  normalarına  ziddir  və 

 
71 
dövlət suverenitetinin pozulması deməkdir. Dövlətin quru və su 
sərhədləri kimi hava ərazi sərhədləri də toxunulmazdır. Bunun 
pozulmasına qarşı hər bir dövlət lazımı özünümüdafiə tədbirlə-
ri görə bilər. 
Azərbaycan  Respublikası  da  suveren  dövlətdir,  onun  da 
quru,  su,  hava  sərhədləri  beynəlxalq  hüquqa  görə  toxunulmaz 
olmalıdır. Təəssüf ki, respublikamızın həm quru, həm də hava 
sərhədləri  əsrimizin  əvvəlindən  Ermənistan  tərəfindən  pozul-
maqda davam edir. Azərbaycan torpaqları o dərəcədə Ermənis-
tan tərəfındən beynəlxalq hüquqa məhəl qoyulmadan tutulmuş-
dur ki, onun 1990-cı illər sərhədləri daxilində öz quru sahəsinin 
85 faizini Azərbaycan torpaqları təşkil edir. Ermənistan respub-
likası Azərbaycanın hava və quru sərhədlərini keçərək yeni-ye-
ni torpaq sahələri zəbt etmişdir ki, bu da heç bir beynəlxalq hü-
quqla  bir  araya  sığmır.  On  doqquz  ildən  artıq  davam  edən  bu 
qeyri-qanuni  ilhaq  çox  təssüf  ki,  dünya  ictimaiyyətinin  gözü 
qarşısında baş verir, təcavüzkar öz adı ilə çağrılmır. 
Beynəlxalq  hüquqlara  zidd  olan  zorakı  sərhəddəyişmə 
həqiqətlərini  isə  bəzi  dövlətlər  qulaqardına  vurur  və  hətta  Er-
mənistana  müxtəlif  tərəflərdən  köməklik  göstərirlər.  Bunlar, 
əsasən Rusiya, ABŞ, Fransa, İran və s. dövlətlərdir. 
Azərbaycan  və  xarici  hava  gəmilərinin  beynəlxalq  uçuş-
ları, yalnız nazirliyin xüsusi icazəsi əsasında ola bilər. Həm də 
bu  uçuşların  istiqamətləri  dürüst  müəyyən  edilməli  və  dövlət 
sərhədlərinin  hansı  "hava  qapıları"ndan  keçməsi  göstərilməli-
dir. Belə razılaşmalar olmadan Ermənistan hər gün Azərbaycan 
hava  sərhədlərini  pozaraq  hərbi  texnikasını,  əsgərlərini  Xocalı 
hava limanı vastitəsilə Azərbaycanın içərilərinə gətirir və hərbi 
təcavüzünü davam etdirir. 
Müasir beynəlxalq hüququ məlum olan hava rejimi sahə-
sindəki çoxtərəfli sazişlərdən hava naviqasiyası haqqında 1919-
cu il Paris sazişinin, ticarət-mülki naviqasiya haqqında 1928-ci 
il  Havana  sazişini,  beynəlxalq  mülki  aviasiya  məsələləri  üzrə 

 
72 
1944-cü il Çikaqo sazişini və hava nəqliyyatı vasitəsilə daşıma 
məsələləri üzrə 1929-cu il Varşava sazişini göstərmək olar. Çi-
kaqo  sazişi  əsasında  Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatı 
(İKAO)  yaradılmış  və  1946-cı  il  dekabrın  14-də  BMT  BAŞ 
Məclisinin qətnaməsi üzrə ona BMT-nin ixtisaslaşdırılmış mü-
əssisəsi hüququ verilmişdir. 1956-cı il Paris sazişində humani-
tar yardım və s. kimi insanpərvər məqsədlərlə keçirilən təsadüfi 
uçuşlara da yol verilə bilər. Dövlətlərin qarşılıqlı razılaşma yo-
lu ilə təhlükəsiz uçuşa təminatla yanaşı, təyyarələrin qaçırılma-
sına qarşı dövlətlərin səylərini birləşdirmək sahəsində ilk çox-
tərəfli beynəlxalq hüquqi sənəd 1970-ci il 16 dekabrda Haaqa-
da  imzalanmışdır.  Öz  səmasından  uçuşa  icazə  verən  hər  bir 
dövlət bu uçuşun təhlükəsizliyi qarantı olmalıdır. 
 
 

 
73 
VIII FƏSĠL 
 
ATMOSFER MÜHĠTĠ VƏ ĠNSAN 
 
8.1. Təbii mühit və insan sağlamlığı 
 
İnsan sağlamlığına təsir edən amillər dedikdə,ilk növbədə 
onun  yaşayış  tərzi,  yaşadığı  mikro  və  makro  şərait  başa  düşü-
lür.  Mikro  şərait  insanın  sosial  problemlərinin  bir  hissəsinin-
mənzil şəraiti, onun istiliklə, su ilə, işıqla və s. təminatı məsələ-
ləridir. Hərçənd ki, Azərbaycan Respublikası əhalisinin təxmi-
nən  yarısı  bu  problemlər  içərisində  çabalayır.  Qaçqınlarımızın 
isə bu problemlə bağlı məsələlərdən danışmağa ehtiyac da yox-
dur. Çünki bu məsələ bütün dünyaya bəllidir. 
Makro şərait isə  dünya problemi olub,  bizim respublika-
mızda  öz  xüsusiyyəti,  özünəməxsusluğu  var.  Vaxt  olub  ki, 
Azərbaycan  uzunömürlülər  ölkəsi  sayılıb  və  biz  də  bununla 
fəxr etmişik. Hətta müxtəlif ölkələrdən gəlib burada uzunömür-
lülüyün "sirri" ni öyrənmək istəyənlərin sayı çox olmuşdur. La-
kin vaxt ötmüş, makro mühit dediyimiz mühit tədricən korlan-
mış və biz də uzunmüddət bunu hiss etməmişik. Başa düşdükdə 
isə  problemin  çox  böyük  olduğunu  və  makro  mühitimizin  bi-
zim özümüzdən də çox asılı olduğunu anlaya bilmişik. Ümumi-
likdə isə təbii mühitin çirklənməsi bu mühitdə yaşayan əhalinin 
iqtisadiyyatına  və  sağlamlığının  kəskinləşməsinə  gətirib  çıxa-
rır. Təbii mühitin çirklənməsinin insanın sağlamlığına pis təsir 
göstərməsi respublikamızda artıq sirr deyildir. Bu elə məsələlə-
rin aidiyyatı olan bütün təşkilatlar, o cümlədən Səhiyyə Nazir-
liyi təşkilatları, onun Baş Dövlət Sanitar Müfəttişliyi, Respubli-
ka Gigiyena və Epidomoloji Mərkəzi və bu idarələrin yerlərdə-
ki  mütəxəssisləri  yaxşı  bilir,  hesabat  aparılır.  Mütəxəssislər 
Azərbaycan  Respublikasının  əhalisində  xəstəliklərin-  xüsusən 
Bakı və Sumqayıt şəhərində artmasını çoxdan müşahidə etmiş-
lər. Həm də bu xəstəliklərin təbii mühitimizlə əlaqədar olduğu-

 
74 
nu  da  bilirlər.  Çoxalan  xəstəliklərdən  nəfəs  yolları,  ağ  ciyər, 
dəri-zöhrəvi,  bədənin  istənilən  yerlərində  şişlər,  qan  təzyiqi, 
şəkər,  ürək-damar,  qan  xəstəlikləri,  mədə-bağırsaq,  böyrək, 
saçların  tez  ağarması,  saçların  tez  tökülməsi,  huşunu  itirmə, 
huşsuzluq, halsızlıq və s. daha çox rast olunur. 
Bu cür xəstəliklərin çoxalması mənbələrini qruplaşdırdıq-
da  məlum  olur  ki,  bəzi  xəstəliklərin  səbəbi  suyun  çirkli  ol-
masından,  bəziləri  havanın  çirkli  olmasından,  bəziləri  yeyinti 
məhsularının  çirkli  olmasından,  bəziləri  iş  şəraitinin  çirkli  ol-
masındandır. Saydığımız və saymadığımız bütün çirkli mənbə-
lər bizim yaşadığımız təbii mühitdir. Xəstəliklərin təbii mühitə 
görə  çoxalmasında  da  özümüzün  məsuliyyətsizliyindən,  ya 
özümüzün özümüzə biganəliyi daha çox zərər gətirir. Əgər qi-
damızın, suyumuzun təmizliyinə nəzarət edən həkim, yaxud rə-
is öz vəzifə borcuna, vətəndaşlıq borcuna barmaqarası yanaşır-
sa, buna nə ad vermək olar. Üzüm və pambıq tarlalarında dər-
manla işləri qəbul edilmiş qaydalarla aparılmırsa cavabdeh mü-
təxəsis göz yumduğu işin nəticəsinə debil uşaqların törənəcəyi-
ni bilirsə belə-belə işlərə necə bəraət qazandırmaq olar?!  
Üçüncü bir misal- insan müdafiəçisi, insan keşikçisi, po-
lisimiz avtomobillərin mühərriklərindən atmosferə çıxan zəhər-
li  qazları  yoxlayarkən  onun  gözü  cihazın  göstəricisinə  deyil, 
sürücünün əlinə baxırsa və milli mənafeyi şəxsi mənafeyə qur-
ban  verirsə,  daha  nə  deyək  sənə.  Bundan  əlavə  təbii  mühitin 
texnogen mənşəli çirklənməsi insan sağlamlığı üçün çox vacib 
olan bir çox bitkilərin məhv olmasına gətirib çıxarır. Azərbay-
can Respublikası üçün də belədir. 100 il bundan öncə ölkəmiz-
də  olan  canlı  və  cansız  aləmi  bu  günümüzlə  müqayisə  etmək 
bir çox məsələləri dərk etməyə kifayət edir. Arıçılıq Azərbay-
canın bütün bölgələri üçün təbii hal kimi olub və arı balının in-
san sağlamlığı üçün nə dərəcədə əhəmiyyətli olduğunu da heç 
kim inkar edə bilməz. Gəlin görək hazırda Azərbaycanın bütün 
bölgələrində  arıçılıqla  məşğul  olmaq  mümkündürmü?  Təmiz 
arı balını bu gün dərman üçün də tapmaq mümkün deyil. Hansı 

 
75 
ki,  ata-babalarımızın  əsas  qida  məhsullarından  biri  bal  olmuş-
dur.  Arı  balı  təkcə  qida  məhsulu  olmuyub,  daha  çox  müxtəlif 
xəstəliklər üçün dərman mənbəyidir. 
Ümumən  təbiətə,  insan  sağlamlığına,  Yer  kürəsinin  qlo-
bal  iqliminə  də  mühitin  çirklənməsi  öz  mənfı  təsirini  göstərir. 
Ətraf mühitə atılan tullantılar "istilik effekti" deyilən effekt ya-
radır. "İstilik effekti" isə qlobal iqlimə təsir göstərməklə birba-
şa insan sağlamlığına da pis təsir edir. 
Çox təəssüf ki, təbii mühitin çirklənməsi Azərbaycana iq-
tisadi göstəricilərinə görə hansı ziyanı gətirir məsələsinin hesa-
batı aparılmır. Əgər təbii mühitin çirklənməsi nəticəsində insan 
amili ilə yanaşı hər addımda rastlaşdığımız iqtisadi zərəri fıkir-
ləşsək,  dəhşətə  gələrik.  Təxmini  hesabatlara  görə  təkcə  Bakı 
şəhəri  üçün  təbii  mühitimizin  özümüz  tərəfindən  çirkləndiril-
məsi  nəticəsində  orta  hesabla  1  milyard  yarımdan  artıq  iqtisa-
diyyatımıza  ziyan  vururuq.  Təbii  mühitin  çirklənməsindən  in-
sanların  xəstələnməsi,  dərmanı,  xəstəlik  kağızı  və  s.  ilə  bağlı 
iqtisadi hesabatlar aparsaq və onu da milyard yarım üzərinə gə-
lib bu məsələni respublikamız miqyasında fıkirləşsək görün bu 
nə  deməkdir.  Deyildiyi  kimi  təbii  mühitin  çirklənməsi  birbaşa 
insanların səhhətinə təsir edir. Belə ki, Bakı və Sumqayıt şəhər-
lərində daha çox üstünlük təşkil edən texnogen mənşəli toz, ci-
və, qurğuşun, his atmosfer havasında həmişə olur, orta hesabla 
normadan 5 dəfə yüksəkdir. 
Təbii mühitin çirklənməsi insan sağlamlığına və respubli-
ka  iqtisadiyyatına  vurduğu  zərərləri  qismən  də  azaltmaq  üçün 
əlaqədar təşkilatlar beynəlxalq aləmdə qəbul edilmiş informasi-
ya bankından istifadə etməlidirlər.  
Texniki  cəhətdən  inkişaf  etmiş  ölkələr  təkcə  öz  daxili 
məlumatları ilə kifayətlənməyib ümumdünya Metrologiya Təş-
kilatından da bəhrələnirlər. Onun üçün də hər bir dövlət ümum-
dünya  Metrologiya  Təşkilatının  üzvü  olmağa  cəhd  göstərir. 
Çox şükürlər olsun ki, bizdə bu təşkilatın üzvüyük. 

 
76 
Problemin xüsusi vacibliyini nəzərə alan təşkilat respub-
lika  şəhərlərinin  atmosfer  havasının,  su  obyektlərinin,  torpaq 
örtüyünün  çirklənmə  vəziyyəti  haqqında  məlumatları  müntə-
zəm  olaraq  Azərbaycan  Respublikası  Hidrometeorologiya  qu-
rumundan almaları çox faydalı olar. 
Təbii  mühitin  çirklənməsinin  qarşısını  almaq  və  onun 
sağlamlaşdırılması üçün konkret tədbirlərin işlənib hazırlanma-
sı və həyata keçirilməsi bilavasitə bu məlumatlara əsaslanmalı-
dır. İnanmaq istərdik ki, mühitimizi zərərli tullantılarla zəhərlə-
yən  bütün  təşkilatlar  öz  vəzifələrinə  vətəndaşlıq  nöqteyi-nəzə-
rindən  yanaşacaq  və  xalqımızın  sağlamlığı  xatirinə  əməli  işlə-
rin  beynəlxalq  aləmdə  qəbul  edilmiş  İnformasiya  Bankından 
alınan məlumatlara əsaslanacaqdır. 
 
 
   
8.2. Udduğumuz havanı çirkləndirən mənbələr 
 
Havanın  çirklənməsi,  yaxud  atmosferi  çirkləndirən  mən-
bələr  dedikdə-havada  müxtəlif  qazların,  su  buxarının,  bərk  və 
maye  halında  müxtəlif  kimyəvi  elementlərin,  həmçinin  radio-
aktiv elementlərin canlı orqanizmlərin həyat şəraitinə mənfı tə-
sir edə biləcək miqdarda olması atmosfer çirklənməsi kimi qə-
bul edilir. Tullantılar qaz halında olduqda onlar atmosferi daha 
çox  və  tez  çirkləndirirlər.  Hazırki  dövrdə  belə  çirkləndirici 
mənbələr  əsasən  nəqliyyat  istifadəsi  zamanı  atmosferə  buraxı-
lan  zəhərli  qazlar  və  istehsal  prosesi  zamanı  əmələ  gələn  qaz 
halındakı  tullantılardır.  Hər  iki  çirkləndirici  mənbələr  isə  həd-
dindən  artıq  çoxdur  və  əsasən  iri  şəhərlərdədir.  Azərbaycan, 
Bakı  və  Sumqayıt  şəhərləri  üçün  belə  mənbələr  neft-qaz  hasil 
edən  bütün  sənaye  sahələri,  neft-kimya  müəssisələrindən  ayrı-
lan zəhərli qazlar, müxtəlif kimya sənayesindən ayrılan zəhərli 
qazlar, sement və inşaat materialları istehsal edən müəssisələr-
dən  ayrılan  zəhərli  qazlar,  qara  metallurgiya  müəssisələrindən 
ayrılan zəhərli qazlar, əlvan metalurgiya müəssisələrindən ayrı-

 
77 
lan  zəhərli  qazlar,  kənd  təssərrüfatında  işlədilən  qaz  və  maye 
halında olan gübrələr, qazanxanalardan çıxan tüstü-qaz qarışıq-
ları və s. saymaq olar. Burada havanı çirkləndirən mənbə kimi 
nəqliyyatın  payı  35-40%,  istilik  elektrik  stansiyaların  payı  20-
25%,  sənayedə  texnoloji  proseslərdən  çirkləndiricilərin  payı 
15-25%  və  digər  tullantılardan  əmələ  gələn  zəhərli  qazların 
çirkləndirici payları isə 10-20% təşkil edir. İri şəhərlərdə insan-
ların atmosferə buraxdığı karbon qazını və insan fəaliyyəti za-
manı əmələ gələn toz, onların tərkibindəki çoxlu miqdarda zə-
rərli  tullantıları  nəzərə  alsaq  şəhər  mühitində  yaşayan  insan-
ların  ancaq  halına  acımaq  qalır.  Çirklənmədən  dəyən  zərərin 
həcmi isə o ölkənin sənaye həcmi ilə düz mütənasibdir. Məsə-
lən ABŞ dövləti üçün 2000-ci illərdə ekoloji problemlərin ölkə-
yə  vurduğu  zərər  orta  hesabla  hər  ilə  2,5  milyard  ABŞ  dolları 
miqdarında olmuşdur. Ümumilikdə ABŞ  ancaq öz ölkəsindəki 
sənaye vasitəsi ilə dünya çirkləndirici mənbələrinin 50 faizinin 
səbəbkarıdır.  Digər  tərəfdən  ABŞ  dünyanın  bütün  ölklərinin 
əksəriyyətində sənaye payçısı olduğunu nəzərə alsaq, onun ət-
raf mühitə vurduğu ziyana görə də 1 -ci yerdədir. 
İşləyən sənaye müəssisələrindən tüstü, zəhərli qaz və di-
gər  çirkləndiricilər  böyük  bir  ərazidə  torpaq,  bitki  və  insanları 
zəhərləyir, müxtəlif xəstəliklər törədir. 
Bu  qazların  tərkibində  azot  və  oksigendən  başqa  karbon 
2-oksid  (CO),  zəhərli  karbohidrogenlər,  müxtəlif  azot  və  kü-
kürd oksidləri (SO2), müxtəlif tərkibli tozlar, xırda bərk hissə-
ciklər və s. yetərincə olur. 
Böyük sənaye şəhərlərində havanın çox çirklənməsi nəti-
cəsində  smoq-yəni  tüstü,  tüstü  dumanı  əmələ  gəlir.  Belə  hal 
çox  təhlükəlidir.  Bakı  və  Sumqayıtda  smoq  həmişə-xüsusən 
yay  aylarında  daha  tez-tez  baş  verir.  Bakı  və  Sumqayıtı  xəzər 
küləkləri smoqdan xilas  edir. Əks halda insanların  əksəriyyəti 
smoq baş verdikdə məhv ola bilər. Smoq hadisəsinin təhlükəli 
olmasının digər səbəbi günəş işığının təsiri ilə nəqliyyat tullan-
tılarında  olan  karbohidrogen,  karbon  2-oksid  qarışığında  mü-

 
78 
rəkkəb  fotokimyəvi  çevrilmələrin  baş  verməsidir.  Bu  yolla  al-
man  dumana  fotokimyəvi  duman  deyilir.  Belə  dumanın  tərki-
bində elə zəhərli maddələr formalaşır ki, onlar canlı aləm üçün 
çox  böyük  təhlükə  yaradır.  Başa  düşülməlidir  ki,  ancaq  avto-
mobillərin  tüstü  qazlarının  tərkibində  200-ə  qədər  insan  orqa-
nizminə zərərli maddə, çox təhlükəli konserogen karohidrogen-
lər və qurğuşun birləşmələri mövcuddur. 
Artıq heç kimə sir deyildir ki, sənaye tullantıları atmosfe-
rin zəhərli maddələrlə, elementlərlə çirklənməsində əsas yer tu-
tanlardandır.  Müxtəlif  kimyəvi  maddələr  və  istehsal  vasitələri 
istehsal edən zavod və fabriklərdən havaya küllü miqdarda toz, 
kükürdlü qazlar və s. atılır. 
Metalurgiya zavodları atmosfer havasına çoxlu miqdarda 
zəhərli qazlar atır. Burada bir ton çuqun hesabı üzrə bu qazların 
tərkibində 4,5 kq toz, 2,7 kq kükürd qazı, 0,6 kq manqan, çoxlu 
miqdarda  fosfor-qurğuşun,  civə  birləşmələri  və  s.  olmaqla  ud-
duğumuz havaya qarışır. 
Əlvan metalurgiya zavodları da mis, alüminium, maqne-
zium  və  s.  istehsal,  yaxud  onlardan  hər  hansı  əşya,  avadanlıq 
düzəldərkən udduğumuz havanı zəhərli qaz və tozlarla zəhərlə-
yir, çirkləndirirlər. 
Elektroliz  üsulu  ilə  alüminium  alındıqda  boksidlə  bir-
likdə  kriolitdən  istifadə  edilir  ki,  onunda  tərkibində  olan  flüor 
proses zamanı ayrılaraq atmosferə yayılır və onu çirkləndirir. 
Neft-qaz  çıxarılarkən,  nəql  edilərkən,  zavodlarda  emal 
edilərkənsaxlanılarkən çox böyük atmosfer çirklənmələri baş 
verir.  Bu  sahədə  ən  böyük  zərəri  Bakı,  Sumqayıt  və  Abşeron 
bölgəsi  görür.  Bölgədə  ən  böyük  zərəri  insanlarla  yanaşı,  bu 
bölgənin  havası,  torpağı,  lay  suları,  bitki  aləmi  və  digər  canlı 
aləmi  çəkir.  Bakı  və  Sumqayıtdakı  neft-qazla  bağlı  müəssisə-
lərlə  yanaşı  xeyli  kimyəvi  maddələr  və  məhsullar  emal  edən, 
istehsal  edən  zavodlara  da  bu  bölgədə  onun  havasını,  suyunu, 
torpağını çirkləndirən mənbələrdir. 

 
79 
Kimya  zavodlarından-istehsal  sahəsindən  asılı  olmaya-
raq ətraf mühitə buraxdığı qazlar və digər tullantılar-hamısı bü-
tövlükdə  zəhərlidirlər.  Belə  qaz  və  maddələrə  misal  olaraq 
Azərbaycanda  daha  çox  üstünlük  təşkil  edən  karbon  2-oksidi, 
sulfit anhidridini, ammonyakı, müxtəlif üzvü birləşmələri, hid-
rogen-sulfidi, müxtəlif xlorlu birləşmələri və s. göstərmək olar. 
Havaya qarışan bu qazlar və maddələr atmosfer prosesləri, ya-
xud fiziki-kimyəvi qanunlara əsasən müxtəlif dəyişikliklərə uğ-
rayır, bəzəndə daha dəhşətli maddələrə çevrilərək insanlar üçün 
cürbəcür  bəlalar  törədirlər.  Tam  qaz  halında  olan  çirkləndirici 
maddələr hava axınları və külək təsiri ilə atmosferdə onun qatı-
lığı  vaxt  keçdikcə  azalır. Bərk zərərli zərrəciklər  isə müəyyən 
müddətdən sonra torpağa çökür, onu zəhərləyir. 
Müşahidələrə görə kükürd oksidi havaya qarışdığı yerdən 
atmosferlə 6 min və hətta 12 min kilometr məsafəyə qədər ya-
yıla bilir. Elə bu səbəbdən də Almaniyanın Rur kömür hövzə-
sindən  havaya  qalxan  kömür  ovuntuları  1972-ci  ildə  İsverdə 
qara rəngli qarın  yağmasına səbəb olmuşdur. Belə hallar müx-
təlif  dünya  dövlətləri  ərazilərində  başqa-başqa  hallarla  özünü 
büruzə verməklə çirkli yağış, yağlı yağış, qara rəngli yağış, qır-
mızı rəngli yağış və cürbəcür rəngli qar şəklində üstümüzə tö-
külmüşdür.  Çirkli  yağışlar  Azərbaycanın  İsmayıllı,  Zəngilan, 
Bakı  və  digər  bölgələrində  də  ayrı-ayrı  illərdə  müşahidə  edil-
mişdir.  
Turşulu yağışlar isə daha çox zərər verə bilir. 
Radioaktiv  maddələrlə  atmosferin  çirklənməsi  XX  əsrin 
2-ci yarısından sonra daha çox təsadüf edilən hallardandır. Əl-
bətdə  ətraf  mühitin  radioaktiv  maddələrlə  çirklənməsi  insan-
ların, xüsusən hərbi və ağır sənayesi daha güclü olan, atom və 
hidrogen  bombaları  hazırlayan  dövlətlərin  təbii  və  süni  radio-
aktiv maddələrdən istifadə etməsi ilə əlaqəlidir. 
Adi  halda  radioaktiv  maddələr  əsasən  havaya  torpaqdan 
müxtəlif  qazlarla,  vulkan  püskürmələri  ilə,  küləklə,  müxtəlif 
növ suların buxarlanması ilə və s. keçir. Digər tərəfdən radio-

 
80 
aktiv maddələr kosmik şüalanma və  Yer səthində  Günəş  şüası 
təsiri  ilə  havada,  torpaqda  radon,  torium  və  digər  radioaktiv 
maddələrin  parçalanmasından  yarana  bilir.  Qeyd  edək  ki,  Yer 
kürəsinin ayrı-ayrı yerlərində və Yerin atmosferində radioaktiv 
şüalanmanın  səviyyəsi  də  bir-birindən  fərqlidir.  Yerin  səthin-
dən 1000-1500 metr yüksəklikdə radioaktiv şüalanmanın səviy-
yəsi bir yarım, iki dəfədən çox artır. 
Yer  kürəsində  XX  əsrin  2-ci  yarısından  biosferin  süni 
olaraq  radioaktiv  çirklənmə  səviyyəsi  xeyli  çoxalmaqla  atom 
silahlarının atmosferdə sınaqdan keçirilməsi, atom sənayesinin, 
atom  enerjisindən  istifadə,  kütləvi  qırğın  silahı  kimi  nüvə  və 
hidrogen  silahlarının  istehsalı,  onların  atmosferdə  təcrübədən 
çıxarılması,  radioaktiv  maddələrlə  işləyən  müəssisələrdə  baş 
verən qəzalar və s. səbəb olmuşdur. Neft tullantılarının torpağa 
hopması  da  radioaktiv  şüalanma  mənbəyidir,  xüsusən  Günəş 
şüası bol olan ölkələrdə. 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə