ZĠyadxan nəBĠBƏYLĠ



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə5/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30

VII FƏSĠL 
 
ƏTRAF MÜHĠTĠN MÜHAFĠZƏSĠ, MĠLLĠ 
SULARIMIZ, XƏZƏR VƏ BEYNƏLXALQ  
HÜQUQ 
 
7.1. Ətraf mühitin mühafizəsinə nəzarət və standartlar 
 
Ətraf  mühitin  mühafızəsi  əsasən  elmi-tədqiqat  işləri 
əsasında aparılmalıdır. Əlbətdə uzun müddətli təcrübələrin nə-
ticələri də, bəzi sahələrdə özünü doğrultması məsələsi də istis-
na edilmir. Ətraf mühitin mühafizəsi və ona nəzarət əsasən-tə-
bii  sərvətlərdən  istifadə  və  onların  emalı  zamanı  ortaya  çıxan 
məsələləri əhatə etməlidir. Təbii və digər məhsulların işlənməsi 
və hazırlanması zamanı tətbiq edilən texnoloji prosesin ekoloji 
və  gigiyena  əlamətləri  DÜYST  əsasında  müəyyən  edilməlidir. 
Bu  zaman  ilkin  və  təkrar  emal,  məhsulun  və  tullantıların  ətraf 
mühiti çirkləndirə biləcək xüsusiyyətləri mütləq nəzərdən qaç-
mamalıdır.  Zərərli  maddələrin  havada,  suda,  torpaqda,  qidada 
və  s.  konsentrasiyasının  dəqiq  müəyyənləşdirilməsi  əsas  olub, 
DÜYST-ə uyğun gəlməlidir. Tələblərin yerinə yetirilməsi üçün 
yaşayış yerlərində havadan, sudan, torpaqdan,qidadan və s. nü-
munə götürmək, ona nəzarət etmək üçün xüsusi cihazlardan is-
tifadə olunmalıdır. 
Sulara nəzarət  isə  siniflər üzrə aparılır. Belə ki,  DÜYST 
17.1.5.01-80  su  hövzələrinin  dib  hissəsindən  nümunələrin  gö-
türülüb  analiz  üçün  saxlanılmasını,  DÜYST  17.1.3.06-82  isə 
yeraltı  suların  mühafizəsi  üçün  ümumi  tələbatı  müəyyən  edir. 
DÜYST  17.1.5.04-81  təbii  sulardan  nümunə  götürmək,  onları 
ilkin  işləyib saxlamaq üçün lazım olan cihaz və  qurğuları mü-
əyyənləşdirir.  DÜYST  17.4.2-81  torpağın  sanitar  halı  üçün 
qaydaları  müəyyən  edir.  Bunlar  sanitar-kimyəvi  və  sanitar-
mikrobioloji  kompleks  kriteriyalarını  əhatə  edir.  DÜYST 

 
58 
17.5.1.05-80  torpaqla  əlaqədar  olan  terminləri,  DÜYST 
17.8.1.01-80  təbii  mənzərələrə,  dağ  süxurlarına,  havaya,  suya, 
bitki və heyvanat aləminə aid olan göstəriciləri müəyyən edir. 
DÜYST 17.2.3.02-78 isə: a) sənaye müəssisəsi tərəfındən 
ətrafa atıla bilən zərərli maddələri müəyyən edən ümumi tələ-
batı, b) tullantıların buraxıla bilən həddini dəqiqləşdirmək üçün 
atmosfer  havasının  keyfiyyətini,  v)  tullantıların  buraxıla  bilən 
həddini və zərərli maddələrin müvəqqəti razılaşdırılmış tullan-
tılarının miqdarını müəyyən edir, q) tullantıların buraxıla bilən 
həddini (TBH) və maddələrin müvəqqəti razılaşdırılmış tullan-
tılarının (MRT) miqdarının gözlənilməsinə nəzarəti əhatə edir. 
Yaşadığımız (XXI əsrin əvvəli) dövrdə təbii ehtiyatların böyük 
miqdarda  dağılması,  biosferin  sənaye  və  məişət  tullantıları, 
kimyəvi  maddələr  və  radioaktiv  element  birləşmələri  ilə 
çirklənməsi, ekoloji sistemlərin dağıdılması, növlərin, o cümlə-
dən insanların kütləvi surətdə qırılması halları mövcuddur. Bizi 
əhatə edən ətraf mühitin fiziki, bioloji və kimyəvi çirkləndirici-
lərin  səviyyəsi  xeyli  dərəcədə  çoxalmışdır.  Dövrümüzün  eko-
loqları  və  ətraf  mühitin  mühafızəsi  mütəxəssisləri  insanlığın 
yaxın gələcəkdə idarəolunmaz ekoloji kritik hadisələrlə qarşıla-
şacağı  gümanındadırlar.  Bu  hadisələr  enerji  və  qida  çatışma-
mazlığı,  əhali miqrasiyası,  kütləvi  xəstəliklər, müharibələr, at-
mosferin istilənməsi və s. formada özünü göstərəcəkdir. 
Ətraf  mühiti  çirkləndirən  istehsalat  və  texnoloji  avadan-
lıqlar tullantının zərərlilik dərəcəsindən asılı olaraq əsasən dörd 
qrupa  bölünür.  Birinci  qrupa  atmosferə  təmiz  qaz  axıdan  və 
axıdılan qazın həcmi sanitar-gigiyena normaları həddində olan 
müəssisələr,  2-ci  qrupa  atmosferə  iyli  qaz  axıdan,  3-cü  qrupa 
atmosferə  kifayət  qədər  qeyri-toksik  maddələr  tullayan,  4-cü 
qrupa  isə  atmosferə  toksik  qaz  axıdan  müəssisələr  aid  edilir. 
Belə  ki,  atmosferə  atılan  tullantıların  həcmi  50  min  m3/saat 
olan  1-ci  qrup,  10  min  m3/saat  2-ci  qrup,  5  min  m3/saat  3-cü 
qrup və 4-cü qrupda tətbiq edilən qaztəmizləyici aparatlar döv-
lət  müfəttişliyində  qeydiyyatdan  keçməlidir.  Qeydiyyat  sənəd-

 
59 
ləri  qaztoztutucunun  pasportundan,  onun  istehsala  buraxılma 
aktından  və  montaj  haqqındakı  vəsiqəsindən  ibarətdir.  Əsas 
göstərici isə aparatdan keçən qazın miqdarı m3/san, qazın kim-
yəvi  tərkibi  faizlə,  qazlı  havanın  mütləq  nəmliyi  q/m3,  qazın 
aparata  qədər  və  ondan  sonra  tozluluğu  və  çirkləndiricinin  tu-
tulmasının fraksiyalar üzrə effektivliyi sayılır. 
Qeyd edək ki,  ətraf mühitin qorunması  ayrı-ayrı ölkələr-
də bir-birlərindən fərqlənir ki, bu da öz növbəsində bəzi çətin-
liklər  yaradır. Azərbaycan isə daha təkmil  və məqsədyönlü  iş-
lər aparmaq əzmindədir. 
 
7.2. ÇirklənmiĢ mühitin mühafizəsinin hüquqi  
əsasları tarixindən 
 
İnsanı əhatə edən ətraf mühit əsasən onun istifadə etdiyi 
torpaq,  su,  hava  və  təbiətdən  aldığı  qida  məhsullarıdır.  Bun-
ların  təmiz  olması  mövcud  canlıların  sağlamlığı  ilə  bir  başa 
əlaqəlidir. Bu mənada ətraf mühitin mühafızəsi dövrümüzdə bi-
rinci dərəcəli sosial vəzifələr sırasında durur. Ən çox XX əsrin 
ikinci yarısı geniş miqyaslı sənayelərin yaranması, elmi-texniki 
biliklərin müxtəlif sənaye sahələrində tətbiqi, istehsal qüvvələ-
rinin sürətli artımı insan üçün nə qədər mütərəqqi olsa da, digər 
tərəfdən  mühitin  pisləşməsinə  səbəb  olmuşdur.  Odur  ki,  istər-
istəməz  məsələnin  mahiyyətinin  ciddiliyini  nəzərə  alaraq  ətraf 
mühitin mühafızəsi hüquqi qanunlar müstəvisində həll edilmə-
sinin zərurətini gündəmə gətirir. 
İlk dəfə Sovet İttifaqının paytaxtı Moskvada 1929-cu ildə 
ətraf mühitin qorunması ilə əlaqədar birinci ümumrusiya qurul-
tayı,  1935-ci  ildə  isə  birinci  ümumittifaq  qurultayı  problemə 
münasibət bildirmişdir. Hər iki qurultayda təbii ehtiyatların qo-
runması və onun ehtiyatlarından səmərəli istifadə edilməsi mə-
sələlərini  müzakirəyə  çıxarmışdır. Onun ardınca SSRİ-də  eko-
logiya  ilə  bağlı  bir  sıra  tədbirlər  həyata  keçirilməyə  istiqamət 
verildi, qoruqlar təşkil edildi, suvarma qurğuları tikildi, meşəni 

 
60 
mühafızə  sahələri  seçildi  və  nəhayət  1960-1970-ci  illərdə  tə-
biətdən istifadə, onun mühafızəsi dövlət sənədlərində öz əksini 
tapdı.  RSFSR-in  mövcud  olduğu  illərdə  ətraf  mühitin  mühafi-
zəsinə  dair  1-ci  qanun  27  oktyabr  1960-cı  ilə  təsadüf  edir. 
Onun  ardınca  müttəfıq  respublikalarda  da  bu  qanunlar  qəbul 
edilmişdir.  Qəbul  edilmiş  bu  qanunlara  görə  ətraf  mühitin  qo-
runması Yer təki, su, meşə, əkin sahələri, çəmənliklər, istirahət 
yerləri, şəhərətrafı yaşıllıq sahələri, heyvanlar aləmi, atmosferi 
və  s.  əhatə  edirdi.  Bununla  yanaşı  ətraf  mühitin  mühafızəsi 
haqqındakı  qanun  müəssisə  rəhbərlərini,  ayrı-ayn  vətəndaşları 
təbii ehtiyatlardan düzgün istifadə  etmədikləri halda ciddi  mə-
suliyyətə cəlb etməyi də özündə əks etdirirdi. 
Texniki  tərəqqinin  sürətli  inkişafı  bir  sıra  avropa  ölkələ-
rində olduğu kimi Sovet hökumətini də məsələyə kompleks ya-
naşma  və  təbii  ehtiyatlardan  səmərəli  istifadə  edilməsinə  dair 
bir çox hüquqi sənədlərin qəbul edilməsi ilə nəticələndi. 1972-
ci  ildə  SSRİ  Ali  Soveti  "Təbii  ehtiyatlardan  istifadə  edilməsi 
tədbirləri haqqında" qərar vermiş, 1968-ci ildə torpaq, 1970-ci 
ildə  su,  1977-  ci  ildə  meşə  qanunvericiliyi  haqqında  qanunlar 
qəbul etmişdir. Bunların ardınca SSRİ-də və müttəfıq respubli-
kalarda, o cümlədən, Yer təki  haqqında 1975-ci  ildə, atmosfer 
havasının  qorunması  haqqında  1980-cı  ildə  aidiyyatı  qanunlar 
və 3 iyul 1985-ci ildə SSRİ Ali Soveti "Təbiətin mühafızəsi və 
təbii  ehtiyatlardan  səmərəli  istifadə  etmək  sahəsindəki  qanun-
vericiliyə  riayət  etmək  haqqında"  qərarlarını  qəbul  etmişdir. 
Sənədlərdə,  su  hövzələrindən,  meşələrdən,  dağ  çöküntülərin-
dən, canlı aləmdən səmərəli istifadə etmək və təbiətin çirklən-
məsinin  qarşısını  almaq  üçün  mövcud  olan  qanunlara  ciddi 
əməl etmək öz əksini tapmışdır. 
Qanun və qaydaların çox yüksək səviyyədə qəbul edilmə-
sinə baxmayaraq SSRİ-də ekoloji qanunvericilik əsasən dekla-
rativ xarakter daşıyırdı. Yəni, təbiəti mühafizə və ondan səmə-
rəli  istifadə  ilə  bağlı  Sovet  İttifaqının  imza  atdığı  Beynəlxalq 
Haaqa, Praqa, Bazel və s. Beynəlxalq Konvensiyaların tələblə-

 
61 
rinə  real  həyatda  cavab  vermirdi.  Əlbəttə,  Azərbaycan  da 
SSRİ-nin  tərkib  hissəsi  olduğundan  Respublikamız  da  həmin 
vəziyyətdə idi. Bu səbəbdən də müstəqillik əldə edilən ilk gün-
lərdən Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbi-
ətdən İstifadəyə Nəzarət Komitəsi "Təbiəti mühafızə və təbiət-
dən  istifadə  haqqında"  Azərbaycan  Respublikasının  qanununu 
hazırladı.  Yeni  qanun  25  fevral  1992-ci  ildə  Azərbaycan  Res-
publikası Ali Soveti tərəfindən müzakirə edilib, qərar çıxarıldı. 
14 fəsildən və 95 maddədən ibarət olan bu qanun öz dövründə 
təbiəti  mühafizə  və  ondan  istifadənin  əsas  məsələlərini  əhatə 
etmiş, özündən sonrakı qanun və qaydalara bir bünövrə funksi-
yasını daşımışdır. 
Hazırda  Azərbaycanda  dövlət  və  ictimai  qurumların  nə-
zərdə tutduğu tədbirlər bütün cəmiyyətin müasir inkişaf mərhə-
ləsində ekoloji problemlərin müvəffəqiyətlə həll edilməsinə və 
həyata keçirilməsinə lazımi şərait yaradır. 
Lakin, bununla yanaşı təbiəti mühafizə və onun ehtiyatla-
rından səmərəli istifadə vəzifəsi kəskin olaraq respublikamızın 
da  qarşısında  durur.  Azərbaycanda  deyilən  istiqamətdə  tədbir-
lər  sistemi  hazırda  həyata  keçirilir  və  bunun  üçün  xeyli  vəsait 
də ayrılır və əlbəttə, bu sahədə əməli nəticələr də az deyildir. 
Yaxşı  nəticələrlə  yanaşı  Azərbaycanda  və  xüsusən  Bakı 
və  Sumqayıt  şəhərlərində  bəzi  ekoloji  problemlər  azalma  əvə-
zinə  xeyli  kəskinləşmişdir.  Belə  ki,  avtomobillərin  çoxalması 
və ona nəzarətin zəif olması, çox sıx və şəhərsalmaya zidd olan 
qaydalarla  hündürmərtəbəli  evlərin  tikilməsi,  Bakıda-Sumqa-
yıtda-Abşeronda yaşıllıqların məhv edilməsi, qaçqın-köçkün və 
iş  dalınca paytaxtda cəmləşən insanların heç nəyə məhəl  qoy-
madan  tikinti  işləri  aparması,  şəhər  tullantılarının  hələ  də 
yandrılması və tələbata uyğun olmayan qaydalara cavab vermə-
yən  və  s.  məsələlər  bu  bölgələrdə  ekolojı  gərginliyi  hələ  də 
saxlamaqdadır. 

 
62 
Xüsusi  diqqət  və  qayğı  tələb  edən  məsələlərdən  biri  də 
Abşeron torpaqlarının, Xəzər sahili torpaqlarda neftçıxarma ilə 
bağlı uzun illər neftlə çirklənmə məsələsidir. 
Son dövrlər Xəzər sahili dövlətlərlə müqayisədə  bu isti-
qamətdə Azərbaycanda müəyyən işlər davam etməkdədir. Am-
ma, bu sahədə də pərakəndəlik hökm sürür, iş icraçıları aldıqla-
rı məbləğlə müqayisədə ekoloji qanunların tələbləri səviyyəsin-
də iş görmür və məsələyə ciddi nəzarət yox dərəcəsindədir. Di-
gər tərəfdən xarici iş adamlarına da yumşaq münasibət respub-
likanın zərərinədir. Çox vacib məsələlərdən biri də ekoloji mə-
sələlərə çirkləndirici təşkilatların özlərinin bu işə nəzarət etmə-
sidir. Özü-özlüyündə məlumdur ki, ətraf mühiti çirkləndirən is-
tər respublika, istərsə də xarici təşkilatlar öz qüsurlarını nə cə-
miyyətə,  nə  də  ki,  dövlətə  olduğu  kimi  hesabat  verməyəcək. 
Səbəbi isə böyük məbləğdə cərimə vermə, qınaq təşkilatı olma 
və ekologiya nazirliyinə hesabat vermə məcburiyyətində qalma 
ilə  əlaqədardır. Əgər, ekoloji məsələlərə nəzarət  ancaq bir təş-
kilatın  əlində  cəmlənərsə  və  bu  təşkilat  hökümət  və  cəmiyyət 
qarşısında  məsuliyyət  daşıyarsa,  ekoloji  problemləri  effektiv 
idarə  etmək,  nəzarət  etmək  və  respublika  üzrə  yaxşı  nəticələr 
əldə etmək həm iqtisadi və həm də ekoloji təbii mühit baxımın-
dan Azərbaycanın xeyrinə olar. 
 
7.3. Beynəlxalq dəniz hüququ və ya bir daha  
Xəzərin statusu haqqında 
 
Yer səthinin üçdə ikisini əhatə edən okean və dənizlər hə-
mişə insanların diqqətini cəlb etmişdir. Hazırki dövrün bir çox 
siyasi, iqtisadi məsələləri dənizlərin, okeanların tədqiqi və isti-
fadəsi ilə bağlıdır. Okean və dənizlər hamı üçün geniş su  yolu 
olmaqla yanaşı, çox zəngin heyvanat və bitki aləmi, mineral və 
kimyəvi  sərvətlər,  tükənməz  enerji  ehtiyatları  deməkdir.  Əgər 
dünya dənizlərindən səmərəli istifadə edilsə ərzaq istehsalını 4-
5 dəfə artırmaq olar. Elmi-texniki tərəqqi dənizin dibindən neft, 

 
63 
qaz, manqan, qızıl, mis və digər sərvətlər çıxarmağa imkan ve-
rir. Yetmişinci illərə nisbətən dənizin dibindən neft çıxarılması 
4  dəfə  artmışdır.  ABŞ,  İngiltərə,  Yaponiya,  Azərbaycan  dəni-
zin  böyük  dərinliklərindən  neft  çıxarır  və  bu  proses  getdikcə 
təkmilləşir.  Xəzər  dənizindəki  məşhur  "Neft  daşları"  dünyada 
ilk  böyük  dəniz  tikintisidir.  Uzun  müddətdir  ki,  Xəzər  nefti 
Azərbaycanın neft istehsalının əksəriyyətini təşkil edir. 
Dünya  okeanı  və  onun  bütün  tərkib  hissələrinin  (daxili 
dəniz suları, məhəlli sular və bitişik zolaqlar, dəniz akvatoriya-
sı,  dənizin  dibi  və təki  daxil olmaqla) qitə dəniz dibinin,  bey-
nəlxalq boğazların və kanalların hüquqi vəziyyətini, beynəlxalq 
gəmiçilik, dəniz peşəkarlığı və s. sahələrdə subyektlərin hüquq 
və vəzifələrini  tənzim edən qaydaların məcmusuna beynəlxalq 
dəniz hüququ deyilir. 
Beynəlxalq dəniz hüququ ümumi beynəlxalq hüququn sa-
hələrindən  biridir.  BMT-nin  dəniz  hüququ  üzrə  qərarlarında 
məhəlli  suların  eninin  12  milə  qədər  olması,  bu  suların  sahil 
dövlətlərin ərazisinin tərkib hissəsi kimi qəbul edilməsi qanuni-
ləşdirilmişdir. BMT Nizamnaməsinə görə dənizdə üzgüçülüyün 
təhlükəsizliyini  təmin  etmək,  çirklənmənin  qarşısını  almaq, 
balıqçılıq,  gömrük,  maliyyə,  sanitariya  qaydalarını  gözləmək 
sazişə  uyğun  olaraq  sahil  dövləti  tərəfındən  müəyyən  edilmiş 
qanun və qaydaları da gözləmək əsas şərtlərdəndir. 
Beynəlxalq hüquqda eni 200 milə qədər olan iqtisadi zo-
laqlar  haqqında  məsələlərin  nizama  salınması  da  vardır.  Bu 
problemi həll edərək, həmin zolaqlarda canlı və mineral sərvət-
lərin kəşfi, çıxarılması həm də bu sərvətlərin idarə etmək üçün 
sahil dövlətin suveren hüquqlarının  tanınması  ilə  yanaşı,  digər 
dövlətlərin  sazişdə  müəyyən  edilmiş  qanııni  hüquqları  və  mə-
nafeləri, xüsusilə  də  gəmiçilik, balıqçılıq sahəsində mənafeləri 
nəzərdə tutulmalıdır. Belə qayda həmin iqtisadi zolaqda həmin 
sahil  dövlətin,  başqa  dövlətin  hüquq  və  vəzifələrini  müvafıq 
surətdə uyğunlaşdırılmış xarakterini nəzərdə tutur. Açıq dəniz-

 
64 
lərin  hər  hansı  hissəsinin  heç  bir  dövlətin  suverenliyinə  tabe 
edilməsini əsaslandıran, geniş dəniz sularının hüquqi rejiminin 
əsası  olan  açıq  dənizlərin  azadlığı  prinsipinin  saxlanılması  və 
təsdiqi gəmiçilik azadlığı, süni ada və digər qurğular yaratmaq 
azadlığını, beynəlxalq hüquqa uyğun olaraq sualtı xətlərin, bo-
ru kəmərlərinin  çəkilməsi  azadlığını  əhatə  edir.  İqtisadi  zolaq-
larda müvafıq beynəlxalq sazişlə və ya səlahiyyətli beynəlxalq 
təşkilatın qərarı ilə müəyyən olunmuş norma və qaydalara ria-
yət edilməlidir. Bu sahələrdə xarici ölkəyə məxsus gəmi dəniz 
mühitini  çirkləndirərsə,  sahil  dövləti  sazişin  göstərişlərinə  uy-
ğun olaraq tədbirlər görə bilər, gəmi təftişi əməliyyatı apara bi-
lər.  Mübahisələr  tərəflərin  rəsmi  ərizəsi  əsasında  beynəlxalq 
məhkəmə və ya arbitraj tərəfındən həll edilə bilər. 
Sahilləri bir dövlətə məxsus olub, eni isə həmin dövlətin 
məhəlli sularının enindən ikiqat artıq olmayan və ya artıq olsa 
da  həmin  dövlət  üçün  mühüm  iqtisadi,  hərbi  əhəmiyyəti  olan 
körfəz və buxtaların suları da dövlətin daxili dəniz suları hesab 
olunur.  Dövlət  ərazisinin  tərkib  hissəsi  olan  bütün  bu  suların 
hüquqi vəziyyəti də həmin dövlətin qanunları ilə müəyyən edi-
lir. Sahilləri iki və ya daha artıq dövlətə aid olan dəniz, körfəz 
və buxtaların hüquqi vəziyyəti həmin sahil dövlətlərinin xüsusi 
sazişi ilə nizama salınır. 
Məhəlli sular sahil dövlətinin ərazisinin tərkib hissəsi ol-
maqla onun suveren hakimiyyətinə tabedir. Məhəlli suların də-
rinlikləri və təki, habelə onların üzərindəki hava sahilləri həmin 
dövlətin suverenliyinə tabedir. Məhəlli suların eni ayrı-ayrı öl-
kələrdə fərqlidir. Rusiya Federasiyasında bu məsafə 12 mil mü-
əyyən edilib (5 avqust 1960-cı il tarixli SSRİ dövlət sərhədinin 
qurulması barədə Əsasnamənin 3-cü maddəsi). 
BMT-nin dəniz hüquqlarına aid Əsasnaməsində dövlətlə-
rin ərazi sularında xarici hərbi gəmiləri də hidroqrafık tədqiqat 
aparmaq,  xəritə  çəkmək,  manevr  etmək,  atəş  açmaq,  mina 

 
65 
düzmək, təyyarə ilə bu sular üzərində uçuş etmək və s. qadağan 
edilir. Sualtı qayıqlar suüstü vəziyyətdə hərəkət etməlidirlər. 
İki və ya bir neçə dövlətin ərazisi ilə, ya da məhdud miq-
darda dövlətlərin sahilləri ilə əhatə olunaraq, bu sahil dövlətləri 
üçün dəniz yolları əhəmiyyətinə malik olan dənizlərə qapalı də-
nizlər  deyilir.  Qapalı  dəniz  olmaq  etibarı  ilə  Xəzər  dənizinin 
sahilləri 5 dövlətə məxsusdur. 
Rusiya Xəzər dənizinin statusuna yenidən baxılması mə-
sələsini  ortaya  atıb.  Həm  də,  Rusiya  BMT-nin  üzvi  olan  bir 
dövlət kimi Azərbaycan Respublikasını mövcud sərhədləri da-
xilində  (su  sərhədləri  ilə  birlikdə)  tanımışdır.  Hazırda  Rusi-
yanın  Xəzərin  statusuna  yenidən  baxılması  məsələsini  qaldır-
ması  əslində  Azərbaycana  ərazi  iddiası  deməkdir.  Azərbaycan 
isə  Dərbəndin  heç  adını  da  çəkmir.  Xəzərə  göl  statusu  SSRİ 
təşkil  edilməmişdən  əvvəl  verilib.  Elə  bu  səbəbdən  də  İranın 
Xəzər  dənizində  donanma  saxlaması  və  ondan  digər  məqsəd-
lərlə istifadə edilməsi qadağan olunmuşdur. Xəzərin status mə-
sələsi  müzakirə  edilərsə,  onda  Azərbaycan  bunun  dəniz  oldu-
ğunu sübut edən başqa hüquqları da tələb etməlidir. Xəzər də-
niz statusu almalıdırsa onun bir başa okean sularına çıxma im-
kanları  olmalıdır.  Onda  Volqa  çayının,  Volqa-Don  kanalının, 
Qara  dənizin,  Azov  dənizinin  də  statusuna  yenidən  baxılmalı-
dır.  Azərbaycan  isə  Xəzər  dənizi  vasitəsi  ilə  dünya  okeanına 
çıxmaq üçün yeni səlahiyyətlər almalıdır. 
Beynəlxalq hüquq və qanunlara görə özgə ərazisini zorla 
işğal  etmək,  digər  dövlətlərin  sərhədlərini  pozmaq,  hər  hansı 
dövlətin  razılığı  olmadan  onun  ərazisindən,  ərazi,  məhəlli  su-
larından  istifadə  etmək  qadağandır.  Azərbaycanın  nə  quru,  nə 
də  su  sərhədlərini  pozmağa  Rusiya  dövlətinin  heç  bir  hüququ 
yoxdur. Xəzər coğrafi təsnifata görə göldür, göl olaraq da qala-
caqdır.  Bu  nə  Rusiyadan,  nə  də  Xəzərin  əhatəsində  olan  digər 
dövlətlərdən asılı deyil. Digər bir məsələ də yaddan çıxmamalı-
dır. İki dövlət arasındakı sərhəd xətti qarşılıqlı razılaşmaya və 

 
66 
beynəlxalq dəniz hüququna görə sərhəd boyu axan çaylarda ça-
yın, göllərdə və dənizlərdə isə onların tən ortasından keçməli-
dir.  Burada  da  beynəlxalq  qanun  Azərbaycanın  tərəfındədir. 
Yəni Azərbaycanın Xəzər dənizindəki sərhədi dənizin tən orta-
sından keçən xətlə hüdudlanmalıdır. Bu sərhəd daxilində Xəzə-
rin bütün sərvətləri Azərbaycanındır. 
 
 
7.4. Ərazi sularından istifadənin beynəlxalq  
hüquqi əsasları 
 
Hər  bir  dövlətin  ərazisi  daxilində  yerləşən  bütün  çaylar, 
göllər, boğazlar, daxili körfəzlər aidiyyatlı  dövlətin daxili,  ya-
xud  milli  sularının  tərkib  hissələridir.  Hazırda  bütün  dünya 
dövlətləri bu qaydanı beynəlxalq qanun kimi qəbul ediblər. Bu-
nunla yanaşı dövlət ərazisi tərkibində olub, onun hakimiyyətinə 
tabe  olan  daxili  suların  hüquqi  rejimi  bəzi  hallarda,  həm  də, 
beynəlxalq hüquqa əsaslana bilər. 
Daxili sular, məhəlli sulardan fərqli olaraq, heç bir müs-
təsnalıq  olmadan,  tamamilə  sahil  dövlətlərinin  mühakimə  hü-
ququna  tabedir.  Bu  suların  hüquqi  rejimi  dövlətin  qanunları, 
qaydaları və onun bağladığı beynəlxalq müqavilələrə əsaslana-
raq nizama salınmalıdır. 
SSRİ dövründə bu rejimlə bağlı 1960-cı il Dövlət Sərhə-
dini Mühafızə haqqında əsasnamə, 1968-ci il ticarət üzgüçülü-
yü məcəlləsi, 1964-cü il Gömrük məcəlləsi, 1990-cı il SSRİ və 
mütəffiq respublikaların  Su qanunvericiliyinin  əsasları sənədi-
ni,  1958-ci  il SSRİ Su anbarlarında balıq ehtiyatlarının qorun-
ması  haqqında  əsasnamə  və  s.  sənədləri  göstərmək  olar  ki, 
Azərbaycan Respublikası  hazırda da bu normativ aktlarla işlə-
yir. Deməliyik ki, dövlət öz daxili sularında hər hansı bir xarici 
gəmiçiliyi və balıqçılığı qadağan etmək hüququna da malikdir. 
Digər  tərəfdən,  dövlət  öz  daxili  su  yolları  ilə  xarici  gəmilərin 

 
67 
hərəkət  etməsinə  bütün  ölkələr  üçün  eyni  qaydada,  ayrı-seçgi-
lik olmadan icazə verə bilər. Lakin, belə hallarda xarici gəmilər 
sahil dövlətinin qanun və qaydalarını gözləməli, verilmiş xüsu-
si  icazəyə  uyğun  hərəkət  etməlidir.  Bu  qaydaların  özləri  belə, 
daxili  suların  rejiminin  müəyyən  dərəcədə  beynəlxalq  hüquqi 
xarakterli olmasını bir daha təsdiq edir. 
Bir dövlətin digəri ilə həmsərhəd çay, göl və kanallarının 
suları  üzərində  sahil  dövlətlərinin  hakimiyyəti,  onlar  arasında 
bağlanmış  saziş  ilə  müəyyən  olunmuş  sərhəd  xətti  üzrə  ayrıl-
malıdır. Bu sularda gəmi hərəkəti, balıqçılıq və s. məsələlər də 
müvafıq  sazişlər  əsasında  nizamlanır,  saziş  olmadıqda  hər  bir 
sahil dövləti öz hissəsində öz qaydalarını tətbiq edir. 
Daxili körfəzlər, boğaz, liman suları və s. sahil dövlətinin 
daxili suları hesab olunur. 
1958-ci  ilin  Məhəlli  dəniz  və  bitişik  zolaq  haqqında  Ce-
nevrə sazişinə görə, sahilə doğru quruya girən və dövlətin quru 
ərazisinin  əhatəsində  olan  dəniz  suları  körfəz,  kiçik  körfəz 
(buxta) adlanır. 
Sahilləri bir dövlətə məxsus olub, eni isə həmin dövlətin 
məhəlli sularının enindən ikiqat artıq olmayan, yaxud artıq olsa 
da  həmin  dövlət  üçün  mühüm  iqtisadi,  hərbi  əhəmiyyəti  olan 
körfəz və buxtaların suları da dövlətin daxili suları hesab olu-
nur. Dövlət ərazisinin tərkib hissəsi olan bütün bu suların hüqu-
qi vəziyyəti də həmin dövlətin qanunları ilə müəyyən olunur. 
Sahil  dövlətinin  limanları  hərbi  gəmilərə,  sahil  boyu 
gəmilərinə və ticarət gəmilərinə məxsus limanlara ayrılır. Bun-
lardan  hərbi  limanlar  və  sahil  boyu  gəmiçilik  limanları  xarici 
gəmiçilik üçün qapalı, qalanları isə açıq ola bilər. Digər dövlə-
tin limanında olan xarici gəmilərin daxili qaydaları, əsasən, gə-
mi bayrağı ölkəsinin qanunları ilə tənzimlənir. 
Xarici limanda həmin gəmilərin hüquqi vəziyyəti isə bey-
nəlxalq hüquqi normalarla, habelə ticarət və dəniz üzgüçülüyü 
haqqında müvafıq müqavilələr əsasında fəaliyyət göstərir. Ha-

 
68 
zırda bu gəmilər üçün, ya milli rejim, yada çox əlverişli rejim 
müəyyən edilir. Bütün  gəmilər dövlət  bayrağını daşıdığı  ölkə-
nin  mülkiyyəti  olmaqla,  toxunulmazlıq  hüququna  malikdirlər. 
Belə hüquqi qaydalar, dövlətlərin suveren bərabərliyi prinsipin-
dən irəli gəlir. 
Beynəlxalq  hüquqda bir dövlətin hərbi  gəmilərinin  digər 
dövlətin  limanına  daxil  olması  sahil  dövlətinin  xüsusi  razılığı 
ilə və ya həmin dövlətin qanunlarına uyğun olaraq, əvvəlcədən 
lazımi  xəbərdarlıq  verməklə  icra  edilir.  Adətən,  bu  müddət  7 
gün qabaqcadan olmalıdır. Elə hal da ola bilər ki, hərbi gəmidə 
dövlət başçısı və ya həmin dövlətə göndərilən diplomat olsun, 
yaxud fəlakət baş verdikdə xarici gəmilər ən yaxın limana girə 
bilsinlər. Bu halda da hərbi gəmi yerli qayda- qanunlara riayət 
etməlidir. Əks təqdirdə yerli hakimiyyət orqanları gəmi kapita-
nına ciddi xəbərdarlıq vermə hüququna malikdirlər. 
Limanlarda  ticarət  gəmilərinin  hüquqi  vəziyyəti  ya  milli 
rejim ilə, yada qarışıq rejim ilə tənzimlənir. Ən çox isə bu mə-
sələ, konkret saziş üzrə tərəflərin qarşılıqlı bərabərliyi prinsipi-
nə əsaslanır. 
İstənilən  gəmi,  bayrağını  daşıdığı  ölkənin  qanunlarına 
əsasən  müvafiq  sənədlərə  malik  olmalıdır.  Bu  sənədlərə  ölkə-
nin bayrağını daşımaq hüququnu təsdiq edən gəmi patenti, gə-
mi  şəhadətnaməsi,  gəminin  ölçü  şəhadətnaməsi,  üzmək  üçün 
yararlı olmasını təsdiq edən sənəd, gəmi heyətinin siyahısı, gə-
mi yolu,səhiyyə jurnalı, maşın şöbəsinin sənədi və s. daxildir. 
Məhəlli suları, onun təki, habelə onların üzərindəki hava 
sahilləri  də  həmin  dövlətin  suverenliyinə  tabedir.  Məhəlli  su-
ların başladığı xətt, onun eni sahil dövlətləri tərəfindən müəy-
yən oluna bilər. 
Məhəlli suların enini hazırda ABŞ, İngiltərə, Fransa və s. 
üç mil, Skandinaviya ölkələri, Finlandiya dörd mil, İtaliya, Mi-
sir,  Yunanıstan,  Türkiyə,  İran  və  s.  altı  mil,  bəzi  dövlətlər  - 
Konqo,  Qana,  Nigeriya  12  mildən  çox,  30  mil  müəyyən  edib-

 
69 
lər.  Keçmiş  SSRİ  və  hazırki  Rusiya  Federasiyası  bu  məsafəni 
12 mil qəbul etmişlər. 
BMT isə məsafəni 3-12 mil arasında müəyyənləşdirmişdir. 
Bütün  bunlarla  yanaşı  dövlətlərin  ərazi  sularında  xarici 
hərbi  gəmilərdə  hidroqrafik  tədqiqat  aparmaq,  xəritə  çəkmək, 
manevr  etmək,  atəş  açmaq,  mina  düzmək,  təyyarə  ilə  bu  sular 
üzərində uçuş etmək və s. beynəlxalq hüquqla qadağandır. 
Təəssüflər ki, təcavüzkar bəlli olduğu halda, hələ də bey-
nəlxalq  hüquqla  təcavüzkar  kimi  təsdiqlənməyən  Ermənistan 
ərazilərimizin dörddə biri üzərində, xüsusən Araz çayı üzərində 
uçuşlar  edir,  Azərbaycanın  hüquqi  rejimini  və  beynəlxalq  hü-
ququnu hələ də pozmaqda davam edir. 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə