ZĠyadxan nəBĠBƏYLĠ



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə3/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30

III FƏSĠL 
 
BAKI  BULVARI TARĠXĠNDƏN 
 
Bakı  şəhərinin  Xəzər  boyu  sahil  zolağı  elə  Xəzərin  özü 
ilə yaşıtdır. Bakı şəhəri olmayanda da bu sahil mövcud idi. Ba-
kı  şəhəri  salındı,  amma  onun  sahilləri  uzun  illər  yaşıllaşdırıl-
madı. Bu haqda tarixi mənbələrdə yalnız 1860-cı il məlumatları 
vardır.  Bu  məlumata  görə  Bakı  şəhərindəki  "Qız  qalası"  sal 
daşlar  üzərində  tikilmiş  və  dəniz  suları  da  bu  daşların  ətəyini 
döyürdü.  Hətta,  bəzi  müəlliflərin  yazdığına  görə  "Qız  qalası" 
ilk  dövrlər  dəniz  içərisində  olmuşdur.  Həmin  vaxtlardan  uzun 
illər  keçmiş,  dəniz  suları  tədricən  "Qız  qalası"ndan  çəkilərək 
onu Xəzər ləpələrindən "xilas" etmişdir. 1860-cı il məlumatının 
bir məqamında göstərilir ki, "…Yaxınlıqda heç bir ağac da gö-
zə dəymir və düşünürsən ki, burada özünü yalnız şıltaq "xəzri" 
rahat hiss eləyir. At nalını xatırladan buxtanın sahillərində özü-
nə sığınacaq tapmış şəhərin yavaş-yavaş zülmətə qərq olunma-
sı cansıxıcı və darıxdırıcıdır". 
XX  əsrin  50-ci  illərində  Bakı  bulvarı  nisbətən  abad  idi, 
amma indiki qədər ağaclı və səliqə-səhmanlı deyildi. O illərdən 
hətta "Kukla teatrı"nın qabağında az da olsa bəzi nişanələr qal-
maqdadır. Həmin vaxtlarda Xəzər suları oradakı az bir hissədə 
qalmış divara çırpılardı. Küçənin adı isə İ.V.Stalinin adını daşı-
yırdı. İstirahətə, gəzintiyə gələnlərin sayı isə çox olardı. 
Vaxt  keçdi,  çox  şeylər  dəyişdi,  Bakı  bulvarının  adı 
Neftçilər prospekti oldu. Bundan xeyli əvvəllər isə Bakı bulva-
rının küçəsi Aleksandrovsk küçəsi adını daşımışdır. Elə həmin 
illərdə  də  yəni  XIX  əsrin  80-ci  illərində  dəniz  qırağı  yerlərə 
torpaq tökmək qərarı verilmişdir. Lakin ilk torpaq tökmə hazır-
da "Azneft" meydanından "Kukla teatrı"nadək olan əraziyə tö-
külmüşdür və ilk yaşıllıqlar salınmışdır. 
Azərbaycanda neft "bumu" XX  əsrin ilk on illiyində bö-
yük  vüsət  almışdı.  Bu  dövrlərdə  "Bakı  şəhər  Upravası"nın  ti-
kinti  işlərinə  baxan  Məmmədhəsən  Hacınski  idi.  O,  həm  də 

 
31 
görkəmli ictimai xadim idi. 1910-cu ildə M.Hacınskinin təklifi 
ilə Bakı bulvarının daha müasir tələblərə uyğun salınması üçün 
müsabiqə elan edilmişdir. Bu işlərdən sonra indi "Bakı bulvarı" 
adlandırdığımız  yerlərdə  insanlar  başqa  yerlərdə  olduğu  kimi 
suya  girib  çimə  bilmədilər.  Həqiqətən  də  o  vaxtlar  ictimai  çi-
mərlik  kimi  Bakı  bulvarının  özünəməxsusluğu  var  idi.  Həmin 
dövrlərdə Xəzər və onun Bakı sahili çox təmiz idi. Günümüzdə 
Bakı  bulvarında,  Bakı  buxtasında  çətin  ki  çimmək  fikrinə  dü-
şən olsun. Təbii ki, mazutdan, neftdən bulaşaraq məlum rənglə-
rin hamısını xatırladan və hətta kanalizasiya iyləri verən sulara 
baş vurmaq istəyən insan çətin ki, tapılsın. 
Bakı  bulvarında  abadlıq  işləri  birdə  1950-ci  illərdən  öz 
real həllini Əliş Ləmbəranskinin "Bakı soveti"nin rəhbəri oldu-
ğu dövrlərdən başlamışdır. 
Həmin  dövrdə  bulvarda  uşaq  kinoteatrı  və  çox  məşhur 
"Mirvari" kafesi inşa olundu, yaşıllıqlar salındı, gözəllik verən 
abadlaşdırma  işləri  aparıldı.  Bakı  bulvarı  sularına  torpaq  tök-
məklə onun sularının "Qız qalasın"dan xeyli uzaqlaşmasına sə-
bəb  oldu.  Bakı  bulvarı  zaman-zaman  abadlaşdırılsada,  onun 
çirkləndirilməsi də indi öz "zirvəsi"nə yüksəlmişdir. 
Bakı  bulvarı  Milli  park  adını  aldıqdan  sonra,  burada 
abadlıq-quraşdırma işləri xeyli dərəcədə zövqlə, könül oxşama-
sı ilə aparıldı və bu iş indidə davam etməkdədir. Bakı şəhərində 
Bakı  bulvarını  sevməyən  bir  insan  tapa  bilməzsən,  xarici  qo-
naqlar isə çox yaxşı təəsüratlarla buradan ayrılırlar. 
Respublika rəhbərliyinin  təşəbbüsü ilə  Bakı  bulvarı özü-
nün  "gəncləşmək"  dövrünü  yaşayır.  Bakı  bulvarının  uzunluğu 
Bayıldan Zığa qədər bir məsafəni əhatə edəcəkdir. Onun ərazi-
sində yeraltı qurğuları və müasir əyləncə yerləri olacaqdır. Xə-
zər sularında salınacaq körpü isə insanı indidən xoş bir roman-
tikliyə qapılmağa vadar edir. 
Bir sözlə Bakı bulvarı Bakı şəhərindən öncə gözəlləşir və 
onu üstələyir. Bakını, Abşeronu, Bakı bulvarını sevən onun hər 
bir sakini, bu yerlərin daha da gözəlləşməsi arzusundadırlar. 

 
32 
IV FƏSĠL 
 
AZƏRBAYCAN EKOLOGĠYASI  XX ƏSRĠN  
SONUNDA 
 
Ədalət  və  insaf  xatirinə  deməliyik  ki,  son  illərdə  ətraf 
mühit və təbiəti mühafizə sahəsində respublikamızda xeyli işlər 
görülmüşdür.  Təbii  ki,  daha  çox  və  daha  keyfiyyətli  ekoloji 
problemləri əhatə etmək olardı. Amma, bu işlərdə də başqa sa-
hələrdə  olduğu  kimi  özümüzün-özümüzə  biganəliyimiz  xalqı-
mıza baha başa gələ bilər. Bu gün Azərbaycanda daha çox gözə 
çarpaçaq ekoloji problemi müvəffəqiyyətlə həll etmək üçün la-
zım gəlirdi ki, görkəmli insanlarımızın vaxtında deyilmiş fikir-
lərinə vaxtında əməl edə idik. Tarixə ötəri də olsa bir nəzər sa-
laq. Qeyd edək ki, ümumilikdə Qafqaz dünyanın ən zəngin tə-
biət  "muzey"lərindən biridir. Azərbaycanda Qafqazda  yerləşir. 
Onun il boyu zirvəsi qarlı dağları, könül açan sərin yaylaqları, 
zəngin  və  nadir  ovalıqları,  təkrarolunmaz  gözəlliyə  malik  göl-
ləri, suvarma və enerji əhəmiyyətli çayları, min bir dərdin dər-
manı olan bulaqları yetərincədir. 
Azərbaycanın  gözəl  təbiəti,  iqlimi,  torpağı,  bitki  örtüyü, 
heyvanlar aləmi müxtəlif və rəngarəngdir. Həsən Əliyevin yaz-
dığına görə, Azərbaycanın yer üzərindəki 11 iqlim növünün 9-
u  Azərbaycanda  mövcuddur.  Azərbaycanda  baxımsızlıqdan 
meşələrin  miqdarı  azalaraq,  hazır  ki,  ölkə  sahəsinin  ümumi 
miqdarının təxminən 10 faizini təşkil edir. 
Qafqazda  olan  6  min  floranın  4100-ü  ölkəmizdə  bitir. 
Meşələrimizin  isə  90  faizdən  çoxu  təbii  olaraq  dağ  yamac-
larında bitir. Düzənlik torpaqlarımızda meşə sahələri yox dərə-
cəsindədir. Kür boyu mövcud olmuş Tuğay meşələrinin isə yal-
nız adı qalmışdır. 
Hətta,  keçmiş  SSRİ-də  hər  nəfərə  orta  hesabla  4  hektar 
meşə düşdüyü halda, respublikamızda bu rəqəm 0,13 hektar ol-

 
33 
muşdur, hansı ki, SSRİ-nin özü bir çox dövlətlərlə müqayisədə 
meşəyə ciddi ehtiyacı olan ölkə sayılırdı və indidə sayılır. 
Xatırladaq  ki,  ancaq  1956-cı  ildə  Azərbaycan  Elmlər 
Akademiyası nəzdində təbiəti mühafizə komissiyası təşkil edil-
miş  və  onun  təşəbbüsü  ilə  1957-ci  ildə  Bakı  şəhərində  təbiəti 
mühafizə üzrə 1-ci Zaqafqaziya müşavirəsi çağrılmış, 1959-cu 
ildə  isə  Azərbaycan  SSR  Ali  Sovetinin  2-ci  sessiyası  təbiəti 
mühafizə  haqqında  qanun  qəbul  edə  bilmişdi.  Az  sonra,  yəni 
1960-cı ildə respublika Nazirlər Soveti yanında Təbiəti Müha-
fizə  idarəsi,  1963-cü  ildə  isə  yeraltı  və  yerüstü  su  mənbələrini 
mühafizə komitəsi və təbiəti mühafizə cəmiyyəti yaradılmışdır. 
Tarixi materiallara görə 1982-ci ildə həmin cəmiyyətin sırasına 
bir  milyon  800  min  nəfərə  qədər  həqiqi  üzv,  5  minə  qədər  də 
müxtəlif müəssisə, idarə, təşkilat daxil olmuşdur. 
Deyilənlər  bəlkədə  cəlbedicidir.  Lakin,  bütün  bunlara 
baxmayaraq respublikamızda təbiətin mühafizəsi çox acınacaq-
lı vəziyyətdə qalmışdı. 
Azərbaycanda müxtəlif növlü münbit torpaqlar az da olsa 
qalmışdır,  torpaq  xəritəsinə  inansaq  40-dan  çox  torpaq  növü 
qeydə  alınmışdır.  Amma  bu  torpaqların  becərilməsinə  düzgün 
əməl  olunmadığından  dağ  yamaclarında  onun  münbit  hissəsi 
eroziyaya uğramış, düzən bölgələrimizdə isə suvarma qaydaları 
pozulduğundan, münbit torpaqlar get-gedə şorlaşmış və keyfiy-
yətsiz  hala  düşmüşdür.  Onu  demək  kifayyətdir  ki,  Kür-Araz 
ovalığı  torpaqlarının  üçdə  bir  hissəsi  şorlaşmış,  yararsız  hala 
salınmışdır. Dağ  yamacları torpaqlarının isə 60-80 faizi  erozi-
yaya  məruz  qalmışdır.  Bu  səbəbdən  də  əkin  üçün  yarayan 
Azərbaycan  torpaqlarının  yalnız  20-25  faizi  istifadədir.  Həsən 
Əliyevin  dediyi  kimi  çox  zaman  yararlı  torpaq  çatışmır  deyə 
meşələri sökür, qış və yay otlaqlarını şumlayıb bir qədər istifa-
də etdikdən sonra o yerləri də yararsız hala salırlar. 
Deməliyik  ki,  hələ  1929-cu  ildə  Qızılağac,  Zaqatala, 
1958-ci  ildə  Türyançay,  Göygöl,  Pirqulu,  İsmayıllı,  Qarayazı, 
Ağ göl, Bəsit çay, Hirkan, Qara göl və s. qoruqlar, Şəki, Quba, 

 
34 
Laçın,  Qusar,  Göyçay,  Bərdə, Xızı,  Qazax və s.  yasaqlıqlarda 
təşkil  edilsə  də,  ölkəmizin  ekoloji  durumu  üçün  bunlar  yetərli 
deyildir. Təbiət parklarını çox zaman milli parkda adlandırırlar, 
buda çox önəmlidir. Bu parklar təbiətin səfalı, füsünkar bölgə-
lərində  yerləşən təbiət  meşələrdən, zirvəsi  qarlı dağlardan, gur 
şəlaləli çoşğun çaylardan, güllü-çiçəkli çəmənliklərdən, mirvari 
qumlu dəniz çimərliklərindən, gözəl ada və göllərdən ibarət ol-
maqla,  təbiətin  bizə  bəxşişidir.  Amma  bu  bəxşişə  biz  lazım 
olan qiyməti vermir, qayğısını çəkmirik və özümüzdə bilmədən 
tədricən  onları  məhv  etməklə  özümüzüdə  məhvə  sürükləyirik. 
Biz öz əlimizdə daha çox və daha mükəmməl texniki vasitələr 
əldə etməklə, təbiətdən daha çox mənfəət götürür, əvəzində isə 
ona heç nə vermir, xarabazarlığa çevirməklə geri çəkilirik. 
Həsən Əliyevin "Həyəcan təbili" kitabından bir tövsiyəni 
bütün Azərbaycan insanlarına çatdırmaq istərdim (Həmin kita-
bı müəllif özü şəxsən mənə vermişdir). 
"Bir şeyi yadda saxlamaq lazımdır-yer üzərindəki bioloji 
mühit  məhv  olan  deyil.  Onun  nizamının  pozulması  yeni  bir 
mühit  yaradıb,  bu mühiti  yaşada bilər.  Yerin geoloji tarixində 
belə hallar olmuşdur. Lakin mühitin dəyişdirilməsi bəşərin var-
lığını  təhlükə  qarşısında  qoyur.  İnsan  öz-özünün  keşikçisi  ol-
malıdır. Heç bir başqa canlı onun harayına çatmayacaq. Bəlkə-
də toya, yasa və digər mərasimə yubanmaq olar. Təbiətə müna-
sibətdə yubanmaq çox yaşamağa yubanmaqdır". Yəqin ki, əla-
və  şərhə  ehtiyac  yoxdur.  XX  əsrin  2-ci  yarısında  SSRİ  mə-
kanında,  xüsusəndə  Azərbaycanda  sənayenin  inkişafı,  zərərli 
istehsalın çoxalması, təhlükəsiz texnologiyaların inkişaf etdiril-
məsinə  etinasızlıq,  təbiəti  mühafizə  tədbirlərinin  vaxtlı-
vaxtında həyata keçirilməməsi, hər birimizin ətraf mühitə biga-
nəliyimiz,  ekoloji  savadsızlığımız,  ekoloji  problemlərin  insan-
lar arasında təbliğ edilməsi və s. Azərbaycanın ekoloji durumu-
nu  daha  da  ağırlaşdırmışdır.  Plan  doldurma  ilə  qovha-qovla 
məşğul olan bir çox idarə və təşkilat rəhbərləri təbiəti mühafizə 
işləri  ilə  məşğul  olmur,  bu  işə  ayrılan  maliyəni  aidiyyatı  üzrə 

 
35 
xərcləmir,  maşın-mexanizmlərin,  qurğuların  ekoloji  eksperti-
zasın keçirmir, özünün təsərrüfat fəaliyyəti ilə ətraf mühitə ağır 
zərbələr  vurduğunu  təsəvvürünə  belə  gətirmirdilər.  "İzvestiya" 
qəzeti  20  avqust  1988-ci  ildə  yazırdı  ki,  neft  platformalarını 
yalnız materiklə  birləşdirən borulardan ildə dənizə  30 min ton 
neft  və  neft  məhsulları  axır.  Bütün  bunlardan  sonra  dənizdə 
canlıların kütləvi məhvinə təəccüb etmək olarmı? Bəşəriyyətin 
öz əməlləri ilə təbiəti məhv etməsi özünü də məhv etməsi de-
mək deyilmi?" 
Yadda saxlamaq lazımdır ki, texnikanın, kimyanın, zərər-
li texnologiyaların, insanların təbiətə düşünülməmiş müdaxiləsi 
və s. amillər təkcə çaylar, meşələr, torpaqlar, sular, qidalar və s. 
üçün  ekoloji  fəlakətlər  təhlükəsi  törətmir.  Ətraf  mühitin 
çirklənməsi  canlı  orqanizmlərin,  o  cümlədən  insanın  genetik 
xüsusiyyətlərinə də pis təsir edir, irsiyyəti məhv edir və düzəl-
dilməsi mümkün olmayan fəsadlar törədir. 
Biosferin mühafizəsi, onun sağlamlığı insanların gələcək 
rifahlarının  yaxşılaşması,  torpaqların  məhsuldar  olması,  təmiz 
su ehtiyatlarının çox olması, bitki və heyvanat aləminin müha-
fizəsi, iqtisadiyyatın yüksəlişi, insanların sağlam və gümrah ol-
ması, hər bir gəncin gələcəyə nikbin baxması deməkdir. XX əs-
rin  90-cı  illərinə  qədər  Azərbaycanın  ən  böyük  şəhərləri  olan 
Bakı və Sumqayıt bəlkə də SSRİ məkanınıda ekoloji cəhətdən 
ən çirkli,  zərərli, insanın  yaşaması  üçün qeyri-münasib  mühiti 
formalaşdıran  insan  məskənlərindən  olmuşdur.  Burada  neftin 
çıxarılması,  emalı,  nəqli,  kimyəvi  maddələrin  istehsalı,  zərərli 
mühit  yaradan müəsissələrin, zavodların  çoxluğu və sıxlığı  ən 
başlıca  səbəblərdən  idi.  Azərbaycanın  ən  böyük  sututarı  olan 
Xəzərdə  uzun  illərdir  neft,  qaz,  qazakondensat  əldə  edilir. 
Xəzərə  axıdılan  neft,  sənaye  suları,  kanalizasiya  tullantıları  və 
s. onu ekoloji cəhətdən pis vəziyyətə salır. 1985-ci ildə Xəzərə 
axıdılan çirkabın miqdarı 104 min tondan artıq olmaqla, 1970-
ci ilə nisbətən 2,3 dəfə çox olmuşdur. 1990-cı ildə isə Xəzər çi-
mərliklərində  çirklənmə  həddinin  yüksəkliyi  səbəbindən  Bakı 

 
36 
çimərlikləri  bağlanmışdır.  Ümumi  sahəsi  təqribən  380  min 
kvadrat  klometr,  Azərbaycan  ərazisindəki  uzunluğu  950  klo-
metri  əhatə  etməklə  onun  çirklənməsinə,  buraya  axıdılan  çay 
sularının pis vəziyyətdə olması da onun ekoloji təmizliyinə xə-
ləl  gətirir.  Ancaq  bir  damla  neft  Xəzər  səthində  0,75  kvadrat-
metr nazik təbəqə əmələ gətirir. Bir qram neft isə 12-13 kvad-
ratmetr sahəni örtə bilir. Xəzərə tökülən çaylar kommunal-məi-
şət çirkablarının, kənd təsərrüfatında və ağır sənayedə işlədilən 
çoxlu  miqdarda  kimyəvi  qarışıqları  da  buraya  axıdırlar  və  bu 
proses bütövlükdə Xəzər ətrafı beş dövlətin hamısından hazırda 
da  davam  etməkdədir.  Xəzəri  çirkləndirən  ən  başlıca  mənbə 
Volqa çayıdır. Bu çayla Volqa boyu Rusiyanın həm avropa və 
həm də asiya hissəsində olan demək olar ki, bütün sənaye, kim-
ya, çirkab suları və s. çirkləndirici mənbələr öz zərərli tullantı-
larını Xəzərə tökürlər. 15 avqust 1988-ci il "Veçerniy Tibilisi" 
qəzeti  kürdə  zərərli  maddələr  tullantısının  normadan  90  dəfə-
fenollar  300  dəfə,  neft  məhsulları  330  dəfə,  mis  və  kalium  20 
dəfə,  sink  13  dəfə,  xrom  600  dəfə,  azotun  18  dəfə,  bağırsaq 
çöplərinin 238 dəfə, digər bakteriyaların 300 dəfə olması və s. 
yazmaqla  -  bunu  ekoloji  barbarlıq  adlandırmışdır.  Söylənilən 
vəziyyət Kürdə bu gün daha da acınacaqlıdır. Həm Gürcüstan-
dan  və  həm  də  Errnənistandan  Kür-Araz  vasitəsi  ilə  Xəzərə 
axıdılan  zərərli  maddələrin  miqdarı  1990-cı  illərdən  dəfələrlə 
çoxdur. Milli düşmənimiz olan ermənilər su vasitəsi ilə də bizə 
zərər verməkdən çəkinmirlər. Odur ki, ətraf mühitin qorunması 
insan  cəmiyyətinin  bütün  inkişafını  müəyyənləşdirən  çox  mü-
hüm ünsürə çevrilməsə, bəşəriyyətin, bütün insanlığın xilas ol-
ması qeyri-müşkül məsələ ola bilər. Ekoloji qadağaları ölkənin 
iqtisadiyyatına qarşı qoyulmuş  fikir kimi  də  düşünmək  yersiz-
dir, sadəcə bu işlərə elmi əsaslarla yanaşma tələb olunur. 
BMT-nin məlumatlarına görə dünyada əkinçilik üçün ya-
rarlı torpaqların 10 faizində yaşayış məntəqələri, müxtəlif tikin-
tilər,  yollar,  kanallar,  su  anbarları,  idman  meydançaları,  hərbi 
bazalar  və  s.  tutmuşdur.  Dünya  əhalisinin  sürətlə  artamsı,  və-

 
37 
ziyyəti daha da gərginləşdirir. Dünyada hər bir adambaşına dü-
şən torpaq sahəsi azalaraq 30 hektardan 3 hektara düşməklə 10 
dəfə azalmışdır. Bu torpaqlardan yer kürəsində adambaşına dü-
şən  torpaq  sahəsinin  cəmi  0,33  hektarı  əkin  üçün  yararlıdır. 
Tədqiqatlara  görə  dünyada  mövcud  ümumi  torpaqların  25  fai-
zini  dağlar,  30  faizini  daimi  donmuş  sahələr,  yaxud  keçilməz 
cəngəlliklər təşkil edir. 
Digər tərəfdən xeyli torpaqlar geoloji, külək, şorlaşma, su 
eroziyasına  məruz  qalmışdır.  BMT-nin  torpaq  mühafizəsi  ilə 
məşğul  olan  xüsusi  şöbəsinin  verdiyi  məlumata  görə,  hazırda 
dünyada  20  milyon  kvadrat  klometr  torpaq  sahəsi  aşınmaya 
məruz qalmışdır. 
Artıq  gün  kimi  aydındır  ki,  gübrələrdən,  dərmanlardan 
düzgün  istifadə  edilməməsi  torpağa,  bitki  örtüyünə,  heyvan-
darlığa, ətraf mühitə böyük zərərlər gətirir. Hətta zəmilərdə is-
tifadə  edilən  ağır  texnikalar  torpaqların  üst  qatını,  məhsuldar 
qatını,  torpağı  əmələ  gətirən  mikroelementlərin  fəaliyyətini 
azaldır. Su dövranı prosesi və s. pozulur digər tərəfdən torpaq-
ların münbitliyinin bərpası çox vaxt tələbdir. Bircə faktı demək 
kifayyətdir  ki,  torpağın  üst  qatında  bir  santımetr  qalınlığında 
humusun  (qida  maddəsi)  əmələ  gəlməsi  üçün  təbii  şəraitdən 
asılı olaraq 130-dan 400 ilə qədər vaxt lazım gəlir. Odur ki, tor-
pağa,  təbiətə,  bitki  örtüyünə  çox  həssas  yanaşılması  tələb  olu-
nur. Azərbaycanda çox təəssüf ki, uzun müddətdir ki, həqiqi tə-
sərrüfatsızlıq hökm  sürür və  bu səbəbdən də  otlaq, biçənək və 
s.  qiymətli  torpaqlar  əhəmiyyətsiz  vəziyyətə  düşmüşdür.  Tari-
xən Azərbaycan xalqının el arasında belə bir deyimi olmuşdur - 
"meşəni  qorumaq  insanı,  onun  sabahını  qorumaq  deməkdir". 
İndi  heç  kimə  sir  deyildir  ki,  ekoloji  problemlərin  həddindən 
artıq kəskin dövründə meşə təmiz hava, münbit torpaq, bol su, 
sürüşmələrə qarşı müdafiə, sellərin azalması, oksigen mənbəyi, 
ekoloji təbii məhsulların bolluğu və s. deməkdir. Sovetlər birli-
yi dövründə indiki  vaxtla müqayisədə meşəyə daha  ciddi  mü-
nasibət  olmuşdur. Meşə  Təsərrüfatı Nazirliyi mövcud olmuş  – 

 
38 
bölgələrdə az da olsa meşə salınmış, mövcud meşələrin məhvi-
nə  icazə  verilməmişdir.  Müstəqil  Azərbaycanın  ilk  keçid  döv-
ründə  bir  çox  sahələrdə  boşluq  olduğu  meşə  məsələsinə  də 
siryarət  etmiş,  meşələr  çox  plansız  olaraq  məhv  edilmiş,  gəlir 
mənbəyinə  çevrilmiş,  bəzi  adamların  ağalığı  meydanı  olmuş, 
qozdan,  fısdıqdan,  şabalıddan,  palıddan,  göyrüşdən  hazırlanan 
qapı-pəncərə,  pol-parket  imkanlı  adamların,  vəzifəli  şəxslərin 
yarış meydanına çevrilmişdir. 
Abşeronda  dövlət  meşə  fondunun  mühafizəsi  və  artırıl-
ması ekoloji mühitin təmizliyinə ciddi ehtiyacı olan Bakı şəhə-
ri,  Sumqayıt  şəhəri  və  ətraf  yaşayış  məntəqələri  üçün  xüsusi 
əhəmiyyətə malik olmuş və hazırda da bu işlər böyük əhəmiy-
yət kəsb edir. XX əsrin 80-cı illərində Bakıda və Abşeron yar-
madasında  ətraf  mühitin  qorunması  məsələləri  ön  cərgəyə  çə-
kilmiş,  yaşıllıq sahələrinin  artırılması,  qoruyucu meşə  zolaqla-
rı, meşə-parklar salınması  ilə ciddi  məşğul  olmuşlar. Xırdalan 
su  anbarı  ətrafında,  Badamdar  yaylasında  1500  hektardan  çox 
ərazidə  süni  meşə  zolağı  və  park  salınmışdır.  Burada  uzunö-
mürlü, küləyə davamlı, Abşeronda "yaşaya" bilən ağaclara üs-
tünlük verilmişdi. Təəssüflər olsun ki, Badamdardakı meşə sa-
həsindən  indi  əsər-əlamət  qalmamışdır.  18  sentyabr  1988-ci  il 
"Vışka"  qəzetinin  yazdığına  görə  Xırdalan  meşəçiləri  1987-ci 
ildə  50  hektar  sahəyə  palıd,  şam,  sərv,  göyrüş,  zeytun  və  s. 
ağaclar  əkmiş,  sovxozların  istifadə  olunmayan  torpaqlarında, 
habelə dərə və yarğanlarda 46 hektar sahədə meşə zolağı yarat-
mışlar. İnzibati bölgüyə görə Abşeron rayonuna daxil olan Al-
tıağac meşə massivinə xidmət göstərmək Xırdalan meşə işçilə-
rinə  həvalə  olunmuşdur.  Həmin  dövrlərdə  Abşeronun  14  min 
hektara qədər meşə fondu Bakı şəhərinin və ətraf kəndlərin ya-
şıllıqlarına aid idi. Günümüzdə çox sürətlə gedən tikintilər de-
yilən sahələrin meşələrini bu torpaqlardan yox etmişdir. Elə hə-
min illərin statistik məlumatlarına görə SSRİ məkanında adam-
başına  orta  hesabla  4,5  hektar  (Avropa  ölkələrində  bu  rəqəm 
çox yüksəkdir) meşə sahəsi düşdüyü halda, bizim vətənimizdə 

 
39 
bu rəqəm 0,2 hektara bərabər olmuşdur. Acınacaqlıdır-deyilmi. 
Meşələrimiz həddindən artıq azlıq təşkil edir. 
20 il bundan öncə Azərbaycan ərazisinin cəmi 10 faizini 
meşələr  təşkil  edirdi.  Təbii  ki,  bu  rəqəm  hazırda  xeyli  aşağı 
düşmüşdür.  Yadımıza  salsaq  ki,  ölkəmizin  xeyli  hissəsi  milli 
düşmənimiz ermənilərin (hayların) əlindədir, deməli bu vəziy-
yət daha da acınacaqlıdır. Xatırladaq ki, XX əsrin sonları üçün 
Azərbaycan meşələrində 480 növdən çox ağac və kol yetişirdi. 
Eldar  şamına  və  Xəzər  lələyinə  isə  ancaq  Azərbaycanda  rast 
gəlinirdi,  meşələrdən  ildə  onlarca  ton  dərman  bitkiləri  yığılıb 
aidiyyatı qurumlara təhvil verilirdi. Bu məsələ də indi unudul-
muş, ayrı-ayrı şəxslərin gəlir mənbəinə çevrilmişdir. 
Sultanbud  və  Kür  sahili  Tuğay  meşələrindən  isə  günü-
müzdə danışmağa dəyməz. Durğunluq dövründə, sonrakı illər-
də və hazırda da bu meşələrin taleyi heç kim üçün maraqlı de-
yil.  Cins  saqqız  ağacından  ibarət  olan  sultanbud  meşələrinin 
ümumi sahələri həmin illərdə 1300 hektar sahəni əhatə edirdi. 
Burada həm də göyrüş, qovaq və s. ağaclar da mövcud olmuş, 
endemik ağac cinsi olan saqqız isə sultanbudda üstünlük təşkil 
etməsi ilə yanaşı, həm də tarixən ən qocaman ağac növünə aid 
edilir.  20  il  bundan  öncə  (1988-ci  il)  Tuğay  meşə  sahəsindən 
Sabirabadda 2512 hektar, Yevlaxda 1600 hektar, Bərdədə 1500 
hektar, Zərdabda 910 hektar, Saatlıda 720 hektar əkin sahəsinə 
çevrilib.  Bu  səbəbdən  də  Tuğay  meşələrinin  hətta  bərpasına 
torpaq  çatışmır.  1956-cı  ilin  hesabat  sənədlərinə  görə  Ağdam, 
Ağcavədi, Ağdaş, Bərdə, Yevlax, Zərdab, Mirbəşir bölgələrin-
də 20 min hektar meşə sahəsi mövcud olmuşdur. 30 ildən sonra 
isə  bu  meşə  sahələrindən  2,0  min  hektarı  salamat  qalmışdır. 
1900-cü  ildə  Azərbaycanın  ancaq  üç  qəzasından  22.750  ton 
qoz və fındıq əldə edildiyi halda, 80 ildən sonra bu rəqəm 500-
600 ton qoz, fındığın isə 5 min ton istehsalı olmuşdur. Bu nəti-
cə  isə  özümüz  özümüzün  düşməniyik  deməyə  bizə  əsas  yara-
dır.  Ekoloji  qlobal  problemlərin  həddindən  ziyadə  kəskinləş-
məsi hər şeydən öncə insanların ətraf aləmə, özünə nəzarətsiz, 

 
40 
düzgün  olmayan  münasibəti  ilə  birbaşa  əlaqəlidir.  Zamanımız 
qlobal problemlərlə təzahür edən ziddiyyəti dərin siyasi, iqtisa-
di, sosial və s. böhran həddinə çatdıraraq onları təhlükəli istiqa-
mətə  yönəldir.  İstənilən  halda  ekoloji  problemlər  vətənimizin 
həyatına, onun sağlam yaşam tərzinə öz mənfi təsirini göstərir. 
Hətta,  təbiətdən  səmərəli  istifadə  etdikdə  belə,  əhalinin  və  is-
tehsalatın ətraf mühitə təsiri vardır. Bu baxımdan Azərbaycanın 
ekoloji problemləri səhiyyə-sağlamlıq, adi və texniki təsərrüfat, 
estetik, milli və s. çoxlu sayda mühüm məqamlardan ibarətdir. 
Hazırda ekoloji problemlər milli maraq çərçivəsindən çı-
xaraq,  ümumbəşəri  əhəmiyyət  kəsb  edən  təbii  sərvətlər  üçün 
daha  vacibdir.  Mütəxəsislər  hesab  edirlər  ki,  atmosferdə  yerin 
istilik  şüalarını  özündə  saxlayan  karbon  qazı  çoxaldıqca  ha-
vanın temperaturu 3-5 dərəcə arta bilər. Bunun nəticəsində Yer 
kürəsi  miqyasında iqlim  dəyişməsinə  gətirib çıxarar, ozon  ya-
rıqlarını artırar, bütün canlıların, flora və faunanın məhvinə gə-
tirib çıxarar. 
Hazırda "Ümumi bazar"ın üzvü olan ölkələrdə ətraf mü-
hitin  çirklənməsi  ictimaiyyəti  ciddi  narahat  etməkdədir.  Hələ 
20 il bundan öncə Avropa Birliyi komissiyasının verdiyi məlu-
mata görə, ancaq sənaye tullantılarının emalı nəticəsində hər il 
atmosferə  570  ton  qurğuşun,  31  ton  kalium,  68  ton  civə,  yüz 
tonlarla zərərli kimyəvi birləşmələr atılır. Bütün dünya "turşulu 
yağışları"  yağıntısından  getdikcə  daha  çox  əziyyət  çəkməkdə-
dirlər. Səbəb isə istilik elektrik stansiyalarının atmosferə atdıq-
ları kükürd-2 oksiddir. 
Avropa  Birliyi  Komissiyasının  üzvü  S.K.Devilin  fikrin-
cə, hər cür imkanları olan sənayeçilər, böyük dövlətlər komissi-
yanın hər hansı ekoloji tədbirinə qəzəblə müqavimət göstərdik-
lərinə görə vəziyyət get-gedə daha da gərginləşir. 
İndi  qlobal  problemə  çevrilmiş-ekoloji  durumun  həlli 
həm  milli,  həm  də  beynəlxalq  səviyyədə  şüurun  və  fəaliyyət 
tərzinin siyasi, iqtisadi və s. sahələrdə  yenidən qurulmasını tə-

 
41 
ləb  edir.  Problemin  həllində  siyasi  iradənin  olması  ən  mürək-
kəb ekoloji məsələlərin həllini də asanlaşdırar. 
Müasir dövrdə fəaliyyət  göstərən beynəlxalq hüquq nor-
malarından  biri  də  təbiətə  hərbi  məqsədlərlə  təsir  göstərməyin 
qadağan  edilməsidir.  Məhəlli  müharibələrin  özü  belə  təbiətə 
dəhşətli təsir göstərir. 
Azərbaycan təbiətinə başqa sahələrdə olduğu kimi ermə-
nilər çox böyük zərbələr vurmuşlar. Onlar buradakı torpaqların 
bitki aləminə od vurur, dünyada əvəzi olmayan Zəngilan çinar-
larının nəslini kəsir, Laçındakı əvəzsiz palıd və qoz ağaclarını 
tam  məhv  edərək  mebel,  konyak  boçkaları  düzəltməklə  xarici 
dövlətlərə  satır,  yeraltı  qiymətli  metal  və  mineralları,  yerüstü 
mineral  su  ehtiyatlarını  ağıla sığmaz vəhşiliklə həm  daşıyır və 
həm  də  bir  yolluq  kökünü kəsməklə  təkcə  Azərbaycan təbiəti-
nə,  ekologiyasına  deyil,  dünya  təbii  sivilizasiyasına  zərbələr 
vururlar. 
Torpaqlardan ekoloji-elmi qaydalara əməl etmədən uzun-
müddətli istifadə bütün dünyada olduğu kimi Azərbaycanda da 
bir çox fəsadlara gətirib çıxarmışdır. Bu məqsədlə hələ 1990-cı 
ildə  Bakıda  üç  gün  davam  etmiş  ümumittifaq  müşavirədə  tor-
paq örtüyünün müasir vəziyyəti, onun mühafizəsi, münbitliyin 
bərpa olması və bitkilərin qidalanma şəraitinin yaxşılaşdırılma-
sı problemləri müzakirə olunmuşdur. Həmin dövr üçün torpaq-
ların vəziyyətinin necə həyacan doğurduğunu Azərbaycan tim-
salında müzakirə etmişlər. 20 il bundan əvvəl respublikamızın 
hər sakininə 0,18 hektardan az əkin sahəsi düşdüyünü, 50 min 
hektardan  xeyli  çox  torpaq  sahəsinin  şoranlaşdığı  qeyd  olun-
muşdur. Bu dövrdən keçən uzun illər ərzində vəziyyət heç də 
yaxşılaşmamışdır. Torpaqların 50 faizindən çoxu eroziyaya uğ-
ramış,  pestisidlər,  ağır  metal  turşuları  və  sənaye  tullantıları, 
məişət tullantıları, tikinti tullantıları və s. ilə çirkləndirilmişdir. 
Azərbaycanın  ayrı-ayrı  bölgələrində,  xüsusəndə  Bakı  və 
Sumqayıtda yaşayış sahələrinin böyüməsi, yeni-yeni şəhər, qə-
səbə  və  s.  salınması  çox  yaxşı  qəbul  edilsədə,  həmin  yaşayış 

 
42 
məntəqələrinin ekoloji gələcəyinin diqqətdən kənarda qalması, 
şəhərsalma qaydalarına, əməl olunmaması bu məkanlarda eko-
loji  şəraitin  dünyada  qəbul  olunmuş  səviyyədən  qat-qat  aşağı 
olmasına  gətirib  çıxarmışdır.  Statistik  məlumatlar  və  hətta  bu 
məlumatsızda  Azərbaycanda  ekoloji  xəstələrin  sayının  sürətlə 
artdığını da görmək olur. 
Adi-ictimai həyatda ekoloji amilin rolunun lazımi dərəcə-
də  qiymətləndirilməməsi,  şəhərlərdə  ətraf  mühitin  vəziyyəti 
haqqında  uzunmüddətli,  mükəmməl  proqnozlardan  istifadə 
edilməməsi və s. amillər, şəhər həyat şəraitinin, canlıların sağ-
lamlığının  aşağı  düşməsinə  gətirib  çıxarır  ki,  bu  da  dövlət 
üçün, canlı üçün çox ağır problemlərlə qarşılaşmaq deməkdir. 
Təkcə  Bakı  şəhərinin  "Qara  Qarayev"  metrosundan  başlayan, 
"Neftçilər"  metrosu,  8  km  bazarından,  "Xalqlar",  "Əhmədli" 
metrosundan  keçən  və  XX  əsrin  90-cı  illərinə  qədər  paytaxtın 
ən müasir tələblərinə və ekoloji tələblərə cavab verən bu küçə 
hazırda  ürək  ağrıdıcı  bir  vəziyyətə  düşmüşdür.  Digər  tərəfdən 
yada salsaq ki, bu küçə üç Heydər parkından keçir, çox anlaşıl-
mazlıq  alınır.  Yəqin  ki,  biz  nəyəsə,  kiməsə  hörmət  etməliyik, 
hörmətlə yanaşmalıyıq. Küçə torpaqlarına, ağaclıqlarına sənəd 
verən, sərəncam verən, bu yolla nəyisə əldə edən şəxslər qanun 
qarşısında  cavab  verməkdən  çəkinmirlərsə,  görəsən  şəxsi  vic-
danları qarşısında necə! .... 
Şəhər  ekosisteminin  və  ətraf  mühitin  çirklənməsi  ancaq 
ekoloji deyil, sistemlə bağlı sosial məsələlərdən–hava hövzəsi-
nin  çirklənmədən  qorunması,  su  ehtiyatlarının  çirklənməsinin 
və  tükənməsinin  mühafizəsi,  şəhər  səs-küyünün  səviyyəsinin 
aşağı  salınması,  elektromaqnit  şüalanmasının  qarşısının 
alınması,  şəhər  təbii  mühit  ünsürlərindən  səmərəli  istifadə 
olunması və onların bərpa edilməsi, şəhər tikililərinin və şəhə-
rətrafı  torpaqların  yüksək  sanitar-gigeniya  təlabatlarının  təmin 
edilməsi,  ərazilərin  mühəndis  təchizatı  səviyyəsinin  yüksəldil-
məsi, planlı ekoloji bölgələşdirilməsi, insanla ətraf mühitin qar-
şılıqlı  təsirinin  sosial-iqtisadi  gələcəyinin  işlənib  hazırlanması 

 
43 
və  s.  sadalamaq  olar.  Deyilən  məsələlərin  sadəcə  olaraq  sada-
lanması  məsələnin  nə  qədər  mürəkkəb  olduğunu  və  eyni  za-
manda  bütövlükdə  şəhərlərin  inkişafı  problemlərinə  kompleks 
yanaşılmasının zəruriliyini ortaya qoyur. 
Dövrümüzdə hər şeydən öncə şəhərlə kəndin getdikcə da-
ha da yaxınlaşması, elm və texnikanın durmadan təkmilləşmə-
sindən daha da artıq istifadə  edilməsi  və  bunların  ətraf mühitə 
daha  çox  ekoloji  mənfi  təsir  göstərməsi  durmadan  artır.  Belə-
liklə, xalq deyimi ilə desək şəhərlərdə yaşamaq getdikcə dözül-
məz həddə çatır. Bu da dövləti və hökuməti məcbur edir ki, sə-
naye qurğularını və digər iş yerlərini Azərbaycanın bölgələrinə 
"səpələsin" ki, Bakı və Sumqayıt bu böyük bəla və problemlər-
dən yüngülləşsin. 
Bakı  və  Sumqayıt  şəhərləri  uzun  müddətdir  ki,  təkcə 
SSRİ  məkanında  deyil,  dünyada  neft  hasilatı  və  emalından, 
kimyəvi  maddələrin  istehsalı  və  istifadəsi  baxımından  öncül 
yerlərdə olduğundan bu şəhərlərin ekoloji durumu həmişə ağır 
olub. Bu şəhərdə neft-kimya amili ilə yanaşı avtomobillərin şə-
hərin  havasını  çirkləndirməsi  hazırda  həmişə  olduğundan  qat-
qat  ağırdır.  Lay sularının bir çox  yerlərdə, xüsusəndə Bakı  və 
Abşeron  yarımadasında  törətdiyi  ekoloji  fəsadlarda  yetərincə-
dir. Xəzərin çirklənmə və digər problemləridə ayrıca araşdırma 
mövzusudur. Ətraf mühitin vəziyyətinə, təbii ehtiyatlardan sə-
mərəli istifadə edilməsinə gəldikdə isə, burada yetərincə şəffaf-
lıq olmalıdır, texniki işçilər, mühəndislər, fəhlələr və digər in-
sanlar, ictimaiyyət öz müəssisələri və dünyanın digər ölkələrin-
dəki anoloji iş yerlərinin ekoloji şəraitindən xəbərdar olmalıdır-
lar. Bu barədə Azərbaycan prezidentinin dəfələrlə xatırlatdığı - 
yeni  texnologiyaların  respublikamıza  gətirilməsi  fikirləri  çox 
təqdirəlayiqdir,  alqışlanmalıdır,  onun  fikrinə  həssas  yanaşmaq 
lazımdır. 
Bakının  hazır  ki,  durumu  göstərir  ki,  avtomobillərin  qaz 
yanacağına  keçməsi  xeyli  dərəcədə,  şəhərin  ekoloji  durumuna 
yaxşı  təsir  edərdi,  həm  də  texniki-iqtisadi  baxımdan  da  sərfəli 

 
44 
olardı. Qeyd edək ki, bir maşının 15 min klometr məsafə qət et-
məsi  nəticəsində  4400  kq  oksigen  sərf  edir,  ətraf  mühitə  isə 
3300 kloqram karbon qazı, 550 kloqram dəm qazı, 95 kloqram 
digər qazları və 12 kloqramdan artıq rezin tozu ilə yanaşı digər 
tozları hava mühitinə ötürür. Bu səbəbdən də Bakı və Sumqayıt 
şəhərlərinin  hava  mühitinin  çirklənməsi  səviyyəsinin  50  faiz-
dən artığı avtomobillərin "fəaliyyəti" hesabına alınır. İnsan ba-
şa düşməlidir ki, ehtiyatlardan qənaətlə, ağılla istifadə edilməsi
torpağa, meşəyə, təmiz havaya, bitki və heyvanlar aləminə qay-
ğı, onların öz daxili-mənəvi və digər çox mühüm işləridir. Əs-
lində özünü təbiətdən ayıran və onun qanunlarından asılı olma-
dığını fikirləşən insan böyük səhvə yol verir. 
V.Y.Vernadski  söyləmişdir  ki,  XX  əsrin  adamı  dərk  et-
məlidir  ki,  o  planetin  sakinidir,  yeni  aspektdə  fikirləşməli  və 
fəaliyyət  göstərməlidir,  ayrı-ayrı  şəxsiyyət,  ailə,  nəsil,  dövlət 
və  yaxud  dövlətlər  ittifaqı  aspektində  deyil,  planet  aspektində 
düşünməli  və  fəaliyyət  göstərməlidir.  Cəmiyyətin  ekoloji  isti-
qamətdə tərbiyə olunması, ekoloji etikanın, ekoloji şüurun for-
malaşması təbiətə müsbət təsir göstərir. Ədalət xatirinə deməli-
yik ki, hazırda Azərbaycanda istehsalın, texnikanın, elmin, icti-
mai və fərdi şüurun intensiv ekologiyalaşdırılması prosesi döv-
lət  səviyyəsində  getməkdədir.  Əgər,  yerlərdə  məmurlar,  digər 
fərdlər  təbiətə  eyni  müsbət  münasibətlə  yanaşarlarsa  ən  azı 
ekoloji  tarazlığın  vəziyyəti  indiki  ağır  durumdan  fəlakətə  sü-
rükləməz. 
1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə