ZĠyadxan nəBĠBƏYLĠ



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə2/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   30

II FƏSĠL 
 
MĠLLĠ-MƏNƏVĠ DƏYƏRLƏRĠMĠZ VƏ  
EKOLOGĠYAMIZ 
 
Azərbaycan  qədim  maddi  mədənıyyətə  və  zəngin  təsər-
rüfat  ənənələrinə malik olmuş  bir ölkədir. Onun xalqı  həın  də 
özünün uzaq əsrlərdən süzülüb gələn, bu və ya digər qaynaqları 
nəsildən-nəsilə  ötürülən  çoxəsirlik  mənəvi  mədəniyyəti  ilə  sə-
ciyyələnən  bir  insan  məskəndir.  Ulu  babalarımız  ölkəmizin 
dağına-aranına,  yazına-qışına,  güneyinə-quzeyinə  uyğun  yaşa-
yış  məskənləri  salmış,  özünə  geyim-keçim  düzəltmiş,  maddi 
mədəniyyət  nümunələri  yaratmışdır.  Yəni,  bəşər  tarixinin  mü-
hüm  tərkib  hissəsi  olan  insan  yaşayışının  əsasını  təşkil  edən 
maddi  mədəniyyəti  yaratmışdır.  Bununla  yanaşı  hər  bir  xalqın 
ictimai-iqtisadi həyatı, maddi zəmini üzərində inkişaf edən ədə-
biyyatı, incəsənəti, musiqisi, folkloru, adət-ənənəsi, bayram və 
müxtəlif mərasimləri vardır ki, ümumilikdə bunlar onu yaradan 
etnosun  sərvəti,  mənəvi  mədəniyyəti  sayılır.  Odur  ki,  müasir 
Azərbaycan  insanının  tariximizə,  dilimizə,  mədəniyyətimizə, 
ümumilikdə  qədim  soy  köklərimizə  olan  marağı,  bu  qəbilli 
problemlərin ayrı-ayrı məsələlərini  öyrənib-tədqiq etməyi  həm 
də geniş oxucu kütləsinə çatdırmağı tələb edir. 
Bunlardan biri də, uzun əsrlər xalqımızın mənəvi siması-
nı, təbıətə baxışını, zənginliyini, toy-düyününü özündə cəmləş-
dirən, sözün əsl mənasında mənəvi abidəmiz olan Novruz bay-
ramıdır.  Novruz  bayramı  çox  məsələlərlə  yanaşı,  əkinçilik  tə-
sərrüfatı ilə də bir başa bağlıdır. 
Araşdırmalar göstərir ki, Azərbaycan türkləri arasında tə-
sərrüfat ili çox-çox qədimlərdə iki hissəyə-yay və qışa bölünür-
dü. Bunu Avesta təqvimi də təsdiq edir. İlin böyük yay adlanan 
1-ci  fəsli  yeddi,  2-ci  fəsli  qış  isə  beş  aydan  ibarət  olardı.  Belə 
bölgünün əsasını Günəşin hərəkəti, başqa sözlə onun yay və qış 
fazasına daxil olması təşkil edirdi. Son dövrlərə kimi bəzi türk 

 
17 
ölkələrində il Xızır adı ilə məlum olan yaydan və Qasım adla-
nan qışdan ibarət idi. Azərbaycan əhalisi ilin 1-ci yarısında iq-
lim  şəraitinə uyğun olaraq bütün  təsərrüfat  işlərini  görüb başa 
vuran, soyuqlar düşdükdə isə məişət işləri ilə məşğul olardılar. 
Sonralar ulu babalarmız ili on iki aya, fəsilləri isə hər biri üç ay 
olmaqla yaz, yay, payız, qış olmaqla dörd yerə bölmüşlər. Xal-
qımız bu təqvimi belə ifadə etmişdir; 
 
Üçü bizə yağıdı, 
Üçü cənnət bağıdı. 
Üçü yığıb gətirər, 
Üçü vurub dağıdar. 
 
Xalqımız  yeni  təsərrüfat  ilinin  başlanğıcını  yaz  gecə  - 
gündüz  bərabərliyi  məqamından  hesablamağa  başlamışdır.  Bu 
qərarın  düzgün  olmasını  Azərbaycan  astronomik  təbiətinə  uy-
ğun olmasını müasir clm də təsdiq edir. 
Bəlli olduğu kimi Günəşin, yazın, isti Günəş şuasının in-
sanların  həyatında  oynadığı  rol  mifık  təfəkkürümüzdə  çox 
gcniş yayılmışdır. Günəşin, işığın, yazın çağrılması mərasimlə-
ri  Azərbaycanda  təm-təraqla  keçirilmiş,  sonralar  bu  mərasim 
Novruz bayramı, Bahar bayramı, yaz bayramı, yeni il bayramı, 
yaz  gecə-gündüz  bərabərliyi  bayramları  kimi  mifık  təfəkkürü-
müzə hopmaqla, günümüzə qədər yaşamış və gələcəkdə də ya-
şayacaqdır. 
Qədim  Azərbaycan  türklərinin  təfəkküründə  Günəş  bir 
növ  canlı  varlıqdır.  Əgər,  o  insanlara  lazımdırsa,  onu  çağırıb 
gətirmək və qüvvəsindən istifadə etmək lazımdır. 
 
Gün çıx, gün çıx,  
Kəhər atı min, çıx. 
Keçəl qızı qoy qaç,  
Saçlı qızı götür qaç.  
 
Qədim Azərbaycan türkləri Günəşin çağrılması mərasim-
lərini  ən  çox  çillələr  çıxdıqdan  sonra  boz  ayda  çağırar  və  bu 

 
18 
cağırışlardan  biri  də  "qodu-qodu",  "dodu-dodu",  "kodu-kodu" 
kimi adlarla məlum olan mərasimdir. Qədimlərdə qodunu gəti-
rən, gəzdirən cavan qızlar olduğu halda XIX əsrdə bu işi oğlan-
lar  edərdi.  Bu  isə  doğurdan  da  Azərbaycanda  əkin-biçinlə  çox 
qədimlərdə  qadınların  məşğul  olduğunun  sübutudur  və  xalqın 
özünün qədimliyidir. Soyuqdan, yağmurdan təngə gəlmiş, səpi-
nin  gecikməsindən  darıxan  qızlar-qadınlar  Qodu  gəzdirər,  is-
lanmış  qodunu  qurutmaq  üçün  həyətlərə  girər,  mahnılarla  Gü-
nəşi çağırar, onu arıyardılar. 
 
Qodu-qodunu gördünmü?  
Qoduya salam verdinmi?  
Qodu burdan keçəndə  
Qırmızı gün gördümü? 
Yaxud: 
 
Ay dolanıb batmağa, 
Yuxum qəlib yatmağa.  
Yağış yağıb isladıb,  
Gün gərək qurutmağa. 
 
Yağmur taxıl yığımı dövrünə düşəndə, qız-gəlinlər başqa 
çağırış edərdilər. 
 
Bu salanan taxıldır, 
Bu qaralan naxırdır.  
Gəlinlər pay verəndə,  
Qazılar ona paxıldır. 
 
Qoduya qaymaq gərək,  
Qablara yaymaq gərək.  
Qodu gün çıxarmasa,  
Gözlərin oymaq gərək!  
 
Düzəldilən qodunu çox vaxt Günəşə bənzətməyə çalışar, 
ona qırmızı paltar geyindirərdilər. 

 
19 
Qədim  Azərbaycan  türkləri  üçün  Günəş  və  Ay  hər  ikisi 
canlı məxluqdur. Günəş son dərəcə gözəl bir qadın. Ay isə gö-
zəl bir kişidir. 
Türkün Tanrıçılıq dini-mənəvi dəyərlərində də Tanrı tək 
olsada, onun yaratdığı hər şey müqəddəs idi. Ağaclara, gülə-çi-
çəyə toxunmaq, onu məhv etmək olmazdı.  Əksinə təbiətin bi-
tirdiyi,  bir  çox  şeyləri  mühafizə  edər,  onun  da  yaşamaq  haqqı 
olduğunu  qəbul  edərdilər.  Bu  mənada  qədim  türklərdə  təbiət 
çox möhkəm qorunardı, ona qida mənbəyi, insanın qoruyucusu, 
müdafiəçisi  kimi  baxılardı.  Saf  təbiət  məhsulundan,  heyvanat 
məhsulundan,  saf  sudan,  təmiz  havadan  bəhrələnən  insan  daimi 
hərəkətdə  olduğundan, fiziki işlərin çoxluğundan çox güclü olar, 
boyu iki metrdən hündür olardı və uzun ömürlü olardılar. Ekoloji 
tarazlığın pozulması, meşələrin qırılması, havanın, suyun torpağın 
çirkləndirilməsi,  şəhər  yaşayış  tərzinin  geniş  vüsət  alması,  in-
sanları cılızlaşdırmış, fiziki qabiliyyətdən geri qalmış və nəticədə 
insan özü-özü ilə çarpışmaq məcburiyyətində qalmışdır. 
Qışla yazın vuruşu, qışın yola salınıb yazın, baharın qar-
şılanması tərənnüm olunan qədim Azərbaycan türk mərasimlə-
rindən  biri  də  "Kosa-kosa"  olub  Noruzla  bağlıdır.  Xalq  tama-
şaçı  formasında  ifa  olunan  bu  mərasimdə  kosa  qışı,  keçəl  isə 
yazı ifadə edir. 
Mifoloji  təfəkkürümüzdə  kosa  dölzüslük,  məhsulsuzluq 
rəmzi, keçəl isə əksinə, artım, döl, məhsuldarlıq rəmzidir. "Ko-
sa-kosa"dakı  kosa  ilə  keçəlin  döyüşü  həyati  məna  kəsb  edib, 
kosanın  keçəl  tərəfindən  öldürülməsi  əslində  yazın  qışı  öldür-
məsi, ona qalib gəlməsi kimi qəbul edilməlidir. Özünü gülməli 
vəziyyətə  salmış  kosanın  köməkçisi  ondan  və  məclis  əhlindən 
pay istəyir: 
Kosam bir oyun eylər,  
Quzunu qoyun eylər,  
Vüqar Zəyzit düyüşün,  
Oğlunun toyun eylər. 

 
20 
Yaxud: 
A Kosa-kosa, gəlsənə! 
Gəlib salam versənə! 
Boşqabı doldursana! 
Kosanı yola salsana! 
 
Kosanın köməkçisi tamşaçıları inandırmaq isətyir ki, ko-
sa-yəni qış yol üstədir, səfərə çıxır, ona yol xərci toplayıb yola 
salmaq gərəkdir. 
Toplaşanlardan səs çıxmadıqda köməkçi məcbur olub ke-
çəli məclisə dəvət edir. Keçəl mehribanlıqla qarşılanır va  yığ-
dığını kosaya verir. Lakin kosa acgözdü, əl çəkmək istəmir, ye-
nə də pay istəyir, pay yığdıqca yığır uzanıb yatır. 
Yatmış kosanın payı ondan götürülür, kosa öldürülür, kö-
məkçi ona ağlayır və bərkdən söyləyir: 
 
Kosam ikicanlıdır, 
Qolları mərcanlıdı, 
Kosama əl vurmayın, 
Kosam ikicanlıdı. 
Arşın uzun bez qışa, 
Kəfənsiz öldü kosa.  
 
İnsanlar  kosanın  (qışın)  bu  halına  sevinir,  keçəli  (yazı) 
qarşılayır və onların gülüşü yazın qışa qalib gəlməsi gülüşü ol-
maqla, hamılıqla Novruzu tərənnüm edirlər: 
 
Novruz, novruz bahara! 
Güllər, güllər, nahara! 
Bağcamızda gül olsun! 
Gül olsun, bülbül olsun! 
Gəldi martın doqquzu, 
Bayram etdik Novruzu.  
 

 
21 
Novruza həsr olunan bu nəğmədə də qədim babalarımızın 
bağa - bağçaya, gülə-çiçəyə, bitki aləminə necə həssaslıqla ya-
naşmaları, onun gəlişini bayram sevinci ilə qarşılamaları, yaşıl-
lıq  aləmini  sevmələri,  əzizləmələri  də  öz  əksini  tapmışdır.  Bu 
sevgi,  bu  məhəbbət  təbiətimizə  qədim  əcdadlanmızın  münasi-
bəti  olub,  dövrümüzdə  onun  təbliğinə  böyük  ehtiyac  vardır. 
Ekoloji problemlərlə məşğul olanlar, hətta olmayanlar artıq an-
layırlar ki, Azərbaycanda təbiətə münasibət dəyişməsə, ona bir 
müqəddəslik rəmzi kimi baxılmasa burada sağlam həyat tərzin-
dən söhbət belə gedə bilməz. Qədim ata-babalarımız ili iki fəsil 
kimi  qəbul  edəndən  keçirdikləri  qış-yaz  mərasimlərindən  biri 
də "Kövsəc" adalanırdı. Kövsəc mərasimi noyabr ayında Azər-
baycanda  qırov  düşən  ayda  icra  olunardı.  Kövsəc  mərasimlə-
rində insanlar daha çox istilik gətirən yeməklər yeyər, onun is-
tiotunu bol edərdilər. Soyuq qış üçün kök qara erkəkləri kəsər, 
doğrayar və qızardaraq böyük küplərə doldurularaq yerə basdı-
rardılar. Qovrulmuş ətin yaxşı qalması üçün ona müxtəlif ədva-
lar  vurar,  erkəyin  ərinmiş  yağını  küpdəki  ətin  üstünə  çıxana, 
qədər  töküb  doldurardılar.  Qış  fəslində  həmin  ətdən  müxtəlif 
növ  isti  xörəklər  hazırlayardılar.  Kovsəc  mərasimində  özünü 
gülməli hala salmış bır  nəfər qatıra minib  ortaya çıxar,  əlində 
tükü  yolunmuş  qarğa  nümayiş  elətdirərmiş.  Ətrafdakılar  onun 
üstünə soyuq su atsalarda, o, saymazyana - "istidi, istidi, bahar 
gəlir,  yaz  gəlir"  deyə  -  deyə  şən  əhval-ruhiyyə  yaradar,  insan-
ları  soyuğa  qarşı  mübarz  olmağa  səsləyər,  yaza  az  qaldığmı 
söyləyərmiş. 
Kiçik çillənin əvvəlində Azərbaycan el-obalarında "Xıdır 
İlyas"  adı  ilə  qeyd  olunan  mərsim  də  eyni  məqsədə  xidmət 
edərdi.  "Xıdır"  bayramı  adətə  görə  qış  yarı  olanda  keçirilərdi, 
insanlarda həyata, yaşamağa,  yaratmağa həvəs hissləri oyadar-
dı, üzümüzə yazın gəlişini, təbiətin cənnətə çevriləcəyini təlqin 
edərdi, ruh düşkünlüyünə yol verilməzdi. Burada əsasən şər qa-
rışanda (hava qaralmağa başlayanda) cavanlı-cocuqlu yığışaraq 

 
22 
"Xıdır" nəğməsi oxuya-oxuya evlərə, həyətlərə gedər, pay istər, 
şuxluq yaradardılar. Onların mahnılarından birisini xatırladaq: 
Xıdır Nəbi, Xıdır İlyas, 
Bitdi çiçək, oldu yaz. 
Mən Xıdırın quluyam, 
Boz atının çuluyam. 
 
Xıdır getdi hayınan,  
Bir qulança dayınan.  
Dayı palçığa batdı,  
Xıdır yanında yatdı,  
Xıdır Nəbi, Xıdır İlyas,  
Bitdi çiçək, oldu yaz! 
 
Xızırda  insanlar  yazın  tez  gəlməsini  istər,  odun-istinin 
torpağı qızdıracağını, istər, Xızır öz istiliyi ilə ağartı, mal-qara, 
qoyun-quzu üçün ot, döl gətirəcəyini ağacların bar çiçəyi verə-
cəyini,  əkinə-səpinə,  şuma  başlamaq  şəraitinin  gəlməsini  istə-
yir,  tərənnüm  edirdilər.  Mərasimdə  toplananları  (yeməkləri) 
"Xıdır gecəsi"ndə hamı dadar,bir  evə toplaşar, gecəni  yatmaz, 
səhərə qədər hamılıqla şənlənərdilər. Bu mərasim dövründə də 
xalqımız bir çox məişət işləri görər, yaza-yaya hazırlıq görülər, 
sabaha  iş  saxlamazdılar  və  növbəti  mərhələ  birbaşa  Novruz 
bayramına həsr olunmalı idi. Novruz bayramına hazırlıq bir ay 
əvvəlcədən aparılardı. Mərasimin qaydalarına uyğun olaraq hə-
yət-baca təmizlənir, evlər, ağardılır, hər bir ailə üzvü üçün bay-
ramlıq təzə paltar tikilər, bayram xonçaları tutular, səməni gö-
yərdilər və digər tələbatlar yerinə yetirilərdi. 
Çox-çox  qədimlərdən  (tarixi  dəqiq  məlum  olmayan) 
Azərbaycanda Novruzun özünədək ilin son dörd çərşənbəsinin 
qeyd edilməsi adət idi. Bu da təbiətin su, od, torpaq, külək ol-
maqla dörd ünsürünün adı ilə sıx surətdə bağlı idi. Azərbaycan 
türklərinin təfəkkürüncə təbiətin oyanışı, hərarəti ilk olaraq su-
da özünü göstərir. Hamı bilirdi ki, su çərşənbəsindən sonra su-

 
23 
lar donmayacaq. Bu da öz növbəsində bir çox məsələlərə rəvac 
vcrirdi.  Növbəti  çərşənbə  od  olmaqla,  hava  isinməyə,  təbiət 
oyanmağa  başlanması  məqamıdır.  Bu  çərşənbə  xalqımız 
arasında həm də atəş çərşənbəsi adlandırıldığından, mərasimdə 
ən  çox  tonqal  qalayar,  üstündən  tullanar,  şənlənərdilər,  ailə 
üzvlərinin hər birinin adına şam yandırardılar. Türkün Tanrıçı-
lığından  qalan  bu  adətdən  sonralar  yəhudilər  və  xristianlar  da 
bol-bol  istifadə  etmişlər.  Lakin  onlar  şam  yandırmanı  başqa-
başqa məqsədlər üçün tətbiq etmişlər. 
Novruzun  son  çərşənbəsi  olan  yel,  külək  və  ya  bad  çər-
şənbə  bütün  el  -  obada  şadyanalıqla  qarşılanar  və  axırıncı  yel 
çərşənbəsi Novruzla eyni günə düşəndə ilin uğurlu keçəcəyini 
söyləyərdilər.  Söylənən  çərşənbələrdə  bağ-baxçalarda  abadlıq 
işləri  aparırlar,  ağacların  qurumuş,  zərər  gətirən  qol-budaqları 
təmizlənər,  ağac  hələ  "oyanmamış"  "cavanlaşdırıcı"  işlər  icra 
edilər, ekoloji sağlamlıq təmin edilərdi. Novruz bayramı, onun 
dörd çərşənbəsi deyilənlərlə yanaşı ayrı-ayrı yaşayış məskənlə-
ri  insanlarını  cəm  edər,  xeyirxahlığa,  humanistliyə,  el-obanın 
eyni ab-hava ilə yaşamasına, bir sözlə milli birliyə vadar edən-
di. Bu bayram sırf Azərbaycan türklərinin ata - baba bayramla-
rıdır, türk dünyasına, digər insan məskənlərinə ancaq Azərbay-
candan pərvazlanmışdır. İndinin özündə də Novruz bayramının 
azərbaycanlılar kimi təmtəraqlı, qədim qaydalarına daha uyğun 
keçirən ikinci bir insan toplumu, dövləti, xalqı yoxdıır. Yeganə 
çatışmamazlıq Azərbaycanda qədim ekoloji faktorların unudul-
ması,  onun  müasir  dövrdə  elmi-ekoloji  baxımdan  xalqımıza 
izah edilməməsidir. Ümüdlüyük ki, buda baş verəcək, xalqımız 
hər  bir  ağaca,  gülə-çiçəyə,  suya,  havaya,torpağa  və  nəhayət 
özünə qayğı ilə yanaşacaqdır. 
Azərbaycanda  ilaxır  çərşənbə  ilə  bağlı  zəngin  adət-ənə-
nələr,  mərasimlər  yetərincədir.  İlaxır  çərşənbədə  heç  kimin 
ocağı  boş  qalmamalı,  hökmən  qazan  qoyub,  xörək  asılmalı, 
bayramlıq  xonça  tədarük  edilməli  qovurqa  qovrulmalı,  şəkər-
bura-paxlava-şorqoğalı,  əyirdək,  fəsəli,  yuxa,  xırt-xırt  yuxa  və 

 
24 
s.  bişirilməli,  yumurta  boyanmalı,  çərəzlər  hazırlanmalı,  yeddi 
taamdan az olmayan ərzaq süfrəyə gətirilməlidir. Qədim Azər-
baycanlılar deyilənləri hazırlamaq üçün təbiəti qorumalı, onun 
bol  olmuş  məhsulundan  bayram  tədarükünü  ayrıca  saxlamalı 
idi.  Xalqımızın  adətinə  görə  bütün  insanlar  Novruz  bayramını 
öz evində ailə üzvləri ilə birlikdə keçirməli idilər. Ancaq, oğul-
uşaqlar  ata-analarına  baş  çəkməli  idilər,  el-obanın  əlsiz-ayaq-
sızlarını  yad  etməli,  qayğı  göstərməli,  əl  tutmalı  idilər.  Kimin 
mərasimi  keçirməyə  imkanı  yoxsa,  ona  el  qayğısı  göstərilərdi 
ki,  bu  da  insanlar  arasında  mehribanlıq,  qayğıkeşlik  hissləri, 
vəhdətlik  yaratmaqla,  milli  birliyin  rəhninə  çevrilməyə  şərait 
yaradırdı.  Bayram  bütün  elin  bayraymı  olduğundan  deyilən 
qaydalara əməl edilər, ellıklə də keçirilərdi. 
Səhər tezdən, sübh çağı axar su, bulaq və çay başına get-
mək, suya niyyət etmək, ona ürək açmaq və nəhayət suyun üs-
tündən atlanmaqla (tullanmaqla) "ağırlığım-uğurluğum axar su 
ilə getsin" deyər, böyük ümüdlərlə gələcəyə baxardılar. Bunları 
ən  çox  cavanlar  edər,  qızlar  isə  bu  günü  səbirsizliklə  gözlər, 
niyyətlərinin çin olacağına inanar, bunu ümid yeri bilərdilər. 
 
Mən aşıq suda yandı, 
Od gəldi, suda yandı, 
Dərdimi suya dedim, 
Od tutdu O da yandı.  
 
Halallıq, paklıq, bərabərlik kimi mənəvi xarakter daşıyan 
Novruz bayramının, Yeni il bayramının digər bir mahiyyəti də 
harama  göz  dikməyə  qarşı  yönəlmişdir  ki,  bu  məsələ  hazırda 
insanlığa  hava-su  kimi  gərəklidir.  Od-alov  köhnə  ildən  qalma 
azar-bezarı  yandırmaqla  bərabər,  haram  tikəyə  əl  uzadanların, 
nəfsinə  qalib  gələ  bilməyən  insanların  günahının  paklanması 
məzmununu özündə əxz etdirirdi və indi də etdirməlidir.  
Azərbaycan  Novruzunun  mütərəqqi  xüsusiyyətlərindən 
biri  də  Yeni  ildə  küsülülərin  barışdırılmasıdır.  Xalqımızın  bu 

 
25 
mənəvi dəyərinə görə köhnə ildən qalma söz-söhbətə, dedi-qo-
duya, kin-küdurətə, giley-güzara Novruzda xitam verilməsidir. 
Bu  adətə  görə  yaşayış  məntəqələrində  el-oba  ağsaqqalları,  ağ-
birçəkləri qabağa düşər küsülüləri bir-biri ilə barışdırardılar və 
böyüklərin sözləri hüquq məcəllələrindən çox-çox güclü idi.  
Novruz  qabağı  digər  bir  mərasim  "Mürvət-toyu"  adlanır 
və adətimizə görə kəndin, yaşayış məskəninin yetim uşaqlarını, 
imkansızları ağsaqqallar yığışaraq toyunu edər, onlara hav təş-
kil  etməklə  ev  tikər,  yeni  ailənin  təməlini  qoymaqda  yardımçı 
olardılar. 
Novruz  bayramında  Azərbaycan  xalqı  məişət  oyunları 
olan "Dirədöymə", "Zorxana", "Təkəçi", "Xan-xan" oyunların-
dan kəndirbazlardan, məzhəkəçilərdən, meydan tamaşalarından 
eninə-boyuna  istifadə  edərdilər,  xalq  toparlanaraq  şənlənərdi-
lər, birinin dediyi söz digərinin boğazında ilişməzdi. 
Novruzun  axırıncı  çərşənbəsində  Azərbaycan  insanları 
"Şal  sallama",  "Qulaq-pusqusu",  "Baca-baca",  "Nünnünü" 
mərasimləri  keçirər,  özü  üçün  "cığir"lar  açardılar.Bu  münasi-
bətlə  dahi  şairlərimizdən  biri  Şəhriyar  özünün  "Heydərbabaya 
salam" əsərində belə deyir: 
 
Bayram idi gecəquşu oxurdu
Adaxlı qız bəy corabı toxurdu. 
Hər kəs şalın bir bacadan soxurdu, 
Ay nə gözəl qaydadı şal sallamaq, 
Bəy şalına bayramlığın bağlamaq.  
 
Alicənab  insan,  alim,  yazıçı,  folklorşünas  Əzizə  xanım 
Cəfərzadə  yazır  ki,  il  təhvili  vaxtı,  yəni  gecə  ilə  gündüzün  ta-
razlaşdığı  o anı  anam  xüsusi marağımıza səbəb olan hazırlıqla 
başlardı. Naxışlı mis məcməyimizin ortasına əsl çinidən qədim 
lacivərdi kasamızı qoyar, içərisinə zəfəranla adlarımızı yazardı. 
Sonra  onun  dövrəsinə  bir  quru  balıq  qoyar  və  yeddi  qism  "S" 
hərfi  ilə  başlayan  şey  düzərdi:  piyalədə  su,  səməni,  quru  sün-

 
26 
bül,  sumaq,  gümüş  sim,  sənki-sitarə  (ay  daşı)  boyunbağı,  üzü 
qozla  bəzənmiş  sucuq  nimçəsi,  sarıkök  sürməturş,  acı  şeyləri 
isə Yeni il təhvil xonçasına düzməzlər". 
Yaz  gecə-gündüz bərabərliyi  olan martın 9-da (21-də)  el-
obamızın keçirdiyi bayrama Abbas Səhhətin münasibəti belədir: 
 
Ol gün ki, fəsli yaz olur
Gecə-gündüz taraz olur. 
Havanın artır istisi. 
Daha soyuqluq az olur. 
 
Azərbaycanda  Novruzun  gəlişinin  bir  təzahürüdə  yaz 
müjdəçisi  novruzgülü,  gicitkan,  qulançar,  mərövcə  torpaqdan 
baş qaldırıb, qazı dəlməsi, üzə çıxması sayılır. 
 
Göydə bulud qanadını gəribdü, 
Novruzgülü dənər qarı dəlibdi. 
Ağ şamdanlı məcməyilər yan-yana 
Səmənilər düzülübdür eyvana. 
 
Uzun illərin müşahidəsi göstərir ki, qaranquş, durna, ala-
cəhrə,  şanapipik,  sığırçın,  hacıleylək  və  s.  köçəri  quşlar  ancaq 
Novruzun gəlişi ilə vətənimizə qayıdırlar. 
Azərbaycanda  qədim  türkün  Tanrıçılıq  mənəvi  dəyərlə-
rindən biri də bu topağın fauna və florası ilə yanaşı burada ya-
şayan, buraya gələn quşların toxunulmazlığı idi. Yaz müjdəçisi 
qaranquşun ardınca Azərbaycana hacıleylək gələrdi, kiçik yaşlı 
uşaqlar leyləyin gəlişinə sevinər, böyüklərdən muştuluq alardı-
lar. N.Dubrovin özünün "История войны и владычество рус-
ских  на  Кавказе,  СПв,  1871,  т.1,  ст,  351" əsərində yazır ki, 
"Azərbaycanlılar  arasında  leylək  toxunulmazdır.  Müsəlman 
əhali bu quşa nəinki toxunmur, əksinə, ona qulluq etməyi özü-
nə borc bilir. Bu da onunla əlaqədardır ki, bu quşlar hər yerdən 
müsəlmanlar arasında müqəddəs sayılan Məkkəyə cəmləşir və 

 
27 
məhz buna görə də azərbaycanlılar arasında "hacı-leylək" adla-
nır. Amma, N.Dubrovin bilmirdiki azərbaycanlılar İslamdan da 
əvvəl  Leyləyə  toxunmurdular  və  bu  qayda  onun  milli-mənəvi 
dəyərlərindən olan Tanrıçılıqdan qidalanırdı. 
Azərbaycan türkləri yaz zamanı uçub gələn kəpənəklərin 
rənginə  uyğun  olaraq,  bu  və  ya  digər  məhsulları  haqqında  söz 
deyə  bilirdilər.  Ağ  rəngli  kəpənəyin  çoxluğu  el-obada  ağartı 
(süd  məhsulları),  qırmızı  kəpənək  taxıl,  yaşıl  kəpənək  isə  ot-
alafın bolluğuna bir işarə demək idi. 
Novruz bayramını çox təntənəli keçirən Azərbaycan xal-
qı səməni göyərtməkdə dünyada birinci olmuşlar və taxılı, çö-
rəyi  müqəddəs  saymışlar.  Müasir  tarixçilər  ən  çox  midiya  in-
sanlarının, midiya türklərinin adını çəksələr də, əslində Midiya 
dövlətidə Azərbaycan dövrləri olmuş, əhalisi isə türk soylu ol-
maqla, bizim qədim babalarımızdandırlar. 
 
Səməni əl-əl gəzər, 
Dolanar, el-el gəzər. 
Novruz şamı yananda, 
Gözəllər tellin bəzər. 
 
21 martadək təbiətin dörd ünsürünü od, su, torpaq və kü-
ləyi qeyd  edən Azərbaycan türkləri bunların  hamısına birlikdə 
"cəmlə" mərasimi adı vermişlər. 
Azərbaycanda xüsusi əhəmiyyət verilən məsələlərdən biri 
də,  Novruzda  alovun  sehrli  kəsərini,  qüvvəsini  artırmaq  üçün 
nənələrimizin tonqala üzərlik atmasıdır. 
 
Üzərliksən havasan, 
Hər bir dərdə davasan. 
Balama kəc baxanın, 
Gözlərini ovasan. 

 
28 
Azərbaycanda  Novruzun  təmtəraqlı  keçmə  xüsusiyyətlə-
rindən  biri  də  yaz-bahar  gecə-gündüz  bərabərləşməsi  anında 
fişəng, güllə, top atılmaqla baharın qarşılanmasıdır. 
Novruz bayramı Azərbaycandan dünyaya yayılsa da, bu-
rada  daha  güclü  keçirilsə  də  bu  bayram  bir  sıra  dünya  xalqla-
rının həyatında mühüm  rol oynayan,  gəlişi  ilə təbiətdə, insan-
ların oturuşunda, duruşunda, geyimində - keçimində xeyli dəyi-
şiklik yaradan istinin, Günəşin artması ilə səciyyələnən bir bay-
ramdır.  Odur  ki,  Novruz  bayramının  dünya  xalqlarının  vahid 
Yeni  il bayramı kimi qeyd  edilməsi  haqqında beynəlxalq  YU-
NESKO  təşkilatında  dəfələrlə  məsələ  qaldırılsada,  “ikili  stan-
dart” burada da öz “bəhrəsini” vermişdir. 
Ədalət  naminə  deməliyik  ik,  martın  21-i  Ümumdünya 
meterologiya  günü  kimi  qeyd  olunur  və  həmin  gün  BMT-nin 
qərarı  ilə  Yer  günü  elan  edilmişdir,  əkin-biçinlə  məşğul  olan 
ulularımız Novruz bayramının, Bahar bayramının gəlişini həm 
də  şum  bayramı  kimi  qəbul  edərdilər.  Onlar,  özlərinin  çörək 
ağacı olan xışı, cütü, kotanı və eləcədə öküzü, kəli əzizlər, bay-
ram öncəsi sahmanlar, işə başlayanda mahnılar oxuyar, holavar 
mahnıları ilə iş görərdilər. 
 
Bahar gəldi yer oyandı, 
Soyuq qışın yası gəldi. 
Ala öküz, çək kotanı, 
Örüşlərin yazı gəldi. 
 
Öküzüm cütə gedər, ho de, 
Açılıb ota gedər, ho de, 
Malı mallılar, ho de, 
Qolu canlılar, ho de. 
 
Qızıl öküzüm, yeri, 
Qoyma şum qala geri
İti tərpən, maralım, 
Düşmənlər baxır bəri. 

 
29 
El obada şuma çıxma, eləcə də səpin dövründə nənələri-
miz buğda göyərdər hədik bişirərdilər ki, bunlarda xalq sınağı-
na görə bərəkət rəmsi sayılırdı. 
Məlum  olduğu  kimi  ilin  üç  ay  davam  edən  yaz  fəsli  öz 
yerini 22 iyunda yaya verir. Martm 22-dən uzanmağa başlayan 
gün 22 iyunda ilin ən uzun günü və ən qısa gecəsidir. Bundan 
sonra gündüzlər tədricən qısalmağa, gecələr isə uzanmağa baş-
layır və bu hal 22 dekabra qədər davam edir. 
Azərbaycanda  istər  qədim  Tanrıçılıq  dini-mənəvi  dəyər-
lər  dövründə  və  istərsədə  Atəşpərəstlik  dövründə  təbiətə,  təbi-
ətdə  olan  bitki  aləminə,  xüsusən  meşəliklərə,  hətta  canlılar 
aləminə  çox  yaxşı  münasibət  olmuş,  təbiət  Tanrının  yaratdığı 
toxunulmazlıq sayılmışdır. 
Arzu edərdik ki, müasir insanlar da qədim ata-baba milli-
mənəvi  dəyərlərimizi  araşdırsın,  təbiətin  toxunulmazlığının 
mənasını özü üçün əxz etsin və tamahının quluna çevrilməsin. 
1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə