ZĠyadxan nəBĠBƏYLĠ



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə14/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

XI FƏSĠL 
 
ĠÇMƏLĠ SU VƏ ONUN EKOLOGĠYASI 
 
11.1. Azərbaycanda içməli suyun ekoloji vəziyyəti 
 
Respublikanın içməli su mənbələri dedikdə əsasən çayla-
rımız, bəzi göllərimiz, müxtəlif növ quyularımız, kəhrizlərimiz 
və s. başa düşülür. Əksər su mənbələrimiz üçün bu gün xarak-
terik olan mülayim çirklənməqatı çirklənməĢorluluq ayıd 
edilir. 
Dağ  və  dağətəyi  zonalarımızda  çaylarımız,  bulaqlarımız 
aran  bölgələrindən  xeyli  təmizdir.  Ən  təmiz  bölgə  Kiçik  Qaf-
qazdır ki, o da hazırda erməni əsarətindədir. Bu bölgələrin də-
nizdən hündürlüyü də başqa dağlarımıza nisbətən daha çoxdur, 
yaşayış da yoxdur, yaxud nisbətən seyrəklikdir. Torpaq örtüyü, 
meşəsi var, kimyəvi maddələr işlənən təsərrüfatları yoxdur. Bu 
səbəbdən də söylənilən bölgələrdə üst suları içməli sular ekolo-
ji  cəhətdən  təmizdir  və  onlarda  insan  orqanizminə  lazım  olan 
mineralların miqdarı kifayətləndiricidir. 
Quba-Xaçmaz  çayları  mülayim  çirklənmə  qrupundadır, 
amma yeraltı içməli suları təmizdir. Bu bölgənin çaylarının çir-
kliliyi  bölgədəki  konserv  zavodu,  kommunal  təsərrüfat  kombi-
natlarının  tullantıları,  şəhər  və  qəsəbələrin  çirkab  sularının  tə-
mizlənmədən  axıdılması  hesabınadır.  Bölgənin  sularının  tərki-
bində  fenol,  mis  birləşmələrinin  miqdarı  normadan  xeyli  artıq-
dır. 
ġəki-Zakatala çayları nisbətən təmiz, bəzi yerlərdə mü-
layim  çirkli  olub,  fenol  və  mis  birləşmələrinin  qatılığı  norma-
dan 5-6 dəfə artıqdır. Bu bölgədə dağlardan aşağı endikcə çirk-
lənmənin də miqdarı tədricən artıq və normanın-5-8 dəfə ötür. 
Lənkaran-Astara  bölgəsi  suları əsasən təmizdir, yalnız 
İstisuçayın aşağı axarlarında çirklənmə normanı bəzən 4-6 dəfə 
ötə bilir. 

 
169 
Böyüklüyünə görə Azərbaycanın 2-ci çayı olan Araz əsa-
sən mis birləşmələri, fenollar, neft məhsulları, çirkabla axıdılan 
cürbəcür zəhərli maddələrlə və s. çox zəngin olub, zəhərli kom-
ponentləri  normadan  7-12  dəfə  çoxdur.  Araz  çayı  çox  böyük 
yaşayış məntəqələrindən keçir və həmin  əhali, onların  təsərrü-
fatları  bu  sudan  istifadə  etmək  məcburiyyətindədirlər.  Arazın 
çox çirkli olmasının səbəbi milli düşmənimiz olan ermənilərin 
Oxçuçay boyunca olan Qafan mis kombinatı, şəhər və qəsəbə-
lərin  çirkab  sularının  təmizlənmədən  qəsdən  çaya  axıdılması-
dır. Hətta, indi ehtimal var ki, ermənilər atom elektrik stansiya-
sının  tullantılarını  və  qəsdən  kimyəvi  tərkibi  müəmmalı  olan 
maddələri  də  Araz  çayına  axıdırlar.  Ona  görə  də  Araz  çayının 
suyundan  istifadə  zamanı  "erməni  amili"  heç  vaxt  unudulma-
malıdır. 
Kür  çayı  həm  böyüklüyünə,  həm  keçdiyi  ərazilərə,  on-
dan  istifadəyə,  respublika  əhalisinin  həm  təsərrüfatında,  həm 
də içməli su mənbəyi kimi istifadə etməsində, elektrik enerjisi 
istehsalında  Azərbaycan  üçün  əvəzsizdir.  Öz  başlanğıcını  qar-
daş Türkiyədən, Şimali Qafqazdan götürən Kür Xəzərə, xüsu-
sən Bakıya gəlib çatana qədər o dərəcədə zəhərli kimyəvi mad-
dələrlə çirklənir ki, əslində heç bir istifadəyə yaramayan vəziy-
yətə  düşür.  Biz  bircə  amilin  üzərində  dərindən  fıkirləşməliyik 
ki, gürcülər Kürün suyunun hətta suvarmada istifadəsini qada-
ğan  ediblər.  Tibilisi  də  başda  olmaqla,  Kür  boyunca  yerləşən 
bütün şəhər və qəsəbələrin çirkab suları, sənaye tullantıları və 
s.  çaya  axıdılır.  Respublikamızda  da  mümkün  olan  bütün  tul-
lantılar  Kür  çayına  axıdılır.  Böyük  Qafqaz  çayları  yaz-payız 
mövsümlərində  çoxlu  sellər  əmələ  gətirdiyindən  Kür  çayına 
həddindən  artıq  həm  zəhərli  maddələr,  həm  də  mexaniki  qarı-
şıq  gətirir.  Tibilisi,  Rustavi  şəhərlərindən  keçib  Azərbaycana 
çatana qədər Kür suyunun tərkibindəki zəhərli kimyəvi birləş-
mələrin  miqdarı  normanı  9-14  dəfə  ötür.  Mingəçevir  su  tu-
tarında mexaniki qarışıq nisbətən çöksə də, kimyəvi təmizlən-
mə prosesi getmir. 

 
170 
Mingəçevir  şəhərində  Kür  çayının  su  tutarından  çıxan 
hissədə  çayın  suyu  "Azərelektroizolit",  "Azərrezintexnika", 
"Şüşəlif", "Yolmaşın", "Azərkabel", Dəmir-beton məmulatı, Ət 
kombinatı  və  Mingəçevir  kommunal  təsərrüfat  müəssisələrin-
dən axıdılan çirkab suları ilə daha da çirkləndirilir. 
Təkcə Mingəçevir şəhərindən Kürə atılan çirkab suyunun 
həcmi  1,4  mln.m
3
  təşkil  edir.  Həmin  tullantıların  tərkibində 
neft məhsullarının bütün mövcud məhsulları, sulfatlar, mis bir-
ləşmələri,  asılı  maddələr  və  s.  kimyəvi  çirkləndiricilər  vardır. 
Bu səbəbdən də burada neft məhsullarının qatılığı normadan 3-
4 dəfə, fenollar 15-16 dəfə , mis 14 dəfə artıqdır. 
Yevlax şəhəri  yaxınlığında bu qatılıq bir az da artır. Ba-
kıya  yaxınlaşdıqca  Kür  Surra  qəsəbəsinin,  Şirvan,  Salyan, 
Neftçala şəhərlərinin, Neftçaladakı "Telemexanika istehsal bir-
liyi",  Şimal-Şərqdə  isə  Bankə  qəsəbəsindəki  Balıq  kombi-
natının, Yeni Yod-Brom zavodunun çirkab suları hesabına da-
ha da çirklənir. Bankə balıq zavodunun Kürə axıtdığı çirkab su-
larının illik həcmi 28 mln.m
3
-dan çoxdur. Kürlə Araz birləşdik-
dən  sonra  çirklənməsi  dəhşətli  dərəcədə  artır.  Belə  ki,  Salyan 
şəhəri ətrafında Kürdə minerallaşmanın həddi 1030-1070 mq/l-
ə və daha yuxarı səviyyəyə qalxa bilir. Söylənilənlər ancaq və 
ancaq ümumi təsəvvür yaratmaq üçündür. Əslində Kürün suyu 
zərərli  kimyəvi  maddələrlə  daha  "zəngindir".  Gördüyümüz  ki-
mi  Bakıda  biz  sizlərlə  birlikdə  həmin  kimyəvi  tərkibli  və  çir-
kablı  suları  məmuniyyətlə  içirik.  Hətta  çoxlarımız  bu  suya  da 
həsrətik. 
 
 
11.2. Saf su haqqında nəyi bilirik 
 
Saf  su-bu  gün  dünyanın  ən  böyük  problemlərindən  biri-
dir. İnsan sağlamlığı ilə bağlı olan saf su problemi Respublika-
mız üçün də çox önəmlidir. Çünki Azərbaycanda təmiz su ehti-

 
171 
yatı çox azdır. Ən yaxşı və saf sularımız Kiçik Qafqazdadır ki, 
o da erməni "əsirliyi"ndədir. 
Bu  yazıda  əsas  məqsədimiz  söylənilənlər  olmasa  da,  saf 
su  nəyə  qadirdir,  məsələsinin  həm  mütəxəssisləri  və  həm  də 
bütün oxucularımız üçün maraq doğuracağını nəzərə alaraq bu 
sətirləri yazmaq qərarına gəldik. 
Eramızdan  əvvəl  VI  əsrdə  yaşamış  Fales  söyləyirdi  ki, 
dünya  "ilk  başlanğıc  olan  sudan"  yaranmışdır.  Hippokrat  isə 
deyirdi:  "su-bütün  başlanğıcların  başlanğıcıdır".  Romalı  alim 
Pliniy yazırdı: "Su torpağı udur, odu söndürür, yüksəkliyə qal-
xır, göyü özünə mənzil edir, Göydə çovlan edən sudan qəribə 
nə ola bilər". 
Qədim  xalqlar  suyu  bütün  Allahların  Gimkəsi  (yığıncaq 
yeri)  hesab  edir,  ona  sitayiş  edirdilər.  Suyun  həyat  və  ölümün 
anası hesab edirdilər. 
Ağır sinir pozuntularında, ürəkgetmədə, mədə xəstəliklə-
rində və s. su ən yaxşı dərmandır. Bəlkə də ona görədir ki, qə-
dim xalqlar su haqqında bir sıra əfsanə və nağıllar -su pəriləri, 
su adamı və s. yaratmışlar. 
Qədim  Asiya  xalqlarında  su  müharibə  və  mübarizələrə 
səbəb olurdu. 
Əgər, 50 sm yüksəklikdən başa 60 damcı soyuq su düşsə 
adamı  öldürər.  Bu  səbəbdən  də  qədimdə  "su  damcıları  ilə 
ölüm" cəzası kəsirdilər. 
Yer kürəsinin temperaturu 3000
0
C olan dövrdə su sərbəst 
hidrogen  və  oksigen  qazları  şəklində  olmuşdur.  Alimlərin  fık-
rincə, qədim geoloji dövrlərdə Yer kürəsində temperatur 100
0

olan  vaxtlarda  su  buxar  halında  olmuşdur.  Ona  görə  də  o  za-
man çay, göl, dəniz və okean olmamışdır. 
Dənizin əmələ gəlməsi Yer kürəsinin tarixində ilk səhifə 
və Yer qabığının fəaliyyətinin başlanğıcı hesab olunur. 
Yerdə bir çox maddələr qum, gil, gips, qazıntıların yataq-
ları suyun fəaliyyəti nəticəsində əmələ gəlmişdir. 

 
172 
Bütün  su  bir  damcı  halına  salınsa,  o  damcının  diametri 
1500 km olar. Dərələr, qobular, yarğanlar, dağlar, qumlu, səh-
ralar - suyun uzun müddətdə gördüyü işin nəticəsidir. 
Bütün  su  Yer  kürəsinə  bərabər  təbəqə  şəklində  yayılsa 
dünya okeanının ümumi dərinliyi 4 km olar. 
Bütövlükdə meteoroloji xidmət su ilə sıx əlaqədardır. Ya-
ğış, qar, dolu yağması, havanın aydın və ya buludlu isti və ya so-
yuq, sakit və ya küləkli olması təbiətdə olan sudan əmələ gəlir. 
Az və çox temperatur anlayışı üçün suyun donma nöqtəsi 
(0
0
C) əsas vasitədir. Su buxara çevriləndə onun həcmi 1700 də-
fə artır və buna görə də buxar qazanlarında onun gücündən isti-
fadə edilir. 
Su bir atmosfer -760 mm civə sütunu təzyiq altında olan-
da 100
0
C-də, 10 mm təzyiq altında isə 11,2
0
C -də qaynayır. 
Suyun qaynama temperaturu olan 100
0
C canlı orqanizmlə-
rin yaşaya bildiyi son həddir. Bu səbəbdən də suda olan xəstəlik 
törədici bakteriyaların çoxunu qaynatmaqla məhv edirlər. 
Susuz  yaşıl  yarpaqda  şəkər,  nişasta,  yağ,  turşu  və  başqa 
maddələr əmələ gələ bilməz. 
Yer  üzərində  23  milyon  kvadrat  kilometr  buz  səhraları 
vardır. 
Təkcə çaylardakı və torpaqdakı su 250 min kub kilometr 
həcmindədir. 
Hər il atmosferə 380 min kub kilometr su buxarlanır. 
Keçmiş SSRİ-də hesaba alınan suyun ümumi enerjisinin 
gücü gündə 200 miliyon kilovatdan çox idi. 
400
0
C-də hidrogenlə oksigen 80 gündən sonra, 500
0
-də isə 
2 saatdan sonra birləşib su verir. Proses 600
0
C-də gedərsə böyük 
partlayış olar. 3000
0
C-də su hidrogen və oksigenə parçalaşır. 
4000
0
C-də isə bu proses böyük partlayışa gedir. 
Dəniz suyunda 50-yə yaxın müxtəlif duz var, o cümlədən 
qızıl, gümüş, radium, sezium kimi metalların duzları da çoxdur. 
Təkcə Volqa çayı hər il Xəzər dənizinə təxminən 70 mil-
yon ton duz gətirir. 

 
173 
Adi  suda  hər  6500  molekula  1  molekul  "ağır  su"  düşür. 
Buna  görə  də  böyük  şəhərlərin  əhalisi,  özləridə  bilmədən,  on 
tonlarla "ağır su" sərf edirlər. 
"Ağır su" canlı orqanizimlər üçün çox zərərlidir. 
Süni yağış yağdırmaq üçün havanın üst qatına təyyarə ilə 
xırdalanmış "quru buz"- bərk halda karbon qazı səpilir və eyni 
vaxtda  havanı  xırdalanmış  gümüş  0-0  yodid  dənəcikləri  ilə 
"güllələyirlər". 
Kimyaçı  alimlər  suyu  mürəkkəb  maddələrin  4  sinifə  aid 
edirlər. 
Yəni su oksiddir - hidrogenin oksigenin birləşməsidir, su 
turşudur -hidrogen birinci yerdə durur və metalla əvəz edilir, su 
əsasdır - hidrogen metal kimi hidroksil qrup ilə birləşmişdir, su 
duzdur - hidrogenin bir atomu metal kimi 1-ci yerdə, 2-ci atom 
isə qeyri-metal kimi 2-ci yerdə durur. 
Bir sözlə "möcüzəli" maye olan su haqqında insanlar hələ 
çox məsələləri öyrənməlidirlər. 
 
 
11.3. Ġçdiyiniz suyu tanıyırsınızmı! 
 
Hələ qədimdən insanlara su sirli bir aləm kimi görünmüş-
dür. Su insanlara çox yaxındır. Lakin, insanlar hələdə suyu ta-
mamı ilə öyrənib qurtarmamışlar. Suyun tərkibi, fıziki-kimyəvi 
xüsusiyyətləri ilə bir çox alimlər məşğul  olmuşlar. Məlum ol-
duğu  kimi  su  istiliyi  özündə  saxlayan  ən  yaxşı  mayedir.  Elə 
ona görədir ki, istilik tutumlu maddə kimi sudan texnikanın bü-
tün sahələrində çox geniş miqyasda istifadə edirlər. İnsanlar da 
bədənlərində istiliyi əsasən suyun hesabına saxlayırlar. Məlum 
olduğu kimi suyu qaynatdıqda qabın divarlarında ərp əmələ gə-
lir ki,  texnikada bununla mübarizə  aparmaq lazım  gəlir. Digər 
tərəfdən bunun üçün xeyli vəsait xərclənir. Son vaxtlar alimlər 
müəyyən  etmişlər  ki,  suya  maqnitlə  təsir  etdikdə  qabda  ərp 
əmələ gəlmir. 

 
174 
Bu  sahədə  Azərbaycan  alimlərinin  də  böyük  əməyi  var-
dır.  Özünə  dünya  şöhrəti  qazanmış  Azərbaycanlı  alim,  akade-
mik Azad Xəlil oğlu Mirzəcənizadənin rəhbərliyi ilə maqnit tə-
sirinin  Sibir  neft  mədənlərində  tətbiqi  çox  yaxşı  nəticələr  ver-
mişdir.  Alimin  bu  işi  böyük  dövlət  vəsaitinə  qənaət  etmiş  və 
edəcəkdir. Daha sonra, alimlər insan dişlərini maqnitlənmiş su 
ilə  təmizləməyi  məsləhət  görürlər.  Bir  çox  xəstəliklərə  səbəb 
olan  qanda  normadan  artıq  əmələ  gələn  xolestrini  də  maqnit-
lənmiş su ilə müalicə etmək ən sərfəli müalicə üsuludur. Söylə-
diklərimizdən  əlavə  bir  çox  xəstəlikləridə  (dəri  xəstəliklərini, 
inkişafdan  qalmanı  və  s.)  maqnitlənmiş  su  ilə  müalicə  etmək 
çox  asan  və  sərfəlidir.  Bunun  əsas  səbəbi  maqnitlənmiş  suda 
ağır suyun (deyteriya -D
2
O) azalmasıdır. Ümumiyyətlə isə ha-
zırda suyun 10-dan çox növü məlumdur. 
Suda həll olunmuş qazı çıxardıqda isə bir çox fiziki-kim-
yəvi reaksiyaların sürəti qat-qat artır. Bu isə xırda məsələ deyil-
dir.  Tikintidə,  texnikada  betondan  istifadə  edilməyən  heç  bir 
sahə tapmaq mümkün deyildir. Bu sahədə maqnitlənmiş suyun 
tətbiqi  nəticəsində  lm
3
  betonda  50  kq  sementə  qənaət  edilir. 
Belə  suyun  tətbiqi  ilə  rəngləmə  texnikasında  da  əla  nəticələr 
alınmışdır. 
Suyun aydınlaşdırılmış xüsusiyyətlərindən biri də profes-
sor  Letnikovun  tətqiqatıdır.  O,  müəyyənləşdirmişdir  ki,  qapalı 
qabda təzyiqi çoxaltmaqla temperaturanı da artırıb, sonra suyu 
soyutduqda qəribə hadisə baş verir. Belə suda bir çox maddələr 
həddindən artıq yaxşı həll olur. 
Su  haqqında  söylədiklərimiz  əsasən  XX  əsrin  2-ci 
yarısında  Sovet  alimlərinin  əldə  etdikləri  müvəffəqiyyət-
lərdəndir.  Digər  tərəfdən  alimlərimizin  bu  sahədəki  müvəffə-
qiyyətləri  söylədiklərimizdən  daha  çoxdur.  Lakin  alimlər  belə 
hesab edirlər ki, su çox möcüzələrə qadirdir. Onu isə uzun illər 
öyrənmək lazım gələcəkdir ki, buda insan aləminə bir çox yeni-
liklər gətirəcək və həm də xeyir verəcəkdir. 
Susuz yaşayış mümkün olmazdı! 

 
175 
 
 
11.4. AbĢeron suları 
 
Abşeronun, xüsusən Bakının yeraltı suları haqqında tarixi 
mənbələrdə xeyli məlumata rast gəlmək mümkündür. 
Bu barədə Azərbaycan coğrafıya elminin görkəmli adam-
larından olan Əbdürəşid Saleh oğlu Bakuvidə oxuyuruq. Özü-
nün dediyi kimi, Bakı Əbdürəşid Bakuvinin ata yurdudur. Ba-
kuvi öz dövrünün Bakısı haqqında maraqlı yazıların müəllifıdir 
və  bu  yazılarda  Abşeron  əhalisinin  istifadə  etdiyi  sular 
haqqında qiymətli məlumatlar vardır. 
Onun Bakı suları haqqında dediyi- "su qayalarda qazılmış 
quyulardan çıxarılır və şirindir" sözləri hazırda heç kimdə şüb-
hə doğurmur. 
Son  illər  İçərişəhər,  Qız  qalası  və  s.  yerlərdə  aparılan 
qazıntılar zamanı aşkar edilmiş su quyuları və həmin suların iç-
məyə  yararlı  olduğu  dəfələrlə  təsdiq  edilmişdir.  Ta  qədimlər-
dən,  Abşeronda  yaşayan  əhalinin  su  ilə  təchizatı  bu  quyuların 
hesabına olurdu. 
Hətta, su quyularının sayının 20 minə çatması və bunların 
yeraltı  tunellərlə  birlşdirilməsi  haqqında  məlumatlar,  hazırda 
isə elmi-tədqiqatlarla təsdiqi vardır. 
Bu qayda ilə yaradılmış kəhrizə bir nümunə kimi Xan sa-
rayına Bakının "Dağüstü" deyilən yerindəki süxurlardan tunel-
lər vasitəsilə axıb gələn suyu misal göstərmək olar. Belə bir ye-
raltı  su  qurğusunun  Abşeronun  qədim  yaşayış  məntəqəsi  olan 
Mərdəkanda və başqa yerlərdə aşkarlanması və tarixi yazılarda 
olması da məlumdur. 
Bakı şəhərində aparılan tikintilər, xüsusən metro tikintisi 
zamanı həddindən çox su quyuları və onları birləşdirən tunellər 
aşkar  olunmuşdur.  Tikintilərə  mane  olan  bir  çox  yerlərdə  bu 
quyuların suyu dondurularaq, axının qarşısı alınmışdır. Əslində 
isə tətbiq  olunan üsulun özü təbii qanunauyğunluğa və  cəmiy-

 
176 
yətə ziddir. Azərbaycan Dram Teatrı və "Azərnəşr" binalarının 
yanından  və  Əlyazmalar  İnistitutu  ilə  "İsmailiyyə"  binaları 
arasından gələn belə tunellər və quyulardakı içməli sular hazır-
da axaraq çirkab sularına qarışır. 
Maraqlı burasındadır ki, Abşeronun bir çox yerlərində iç-
məli saf sularla yanaşı mineral sular, vanna kimi qəbul edilə bi-
lən  bir  çox  su  mənbələri  mövcuddur.  Suraxanı,  Şıx  yaşayış 
məntəqələrindəki sular bir çox dərdləri müalicə etməyə həddin-
dən ziyada faydalı, aidiyyatı təşkilatlar üçün maraqlı olduqları 
halda, biganədirlər və bu da xüsusi problemdir. 
Abşeronun mineral içməli sularına gəldikdə isə bu suları 
öz kimyəvi tərkibinə görə 4 növə bölürlər və bu suların tərkibi 
ayrı-ayrılıqda  məşhur  mineral  suların  tərkibinə  çox  yaxındır. 
Müxtəlif xəstəliklərin müalicəsində əvəzsiz rol oynaya bilən bu 
sulardan birinci növ olanı "Badamlı" suyuna  yaxın olub, mad-
dələr mübadiləsinin pozulması zamanı istifadəyə yarayır. İkinci 
növ suların tərkibi "Mahaçqala" müalicə əhəmiyyətli süfrə su-
yuna  bənzəyir.  Ondan  istifadə  mədə-bağırsağın  xroniki  xəstə-
liklərində,  öd  yollarının  və  qara  çiyərin  iltihabı  proseslərinin 
müalicəsində yaxşı nəticə verir. 
Mərdəkan  qəsəbəsindəki  "Abşeron"  mədə-bağırsaq  sa-
natoriyasının  həyətindən  çıxan  su  mineral  su  kolitləri,  mədə 
turşuluğu az olanları, öd və öd yolları, qara ciyərin bəzi xəstə-
liklərinin müalicəsində çox effektli təsir verir. Üçüncü növ su-
lar  "İJEVSK"  müalicə  suyuna  bənzəyir.  Bu  növ  sular  bir  sıra 
daxili  və  xarici  xəstəliklərin  müalicəsində  çox  böyük  səmərə 
verir.  Dördüncü  növ  sular  da  bir  çox  dərdlərə  dərman  olub, 
"KRİMSKAYA"  və  "KRIMSKİ  NARZAN"  müalicə  sularına 
bənzəyir. 
Abşeronun  şirin  suyu,  mineral  suları  haqqında  məlumat 
mətbuatda çox az işıqlandırılsa da, mütəxəssislər bu suların bir 
çox  xüsusiyyətləri  haqqında  müəyyən  məlumata  malikdirlər. 
Belə ki, haqqında qısaca məlumat verdiyimiz bu suların nümu-
nələri  respublika  sanatoriya-epidemioloji  stansiyasında,  elmi-

 
177 
tədqiqat kurortologiya institutunda və s. aidiyyatı yerlərdə diq-
qətlə yoxlanılmış və nöqsanlarımız üçün çox yararlı olması də-
fələrlə təsdiq edilmişdir. 
Arzu edilərdi ki, əhalisinin təxminən yarısı onun paytaxtı 
olan  Bakıda  yaşayanlar  üçün  istənilən  suyun  çatışmamazlığı 
şəratində çox da uzağa  getmədən Abşeronun bütün  yeraltı su-
larından səmərəli istifadə olunaydı. Çünki, bu gün Bakıda tex-
niki  su  ilə  yanaşı  saf-şirin  suya,  müalicəvi  əhəmiyyəti  olan 
Narzan  və  süfrə  sularına,  vanna  şəklində  qəbul  edilə  biləcək 
müalicəvi sulara çox böyük ehtiyac var və iqtisadi nöqteyi nə-
zərdən daha səmərəlidir. 
 
 
11.5. Ġçməli su niyə çatıĢmır? 
 
"Bullanıq  suda  balıq  tutan"  nazirliklər,  idarə  və  təşkilat-
lar, yerli hakimiyyət orqanları hökumət qərarlarını düzgün icra 
etmirlər 
Abşeronda suyun qıt və çirkli olması yayda adamlara da-
ha  çox  əziyyət  verir.  Əsrin  birinci  yarısından  əhaliyə  duru  su 
verən qapalı və II Şollar kəmərləri sistemi də öz şöhrətini itirir. 
Kəmərlərdən  içməli  suyun  sızması  azmış  kimi,  Sumqayıt  mü-
əssisələri ondan texniki məqsədlə də faydalanırlar. 
60-cı illərin əvvəllərində yaranmış Ceyranbatan su dərya-
çası da indi qibtəediləcək durumda deyil. Onun tam tutumu la-
yihə  üzrə  186  milyon  kubmetr,  1977-ci  ilin  əlavələrinə  görə, 
172,5 milyon kubmetr olub. Üç il bundan qabaq aparılan araş-
dırmalar  isə  həmin  rəqəmin  139,6  milyon  kubmetrə  endiyini 
göstərib.  Deməli,  dəryaçanın  su  tutumu  sürətlə  azalır.  O,  Sa-
mur, Qudyal və Vəlvələ çaylarından qidalanır. Samur-Abşeron 
kanalı  (SAK)  ilə  tənzimlənir,  SAK-ın  sanitar-mühafizə  zo-
nasında olan qanun pozuntularının çoxu Dəvəçi və Abşeron ra-
yonlarında baş verir. 

 
178 
Dəryaçada  suyun  sabit  qalması  onun  lillənmədən  qorun-
ması ilə sıx bağlıdır. Samur təbiətən çox lilli çaydır. Bu, SAK-
ın baş durulducularını sıradan çıxarır, kanal müntəzəm lillənir. 
Onun su buraxma qabiliyyəti azalır. 
Ceyranbatan  dəryaçasında  daim  sızan  suların  qəsəbədə 
və  onun  ətrafındakı  torpaq  sahələrində  yaratdığı  bataqlıqlarda 
bu su mənbəyinə xidmət etməli olan rəhbər şəxslərin özləri çir-
kaba bulaşır. Gölün  şimal  və cənub bəndlərində  sızmanın qar-
şısını  almaq  üçün  Nazirlər  Kabinetinin  22  may  1992-ci  ildə 
verdiyi  279  saylı  qərarda  nəzərdə  tutulurdu  ki,  bəndin  içində 
gil-sement  məhlulundan  "Azərdövlətsutəslayihə"  İnstitutunun 
layihəsi  əsasında  divar  hörülüb,  1994-cü  ildə  istifadəyə  veril-
sin. Ancaq "Aztunelmetrotikinti" İstehsal Birliyi bu divarı əsrin 
tikintisinə çevirib, Meliorasiya və Su Təsərrüfatı Dövlət Komi-
təsi həmin divarı xeyli sonra istifadəyə verdi. Və ya başqa mi-
sal:  dəryaçanın  sanitar-mühafizə  zonasının  qorunması  üçün 
1993-cü  ildən  "Samur-Abşeronsutikinti"  tresti  gölün  ətrafında 
22 km-lik çəpər çəkməyi xeyli yubatdı. Halbuki Nazirlər Kabi-
netinin yuxarıda xatırladığımız qərarında həmin tikintini 1993-
cü  ildə  başa  çatdırmaq  nəzərdə  tutulurdu.  Beləliklə,  hökumət 
qərarlarının icrasına biganəlik göstərildi. 
Ceyranbatan kəmərinin təmizləyici qurğuları da yaxşı iş-
ləmir. Bunu qismən ört-basdır edən suyun göldə təbii durulma-
sıdır. Orda su təmizləyici qurğulara tökülür və bir az çirklənmiş 
halda çıxır. Reagent verildikdən sonra bərbad halda süzgəclərə 
ötürülən su yaxşı təmizlənmir və bulanıq halda süzgəclərə ötü-
rülən su yaxşı təmizlənmir və bulanıq halda təlabatçılara gön-
dərilir.  Nəzərə  almaq  lazımdır  ki,  suya  olan  tələbatı  ödəmək 
üçün  təmizləyici  qurğuları  hətta  çaylara  da  qoyurlar.  Çaydakı 
lilli  təmizləməyə  gücü  çatmayan  qurğular  yararsız  hala  düşür. 
Sumqayıt və Bakı şəhərlərinin, Abşeron yarımadasındakı yaşa-
yış  məntəqələrin  içməli  su  ilə  təmin  edən  Ceyranbatanın  və 
SAK-ın  sanitar-mühafizə  zonasının  yox dərəcəsində  olmasının 
bir səbəbi də var; Qusar, Quba, Xaçmaz, Dəvəçi və Siyəzən ra-

 
179 
yonlarındakı fərdi təsərrüfatlar, ictimai müəssisələr çirkab sula-
rının bura keçən II Bakı su kəmərinin üstünə axıdırlar. Xaçmaz 
şəhərində  kanalizasiya  sistemi  olmadığından  yağıntı,  çirkab  I 
Bakı kəmərinin ətrafında toplanır. SMZ-dakı istixanalar, tikin-
tilər  də  bir  tərəfdən  çirkləndirirlər.  Bütün  bu  qanunsuzluqlar 
adları  çəkilən  yaşayış  məntəqələrinin  hakimiyyət  orqanlarının 
və  Daxili  İşlər  Nazirliyi  Mühafizə  İdarəsinin  su  kəmərlərinin 
mühafizəsi üzrə polis alayının biganəliyi üzündən baş verir. 
İndiki  durumu  nəzərə almaqla  yeni  qərar qəbul edilərsə, 
orada bu tədbirlər nəzərə alınmalıdır: 
-SAK-ı  qidalandıran  Samur,  Qudyal  və  Vəlvələ  çayları-
nın məhdudlaşdırıcı zonasının sərhədləri müəyyənləşdirilsin
-Xudat şəhərində I su kəmərinin 10-12 metrliyindəki ev-
lər,  Xaçmaz  şəhərilə,  Müzəffəroba  kəndində  su  kəmərinin  10-
15 metrliyində tikilən fərdi evlər, Dəvəçi şəhərinin Qaqarin qə-
səbəsindəki 2 saylı məktəb, 2721 saylı avtobaza, kafe və b. ob-
yektlər ləğv edilsin
-Quba  şəhəri  və  Krasnı  Slobada  qəsəbəsində  SAK  boyu 
yağıntı sularını SAK-dan su götürən yerdən aşağı olmaq şərtilə 
çaya buraxmaq üçün betonlaşdırılmış kanal tikilsin
-Dəvəçi  və  Siyəzən  şəhərlərində  SAK-a  çirkab  sularının 
axıdılmasının qarşısı alınsın; 
-Siyəzən qaz-benzin zavodu yaxınlığında SAK-ın keçdiyi 
ərazidə sənaye və çirkab suları bataqlığı qurudulsun; 
-Ceyranbatan su anbarının SMZ-da yerləşən Bakı quşçu-
luq  fabrikinini  və  onun  yanındakı  cənub  bəndinin  ətrafına  çir-
kab suları axıtmasına son qoyulsun. 
Bundan başqa, borularının 800 km-lik hissəsi 30 ildən artıq 
işləyən Bakı şəhər supaylayıcı sisteminin də əsaslı təmirə ehtiyacı 
var.  Bu  yöndə  tezliklə  səmərəli  iş  görülməsə,  Bakıda  su  çatış-
mazlığı indikindən də qat-qat ciddi sosial problemə çevriləcək. 
1   ...   10   11   12   13   14   15   16   17   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə