ZĠyadxan nəBĠBƏYLĠ



Yüklə 2.76 Mb.
Pdf просмотр
səhifə1/30
tarix22.05.2017
ölçüsü2.76 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   30

 
ZĠYADXAN NƏBĠBƏYLĠ 
 
 
 
 
 
 
 
 
EKOLOGĠYA VƏ 
FÖVQƏLADƏ HALLAR 
 
 
Azərbaycan Respublikası Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi – Xəzər Kompleks 
Monitorinq  İdarəsinin  03.02.2011-ci  il 
tarixli,  12  saylı  qərarı  (protokol  №3)  və 
Fövqəladə  Hallar  Nazirliyi  –  Xətai  rayon 
şöbəsinin 06.03.2011-ci il tarixli, 07 saylı 
qərarı  (protokol  №7)  ilə  çapa  məsləhət 
görülmüşdür.
 
 
 
 
 
 
 
 
BAKI – 2012 

 

Elmi  
redaktoru: 
Ġsrafil Cəlilbəyli 
 
Rəyçilər: 
Qənbərov Mirsalam 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi –  
Xəzər Kompleks Monitorinq İdarəsinin rəisi 
 
 
 
Cabbarov Mikayıl 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi – 
 
 
Xəzər Kompleks Monitorinq İdarəsinin rəis müavini 
 
 
 
 
 
Ġsgəndərov Rasim 
Fövqəladə Hallar Nazirliyi – Xətai Rayon  
Fövqəladə Hallar İdarəsinin rəisi 
 
 
 
 
Ziyadxan  Nəbibəyli.  Ekologiya  və  fövqəladə  hallar.  Bakı 
2012, 380 s. 
 
Kitab elmi  əsər olmaqla Azərbaycanın təbiətinə, meşələrinə, yeraltı 
və yerüstü sularına, havasına, torpağına, ətraf mühitə, onların, müasir eko-
logiyasına,  çirklənməsinə,  Azərbaycan  ekologiya  tarixinə,  neft  və  qazın  ta-
rixinə,  xalq  feneologiyasına,  ətraf  mühitin  mühafizəsinə,  ətraf  mühitin  və 
ekoloji faktorların insanların sağlamlığına təsirinə, radioaktiv çirklənməyə, 
yağıntıların kimyavi tərkibinə, beynəlxalq dəniz hüququna, Xəzərin tərəddü-
dünə, hidrometeorologiyaya, zəlzələyə, milli sularımız və onların beynəlxalq 
hüququna,  kosmosdan  yer  ekologiyasını  müşahidəyə,  yağıntıların  törətdiyi 
sellərə, saf suya, Xəzərin ekologiyasına, beynəlxalq hava hüququna, Laçının 
təbii sərvətlərinə, çirklənmiş mühitin mühafizəsinin hüquqi əsaslarına, eko-
logiya və qədim milli  –  mənəvi  dəyərlərimizin əlaqəsinə  və söylənilənlərin 
fövqəladə hallar yaratması və s. həsr olunmuşdur. 
Kitab  ekoloji  amillərlə  fövqəladə  halların  qarşılıqlı  əlaqəsinə  həsr 
olunmuş ilk təşəbbüsdür. 
Əsər  ekologiya,  hidrometeorologiya,  ətraf  mühitin  mühafizəsi,  təbii 
fəlakətlərin  fövqəladə  hallar  yaratması,  tikinti,  şəhərsalma,  mülki  müdafiə 
və s. ilə məşğul olan mütəxəsislər, elmi işçilər, aspirantlar, sahə ilə məşğul 
olan müəllimlər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur. 
 
©. Ziyadxan Nəbibbəyli, 2012

 

 
 
Müəllifin keçdiyi yoldan 
 
Ziyadxan  Nəbibəyli  Böyük  Zən-
gəzurun  axırıncı  sultanı,  Qarabağ  xan-
lığının Baş sərkərdəsi, Şeyx Şamilin ya-
xın  dostu  və  silahdaşı,  Azərbaycandan 
ona  silah-sursatla  yardım  etmiş  yeganə 
şəxs  İbil  Bağdadda  dini,  beş  il  Odessa 
şəhərində  tibbi  təhsil  almış  Cəbrayıl 
bəy  Nəbibəylinin  nəticəsidir.  Nazirlər 
Kabinetində  Fövqəladə  hallar  və  Qaç-
qınlarla  iş  şöbələrinin  müdürü  və  elə 
orada  üç  komissiyanın  sədri  vəzifə-
lərində çalışmışdır. Müxtəlif sahələrdə - 
MEA – da, Elmi-Tədqiqat İnstitunda direktor müavini, komitə 
sədrinin  müavini,  Nazirliklərdə  şöbə  müdürü  və  s.  işləmişdir. 
“Hüquq” qəzetinin Baş redaktorudur, yazıçı-publisistdir, “Qızıl 
Qələm”,  “Xalqın  Nüfuzlu  Ziyalısı”,  “Şərəf”,  “Zəngəzur” 
Cəmiyyətlər  Birliyinin  Sultan  bəyin  anadan  olmasının  140 
illiyinə  həsr  olunmuş  müsabiqədə  “Sultan  bəy  və  Xosrov  bəy 
qardaşları”  kitabına  (əsər  bu  mövzuda  ilk  elmi-tarixi  kitabdır) 
görə  müsabiqənin  qalibi  olmaqla,  Cəmiyyətin  “Fəxri  Dip-
lom”unu,  Hökümətin,  Komsomolun  MK-nin,  Həmkarlar  İtti-
faqının işlədiyi komitə və nazirliklərin, elmi təşkilatların, xarici 
təşkilatların  və  s.  mükafatlarını,  fəxri  fərmanlarını,  elmi  ad-
larını və s. almışdır, Əmək və Qarabağ müharibəsi veteranıdır. 
O, üç xarici  akademiyanın  üzvüdür, t.e.d. professorudur, 
bir cox sahələrə aid elmi yazıların, üç ixtiranın, iki təcrübi qur-
ğunun, 900-dən artıq elmi məqalə, portret-publisistik yazıların 
və s. müəllifidir. 

 

ÖN SÖZ. 
 
Əsər İkinci Dünya Müharibəsində 
SSRİ-dən  olan  müsəlmanların  və 
müsəlman  türklərin  Hitler  Almaniyası 
tərəfindən yəhudi adı ilə məhv edilməsi-
nin  qarşısını  cəsarətlə  almış,  Azərbay-
canda  ekoloji  məsələlərə  xeyli  ömür 
sərf etmiş atam İsrafil bəy Cəbrayılbəy-
linin əziz xatirəsinə ittihaf edilir. 
 
Ziyadxan Nəbibbəyli 
 
Azərbaycan  respublikası  müstəqillik  qazandıqdan  sonra, 
ölkəmizdə ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mü-
hitdə  yaşaması  üçün  iş  görməkdə  sərbəstdir.  Bunu  nəzərə  alan 
Azərbaycan, son zamanlar ölkə rəhbərliyinin bilavasitə təklifi və 
tələbi  sayəsində  xeyli  miqdarda  sərəncamlar  vermiş,  qanunlar 
qəbul etmişdir ki, bu da öz növbəsində ətraf mühitlə bağlı dövlət 
proqramlarının ortaya qoyulmasının əsası olmuşdur. 
Ölkəmiz gözəl təbii şəraitə, zəngin təbii sərvətlərə, inki-
şafda  olan  sənaye  sahələrinə  malik  olan  bir  dövlətdir.  Lakin, 
uzun  illərdən  bəri  müstəqil  Azərbaycana  miras  qalmış  ekoloji 
gərginlikləri  həll  etmək  üçün  Respublikamız  qarşısında  çox 
mühüm  vəzifələr  durur.  Bu  məqsədlə  ölkə  prezidenti  2003-cü 
ildə  "Ekoloji  cəhətdən  dayanıqlı  sosial-iqtisadi  inkişafa  dair", 
"Meşələrin  bərpa  edilməsi  və  artınlmasına  dair",  "Azərbaycan 
Respublikasmda  Hidrometerologiyanın  inkişafı”na  dair,  2006-
cı  il  28  sentyabr  tarixli  "Azərbaycan  Respublikasında  ekoloji 
vəziyyətin  yaxşılaşdırılmasına  dair,  2006-2010-cu  illər  üçün 
Kompleks  Tədbirlər  Planı"na  dair,  2007-ci  il  20  iyun  tarixli 
"Xəzər  dənizinin  çirklənmədən  qorunması  üzrə  bəzi  tədbirlər 
haqqında", 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən 
təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi təd-

 

birlər  haqqında",  2006-cı  il  24  mart  tarixli  "Azərbaycan  Res-
publikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifa-
dəsinə  dair  Milli  Strategiya  və  Fəaliyyət  Planı"na  dair,  "Bakı 
və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbi-
ət  Qoruğunun  yaradılması  haqqında"  və  digər  sərəncamlarla 
xeyli işlərə start verilmişdir. 
Qeyd edək ki,  ekoloji baxımdan davamlı olmasını  təmin 
etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi eko-
loji  problemləri  aradan  qaldırmaq,  onların  ətraf  mühitə  mənfi 
təsirinin minimuma endirilməsi tələb olunur. 
Hazırda  Respublikamızda  reallığı  nəzərə  alaraq  ekoloji 
durumu  və  sosial-iqtisadi  vəziyyəti  düzgün  qiymətləndirərək 
Azərbaycanın ekoloji istiqamətini aşağıdakı kimi qiymətləndir-
mək olar: 
Ekoloji  təhlükəsizliyin  təmin  olunmasını  əsas  götürərək, 
ətraf mühitin çirklənməsinin minimuma endirilməsi sahəsində-
ki ardıcıl tədbirləri davam etdirməklə mühafizəsinin tənzimlən-
məsi  məqsədi  ilə  davamlı  inkişaf  prinsipləri  üzrə  mütərəqqi 
üsulların tətbiq edilməsi. 
İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədi ilə 
təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənə-
nəvi metodlarla tükənməyən enerji mənbələrindən yararlanmaq 
və enerji effektivliyinə nail olmaq. 
Qlobal ekoloji məsələlər üzrə milli səviyyədə tələbatların 
qiymətləndirilməsi,  həlli  yollarının  müəyyənləşdirilməsi,  Bey-
nəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli 
potensial  imkanlardan  istifadə  etməklə  həyata  keçirilməsinin 
təmin edilməsi, ən aktual məsələdir. 

 

REDAKTORDAN 
 
Müasir dünyamızda ekoloji problemlər qlobal problemlər 
arasında  ilk  sıradadır.  Tarix  boyu  təbiət  və  cəmiyyət  arasında 
xeyli gərgin məqamlar yaşanmışdır. Lakin etiraf edilməlidir ki, 
son dövrlər təbiətlə cəmiyyət arasında gedən "döyüşlərdə" təbi-
ət uduzur. Əslində isə təbiətin bu vəziyyətlərə düçar edilməsi - 
elə insan cəmiyyəti üçün fəlakətlidir. 
Deyilənlərlə  yanaşı  dünya  ekoloji  mühitinin  korlanması 
bəşər  insanını  dərindən  düşünməyə  vadar  edir.  Vaxt  keçdikcə 
insanlar dərk  edirlər ki,  təbii ehtiyatlara qeyri-elmi münasibət, 
havanın,  suyun,  torpağın  çirkləndirilməsi  insanın  özünün  sağ-
lamlığı  və  yaşayışı  əleyhinə  yönəlmiş  bir  fəaliyyətdir.  Əgər 
bəşəriyyət  atraf  mühitin  pisləşməsinin  aradan  qaldırılmasına 
nail olsa belə, yenə də ekoloji hər hansı bir fəaliyyəti unutma-
malı, yaddan çıxarmamalıdır. 
Ətraf mühitə baxış, daim və elmi nəticələrə əsaslanan bir 
istiqamət  olmaqla  günümüzlə  yanaşı,  gələcəkdə  baş  verə  bilə-
cək  fəsadlarda  nəzərə  alınmalıdır.  Cəmiyyətlə  təbiət  arasında 
maddələr mübadiləsini ağılla, şüurla qaydaya salmaq gərəkdir. 
Cəmiyyətdə  təbiətə  yeni  bir  baxış  formalaşdırmalıdır.  Hər  bir 
insan özünün və övladının gələcəyini sağlam ətraf mühitdə gör-
məlidir, hər bir ağaca, yaşıllığa özünün yetişdirdiyi bir dəyər ki-
mi  əzizləməlidir.  Müasir  insanın  mənəvi  tərbiyyəsinin  mühüm 
vasitələrindən biri olan ekoloji tərbiyyənin rolu və əhmiyyəti, cə-
miyyətin -yeni isan tərbiyəsi aspektində reallaşdırılmalıdır. 
Artıq, dövrümüzün insanı təbiətdən istifadəni bazar qüv-
vələrinin  kor-koranə  oyununa  tabe  etməyin  hansı  fəlakətlərə 
gətirib  çıxardığını  yaxşı  anlayır.  Odur  ki,  ümum  bəşəri  sərvət 
kimi Yer kürəsinin ehtiyatlarından səmərəli istifadə olunmasını 
təmin edə biləcək səmərəli beynəlxalq qaydalara əməl edilməsi 
zərurəti  hər  gün  daha  çox  aktuallaşır.  Bu  mənada  alimlərimiz 
də geniş miqyaslı, hər şeyi əhatə edən, ümumbəşəri, ümumdün-
ya,  planetar,  beynəlaxlq,  beynəlmiləl  xarakterli  tədqiqatlar 

 

aparmaqla, dünya elminə, dünya xalqlarına, dünya sivilizasiya-
larına xidmət edə biləcək əsərlər yaratmalıdırlar. 
Azərbaycan  da müasir dünya ekoloji "bataqlığı"nın  mər-
kəzində  duran  bir  ölkədir.  Azərbaycan  ən  çox  meşə  qıtlığı  və 
neft çirkləndiricilərindən əziyyət çəkir. Neftin törətdiyi ekoloji 
çatışmamazlıq əsasən Xəzərə, Bakı və Abşeron, Sumqayıta çox 
zərər vurur. Amma, son dövrlər adı çəkilən sahələrdə çirkləndi-
rici mənbələrin sağlamlaşdırılmasına dövlət səviyyəsində xüsu-
si qayğı göstərildiyindən və neftin nə vaxtsa tükənəcəyini nəzə-
rə alsaq, gələcəyə nikbin baxış hissi yarana bilər. Hazırda pay-
taxtda, Sumqayıtda və bütövlükdə Abşeronda ən çox çirkləndi-
rici mənbə maşınların atmosferi həddindən artıq dərəcədə kor-
lamasıdır. 
Bölgələrimizdə  isə  meşələrimizin  korlanması  nəticəsi 
olaraq  saf  su  qıtlığı,  torpaqların  yuyulması  və  istifadədən  çıx-
ması,  şoranlaşma,  əkin  yerlərinin  get-gedə  azalması,  dağıdıcı 
və  fövqəladə  hal  yaradan  sellərin  çoxalması,  atmosferdə  oksi-
genin azalması, təbiət heyvan və quşlarının yoxa çıxması, suda 
və  quruda  insana  xeyir  verə  biləcək  canlıların  kökünün  kəsil-
məsi  və  s.  çoxlu  sayda  problemlərin,  neqativ  halların  yaran-
masına gətirib çıxarmışdır. 
Deyilənlər  üzərində  hökumət  səviyyəsində  düşünməyin 
vaxtı çoxdan çatmışdır. 
Oxucularımıza  çatdırılan  bu  kitabda  xeyli  özünəməxsus-
luq var. Belə ki, birinci olaraq ekoloji çatışmamazlıqların Azər-
baycanda  fovqəladə  hallar  yarada  bilməsi  ön  plana  çəkilmiş, 
müəyyən səviyyədə əlaqələndirilmiş, ilk addım atılmışdır. Xey-
li  maraq  kəsb  edən  məsələlərdən  biri  də  qədim  Azərbaycan 
türklərinin xalq fenelogiyasına müraciət edilməsi və onun eko-
loji problemlərlə əlaqələndirilməsidir. 
 Qədim Azərbaycan türk tayfalarının hələ Tanrıçılıq döv-
ründə hansı milli dəyərlərə malik olmaları və ətraf mühitə mü-
nasibəti  müəyyən  dərəcədə  işıqlandırılmış,  hazırki  ekoloji  du-
rumumuz üçün örnək ola biləcəyi qeyd edilmişdir. 

 

Oxucu  üçün  maraq  doğura  biləcək  məsələlərdən  olan 
qədim  Azərbaycan  insanlarının  milli-mənəvi  dəyərlərinin  əhə-
miyyət kəsb etməsi önə çəkilmişdir. 
XX əsrin 2-ci yarısı üçün qısa da olsa Azərbaycan ekolo-
giyası təhlil edilmiş, nöqsanlardan nümunələr yada salınmışdır. 
İlk dəfə olaraq ətraf mühitin mühafizəsi, milli sularımız, 
Xəzər  və  digər  ekoloji  durumların.  beynəlxalq  hüquqlarla  tən-
zimlənməsinə xeyli diqqət yetirilmişdir. 
Təbii  ki,  yazıda  Azərbaycanın  ayrı-ayrı  torpaqlarının, 
müxtəlif  bölgələrimizdəki  bu  və  ya  digər  suların,  bitkilərin, 
meşələrin,  atmosfer  havasının,  Xəzərin,  ümumilikdə  ətraf  mü-
hitin,  onun insan  sağlamlığına,  sosial  problemlərinə  göstərdiyi 
təsirdən söz açılmış, vətəndaş mövqeyi ortaya qoyulmuşdur. 
Bir  çox  yazılar  müxtəlif  illərdə  və  dövrlərdə  yazıl-
dığından,  həmin  fıkirlər  öz  dövrünün  problemi  olsa  da,  keçən 
dövr  ərzində  Azərbaycanda  ətraf  mühitin  ekoloji  durumu  heç 
də yaxşılaşmamış, deyilənlərdən lazımi nəticələr çıxarılmamış-
dır. Azərbaycanda əsas çirkləndirici amil kimi neft və onun ta-
rixi, çıxarılması və s. məsələr də qısa da olsa işıqlandırılmışdır. 
Əsl vətəndaşın, ziyalının, alimin də millətinə, xalqına ən böyük 
xidməti öz elmi araşdırmaları ilə ona xidməti qarşısına məqsəd 
qoymaqda görürük və bu yolda az da olsa istədiyimizə nail ola-
rıqsa çox məmnunluq hissələri keçirərik.  
Ekologiya  elə  bir  çoxsahəli  araşdırmalar  mənbəyidir  ki, 
burada  istəsəndə  hər  şeyin  öhdəsindən  gəlmək  mümkün  deyil 
və  belə  bir  iddiada  yoxdur.  Amma,  hər  hənsı  bir  çatışma-
mazlığa  qabaqcadan  hazır  olub,  oxucuya,  mütəxəssisə,  vətən-
daşa vaxt ayırmağı da mümkün hesab edirik. 
 
 
İsrafil Cəlilbəyli 

 

I FƏSĠL 
 
AZƏRBAYCAN TÜRKLƏRĠNĠN XALQ  
FENEOLOGĠYASINDAN 
 
Tarixən  Azərbaycan  türkləri  çox  işlərin  həll  edilməsinə 
qadir olmuşlar. Bu xüsusiyyət özünü daha çox xalqımızın müs-
təqil  yaşaması  dövrlərində  özünü  qabarıq  biruzə  vermişdir. 
Xalqa  başqa  xalqlar  hakim  olanda  -  onun  insanları  da  özünə 
yad diqtə ilə oturub-durmalı olur. Bu mənada müəyyən dövrlər 
Azərbaycan  insanları  qədim  köklərdən  müəyyən  qədər  aralı 
düşmüş, xalqın qazanmış olduğu tarixi bilgiləri unudulmuş, bə-
sitləşmişdir. 
Odur  ki,  xalqımızın  əkin-biçinlə,  xalq  meteorologiyası 
ilə,  ekologiyası  ilə,  təsərrüfatların  ayrı-ayrı  sahələri  üzrə 
emprik qaydaları olmuşdur. Bunlardan yadda qalmışları, xüsu-
səndə Zəngəzur, Yuxarı Qarabağ, Laçın bölgəsində son dövrlə-
rə  kimi  insanların  gündəlik  həyatda  işlətdikləri,  bəzi  yaradıcı 
insanların yazılarında təsadüf etdiklərimizi yada salaq. 
Bir çoxlarına məlum olduğu kimi, Laçın bölgəsində təbii 
halda  xeyli  qiymətli  palıd  meşələri,  zoğal  və  zirinc  adlı  bitki 
yetərincədir. Yerli əhali zoğalın, zirincin və palıd ağacının çox-
lu qoza gətirdiyi ilin qışının bərk keçəcəyini bildirirdilər və be-
lə də olurdu. İnsanlar bitkilərin köməyi ilə ilin fəsilləri haqqın-
da  da  mülahizələr  yürüdürdülər.  Əgər,  aprel  ayında  tozağa-
cından daha  çox şirə axardısa, bu  yayın  yağmurlu  olması  əla-
məti idi. El demişkən "Elin sözü əvvəl-axır düz olu - düz olu"... 
Rütubət  çox  olan  yerlərdə,  sucuqlarda  adətən  cincilim 
çox olur və bu bölgədə cincilimin yarpaqları havada yağışın ol-
masını söyləmək üçün əsas götürülürdü və insanlar ona uyğun 
işlərini nizamlayırdılar. Cincilimin çiçəkləri səhər vaxtı açma-
yıbsa, demək həmin gün yağış yagacağı labütdür. Payız gələr-
kən  çinar  ağacı  yarpağını  başdan  tökürsə  qış  mülayim,  aşağı-
dan tökürsə qışın tez gələcəyi, qarlı-çovğunlu keçəcəyinin əla-

 
10 
məti hesab olunurdu. Laçın bölgəsinin hər yerində çinar qalma-
mışdı,  yox  idi.  Ancaq  Laçın  şəhəri  yaxınlığında  300-350  yaşı 
olan bir neçə çinar var idi.  İnsanlar çox zaman adam göndərib 
həmin çinarların yarpaq tökülüşünü bilib - sonra işlərini nizama 
salardılar.  Öz  vaxtına  görə  albalı  ağacı  yarpağını  tamam  tök-
məyibsə. deməli soyuq hava az davam edəcək, havalar yenidən 
istiləşəcəkdir. Payızın  ilk ayında .göy  gurultusu  xalq  inamınca 
payızın isti keçəcəyi göstəricisidir. Yaxud, payızda yerə qar dü-
şərdisə bu qışın mülayim keçəcəyinin işarəsi idi. 
El-oba arasında leyləyin, ala qarğanın ağacın başında yu-
va tikməsi qışın soyuq, ortasında tikməsi mülayim keçəcəyi he-
sab edilirdi. Deyilənləri bilən, ona fikir verən insanlar payızda 
həm  də  qışa  hazırlıq  işlərini  qaydaya  salardılar.  Qış  ayları  tə-
sərrüfat  işlərində  mühüm  rol  oynamasa  da  xalq  etiqadlarında 
bununla bağlı mühüm işlər olmuşdur. 
Adətən  9  dekabrdan  (21  -dən)  başlanan  qış,  martın  9-na 
(21-dək)  davam  edir.  Xalq  qışı  müxtəlif  mərhələlərə  -  böyük 
çillə, kiçik çillə və alaçalpo olmaqla 3 yerə bölmüşdür. Böyük 
çillə 40 gün, kiçik çillə 20 gün, alaçalpo 30 gün ömürlüdür. Bö-
yük çillə və kiçik çillə arasinda iki çillənin bir – birini əvəz et-
məsinə  xalq  arasında  "təhvil  -  təslim  dövrü"  adı  almışdır.  İn-
sanlar müəyyən etmişlər ki, təhvil-təslim dövründə hava 3, bə-
zən hətta 7 gün qarlı - çovğunlu keçməlidir. Böyük çillənin so-
nu, kiçik çillənin başlanğıcında havaların dəyişməsini özü üçün 
bir sınaq hesab edən əhali həmişə buna haznırlıq görmüş təbiə-
tə onun səxavətinə arxalanmamışdır. 
Çillələr  dövründə  həyata  keçirilən  mühüm  nəzarət  işlə-
rindən  biri  bağ-bağatın  suvarılmasıdır.  Bu  suvarma  xalq  ara-
sında ” çillə suyu” adı daşıyıb və bağlarda, bostanlarda ziyan-
vericilərin  məhv  edilməsi,  meyvə  ağaclarının  vaxtından  əvvəl 
gül  açmasının  qarşısını  almaq  məqsədi  güdürdü.  Çillə  zamanı 
bağa verilən su gecələr donur, həmin donuş həm də ağaca təsir 
edirdi. Bunun sayəsində xalq dili ilə desək, qış yuxusundan gec 
oyanır  ki,  buda  onun  məhsuldarlığının  artırılmasına  xidmət 

 
11 
edir. Deyilənlər çillə suyunun təsərrüfatda xüsusi rola malik ol-
duğunu  təsdiq  edir  ki,  əlbətdə,  el-obada  xalqımızın  bu  ənənə-
sindən günümüzdə də istifadəsi məqsədyönlüdür. 
Əlbətdə, xalq təqviminə xalq meteorologiyasına, ekologi-
yasına  ehkam  kimi  baxmaq  da  düzgün  olmaz.  Dövrümüzdə 
elm  yaxşı  inkişaf  etdiyindən,  ən  çox  ondan  bəhrələnmək  daha 
məqsədyönlüdür.  Xalq  meteorologiyasının  mühüm  bir  hissəsi 
feneologiya və feneoloji müşahidələrlə bağlıdır. Yuxarıda dedi-
yimiz və demədiyimiz əkinçiliklə bağlı məlumatlar ulu babala-
rımızın çox qədimdə feneoloji təqvim yaratmalarının bariz nü-
munəsidir.  Çox  təəssüflər  ki,  vaxt  ötmüş,  zaman  dəyişmiş, 
təsərrüfatlara  baxış  dəyişmiş  və  feneoloji  təqvim  unudulmuş, 
tam  halda  bizə  gəlib  çatmamışdır.  Həm  də  feneoloji  təqvimin 
tədqiqi ilə bağlı elmi araşdırmalar aparılmamışdır. XX əsrin or-
talarına  kimi  Azərbaycan  insanları  əriyin  yetişməsi  ilə  bağlara 
çoxlu sığırçın gəlməsini söyləyirdilər. 
Hətta,  günümüzdə  işlədilən  "ərik  bağın  yoxdur  ki,  sığır-
çının necə quş olduğunu biləsən" zərb məsəli xalqımızın feneo-
loji müşahidələrindən bizlərə miras qalandır. 
Feneoloji  müşahidələrlə  bağlı  zərb-məsəl  -"bildirçinin 
bəyliyi darı sovruqlanacandı” söyləməsidir. Məlumdur ki, əkin-
biçin vaxtı bildirçin daim bu yerlərdə olur, darı qurtardı bildir-
çində yoxa çıxırdı. Həm də darı digər taxıllara nisbətən gec ye-
tişib,  gec  də  döyülür.  Eldə  işlədilən  "arpadan,  buğdadan  əlim 
qırıldı,  çarəm  sənə qaldı,  darı xırmanı" zərb - məsəli də bura-
dandır. Bildirçinin yoxa çıxmasını rəncbərlər artıq payızın başa 
çatması kimi qəbul edərdilər. 
Qədim babalarımız üfüqün vəziyyətinə baxıb günün necə 
keçəcəyini  söyləyə  bilirdilər.  Günəş  doğarkən,  səhər  -  səhər 
üfüq həddindən artıq qızarmış olardısa, həmin gün külək əsəcə-
yi, qış vaxtı, hətta yağış və ya qar yağacağı gözlənilirdi. Axşam 
tərəiı Günəş qüruba enərkən üfüq qızarmış olardısa, səhərin gü-
nəşli  keçəcəyi  mütləq  idi.İnsanlar  təbiətin  bu  feneologiyasını 
belə nəzmə çəkmişdi: 

 
12 
Səhərin qızartısı axşama vaydır, 
Axşamın qızartısı səhərə yay. 
Təsərrüfatla məşğul olan Azərbaycan türkləri Ay planeti-
ni müşahidə etməklə də öz işlərini təbiətə uyğun qurar, təbiətin 
bir  çox  "şıltaqlıq"larınıdan  özlərini  xilas  edərdilər.  Etnoqrafık 
xarakter  daşıyan  bu  tip  müşahidələr  bir  çox  insan  fəaliyyətini 
tənzimləməyi Ayın fazaları ilə uyğunlaşdırırdılar. Səpin, biçin, 
ağacların kəsilməsi, budanması və s. işləri Ay təzələndikdə, ya-
xud  yarımaylıq  olduqda  həyata  keçirməli  idilər.  Səpin  ən  çox 
Ayın bədrlənmiş dövründə keçirilər və toxumun tez cücərməsi, 
məhsuldarlığın çox olması gözlənilərdi. Arpanın dəninin tökül-
məməsi üçün onu Ay qaranlığında əkməli idilər. Yaxud, ağac-
dan düzəldilmiş alət  və  əşyaları qurd  yeməməsi  üçün ağacları 
ay qaranlığında kəsərdilər.  
Qədimlərdə  Azərbaycanda,  onun  dağ  və  dağətəyi  bölgə-
lərində qalın meşəliklər  yetərincə  idi və  insanlar  ağacı  bir çox 
sahələrdə  işlədirdilər.  Həmin  dövrlərdə  Zəngəzurda,  onun  La-
çın bölgəsində qırmızı palıd bol idi və insanlar bu palıdların iri 
gövdələrini  dam  tikmək  üçün  gecələr  kəsərmişlər.  Mənası  isə 
deyildiyi kimi bu ağacları ağac qurdu yeməsin, millərin, pərlə-
rin  ömrü  uzun  olmaq  üçün  belə  edərmişlər.  Hətta,  el  arasında 
"Ay  daldalandı,  palıdı  kəsmək  olar"  deyimi  dövrümüzə  qədər 
gəlib çatmışdır. 
Digər  tərəfdən  Ayın  təzələnməsi  zamanı  onun  duruşu, 
forması,  bir  sözlə  vəziyyətinə  görə  də  havanın  necə  olacağı 
proqnozlaşdırılırdı.  Adətən,  Ay  təzələnərkən  nazik  qövsvari 
forma  alır.  Və  bu  zaman  ayın  duruşu  Yerə  baxırsa  havaların 
yağmurlu, yağışlı - əksinə Ayın duruşu üfüqədirsə quraqlıq ola-
cağı  demək  idi.  Ayın  bir  qütbünün  üfüqə,  digərinin  Yerə  bax-
ması  vəziyyətinə  isə  havaların  dəyişkən  keçəcəyi  demək  idi. 
Bədrlənmiş  Ayın  dövrəsi  sarımtıl  rəngə  çalardısa,  həmin  ay 
yağmurun çox, ağ rəngə çalardısa quraqlıq olacağı güman edi-
lirdi.  Həsənbəy  Zərdabi  "Kaspi" qəzetində -  1900-cu ildə  yaz-
dığı "Ayın fazalarının Yer üzərində üzvi həyata təsiri" məqalə-

 
13 
sində qeyd edir ki, Yer üzərində üzvi həyat Ayın təsiri ilə əla-
qəlidir. O, yazır: - "Sakit okeanda, Samoa adalarında olan palo-
lo dəniz qurdları Ayın fazalarına, dövrlərinə uyğun olaraq mü-
əyyən dürüst vaxtlarda suyun üzərinə çıxarkən, saatdan xəbəri 
olmayan yerli tayfalar təkcə Ayın öz orbiti üzrə hərəkətinə görə 
həmin  palolo  dəniz  qurdlarının  suyun  üzünə  çıxmasını  nəinki 
gününə, hətta saat və dəqiqəsinə qədər düzgün müəyyən edərək 
dənizə ova çıxırlar və bu ov bir xalq bayramı şəklində keçirdi". 
Təbii  ki,  burada  səma  cisimləri  ilə  kainatın  inkişaf  qanunları 
arasında  bir  vəhdət,  bir  qanunauyğunluq  olduğunun  bariz  nü-
munəsidir. Elm sübut etmişdir ki, Günəş və Ayın Yerə təsirin-
dən  Yer  üzərindəki  okean  və  dənizlərin  suyu  qalxır  və  ya  sə-
viyyə  aşağı düşür və digər hadisələr baş verir. Biz Xəzərin tə-
rəddüdü ilə əlaqədar bu barədə bir neçə dəfə yazmışıq və hesab 
edirik ki, Xəzər səviyyəsinin tərəddüdünün elmi əsaslarla öyrə-
nilməsinə  astranomları,  maye-qaz  mexanikası  ilə  məşğul  olan 
fızik elm adamlarını cəlb etmək çox vacibdir. Nəzərə alsaq ki, 
Azərbaycan Xəzərlə 950 kilometr təmasdadır və bu sahil dünya 
okean sularından 25-26 metr aşağı səviyyədədir, məsələnin ak-
tuallığı bir az da maraq doğurmalıdır. Digər tərəfdən ölkə səna-
yesinin,  onun  iqtisadi  göstəricilərinin  və  bu  sahildəki  insan 
sıxlığını da yada salsaq problemin dövlət əhəmiyyəti kəsb etdi-
yi  gün  kimi  aydın  olar.  Digər  bir  həyat  təcrübəsi  Ay  on  dörd 
günlük  olanda  zəlzələ,  vulkan  və  s.  hadisələrin  də  çox  güclü 
baş  verməsi,  havaların  yağmurlu  keçməsini  insanlar  həmişə 
müşahidə  etməsidir  və  bu  haqda  yazılı  mənbələrdə  də  məlu-
matlar öz əksini tapmışdır. 
Son  dövrlərə  qədər  qış  fəslində  gecələr  ayaz,  şaxtalı  - 
gündüzlər isə dumanlı, buludlu keçərdisə insanlar qışın pis ke-
çəcəyini və əksinə qışda gündüzlərin ayaz, gecələrin isə bulud-
lu, dumanlı keçməsini qışın xoş keçməsi və təsərrüfat üçün fay-
dalı olacağını söyləyirdilər. 
Tarixi  etnoqrafık  məlumatlardan,  söyləmələrdən  aydın 
olur ki, xalq meteorologiyasında duman, şeh məhsuldarlıq, bə-

 
14 
rəkət  rəmzidir.  Yazağzı,  habelə  payızda,  səpin  vaxtı  yerə  du-
man enərdisə, bu əkinin tez göyərməsinə səbəb olur, yaz duma-
nı bərəkət, qış dumanı isə dəyişən hava deməkdir. Bu səbəblər-
dən də xalqımız "yaz dumanı bar gətirər, qış dumanı qar" zərb-
məsəlini  işlətmişər.  İlin  məhsuldarlığını  göstərən  əlamətlərdən 
biri də xalqda "qarı nənənin qurşağı", "qarı nənənin örkəni" ad-
landırılan  göy  qurşağıdır.  Etnoqraf  M.Əfəndiyev  XIX  əsrin 
sonlarında  yazırdı  ki,  göy  qurşağı  məhsuldarlığın  ilk  nişanəsi 
olub, hansı ildə o çox olarsa həmin ildə bol məhsul gözlənilir. 
Qarı  nənənin  qurşağı  yeddi  rənglidir.  Rənglərin  hər  biri  ay-
rılıqda arpa, buğda, çəltlik, darı, paxla, noxud və lərgə kimi ta-
xıl növünü təmsil edir. İnsanlar yazağzı qarı nənənin qurşağına 
baxaraq, adlarını çəkdiymiz hansı taxıl növünün daha çox ola-
cağı  haqqında  mülahizələr  söyləyərdilər.  Belə  ki,  qarı  nənənin 
qurşağında  qırmızı  rəng  arpa  və  buğdanın,  sarı  rəng  darının, 
yaşıl  rəng  lobya  və  paxlanın  bolluğuna  işarə  olmaqla  hansı 
rəng daha gözə çarpan idisə, onun təmsilçisi daha çox məhsul-
dar olunacağı gözlənilirdi. 
Təbiət  biliciləri  dumanın  səmti,  buludun  rəngi,  səmanın 
ümumi vəziyyətinə görə də yaşadığı təbiətdə, havada hansı də-
yişiklik  olacağı  haqqında  fıkir  söyləyir,  təcrübəsiz  insanlara 
məsləhətlər verərmişlər. Bu təcrübəyə görə qərbdən qara bulu-
dun  gəlməsi  yazda  və  yayda  yağışın,  qışda  isə  qarın  yağması 
kimi qəbul edilirdi. Müşahidəyə uyğun olaraq insanlar öz işlə-
rini nizama salarmışlar. Y.V.Çəmənzəminli "Həyatımın 20 ili" 
əsərində yazır: "Yaz dumanı şəhəri bürüyür, göz-gözü görmür-
dü... Yenə pəncərəni  salıb, ocağın qırağına  yığılırdıq,  dumana 
qarşı  tədbirlər  lazım  idi.  Bir  ip  götürüb,  şəhərdəki  keçəllərin 
yeddisinin adına düyün  salıb ocaqda  yandırardıq, sonra duma-
nın özünə müraciət edərək onu qorxudardıq". 
 
Duman qaç, qaç, qaç, 
Pərdəni aç, aç, aç! 
Səni qayadan asaram, 
Yanına dağma basaram. 

 
15 
Yəni,  duman  Günəşə  pərdə  olma,  onu  aç,  qoy  insanlar 
Günəşin istisindən qızınsınlar, əks təqdirdə səni dağdan atar və 
ya asar, hətta yanına bir damğa basarlar. 
Təbiətdə  baş  verəcək  dəyişiklikləri  insanlar  həm  də  ev 
heyvanlarının, ev quşlarının hərəkətləri ilə də şərh edə bilirmiş-
lər. Əgər cücəli toyuq havanın dəyişəcəyini hiss edib, cücələri-
ni qanadları altına toplayıbsa- deməli yağış yağacaq. Xəzər sa-
hillərində quşlar alçaqdan uçardılarsa, balıqçılar dənizdə güclü 
fırtına olacağını gözləyər, dəniz ovuna getməzdilər. 
Quşlardan xoruz, bildirçin, bülbül və qeyri oxuyan quşlar 
heç  nə  olmadan  oxuyardılarsa,  deməli  yağıntı  olacaq,  yaxud 
külək  əsəcəkdir.  Zəlilər  olduqları  qabın  dibində  sakitcə  da-
yanıblarsa, deməli səhər sakit və günəşli olacaqdır. Əksinə zə-
lilərin narahatlığı, qabın divarlarına dırmaşmaları havanın dəyi-
şəcəyi deməkdir. Çəyirtgə isə yumurtalarını hündür yerdə bas-
dırırsa, yağıntı gözlənilir - yağışın yaratdığı sel yumurtaları yu-
yub aparmasın deyə belə edərdilər. Çöl siçanları yerlərini dəyi-
şirlərsə, deməli ot ələf az olacaq. 
Yuxarıda deyilənlərdən məlum olur ki, Azərbaycan türk-
ləri  xalq  feneologiyasından  və  xalq  meteorologiyasından  lap 
qədimlərdən  məşğul  olmuş  və  onlardan  məharətlə  istifadə  edə 
bilmişlər.  Xalqımızın  təbiət,  Yer,  səma,  cisimləri,  heyvanları, 
quşları haqqında əldə etdikləri emprik biliklər min illərin həyat 
təcrübəsinin nəticəsi olub, heç bir dini,  yaxud fantastik düşün-
cələrin  məhsulu  yox,  təbiəti,  ətraf  mühiti  müşahidələrin,  xalq 
beyninin,  zəkasının  yekunudur,  məhsuludur.  Xalqımızın  bu 
zəngin  mənəvi  irsinin  daha  samballı  öyrənilməsi  günümüzdə 
də  qarşımızda  duran  çox  aktual  məsələlərdən  biridir.  Hesab 
edirik  ki,  Azərbaycan  xalqının  çoxəsirlik  tarixinin,  maddi  və 
mənəvi mədəniyyətinin hələ də açılmamış neçə-neçə istiqamət-
ləri öz tədqiqatçılarını gözləyir. 

 
16 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə