Zvezdoçka portağal, bal və limon, qaragilə, evkalipt və mentol, çiyələk, moruq, ananas, cirə dadlı sorma tabletlər zvezdochka bioloji aktiv əlavə Tərkibi



Yüklə 12.33 Kb.
Pdf просмотр
tarix29.05.2017
ölçüsü12.33 Kb.

İstifadəsi üzrə təlimat 

 

 



ZVEZDOÇKA   portağal, bal və limon, qaragilə, evkalipt və mentol, çiyələk, moruq, ananas, cirə dadlı sorma 

tabletlər 

ZVEZDOCHKA 

 

 



Bioloji aktiv əlavə 

 

Tərkibi (1 sorma tablet üçün) 



Təsiredici maddələr: 

Zəncəfil ekstraktı (Zingiber officinale) 10 mq; 

Lüt biyan ekstraktı (Glycyrrhiza glabra) 10 mq; 

Emblika ekstraktı (Emblica officinalis) 10 mq. 



Köməkçi maddələr: 

- portağal dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, portağal 

aromatizatoru 4,25 mq. 



- bal və limon dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, bal və limon 

aromatizatoru 4,25 mq. 



- qaragilə dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, qaragilə 

aromatizatoru 4,25 mq. 



- evkalipt və mentol dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, evkalipt-

mentol aromatizatoru 4,25 mq. 



- çiyələk dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, çiyələk 

aromatizatoru 4,25 mq. 



- moruq dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, moruq aromatizatoru 

4,25 mq. 



- ananas dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, ananas 

aromatizatoru 4,25 mq. 



- cirə dadlı sorma tabletlər üçün: mentol 8,75 mq, şəkər 1254 mq, qlükoza 1203 mq, cirə aromatizatoru 4,25 

mq. 


 

Zvezdoçka'>Təsir mexanizmi 

Zvezdoçka - bitki mənşəli ekstraktların effektiv kombinasiyasıdır. 

Zəncəfil (Zingiber officinale) yuxarı tənəffüs yollarının iltihabi proseslərinə müsbət təsir göstərir. Ekstrakt 

virusəleyhinə, ağrıkəsici və antibakterial təsirə malikdir. 



Lüt biyan (Glycyrrhiza glabra) nəzərəçarpan bəlğəmgətirici təsirə malikdir. Selikli qişaların qıcıqlanmasını 

aradan qaldırır və ağrı hissini azaldır. İltihabəleyhinə, spazmolitik təsirə malikdir və öskürəyi sakitləşdirir. 



Emblika (Emblica officinalis)  nəzərəçarpan virusəleyhinə, antibakterial və  bəlğəmgətirici təsirə malikdir. 

Emblika həmçinin güclü antioksidantdır. 

 

İstifadəsinə göstərişlər 

Öskürək və boğazda ağrılar zamanı istifadə etmək məsləhət görülür. 



 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 



 

İstifadə qaydası və dozası 

3 yaşdan böyük uşaqlara və böyüklərə: hər 2-3 saatdan bir 1 sorma tableti sormaq. 

Maksimal gündəlik doza: 6 sorma tablet. 

Məsləhət olunan dozaya riayət olunduqda Zvezdoçka sorma tabletləri insan sağlamlığı üçün təhlükəsiz 

məhsuldur. 

 

Xüsusi göstərişlər 

Preparatın tərkibində şəkər vardır, şəkərli diabet xəstələri bunu nəzərə almalıdır. 



Hamiləlik və laktasiya zamanı 

Hamiləlik və laktasiya dövründə istifadəsinin təhlükəsizliyi barədə məlumat yoxdur. 

 

Buraxılış forması 

Sorma tabletlər (portağal, bal və limon, qaragilə, evkalipt və mentol, çiyələk, moruq, ananas, cirə dadlı): 

6 sorma tablet olmaqla blisterdə. 

2, 3 və ya 4 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 



 

Saxlanma şəraiti 

15-25ºC temperaturda, quru, işıq düşməyən yerdə saxlamaq lazımdır. 

Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

 

İstehsalçı 



«FORTEKS NUTRASYUTİKALS» QSC 

Proxladen kat küç.10, Suhodol kv., Sofiya şəh. 1362, Bolqarıstan



 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə