Zərifə Əliyevanın həyat və fəaliyyəti. 1923-1985



Yüklə 11.82 Kb.
Pdf просмотр
tarix13.12.2016
ölçüsü11.82 Kb.

Zərifə Əliyevanın həyat və fəaliyyəti. 

1923-1985. 

 

Zərifə  Əziz  qızı  Əliyeva    1923-cü  il  aprel  ayının  28  –də  Şərur 

rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 

1942-ci ildə  orta məktəbi bitirdikdən sonra  o, Azərbaycan Dövlət Tibb 

İnstitutunun  müalicə-proflaktika fakultəsinə daxil olmuş və 1947-ci ildə  

həmin institutun müvəffəqiyyətlə bitirmişdir. 

1950-1953  –cü  illərdə  Zərifə  xanım  Əliyeva  aspiranturada  təhsil 

almışdır. 

 qədər Azərbaycan Elmi-Tədqiqat  Oftalmologiya İnstitutunda elmi 

işçi , 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi işçi, 1967-ci ildən isə 

Ə.Əliyev adına Azərbaycan Həkimləri  Təkmilləşdirmə İnstitutunda Göz 

xəstəlikləri  kafedrasının  dosenti  ,professor,  Görmə  orqanının  peşə 

patologiyası  laboratoriyasının    müdiri,  1982-1985-ci  illərdə  

Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. 

İllər  boyu  apardığı  müşahidələrin,  klinik  tədqiqatların  və  təcrübələrin 

nəticələri  Zərifə  xanımın  dünyada  ən  məhşur  oftalmologiya  

mərkəzlərinin  birində H.Helmqolts adına Moskva  Göz xəstəlikləri Elmi  

Tədqiqat  İnstitutunda    müdafiə  etdiyi  “Azərbaycanın  bir  sıra    kimya 

müəssisələri  işçilərinin    görmə  orqanının  vəziyyəti”  adlı  doktorluq 

dissertasiyasının    əsasını  təşkil  etmişdir.1977-ci  ildə  Zərifə  xanım 

Əliyevaya  tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. 

Akademikin    Azərbaycanda    oftalmologiya  elminin  inkişafında 

müstəsna xidmətləri olmuşdur. O,vaxtilə Azərbaycanda  geniş  yayılmış  

traxomanın,  dünya    təcrübəsində    birincilər    sırasında    peşə,  xüsusilə 

kimya    və  elektron    sənayelərində  peşə  fəaliyyəti    ilə  bağlı  göz  


xəstəliklərinin  öyrənilməsi,  proflaktikası    və  müalicəsinə,  habelə  

oftalmologiyanın  müasir  problemlərinə  dair  bir  çox  sanballı 

tədqiqatların,o 

cümlədən“Terapevtik 

oftalmologiya 

“,”İridodiaqnostikanın əsasları”kimi nadir elmi əsərlərin müəlliflərindən 

biri, 12 monoqrafiya ,dərslık və dərs vəsaitinin, 150-yə yaxın elmi işin 

,bir ixtira və 12 səmərələşdirici  təklifin müəllifidir. 

1981-ci  ildə  oftalmoloğiyanın  inkişafına  verdiyi  böyük  töhfəyə  -görmə 

orqanının  peşə  patoloğiyası  sahəsində  apardığı  elmi  tədqiqatlara  görə 

professor Z.Ə. Əliyeva oftalmologiya aləmində  ən  yüksək  mükafata  –

SSRİ    Tibb    Elmləri  Akademiyasının  akademik  M.  İ.Averbax  adına 

mükafatına    layiq  görülmüşdür.Professor  Z.Ə.Əliyeva  həmin  mükafata 

layiq görülən ilk qadın idi. 

Elmi  tədqiqatlarının  yüksək  səviyyəsi,  onların  sosial  əhəmiyyəti, 

ictimayi  fəallığı  ,pedaqoji  istedadı  ,çox  illik  elmi-tədqiqat  işlərində  

böyük  xidmətlərini  qiymətləndirərək,  1983-cü  ildə  Zərifə  xanım 

Əliyevanın Azərbaycan SSR EA –nin  akademiki seçilmişdir. 

Zərifə  xanım  Əliyeva  göstərdiyi  xidmətlərə  görə  orden  və 

medallarla  təltif  olunmuş,  Azərbaycanın  Əməkdar  elm  xadimi  kimi 

yüksək ada layiq gorülmüşdür. 

1985-ci il aprel ayının 15- də  Moskva şəhərində vəfat edən Zərifə 

xanım  Əliyevanın  cənazəsi    1994-cü  ildə    Moskvanın  Novo-Deviçye  

qəbiristanlığından Bakıya  gətirilərək ,Fəxri Xiyabanda, atasının məzarı 



yanında  dəfn  olunmuşdur.  

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə