ZƏLİmxan yaqub əSƏRLƏRİ on üÇ Cİlddə “Şәrq-Qәrb” Bakı – 2011



Yüklə 1.15 Mb.
Pdf просмотр
səhifə1/16
tarix22.05.2017
ölçüsü1.15 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16

ZƏLİMXAN  

YAQUB

ƏSƏRLƏRİ


ON  ÜÇ  CİLDDƏ

“Şәrq-Qәrb”

Bakı – 2011

Tәrtib edәni vә 

redaktoru:



Musa NƏBİOĞLU

Zәlimxan Yaqub. Əsәrlәri, 13 cilddә, II cild. 

Bakı, “Şәrq-Qәrb” Nәşriyyat evi,  2011, 416 sәh.

Zәlimxan Yaqubun on üç cildlik әsәrlәri külliyyatının 

2-ci cildindә müxtәlif mövzularda yazdığı şeirlәr toplanmışdır.



ISBN 978-9952-34-703-6

© Zәlimxan Yaqub, 2011

© “Şәrq-Qәrb” Nәşriyyat evi, 2011


ÜRƏYİMDƏ

Azәrbaycan bir nәğmәdir,

Sözü mәnim ürәyimdә. 

Eşqi uca zirvәlәrdә, 

Özü mәnim ürәyimdә.

Nә qorxusu qışın, qarın, 

Nә vaxt olsa seyrә varın. 

O çağlayan bulaqların

Gözü mәnim ürәyimdә. 

Döyüşdәdir hәr gün, hәr ay, 

Düşmәn üstә, çәkir haray – 

Qafur, Mehdi, Cәmil, Gәray,

Hәzi – mәnim ürәyimdә. 

Gözüm qaynar gözә baxdı, 

Alov әmdim körpә vaxtı. 

Ana Vәtәn bir ocaqdı,

Közü mәnim ürәyimdә.

5


ANA  TORPAQ

Ana torpaq, açılanda baharın,

Bürünürsәn yaşıla sәn, göyә sәn. 

Ucalırıq dağlarına baxanda

Könlümüzü qaldırırsan göyә sәn. 

Tütәk sәsi daşları da dindirir, 

Qarışırsan nәğmәyә sәn, neyә sәn. 

Payız gәldi bir qaydadı, sәn gәrәk

Ağacların budağını әyәsәn. 

Bağ-bostanın mürgülәyә, sozala, 

Yetişәsәn, qızarasan, dәyәsәn. 

Sәxavәt dә, mәhәbbәt dә sәndәdir,

Hәr fәsildә bir sәrvәtә yiyәsәn.

Baharda da, payızda da, qışda da, 

Sәni görüm toy paltarı geyәsәn! 





MXA

N  Y

AQ

U

B

6


ƏSƏR

LƏR

İ

DAŞALTI

Uçqun gördüm, heyrәtimdәn uçundum, 

Mәzar saydım uçurumu bu yerdә. 

Lovğalanıb heç saymırdım dağları, 

Yaman açdı puçurumu bu yerdә. 

Boz dumanlar oyur-oyur oynadı, 

Qara yellәr gülmәk güldü, nә güldü. 

Sel apardı ayağımın altını,

Başım üstә şimşәk güldü, nә güldü. 

Daş әlimi dilim-dilim eylәdi, 

Yıxılanda sıldırımdan yapışdım. 

Sağ әlimi dayaq verdim dağlara,

Sol әlimlә ildırımdan yapışdım. 

Çınqıllarda parçalandı heyrәtim, 

Gözlәrimi dәrә çәkdi bu yerdә. 

Elә bildim dağ tәrpәndi yerindәn, 

Daşaltı bir nәrә çәkdi bu yerdә. 

Baxıb dedi: inad sәnsәn, yoxsa mәn, 

Sәrt qayalar inadımı saymadı. 

Havalanıb qartal olmaq istәdim, 

Qarlı zirvә qanadımı saymadı. 

İndi bildim nә demәkdir ucalmaq,

Nәlәr çәkib zirvәlәrә çıxanlar. 

Neçә dәfә yıxılarmış, durarmış, 

Şöhrәtiylә dağ şöhrәti yıxanlar! 

7


ÜÇTELLİ  DURNA

Sevimli şairimiz Osman Sarıvəlli öz sazını məşhur 

İraq şairi Əbdüllətif Bəndəroğluna hədiyyə vermişdir 

Dostluğun nәğmәsi baldan şirindir, 

Tellәr bu eşq ilә ötür, ay sazım. 

Sәn varsan, hәyatda mәn varam demәk, 

Sәsimi hәr yana yetir, ay sazım. 

Göstәr qüdrәtini sәn dost ellәrә, 

Dünyanı yurduma gәtir, ay sazım. 

Bu uzaq sәfәrdә uğurlar sәnә, 

Hәsrәti dünyadan itir, ay sazım. 

Orda nәğmәkarım, şairim yatır, 

Müqәddәs mәzarı ziyarәt üçün 

Bir ovuc torpaq da götür, ay sazım. 

Mәnim salamımı, mәnim sözümü, 

Leylini Mәcnuna yetirәn kimi 

Babam Füzuliyә yetir, ay sazım. 

Arazdan deyәnә Xasa çayına,

Köksünü dәrindәn ötür, ay sazım. 

Qarşına çıxacaq qardaşım, bacım, 

Bilirәm üzündәn öpәcәk sәnin. 

Qorqudun ruhunu sәcdәyә gәlib,

Telinә gül-çiçәk  sәpәcәk sәnin. 

Sәn dә hәzin-hәzin dillәnәcәksәn, 

Çalıb laylasını yaşıl düzlәrin, 

Neçә yol xallanıb güllәnәcәksәn. 

Dolan addım-addım, gәz qarış-qarış 

Eyvaz durna teli yığan yerlәri,

Yağış әvәzinә torpaq üstünә 

Xurmanın yarpağı yağan yerlәri.

Ovçular ovdadı, ehtiyat eylә,

Sәni durna bilib vuran olmasın.







MXA

N  Y

AQ

U

B

8


ƏSƏR

LƏR

İ

Bir telin qırılsa bağlamaq olar,

Könül tellәrini qıran olmasın. 

Yetir, nәğmә yetir, nişanә yetir,

“Vidadi xәstәdәn Bağdad elinә”. 

Dindir bulaqları, dindir çayları, 

Qarışsın nәfәsin sәhәr yelinә. 

Nәğmәsiz keçmәsin hәyatın sәnin, 

Axsın ürәklәrә bayatın sәnin. 

Saz köynәkdәn çıxsa, el yasdan çıxar, 

Danış, telli sazım, özümdәn danış. 

Alәmi yandırıb, özü yanmayıb,

Quru taxtadakı dözümdәn danış.  

Qurbani ömürlü, Şәmşir nәfәsli, 

Əlәsgәr kamallı sözümdәn danış. 

İgid oğulların sözü düşәndә,

Hayla “Gәraylı”nı, hayla “Cәngi”ni. 

“Misri”dә nәfәs ver Misri qılınca, 

El, mahal dinlәsin qoy ahәngini. 

Sәn dilә gәlәndә tәk insan deyil, 

Göy dә qulaq asar, yer dә dinlәyәr. 

Hәzin havalardan doymaz ürәyi, 

Min dәfә dinlәyәn bir dә dinlәyәr. 

Bugünkü sevginin başqadır dadı,

Ağ günlәr eşqinә dastan deyәrsәn. 

Çoxdan yola salıb ağır illәri, 

Yurdumuz çıxıbdır yasdan deyәrsәn. 

Öpәr, әzizlәyәr qardaş qardaşı, 

Anadan, bacıdan, dostdan deyәrsәn. 

Elәmi göynәtdi eşqi tellәri, 

Kәrәmin ahından dağ dada gәldi. 

Əslinin nәfәsi dәydi güllәrә, 

Bülbül nalә çәkdi, bağ dada gәldi. 

9


Aşiqin üstünü aldı duman, çәn, 

Tez düşdü sevәnin saçlarına dәn. 

Dünyanı yandıran dәrdin әlindәn,

Əridi qәlbindә yağ, dada gәldi. 

Gün belә keçmәdi, açıldı yazım, 

Güldü çiçәk kimi eşqim, avazım. 

Atadan oğula pay oldu sazım, 

Bakıdan baş aldı Bağdada gәldi. 







MXA

N  Y

AQ

U

B

10


ƏSƏR

LƏR

İ

PALIDLAR  OLUR

Külәklәr qopanda qaraldı qanı, 

Bulud göy üzündә buluda dәydi. 

Şimşәk meşәlәrә saldı tufanı,

Xatası yenә dә palıda dәydi. 

Mәğrur bir ağaca vurulan zәdә,

Budaqdan-budağa gәzir car olur. 

Günәşin nurunu hamı içsә dә,

Şimşәklә döyüşәn palıdlar olur. 

11


OCAQ

Harda od görәndә, ocaq görәndә, 

Odlu könüllәri salıram yada. 

Əmәli nur verib şәhәrә, kәndә, 

Yananlar yaşayıb yalnız dünyada. 

Adını hörmәtlә gәtirib yada, 

Ocağı hәmişә öyüb babalar. 

Suyu diş göynәdәn bulaqlara da

“Şәfa ocağıdır” deyib babalar! 

Burda soyumaq nә, qaralmaq nәdir,

Sönmәz bu torpağın gur ocaqları. 

Yaxşı kişilәrin ürәyindәdir,

Şәfa qaynaqları, nur ocaqları! 

Seçdi vәdәsindә әyrini, düzü,

Odlu nәfәsini alәmә yaydı. 

Kimi yandırardı atәşi, közü,

Sabir yana-yana yaratmasaydı! 

Qәlbi zaman-zaman vurdu, döyündü. 

Sönmәdi alovu müqәddәslәrin. 

Ölәndә qәbri dә ocağa döndü,

Ürәyi el üçün yanan kәslәrin!  





MXA

N  Y

AQ

U

B

12


ƏSƏR

LƏR

İ

SƏNDƏ  VARMI?

Mәnә geniş çöllәrin,

Çәkili sünbüllәrin

Bәrәkәti gәrәkdi,

Bәrәkәt sәndә varmı? 

Mәnә zәrif güllәrin,

Al-yaşıl fәsillәrin

Tәravәti gәrәkdi,

Tәravәt sәndә varmı? 

Mәnә çәtin anların,

Ağır imtahanların

Dәyanәti gәrәkdi,

Dәyanәt sәndә varmı? 

Mәnә barlı bağların,

Əyilәn budaqların

Sәxavәti gәrәkdi,

Sәxavәt sәndә varmı? 

Bu dәyanәt, bu sәrvәt,

Bu bәrәkәt, bu nemәt

Saf mәhәbbәt demәkdi,

Mәhәbbәt sәndә varmı? 

13


AD

Göstәrib “gücünü, istedadını”, 

Gәl yazma ağaca “ölmәz” adını. 

Əl saxla, tәbiәt bizdәn inciyәr,

Pis baxsaq baxışdan, gözdәn inciyәr. 

Ağac gövdәsinә yazılan adı, 

Ocaq kül elәdi, el yaşatmadı! 





MXA

N  Y

AQ

U

B

14


ƏSƏR

LƏR

İ

DÜŞÜBDÜ

Dünәn bulaq üstә qızın, gәlinin, 

Toy-nişan barәdә sözü düşübdü. 

Deyirlәr tәzә bәy olmaq istәyir, 

Aranın yaylağa gözü düşübdü. 

Çәmәnlәr torpağa döşәyib xalı,

Nişana  hazırdır kәrәsi, balı. 

Əllәri hәsrәtdәn qalıb uzalı,

Elçi dәrәlәrin özü düşübdü.

Sığmayıb bu sevgi misraya, bәndә,

Yayılıb sәdası şәhәrә, kәndә. 

Vәtәn torpağını toylu görәndә,

Sinәmә sәnәtin közü düşübdü. 

15


VURĞUNUM

Şeirimizә sәhәr vaxtı, dan yeri, 

Gözümüzә çıraq olub Vurğunum. 

Dәniz ömrü damla-damla paylanıb, 

Hәr sinәdә bulaq olub Vurğunum. 

Söhbәt şirin, ülfәt şirin, dәm şirin,

Telli sazda zil gözәldi, bәm şirin. 

Söhbәtini eşidәndә Şәmşirin, 

Dәlidağda bir dağ olub Vurğunum.

Ellәr deyib, süfrәsini bol açıb, 

Ürәklәrә sәxavәtdәn yol açıb. 

Hәr köpәyә ata kimi qol açıb, 

Hәr anaya uşaq olub Vurğunum.

Pirә dönüb ömrün oğlan yaşında,

Loğmanıydı torpağın da, daşın da. 

Elә yanıb hәr kәlmәnin başında,

Ən müqәddәs ocaq olub Vurğunum! 





MXA

N  Y

AQ

U

B

16


ƏSƏR

LƏR

İ

NƏNƏ

Nәnәm mәnә nağıl dedi gecәlәr, 

Yuxularda nәlәr gördüm, eh, nәlәr! 

Xalça uçur, ağız açıb әjdaha, 

Pәlәng kimi nәrildәyir hәr kaha. 

Ordu, qoşun batammayan divlәrә,

Bir qәhrәman qalib gәlir ağılla,

Sanki mәn dә ağıllandım nağılla. 

Div quyuda, onun canı şüşәdә,

Balıq suda, aslan olur meşәdә. 

Öyrәndim ki, kim hardadı, nә nәdә,

Nәnәm dә öz nәnәsindәn öyrәnib,

Sünbülә dә mahnı qoşub, dәnә dә. 

Bayatısı mürgülәdib dağları, 

Günәşә dә nәğmә deyib, çәnә dә. 

Yaxşı gündә qazan asıb ocağa, 

Yaman gündә әli qalıb çәnәdә. 

Bel yumağa, saçlar qara dönübdü

Atama da layla çalıb, mәnә dә. 

Deyir öllәm nәticәmi görmәsәm.

Hazırlaşır nәvәsinin toyuna, 

Arzuya bax, qüdrәtә bax nәnәdә! 

17


GÖRÜM

Çayla axar, sellә yarış eylәrәm,

Tәki sәni bir çağlayan bulaq görüm. 

Yer üzünü qarış-qarış elәyәrәm, 

İstәmәrәm yaxınları uzaq görüm. 

Meydan oxu min çәmәnin çiçәyinә, 

Yerin, göyün әtri dolsun ürәyinә. 

Dağ külәyi qanad versin dilәyinә,

Varlığında aran görüm, yaylaq görüm. 

Dodağında bircә soyuq söz olmasın,

Ürәyindә xәyanәtdәn iz olmasın. 

Elә qayna, baxışların buz olmasın,

Hәr baxanda gözlәrinә, ocaq görüm. 

Qartal olsam, hәr gün qoru sardan mәni, 

Özün çıxart hәr sınaqdan, dardan mәni. 

Özün saxla qasırğadan, qardan mәni,

Hәr sözündә yollarıma çıraq görüm. 

Nә yetirsәn yaxşı yetir, әsil yetir, 

Gözlәrimdә rәngi solmaz fәsil yetir. 

Dünya üçün әn vüqarlı nәsil yetir, 

Bir kök üstә min bәhrәli budaq görüm! 





MXA

N  Y

AQ

U

B

18


ƏSƏR

LƏR

İ

SƏN ŞEİR OXUYANDA

Ağdam ölkəşünaslıq muzeyinin 

əməkdaşı Xatirə xanıma həsr edirəm

Gur ocaqdan götürüb,

Köz baxışı, köz әli. 

Sәni nurdan yaradıb

Tәbiәtin öz әli. 

Gözәlliyә qovuşdum

Ay Qarabağ gözәli,

Sәn şeir oxuyanda. 

Titrәyәn dodaqların,

Od içindә yanırdı. 

Nәfәsini duyanlar

Yaz mehini anırdı. 

Könlümüz işıqlanır,

Ömrümüz uzanırdı

Sәn şeir oxuyanda. 

Qәlbimizin havası

Gah zil, gah da bәm oldu.

Sevinc qanad açanda,

Qәmin ömrü kәm oldu. 

Mәryәm Əsliyә döndü, 

Mahmudum Kәrәm oldu,

Sәn şeir oxuyanda. 

Hәr tәrәfdәn Cabbarın,

Seyidin sәsi gәldi. 

Qәlbimә dәniz eşqi,

19


Bulaq hәvәsi gәldi. 

Mәclisә çәmәn әtri,

Çiçәk nәfәsi gәldi,

Sәn şeir oxuyanda. 

Buz olsa әriyәrdi,

Daş olsa dil açardı. 

Bütün yallar, yamaclar,

Qış olsa, gül açardı. 

Dinmәz qayalar belә

Sәnә könül açardı,

Sәn şeir oxuyanda. 

Nәğmәyә döndәrәrdin

Bu torpağı, bu yurdu. 

Daş ürәklilәr belә

Sәnәt nәdir, duyurdu. 

Bir ahәngә can verib,

Yerlә göy oxuyurdu,

Sәn şeir oxuyanda. 

Kimdi belә alışan,

Fikri kim, meyli kimdir. 

Bu dili bayatılı,

Dodağı neyli kimdir. 

Mәcnun gәlsin bu yerә

Görsün ki, Leyli kimdir,

Sәn şeir oxuyanda! 





MXA

N  Y

AQ

U

B

20


ƏSƏR

LƏR

İ

XEYRİ  NƏDİR?

Ətәyindә çiçәk dәrib

Zirvәsinә vurulmasan, 

Sularından içәn zaman

Çeşmә kimi durulmasan, 

Enişindә asta enib,

Yoxuşunda yorulmasan, 

Nә bilәrsәn bu dağların

Nәğmәsi nә, şeiri nәdir?  

Qayaların sinәsindә 

Şimşәklәrin möhrünә bax.

Gündә yeddi rәngә düşәn,

Buludların sehrinә bax. 

Şah palıdın torpaq ilә

Ülfәtinә, mehrinә bax. 

Ürәk duyar, ilham bilәr,

Tәbiәtin seyri nәdir! 

Bağlamasan öz könlünü,

Ən müqәddәs dilәklәrә. 

İşıq olub, nura dönüb

Süzülmәsәn ürәklәrә, 

Ötәn ömrü, keçәn günü

Yem elәsәn külәklәrә, 

Min il yaşa bu dünyada,

Dünya üçün xeyri nәdir?! 

21


QARAYAZIM

Geri dönmәz ötәn günlәr,

Yüz yol can at, yeri, yüyür.

Şair, yoxdur, gözә dәymir,

Bәlkә küsüb ceyran, cüyür. 

Bir talada ocaq çatdım,

Gördüm yenә can üşüyür. 

Kimә deyim, göynәmәsin,

Mәn dәrdimi hara yazım. 

Bu yerlәrә şeir deyәn

Vurğun hanı, Qarayazım! 

Yurd yerini küskün gördüm, 

Boğdu mәni qubar, qәhәr.

El köçünü hara çәkib,

Kişnәmәdi bircә kәhәr! 

Gecә yaman ağır keçdi, 

Gec açıldı bu gün sәhәr. 

Bu nә uzun hәsrәt oldu,

Ara vermir qar, a yazım.

Bu yerlәrә şeir deyәn,

Vurğun hanı, Qarayazım! 

Ay qoca Kür, niyә susdun,

Axan tәbin durğundumu? 

Nәğmәkarsız keçәn ömrün,

İntizardan yorğundumu? 

Tüstülәnәn bu od, ocaq, 

Qәlyan çәkәn Vurğundumu? 

Kövrәk vaxtı qoy sözümü

Göz yaşımla qara yazım.





MXA

N  Y

AQ

U

B

22


ƏSƏR

LƏR

İ

Bu yerlәrә şeir deyәn,

Vurğun hanı, Qarayazım! 

İzlәrini nişan versәn,

Lәpirindәn öpәsiyәm. 

Sevincimi çiçәk kimi

Bu düzlәrә sәpәsiyәm. 

O işığın pәrvanәsi,

O dәnizin lәpәsiyәm. 

Şair gәlsin bu yerlәrә

Qoy sovuşsun qar, a yazım,

Bir dә sual olmasın ki, 

Vurğun hanı, Qarayazım! 

23


VAR

Mәnim gecәm necә keçir,

Sәhәrin nә xәbәri var. 

Yuxum qaçdı qәhәrimdәn,

Qәhәrin nә xәbәri var!

Önә cumur, yana çәkir, 

Dizlәriylә torpaq әkir,

Yoxuşda köhlәn nә çәkir,

Yәhәrin nә xәbәri var. 

Dağı daşıdım arana, 

Yollarda düşdüm borana. 

Eh kim ölә, kim yarana,

Xәbәrin nә xәbәri var!





MXA

N  Y

AQ

U

B

24


ƏSƏR

LƏR

İ

BAKI  HAQQINDA

DÜŞÜNCƏLƏR

Bu şәhәrdә dünya qәmi gәlmir eynimә,

Könlüm elә fәrәhlәnib, gülmәk istәyir. 

Bir nәğmәkar dövlәt quşu qonur çiynimә, 

Bu şәhәrin nәğmәsini demәk istәyir! 

Qız qalası dodağımdan düşmәz sözümdü, 

Eşqi böyük, adı әziz, şöhrәti baha. 

Qoşa qala qapıları iki gözümdü,

Dünәnimdәn boylanıram gәlәn sabaha! 

Bәlkә elә “şәhәr olmaz qalasız” deyәn –

Bir ananın laylasından yaranıb Bakı!? 

Sübh yelitәk xoş xәbәrlә qapımı döyәn

Azadlığın havasından yaranıb Bakı! 

Dünya özü gözәl bilir müqәddәs şәhәr,

Əzәl gündәn işıqlıdır eşqin, niyyәtin. 

Ulduzların sayı qәdәr, hesabı qәdәr, 

Gözlәrinә nur vermisәn bәşәriyyәtin! 

Boğazımdan yapışanda cәlladın әli, 

Zülmәtlәri nur içinә boğan sәn oldun! 

Qurd ürәkli, şir bilәkli, pәlәng pәncәli

Mehdi kimi oğulları doğan sәn oldun! 

Atdığı daş öz nәslinin başını әzdi, 

Sәni әzmәk istәsә dә, әzә bilmәdi. 

Alçaqların fikri gәzdi, xәyalı gәzdi,

Özü gәlib bu yerlәrdә gәzә bilmәdi. 

25


Oğulların dodağında Bakı söhbәti,

Yer üzünü qarış-qarış gәzәr yorulmaz. 

Əziz saxlar ürәyindә bu mәhәbbәti,

Nәğmәsini oxumaqdan Xәzәr yorulmaz! 

Qonaq qardaş, bir heykәl var, önündә dayan, 

Yaxşı düşün hәr sualı, sorğunu burda. 

Yerә vurğun, yurda bağlı, ellәrә hәyan,

Özün dinlә Bakı haqda Vurğunu burda! 

O “Bakının dastanı”nı varaqlayanda,

Gör nә yazıb, nә düşünüb, nәlәr deyәcәk. 

Bu yerlәrin tarixini soraqlayanda

Neçә ilin әvvәlindәn xәbәr deyәcәk. 

Bülbül qonub budaq üstә ötәndә dil-dil,

Söhbәtindәn bilәcәksәn haradır Bakı! 

Divarları adi daşdan, kәrpicdәn deyil,

Sarayları mәhәbbәtdәn yaradır Bakı! 

Yaz mehiylә sığallanar bağçası, bağı, 

Bu şәhәrdә ömrümüzün bahar çağı var. 

Ataların oğul kimi cavanlaşmağı, 

Oğulların Qoşqar boyda ucalmağı var! 

Olanda da Bakı kimi şәhәrin ola,

Sahilә bax, elә bil ki, ay parasıdır. 

Dağlar boyda dәrdin ola, kәdәrin ola, 

Bu dalğalar, bu külәklәr aparasıdır!   







MXA

N  Y

AQ

U

B

26


ƏSƏR

LƏR

İ

SƏADƏTİM

Eşqim torpaq, andım Vәtәn,

Vurulmuşam hüsnünә mәn.

Bir gülünü bir göy çәmәn

Sanmaq – mәnim sәadәtim. 

Çağlayaram bulaq kimi, 

Sevinәrәm uşaq kimi. 

Bar altında budaq kimi

Sınmaq – mәnim sәadәtim.

Bir ürәkdә gülsә bahar,

Orda elin nәfәsi var. 

Qışın töksә üstümә qar,

Donmaq – mәnim sәadәtim.

Gül olaram torpağına, 

Göz olaram ocağına.

Nәğmә olub dodağına

Qonmaq – mәnim sәadәtim.

Alov saçıb aya, ilә, 

Əriyәrәm gilә-gilә. 

Azәrbaycan, sevgin ilә

Yanmaq – mәnim sәadәtim.

27


YAŞAYIR

Ana torpaq, hər daşına üz qoyum,

Hər dərəndə çaldığım saz yaşayır. 

Məmməd Araz

Öz taleyi, öz sәsi var hәr ömrün, 

Qanad açan dilәyindә yaşayır. 

Neçә-neçә açılmamış arzu var,

Körpәlәrin bәlәyindә yaşayır.

Tez saraldıb xәzәl demә yarpağa,

Sığal gәrәk hәr bağçaya, hәr bağa. 

Kim can deyib can verirsә torpağa, 

Elin gücü bilәyindә yaşayır. 

Aylı gecә qardaşıdı gündüzün,

Gәlişinә çiçәk sәpin, gül düzün. 

Dağ qartalın, daş kәkliyin, gül düzün,

Yol yolçunun ürәyindә yaşayır! 





MXA

N  Y

AQ

U

B

28


ƏSƏR

LƏR

İ

SEVGİM

İçәndә ürәkdәn oxay dedim mәn, 

Bulağın gözünü, suyunu sevdim. 

Qarlı zirvәsindәn baxdım düzlәrә

Dağların vüqarlı boyunu sevdim. 

Analar evinә gәlin gәtirdi, 

Payızda qızların toyunu sevdim. 

Vuruldum torpağa vurğun göylәrә, 

Axarlı göylәrә, durğun göylәrә. 

Vәtәnә can dedim, anamı sevdim, 

Atamı, qeyrәti, inamı sevdim. 

Ellәrin qәlbindә mәskәn eylәyәn, 

Dәnizi, dәryanı, ilhamı sevdim. 

Sevirәm sözünü tutarmı dilim,

Bu qәdәr sevgini kim yaşadır, kim? 

Sevincim, fәrәhim dönmәzmi yasa,

Bu torpaq, bu Vәtәn, bu yer olmasa! 

29


DODAQDƏYMƏZ

TƏCNİS

Şair-aşıq, aylar qaldı arxada, 

Yenә sәni yar istәdi, yar andı. 

Canı candan ayırsa da ayrılıq,

Dedin çәtin yaddan çıxar yar andı. 

Yaralansa, qanlar axsa yaradan,

Sızlasa da yara sәhәr, yara dan. 

Qayalarda Şirin әksi yaradan,

Eşqin sәsi dağı-daşı yarandı. 

Dilin yandı hәr deyәndә yar, aşıq, 

Sәnәtinә ellәr aşıq, yar aşıq. 

Sinәn saza, sazın xalqa yaraşıq,

Adın-sanın elә hәyan yarandı. 





MXA

N  Y

AQ

U

B

30


ƏSƏR

LƏR

İ



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə