Zəfəranın (Crocus sativus L.) in vitro Çoxaldılması



Yüklə 54.79 Kb.
Pdf просмотр
tarix27.06.2017
ölçüsü54.79 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 12-15 (2014)

 

12 



Zəfəranın (Crocus sativus L.) in vitro Çoxaldılması 

 

T.H. Qaragözov,  M.H.Məmmədova, İ.V.Əzizov, S.Ş. Əsədova 

 

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı АZ1073, Azərbaycan; E-mail:biotexnoloqaz@mail.ru 

 

Crocus  sativus  L.  bitkisinin  morfogenez  və  orqanognez  proseslərinə  bir  sıra  amillərin  təsiri  tədqiq 



olunmuşdur. Temperatur qradientindən istifadə etməklə in vitro şəraitində de novo 10-dan 25-ə qədər 

mikrosoğanaqlar alınmışdır.  

 

Açar sözlər:  zəfəran, in vitro morfogenez və orqanogenez, soğanaqlar 

 

 

 GİRİŞ      

 

 Zəfəran (Crocus sativus L.) hələ qədim dövr-

lərdən çox qiymətli dərman bitkisi kimi tanınmış və 

ondan  xalq  təbabətində  geniş  istifadə  edilmişdir. 

Son illərdə zəfərana olan tələbat get-gedə artmışdır 

ki, bu da onun dişicik tellərindən alınmış preparat-

ların  insan  orqanizmində  əmələ  gələn  zərərli  radi-

kallara  və  bədxassəli  şişlərə  qarşı  olan  fəallığı

   


ilə 

bağlıdır. 

Dünyada  zəfəranın  gül  məhsuluna  getdikcə  ar-

tan tələbat, onun yeni intensiv çoxaldılma üsullarının 

işlənib  hazırlanması  zərurətini  qarşıya  qoyur.  Bio-

texnoloji  tədqiqatların  əsas  məqsədi  həm  meristem 

kulturasından  sırf  mikroklonal  çoxaldılmanın,  həm 

də  kallus  hüceyrələrindən  somatik  morfogenezin 

induksiyası  yollarının  işlənilib  hazırlanmasından 

ibarətdir.  Bununla  yanaşı,  zəfəranın  biotexnoloji 

çoxaldılması zamanı əldə edilən nəticələr gələcəkdə 

molekulyar-genetik  səviyyədə  aparılan  tədqiqatlarda 

istifadə  edilərək,  bu    bitkinin  faydalı  əlamətlərinin 

inkişafını arzu olunan istiqamətdə həyata keçirməyə 

imkan yaradacaq. 

Zəfəranın  hüceyrə  biotexnologiyasının  öz  ta-

rixi  və  bir  sıra  uğurları  vardır  (Fernández,  2004; 

Fernández,  2007).  Hal-hazırda  əsas  səylər  bu  bit-

kinin  in  vitro  şəraitində  çoxaldılmasının  effektiv-

liyinin artırılmasına və bu istiqamətdə aparılan təd-

qiqatlarda  yeni  yanaşma  yollarının  axtarışına  yö-

nəlmişdir. 

Zəfəran bitkisi üçün morfogenezin induksiyası 

kimi  adi  metodoloji  problemlərdən  başqa,  spesifik  

incəliklər  də  mövcuddur  ki,  onlar  nəzərə  alınmasa 

in  vitro  şəraitində  alınmış  nəticələrin  ehtimalı  və 

sabitliyi müəyyən dərəcədə problemli ola bilər . 

Çoxaldılma  əmsalının  artırılması  ilə  bağlı  ən 

effektiv  yanaşmaların  axtarışı  bu  geofit  bitkinin 

təbii şəraitdə ontogenetik inkişafda keçdiyi mərhə-

ləri nəzərə almalıdır. Fenoloji müşahidələr göstərir 

ki, bu bitki 4 inkişaf mərhələsini keçir. Molekulyar 

tədqiqatların  nəticələrinə  əsaslansaq,  inkişaf  mər-

hələlərin sayı 6-dan da çoxdur (Zubor et al., 2003). 

Çiçəklənmənin qısa müddətli olmasına baxma-

yaraq,  çiçəklənmədən  əvvəlki,  çiçəklənmə  zamanı 

və  çiçəklənmədən  sonraki  inkişaf  fazalarını  ayrı 

inkişaf  mərhələləri  kimi  qəbul  etmək  lazımdır.  Bu 

dövrlər  eyni  substratlar  üçün  rəqabət  aparan  müx-

təlif  tənzimlənmə  sistemlərinin  aktivləşməsi  ilə 

bağlı  hormonal  balansının  dəyişikliyi  ilə  müşayiət 

olunurlar  ki,  bu  in  vitro  tədqiqatlarda  hüceyrə  və 

toxumaların  kallus  və  morfogenez  induktorlarına 

kompetentliyində özünü biruzə verir. Çiçəklənməni 

istisna etməklə, bu proseslərin davam etmə müddəti 

və mexanizmi hazırda məlum deyildir. 



Crocus sativus L. bitkisinin praktiki olaraq sü-

künət  dövrü  yoxdur  və  ontogenezin  hər  sonrakı 

mərhələsi  əvvəlki  mərhələnin  davamı  kimi  özünü 

biruzə verir. Mərhələlərinin çoxalmış sayını bir çox 

hallarda  bu  növün  əsrlərlə  yayılma  ərazilərinin  iq-

lim  şəraitlərinə  uyğunlaşan  ekotipik  xüsusiyyətləri 

ilə izah etmək olar.       

Crocus sativus L. bitkisinin biotexnoloji çoxal-

dılmasında bir çox problemlər mövcuddur ki, bu da  

bitkinin  bioloji  xüsusiyyətlərinin  kifayət  qədər 

öyrənilməməsi  ilə  bağlıdır.  Biokimya  və  molekul-

yar  biologiyanın  müasir  metodlarının  tədbiq  edil-

məsi  embriogenez  və  morfogenezin  hormonal  tən-

ziminin  incə  mexanizmlərinin  müəyyən  edilməsinə 

və  Crocus  sativus  L.  bitkisinin    hüceyrə  çoxaldıl-

ması  texnologiyalarının  daha  da  uğurla  həyata  ke-

çirilməsinə imkan verəcəkdir. 



 

 

MATERİAL VƏ METODLAR 

 

İlkin material kimi Crocus sativus L. bitkisinin  

Abşeron  populyasiyasının  soğanaqlarından  istifadə 

edilmişdir. 

Təcrübələrin  aparılması  üçün  istifadə  edilən 

soğanaqların  hazırlıq  mərhələləri  bizim  əvvəl  çap 

olunan məqaləmizdə tam açıqlanmışdır (Карагезов 

и др., 2010 a).  

Soğanaqların  hibberellin  turşusu  ilə  (QA

3

)  iş-



lənməsi hibberellinin 50-100 mq/l su məhlullarında 

Zəfəranın (Crocus sativus L.) in vitro Çoxaldılması 

 

13 



24  saat  ərzində  inkubasiya  etmə  metodu  əsasında 

aparılmışdır. Nəzarət soğanaqları steril distillə suda 

inkubasiya  edilmişdir.  Köndələninə  diskvari    lay-

lara  kəsilmiş  soğanaqların  hissələri  müxtəlif  hor-

mon induktoru tərkibli qida mühitlərinə əkilmişdir. 

Soğanaqların  yuxarı,  orta  və  aşağı  hissələrindən 

kəsilmiş disklərin hər biri  ayrı-ayrı sınaq şüşəsində 

əkilmişdir. 

Disklərdə  kallus  hüceyrələrin  əmələ  gəlmə-

sindən sonra nümunələr aşağı müsbət (+ 5

0

) tempe-


ratur şəraitində 5 həftə ərzində inkubasiya edilmiş-

dir. İnkubasiya sona çatdıqda nümunələr yenə də in 

vitro şəraitinin adi parametləri əsasında kultivasiya 

edilmişdir (Карагезов и др., 2010 a).  



 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

  

Aparılmış  tədqiqatlar  göstərmişdir  ki,  istifadə 



edilmiş təcrübə sxemində soğanaqların de novo əmələ 

gəlməsinin ən yüksək induksiyası 6-benzilaminopurin 

(BAP)  və  1-naftilsirkə  turşusu  (NST  )  və  BAP,  2.4-

dixlorfenoksisirkə  turşusu  (2.4-D)  və  6-furfurilami-

nopurin  (kinetin)  tərkibli  qida  mühitlərində  aşkar 

olunmuşdur.  Ən  effektiv  orqanogenez  isə  BAP  və 

NST  istifadə  etməklə  soğanaqların  orta  və  aşağı 

hissələrindən alınmış kəsiklərdə müşahidə edilmişdir. 

Orta  hissələrdən  alınmış  kəsiklərdə  yüksək  effekt 

BAP  və  NST  1/10,  aşağı  effekt  isə  1/8  nisbətində 

alınmışdır.  BAP və NST 1/8 nisbətinin ən zəif təsiri 

mühitdə saxarozanın qatılığı 3 dəfə artıq olan zaman 

qeyd edilmişdir. 

Hibberellinin  embriogenez  və  morfogenezə 

müsbət təsiri yalnız BAP, 2.4-D  və kinetinin birgə 

istifadəsi zamanı müşahidə olunmuşdur. Hibberelli-

nin  stimuledici  təsirinin  maksimum  qiyməti  soğa-

naqların orta hissələrindən alınmış kəsiklərdə qeyd 

edilmişdir. 

Tədqiqatlar göstərmişdir ki, kallus kulturasının 

və  morfogenezin  alınmasında  ilkin  material  kimi 

istifadə  olunan  soğanaqların  ontogenezin  hansı 

mərhələsində olduğunun dəqiq təyin edilməsi çətin-

dir.  Bu  da  ilin  hər  fəslinin  iqlim  parametrlərinin 

qeyri-stabil olması və uyğun gəlməməsi ilə bağlıdır.  

Nəzərə  alsaq  ki,  Crocus  sativus  L.  bitkisinin 

ontogenetik inkişaf proqramının fəaliyyətini müəyyən 

edən  ətraf  mühitin  göstəriciləri  ildən  ilə  dəyişir,  in 

vitro  effektlərinin  həyata  keçməsinə  zəmanət  verən 

yeganə  yol  -  ilkin  materialın  süni  iqlim  şəraitdə  be-

cərilməsi vasitəsilə ontogenez mərhələlərinin standart 

və ardıcıl modelləşdirilməsidir. Yalnız bu cür alınmış 

ilkin material biotexnoloji tədqiqatlarda istifadə edilə 

bilər. 


Bundan  başqa,  in  vitro  morfogenetik  proses-

lərə və bu səbəbdən təcrid edilmiş kulturada çoxal-

dılma  əmsalının  effektliyinə  əhəmiyyətli  dərəcədə 

təsir edə bilən bir sıra amillər də mövcuddur. Buna 

misal selenin torpaqda miqdarını və onun bitkilərdə 

müəyyən dərəcədə toplanmasını qeyd etmək lazım-

dır (Карагезов и др., 2010 b). 

Çiçəklənmədən  sonra  soğanaqlar  bitki  hücey-

rələrinin  bölünməsi  prosesində  inhibitor  rolunu 

oynayan  selen  tərkibli  birləşmələrdən  əhəmiyyətli 

dərəcədə azad olunurlar. 

Crocus  sativus  L.    soğanaqlarının  bir  fəsil  ər-

zində  süni  substratlarda  becərilməsi  ilkin  toxuma-

ların in vitro şəraitində hormon induktorlarına kom-

petentliyinin  əhəmiyyətli  dərəcədə  artırmasına 

imkan yaratmışdır. 

Digər  vacib  şərtlərdən  biri  də  bu  növün  hib-

berellin kimi in vivo hormonal amilinə olan kompe-

tentliyidir.  Təbiətdə  aşağı  temperatur  şəraitində 

bitkilərdə həyat fəaliyyətini təmin edən proseslərin 

gedişi  zamanı  hibberellin  və  hibberellin  tərkibli 

birləşmələr  sərbəst  formaya  keçdiyindən,  morfo-

fizioloji  proseslərin  gedişinə  əhəmiyyətli  dərəcədə 

təsir göstərirlər. 

Ekzogen  hibberellinin  miqdarının  artması  çi-

çək tumurcuqlarının əhəmiyyətli dərəcədə çoxalma-

sına  səbəb  ola  bilər  (Азизбекова  и  др.,  1978). 

Müasir  dövrdə  qida  mühitlərinin  tərkibində  hibbe-

rellin  turşusunun  əlavə  edilməsi  in  vitro  şəraitində 

soğanaqların  de  novo  əmələ  gəlməsinin  effektivli-

yini  artırmaq  üçün  istifadə  oluna  bilən  yanaşma-

lardan biridir.  

 

                                    



1a 

 

                            1b 



Şəkil 1. Embriogenezin (1a) və morfogenezin  

(1b)  ilkin ardıcıl mərhələləri. 

 


Qaragözov və b. 

14 


Lakin təcrid olunmuş kulturada auksin və sito-

kininlərin müəyyən nisbətləri fonunda bir sıra hall-

arda  ekzogen  hibberellin  orqanogenez  prosesinin 

gedişi üçün nəinki qeyri-effektli, hətta mənfi təsirli 

ola  bilər.  Bunu  da  ilkin  materialda  endogen  hib-

berellinin və yaxud hiberellin tərkibli birləşmələrin 

yüksək  miqdarı  və  in  vitro  kulturasında  müxtəlif 

amillərin  mürəkkəb  qarşılıqlı  əlagələri  ilə  izah 

etmək olar. 

 

 



2a 

 

2b 



Şəkil  2.  in vitro  kulturada Crocus sativus L.  

mikrosoğanaqların əmələ gəlməsi. 

 

 

In  vitro  şəraitində  orqanogenezin  effektliyinə 



təsir göstərən yuxarıda qeyd edilən bütün amillərin, 

o  cümlədən,  ədəbiyyatda  bu  vaxtda  gədər  açıqlan-

mamış  temperatur  qradientlərinin  istifadəsi,  bizə 

orqanogenez  mərhələsində  induksiya  edilmiş  mor-

fogenezi həyata keçirməyə və de novo soğanaqların 

alınmasına imkan yaratdı. 

Qida  mühitlərinin  variantlarından  və  hormon 

amillərinin  kombinasiyalarından  asılı  olaraq  bir 

sınaq  şüşəsində  10-dan  25-ə  qədər  soğanaq  əmələ 

gəlmişdir (Şək. 1, 2). 

Beləliklə, aparılmış tədqiqatlar göstərmişdir ki, 

Crocus  sativus  L.  bitkisinin  in  vitro  embriogenez, 

morfogenez və orqanogenez prosesləri zamanı hor-

monal amillərin arasında müxtəlif qarşılıqlı əlagələr 

yaranır.  İlkin  eksplantın  tipindən    asılı  olaraq, 



Crocus  sativus  L.    üçün  hormon  təbiətli    induk-

torların  təsir  effekti    özünü  fərqli  olaraq  biruzə 

verir.    

 

 



MINNƏTDARLIQ 

 

Bu  iş   

Azərbaycan  Respublikasının  Prezidenti  ya-

nında Elmin İnkişafı Fondunun  maliyyə yardımı ilə 

yerinə  yetirilmişdir  –  Qrant  №  EİF-2011-1(3)-

 

82/49/3.



 

 

 



ƏDƏBİYYAT 

 

Азизбекова Н.Ш., Миляева Э.Л., Лобова Н.В. 

(1978)  Влияние  гиббереллина  и  кинетина  на 

формирование  цветочных  органов  шафрана. 

Физиология растений, 25(3): 603-609. 

Карагезов Т.Г., Асадова C.Ш., Мамедова М.Г.  

(2010 a) Каллусогенез и соматический эмбрио-

генез  у  Crocus  sativus  L.  AMEA-nın  Xəbərləri 

(Biologiya elmləri), 65(1-2):  52-57. 



Карагезов  Т.Г.,  Мамедова  М.Г.,  Азизов  И.В., 

Асадова С.Ш. (2010 b) Особенности каллусо-

образования и регенерации растений шафрана 

(Crocus  sativus  L).  Мат. Межд.  конференции  с 

элементами научной школы для молодежи, 22-

25 сентября 2010 г., Мичуринск, 163-167. 

Fernández J.A. (2004) Biology, biotechnology and 

biomedicine  of  saffron.  Recent  Research  in  De-

velopmental Plant Science  2: 127–159. 

Fernandez,  J.A.  (2007)  Genetic  resources  of  saf-

fron  and  allies  (Crocus  spp.).  Acta  Horticulturae  



739: 167–185  

Zubor  A.A.,  Surányi  G.,  Györi  Z.,  Borbėly  G., 

Prokisch J. (2004) Molecular biological approach 

of the systematics  of  Crocus  sativus  L.and  its  al-

lies.  In:  Proceedings  of  the  First  International 

Symposium on Saffron Biology and Biotechnolo-

gy (Abdullayev F., ed.), 85-93. 

 

 

 

 

 

 

 


Zəfəranın (Crocus sativus L.) in vitro Çoxaldılması 

 

15 



Размножение Шафрана (Crocus sativus L) in itro 

 

Т.Г.Карагезов, М.Г.Мамедова, И.В. Азизов, С.Ш.Асадова 

 

Институт ботаники НАНА  

 

Изучен ряд факторов, влияющих на морфогенез и органогенез шафрана (Crocus sativus L). С исполь-

зованием температурного градиента в условиях  in vitro de novo  получено от 10 до 25 микролуковиц. 

 

Ключевые слова: шафран, in vitro морфогенез и органогенез, клубнелуковицы 

 

 



 

                       



Propagation of Saffron (Crocus sativus L) in vitro  

 

T.G.Karagyozov,  M.G.Mamedova, I.V.Azizov, S.Sh.Asadova 

 

Institute of Botany, ANAS 

 

Factors influencing on morphogenesis and organogenesis of saffron (Crocus sativus L.) have been studied. 

Using temperature gradient in vitro 10 - 25 microcorms were obtained de novo

  

Key words: saffron, in vitro morphogenesis, organogenesis, corms 



 

Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə