Zaur ustac ustadnamə (Kİtab haqqinda kitab) Bakı 2016



Yüklə 320.74 Kb.
səhifə3/3
tarix22.05.2017
ölçüsü320.74 Kb.
1   2   3

(Səfər Səfərliyə)

Həyat yolu, arzularla səs-səsə,

O, fürsətdir, aman verməz heç kəsə,

Dünya malı bu dünyada gərəksə,

O dünyaya keçməsində nə fayda...

* * *


O, Anadır bala üçün həp yanar,

Gecə-gündüz dövrəsində fırlanar,

Vədə sonu sıralanan yuvalar,

Nişan qalar balaları uçanda...

* * *


O, çevrədir, həm hərifdi, həm rəqəm

Tüm mövcudat məlum olar “O”, desəm,

Cavab budur, gərək yoxdu, düşünəm

Çün tərifi çox açıqdı hesabda...

* * *


O tüfəngdir, boşu minin qorxudar,

O gecədir, səhər gəlsə yox olar,

O ağıldır, insanlığı ucaldar,

Burda deyim, rəhmət düşür ustada...

* * *


Ustac üçün ən asan bu sualdı,

Tək YARADAN tüm suala cavabdı,

Ən yaxşı dost həmsöhbətin olandı,

Söz, söz olar deyildiyi məqamda...

15.08.2014 Bakı.

İNDİ

(Ustad Əbülfət Heydərə)

Bu 5-10 il tarix üçün bir andı,


Ötənlərdən bir yadına sal indi.
Dədəmiz də bir vaxt yurddan kənardı,
Sonra döndü, ürəyimdə xal indi...
* * *

Gavır oglu lap binədən gavırdı,


Xan var idi, tavırlar da tavırdı,
Adi yağış çöldən evə qavırdı,
Murdar gəda olub əhli-hal indi..

* * *


Ustac deyər, ulu ustad qəm yemə,
Allah verən uzun ömrə kəm demə,
Bu kəlmələr necə enir qələmə???
Ağ kağıza gözəl bir xətt sal indi....

22.06.2015. Şamaxı.

ÇIX

Biçarə aşiqdə qalmayıbdı can,


Dilə çıx, fayda yox ürək sözündə....
Bərzəxdə yaşamaq zordan zor inan,
Felə çıx, işartı görüm üzündə....
* * *
Nədən gen qaçırsan, bilməm ki, məndən,
Görsət gül üzünü, Gün şıxsın çəndən,
Qəlbinin səsini duyuram bəmdən,
Zilə çıx, arzular gülsün gözündə....
* * *
Ustacı qoymusan çölün düzündə,
Sarı güllər bitib, çoxdan izində,
Haçansa talemiz gülər bizim də,
Fala çıx, hikmət var elin sözündə....

23.07.2015. Bakı.

 FİTNƏKAR

Dodaqların baldır, dedim

Arı kimi sancdın məni….

Yanaqların aldır, dedim

Alov kimi sardın məni….

 *     *    *

 Atəşi  əli ucunda,

İynəsi dili ucunda.

Kəməndi teli ucunda,

Felə fəda etdin məni….

 *      *     *

 Ustac olub, xal əsiri,

“Fitnə” quran fel əsiri,

Qəlbi şirin dil əsiri,

Ruhu talan etdin məni….

 06.12.2015. Bakı.

 

GÖRÜM


Üzünü üzümə uzaq tutmusan,
Görüm, üzün üzə üz ilə gülsün....
Gözünü gözümə duzaq qurmusan,
Görüm, gözün gözə naz ilə gülsün....

* * *


Yaradan yadını yad tutub mənə,
Yadım heç, yadını yad tutub mənə,
Doğmam, doğmalığın yad tutub mənə,
Görüm, gül cəmalın nur ilə gülsün....

* * *


Zaur zəvvarlıqdan qalıb kənarda,
Həcərül Əsvədim, Zəm-zəm iraqda,
İhramım bükülü qalıb qıraqda,
Görüm, arzuların üzünə gülsün....

17-24.05.2015. Bakı.


GÜLSÜN


Bir baxıb, baxmamaq olurmu, Gülüm?

Dil qəlbin oxusun, göz gözə gülsün...

Qaynayıb, axmamaq olurmu, Gülüm?

Sözlər gül qoxusun, göz gözə gülsün...

* * *

Al rəngli tər qönçə bəzək gül üzə,



Ruhun mehman ola, gəzək gül üzə,

Süz dolsun qədəhlər içək, gül üzə,

Üz üzə toxunsun, göz gözə gülsün...

* *


Ustacam, söyləməm, heç zaman yarın,

Çoxdan cəzbindəyəm, sənin tək yarın,

Əgər, inanmırsız bu qəlbi yarın,

Arzular qovuşsun, göz gözə gülsün...

22.05.2015. Bakı.

GÖR


İçimi içindən yeyən arzular

Qorx, bir gün yığışıb canımı üzə,

Neyləyim, bu könül səni arzular

Bax, nələr gözümdə çıxıbdı üzə...

* * *

Demirəm, özünü gəl unut tamam,



Bunu istəmirəm, mümkünsüz, tamam,

Səndən istəmirəm, bir baxış tamam,

Gözucu bir nəzər ayıbmı üzə???

* * *


Gör, işin harası dil açıb Ustac,

Xəfif təbəssümə qalıbdı möhtac,

Əlacı onadı eləyib merac,

Günəşin səmt tutub, yön alıb üzə...

24.05.2015. Bakı.

GÖZÜN GÖZÜ

Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər....
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər....

* * *


Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər....

* * *


Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər......

21.09.2015. Bakı.


SEV


Sən sev, səni sevəni, seçibdi sevgi səni,

Sevməyəni sevənlər sevgisində suçludur....

Sevdiyini söyləyən, seçibdi sevgisini,

Sevgisin sezdirməyən sevgisində suçludur....

* * *

Sevgi, sevib- sevilmək, sevənin sevincidir,



Sevgi, sonsuz səxavət, sevdanın sonucudur,

Sevgi, sona sərmayə, sabahın sulqucudur,

Sevgisin sezdirməyən, sevgisində suçludur....

* * *


Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız,

Sevib, sezdirməməyi sultanlıqmı sanırsız????

Sevməyəni sevməyi sədaqətmi sayırsız????

Sevdiyini sevdirən sevgisində suçludur....

23.09.2015. Bakı.

EY QOCA QURD

Ey Qoca Qurd, çaqqalların ulamağı boşa deyil,

Qızıl qanlı boz pəncəni yalamağa tələsirlər!!!!

Kaftarların umacağı sür-sümükdən artıq deyil,

Üzdə hürüb, sürüsündən ayrı düşcək tir-tir əsər!!!!

* * *

Çaqqalların adı çaqqal, tulaların adı tula....



Səndən olub, atam Qurddu deyənlərə nə deyəsən????

Üzü dönük, səndən olan bizdən deyil onu tulla!!!!

Unut getsin, boz dünyanın boz üzünü çox görmüsən....

* * *


Üzdən sənə oxşasa da, yerişini yerisə də

Hərdən Qurda girişsə də, köpəyə köpək deyərlər!!!!

Lap ağaca dırmansa da, köpək oğlu köpəkdir də

Aqillər də yaxşı deyib: - “itlər hürər, karvan keçər”!!!!

* * *

Ey Qoca Qurd , karvanının yolun üstdə duranların,



Heç biri yox – adı itib, qalmayıbdı izi-tozu....

Keçidlərdə, pusu qurub, tülkü kimi yatanların,

Hiylələri boşa çıxıb, oyulubdu tülkü gözü!!!!

* * *


Ey Qoca Qurd, mənzilini düz seçmisən – duruş gətir....

Gecə sirdaşın Ay, Ulduz, gündüz pənahın Günəşdi....

Nələr gördün bu dünyada, bunlar da sənə vız gəlir....

Ürəyin saf ırmak suyu, ruhun sönməz bir atəşdi!!!!

22.11.2015. Bakı.

BİLİRƏM


Bilirəm qəlbində yuva qurmuşam,
Bəlkə də sinənə yara vurmuşam,
Bilmirəm heç yönü hara durmuşam,
Səni görən gündən itibdi, qibləm ....

* * *
Verdiyin salamı ala bilmədim,


Dedin qal yanımda, qala bilmədim,
Sənin istədiyin ola bilmədim,
Gərək əfv edəsən kəmdi, səriştəm ..

* * *
Ustacın ürəyi yuxadan yuxa,


Nə vara inanır, nə də ki, yoxa,
Tutuşub fələklə kim yıxa, yıxa,
Sən qahmar durmasan inan ki, təkəm....

03.12.2015. Bakı.

İNDİ

Oyanıb, yerimdə qalmışam, oyaq



Əlimi “yerinə” sürtürəm, indi

İndi burda idin, indicə, bayaq

Haraya qeyb oldun, hardasan, indi???

* * *
“Xoşbəxtliyin tacı” əlimdə idi,

Mataf “abi-kövsər” ovcumda idi,

Ədndən bir “huri” yanımda idi,

Əlimi yerinə sürtürəm, indi...

* * *


Diyən, “yerin” isti, məni qınama,

Ustac sözdə bütöv, tanı, sınama,

Bir mərrə ağlı yox, onu unama,

Haraya qeyb oldun, hardasan, indi???

22.02.2016(4:44) Bakı.

KƏLLƏ-MAYALLAQ

Yenə ayılmışam, alayarımçıq,

Sənsiz yuxularım kəmşirin olub,

Dərin yuxularım, çox dayazlaşıb,

Susuz quyularım, səpsərin dolub;

* * *
Ağaclar dayanıb, təpə aşağı,

Nənələr tay yığmır, çöldə başağı,

Babalar çirməmir, çayda qurşağı,

Görməz baxışlarım, çəpərin olub;

* * *
Ustac işıqlıya həsrət biləsən,

Bu dastan dünyaya ibrət biləsən,

Dünya da dünyada nemət biləsən,

Sevməz duyğularım, yavərin olub….

26.02.2016 (6:36). Bakı.

QUCAĞINI GENIŞ AÇ…

( Gizir  Pəncəli Teymurova həsr olunur.)

Qucağını geniş aç, gəlirəm Ana Torpaq,


Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…. ….
Sancmışam Sancağımı, rahat gəlirəm indi….

 * * *


Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna….
Sıra ilə gəlirik, yol ver girək qoynuna….

* * *


Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, daha nəyi gözləyim????
Ana, sən də gözünün qorasını sıxma ha…
Oğulun adı üstə, qurban gedər torpağa!!!!

12.04.2016. Bakı.

 

TUTQU


(Qurbaninin ruhu şad olsun…)

Qönçə dodaqların bal süzür indi,


Kişmişin yaxşısı quşa qalan tək….
Taclı tər çiçəyin,  məs  gəzir indi,
Aranın  al narı  Muşa varan tək….

* * *


Qırmızı, gündöyən yeri almanın,
Dümağdı, gündəyməz  zehi heyvanın,
Paçalı, bütövdən şirindi narın,
Şərabın köhnəsi nuşa yatan tək….

* * *


Ustacın bir mərrə ağlı qalmayıb,
Nə çox, dağlar yarıb, səhra dolanıb,
Armudun yaxşısı ayıya qalıb,
Naşının xırmanı qışa qalan tək….

21-23.04.2016. (11:25) . Bakı.

VURĞUN VƏTƏNDİ…

(Vurğuna)


Vurğunam, Vurğunun vurğunluğuna,


Vətən varlığıydı, Vətən varıydı…
Vətəndə vətənsiz Vurğunluğuyla,
Vətənin varlığın vurğulayırdı….

* * *
Varam, Vurğunumun vurğunluğuna,


Varıynan varmışdı varılmayana,
Vətənin vəkili Vəkiloğluna,
Vətən vüqariydı, Vətən varıydı….

* * *


“Vurğunam”, Vətənin varı varımdı,
Vecsizlər vulqarlıq vurğulayırdı,
Vurğunsa, Vətənə Vətən verirdi,
Vətən Vurğunuydu, Vurğun Vətəndi….

24.04.2016 . Bakı.

PƏNCƏRƏ

(baş:09:31)


Bahar gəlib pəncərəmə,
Ürəyimə gələ bilmir....
Lap dayanıb qəlb evimə,
İçəriyə girə bilmir....

* * *


O, zənn edir düz gəlməyib,
Neçə yazdır naz eyləyir....
Deyirəm ki, düz tuş gəlib,
Mən dediyim az eyləyir....

* * *


Ustac, sənə düz eyləyir,
Nə eləyir saz eyləyir....
Sən deyirsən naz eyləyir,
Hər nə edir, az eyləyir....
(bit:09:39) 
28.04.2016. Bakı.

TUR ALACAM

(Şəhidimiz Tural Əhmədovun oğlu Turalın dilindən)

(baş:09:56)

Dədəm qorqud səhv ad verməz,
Doğulmuşuq tur almağa!!!!
Od ərənlər öc saxlamaz,
Doğulmuşuq öc almağa!!!!

* * *


Gözlərimin içinə bax,
Gözünüzü oyacağam!!!!
Hünərin var, tur düzənlə,
Tüm turları alacağam!!!!

* * *


Sanma, qanı qalar yerdə,
Törəmizdir, alacağam!!!!
Tək atamın qanın deyil,
Haqqımızı alacağam!!!!

* * *


Yağmurlu günü sal yada,
Yenə taxtu-tac alacam!!!!
Tarixdə yüz il, bir gündü,
Geci- tezi bac alacam!!!!

(bit:10:25)


28.04.2016 Bakı.

OLUB


(Dilbilməzə)

Qurbani babamdı, Ələsgər dədəm!
Söz bizə müştaqdı, biz sözə müdəm!
Naşılıq sözündən məlumdur, didəm!
Qanmazın pendiri təkədən olub!!!!

* * *


Çox bəşər görmüşəm, şəsti yerində,

Baxırsan insandı, büstü yerində,

Vidi var, forsu var, postu yerində,

Qabının qapağı ləçəkdən olub....

* * *

Ustac, nələr gördün sən bu dünyada,



Bütün arzulara yetdin, nəmxuda,

Nöqsandı dünyaya, qəbul et, bu da

Çoxunun mayası lüləkdən olub....

17.05.2016. Bakı.

QARABAĞ ATI

Anası Günəşdi, atası Aydı,


Göylərdən enibdi Qarabağ Atı!!!!
Düşmənə göz dağı, dostasa haydı,
Baratdı, muraddı, Qarabağ Atı!!!!

* * *


Rəngini veribdi, ata - anası,
Yerdə, göyüzünün sanki, sonası,
Qumralı, səkili, məxsus qaşqası,
Hörmətdi, izzətdi, Qarabağ Atı!!!!

* * *


Dünyanı edibdi, özünə heyran,
Tüm dünya səkməyən gözünə qurban,
Ustac belə görüb ata-babadan,
Namusdu, iffətdi, Qarabağ Atı!!!!

21.07.2016. 23:45(15') Bakı



YARIM BARDAQ
O yarım buraxdığın
Bardaq, de yadındamı????
Sen gedəndən düz üç gün
Söndürübdü yanğımı….
* * *
Dodağın dəyən yerdən
Öpmüşəm, neçə kərə….
Dadsız şüşə o gündən
Dönüb bala, şəkərə….
* * *
Sənin tutduğun yerdən
Çalışmışam tutmağa….
İz tapanda izindən
Qanad olmur uçmağa….
* * *
Bütə dönüb, bu bardaq
Bəzəyidir evimin….
Üstündə barmaq-barmaq
Bəzəyi var əlinin….
* * *
Qalan son damlaları
Qıymadım. içəm özüm….
Qonaq etdim gülləri,
Belə bulundu çözüm…
* * *
Dibçəklər Yer kürəsi,
Güllər Mən, Sənsə susan…
Heç nə yox itirəsi,
Tay canıma hopmusan…..


01.08.2016. 15:40 (40′ ) Bakı.

YELLƏNCƏK

Çiçəklər ruhumun yelləncəyidir,

Ruhumu asmışam nar çiçəyindən...

Arzular dünyamın gələcəyidir,

Arzumu tutmuşam bar çiçəyindən...

* * *

Paklığı görmüşəm, səhər şehində



Saflığı görmüşəm, qəhər mehində

Könül fərahlığı zəfər zehində,

Kamımı almışam qar çiçəyindən....

* * *


Ustacın diləyi af olacaqdır,

Saf qəlbin meyvəsi saf olacaqdır,

Ruhumun məskəni Qaf olacaqdır,

İlhamı almışam yar çiçəyindən...

02.08.2016. 07:47 (15') Bakı.

YAŞIL


Mənim ürəyimin rəngi yaşıldı,

Qolumda saatın rəngi də yaşıl.....

Yolumda işığın rəngi yaşıldı,

Əynimdə köynəyin rəngi də yaşıl....

* * *

Yamyaşıl bu dünyam solmaya barı,



Bu yaşıl dünyamda çəhrayısan sən....

Yamyaşıl dünyamın çəhrayı barı,

Yaşıllıq içində solmayasan sən....

* * *


Hələ dərilməmiş zərif çiçəksən....

Budağın yaşıldı, yaşıl yatağın,

Ləçəyi çəhrayı tuaf çiçəksən.....

Çoxmu gözləyəcək yaşıl qonağın???

13.08.2016. 10:40 (20’) Bakı.

YAXŞIDIR


(Dostum Vüsala)

Yaradan, fitrətə qoyub mayanı,

Yaradanım sayıb, onu sayanı,

Hamı ondan alıb sevgi payını,

Çayın axımıyla axmaq yaxşıdır....

*         *         *

Dünyanın təməli sevgi içində,

Dahilər hamısı işin içində,

Sevgisiz bir dünya yox biçimində,

Gedilmiş çığırla getmək yaxşıdır........

*         *         *

Ustac da çox vurub, daşa-divara,

Sonunda gəlibdi yetkin qərara,

Müşküllər möhtacdır tək bu açara,

Yamana yaxşılıq etmək yaxşıdır....

22..08.2016.  12:21 (12’).     Bakı.


SÖZ HAQQINDA SÖZ

Söz

“Müəllifin kimliyindən asılı olmayaraq sözün mənbəyi təkdir, ancaq zaman və məkan şərtdir.”


Deyim

“Ustaca görə yazarlar, ancaq yazarlar… Şübhəsiz ki, hikmət və söz Uca Yaradana məxsusdur. Biz sadəcə diktə olunanları qələmə alan, qələm tutan qullarıq – qələmin sahibi də odur…”


İnam

“NƏSİMİ FƏTH ETDİ, HƏQİQİ ELMİ

YARADAN, HƏR KƏSİN ÖZ İÇİNDƏDİR.

XEYİR DƏ SƏNDƏDİR, ŞƏR DƏ ÖZÜNSƏN

ALLAH DA ŞEYTAN DA BU BİÇİMDƏDİR…”
Tövsiyyə

“Elə yazın ki, qələm vəballısı olmayasız…”

MARAQ ÜÇÜN

Zaur Ustac 1988- ci ilin May ayından etibarən, ehtiyac olan məqamlarda mütamadi olaraq, dövri mətbuatda və əsasən qapalı auditoriyalarda çıxış edir. Ara- sıra yenə, yeri gəldikcə şeirlər yazır.

Ustaca görə, yazarlar, ancaq yazarlar... Yəni şübhəsiz ki, hikmət və söz Uca Yaradana məxsusdur.

Biz sadəcə diktə olunanları qələmə alan, qələm tutan qullarıq- qələmin sahibi də odur...

- Ustaclıyam, əlim ərşi-əlada,

Bu nə sitəm, millətim nə bəlada???!!!

MÜNDƏRİCAT

USTADNAMƏ ......................................................................3

1/4.............................................................................................5

DÜNYA.......................................................................................22

HƏLƏ MƏN...............................................................................23

HƏLƏ SƏN................................................................................24

NƏ İSTƏYİM.............................................................................25

GÜLLƏ.......................................................................................26

AY QIZ.............................................................................28

YOLLAR............................................................................30

AY KAMAN......................................................................32

DAĞLAR..........................................................................34

ANA................................................................................35

QÖNÇƏLƏR.....................................................................36

ÖMÜR.............................................................................37

DOSTUM.........................................................................38

HƏQİQƏT.........................................................................39

DÜŞÜNCƏLƏR...................................................................41

ANA..................................................................................43

BELƏDİR..........................................................................44

İSTƏRƏM.........................................................................45

GÜLÜM............................................................................46

GƏZDİM...........................................................................47

AĞÇİÇƏYİM....................................................................48

GƏL ÖYRƏT MƏNİ.........................................................49

YOL GÖSTƏR...................................................................50

MƏQAM......................................................................51

ŞEHÇİÇƏYİM..................................................................52

MÜTLƏQ.........................................................................53 GÖRÜNCƏ........................................................................54

QORX................................................................................55

ƏLİNDƏDİR........................................................................56

GƏLİR...............................................................................57

BALÇİÇƏYİM......................................................................58

NƏDƏNDİ..........................................................................59

TUNCAYA..........................................................................60

OLMUŞAM........................................................................63

ATƏŞ................................................................................64

HƏBİBİ............................................................................65

ÖLÜM NƏDİR?...................................................................66

GƏL..................................................................................67 SÜKUT..............................................................................68

OXŞAMIR..........................................................................69

BU GÜNDÜ........................................................................70

İNDİ..................................................................................71

MƏNCƏ............................................................................73

İNDİ................................................................................75

ÇIX.................................................................................76

 FİTNƏKAR........................................................................77

GÖRÜM .........................................................................78

GÜLSÜN .......................................................................79

GÖR ...............................................................................80

GÖZÜN GÖZÜ..................................................................81

SEV.................................................................................82

EY QOCA QURD................................................................83

BİLİRƏM..........................................................................85

İNDİ................................................................................86

KƏLLƏ-MAYALLAQ...........................................................87

QUCAĞINI GENIŞ AÇ.........................................................88

TUTQU............................................................................89

VURĞUN VƏTƏNDİ..........................................................90

PƏNCƏRƏ.....................................................................91

TUR ALACAM...............................................................92

OLUB.............................................................................93

QARABAĞ ATI..............................................................94



YARIM BARDAQ................................................................95

YELLƏNCƏK......................................................................96

YAŞIL..............................................................................97

YAXŞIDIR.............................................................................98

SÖZ HAQQINDA SÖZ.................................................99

MARAQ ÜÇÜN................................................................100

MÜNDƏRİCAT.................................................................101

Zaur USTAC

(Mustafayev Zaur Mustafa oğlu)

Birinci nəşr – 2016, 106 səh.

USTADNAMƏ

(Kitab haqqında kitab)

1/4

Kompüterdə yığdı: Gülü



Kitab “Yazarlar”-ın kompüter mərkəzində yığılıb.

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.



Çapa imzalandı: 22.08.2016.

Əlaqə: zauryazar@mail.ru

(+994)777110575

F/b: Zaur Ustac

QEYDLƏR



Каталог: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə
file -> Elxan Süleymanov Vurğun Süleymanov Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır


Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə