Yeniyetmə və gənclərdə addiktiv davranışın motivasiyası və təzahür



Yüklə 12,71 Kb.
Pdf görüntüsü
tarix07.04.2017
ölçüsü12,71 Kb.
#13617

Yeniyetmə və gənclərdə addiktiv davranışın motivasiyası və təzahür 

xüsusiyyətləri 

Nuralı Çələbiyev 

psixologiya üzrə fəlsəfə doktoru,dosent 

Azərbaycan Müəllimlər İnstitutunun  Şəki filialı 

n_chelebiyev@mail.ru 

İnsan    psixikası  çox  çevik,  tez  uyğunlaşma  qabiliyyətinə,  yüksək  səmərəliliyə  və 

böyük  ehtiyatlara  malik,  özünü  bərpa  edən  sistemdir.  Bununla  belə,  bu  qəribə  sistemin 

özünəməxsus  zəif  tərəfləri  və  müəyyən  həddə  qədər  dözümlülük  sərhədləri  vardır.  Bir  çox 

hallarda insanların qarşılaşdığı davamlı stresslər və psixotravmatik vəziyyətlər bu sərhədlərin 

dağılmasına  gətirib  çıxarır.  Normal  vəziyyətlərdə  insan  psixikasının  müdafiə  mexanizmləri 

qeyri-adekvat,  destruktiv  hərəkətləri  tənzimləmək  gücündə  olsa  da,  kritik  vəziyyətlərdə  və 

uzun  müddət  psixikaya  təsir  göstərən  destruktiv  amillər  insanın  normal  psixi  həyatında  

neqativ dəyişkənliyə-müxtəlif deviant davranış formalarının yaranmasına səbəb olur.  

Zəmanəmizdə  deviant  davranışın  digər  bir  sıra  formaları  kimi,  addiktiv  (addiction-

zərərli vərdiş,meyl) davranış formalarının da yeniyetmə və gənclərin həyat üslubuna, yaşam 

tərzinin bir hissəsinə çevrilmə riski get-gedə artmaqdadır. Asılılıq meylləri yaradan addiktiv 

davranışın  “internet-addiksiya”,  “kompyuter  addiksiyası”,  “qeyri-kimyəvi  və  kimyəvi 

addiksiya”,  “qumar  oyunları  addiksiyası”,  “televiziya  və  serial  addiksiyası”  və  s.  kimi 

formaları geniş yayılmaqdadır. 

Addiktiv  davranış  problemini  təddiq  edən  bir  sıra  alimlər  (H.Selye,  E.P.İlin, 

L.P.Qrimak,  T.P.Korolenko,  A.S.Timofeyeva,  K.Chermin  və  b.)  bu  davranış  tipini  insanın 

özünə və cəmiyyətə zərər vuran deviant davranış formalarından biri kimi  səciyyələndirirlər. 

Addiktiv  davranış  dedikdə,  insanın  öz  psixi  vəziyyətində  müxtəlif  vasitələrdən  -psixikaya 

təsir göstərən formakoloji və qeyri-formakoloji vasitələrdən istifadə etməklə reallıqdan qaçma 

cəhdləri nəzərdə tutulur. 

İnsanlarda  addiktiv  davranış  meyllərinin  meydana  gəlməsinin  motivləri  geniş    və 

əhatəlidir. Burada insanaların fərdi xüsusiyyətlərinin  və mühit təsirlərinin  xarakteri başlıca 

amil  kimi  nəzərdən  keçirilə  bilər.  Zəif  sinir  sitemi  tipinə  və  psixikaya  malik  olan  insanlar 

gündəlik  həyatda  qarşılaşdıqları  çətinliklər  qarşısında    daha  çox  acizlik  göstərir,  əhval 

düşkünlüyünün  yaratdığı  diskomfort  vəziyyətlərdən  çıxış  yolunu  əhvalı  yüksəldən  müxtəlif 

stimullyantlardan    istifadə  də  görürlər.  Belə  vəziyyətlərdə  insanların  daha  çox  istifadə 

etdikləri addiktiv vasitələr alkoqol  narkotikadır. 

Yeniyetmə  və  gənclərdə  davranış  qüsurlarının  meydana  gəlməsində  normal  yaş 

böhranlarının,  sinir sistemi tipinin, ailədaxili münasibətlərin, onların daxil olduqları sosial 

qrupların güclü təsiri vardır. Bu cəhətdən əlverişsiz həyat şəraitinin, ailə tərbiyəsinin, uşaq və 

yeniyetmə ilə ünsiyyət üslubunun xarakteri daha təsirli  amil kimi tərbiyə işində daim nəzərə 

alınmalıdır.      İnsanı  asılı  həyat  yaşamağa  məhkim  edən  addiktiv  davranış  mexanizmlərinin 

kökləri  uşaqlıq  yaş  dövrləri,  ailə  tərbiyəsinin  xüsusiyyətləri  ilə  bağlıdır.  Əgər  uşaq 

valideynlərindən  dəstək,  emosional  istilik  görmürsə,  onda  psixoloji  müdafiəsizlik  hissi  baş 

qaldırır. Uşaq böyüdükcə, bu hiss onun həyatda  qarşılaşdığı insanlara köçürülür və yaranmış 

diskomfort  yeniyetmə  və  gəncləri  fəallığı  artıran,  süni  komfort    və  eyforiya  vəziyyəti 

yaradan müxtəlif maddələrdən istifadəyə təhrik edir. 

Addiktivlik  probleminin  mahiyyətinin  düzgün  dərk  edilməməsi  insanlar,  bütövlükdə  

cəmiyyət  üçün  çox  ciddi  mənfi  nəticələrə  gətirib  cıxara  bilər.  Alkoqolizm,  narkomaniya, 

siqaret  aludəçiliyi,  toksikomaniya  kimi  addiksiyalar  doğurduğu  fəsadlara  görə  daha  ağır 



nəticələrə səbəb olur. 

Yüklə 12,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin