Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   2   3   4   5   6   7   8   9   ...   58

Risklər 

Layihə  həyta  keçirilərkən  kiçik  risklər  ola  bilər,  bu  yaradılan  resursların    dağıdılması,  elektron 

kitabların  pozulması  və  b.  Buna  görə  də  peşəkar  İT  xidmətlərindən  yararlanılacaq.  Eləcə  də 

müəlliflik və əlaqəli hüquqlarla bağlı müəyyən beynəlxalq tələblər - standartlara riayət edilməsi 

lazım olacaq. 

YYSQ-nin fəaliyyət sahəsi və uyğun təcrübəsi 

YYSQ  milli  və  dünya  mədəniyyət  və  ədəbiyyat  hadisələrinin,    təlim  və  kursların    təşkili, 

Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq 

istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etmək və b. sahələrdə fəaliyyətini qurub.  

Təşkilat 15 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, 

kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. 12 dəfə 

Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 7 kitab nəşr etmiş, çoxsaylı 

mətbuat-ədəbiyyat  layihələri  həyata  keçirmişdir.  Hazırda  İnternetdə  və  ictimai  düşüncədə 

―Virtual  Azərbaycan‖  Layihəsini  gerçəkləşdirir.  YYSQ-nun  bu  dəyərli  layihəsi  əsasında 

www.kitabxana.net  ünvanlı  Virtual  Milli  Elektron  Kitabxana  İnternet  portalı  yaradılıb  və 

fəaliyyət  göstərir.  internetdə  və  sosial  şəbəkələrdə  20-yə  yaxın  resursları  fəaliyyət  göstərir. 

İndiyəcən  bir  neçə  kur  yaradıb  və  200-dən  artıq  elektron  kitabı  hazırlayaraq  İnternet 

istifadəçilərinin azad istifadəsinə təqdim edib. 

 

YYSQ İctimai Qurumlarla Əlaqə və Analitik İnformasiya bölümü 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

11 


İçindəkilər 

1.

 

Meri Klaqes. "Postmodernizm"  

2.

 

Eyvaz Taha.  "Postmodernizm və arxadan atılan daş"  

3.

 

Fayaz Çaqani. "Postmodernizm"  

4.

 

Nərmin Kamal. ―Umberto Eko və Postmodernizm fəlsəfəsi‖   

5.

 

Qorxmaz Quliyev. "Postmodernizm..."   

6.

 

Umberto Eko. "Postmodernizm, istehza, əyləncəvilik." 

7.

 

Dünyanın əsas ədəbi-sənət cərəyanları  

 

 

 

8.

 

Düşüncədə inqilab edən qadın... 

9.

 

Frensis Fukuyama. "Mədəniyyətin üstünlüyu"... 

10.

 

"Bütün dünya ədəbiyyatı bir konspektdə - 36 dramaturji situasiya..." 

11.

 

Jorj Polti. 36 dramaturji situasiya... 

12.

 

İrina Nikitina. Postmodernst sənət... 

13.

 

İlahə Ucaruh. Postateizm və Dünyaya Bütöv Baxış... 

14.

 

Robert B.Rey. "Postmodernizm nədir?"... 

15.

 

Samuel P. Hantinqton. Sivilizasiyaların toqquşması? 

16.

 

Semuel Hantinqton. "İyirmi il sonra: uçüncü dalğanin gələcəyi" 

17.

 

Selincerin özü - «Çovdarlıqda uçurumdan qoruyan» 

18.

 

Haruki Murakami. Yaponun imtinası... 

19.

 

Cavad Heyət. "İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına 

təsiri"... 

20.

 

Əlif Şəfəqin ―Ata və bic‖ romanının psixoloji alt qatları... 

21.

 

Attila İlhan: Türk düşüncəsinin ustadı... 

22.

 

Aleksandr Blok. ―Başqa şeylərin hamısı iblisanə hisslərdi‖ 

23.

 

"Limonka" - Eduard Limonov... 

24.

 

"Den Braunu qapalı bir bunkerdə çevirdim"... 

25.

 

Mistikadan sinergetikaya və ya universal inam axtarışında... 

26.

 

Azərbaycanda Prustu nə qədər adam oxuyub? 

27.

 

Qismət. ―Postmodernizm‖ - Nədir bu postmodernizm? 

28.

 

Fitsceraldın yoldaşı: ―Onunla yaşamaq vulkan üstündə oturmaq kimidir‖ 

29.

 

Elmir Mirzəyev. Fürer hipnozu. Nasional-sosializmin anatomiyası... 

30.

 

Frans Kafkanın son günləri: "Doktor, mənə ölüm verin..." 

31.

 

Kafkanın "Vəsiyyəti", yoxsa Maks Brodun "Əmanətə xəyanəti"?  

32.

 

Yalçın Küçük. Silivri həbsxanası və diktatorların məddahları... 

33.

 

Zbiqnev Bjezinski. Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası... 

34.

 

―Həyat bizi çobanyastığı ləçəkləri kimi yolur‖ 

35.

 

Pol Osterin aforizmlərini təqdim edirik 

36.

 

Vaxt darlığında oxumaq üçün nə etməli?.. 

37.

 

Alman yazıçı Erix Mariya Remarkın əsərlərindən sitatlar... 

38.

 

Rus yazıçısı Anton Çexovun ən maraqlı fikirləri... 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

12 


39.

 

Kendzaburo Oe. Nobel Nitqi. Yaponiya, Çoxmənalılıq və Mən... 

40.

 

Frensis Fukuyama. Tarixin sonu? (1989) 

41.

 

Bertran Rassel. Dinin mahiyyəti... 

42.

 

Gələcəyimiz oxumaqdan asılıdır - Niyə? 

43.

 

Aydın  Dadaşov. Saspensin dirijoru -  Alfred Hiçkok 

44.

 

Albert Eynşteyn. Din və Elmə dair... 

45.

 

Vladimir Nabokov. Rus yazıçıları, senzorlar və oxucular... 

46.

 

Lui Araqon.  "Nazim Hikmət üçün"... 

47.

 

Mişel Monten. Esselər... 

48.

 

Xorxe Luis Borxes. «Don Kixot»da gizli magiya... 

49.

 

Orxan Pamuk.  ―Məsumiyyət muzeyi‖ romanı haqqında... 

50.

 

Al Paçino. Sizə bir hekayə danışacam...  

51.

 

Fərəh Pəhləvinin kitabı haqqında qeydlər... 

52.

 

Pifaqorun ünlü deyimləri... 

53.

 

S.Arran. ―Lolita‖ - bu, elə Vladimir Nabokov deməkdir... 

54.

 

Herman Hesse.  Tanınmamış yazarlar. 

55.

 

Paul Heyze. "Yanlış ideyanın klassiki" 

56.

 

Nurullah Çətin. Atatürk dövrü türk şeri (1923-1940). 

 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

13 


Meri Klaqes 

 

"Postmodernizm" 

 

Mürəkkəb, qarışıq, tipoloji termin, yaxud ideyalar şəbəkəsi olan postmodernizm 



akademik elmin tədqiqat sahəsi kimi 1980-ci illərin ortalarından meydana gəlib. 

Postmodernizmi müəyyənləşdirmək olduqca çətindir. Ona görə ki, o, elmin və 

incəsənətin müxtəlif sahələrində - arxitekturada, musiqidə, filimdə, ədəbiyyatda, 

sosiologiyada, kommunikasiyada, modada, texnologiyada geniş şəkildə təzahür edir. Onu 

tarixi baxımdan da müəyyənləşdirmək çətindir. Çünki postmodernizmin dəqiq nə vaxt 

meydana gəlməsi aydın deyil. Amma postmodernizm haqqında fikirləşməyin ən asan 

yolu modernizm haqqında düşüncələrdən başlayır. Ola bilsin, postmodernizm tədricən 

ondan törəyərək inkişaf edib, yaxud da qəfil meydana çıxıb. Modernizmin izahının iki 

faseti və ya iki modeli var ki, bu iki üsulun da hər biri postmodernizmin dərkinə imkan 

verir.   

   Birinci faset və ya modernizmin izahı öz başlanğıcını "modernizm" markalı estetik 

cərəyandan götürür. Bu cərəyan Qərbin XX əsr incəsənət ideyalarına kobud surətdə 

laqeyd mövqe nümayiş etdirir. Özünü XX əsrdə geniş şəkildə büruzə verməsinə 

baxmayaraq, modernizmin müstəqillik qazanmış formalarına XIX əsrdə də rast gəlmək 

mümkündür. "Sənət necə olmalıdır, onun mahiyyəti hansı prinsiplər üzərində 

qurulmalıdır, istehlakçıya (dinləyiciyə, oxucuya, tamaşaçıya) necə təqdim edilməlidir" 

kimi nəzəri sual və müddəaları özündə birləşdirən, vaxtı keçmiş Viktoriyan standartlarını 

kəskin surətdə rədd edən modernizm vizual incəsənətdə, musiqidə, ədəbiyyatda və 

dramda yaranmış bir cərəyandır.  

   Təxminən 1910-cu ildən 1930-cu ilədək davam etmiş "yüksək modernizm" dövründə 

XX əsr modernizminin baniləri hesab olunan Vulf, Coys, Paund, Stevens, Prust, 

Mellarame, Kafka və Rilk kimi aparıcı simalar "poeziya və nəsr necə olmalıdır" 

suallarının yenidən nəzəri izah və şərhində son dərəcə böyük rol oynayıblar. Ədəbiyyat 

açısından modernizmin əsas xarakteristikasına aşağıdakılar daxildir:  

   1. Ədəbi əsərdə, habelə vizual incəsənətdə impressionizm və subyektivlik ön plana 

çəkilir; baş verənlərin NECƏ qavranılmasına və oxunmasına, ilk növbədə ən əsası 

NƏYİN dərk edilməsinə xüsusi əhəmiyyət verilir;  

   2. Gerçəkliyin dinamikadan uzaq, hər şeyi bilən təhkiyəçi - üçüncü şəxs tərəfindən nəql 

edilməsi, seçilmiş süjetin prizmasından moral mövqenin ümumi şəkildə təsvir edilməsi 

(Folknerin hekayələri modernizmin bu aspektinə uyğundur); 

   3. Janrlar arası fərqin pərdələnməsi (bu üzdən də poeziya daha çox nəsrə (T.S. Eliotun 

əsərləri kimi), proza isə daha çox poeziyaya oxşayır (Vulfun və Coysun əsərləri kimi);  



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

14 


   4. Fraqment formalardan istifadəyə, təhkiyəni yarımçıq qoymağa, bir-biri ilə əlaqəsi 

olmayan materialları necə gəldi birləşdirməyə üstünlük verilməsi;  

   5. Yaradılmış hər bir yeni şeyin xüsusi üsulla istehlakı kimi istənilən incəsənət əsərinin 

də şəxsi statusuna fikir verilməsi üçün onu incələmək və dərk etmək tendensiyasının 

formalaşdırılması;  

   6. Diqqətlə işlənmiş, hazırlanmış müfəssəl, formal estetik nəzəriyyələrin minimalist 

modellər (Vilyam Karlos Vilyamsın poeziyasında olduğu kimi), yaradıcılıqda təhtəlşüuri, 

qeyri-iradi tapıntılar naminə rədd edilməsi;  

   7. "Yüksək" və "aşağı", yaxud populyar mədəniyyət arasındakı fərqin, üstünlüyün 

rəddi; hər ikisindən istifadə ilə ortaq incəsənətin yaradılması; nümayiş etdirmə

yayınlama metodları ilə incəsənətin istehlakı.  

   Modernizm kimi, postmodernizm də bu prinsiplərin əksəriyyətinə riayət edir. Belə ki, o 

da incəsənətin yüksək və aşağı formaları arasında mövcud sərhədi qəbul etmir; daşlaşmış, 

donub qalmış janr üstünlüyünü rədd edir; stilizasiyaya, parodiyaya, ironiyaya və 

məsxərəçiliyə xüsusi əhəmiyyət verir. Düşündürmək və özünüdərk, fraqmentasiya və 

xüsusilə təhkiyə, nəql etmə strukturunda təhkiyəni, nəqli yarımçıq qoyma, qeyri-

müəyyənlik, hadisələrin eyni zamanda baş verməsi kimi modernizmin "prinsiplərinə" 

əməl etməsinə baxmayaraq, postmodern incəsənət (və düşüncə) destruktiv, desenter, 

dehumanist mövzulara önəm verir. Postmodernizm yuxarıda sadalanan bir sıra 

cəhətlərinə görə modernizmə bənzəyir, amma özünün bir çox təmayüllərilə 

modernizmdən əsaslı şəkildə fərqlənir. Misal üçün, modernizm insana fraqment 

münasibətini subyektiv və tarixi prizmadan təqdim edir. Amma bu tendensiyanı və 

fraqmentasiyanı tragik, acınacaqlı, dərdli, iniltili fonda nəyinsə itkisi kimi çatdırır. 

Modern əsərlərin əksəriyyəti əsas bir ideyanı müdafiə etməyə çalışır: müasir həyatda 

itirilmiş birliyi, əlaqəni və dolğunluğu incəsənət əsərləri yenidən təmin edə bilər; insan 

institutlarının müvəffəq ola bilmədiyinə incəsənət müvəffəq ola biləcək. Bundan fərqli 

olaraq, postmodernizm isə fraqmentasiyaya, davamsızlıq və əlaqəsizliyə kədərlənmir, 

bunları dərdə çevirmir, ancaq onları kifayət qədər qeyd edir. Eyni zamanda da bildirir ki, 

dünya mənasızdır, gəlin özümüzü aldatmayaq ki, incəsənət onu dolğunlaşdıracaq, ona 

görə də, gəlin sadəcə cəfəngiyyatla oynayaq.  

   Başqa bir aspektdən modernizmlə postmodernizm arasındakı mövcud bağlılığa baxış 

bəzi fərqləri aydınlaşdırmaqda yardımçı rolunu oynayır. Fridrix Ceymsona görə, 

modernizm və postmodernizm kapitalizmin xüsusi mərhələlərini müşayiət edən mədəni 

formasiyalardır. Ceymson indiyədək incəsənətin və ədəbiyyatın təqdimatı da daxil 

olmaqla, zorla qəbul etdirilmiş mədəni praktikanı əhatə edən kapitalizmin üç əsas 

mərhələsinin konturunu çəkir. Və göstərir ki, birinci mərhələ XVIII əsrin sonu və XIX 

əsrdə Qərbi Avropanı, İngiltərəni və Birləşmiş Ştatları əhatə etmiş kapitalizm marketinqi 

mərhələsidir ki, bu birinci mərhələ buxar mühərriki ilə intişar tapmış spesifik texnoloji 

inkişafla realizm adlı xüsusi növ estetikanı özündə ehtiva edir.  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

15 


   İkinci mərhələ XIX əsrin sonlarından XX əsrin ortalarınadək (təxminən II dünya 

müharibəsinədək) olan dövrü əhatə edir; özündə elektrik və yanacaq enerjisi ilə hərəkətə 

gələn mühərrikləri və modernizmi birləşdirir, getdikcə inhisarçı kapitalizm formasını alır. 

Üçüncü mərhələ isə indi biz içərisində olduğumuz çoxmillətli və ya marketinq, satış, 

istehlak malları üzərində qərarlaşmış istehlakçı kapitalizm mərhələsidir. Bu mərhələ də 

özündə nüvə və elektron texnologiyalarını postmodernizmlə nisbətdə cəmləşdirir. 

Məsələyə postmodernizmi termin kimi istehsalat və texnologiyalar bucağından 

səciyyələndirən Ceymson tək yanaşsaq, görərik ki, postmodernizmin ikinci izahı, yaxud 

faseti ədəbiyyat və incəsənət tarixindən daha çox tarixdən və sosiologiyadan gəlir. Belə 

yanaşma postmodernizmi başdan-başa sosial formasiya və ya sosial-tarixi münasibətlər 

sistemi kimi müəyyənləşdirir, daha dəqiq desək, bu yanaşma "postmodernlik" ilə 

"modernliy"i "postmodernizm"lə "modernizm"dən daha çox qarşı-qarşıya qoyur. Bəs fərq 

nədir? "Modernizm" məfhumu XX əsrin çoxşaxəli estetik cərəyanına məxsusdur, 

"modernlik" isə fəlsəfi, siyasi və etik ideyalar sistemi kimi modernizmin estetik 

aspektinin bazisini təşkil edir. "Modernlik" anlayışı "modernizm"dən qocadır. İlk dəfə 

"modern" istilahı XIX əsr sosiologiyasında indiki eranı (yəni XIX əsri - tərcüməçi) 

əvvəlki - "antik" adlanan eradan fərqləndirmək mənasında işlədilib. Adətən alimlər 

"modern" dövrün dəqiq hansı vaxtdan başladığının aydınlaşdırılması, eyni zamanda nəyin 

modern olub, nəyin modern olmadığının müəyyənləşdirilməsi ətrafında mübahisə edirlər. 

Hər dəfə tarixçilər bu problemi nəzərdən keçirərkən modern dövrün başlanğıc tarixini 

daha əvvəllərə aparırlar. Amma bütün bu tədqiqatlara rəğmən, bir şey danılmazdır ki, 

"modern" eranın yaranması XVIII əsrin ortalarından başlayan Avropa maarifçiliyi ilə 

əlaqədardır. Maarifçiliyin təməl ideyaları da humanizmin təməl ideyaları kimi 

cilalanmamış şəkildədir. Ceyn Flaks bu ideyaların ibtidai prinsiplərini bir məqaləsində 

yaxşı xülasə edib (mən onun bu xülasəsinə bir neçə şeylər də əlavə etmişəm):  

   1. Burada stabil, sistematik, bilgili "mən" var. Bu "mən" şüurlu, rasional, müstəqil və 

universaldır. Fiziki, cismani durumlar, yaxud dəyişkənliklər onun idarəsinə substantiv 

təsir göstərmir;  

   2. Bu "mən" özünü və dünyanı rasionalistcəsinə ya postulat kimi qəbul edilən yüksək 

mental (ruhi, əqli) funksiyalar formasında, ya da yalnız obyektiv formada dərk edir;  

   3. Rasional "mən" tərəfindən təqdim edilmiş dərk etmə modelinin mahiyyətini, dərk 

edənin individual statusunu nəzərə almadan dünyada universal həqiqəti təmin edə bilən 

"elm" təşkil edir; 

   4. Elm vasitəsi ilə təqdim edilən bilik "həqiqət" və əbədidir;  

   5. Elm vasitəsilə irəli sürülmüş bilik-həqiqət hər zaman proqresə və mükəmməlliyə 

istiqamətləndirir. Bütün insan institutları və onların əldə etdikləri təcrübələr elm (səbəb-

obyektivlik) prizmasından analiz edilə bilər;  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

16 


   6. Son hökmün səbəbi nəyin həqiqət, nəyin düzgün, nəyin yaxşı, nəyin leqal və nəyin 

etik olmasını müəyyənləşdirmək üçündür. Azadlıq mühakimə ilə müəyyənləşdirilmiş 

müvafiq qanunlara riayətdən ibarətdir;  

   7. Dünya səbəblə idarə olunur. Səbəbsiz heç bir şey baş vermir; həqiqət hər zaman öz 

xoş məramlı, haqlı və gözəl keyfiyyətlərini qoruyub saxlayacaq; nəyin haqlı, nəyin 

həqiqət və s. olması arasında konflikt ola bilməz;  

   8. Beləliklə, elm bütün sosial biliklərin faydalı təzahürləri üçün örnək olaraq qalır. Elm 

neytral və obyektivdir; bitərəf rasional qabiliyyətləri ilə elmi bilikləri təqdim edən elm 

adamları azad şəkildə elmi qanunauyğunluqları izləməli və bundan narahat olanların 

pulundan, gücündən qorxmamalıdır;  

   9. Elmi bilikləri çatdırarkən fikrin ifadə modeli dil də elmi olmalıdır; yəni aydın başa 

düşülməlidir. Onun vəzifəsi rasional zəka tərəfindən real-dərk olunan dünyanın 

müşahidəsinin təcəssümünü təmin etməlidir. Qavranılan obyektlə istifadə edilən sözlər 

arasında davamlı, sabit və obyektiv bağlılıq gözlənilməlidir.  

   Yuxarıda humanizmin və modernizmin bəzi fundamental prinsipləri ümumiləşdirilib. 

Bu prinsiplər demokratiya, qanun, elm, etika və estetika da daxil olmaqla, bizi əhatə edən 

bütün sosial strukturlara və institutlara haqq qazandırmağa və onları izah etməyə xidmət 

edir.  


    

   Modernlik başlıca olaraq, ağlamüvafiqlik, səmərələşdirmə, xaosdan kənar anlamında 

qaydalar sistemi kimi başa düşülür. O, sosial düzənin səviyyəsini daima izləyir və bildirir 

ki, modern cəmiyyətlərin sabitliyi hər cür düzənsizlikdən, qarışıqlıqdan mühafizə 

üzərində dayanır. Beləliklə, modern cəmiyyətlər daimi olaraq, "düzən" və "düzənsizlik" 

arasında qərarlaşan davamlı, ikiqat ziddiyyətlərə etibar edilir. Ona görə də, belə 

cəmiyyətlərin havadarları bundan çıxış edib, "düzən"in üstünlüyünü iddia edə bilirlər. 

Əslində modern cəmiyyətlərin aparıcı qüvvələri davamlı "düzənsizliy"i özləri yaradır. 

Bunun da səbəbi "düzənsizliy"i təcəssüm etdirən halları əldə əsas tutub, özlərinə bəraət 

və rəğbət qazanmaqdır.  

   Rasional modern cəmiyyət ağıldankənar hər bir halı "düzənsizliy"in tərkib hissəsi kimi 

göstərir və bunu düzənə əngəl adlandırıb aradan qaldırır. Yenə də əsas son məqsəd sosial 

sabitliyə nail olmaqdır. Françoys Lyotard belə sabitliyi (stabilliyi) "totalitarlıq" ideyası və 

ya totalitarizm sistemi ilə bərabər tutur. Və Lyotard inandırmaq istəyir ki, modern 

cəmiyyətlərdə totalitarlıq, stabillik və düzən mövcud siyasi sistemin tələbindən doğan 

"aparıcı mövzu"nun və ya "siyasi süjet-tematik mənzərə"nin əksini, praktika və inanc 

səviyyəsinə qaldırıb özündə sərgiləyən spesifik mədəniyyətlər vasitəsi ilə qoruyur. Əgər 

Amerika mədəniyyətində "aparıcı mövzu"nu nəql etmək istəsək, o zaman görərik ki, 

demokratiya dövlətin daha çox maarifləndirmə (rasional) modelidir və bu demokratiya 

bəşəriyyəti ümumbəşəri xoşbəxtliyə yönəldəcək. Ümumiyyətlə, Lyotarda görə, hər bir 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin