Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə113/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   107   108   109   110   111   112   113   114   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

641 


Bu vaxt ayrı bir maşın gəldi və o dəqiqə də çevrilib yolu kəsdi. Sağ qalmış kök, qırmızıbaş bir 

kişi darmadağın olmuş maşınların yanında dayanıb əl-qolunu ölçdü, aşağı-yuxarı baxdı, 

gizləndiyimiz talvarı görən kimi böyürə-böyürə bizə tərəf yüyürdü, əlindəki tapançadan 

üstümüzə güllə yağdırdı...  

– Çıxın gedin, yoxsa vuraram, – deyə Qustav qışqırdı. Kişi nişan alıb bir də atdı. İkimiz də tətiyi 

birdən çəkib onu yerə sərdik. 

İki maşın da gəldi və onların da axırına çıxdıq. Sonra yola sakitlik çökdü, daha gələn olmadı.  

Deyəsən, onun təhlükəli olduğu barədə xəbər yayılmışdı. İmkan tapıb bu gözəl mənzərəyə 

tamaşa elədik. Gölün o tərəfində balaca bir şəhər vardı. Oradan tüstü qalxırdı və birdən gördük 

ki, alov artıq damdan dama keçir. Dora bir az ağladı. Onun yaşlı yanaqlarını sığalladım.  – 

Məgər biz hamımız ölməliyik? – deyə soruşdu. Heç kəs cavab vermədi. Həmin anda aşağıda bir 

piyada göründü. O, sıradan çıxmış maşınlara baxdı, imsiləyə-imsiləyə onların yan-yörəsində 

dolaşdı. Əyilib birindən  əlvan çətir, dəri qadın çantası, bir şüşə şərab çıxardı. Ədəb-ərkanla 

qayanın üstündə oturub şüşəni başına çəkdi.  

Çantadan zər vərəqə bükülmüş nəsə çıxarıb yedi, şüşəni boşaltdı, sonra da çətiri qoltuğuna vurub 

kefi kök, damağı çağ yola düzəldi. Arxayın addımlarla gedirdi və mən Qustava dedim: 

– Sən indi bu qəşəng oğlana güllə atıb beynini odlaya bilərsən? Allah özü şahiddir ki, mən 

bacarmaram. 

– Heç lazım da deyil, – deyə dostum mızıldandı. Ancaq, deyəsən, onun da ürəyi ağrıdı. Rəhmdil, 

arxayın, uşaqtək saf, günahsız bir adam görən kimi, indiyəcən tərifəlayiq, lazımlı hesab olunan 

əməlimiz o dəqiqə səfeh, iyrənc bir şeyə çevrildi. Lənət şeytana, nə qədər qan töküldü! Utandıq...  

Deyilənə görə, hətta generallar da müharibə vaxtı hərdən belə hisslər keçirirlərmiş! 

– Gəlin çıxıb gedək, – Dora sızıldadı, – aşağı düşək. Maşınlarda yeməyə mütləq bir şey tapılar.  

Hələ acmamısınız, ay bolşeviklər? 

Aşağıdan – alova bürünmüş şəhərdən həyəcanlı, qorxunc zəng səsləri eşidildi. Düşməyə 

başladıq.  

Sipəri adlamaq üçün Doraya kömək eləyəndə, onun dizindən öpdüm. Qız ucadan güldü. Həmin 

anda qol-budaq sındı və ikimiz də heçliyə yuvarlandıq... 

Yenə də dəyirmi dəhlizdə idim və ov macərasının havası da hələ başımdan çıxmamışdı. Hər 

yandan, hər qapıdan saysız-hesabsız lövhələr  adama gəl-gəl deyirdi: 

_____________________________________________________ 

 

İstədiyin heyvana və bitkiyə çevrilə bilərsən 



______________________________________________________ 

______________________________________________________ 

Kamasutra 

Hind məhəbbət sənətinin tədrisi  

Yeni  başlayanlar üçün kurs. Məhəbbət sənətinin 42 müxtəlif  növü 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

642 


_____________________________________________________ 

Ləzzət dolu intihar 

Qarnın cırılana kimi güləcəksən 

______________________________________________________ 

Ruha çevrilmək istəyirsən?  

Şərq müdrikliyi 

_______________________________________________________ 

Ah, kaş min dənə dilim olaydı  

Yalnız   kişilər üçün 

______________________________________________________ 

Avropanın qürubu 

________________________ 

Qiyməti ucuzlaşdırılıb. Seyrəklikdir 

______________________________________________________ 

Sənətkarlıq mücəssəməsi 

Musiqinin köməyilə zamanın məkan çevrilməsi 

______________________________________________________ 

Gülən göz yaşları  

Yumor kabineti 

______________________________________________________ 

Guşənişinlik oyunları  

Hər cür ünsiyyətə dəyər 

______________________________________________________ 

Lövhələr bir-birinin ardınca düzülmüşdü. Birində belə yazılmışdı: 

______________________________________________________ 

Şəxsiyyət yaratmaq dərsi  

Müvəffəqiyyətinə bəri başdan zəmanət verilir 

____________________________________________________ 

Bu lövhə diqqətimi cəlb elədi və həmin qapıdan girdim. 

Alaqaranlıq, sakit bir otaq idi. İçəridə bir kişi şərqlilər sayağı bardaş qurub döşəmənin üstündə 

oturmuşdu. Qarşısında iri şahmat taxtasına oxşayan bir şey vardı. İlk baxışda elə bildim dostum 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

643 


Pablodur. Ən azı,  əynində Pablonunkuna oxşayan  əlvan ipək gödəkcə vardı. Gözləri də onunku 

kimi qara idi, parıldayırdı. 

– Pablosunuz? – deyə soruşdum. 

– Heç kiməm, – kişi mehribanlıqla cavab verdi. – Burada heç kəsin adı yoxdur, heç birimiz də 

şəxsiyyət deyilik. Mən şahmatçıyam. Şəxsiyyət yaratmaq dərsi almağa gəlibsiniz? 

– Bəli, buyurun. 

– Elə isə lütfən öz fiqurlarınızdan bir az mənə verin. 

– Hansı fiqurları? 

– Bayaq şəxsiyyətinizin parçalandığı fiqurları deyirəm. Axı fiqursuz oynaya bilmərəm. 

Mənə bir güzgü göstərdi və gördüm ki, vahid şəxsiyyətim çoxlu «mən»ə parçalandı, özü də 

bayaqkından artıq oldu. Ancaq bunlar lap balaca – təxminən şahmat fiqurları boyda idi və kişi 

inamla, sakitcə bir neçəsini götürüb şahmat taxtasının böyründə yerə düzdü. Tez-tez eşitdiyi nitqi 

və ya mühazirəni təkrar edirmiş kimi yeknəsəq bir səslə danışmağa başladı: 

– «İnsanın daimi vahidliyi» adlı yanlış, bədbəxtlik gətirən nəzəriyyə sizə məlumdur. Bir də o 

məlumdur ki, insan bir yığın qəlbdən, çoxlu «mən»lərdən ibarətdir. Şəxsiyyətin zahiri 

vahidliyinn bu cür müxtəlif fiqurlara parçalamaq səfehlik hesab olunur və elm də buna 

şizofreniya kimi ad qoyub. Elm bir tərəfdən haqlıdır, çünki ümumi rəhbərlik, necə deyərlər, 

nizamlama, qruplaşdırma olmasa, çoxluğun ağzını bir yerə yığmaq heç cür mümkün deyil. Eyni 

zamanda da haqsızdır, ona görə ki, bu cür saysızhesabsız «mən»lərin altında gizlənən mənaları 

bircə dəfə ömürlük nizamlamağın bəs edəcəyinə inanır. Elmin bu səhvi bəzi pis nəticələrə gətirib 

çıxarır. Ancaq onun bircə şeyə xeyri var ki, dövlətə qulluq edən müəllimlərin, tərbiyəçilərin işini 

yüngülləşdirir, onları fikirləşməkdən, təcrübə aparmaqdan azad edir. Həmin səhvin nəticəsidir ki,  

əlacsız dəlilərin çoxu «normal», hətta ictimai həyat üçün dəyərli adam hesab olunur, bəzi 

dahilərə də, əksinə, hamı dəli kimi baxır. Ona görə də biz elmi psixologiyadakı bu yarımçıqlığı 

yeni bir anlayışla doldurub, adını da yaratmaq sənəti qoymuşuq. Bununla öz «mən»inin 

parçalandığını görənlərə göstəririk ki, həmin hissləri müxtəlif düzümdə yenidən birləşdirmək 

olar və ona görə də həyat adlı oyunda hamı istədiyi şəkildə, istədiyi qədər iştirak edə bilər. 

Yazıçı bir yığın fiqurdan dram əsərini necə yaradırsa, biz də öz «mən»imizin parçalandığı 

fiqurlardan yeni-yeni qruplar yaradırıq. Hamısı da ayrı biçimdə, ayrı istəkdə, ayrı-ayrı 

vəziyyətlərdə… Bir baxın! 

Sakitcə, ehmalca mənim fiqurlarımı – bütün o qocaları, cavanları, uşaqları, qadınları, kədərliləri, 

xoşbəxtləri, güclüləri, zəifləri, diribaşları, acizləri götürüb cəld hərəkətlə qarşısındakı taxtanın 

üstünə düzdü, oynatmağa başladı. Müxtəlif qruplar, ailələr, münasibətlər, mübarizələr, 

dostluqlar, düşmənciliklər yarandı. Hamısı da özlüyündə kiçik bir dünya idi. Heyran-heyran 

tamaşa edən gözlərim önündə bu canlı, ancaq nizamlı balaca dünyanı hərəkət etdirməyə başladı: 

oyun, mübarizə qızışdı, müqavilə bağlandı, döyüşdülər, sevişdilər, evləndilər, doğub törədilər...  

Əslində, çoxpersonajlı, çılğın, gərgin bir dram əsəri idi... 

Sonra şən hərəkətlə əlini taxtanın üstünə çəkib, bütün fiqurları yerə tökdü, bir yerə yığdı, yaxşını 

yamandan seçən sənətkar kimi düşünə-düşünə həmin fiqurlardan tamamilə yeni, özu də başqa 

biçimdə, başqa münasibətlərdə, başqa əlaqələrdə bir oyun yaratdı. İkinci də birinciyə oxşayırdı: 

eyni dünya idi, eyni materialdan tikilmişdi, ancaq çaları, ritmi dəyişmiş, motivləri güclənmiş, 

vəziyyətləri təzələnmişdi. 

Beləliklə, bu ağıllı usta hərəsi bir hissəm olan fiqurlardan dalbadal müxtəlif oyunlar düzəltdi.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

644 


Hamısı da uzaqdan bir-birinə oxşayırdı, hamısının da eyni dünyadan gəldiyi, eyni kökdən 

yarandığı bilinirdi, ancaq bununla belə, hamısı da tamamilə yeni idi. 

– Həyat adlı oyun bax budur, – deyə nəsihətə başladı. – Gələcəkdə öz həyatınızı istədiyiniz kimi 

qurar, canlandırar, dolaşdırar, zənginləşdirərsiniz  – hamısı öz  əlinizdədir.  Sözün yüksək 

mənasında dəlilik hər cür mudrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər 

bir fantaziyanın əvvəlidir. Hətta alimlər yarımçıq da olsa başa düşüblər ki, «Şahzadənin 

möcüzəli buynuzu» adlı o gözəl kitabda yazıldığı kimi, hər hansı alimin  əzablı, inadcıl  əməyi 

xəstəxanalara göndərilmiş bir sıra dəli  

sənətkarların dahiyanə əməkdaşlığı sayəsində yüksələ bilər. Bu balaca fiqurları da özünüzlə 

götürün.  

Onların yaratdığı həyat oyunu sizə hələ çox sevinclər bəxş edəcək. İndi qorxunc bir uyuğa 

çevrilib ovqatınızı korlayan fiqurları sabah ikinci dərəcəli zərərsiz bir oyuncağa çevirəcəksiniz. 

Bu gün, sanki, təpədən-dırnağacan bədbəxtliyə, günüqaralığa məhkum olunmuş hər hansı zavallı 

fiquru da növbəti oyunda şahzadəyə döndərəcəksiniz. Sizə xoş günlər arzulayıram, cənab! 

Minnətdarlıq əlaməti olaraq bu istedadlı şahmatçıya baş əydim, fiqurları da cibimə doldurub dar 

qapıdan çıxdım. 

Elə bilirdim, geri qayıdan kimi döşəmənin üstündəcə oturub saatlarla, lap əbədiyyətin özü qədər 

həmin fiqurlarla oynayacam, ancaq dəyirmi, işıqlı dəhlizə çatar-çatmaz məndən güclü olan yeni 

bir axarın qoynuna düşdüm. Gözlərim önündə bir plakat alışıb-yanmağa başladı: 

____________________________________________________________ 

Yalquzaq təliminin möcüzəsi 

____________________________________________________________ 

Bu yazı qəlbimdə müxtəlif duyğular oyatdı: keçmiş həyatımın, tərk etdiyim gerçəkliyin min cür 

qorxusu,  əzab-əziyyəti ürəyimi yamanca göynətdi. Əlim  əsə-əsə qapını açdım və gördüm ki, bir 

yarmarka xanəsindəyəm. İçərisində dəmir qəfəs düzəldilmişdi və həmin qəfəs də məni balaca 

səhnədən ayırırdı. Ortada bazar çərçilərinə oxşayan lovğa bir cənab – təlimçi dayanmışdı. Uzun 

bığları, möhkəm əzələləri, əynində də bər-bəzəkli sirk paltarı olmasına baxmayaraq, bu kişi lap 

iyrənc dərəcədə mənə bənzəyirdi. Yaman acınacaqlı səhnə idi: həmin qüvvətli kişi heyvərə, 

qəşəng, ancaq bir dəri bir sümük qalan, qul təki yazıq-yazıq baxan canavarın başına it kimi ip 

salıb oynadırdı.. Qansız bir təlimçinin belə 

nəcib, eyni zamanda da biabırçı dərəcədə itaətkar vəhşi heyvanı cürbəcür oyunlar çıxarmağa, 

görünməmiş tamaşalar göstərməyə məcbur etməsi maraqlı olduğu qədər də dəhşətli, şirin olduğu 

qədər də iyrəncdi. 

Ancaq kişi – mənim bir parçamdan yaranan o lənətə gəlmiş  əkiz qardaşım öz canavarını yaxşı 

əhliləşdirmişdi,  əsl möcüzə idi. Heyvan onun  əmrlərini diqqətlə yerinə yetirir, it kimi hər 

sözünü, işarəsini başa düşür, gah dizi üstə çökür, özünü ölülüyə qoyur, gah da nökərçilik edir, bir 

kömbə çörəyi, yumurtanı, bir parça əti, dolu səbəti ədəblə, itaətkarlıqla ağzına alıb gətirir. Bunlar 

bir yana, təlimçinnn yerə tulladığı qamçını dişi ilə götürüb, dözülməz dərəcədə yaltaqlana-

yaltaqlana, quyruq bulaya-bulaya onun dalınca aparırdı. Sonra səhnəyə bir dənə adadovşanı, bir 

dənə də dümağ quzu buraxdılar. Düzdür,  

dişlərini qıcadı, ağzının suyunu saxlaya bilmədi, ancaq yenə də heç birinə toxunmadı. Təlimçinin 

əmri ilə titrəyə-titrəyə döşəməyə sinmiş heyvanların üstündən ustalıqla hoppandı, bu az imiş 

kimi, sonra da onların arasında uzandı, qabaq pəncələri ilə ikisini də elə qucaqladı ki, deyərdin, 

hamısı bir ailədir.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

645 


Adamın ürəyi yerindən oynayırdı. Axırda da insanın əlindən bir parça şokolad alıb yedi. Bu 

canavarın öz təbiətini necə fantastik dərəcədə dəyişdiyinə baxmaq əsl işgəncəydi və ona görə də 

tüklərim biz-biz oldu. 

Ancaq ikinci hissədə həyəcanlanmış tamaşaçı da, canavarın özü də bu işgəncələrin əvəzini aldı. 

Xalis təlim proqramı qurtarıb, təlimçi də şəstlə, şirin təbəssümlə quzu-canavar dəstəsinə baş 

əyəndən sonra rollar dəyişdi. Harriyə oxşayan təlimçi ikiqat olub qamçısını canavarın ayaqları 

altına atdı və bayaqkı heyvan kimi yazıq görkəm aldı, titrəməyə, büzüşməyə başladı. Canavar isə 

gülə-gülə dodaqlarını yaladı. Əvvəlki  əzab-əziyyətindən, saxtakarlığından nişanə qalmadı. 

Gözləri alışıb-yandı, bütün bədəni tarımlandı, təzədən tapdığı vəhşiliyin qoynunda əsl canavara 

döndü. 


İndi o əmr edir, insan da yerinə yetirirdi. Canavarın göstərişi ilə insan diz çökdü, canavar rolunu 

oynadı, dilini çıxarıb ləhlədi, doldurulmuş dişləri ilə öz  əynindəki paltarı cırıq-cırıq elədi. İnsan 

təlimçisinin  əmri ilə yazıq gah iki ayağı üstə, gah da dördəlli yeridi, nökərçilik elədi, özünü 

ölülüyə vurdu, canavarı belinə mindirib gəzdirdi, qamçısının dalınca apardı. Xüsusi istedadla, lap 

it kimi, görünməmiş təhqirlərə, alçaqlığa dözdü. Səhnəyə qəşəng bir qız çıxdı, bu  əl kişisinə 

yaxınlaşdı, çənəsini sığalladı, yanağını yanağına söykədi, ancaq o, heyvansayağı dayanıb heyvan 

kimi də qaldı, başını bulayaraq həmin gözələ dişlərini ağartdı. Axırda da lap canavar kimi qıcadı 

və qız da qorxusundan qaçıb getdi. Qabağına şokolad qoydular, ancaq ikrahla imsiləyib geri 

itələdi. Nəhayət,  

bayaqkı ağ quzu ilə kök ada dovşanını gətirdilər və qabil insan son bacarığını göstərdi, canavar 

rolunu oynadı. Əsl tamaşa idi: o, əlləri, dişləri ilə fəryad qoparan heyvancığazları didik-didik 

elədi, parçaladı, irişə-irişə onların buğlanan çiy ətini gəmirdi, məst ola-ola, ləzzət ala-ala isti 

qanını içdi. 

Dəhşət içində geri qaçdım. Bildim ki, bu sehrli teatr xalis cənnət deyil. Üzdən gözəl görünən üst 

qatını götürəndə, başdan-ayağa cəhənnəmə dönürmüş... Aman Allah, məgər burada da qurtuluş 

yoxdu? 


Qorxu içərisində ora-bura vurnuxur, ağzımda qan dadı, şokolad dadı hiss edir, ikisindən də 

iyrənir, həsrətlə bu kədərli dalğanın qoynundan çıxmağı arzulayır, var gücümlə gözlərim önünə 

daha xoş, daha dözümlü mənzərələr gətirməyə çalışırdım. Daxilimdə bir səs baş qaldırdı: 

«Dostlar, belələri lazım deyil!» Eymənə-eymənə müharibə vaxtı hərdən gözümə sataşan o iyrənc 

cəbhə şəkillərini xatırladım: yumaq kimi bir-birinə sarılmış cəsədlər...  əleyhqaz altında ağaran 

dişlər... şeytan sifətinə dönmüş üzlər... Müharibəyə düşmən kəsilmiş  bir insanpərvər kimi belə 

şəkillərdən dəhşətə gəldiyim zamanlar nə qədər səfeh olmuşam?! Bu gün bildim ki, heç bir 

təlimçi, heç bir nazir, heç bir general, heç bir axmaq mənim yaddaşımdakı kimi dəhşətli, vəhşi, 

qəzəbli, çiy, səfeh xatirələrə, hadisələrə dözə bilməz. 

Nəfəsimi dərib yüngülləşdim, lap tamaşanın  əvvəlində o qəşəng oğlanı özünə çəkən lövhəni 

xatırladım: 

____________________________________________ 

Butün qızlar sənindir 

_____________________________________________ 

Mənə elə gəldi ki, hamısını üst-üstə götürəndə, bundan yaxşısı yoxdur. O lənətə gəlmiş canavar 

dünyasından canımı qurtardığıma sevinərək içəri girdim. 

Möcüzəyə bax: bu  əfsanə, bu doğmalıq qəlbimi riqqətə gətirdi... Gənclik  ətri üzümə vurdu, 

yeniyetmə, ərgən çağlarının ab-havasına bələndim, damarlarımdan keçmişin qanı axmağa 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

646 


başladı. Bir az bundan əvvəlki əməllərim, fikirlərim, varlığım yoxa çıxdı. Təzədən cavanlaşdım. 

Bircə saat, bircə an bundan avvəl mənə elə gəlirdi ki, məhəbbətin, vurğunluğun, həsrətin nə 

olduğunu bilirəm, ancaq sən demə, hamısı yaşlı bir adamın məhəbbəti, həsrəti imiş. İndisə yenə 

cavandım və içimdə duyduğum odalov, zorla harasa dartıb aparan həsrət, şehli mart küləyi kimi 

səngiyən iztirablar da cavanlaşmış, təzələnmiş, saflaşmışdı. Ah, o unudulmuş od-alov birdən-birə 

necə də kükrədi, keçmişin melodiyası gah dalğalandı, gah həzinləşdi, qanım coşub-qaynadı, 

qəlbim harayla, nəğmə ilə doldu! İndi on beş, on altı yaşlı bir oğlandım, beynim latın, yunan 

sözlərilə, gözəl-gözəl şeirlərlə dolmuşdu. Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük 

sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların  ən güclüsü,  ən odlusu,  

ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti,  əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi. 

Balaca, doğma şəhərimizin başı üzərindəki qayalı təpədə dayanmışdım. Hər yandan şehli külək 

ətri, ilk bənövşə qoxusu gəlir, aşağıdan axan çay da, evimizin pəncərələri də bərq vururdu. Hər 

şey ilk gənclik illərinin çılğın, poetik çağlarında olduğu kimi dil açıb nəğmə deyir, ətir saçır, 

təzələnir, saflaşır, min rəngə boyanır, bahar nəsiminin qoynunda xəyal kimi süzə-süzə nura 

bələnirdi. Təpənin zirvəsində  dayanmışdım və külək də uzun saçlarımı yellədirdi: xəyali bir 

məhəbbət həsrətinə dalaraq, qeyriixtiyari, yenicə göyərməyə başlayan koldan yarıyacan çırtlamış 

bir tumurcuq qopardım. Gözlərim  

önünə gətirib diqqətlə baxdım, qoxladım (onun ətrini duyan kimi keçmiş xatirələrin hamısı bircə-

bircə baş qaldırdı), sonra o yaşıl növrəstəni indiyəcən heç bir qızı öpməmiş dodaqlarım arasına 

alıb oynatdım, çeynəməyə başladım. Yalnız kəskin, tünd qoxunu duyanda dəqiq bildim ki, niyə 

bu vəziyyətə düşdüm: hər şey geri qayıtmışdı. İlk gənclik dövrünün son anlarını, yenicə girmiş 

baharın ilk bazar gününü bircə saatlığa təzədən yaşadım. Həmin günü ki, tək-tənha gəzərkən 

Roza Kraylerə rast gəldim, utana-utana salam verdim, dəlicəsinə ona vuruldum. 

O zaman məndən xəbərsiz öz xəyal dünyasına qapılaraq tək-tənha təpəyə çıxan o gözəl qıza 

hürkək bir həsrətlə baxdım, yoğun hörüklərə vurulmuş saçlarını, küləkdən yellənə-yellənə, 

yanaqlarını sığallayan tellərini gördüm. Ömrümdə ilk dəfə qız gözəlliyini duydum. Küləyin zərif 

tellərlə oynaması necə də gözəldi, heç həqiqətə oxşamırdı. Şümşad bədəninə yapışan mavi, nazik 

paltarı adamın ürəyinə od salırdı və bayaq çeynədiyim tumurcuğun acıtəhər  ədvəli dadı məni o 

şirin bahar həsrətinə, bahar  

qoxusuna necə bələmişdisə, qızı görəndə də qəlbim eləcə dəhşətli bir məhəbbət həsrəti, qadın 

nəfəsi, min cür istək, min cür vəd, təsvirə gəlməyən nəşə, görünməmiş bir çaşqınlıq, qorxu, 

iztirab, ülvi bir rahatlıq, sonsuz bir günah duyğusu ilə duydu. Ah, dilim bayaqkı ağı bahar 

dadından od tutub yanırdı!  

Ah, şıltaq külək onun dağınıq saçlarını, qırmızı yanaqlarını necə də sığallayırdı!  Sonra mənə 

yaxınlaşdı, gözlərini qaldırdı, tanıdı, yanaqları bircə anlığa allandı, baxışlarını yana çevirdi. 

Başımdakı konfirmand papağını çıxarıb salam verdim və Roza özünü toplayıb xanımlarsayağı 

qaşlarını dartaraq təbəssümlə salamımı aldı, məhəbbət, umacaq pərəstişlə dolu baxışlarıma 

bələnə-bələnə asta, inamlı, təkəbbürlü addımlarla keçib getdi. 

Bu əhvalat otuz beş il əvvəl, bazar günü baş vermiş və indi bircə anlığa qayıtmışdı: yenə o təpə, 

o şəhər, o mart küləyi, o tumurcuq qoxusu, Roza, qəhvəyi saçlar, getdikcə dalğa-dalğa qalxan 

həsrət, boğazıma tıxanıb qalmış şirin qoxu... Hər şey əvvəlkinin eyni idi və mənə elə gəlirdi ki, 

ömrümdə heç kəsi onda Rozanı sevdiyim qədər sevməmişəm. Ancaq indi onu başqa cür 

qarşılamaq imkanı yaranmışdı. Gördüm ki, məni tanıyan kimi qızardı. Gördüm ki, qızardığını 

gizlətməyə çalışdı. Bildim ki, məndən xoşu gəlir, bu görüş onun da ürəyincədir. Yenə də 

papağımı çıxarıb yanımdan keçənə kimi dümdüz dayanmaq  əvəzinə, heç bir qorxuya, 

utancaqlığa baxmadım, qəlbimin dediklərini elədim, ucadan: 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

647 


– Roza! Allaha şükür ki, gəldin, ey gözəllər gözəli! Bilirsən, səni necə sevirəm?! – dedim.Bəlkə 

də, bu sözlər heç yerinə düşmədi, ancaq indi ağıl yeri deyildi və ona görə də kifayət elədi.  

Roza, xanım ədası ilə özünü çəkmədi, dayanıb mənə baxdı, yanaqları qıpqırmızı pörtdü: 

– Salam, Harri, məni, doğrudan, sevirsən? 

Bu sözləri deyəndə qonur gözləri alışıb-yandı və mən o dəqiqə hiss elədim ki, Rozanı  əldən 

buraxdığım həmin bazar günündən bəri bütün keçmiş həyatım, məhəbbətim saxta, dolaşıq, 

mənasız və bədbəxt imiş. Ancaq bu dəfə səhvimi düzəltdim, hər şey dəyişdi, lap yaxşı oldu. 

Əl-ələ verib asta addımlarla getməyə başladıq. Həddən artıq xoşbəxt idik. Həddən artıq da sıxılır, 

nə edəcəyimizi, nədən danışacağımızı bilmirdik. Və ona görə də nəfəsimiz kəsilənəcən gah 

yüyürdük, gah yortduq, axırda da dayandıq. Ancaq əlimizi buraxmamışdıq. İkimiz də 

uşaqlığımıza qayıtmışdıq, nə edəcəyimizi bilmirdik. O bazar heç ilk öpüşü dadmasaq da, 

xoşbəxtlərin xoşbəxtiydik. Dayanıb nəfəsimizi dərdik, otların üstündə oturduq. Bir əlini əlimə 

alıb sığalladım, Roza da o biri ilə utana-utana saçlarımı tumarladı, sonra ayağa durub yanaşı 

dayandıq, boyumuzu ölçdük. Mən bir barmaq hündür idim, ancaq ona bildirmədim, dedim ki, 

boyumuz birdir, Allah bizi bir-birimiz üçün yaradıb, gələcəkdə evlənəcəyik. Roza dedi ki, 

burnuna bənövşə qoxusu dəydi, diz çöküb yenicə boy verən bahar otlarının arasında bənövşə 

axtarmağa başladıq, bir neçə gödək saplaqlısını tapdıq, mən dərdiklərimi ona, o da özününküləri 

mənə bağışladı. Və sərin düşəndə, qürub edən günəşin saçaqları qayalara sancılanda, dedi ki, evə 

getməlidir. İkimiz də kədərləndik. Çünki ötürə bilməzdim. Ancaq bununla belə, aramızda elə bir  

ülfət yaranmışdı ki, ikimiz üçün də müqəddəs idi. Yuxarıda, qayaların arasında qaldım, Rozanın 

verdiyi bənövşələri qoxladım, sonra bir yarğanın başına uzanıb aşağıya  – şəhərə baxdım, onun 

zərif kölgəsi təzədən görünüb qaça-qaça quyunun yanından, körpüdən keçənəcən gözlərimi 

çəkmədim. Bildim ki, evlərinə çatdı, otaqları bir-bir gəzdi. Mən isə uzaqlarda, təpənin başında 

uzanmışdım. Qəlbimdən ona tərəf bir tel uzanıb gedir, bir cərəyan axır, bir ülfət uçurdu. 

Sonralar gah burada, gah orada, gah qayaların arasında, gah da hasarların dibində bütün baharı 

görüşdük və yasəmənlər çiçək açmağa başlayanda ilk dəfə hürkək-hürkək öpüşdük. Heyif ki, 

uşaq olduğumuzdan çox şeyi qanmırdıq və ona görə də öpüşümüzdə hələ o od-alov, o həsrət yox 

idi. Yalnız hərdən cəsarət edərək pərişan saçlarını asta-asta sığallaya bilirdim. Ancaq bu 

məhəbbətin, bu səadətin hamısı özümüzünkü idi və hər utancaq hərəkətimizlə, kəsik-kəsik 

sözlərimizlə, hürkək-hürkək gözləməyimizlə yeni bir səadətə qovuşur, məhəbbət nərdivanında 

bir pillə də qalxırdıq. Bəxt ulduzunun parıltısına isinə-isinə Roza ilə, bənövşə ilə başlayan 

məhəbbət dolu həyatımı təzədən bir də yaşadım.  

Roza itib getdi, İrmqrad gəldi, günəş yandırıb yaxmağa başladı, ulduzlar məst oldu, ancaq heç 

biri axıracan qalmadı. Pillə-pillə yuxarı qalxdım, çox şey görməli, çox şey öyrənməli oldum, 

İrmqradı da, Annanı da itirdim. Gəncliyimdə sevdiyim qızların hamısını təzədən sevdim, 

ürəklərinə məhəbbət odu saldım, hərəsinə bir şey verdim, hərəsindən bir bəxşiş aldım. Nə vaxtsa 

təsəvvürlərimdə yaşayan arzular, xəyallar, imkanlar həqiqətə çevrildi, canlandı. Ah, siz ey bircə 

yay, bircə ay, bircə gün sevdiyim  

gözəl günlər, İda və Lore! 

Başa düşdüm ki, indi mən bir az  əvvəl həvəslə özunü məhəbbət otağına salan o qəşəng, çılğın 

oğlanam. Varlığımın, həyatımın yüzdən, mindən bir hissəsini təzədən canlandırıb yaşayıram və 

«mən»imin qalan hissələri də araya girmir, heç bir mütəfəkkir mane olmur, Yalquzaq onu 

incitmir. Heç bir şair, heç bir xəyalpərvər, heç bir əxlaq vaizi onun yerini dar eləmir. Yox, mən 

indi yalnız və yalnız sevən bir gəncdim. Səadətim də, iztirabım da yalnız məhəbbət səadəti, 

məhəbbət iztirabı idi... İrmqrad mənə rəqs etməyi, İda öpməyi öyrətmişdi. Gözəllər gözəli Ema 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin