Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə30/115
tarix25.04.2017
ölçüsü7,78 Mb.
#15742
1   ...   26   27   28   29   30   31   32   33   ...   115

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

152 


Sənədləşdirmə Departamentinin Uinstonun işlədiyi şöbədən də qat-qat böyük şöbəsində çalışan 

əməkdaşların yeganə işi dəyişdirilməsi, yaxud məhv edilməsi tələb olunan kitabların, qəzetlərin 

və digər çap məhsullarının axtarılıb tapıllması və toplanmasından ibarət idi. Tayms-ın siyasi 

yanlışlıqlar, yaxud Böyük Qardaşın uğursuz peyğəmbərlikləri ilə bağlı bəlkə də on dəfələrlə 

dəyişdirilən, yenidən yazılan sayları orijinal tarixlə nəşr edilib cildlənirdi və artıq dünyada bunun 

əksini sübut edəcək başqa bir nüsxə mövcud olmurdu. Kitablar da hər yerdən yığışdırılır, dönə-

dönə yenidən yazılırdı. Aparılan dəyişikliklərlə bağlı heç bir məlumat verilmirdi. Hətta 

Uinstonun icra üçün aldığı və yerinə yetirəndən dərhal sonra məhv etdiyi tapşırıqlarda da 

saxtalaşdırma tələbi ilə bağlı kiçik bir işarə də olmurdu. Söhbət yalnız dəqiqlik naminə aradan 

qaldırılması tələb edilən səhvlərdən, yanlışlıqlardan, mətbəə xətaları və təhrifə uğramış 

sitatlardan gedirdi.  

Əslində, Rifah Nazirliyinin rəqəmləri dəyişdirməsində Uinston hər hansı bir saxtalaşdırma 

görmürdü. Bu, sadəcə, bir cəfəngiyyatın başqa cəfəngiyyatla əvəz edilməsi idi. Başdan-başa ağ 

yalandan ibarət göstəricilər də daxil olmaqla, hazırlanan materialların əksəriyyətinin gerçək 

dünya ilə qətiyyən əlaqəsi yox idi. Statistika özünün həm ilk, həm də dəqiqləşdirilmiş 

variantında eyni dərəcədə fantaziya məhsulu sayıla bilərdi. Çox vaxt göstəricilərin özünü də 

barmaqdan sorub çıxarmaq lazım gəlirdi. Məsələn, Rifah Nazirliyi hər rüb 145 milyon cüt 

ayaqqabı istehsal etməyi planlaşdırırdı. Sonda isə faktiki 62 milyon cüt ayaqqabı hazırlandığı 

bildirilirdi. Uinston proqnoz üzərində yenidən işləyəndə 145 milyonu təxminən üç dəfə azaldıb 

57 milyona salırdı. Məqsəd, həmişəki kimi, planın artıqlaması ilə yerinə yetirilməsi görüntüsü 

yaratmaq idi. Amma istənilən halda 62 milyon gerçəkliyə 57, yaxud 145 milyondan zərrəcə 

yaxın deyildi. Bəlkə də, ölkədə ümumiyyətlə ayaqqabı istehsal olunmurdu. Heç kəs ayaqqabı 

istehsalının həcmini bilmir və bununla ümumiyyətlə maraqlanmırdı. Məlum olan yalnız bir şey 

idi: hər rüb kağız üzərində az qala astronomik sayda ayaqqabı hazırlanıb satışa çıxarılsa da, 

Okeaniya əhalisinin yarısı hələ ayaqyalın gəzirdi. Irili-xırdalı bütün sənədləşdirilmiş 

göstəricilərin mahiyyəti bundan ibarət idi. Hətta ayın tarixinin də dəqiq bilinmədiyi xəyali 

dünyada hər şey mənasını itirərək heçliyə qovuşmuşdu.  

Uinston zalın o başına baxdı. Qarşı tərəfdəki şüşə kabinədə Tillotson soyadlı balacaboy, səliqə-

sahmanlı, saqqalının rəngi qaraya çalan əməkdaş qəzeti dizinin üstünə qoyub, başını nitqyazarın 

mikrofonuna tərəf əyərək həvəslə işləyirdi. Elə oturmuşdu ki, sanki dediklərinin yalnız ikisinin-

özü ilə teleekranın arasında qalmasını istəyirdi.Arada başını qaldıranda elə bil eynəyinin 

şüşələrindən Uinstona qəzəb yağdırırdı.  

Tillstonu çox az tanıyırdı. Nə işlə məşğul olduğunu da bilmirdi. Sənədləşdirmə Departamentinin 

əməkdaşları işləri haqqında danışmağa çox da həvəs gösərmirdilər. Iki tərəfdən şüşə kabinələrin 

düzüldüyü, arasıkəsilməz kağız xışıltısı və nitqyazara diqtə olunan sözlərin uğultusundan başqa 

heç nəyin eşidilmədiyi uzun, pəncərəsiz zalda Uinstonun hətta adlarını bilmədiyi, amma hər gün 

koridorlarda tələsik addımlarla o baş-bu başa getdiklərini, Nifrət İkidəqiqəliklərində 

canfəşanlıqla əl-qol oynatdıqlarını gördüyü onlarla adam çalışırdı. Bilirdi ki, qonşu kabinədə 

oturan balacaboy, saçı kül rənginə çalan qadın bütün günü mətbuatı ələk-vələk edib buxara 

çevrilənlərin, - artıq həyatda olmayan adamların adlarını axtarıb tapmaq və hər yerdən pozmaqla 

məşğuldur. Işi ilə həyatı arasında müəyyən uyğunluq da vardı. Üç-dörd il əvvəl öz ərini də 

buxara çevirmişdilər. Uinstondan bir neçə kabinə o tərəfdə isə, yöndəmsiz, fikri dağınıq, 

xəyalpərvər bir adam - qulaqlarını dəhşətli dərəcədə tük basmış Amplfort soyadlı əməkdaş 

otururdu. O, vəzn və qafiyə sahəsində heyrətamiz istedadı ilə tanınırdı. Amplfort ideoloji 

tələblərə cavab verməyən, lakin bu və digər səbəblərə görə kitablardan çıxarılması 

məqsədəuyğun sayılmayan şeirlərin (onları kanonik mətnlər adlandırırdılar) formaca əvvəlkinə 

yaxın, lakin mənaca fərqli variantlarını hazırlayırdı. Əlliyə yaxın əməkdaşın çalışdığı zal sadəcə 

yarımbölmə, Sənədləşdirmə Departamentinin nəhəng orqanizminin bir hüceyrəsi idi. Sağda, 

solda, arxada, qabaqda digər yarımbölmələrdə, bölmələrdə və şöbələrdə az qala bir qoşunluq 

əməkdaş ən müxtəlif məsələlər üzərində işləyirdi. Burada öz redaktorları, poliqrafiya 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

153 


mütəxəssisləri olan nəhəng mətbəələr, foto-şəkillərin saxtalaşdırılmasına imkan verən 

mükəmməl təhcizatlı studiyalar fəaliyyət göstərirdi. Yüksək peşəkarlığı ilə seçilən 

mühəndislərin, rejissorların, lazımi səsləri məharətlə təqlid etməyi bacaran aktyorların toplaşdığı 

televiziya studiyaları vardı. Yenidən baxılmasına ehtiyac duyulan kitabların və dövri nəşrlərin 

siyahısını hazırlamaq üçün böyük referentlər ordusu nəfəs dərmədən çalışırdı. Təshih edilmiş 

sənədlərin saxlandığı ucsuz-bucaqsız anbarlar tikilmiş, orijinal nüsxələri yandırmaq üçün gizli 

sobalar quraşdırılmışdı. Və haradasa naməlum yerdə bütün bu işlərə rəhbərlik edən beyin 

mərkəzi tam məxfi şəkildə fəaliyyət göstərirdi. Bu mərkəz keçmiş irsin hansı hissəsini qoruyub 

saxlamaq, hansı hissəsini saxtalaşdırmaq, hansı hissəsini isə həmişəlik məhv etməklə bağlı siyasi 

xətti hazırlayır, görülən işləri əlaqələndirirdi.  

Nəhayət, Sənədləşdirmə Departamenti Həqiqət Nazirliyinin şöbələrindən yalnız biri idi. Onun 

əsas vəzifəsi təkcə keçmişi yenidən qurmaq deyil, Okeaniya sakinlərini qəzetlər, filmlər, 

dərsliklər, televiziya verilişləri, pyeslər, romanlar və s. ilə təchiz etmək idi. Əyləncəli 

materiallardan öyüd-nəsihətlərə, abidələrdən şüarlara, lirik şeirlərdən bioloji tədqiqatlara, məktəb 

dərsliklərindən Yenidil lüğətlərinə qədər - ağla gələn və gəlməyən bütün informasiya fəaliyyəti 

bu Departamentdə cəmlənmişdi. Nazirlik yalnız Partiyanın müxtəlif ehtiyaclarını təmin etmirdi, 

həm də proletariatın tələbatını ödəmək üçün nisbətən aşağı səviyyəli işləri də öz üzərinə 

götürmüşdü. Proletar ədəbiyyatı, musiqisi, dramaturgiyası, ümumilikdə proletar əyləncələri ilə 

məşğul olan şöbələrin böyük bir şəbəkəsi fəaliyyət göstərirdi. Həmin şöbələrdə bütün mövzusu 

yalnız idman, kriminal xəbərlər və astroloji proqnozlardan ibarət düşük qəzetlər, beş qəpiklik 

sensasiyalı povestlər, bayağı erotik filmlər, kobud emosional mahnılar hazırlanıb yayılırdı. Bütün 

bu yaradıcı fəaliyyət tam mexanikləşdirilmiş şəkildə-versifikator adlı xüsusi növ kaleydeskoplar 

vasitəsi ilə həyata keçirilirdi. Hətta Yenidildə adına Pornoseks deyilən ayrıca yarımbölmə də 

yaradılmışdı. Burada ən aşağı səviyyəli pornoqrafiya məhsulları hazırlanırdı. Onu ünvan 

sahiblərinə bağlı zərflərdə göndərirdilər. Nəinki Partiya üzvlərinin, hətta bilavasitə bu sahədə 

çalışanların özlərinin də həmin pornoqrafiya nümunələri ilə tanış olmaları qadağan edilmişdi.  

İşlədiyi müddətdə pnevmatik boru Uinstonun masasının üstünə daha üç yeni tapşırıq atmışdı. 

Çox da çətin məsələlər deyildi. Nifrət Ikidəqiqəliyinə gedənə qədər hamısının öhdəsindən gəldi. 

Ikidəqiqəlik qurtaran kimi dərhal kabinəsinə qayıtdı, rəfdən Yenidil lüğətini götürdü, nitqyazarı 

bir tərəfə itələyib eynəyinin şüşələrini sildi və bu səhərin ən mühüm tapşırığının icrasına başladı.  

Uinston üçün həyatın ən böyük zövqü iş idi. Əksər hallarda xırda, darıxdırıcı materaillarla 

işləməli olurdu. Amma bəzən elə çətin, dolaşıq məsələlər ortaya çıxırdı ki, adam onların 

içərisində, riyazi problemlərin dərinliyinə düşmüş kimi, başını itirirdi. Yaxud elə incə 

saxtalaşdırmalar tələb olunurdu ki, burada Ingsos prinsiplərinə dərin bələdlikdən, Partiyanın nə 

demək istədiyini dəqiqliklə müəyyən etmək bacarığından başqa köməyinə heç nə gələ bilmirdi. 

Uinston belə işləri yaxşı bacarırdı. Bəzən ona hətta əsas materialları Yenidildə çap olunan 

Tayms-ın baş məqalələrini gözdən keçirməyi də etibar edirdilər. Uinston bayaq bir kənara 

qoyduğu kağızı götürdü. 

 

tayms 03.12.83 bq nitq ikiqat mənfi mövcud olmayanların xatırlanması arxiv üçün əvvəldən sona 



yenidən yazmalı 

Köhnədildə (yaxud adi ingilis dilində) mətn təxminən bu mənanı verirdi: 

"Tayms" qəzetinin 3 dekabr 1983-cü il tarixli sayında Böyük Qardaşın Nitqi çox yarıtmaz 

şəkildə şərh edilmiş, mövcud olmayan adamların adları çəkilmişdir. Tamamilə təzədən yazın və 

arxivə verməmişdən əvvəl layihəni rəhbərliyə təqdim edin". 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

154 


Uinston başı bəlalı məqaləni təkrar oxudu. Göründüyü kimi, Böyük Qardaşın Nitqinin əksər 

hissəsi Üzən Qalalardakı dənizçiləri siqaret və digər zəruri tələbat malları ilə təmin edən FFCC 

(Floating Fortress Comfort Company - Üzən Qalaların Təminatı Şirkəti - tərc.) şirkətin 

təriflənməsinə həsr olunmuşdu. Daxili Partiyanın tanınmış üzvlərindən olan yoldaş Uayters adlı 

şəxs xüsusi fərqləndirilmiş və Ikinci dərəcəli "Şüurlu Xidmətə Görə" ordeni ilə 

mükafatlandırılmışdı.  

Üç ay sonra qəflətən, heç bir səbəb göstərilmədən FFCC şirkəti ləğv edilmişdi. Qəzetlərdə və 

teleekranda hər hansı məlumat verilməsə də, Uaytersin, habelə ona yaxın adamların etimadı 

doğrultmadıqları aydın idi. Burada təəccüblü bir şey yox idi. Siyasi caniləri məhkəməyə çəkmək 

bir yana qalsın, onları hətta ictimai qınaq hədəfinə çevirmək də məqbul sayılmırdı. Minlərlə 

adamı əhatə edən böyük təmizləmələr - satqınların və fikir canilərinin cinayətlərini qorxaqcasına 

boyunlarına alıb əfv dilədikləri, sonra isə edam olunduqları açıq məhkəmə prosesləri xüsusi 

tamaşalar idi və yalnız iki-üç ildə bir dəfə təkrarlanırdı. Partiyanın etimadını doğrultmayan sıravi 

adamlar isə, sadəcə, yoxa çıxırdılar. Bir daha belələrinin barəsində eşidən olmurdu. Başlarına nə 

iş gəldiyini heç kəs, heç vaxt aydınlaşdırmağa cəhd göstərmirdi. Hətta belələrinin dərhal qətlə 

yetirilmədikləri hallar da olurdu. Valideynlərindən başqa, müxtəlif vaxtlarda Uinstonun şəxsən 

tanıdığı otuza yaxın adam bu cür yoxa çıxmışdı. 

Uinston dəftərxana sancağı ilə burnunu yüngülcə qaşıya-qaşıya fikirləşirdi. Üzbəüz kabinədə 

yoldaş Tillston hələ də ağzını mikrofona yapışdırıb sirli görkəmlə nə isə mızıldayırdı. Bir anlıq 

başını qaldırdı, eynəyinin şüşələri yenə əsəbiliklə od saçdı. Uinstonun fikrindən keçdi ki, bəlkə 

yoldaş Tillstona da eyni tapşırığı veriblər. Tamamilə mümkün olan şeydir. Belə cəncəl məsələni 

heç vaxt yalnız bir icraçıya həvalə etməzlər. Komissiyaya tapşırmaq isə saxtalaşdırmanın 

miqyasını açıb-ağartmaq olardı. Çox ehtimal ki, indi ən azı on nəfər Böyük Qardaşın nə deməli 

olduğunun fərqli variantları üzərində baş sındırırdı. Sonra Daxili Partiyadakı hansısa düşünən 

beyin həmin variantları müqayisəli şəkildə nəzərdən keçirəcək, onlardan birini seçəcək, redaktə 

edəcək, müxtəlif fikirləri ümumi əsas üzərində birləşdirəcəkdi. Nəticədə, seçilmiş yalan yazılı 

mənbələrdə öz əksini taparaq həqiqətə çevriləcəkdi. 

Bu Uaytersin nəyə görə qəzəbə tuş olduğu Uinstona bəlli deyildi. Bəlkə korrupsiyaya 

qurşandığına görə, bəlkə işinin öhdəsindən gələ bilmədiyinə görə. Bəlkə Böyük Qardaş xeyli 

populyarlıq qazanmış silahdaşından xilas olmaq qərarına gəlmişdi? Bəlkə Uaytersin, yaxud 

yaxın adamlarının bölücü təmayülçülük fəaliyyətindən şübhələnirlər? Bəlkə... Deyəsən ən 

ağlabatanı da bu idi - təmizləmələr və buxaraçevirmə prosesi dövlət idarəçiliyi mexanizminin 

zəruri tərkib hissəsi olduğundan, onları aradan götürmüşdülər. Yeganə ip ucu "mövcud 

olmayanların xatırlanmasır" ifadəsi idi. Bu Uaytersin artıq məhv edildiyini göstərirdi. Doğrudur, 

hər hansı şəxsin həbsi həmişə onun labüd ölümü sayıla bilməzdi. Bəzən kimisə həbsdən azad 

edir, edam olunana qədər bir-iki il azadlıqda gəzməsinə şərait yaradırdılar. Bəzən isə çoxdan 

ölmüş sayılan birisi həyulə kimi təzədən ortada peyda olur, yenidən, həm də bu dəfə həmişəlik 

yoxa çıxmamışdan əvvəl açıq məhkəmə prosesində yüzlərlə adamın əleyhinə ifadə verirdi. 

Amma Uayters artıq mövcud deyildi. Heç vaxt mövcud olmamışdı. Yalnız Böyük Qardaşın 

nitqinin istiqamətini dəyişmək Uinstona o qədər də uğurlu tapıntı kimi görünmürdü. Onun baş 

vermiş hadisə ilə birbaşa əlaqəsi olmayan məsələlər haqqında mülahizə yürütməsi daha 

ağlabatan idi.  

Nitqi satqınların və fikir cinayətkarlarının ənənəvi ifşası üzərində də qurmaq olardı. Lakin bu 

çox bəsit variantdır. Cəbhədəki qələbələrin sadalanması, yaxud Doqquzuncu Üçillik Planın 

böyük uğurla yerinə yetirilməsi isə nitqin mətnini mürəkkəbləşdirə bilərdi. Ən yaxşısı bir az 

fantaziyaya əl atmaq idi. Bu yaxınlarda düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş yoldaş 

Oqilvinin obrazı qəflətən yaddaşının dərin qatlarından çıxaraq Uinstonun gözləri önündə 

canlandı. Bəzi hallarda Böyük Qardaş öz Nitqini həyat və ölümlərini başqalarına nümunə 

göstərdiyi adi, sıravi Partiya üzvlərinə həsr edirdi. Bu gün o, yoldaş Oqilvi haqqında danışacaq. 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

155 


Doğrudur, yoldaş Oqilvi adlı adam həyatda yerli-dibli olmamışdı. Lakin beş-altı sətirlik yazı və 

bir-iki saxta fotoşəklin köməyi ilə onu asanlıqla həyata gətirmək mümkün idi.  

Uinston bir neçə dəqiqə fikirləşdi, sonra nitqyazarı özünə tərəf çəkib Böyük Qardaşın ənənəvi 

üslubunda diqtə etməyə başladı. Hərbçi və pedant danışıq ədasına, daim özü sual verib özü də 

cavab vermək kimi ("Biz bu faktdan hansı ibrət dərsləri götürə bilərik, yoldaşlar? - Ibrət dərsi 

almağı bacarmaq özü də Ingsosun təməl prinsiplərindəndir" və s. və i.a.) üsullardan istifadəsinə 

görə onu yamsılamaq asan idi.  

Üç yaşında yoldaş Oqilvi təbil, avtomat və helikopter modelindən başqa bütün oyuncaqlardan 

imtina etmişdi. Altı yaşında yerli ərazi hakimiyyətinin qərarı ilə müstəsna hal kimi vaxtından bir 

il əvvəl Kəşfiyyatçılar dəstəsinə götürülmüş, doqquz yaşında dəstə komandiri olmuşdu. On bir 

yaşında söhbətlərində cinayətkar meyllər sezdiyinə görə əmisini Fikir Polisinə təslim etmişdi. On 

yeddi yaşında Gənclərin Antiseks Liqasının rayon təşkilatının qurucusu kimi tanınmışdı. On 

doqquz yaşında Sülh Nazirliyi tərəfindən orduda silah kimi qəbul olunan əl qumbarasını 

hazırlamışdı. Qumbara sınaqdan keçirilən zaman bir partlayış nəticəsində otuz nəfər Avrasiya 

hərbi əsiri havaya sovrulmuşdu. İyirmi üç yaşında müharibədə həlak olmuşdu. Mərkəzə aparılan 

mühüm məlumatlarla Hind Okeanı üzərindən uçarkən düşmənin qırıcı təyyarələrinin hücumuna 

məruz qalmışdı. Hərbi sirrin ələ keçməməsi üçün pulemyotu belinə bağlayaraq (suda dərhal 

batmaq məqsədi ilə) özünü sənədlərlə birlikdə helikopterdən okeanın dərinliklərinə atmışdı. - 

Belə ölümə yalnız həsəd aparmaq olar!-deyə Böyük Qardaş heyrətini gizlətməmişdi. Daha sonra 

o, yoldaş Oqilvinin bütün həyatının büllurcasına təmizliyi və məqsədyönlülüyü ilə bağlı bəzi 

mülahizələrini söyləmişdi. Yoldaş Oqilvi içki içmirdi, siqaret çəkmirdi. Hər gün gimnastika 

zalında bir saatlıq məşğələlərdən başqa əyləncəsi yox idi. Nikah və ailə qayğılarının vətən 

qarşısındakı borcunu günün 24 saatı ərzində layiqincə yerinə yetirməyə mane olacağını 

düşünərək, heç vaxt evlənməmək qərarına gəlmişdi. Söhbətlərinin Ingsos prinsiplərindən başqa 

heç bir mövzusu, düşmən Avrasiyanın məğlub edilməsindən, casusların, ziyankarların, fikir 

cinayətkarlarının, xüsusən də satqınların tapılıb cəzalandırılmalırdan başqa heç bir arzusu yox 

idi.  

Yoldaş Oqilvini "Şüurlu Xidmətlərə Görə" ordeni ilə təltif edib-etməmək üzərində Uinston xeyli 



düşünməli oldu. Axırda fikrindən əl çəkdi. Çünki bu, müxtəlif rəylərin o qədər də zəruri olmayan 

qarşılaşdırılmasını tələb edəcəkdi.  

Nəzərləri yenə qarşı kabinədə oturmuş rəqibinə sataşdı. Hissləri əminliklə Tillstonun da indi eyni 

məsələ ilə məşğul olduğunu deyirdi. Sonda kimin versiyasının qəbul ediləcəyini söyləmək çətin 

idi. Amma nədənsə Uinstonda öz uğuruna möhkəm inam vardı. Bir saat əvvəl iyi-tozu da 

olmayan yoldaş Oqilvi indi real cizgilər kəsb etmişdi. Uinston təəccüblə düşündü ki, dirilərlə 

müqayisədə ölülərin obrazını yaratmaq daha asandır. Indiki zamana heç bir dəxli olmayan yoldaş 

Oqilvi artıq keçmişdə mövcud idi. Bu saxtalaşdırma aktı unudulandan sonra isə yoldaş Oqilvi də 

Böyük Karl, yaxud Yuli Sezar kimi, həqiqi və inkarolunmaz şəkildə tarixdə öz yerini tutacaqdır.  

 

V fəsil 



 

Zirzəmi qatında yerləşən alçaq tavanlı yeməkxanada növbə çox asta-asta irəliləyirdi. Zal adamla 

dolu idi, səs-küydən qulaq tutulurdu. Arakəsmənin arxasındakı qazanlardan havaya qızardılmış 

ət qoxusu əvəzinə paslanmış dəmir iyini xatırladan əcayib bir tam yayılırdı. Amma bu qatı tam 

da "Qələbə" cininin hər yanı bürümüş şirintəhər boğucu qoxusuna üstün gələ bilmirdi. Otağın 

uzaq küncündə bar, əslində isə, divarda açılmış böyük oyuq vardı. Oradan qədəhi on sentə cin 

almaq olurdu.  


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

156 


- Nəhayət ki, axtardığım adamı tapdım! - Uinstonun arxasında səs eşidildi.  

O, geriyə çevrildi. Qarşısındakı Araşdırmalar Departamentindən olan dostu Saym idi. Əslində 

"dost" sözü burada o qədər də yerinə düşmürdü. Indi heç kəsin dostu yox idi, yalnız yoldaşı 

vardı. Lakin bəzi yoldaşlarla ünsiyyət digərləri ilə müqayisədə daha çox ürəyə yatırdı. Saym 

filoloq və Yenidil üzrə mütəxəssis idi. Yenidil Lüğətinin On Birinci nəşrini hazırlayan nəhəng 

ekspertlər qrupunda çalışırdı. O, arıq bədənli, qara saçlı, balacaboy adamdı. Boyca hətta 

Uinstodan da balaca idi. Adamla danışdığı müddətdə onu diri-diri yeyən şişkin gözlərinin kədərli 

və gülməli ifadəsi olurdu. 

- Soruşmaq istəyirdim ki, bəlkə təsadüfən sizdə artıq ülgüc olar... 

- Yoxumdur, - Uinston günahkarcasına tələskənliklə cavab verdi. - Mən də hər yeri axtarmışam. 

Tapmaq mümkün deyil.  

İndi hamı üz qırxmağa bir şey axtarırıdı. Əslində, Uinstonun ehtiyatda iki təzə ülgücü vardı. 

Ülgüclər neçə ay idi ki, yoxa çıxmışdı. Hər ay Partiya mağazalarında gah bu, gah da digər çox 

işlənən mal qəhətə çəkilirdi. Gah düymə tapılmırdı, gah diş pastası, gah ayaqqabı bağı. Indi də 

ülgüc yoxa çıxmışdı. Onu min xahiş-minnətlə, həm də yalnız əl altdan "sərbəst" bazarda tapmaq 

olurdu. 


- Özüm də altı həftədir ki, üzümü eyni ülgüclə qaşıyıram, - deyə Uinston yalan danışdı.  

Növbə bir az irəlilədi. Hərəkət dayananda yenə Sayma tərəf çevrildi. Hərəsi masanın küncünə 

qalaqlanmış yağlı metal podnoslardan birini götürdü. 

- Dünən əsirlərin edamına baxmağa getmişdiniz? -Saym soruşdu.  

- İşim çox idi, - deyə Uinston cavab verdi. -Yəqin kinoda baxaram. 

- Gör nəyi nəylə əvəz eləyirsiniz! - Sam təəccübünü bildirdi.  

İstehza ilə qıyılan gözləri Uinstonun sifətində dolaşırdı. Baxışları sanki "Sizi yaxşı tanıyırıq! - 

deyirdi. - Üzünüzə baxan kimi əsirlərin edamına baxmağa niyə getmədiyinizi bilirəm". Saym 

ağıllı, həm də çox acıdil mühafizəkar kimi tanınırdı. O, helikopterlərin düşmən kəndlərinə 

hücumu, fikir cinayətkarlarının məhkəmə prosesləri və hər şeyi boyunlarına almaları, Sevgi 

Nazirliyinin zirzəmilərində yerinə yetirilən edam hökmləri haqqında xoşagəlməz şövqlə 

danışmağı bacarırdı. Uinston söhbət vaxtı imkan düşdükcə onun diqqətini belə mövzulardan 

yayındırmağa, həqiqətən də nüfuzlu mütəxəssislərdən biri kimi tanındığı, həmişə maraq və 

vurğunluqla söz açdığı Yenidil məsələlərinə yönəltməyə çalışırdı. İndi də onun iri, qara 

gözlərinin sınayıcı baxışlarından yayınmaq üçün başını bir az yana əydi.  

- Edam əla təşkil olunmuşdu, - Saym həvəslə danışırdı. - Amma əsirlərin ayaqlarının bağlanması, 

məncə, mənzərəni korlayır. Onların havanı təpikləmələri adama ləzzət eləyir. Ən ləzzətlisi isə 

sonluqdur-əsirin göyərmiş, dəqiq desəm, gömgöy göyərmiş dili ağzından bayıra çıxanda... Bu 

məqam çox xoşuma gəlir.  

- Növbə kimindir? - deyə ağ önlüklü, əli kəfkirli prol qadın kobud səslə qışqırdı. 

Uinstonla Saym podnoslarını piştaxtanın üstünə qoydular. Ikisinin də standart naharı bir dəqiqə 

sonra artıq qarşılarında idi: tənəkə kasada boz-çəhrayı rəngdə şorba, bir parça çörək, bir tikə 

pendir, bir fincan qaramtıl "Qələbə" qəhvəsi və bir həb saxarin. 

- Orada, teleekranın altında boş masa var,-deyə Saym başı ilə göstərdi. -Yolüstü cin də götürərik.  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin