Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


IV MÖVZU Azərbaycan Ərəb xilafətinin tərkibində



Yüklə 332,19 Kb.
səhifə4/27
tarix02.01.2022
ölçüsü332,19 Kb.
#39777
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   27
1-1Az tarixi

IV MÖVZU

Azərbaycan Ərəb xilafətinin tərkibində

Plan

1.Xilafətin Azərbaycana yürüşlərinin başlanması. Girdiman knyazlığının xarici və daxili siyasəti.

2.Xilafət hökmranlığı dövründə idarəçilik, köçürmə, torpaq və vergi siyasəti. islam dininin yayılması.

3.Xürrəmilər hərəkəti. Babəkin başçılığı altında azadlıq hərəkatı.

ƏDƏBIYYAT


  1. Azərbaycan tarixi. VII cilddə,IIcild, Bakı, 2005 səh.150-254.

  2. Azərbaycan tarixi: üzrə qaynaqlar.Bakı, 1989, sənəd №14,23

  3. Azərbaycan tarixi. Z.Bünyadovun redaktorluğu ilə. Bakı, 1994, səh.

290-272.

  1. Vəlixanlı N.IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı,1974, səh. 33-39.

  2. Bünyadov Z.Azərbaycan VII –IX əsrlərdə. Bakı, 1993.

  3. Vəlixanlı N.Ərəb xilafəti və Azərbaycan. Bakı, 1993.

  4. Səid Nəfisi. Babək. Bakı, 1990.

  5. Əliyev R.İ. Azərbaycan XII-XIV əsrlərdə. Bakı, 1980, səh.5-29.

9.Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir feodal dövlətin yara-dıcısı olan Məhəmmədin təlimi- İslam dini feodal münasibətlərinin inkişafında, dövlətin möhkəmlənməsi və genişlənməsində böyük rol oynadı.

Ərəb feodal dövlətinin yaranması (630-cu il) onun İran və Bizans imperiyaları əle-hinə yürüşləri ilə eyni vaxtda başladı.

Xilafət qoşunu 634-636-cı illərdə Bizans qoşunlarını məğlub edib Suriyanı ələ keçirdi. Bu qələbə ərəblərin İrana yolunu açmış oldu. Xəzərlərlə müharibələr və daxili çəkişmələr nəticəsində Sasani imperiyası xeyli zəifləmişdi. 638-ci ildə Ərəb qoşunu Kadusiyə yaxınlığında sasaniləri məğlub etdi. 642-ci ildə isə Nahəvənd döyüşündəki məğlubiyyətdən sonra İran orduları demək olar ki, dağıldı.

Ərəblərin ilkin hücumlarını dəf etməyə cəhd göstərən III Yezdəgird ona tabe olan ölkələrdən kömək istədi. Belə bir əmr alan Alban çarı Varaz Qriqor öz ikinci oğlu Cavanşiri döyüş meydanına göndərdi. O, Xorasan hakimi Fərruxzad oğlu Rüs­təmin rəhbərlik etdiyi İran ordusunun tərkibində ərəblərə qarşı döyşmüşdür. Kadusiyə döyüşündə Cavanşir öz şücaəti ilə seçilmişdi. III Yezdəgird onu qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Demək olar ki, Cavanşir İran qoşunları tərkibində ərəblərə qarşı vuruşmuşdur.

Ktesifonun mühasirəsində də Cavanşir fəallıq göstərmişdi. Təəssüf ki, həmin döyüşdə sərkərdə Rüstəm həlak oldu.639-cu ildə Cavanşir döyüşün mənasızlığını görərək öz qoşunları ilə Albaniyaya qayıdır. Həmin ildə Azərbaycana soxulan İran qoşunları Bərdə yaxınlığında Cavanşir tərəfindən darmadağın edildi.

639-cu ildə sərkərdə Hüzeyfənin başçılığı altında ərəb qoşunları Azərbaycan ərazilərinə soxuldular və burada güclü müqavimətə rast gəldilər. Azərbaycan qoşunlarına mərzban Fərruxzad oğlu İsfəndiyar başçılıq edirdi.Lakin o, məğlub olaraq əsir düşür. Bundan sonra onun qardaşı Bəhram qoşuna başçılıq edir. Lakin o da ərəblər tərəfindən məğlub edilir.644-cü ildə o, ərəblərlə müqavilə bağlayır.

Müqavilənin şərtlərinə görə azərbaycanlılar ərəblərə tabe olaraq vergi verməli,ərəb əsgərlərini evində saxlamalı idilər.

642-ci ildə ərəblər Muğanı, Şirvanı keçərək Dərbəndə qədər gəlib çıxdılar. Şir­0vanşah Şəhriyar aman istədi və sülh bağladı. 646-cı ildə Naxçıvandan hücuma başlayan ərəblər, əvvəlcə Şəki və Gorus, sonra Beyləqan və Bərdəni tutdular. Daha sonra Qəbələ, Şirvan , Şabran əhalisi təslim oldular.

653-cü ildə Bələncər yaxınlığında ərəblər Xəzər qoşunları tərəfindən darmadağın edildilər. Lakin ərəblər Azərbaycandan əl çəkmək istəmir və hücumlarını davam etdirirdilər.

Belə bir dövrdə gənc Cavanşir ölkəni ərəb təhlükəsindən qurtarmaq məqsədilə bir sıra tədbirlər gördü. Moisey Kalankatuklu onun haqqında belə yazırdı: “ Cavanşir İran savaşında ad çıxarıb geri qayıtdı. Hökmdar paltarın geyib taxta çıxdı. Al­ba­niyanı öz səviyyəsinə yüksəltdi. O,Qafqazın vəhşi kimi yaşayan tayfalarını ağıl və haqq yoluna gətirdi.Beləliklə, İberiya sərhədlərindən Hun qapılarına (Dərbənd) və Araz çayına kimi mütləq hökmdarlıq etdi.”

Ərəblər Azərbaycana soxulanda Cavanşir onlara qarşı mübarizə məqsədilə Bizans imperatoru II Konstantin (641-668)ilə ittifaqa girdi.

654 cü ildə hər iki hökmdar görüşüb ərəblərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmişlər. 660-cı ildə ikinci belə görüş olmuşdu.

662-ci ildə ikinci bir təhlükə yarandı. Ərəbləri Bələncər yaxınlığında məğlub edən xəzərlər Albaniyaya soxuldular. Kür çayı sahilində Cavanşir xəzərləri məqlub edir. Albaniya tarixində göstərilir. “O günü Cavanşir böyük qələbə qazandığı üçün həmin barbar xalqa belə söylədi. “Get,Çola qapıarından (Dərbənd ) geri qayıt və bir də buraya gəlmə, çünki tanrı sənin gücünü heç etmişdir”.

Lakin 665 –ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər və Araz sahillərinə qədər gəlib çıxdılar. Cavanşir həm ərəblərə, həm də xəzərlərə qarşı mübarizə aparmalı oldu. Bunun çətinliyini görərək Cavanşir xəzərlərlə sülh bağladı, xəzər xaqanının qızı ilə evlənərək əsirlər və aparılmış qəniməti geri qaytardı.

VII əsrin 60-cı illərində siyasi hadisələrin sonrakı gedişi Cavanşiri Xilafətə qarşı öz siyasətini dəyişməyə məcbur etdi. Belə bir şəraitdə Cavanşir ərəblərə qarşı əvvəlki münasibətini dəyişir və 667-ci ildə Şam şəhərinə Müaviyyənin görüşünə gedir. Bu görüş Cavanşir üçün uğurlu alınır. 670-ci ildə Xəlifə yenidən Cavanşiri Şama dövlət etdi. Cavanşir Xilafətlə Bizans arsında gedən diplomatik danışıqlara vasitəçilik etmişdi.

Alban tarixində göstərilir: “Cavanşir Şama gəldi... Xəlifə axşam yeməyinə onunla birlikdə oturdu... Xəlifə onun dərin biliyinə heyrət etdi. Ona bir dəvə, 52 iti yerişli at və Sünik knyazlığının hakimiyyətini bağışladı. Xəlifə həm də Atropatena torpaqlarının da idarələrini zorla ona tapşırmaq istədi. Lakin Cavanşir artıq şöhrətdən boyun qaçırdı... öz ölkəsinin üzərinə qoyulmuş verginin azaldılmasını xahiş etdi”.

Xəlifə Albaniya hakiminə xeyli güzəştə getdi, onun ölkəsinin daxili müstə-qilliyinə toxunmadı, əhalidən alınan vergiləri üçdə birə qədər azaltdı.

Cavanşir daxildə mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün iri feodal əyanlara qarşı uzun müddət ciddi mübarizə aparmalı oldu və nəticədə 680 (681) ci ildə ölkə daxilindəki Bizanspərəst feodalların gizli qəsdi nəticəsində öldrüldü.

Hakimiyyətə Varaz Trdat keçir. Bu zaman Xəzərlər yenidən Albaniya ərazisinə hücum edirlər. Lakin Varaz onlarla sülh bağlaya bilir.

Xəlifə onu “Şərq vilayyətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi “ təsdiq etdi.

VII əsrin 80-ci illərində Bizansın Cənubi Qafqaza yürüşləri başlayır. Azərbaycan üç böyük imperiyanın döyüş meydanına çevrilir.

699 – cu ildə yenidən Albaniyaya hücum edən bizanslılar Varaz Trdat və iki oğlunu həbs edərək Konstantinopola əsirliyə aparılır və onlar orada 705-ci ilə qədər qalırlar.

Hakimiyyət ərəbpərəst Siruyənin (Şeroy) əlinə keçsə də 704-cü ildə ərəblər onu Şama çağıraraq gizli şəkildə aradan götürmüşlər.

Belə bir siyasi vəziyyətdən xəyanətkar ermənilər istifadə edirlər. Erməni katalikosu İlya Xəlifə Əbd.əl. Malikə məktub yazaraq alban katalikosu Nerses və Cpramanın guya gizli şəkildə Bizasla münasibətdə olduğu haqqında xəbər gön­dərir. Xəlifə İlyaya məktub göndərir və əmr edir:” Biz əmr etdik ki, bizim ağalığımıza qarşı çıxmış albanların etiqadında sizin dininizə uyğun düzəlişlər edil­sin” Nerses və Sprama isə Partav (Bərdə)şəhərində məhv edildi.

705-ci ildə Varaz Trdat əsirlikdən qayıdır. Lakin Albaniya hətta vassall möv­qeyi­ni də itirmiş olur. Şimallı- cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeçiliyinə düşür.

Ərəb ordularının fasiləsiz hücumlarına baxmayaraq əhali onlara asanlıqla bo­yun əymədi. Yalnız 90- illik kəskin mübarizədən sonra Xilafət orduları Azərbaycanın istilasını başa çatdırdılar.

Ərəblər siyasi və dövlət təşkilatı cəhətdən Bizans və İran imperiyasından geri qalırdılar.Ona görə də ilk vaxtlar onlar işğal etdikləri ölkəmizdə özlərinə qədər mövcud olan idarə qaydalarını saxlamağa məcbur oldular.

Ərəblər bu yerlərdə əraziləri idarə etmək üçün əmirlik sistemi yaratdılar. Azərbaycan və Arran 5 ci əmirliyə daxil idi. Abbasilər dövründə 14 əmirlik yara-dıldı.Əmirliklər kiçik inzibati vahidlərə -nahiyə və rayonlara bölündü. Məs.hər nahiyə 12 rayondan, hər rayon 12 kənddən ibarət idi. Hər bir əyalətin sərhədləri müəyyən edildi. Azərbaycanın şimal sərhədi Dərbənd , cənub sərhədi Həmədana qədər uzanırdı. Xilafət dövründə Azərbaycanın paytaxtı Marağa şəhəri idi. Hər bir əmirliyin başında xəlifə tərəfindən təyin edilmiş əmir dururdu. Bütün mülki və hərbi işlər onun əlində idi. Əmrin rəhbərliyi ilə müxtəlif vəzifələri icra edən məmurlar aparatı yaradıldı. Amil – vergilərin toplanmasına nəzarət edir, qazi- məhkəmə işlərinə baxırdı. Yerli əyanlar əvvəlki imtiyazlardan məhrum edilib, idarə işlərinə buraxılmırdılar. Ona görə də yerli feoddallar ərəblərin siyasətindən narazı qalaraq onlara qarşı olan üsyanlarda iştirak edirdilər. Sonralar ərəblər qoşunlarının tərkibində islamı qəbul etmiş yerli əhalidən (Mövlalardan və hətta xristianlardan (zimmi) istifadə edirdilər).

Ərəblər Azərbaycanın Ərdəbil, Marağa, Beyləqan, Bərzənd, Dərbənd, Bərdə, Naxçıvan kimi strateji əhəmiyyətli şəhərlərində hərbi dəstələr saxlayırdılar. Bu hərbi dəstələrdən yerli əhalinin baş verən üsyanlarını yatırmaq üçün istifadə olunurdu.

Ərəblər işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini qoruyub möhkəmləndirməkdən ötrü köçürmə siyasətindən istifadə edirdilər. Həmin dövrdə Azərbaycana Ərəbistan çöllərindən çoxlu sayda ərəb əhalisi köçürüldü. Bunu Azərbaycanın müxtəlif ərazilərində “Ərəb” adları ilə başlanan çoxlu kənd adlarının qalması sübut edir. (Şamaxı,Ağsu, Kürdəmir)

Azərbaycan işğal olunduqdan sonra münbit və yararlı torpaqların xeyli hissəsi Xilafətin mülkiyyəti elan olundu. Azərbaycanda torpaq üzərində mülkiyyətin 5 forması mövcud idi. Feodal torpaq mülkiyyətinin əsas növlərindən biri dövlət torpaqları idi. Belə torpaqlar divani və ya xəlifə torpağı adlanırdı.

Geniş yayılmış torpaq mülkiyyəti formalarından biri İqta idi. İqta hüququ adamlara orduda göstərdiyi hərbi hünərə və sədaqətli xidmətə görə dövlət tərəfindən verilirdi. İqta 2 cürə -icarayə verilən və bağışlanan olurdu.

Mülkiyyət formalarından biri də vəqf torpaqları idi. Bu torpaqlar Məkkə və Mədinə kimi müqəddəs şəhərlər üçün, din uğrunda mübarizlər və şəhidlər üçün nəzərdə tutulurdu. Bu torpaqlar müsəlman dini idarələrinin ixtiyarında idi. Vəqv “Allahın mülkiyyəti” hesab edildi. Bu torpaq icrayə verilə bilər, lakin nə satılıb –alına, nə də xüsusi mülkiyyətə keçirilə bilməzdi.

Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr və s. icma torpaqlarına aid idi. Əs-lində xəzinəyə gələn gəlir də bu torpaqlardan alınan vergilər idi. Ərəblər başqa mə-sələlərdə olduğu kimi, sasanilərin vergi qaydasını bəzi dəyişikliklər etməklə saxladılar. Əməvilər dövrünə qədər (661) vergilər nisbətən yüngül idi.Əsas vergi növləri xərac və cizyə idi. ,Müsəlmanlardan cizyə alınmırdı.

Xəlifə Əlinin dövründə vergilərin toplanmasında ədalətli siyasət yeridilirdi. Əli İbn Əbutalib deyirdi ki, diqqəti xəracı yığmağa deyil, toppağın əkilib ,becərilməsinə vermək lazımdır.

Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət yetirir-di.725-ciildə Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Yeni vergilər tətbiq edildi.

15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən kəndlilər kəndlərdən kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar mənim-səyirdi .Əməvilərin yeritdiyi bu siyasət onlara qarşı böyük narazılıqlar yaratdı və 750-ci ildə onları Abbasilər əvəz etdilər. (750-1258)

Abbasilər əsasən yerli feodalların nüfuzundan istifadə edirdilər. Vergi qaydasında yeni dəyişikliklər qoyuldu. Torpaq əkilib-əkilməməyindən asılı olmayaraq vergi verilməli idi. Zimmilər (xristanlar) daha çox vergi verirdilər.

Əhalidən xüms (beşdə bir) və zəkat (sədəqə)vergisi də alınırdı.

Təxmini hesablamalara görə Azərbaycandan Xilafətə ildə 8 milyon dirhəmə yaxın vergi ödənilirdi.

Ərəblər Azərbaycanda və başqa işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini möhkəmlətməkdən ötrü islam dinindən istifadə edirdilər. Onların Allahın vahidliyini və bütövlüyünü qəbul edən, onun göndərdiyi müqəddəs kitabların (Quran, Tövrat İncil, Zəbur) müqəddəsliyinə inanan insanlara hörmətlə yanaşırdılar.”Müqəddəs kitabları”olmayan qalan dinlərə və təriqətlərə sitayiş edənləri təqib edirdilər.

Azərbaycanda ərəb istilasına qədər əsas din zərdüştülük və xristianlıq idi. Cizyənin ağırlığı onları məcbur edirdi ki,islam dinini qəbul etsinlər.

Yeni din Muğan, Mil, Xəzər sahili, Kür-Araz çayları sahili boyunca və şəhərlərdə daha sürətlə yayılırdı. Xristianlığın daha geniş yayıldığı dağ və dağətəyi rayonlarda islama qarşı müqavimət güclü idi. Uzun illər keçməsinə baxmayaraq Azərbaycanın dağlıq əraziləri –xüsusiilə Dağlıq Qarabağda xristian dini əvvəlki mövqeyini saxlaya bildi. Bundan istifadə edən erməni kilsəsi yerli əhalini öz təsiri altına saldı və əhalinin həm dilində, həm də mənsubiyyyətində dəyişikliklər baş verdi. Xilafətin soyğunçu vergi siyasəti və məmurların özbaşınalığı Azərbaycan xalqının narazılığına və üsyanlara səbəb oldu.

748-ci oldə Beyləqanda Vard İbn Səfvanın başçılığı ilə qüvvətli üsyan başladı. Üsyançılar Beyləqan şəhərini ələ keçirərək ərəb əmirini əsir alıb, məhbusları azad etdilər.Üsyançılar sonra Bərdə üzərinə hərəkət edərək ərəb qoşunlarını darmadağın etdilər.

748-750-ci illərdə üsyan bütün Cənubi Qafqazı bürüdü.

752-ci ildə Şəmkirdə belə bir üsyan baş verdi. Üsyanlar Şəməkirdə olan Ərəb qüvvələrini məhv etdilər.

750-ci ildə hakimiyyətə gələn Abbasilər Xilafət ərazilərində, o cümlədən Azər-baycanda baş verən üsyanları qan içində boğdu.

Azərbaycanda azadlıq mübarizəsinin parlaq səhifələrindən biri ərəb xilafətinə qarşı 60 ildən artıq davam etmiş xürrəmilər hərakatıdır. Xürrəmilər cəmiyyətdəki bütün ədalətsizliklərin kökünü sosial bərabərsizlikdə görürdülər. Onların şüarı torpağı və digər istehsal vasitələrini xalqın ixtiyarına verməkdən, kəndliləri və sənətkarları feodalların əsarətindən azad etməkdən ibarət idi.

Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin işğallarından qurtar-maq xürrəmilərin əsas idealı idi.

Xürrəmilər islamın ehkamlarını rədd edir və göstərirdilər ki, dünya daim möv-cud olduğu kimi, insanların ruhu da əbədidir.

Dünyada iki qüvvə -xeyr və şər arasında fasilıəsiz mübarizə gedir, həm də xey­rin şərə qalib gələcəyi labüddür.

Xürrəmiləri ərəblər “müxəmmirə”( qırmızı geyinənlər), farslar “surxaləm” (qırmızı bayraqlılar) adlandırırdılar.

Tədqiqatçılar “Xürrəm” sözünün mənşəyi haqqında müxtəlif fikirlər söyləyirlər.

Məsələn, IX –X əsr müəlliflərinin fikrinə görə, bu söz Ərdəbil yaxınlığında olan Xürrəm adlı yaşayış məntəqəsinin adı ilə bağlıdır.

“Xürrəm “ termininin Məzdəkin arvadı Xürrəmənin adı ilə bağlı olduğunu söyləyənlər də vardır.Güya Məzdəkin ölümündən sonra onun qadını Xürrəmə Məda-indən Reyə qaçmış və burada ərinin təlimini təbliğ etmişdir. “Xürrəm” sözü fars dilində “Şad, xürrəm” kimi izah edilir.

Akademik Z. Bünyadov göstərir ki, xürrəmilər atəşpərəst idilər. O, “Xürrəm” sözünün pəhləvi dilində “ xur –od , xvar - günəş anlamında olduğunu göstərir.

Xürrəmilərin ilk çıxışları 778-ci illərdə xəlifə Mehdi dövründə baş vermişdir. Tarixçi Nizam əl-Mülk göstərir ki, 778-ci ildə Çurqan batinləri xürrəmilərlə birləşə-rək Xilafətə qarşı çıxış etmişdir. Əbul-Bərra və onun oğlanlarının başçılığı ilə Reyə tərəf hərəkət edən üsyançılar məğlubiyyətə uğrayırlar.

Xürrəmilər hərakatı IX əsrin əvələrində daha da genişlənir. Bu dövrdə xürrəmilərin rəhbəri Cavidan ibn Səhl idi. O, Ərdəbil feodalı olmaqla böyük qoyun sürülərinin sahibi idi. Üsyan 808-ci ildə başlamışdır və 816-cı ilə qədər zəif də olsa davam etmişdir. 816-cı ildə Əbu İmranla döyüşdən sonra Cavidan vəfat edir və xür­rə­milərin rəhbəri Babək olur.

Babək Cavidanın ən yaxın silahdaşı olmuşdur. Cavidan Babəkə Zəncandan qayıdarkən Bilalabadda rast gəlmiş və qardaşı Abdulla ilə birlikdə öz dəstəsinə cəlb etmişdi.(Təbəri)

Sonralar xürrəmilərin rəhbəri olan Babək özünü əsl xalq rəhbəri, görkəmli sərkərdə, siyasi xadim kimi göstərə bilmişdir. Azərbaycanın hər yerindən Babəkə qoşulmağa gəlirdilər və tezliklə onun 20 min nəfərlik üsyançı qoşunu təşkil olundu. Babəkin ən yaxın köməkçiləri xalq içərisindən çıxmış istedadlı sərkərdələr –Asim, Muaviyə, Abdulla, Tərxan, Rüstəm və başqaları idilər. Xürrəmilər 819-cu ildən 827-ci ilə qədər Xilafətin 6 böyük ordusunu darmadağın etmişdilər.

819-cu ildə xəlifə əl-Məmun (813-833) xürrəmilər əleyihinə Yəhya İbn-Müazin başçılığı altında böyük qoşun yeritdi. Bərdə yaxınlığında Xürrəmilər ərəb qoşunlarını darmadağın etdilər. 821-ci ildə Babək xilafətin yeni bir ordusunu məğlub edərək Bərdə, Beyləqan, Naxçıvan, Ərdəbil şəhərlərini düşməndən azad etdi.827-ci ildə Xürrəmilərə qarşı məşhur sərkərdə Məhəmməd İbn Humeydin başçılığı ilə böyük qoşun göndərildi. İki il hazırlıqdan sonra 829-cu il iyunun 3-də Həşdadsər dağında xürrəmilərlə həlledici döyüşə girdi. Lakin Babəkin hərbi qüdrəti nəticəsində düşmən böyük itki verərək məğlub oldu. Düşmənin 150 minlik qoşunundan 30 mini, o cüm-lə­dən sərkərdə Hümeyd öldürüldü. Xürrəmilər 830-cu ildə böyük strateji əhəmiyyəti olan Həmədan şəhərini tutdular.

833-cu ildə hakimiyyətə gələn Əl.Mötəsim üsyançılar üzərinə İshaq İbn İbrahi­min başçılığı altında yeni qoşun göndərir. 833 cü il dekabırın 25-də Həmədan yaxın­lığın­da şiddətli döyüş başladı. Bu döyüşdə xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Üsyançılar böyük itki verdilər.

835-ci ildə Heydər İbn Kavus Afşinin rəhbərliyi altında yeni Ərəb qoşunları Azərbaycana göndərildi. Babəkin xalq ordusunu daxilən pozmağa çalışan Afşin cəsusluq və fitnəkarlıqdan daha çox istifadə edirdi. Xürrəmilər hər qarış torpaq uğrunda mərdliklə vuruşurdular. Üsyançılar vuruşa-vuruşa Bəzz qalasına çəkildi­lər. Bu­nunla belə üsyançılar xilafət ordularına rahatlıq vermirdilər. 836-cı ildə Buğa əl-Kəbirin qoşunlarını Həstadsər dağı yaxınlığında məqbul edərək bir neçə sərkərdəsini öldürdülər.

837-ci ildə Xilafətdən Afşinin köməyinə iki böyük ordu göndərildi. Avqustda Afşin Bəzz qalasını mühasirəyə alır. Bu vaxt Bizans imperatoru - Babəkin müttəfiqi Feofil 100 minlik qoşunla ərəblər üzərinə hücuma keçsə də, Bəzz qalasında mühasirədə olanların taleyinə heç bir təsir göstərmədi.

837-ci il avqustun 26-da Bəzz qalası süqut edir. Bu döyüşlərdə ərəblər 100 min, üs­yan­çılardan isə 80 min nəfər həlak olmuşdu. 7600 nəfər əsir alındı, onların içərisində Babə­kin 17 oğlu və 23 qızı da var idi.

Babək gizli yolla Bəzz qalasından çıxaraq ölkənin şimal torpaqlarına üz tutur. Şunik torpaqlarının hakimi Səhl İbn Smbat xəyanət edərək Babəki ərəblərə təslim edir.838-ci il martın 14-də Babək Samirə (İraq) şəhərində edam edilir. Qardaşı Abdulla da Bağdadda işgəncə ilə edam olunur.

İşgəncənin dəhşətinə baxmayaraq Babək və Abdulla ölümə əzmlə sinə gərdilər, mərdliklə əbədiyyətə qovuşdular. Babəkin adı Azərbaycan xalqının istiqlaliyyəti uğrunda mübarizəyə çevrildi. Xürrəmlər hərakatının məğlub olmasına baxmayaraq çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bu hərakat xalqın əsl azdlıq hərakatı idi. İllərlə davam edən mübarizə Ərəb xilafətini maddi və mənəvi cəhətdən xeyli zəiflətdi. Bu hərakat digər xalqların da azadlıq mübarizəsinə təkan verdi.838-840-cı illərdə Təbəristanda Məzyər Kəbirin başçılığı altında Xilafət əsarətinə qarşı güclü azadlıq hərakatı başladı.Onlar da Babəkin şuarları altında çıxış edirdilər.

Beləliklə Xilafətə qarşı bu üsyan və hərakatlar IX əsrin sonlarında Xilafətin dağılmasına gətirib çıxardı.


Yüklə 332,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin