Yazıya alanlar: Knyaz Aslan Cabir Məmmədli Kompüter işi



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə18/23
tarix10.06.2017
ölçüsü5.01 Kb.
1   ...   15   16   17   18   19   20   21   22   23

 
227
Müasir qərb milli kimlik nəzəriyyələrinə görə (qərb mo-
deli) tarixi ərazi, ortaq tarixi yaddaş  və  mədəniyyət, həmçinin 
hüquqi - iqtisadi birlik müəyyənedicidir.  
Göründüyü kimi burada ümumi dil təşkiledici ünsür 
sayılmır.  Şərq milli kimlik modellərinə görə ortaq soy, əcdad 
vacibdir, yəni tarixi yaddaş, ənənə və dil vacibdir. 
Beləliklə qərbdə hüquq sistemi, şərqdə adət-ənənə və dil 
mühüm milli ünsürlər hesab edilir.      
XVIII əsr və ondan əvvəl tarixçılər  filosoflar və  mədə-
niyyətşünaslar etnogenezis barədə düşünüb yazsalar da,  bu sa-
hə əsasən XIX əsrdə ciddi inkişaf etdi. Əsas səbəb də inqilab-
lardan sonra yeni inkişaf yoluna girən dövlətlərin ideoloji əsas-
ları, millətçiliyin kökləri və patriotizm barədə düşüncələrin ge-
niş yayılması idi. Millətlərin nə vaxt, hansı ərazilərdə, hansı iq-
limdə və hansı köklərdən əmələ gəlməsi və  necə əmələ gəlməsi 
üzərində intellektuallar (xüsusilə humanitar sahə mütəxəssislə-
ri) tərəfindən məqsədli araşdırmalar aparılır, siyasi liderlər tərə-
findən mülahizələr söylənilirdi.  Şübhəsiz ki, tarixçilər, arxeo-
loqlar,  ədəbiyyatçılar və linqvistlər milli kimlik axtarışında 
daha fəal idi, əsas emosional və nəzəri işi onlar görürdü.  
Əsas ideyalar Roma imperiyasının dağılmasından sonra 
orta  əsrlərdə baş verən tarixi hadisələrin  şərhi zamanı ortaya 
çıxdı (indi o dövrə, gərək ki, Avropa Miqrasiya Dövrü deyirlər: 
400-cü ildən 1000-ci ilə qədər). Bu böyük köçlər, savaşlar, yer-
dəyişmələr, qədim imperiyaların dağılması, yeni imperiyaların 
əmələ gəlməsi, multi-etnik proseslər dövrünün tarixini öyrənib 
araşdırarkən entogenezis məsələsi diqqət mərkəzinə daxil oldu. 
“Etnogenezis” sözü barbarlar adlandırılan (polietnik) xalqların, 
mədəniyyətlərin təkamülünü izah edərkən yaranmışdı. XIX 
əsrlə XX əsr arasında, xüsusilə XIX əsr millətçilik ideoloqları 
ilə  XX əsrin 60-cı illərindən sonrakı dövr mütəxəsisləri arasın-
da etnogenezisə baxışlarda ciddi fərqlər mövcuddur. Bu fərqlər 
nədən ibarətdir?  

 
228
Məsələn, fransız inqilabından sonra Avropada bir univer-
sallıq, bir qardaşlıq, bir kosmopolitizm, insan haqları kimi 
ümumi dəyərlər dəbdə oldu, aparıcı siyasi fikrə çevrildi. Sonra 
isə millətçilik cərəyanları gücləndi və fərdlərin haqları və kim-
liyi deyil, qrupların özünü dərki, milli kimlik məsələsi meydana 
çıxdı.  
Etnik milliyyətçilik 19-cu əsrin məhsulu hesab edilə bi-
lər. Mərkəzdə  ərazi və  mədəni rəmzlər dayanırdı. Həm zama-
nında, həm də sonralar ərazi iddialarını yaradan əsas səbəb də 
bu idi. Etnik konfliktləri mayalandıran siyasi liderlər və intel-
lektuallardır.   
Mütəxəssiaslər hesab edirlər ki, bu zaman, müəyyən mə-
nada, tarixi təhrif etməyə, uydurmağa başladılar. Ona görə 
müasir avropalıların köklərini birbaşa Miqrasiya dövründəki 
qeyri-adi dərəcədə polietnik xarakterli xalqlarla bağlaması, bu 
mütəxəssislərin fikrincə, süni və saxta nəzəriyyədir. Məsələn, 
hunları götürək. Əgər qəbul etsək ki, onlar Altay və Şimali Çin 
tərəfdən gəlirdilər, onlarda böyük türk elementi əsas idi və 
mümkündür ki, monqol elementi də vardı. Yolüstü onlara fin-
uqor elementinin əlavə olunduğu da iddia olunur. Sonra, Avro-
paya daxil olanda, bəlkə, bir az da slavyan elementləri ilə təmas 
və qarışma baş verdi. Nəhayət, qotlarla savaşlar və... ittifaq 
oldu, yəni qotlardan da onlara (hunlara) qarışanlar oldu.  
Müasir nəzəriyyəçilər elan edirlər ki, bu polietnik birləş-
mələrdə  əsas aparıcı ailələr, hərbi rəhbərlər, tayfalar (baxdığı-
mız halda, hunlar) müəyyən adət, ənənəni, mifləri ortaya qoy-
dular və  qələbə çaldılqları böyük savaşları ortaya qoydular və 
nəticədə polietnik bu xalqın aparıcı qanadı olan hun kimliyi 
irəli çıxdı. Amma hər kəs, hər millət, hər xalq hun birliyinə üzv 
ola bilərdi.Yəni hun deyəndə, yaxud qot deyəndə qəti surətdə o 
dildə (bir dildə) danışmaq, o irqə və ya o etnik tərkibə mənsub 
olmaq, hansısa vahid ərazidə yaşamaq vacib deyildi. Başqa söz-
lə desək, qədim polietnik birliklər genetik birlik deyildi, ənənə-
mif birliyi idi. Bu polietnik mənzərə bugünki millətlərin o qə-

 
229
dim dövrdə əmələ gəldiyini və ya ümumiyyətlə, millətlərin baş-
lanğıcını görməyə əsas vermir. 
XX əsrin 60-cı illərindən vüsət almağa başlayan nəzəriy-
yələrə görə etnogenezis, milli kimlik və millətçilik bir qurma-
dır, inşa edilir, konstruksiya olunur. Bu konstruksiyanı hazırla-
yanlar intellektuallar və siyasi liderlərdir. Bu, milli konstruksi-
yanın kökündə müəyyən qədər  əsaslı, daha çox isə uydurma 
olan, düzəldilən tarixi miflər dayanır. Sonra bunlara yavaş-
yavaş yeniləri əlavə olunur: milli dil, bayraq, himn, gerb, milli 
bayramlar və s. Ümumiyyətlə, xalqların kimlik, özünüdərk tari-
xini yazarkən, dərinlərə getdikcə təhriflər artır. 
Bir qrup insanları birləşdirmək va ya başqa qrup insanları 
təcrid etmək məqsədi ilə siyasi liderlər kollektiv kimliyi dəyişdi-
rir, onu manipulyasiya edir. Bu işdə “məsələni əsaslaşdıran”, işin 
memarları  və inşaatçıları intellektuallardır. Burada dil nəzəriy-
yələri, tarixə yeni baxış və təhsil  sistemi əsas instrumentlərdir.  
Şübhəsiz ki, ən maraqlı cəhətlərdən biri də dini kimliklər-
lə milli kimliklərin bir-birini gücləndirməsi, bəzən də  zəiflət-
məsidir. Maraqlıdır ki, güclü və ya iddialı xalqlar yeni dini 
qəbul edərkən öz etnik kimliklərini və siyasi maraqlarını ortaya 
qoyub bir dini təftiş edir. Bizansda ortodoks xristianlıq, İranda 
şiəlik, ermənilərdə monoteizm kimi cərayanlarn möhkəmlən-
məsi deyilənləri  nümayiş etdirə bilər. 
Hal-hazırda yeni Avropa kimliyi yaranmaqdadır. Lakin 
bu, asan deyil. Avropa konstitutsiyasının qəbul olunmasındakı 
uğursuzluqlar, Böyük Britaniyanın kənarda durması  və s. Mi-
sallar Avropa kimliyinin inşasında xristianlıqdan  əlavə yeni 
ideyalara, miflərə və rəmzlərə ehtiyac hiss olduğunu göstərir.  
Amerika Birləşmiş  Ştatlarının tarixi avropalıların oraya 
köç etməsindən başladı. Bundan sonra Amerika tarixi koloniza-
siya, sonra müstəqillik uğrunda mübarizə, sonra Şimal-Cənub 
müharibəsi və s. kimi dövrlərə bölündü. Yaxud türklərin Kiçik 
Asiyada tarixi ilə bağlı sxemə baxaq: türklərin bu ərazilərə gəli-
şi, sonra Səlcuqlar, bəyliklər, Osmanlı, Türkiyə Cümhuriyyəti... 

 
230
Ancaq Bizans tarixinin və daha qədimlərin Bu türk tarixinə 
dəxli yoxdur. Bu nöqteyi-nəzərdən Azərbaycan tarixinə (Azər-
baycan xalqının tarixinə) baxsaq, sual yaranır ki, bu tarix 
Manna, Midiya, yoxsa Türk Xaqanlığından başlanmalıdır? Bu 
məsələ bu gün də arasıkəsilməz mübahisələrin və barışıq yolu 
olmayan söz-qələm davasının kökündə durur. 
Fərdin milli kimliyi qəbul etməsi onu müəyyn dərəcədə 
məhdudlaşdırsa da, müəyyən ayrılıq, özgəlik, nifaq ünsürlərini 
gücləndirsə də, bu mənsubiyyətin üstünlükləri də var. Maraqlı 
miflər, tarix, ədəbiyyat və mədəniyyət qorunur, kimlik böhranı 
yaranmır,müəyyən müqavimət gücü artır.     
Etnogenezis və milli kimlik mövzusu o qədər rəngbə-
rəng, o qədər qəribədir ki, o qədər nəzəriyyələr var ki, bəyən-
mək və ya mübahisə etmək üçün geniş meydan açılır. Avropa-
da, Amerikada bu sahədə onlarla elmi jurnallar ciddi fəaliyyət 
göstərir. Yüzlərlə konfrans materialları və monoqrafiyalar mey-
dandadır, xüsusən son onillikdə fundamental tədqiqat  əsərləri 
yazılıb. Eric Hobsbawm, Benedict Anderson? Hans Kohn, John 
Armstrong, Ernest Gellner, Anthony D. Smith, Hugh Seton-
Watson, Thomas H. Ericsen, Paul James, George White, Pat-
rick Geary kimi alimlərin tədqiqatları millət, millətçilik, etno-
genezis, milli kimlik məsələlərinin tədqiqində, yeni fikir və 
cərəyanların formalaşmasında mühüm rol oynamaqdadır. Vaxt 
qıtlığı bu məsələlərə dərindən baş vurmağa imkan vermir.   
Bu mövzuya müxtəlif formalarda, daha konkret məsələlər 
ətrafında, yəqin ki, dəfələrlə qayıdacağıq. Ona görə, Süleyman 
müəllimin bu mövzunu müzakirəyə  gətirmək təşəbbüsünü 
alqışlamaq lazımdır.  
Buyurun Süleyman müəllim! 
 

 
231
SÜLЕYMАN SƏRDАR оğlu ƏLIYАRLI 
 
18 dеkаbr 1930-cu 
ildə Kаryаgin (indiki Bеy-
ləqаn) rаyоnunun  Şаhsе-
vən kəndində dünyаyа gə-
lib. Оrtа məktəbi dоğulub 
böyüdüyü kənddə bitirib. 
1948-ci ildə  Аzərbаycаn 
Dövlət Univеrsitеtinin tа-
riх bölümünə  dахil  оlub. 
Birinci kursdаn sоnrа  Mоskvа Dövlət Univеrsitеtinə köçü-
rülüb. Ali təhsilini 1954-cü ildə fərqlənmə diplоmu ilə bitirib. 
5 il Аzərbаycаn  ЕА  Tаriх  İnstitutundа  çаlışıb. 1956-59-cu 
illərdə аspirаnturаda təhsil alıb. Аspirаnturаnın sоn kursun-
dаn Bаkı Dövlət Univеrsitеtinin Аzərbаycаn tаriхi kаfеdrаsı-
nа müəllim vəzifəsinə  dəvət  еdilib. Bu günə  qədər həmin 
kаfеdrаdа  çаlışır. 1978-2001-ci illərdə  həmin kаfеdrаnın 
müdiri olub. 
1962-ci ildə  tаriх  еlmləri üzrə  nаmizədlik, 1976-cı ildə 
isə  dоktоruq dissеrtаsiyаıarı müdаfiə  еdib. 1965-ci ildən 
dоsеnt, 1980-ci ildən prоfеssоr еlmi adını alıb.  
150-dən artıq elmi əsərin, o cümlədən 12 mоnоqrаfiyа 
və kitаbın müəllifidir. Bunlаrdаn 7-si хаrici ölkələrdə  çаp 
еdilmişdir. “Mənim həyаt kitаbım” adlandırdığı 870 səhifəlik 
«Аzərbаycаn tаriхi» əsərinin I cildi 1996-cı ildə nəşr edilib. 
Еlmi araşdırmalarını  hər zаmаn kоnyukturаdаn uzаq 
tutmаğа  və  Аzərbаycаnın tаlеyüklü milli prоblеmləri ilə uz-
lаşdırmаğа çаlışıb. 1969-cu ildə Аzərbаycаnın Rusiyаyа guyа 
könüllü birləşməsi tеzisinə  qаrşı  çıхаrаq,  оnun hərbi işğаl 
еdilməsini, Rusiyа  mеtrоpоliyаsının iqtisаdi müstəmləkəsinə 
çеvrildiyini yаzdığına görə  Аzərbаycаn KP-nın təqiblərinə 
məruz qаlıb. 1983-84-cü illərdə  Аzərbаycаn  еtnоgеnеzinin 
ümumtürk tаriхi köklərə  dаyаndığını  аrаşdırаrаq çаp  еtmiş, 

 
232
Mоskvа və Bаkı rеtrоqrаdlаrının hücumlаrı ilə üzləşib. 1987-
92-ci illərdə  Dаğlıq Qаrаbаğ mövzusu ilə  bаğlı  Аlmаniyа, 
İngiltərə, АBŞ, Türkiyə və Frаnsаdа оnlаrcа yаzı dərc etdirib.  
1989-2000-ci illər Аzərbаycаn Milli Məclisinin Yеr Аd-
lаrı (Tоpоnimiyа) Kоmissiyasınа  bаşçılıq  еdib. 1992-2001-ci 
illərdə Аzərbаycаn Аli Аttеstаsiyа Kоmissiyası Rəyаsət Hеyə-
tinin üzvü оlub. 
1990-cı ildə  Аzərbаycаnın  Əməkdаr elm xаdimi fəxri 
аdınа  lаyiq görülüb. 2000-ci ildə «Türk və Türkiyе tаrihi ilе 
dеğеrli  аrаştırmаlаrındаn dоlаyı» Türk Tаrih Kurumu Şeref 
Üyesi (fəхri üzvü) sеçilib.  
Аnkаrаda türkcə  və ingiliscə  çаp  оlunmuş 26 cildlik 
«Türklər»  еnsiklоpеdik  əsərin Yаyın Kurulu hеyətinin üzvü 
və müəlliflərindən biridir. 
 
Azərbaycanlıların kimliyindən yazılanlara  
toplu bir baxış 
 
Professor Süleyman ƏLİYARLI: 
 
–Birinci növbədə yazı taxtasına min ilin sualını yazıram: 
“Köküng kim?”  
XI əsrdə türkün ensiklopediyaçı alimi Mahmud Kaşğarlı-
nın “Divani-luğat-it-Türk” kitabında bu sual qoyulub. Hamlet 
müəllimin qeyd etdiyi kimi, bu çox geniş və əhatəli bir mövzu-
dur. Ona görə mən düşünürdüm ki, “Etnogenezis: tarixçiliyi və 
başlıca elmi aspektləri” mövzusunda məruzə edəm. Amma son-
ra düşündüm ki, bu məruzədə yalnız tarixçiliyi əhatə edə bilsək
bunun özü də böyük bir iş olar. Çünki tarixçilikdə tədqiqat və 
mənbəşünaslıq baxımından çoxlu problemlər var. Sonra bu 
mövzuya bir daha qayıda bilərik. 
Tarixçilik mövzusuna başlamazdan  əvvəl bir məsələni 
qeyd etmək istərdim. Sovetlərdə bizim bu “Köküng kim?” sualı 
ilə bağlı basma qəlib bir konsepsiya mövcud idi. O konsepsiya 

 
233
bizim türklüyümüzü inkar edirdi. Bu, gənc nəsillərin yaddaşın-
dan türklüyü tamamilə yox etmək, silmək, aradan götürmək 
məqsədi güdürdü.  
Mənim müəllifi olduğum “Azərbaycan tarixi” kitabının 7-
ci bölümünün 1-ci paraqrafının 1-ci mövzusu belədir: “Azər-
baycanlıların kimliyindən yazılanlara bir baxış. Tarixçilik im-
perializmi”. Bu yanaşmanı, bu konsepsiyanı imperializm kimi 
dəyərləndirmişəm.  
Bu fikrimi əsaslandırmaq istərdim. XX əsrin  əvvəllərinə 
düşən böyük bir irfan nəslinin çox gözəl tədqiqatçısı olan 
Firidun bəy Köçərli, səhv etmirəmsə, 1903-cü ildə Tiflisdə ana 
dilimizdə bir kitab çap etdirdi: “Azərbaycan türklərinin ədəbiy-
yatı”, rus senzorlar (bu vəzifəni əsasən ermənilər yerinə yetirir-
dilər) kitabın adını dəyişərək, “Литература Азербайджанских 
татар” qoydular. 
 

 
234
Bizim tariximizin ideoloji senzorluq müstəvisində qayçı-
lanması  bəzilərinin düşündüyü kimi 1930-50-ci illərdən deyil, 
XX  əsrin  əvvəllərindən, hətta müəyyən məqamlarda XIX əsr-
dən başlanmışdı.  
1927-ci ildə  gənc alim Qəhrəman Qaraqaşlı  Qərbi Azər-
baycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya 
vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca 
nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut 
edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qo-
yan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən 
qəti şəkildə narazı qaldı. Çünki onlar Moskvanın xətti ilə davran-
malıydılar. Ona görə  də  Qəhrəman Qaraqaşlının məruzəsinin 
çapı bir müddət geriyə atıldı – 1929-cu ilə kimi üzə çıxarılmadı.  
Sonra elə həmin bölgəyə bu mövzunu öyrənmək üçün təc-
rübəli Azərbaycan etnoqrafı  Ələsgər  Ələkbərov göndərildi. 
Ələkbərov həyat dərsi görmüş, səriştəli adam idi. Ekspedisiya-
dan sonra məruzə etdi ki, ayrımlar kökcə ermənidirlər. Sübut 
etməyə çalışdı ki, “ayrım” sözünün özü “hay” və “horom” 
sözündən  əmələ  gəlib. “Hay”– erməni, “horom” isə yunanca 
“rum” sözünün yazılışıdır, yəni “yunan erməniləri” deməkdir. 
Bəs mənşəcə kimdirlər? Bu, o qədər də önəmli deyil. Əsas odur 
ki, türk deyillər.  
1926 və 37-ci illərdə Rza şah rejiminin birbaşa sifarişi ilə 
Seyid Əhməd Kəsrəvinin “Azəri, ya zəban-e bastan-e Azərbay-
qan” kitabı Tehranda çap edildi. Bu kitab azərbaycanlıların 
türklüyünü bütünüylə rədd edirdi, onun fikrincə, Xİ yüzilə qə-
dər bu millət kökcə İranlı olaraq qalır və farsca (azəricə) danı-
şırdı. Bu səbəbdən türkcə  gəlmə dildir, azərbaycanlıların “ana 
dili deyildir”. Elmi ədəbiyyatda “kəsrəviçilik” adlandırılan bu 
təlim milli kimliyimizə qarşı universal bir vasitəyə çevrildi. 
1945-46-cı il Güney Azərbaycan istiqlal hərəkatına qarşı  Qə-
vam  əs-Səltənənin Moskva voyajında da istifadə edildi (“Mo-
lotov protokolları”). 

 
235
Bakıda EA-nın Tarix İnstitutu tərəfindən hazırlanmış olan 
ilk çoxcildli “Azərbaycan tarixi”ndə (İ cild, 1958) etnogenezis 
probleminə yer verilməmişdir. Yalnız “Azərbaycan dili” başlığı 
altında mövzunun açıqlanması  əvəzinə  cəmi üç səhifəlik çox 
səthi bir arayış vardır. 
Bu yazının müəllifi  Əlövsət Quliyev idi. O zaman Tarix 
İnstitutunda direktor işləyirdi.  Əlövsət müəllim burada yazır: 
“Bu tayfaların (türklərin – S.Ə.) yığcam kütlələri buraya V–VII 
və XI–XII əsrlərdə  gəlmişdi. Onların gəlməsi və burada sakin 
olması ilə Azərbaycan əhalisinin uzun müddət danışdığı və bir-
birindən fərqli olan dilləri üzərində tədricən türk dilinin üstün-
lük qazanması gözə çarpırdı. Bununla belə yerli əhalinin  əsas 
dilləri – azəri və aran dilləri olduqca böyük müqavimət və sa-
bitlik göstərirdi”.  
 
 
Bununla nə demək istəyirdilər? “Köküng kim?” – sualına 
cavab verirdilər, yəni Güney Azərbaycan başqa, Quzey Azər-
baycan isə tamam başqa bir bölgədir. Güney Azərbaycan kökcə 
İranlı olan azərilərin yurdudur. Azəri dili də fars dilinin əsasın-
da, onun əski bir qolu kimi verilir. Aran dili isə Qafqaz–İber 

 
236
dillərindən biri kimi tıqdim edilirdi. Güney Dağıstan ləzgi qru-
puna yaxın bir dil kimi verilirdi.  
Bu konsepsiya burada artıq bu şəkildə Azərbaycanın milli 
varlıq olmadığı fikrini ortalığa gətirmişdir. Yəni Güney Azər-
baycanda və Quzey Azərbaycanda yaşayan azərbaycanlılar heç 
zaman vahid bir xalq olmamışlar. Mənə elə gəlir ki, bunun nə 
dərəcədə ciddi problem olduğunu izah etməyə ehtiyac yoxdur. 
Ancaq bununla, yəni çoxdilliyin bu arayışı ilə kəsrəviçilik So-
vet Azərbaycanına da gətirildi və bir növ rəsmiləşmiş oldu. 
Keçən məclisimizdə – “Sovet–Amerika qarşdurması: 
Azərbaycan böhranı və soyuq müharibə” mövzusunun müzaki-
rəsi zamanı istinad etdiyim bəlgəyə dönmək istəyirəm. 1946-cı 
il fevralın 23-də Qəvam üs-Səltənə Stalin və Molotovun qəbu-
lunda olmuşdu. Molotov Qəvam üs-Səltənəyə iradını bildirərək 
deyir ki, siz azərbaycanlılara məktəb, yazı-pozu, qəzet, muxta-
riyyət verməməkdə düz etmirsiniz.  
Bu görüşə aid sənədlərdən belə bir hissəni sizin diqqə-
tinizə çatdırıram:  
“Затем  Kавам  достал  из  кармана  кaкой-то  доку-
мент  и  заявил: “Здесь  доказывается,  что  тюркский  язык 
не  является  родным  языком  азербайджанцев.  Этот  язык 
занесен  сельджукскими  завоевателями 900 лет  тому  на-
зад. До этого aзербайджанцы говорили на персидским язы-
ке.  Пантюркисты  вели  большую  пропоганду  в  Азербай-
джане (söhbət Cənubi Azərbaycandan gedir – S.Ə.)  расп-
ространяя  там,  в  большом  количестве  литературу.  Од-
нако  это  пропаганда  не  имела  успеха,  так-как  пантюр-
кисты не могли изменить естество азербайджанцев”. 
Qəvvam bunu deyir, lakin o, XI–XIII əsrlərdə İranlıların 
türklərin dilinə niyə keçdiklərini izah etmir. Böyük İran sivili-
zasiyasının arxasında duran bir millət niyə bunu etsin ki? Bu, 
sirr olaraq qalır. Bunlar deyirlər ki, dili qəbul etdilər və bu dil 
də onların ana dili deyil. Ona görə də türk dili onlara yabancı-
dır. Amma əndamca, antropoloji, mənəvi cəhətdən, digər var-

 
237
lıqları baxımından azərbaycanlılar elə  İranlılardılar. Onların 
təbiəti dəyişilməmişdir.  
Yeri gəlmişkən, künyəsi və nisbəsi ilə  məlum bir tarixi 
şəxsiyyətlə bağlı bir arayış verim: Əbu Əli Həsən ibn Əli Xacə 
Nizam-əl-Mülk iki böyük Səlcuq imperatoru zamanında haki-
miyyətdə olmuş, bu boyda imperiyanı idarə etmişdir. Özü 
yazır:  “Mən bütün ölkələrə,  əyalətlərə (imperiyanın bir ucu 
Amu Dərya, bir ucu Egey dənizi idi – S.Ə.) farsca bilən, farsca 
danışan, fars təhsilli kargüzarlar, nəzarətçilər, müfəttişlər 
göndərirəm”.  
Tədqiqatçılar bu fikrə  gəlirlər ki, Nizam-əl-Mülkün döv-
ründə Səlcuq imperatorluğunda sayı 10.000-dən artıq İran ziya-
lısı bu dövlətin idarəçiliyi, maarifi, kargüzarlığı, dövlət və digər 
yazışmalarını inhisara almışdı. Mən bunu nə üçün dedim? Ona 
görə ki, tarixi yanaşma ilə sübuta yetmiş olur ki, bu şəraitdə, 
belə bir mühitdə fars dili türk dili ilə əvəz oluna bilməzdi. Hələ 
onu demirəm ki, üç böyük türk imperatorluğu (Qəznəvilər, Qa-
raxanlılar, Səlcuqlar) fars mədəniyyəti, ədəbiyyatı üzərində bö-
yük sayğı və himayədarlıq edirdi. Fars ədəbiyyatının şah əsəri 
olan Firdovsinin “Şahnamə”sini belə Sultan Mahmud Qəznəvi 
sifariş vermişdi. Mən belə düşünürəm ki, 60.000 beytlik bu nə-
həng əsərin müəllifinə vəd olunmuş ənamın verilməməsinin sə-
bəbi hər halda bu kitabın başdan-ayağa antitürk ruhda yazılması 
idi. Məhəmməd Əmin Rəsulzadənin qeyd etdiyi kimi, “Şahna-
mə” fars şovinizmi və nasionalizmindən yoğrulmuş, türkə  və 
türklüyə qarşı yazılmış bir əsərdir.  
Burada söhbət Azərbaycanın böyük bir hissəsindəki xal-
qından gedir ki, əgər bunlar İranlı idilərsə, İranın böyük sivili-
zasiyasına dayanırdılarsa, nə üçün onlar türkcəyə keçməli 
idilər? Demək istəyirəm ki, bu konsepsiya Əhməd Kəsrəvinin 
“Azəri, ya zəban-e bastan-e Azərbayqan” kitabından alınmadır. 
Qəvam  əs-Səltənənin oxuduğu parça da, “Azərbaycan tari-
xi”nin 1958-ci il çapında yer alan hissə də Əhməd Kəsrəvinin 
kitabından köçürmələrdir. Konseptual olsa da, plagiatdır.  

 
238
Sonra aydın şəkildə izləmək olur ki, bu konsepsiyanı orta-
ya qoyan Azərbaycan alimləri, EA-nın Tarix İnstitutunun əmək-
daşları xüsusi hazırlıq işlərinə  də qatılmışlar. Məsələn, onlar 
duyurdular ki, antropoloji biliklər, araşdırılmalar aparılmazsa, 
müəyyən etmək, sübut etmək mümkün olmayacaq ki, bu İranlı-
dır, yoxsa türkdür. Niyə kiçik xalqlar öz dilində qaldı, amma 
ərazicə bu taydan bir neçə dəfə böyük olan Cənubi Azərbaycan 
dəyişdi? Bunu sübut etmək üçün antropoloji tədqiqatlar lazım 
idi. Bunlar bu səpgidə bircə  nəfər antropoloq götürdülər. O, 
mərhum Rəbiyyə Qasımova idi. Rəbiyyə Qasımova nə yazırdı, 
onun yazdıqları Qəvam əs-Səltənənin dedikləri ilə nə dərəcədə 
eynilik təşkil edirdi? Bunu özünüz müşahidə edəcəksiniz.  
 
 
Diqqət yetirin, Rəbiyyə xanım yazırdı:  “Южных  и  Се-
верных  азербайджанцев  объёдиняет  только  тюркский 
язык,  который  нельзя  считать  родным  языком  современ-
ных  азербайджанцев,  так-как  он  насильно  был  навязан 
местному  насилению  Азербайджана  элементами  восточ-
ного происхождения”.  

 
239
Rəbiyyə xanımın kitabı 1975-ci ildə çap olunub və kitab 
“Антропологические исследования современного населения 
Азербайджана” adlanır. Müəllif bir də yazırdı: “Mən qarşıma 
belə bir məqsəd qoymuşam ki, əvvəlcə Azərbaycanın həm qədim 
İran mənşəli  əhalisinin, həm də Azərbaycanın yerli, aborigen 
əhalisinin xüsusi çəkilərini müəyyən edim”. Sonra isə  “Опре-
делить  удельный  вес  элементов  восточного  происхож-
дения (монголоид)”. 
Başqa tarixçilər bu tezisləri tutdular. Onlar bunu antropo-
loji tədqiqatların nəticəsi kimi dəyərləndirməyə başladılar. Əh-
məd Kəsrəvi deyir: “Onlar türk deyillər və türk dili də onların 
ana dili deyil”.
1   ...   15   16   17   18   19   20   21   22   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə