Yazının yazılma səbəbi, dərk etdiklərimi möhtərəm oxucularla bölüşməkdir



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
tarix26.12.2016
ölçüsü1,69 Mb.
#3720
növüYazı


Bismillahir Rəhmanir Rəhim 

 

 



 

 

 



 

 

 



 

Doğrusunu ALLAH bilir. 

 

 

 



 

 

 




             Müqəddimə 

Yazının yazılma səbəbi, dərk etdiklərimi möhtərəm oxucularla bölüşməkdir.  

Aldığımız təhsil,dünya görüşümüz, savad dərəcəsi səmavi elmləri dərk etməyə 

kifayət etmir.Hər bir elm sonsuzluq olduğu kimi, elmlərin cövhəri olan ilahiyyat 

sonsuzluqdur.Sonsuzluq işarəsi 

 ilə tanınıb.Bu baxımdan: 



 

 

 



 

 

 



Açılış əl profilidir.Sonsuzluq işarəsi eyni zamanda üfüqi vəziyyətdə olan 8-dir. 

Quranda 8-ci Qənimət sürəsi, qənimətlərin beşdə birinin Allah və peyğəmbərə 

məxsus olduğunu göstərir.Tətbiq etdikdə: 

 

 



 

 

 



Ərəb qrafiki ilə Allah kəlməsini oxuyuruq.Vahid - tövhid müsəlmanlıq 

göstəricisidir.Yazılar həm sağdan , həm soldan istiqamətləndirildiyindən eynidir. 

Əvvəldə və sonra vahid olan Allah ilahiyyat elminin sahibi, mütləq həqiqətdir. 

Yaşadığımız son təkamül dövründə 4 səmavi kitab (Furqan, Tövrat, İncil, Quran) 

h.İbrahim, h.Musa, h.İsa və h. Məhəmməd (r) – peyğəmbərlər tərəfindən 

bəşəriyyətə çatdırılıb.Hər bir kitabın özündən əvvəlkini təsdiqləməsi və təkamül 




sistemi göstərilib.Yazının əsas məqsədi bu qanunauyğunluğu sübut etmək və 

ondan çıxan nəticələri araşdırmaqdır. 

Din ilahi həyət tərzi, şəriət isə onun qanunlarıdır. 

 

Quran 



İlahi elmin təbliğat külliyyatıdır. 

114 surədən ibarətdir.Hər surəyə min yanaşma üsulu mövcuddur.114 min aləm 

dedikdə bu nəzərdə tutulur.Hər hansı bir yanaşmanın mütləq həqiqət olduğunu 

təbliğ etmək naqislikdir.İslam dini orta yol, Əl-həmd surəsinin Quranı açan- açar 

olduğu məlumdur.Açar həm açan, həm də bağlayandır.Bunu yas mərasimlərində 

müşahidə edirik. 

7 ayədən ibarət Əl-həmd surəsində ədədi orta 4-dür.Bu surənin həm yer, həm də 

səma aləminin vəhdəti olduğu aydındır. Bağlayıcı Və-dir.Bu yanaşmada 

“Bismillahir Rəhmanir Rəhim”ifadəsinin ayə olmadığı görünür. 

4 və 7 münasibətləri haqda : Təbiətdə qövsi- quzeh, 7 görünən rəng spektrləri, 

4- cü rəng yaşıl islamın rəmzidir.Fizikada bu təsdiqlənir.Elementlər valentlik 

baxımından 7 həddindədir.İlk 4 valentli element karbon üzvi aləmin əsas elementi, 

silisium isə torpağın əsas tərkib elementidir. 

Günəşdən məsafəyə görə 4- cü planet Yer, 7- ci isə Saturndur. 

1-4, 14 İbrahim, 4-7,  47 isə Mühəmməd surələridir. 

Yerin 7 qatı, səmanın 7 qatı.Kifayət qədər misallar var.Quran təbiət elmlərinin 

cövhəri olmaqla, istiqamət vericidir. 

Elm məlumatı qəbul etmək, təhlil aparmaq, təcrübə qoymaq, qanunauyğunluğu 

tapmaq və əməldə tətbiq etmə ardıcıllıqlarından ibarətdir.Bu tədqiqatçılara alim 



deyilir, onlar öz sahələrinin mütəxəssisi olmaqla, qeyri- adi düşüncə tərzinə 

malikdirlər. 

Quranda 114 surənin yarısı 57- dir. Hədid (Dəmir) surəsi.Burada kimyəvi elementə 

işarə mövcuddur. 

Bu işarəni kimyəvi elementlərlə əlaqələndirsək, 114 kimyəvi elementin 

mövcudluğu təsdiqlənib.D.i.Mendeleyev kimyəvi elementlər cədvəlinin 

məlumatını yuxu vasitəsilə almış, xaç üsulundan istifadə edərək cədvəli tərtib 

etmişdir.Dərs vəsaiti olan bu cədvəl mühüm olmaqla, qüsurlardan xali deyil.Tərtib 

edilən 600- dək cədvəl istinad nöqtəsi olmadığından qəbul edilməmişdir. 

Müasir SPdF sistemi ilə yanaşdıqda, N = 2n

2

 qanunu ilə (n=1÷4) səmavi kitabların 



sayı S=2; p=8; d=18; F=32 yanaşmasında 2, 8, 8, 18, 18, 32, 18, 8, 2 cəmi 114- 

dür.Bu halda qurulan cədvəldə sağ əl, sol əl və orta yol görünür.Sol əlin ucları fəal 

elektronların (mənfi) verən metallar, sağ əlin ucları nəcib elementlərlə qərarlaşıb. 

 

Maddə quruluşu nəzəriyyəsinə əsaslanan bu cədvəl mövlalar mövlası h. Əli 



əleyhissəlama məlum idi, batin elm olduğundan yalnız islam alimləri ondan 

istifadə edirdilər, sonuncu astronom Rudəki olmuş və zamanını gözləmişdir. 

Rəsədxana (abservatoriya) yalnız nücum elmi ilə tanınmayıb.Bu Marağa 

rəsədxanasında (N.Tusi) 400.000 nüsxə kitabın mövcudluğu bunu inkar etməyə 

əsas verir.Digər tərəfdən Mehvər adlandırılan bu cədvəl də bunu təsdiqləyir. 



 

 

 



 

 

 



 

 

 



1. Mehvər “ Bismillahir Rəhmanir Rəhim” ifadəsi ilə ehtiva olunub. 

2. Mehvərdə dövrlər qanunauyğun şəkildə planetlərlə əlaqəlidir. 

3. Mehvərdə 4 kitabın mövqeyi göstərilmiş, müvafiq spektrik rənglərlə onu 

göstəririk. 

4. Təkamül sistemi aydındır. 

5. P və d elementləri elektronları qantel (həcmdə) və ya müstəvidə ∞ 

şəklindədir.Bu dolanbacdır. 

6. S və f elementləri kürə ( həcmdə) müstəvidə dairəvidir. 

 

Sübutu 


 

h.İbrahim       → 

h.Musa   → 

h.İsa     → 

h. Muhəmməd 

Həbibullah, Xəlilullah 

Kəlamullah 

Ruhullah 

Həbubullah , Rəsulullah 

 

Həbibullah adlanması h. İbrahimlə h. Muhəmmədə  bağlılığını göstərir. 




                    h.Muhəmməd → Əhli - beyt  

                  h.İbrahim  

                     h.Musa, h.İsa (qeyb)  

Bu h. İbrahimin Sara və Hacər şəcərələrinin şaxələnməsidir.h.İbrahimin  

h.İsmayıl şəcərəsi 70 nəsildən sonra h.Muhəmmədlə birləşir.Digər şəcərə isə 

kəsiləndir. 




Təbii sual alınır.Tövbə surəsi “ Bismillahir Rəhmanir Rəhimlə” başlamır. Bəqərə 

surəsi ən çox ayəli surədir.Elementlərin təbii izotopları sayı da 286 – dır.Başqa 

sözlə Bəqərə surəsi Quranın bütün surələrini əlaqələndirən bir surədir.Alınan 

nəticələr 1 saylı cədvəldə göstərilib.Tövbə surəsində müvafiq ayələr 18 və 19 – 

dur.Seçim 18 ayənin üzərinə düşür, belə ki, insanın əl içində bu rəqəm var.Deməli 

“ Bismillahir Rəhmanir Rəhim” dən sonra 2- ci surənin 18- ci ayəsini və tövbə ( 9 

)surəsini oxumaq olar.Həmin cədvəldə Ayə- Tul- Kürsü surələrinin 100- cü 

syrəyə aid olduğu görünür.Ona yaxınlaşdırmanı araşdırdıqda, 1- dən 100- dək 

rəqəmlərin səlist ehtimalını göstərmək lazımdır.Bu hesablamanın nəticələri 2 saylı 

cədvəldə göstərilib.2 saylı cədvəldən göründüyü kimi vahidin ehtimalı sonsuzluq , 

100- \\ 98, 8 –dir.Bu bəndə həddidir.Bu səviyyəyə qalxanda yuxarıdan Allahın 

iradəsi ilə  batin elm verilir.Bu həddi yalnız əhli- beyt keçib, ehtimalsız elm.98,98 

seçilmişlərə şamil edildikdə onlar yalnız 93 və 94- cü surələrlə hazırlanırlar. 



 

  Mehvərdən göründüyü kimi , Quranda 3 kitaba məxsus surələrin sayı 72- dir.Bu 

rəqəm müxtəlif mənbələrdə göstərilib: 124 min peyğəmbərə 72 möcüzə verilib, 72 

Kərbəla şəhidi , peyğəmbərimizin hədisi.Hədis Quranı dərk etmək üçün 

Peyğəmbərimizin ( P ) göstərdiyi istiqamətdir.Bir təriqətin düz yol tapması isə elm 

yoludur.Allah ona yaxınlaşmanın yolunu elmdə göstərib. 

 

  72 surə “Cinlər” surəsidir.Xilqəti od, Quran həm insanlar həm də cinlər üçün 



nazil olub.Tarixi inkişafda şam, çıraq, elektrik enerjisi dövrləri olub və 


mövcuddur.Ali energetik dövr isə nur dövrüdür.O haqda məlumatları Sədrə Şirazi, 

Seyid əli Şirazi və onun yetirmələri vermişlər. 

  Nur işıq sürətinin keçilməsi, ondan yüksək sürətli dalğalardır , yüksək tezlik və 

enerjili. 

Oxucuları yormamaq üçün yazılanları kifayət sayır və tədqiqatçılara uğur 

diləyirəm. 

 

Peyğəmbərlər. 



Allahın xüsusi qövmü olan peyğəmbərlər Allahdan bəndələrə xəbər 

gətirmələrdir.Ulu tanrı öz varlığını bildirmək üçün 72 möcüzəsini onlar vasitəsilə 

çatdırmışdır. 

İlk peyğəmbərimiz h.Adəm son isə h.Muhəmməddir 

Yer atmosferinin tərkibi həcmcə 1 % nəcib elementlər , 21 % oksigen, 78 % isə 

azotdan ibarətdir. 

 Quranda 1- ci surə əl- həmd Allaha məxsus, 21-ci peyğəmbərlər, 78- ci isə böyük 

xəbərdir.Həmin cümləni oxuyaq. 

Allah peyğəmbərlər vasitəsilə xəbər çatdırır. 

 İnsan dünyaya gələndən köçənədək tənəffüs alır, tərkib həmindir , əlaqə var. 

 Peyğəmbərlər nəbi, mürsəl və batin elm peyğəmbəri kimi qruplara 

bölünür.Quranda h. Xızır və  h.Musa görüşü ilə müqayisə verilmişdir. 

  Peyğəmbərlər haqda ətraflı məlumatı islam tədqiqatçısı alim, rəhmətlik 

Ə.Əhmədovun  “ Allahın hüccətləri” kitabı məsləhət görürdü.Əhmədağa müəllim 

klassik ərəb dilini bilməklə,nəzəri mexanika, istilik texnikası üzrə mütəxəssis idi. 



H. Muhəmməd (P) bütün peyğəmbərlərə verilmiş  72 möcüzədən imtina edərək , 

Allahdan elm istədi.Bununla peyğəmbərlik sistemi qapandı, yəni bəndə elmin 

gücünü dərk etdi. 

 Möcüzə - açılmayan, dərk olunmayandır.Allah dərgəhında möcüzə yox , elm var. 

İmamiyyət. 

Bu 12- lik sistemdir.Yəhudi və xristianlara da verilmişdir ( 12 qovm, 12 bulaq, 12 

həvvari) 

Onların tamamlanması səbəbi nəcabət kodu ilə bağlıdır.Saleh insan həm ata, həm 

də ana tərəfdən təmiz nəcabətə malik olmalıdır.H.İbrahim misalında bunu 

göstərmişdir.Sara həm Allahın qüdrətinə inamsız və Hacərə qarşı zalım 

idi.Nəcabəti təmiz olmayan qövm kəsilir. 

 H. İsmayıl xətti ilə h. Muhəmməd (P) əlaqəsində, h. Muhəmməd 4- cü nəsildən öz 

qohumu olan x.Xədicə ilə, h.Əli h.Fatimeyu Zəhra xanımla , İmam Hüseynin 

(ə)oğlu İmam Həsənin (ə) qızı ilə evlənir. 

 Bu misal kimi göstərilsə də, müxtəlif təriqətlər imamiyyəti qəbul etmir.Öz işidir , 

ancaq Quranın bir hərfi belə dəyişməz olduğundan İmamın – mubin, Əhli- Beyt 

ifadələrini təkzib etmək olmaz. 

12 rəqəmi 1 və 2 birləşməsidir.Vahid Allah və onun elmi. 2 Bəqərə surəsidir, onun 

bütün  surələri əlaqələndirərək bağara olmasını dərk etmək üçün elm labüddür. 

İmam dedikdə Allahın elm daşıyıcıları , səmavi alimlər anlaşılır.Onlar ehtimal 

nəzəriyyəsindən kənar mütləq həqiqətə yaxındırlar. 

 O elmin əlifbası məkandəyişmədir.Yer üzərində də olub. 

İmamiyyət və peyğəmbərlik indeksləri  

                                       1221 

Bu birləşməni təhlil edək. 



Peyğəmbərlik əvvəl, imamiyyət isə onun davamıdır.2112 yazılışında simmetriya 

olsa da, vahid əvvəldir. 

 Bu rəqəm son təkamül dövrü, subasma ilə əlaqəlidir.Bu təkamülün banisi bir adı 

da Ruh olan h. Nuh peyğəmbərdir.Subasmanın tarixi 12014 ildir ( hazırda). On min 

il keçmiş era, 2014 isə yeni eradan 2021- ci ilə doğru istiqamət və 0 – ın ədədi 

qiyməti olmadığından  

                          12021 

1221 


Bu halda tarazlıq yaranır. 

 2012 – ci il 21.12 tarixdə dünyanın sonu, qiyamət olacağını bildirən dünya 

alimləri həmin tarixdən sonra susurlar.Bu haqda istər dövrü mətbuatda, istərsə də 

telekanalda izahat verilmişdi ki, heç nə olmayacaq.Bir neçə yanaşma üsulu var: 

Allah ona yaxınlaşmaq istəyənləri nurlandıracaq. Maddi mənəvi tarazlıq , yeni ali 

energetik dövr başlayacaq 

Əslində bu dövr 2000- ci ildən başlayıb və təzahürləri görünməkdədir. 

 

 



Xeyr və Şər. 

Mehvərdə əllər profili və orta yol göstərilir.Sol əlin ucları fəal electron 

vericiləri, sağ əlin ucları isə nəcib elementlərlə hüdudlanıb. Orta yol bunlar 

arasında yerləşir.Məhz bu yolda İblis( 6) olduğundan , onu birbaşa qalxmaq 

mümkünsüzdür. 

Sol ( şər) ağılla birləşərsə , o şərə qulluq edir, maddiyyata yönəlir, bədxahlıq  və bu 

yolda heç bir qadağa qoymadan bu məqsədə xidmət edir. 



 Sağ ( xeyir) ağılla birləşdikdə xeyirxahlıq onu halala, mənəviyyata 

yönəldir.Kamilləşmə yolunda aparıcı dindir.Nəyin halal, nəyinsə haram olduğu 

Quranda göstərilmişdir.Haram olanlar elə də çox deyil. 

İşıq maddiləşə bilmədiyindən bu xilqət insanları maddiyyata yönəldilir, burada 

hədd olmadığından dünyanın sərvətinə sahib olsalar belə qane olmazlar. 

 Kütlə deffekti qanunu  

                                          E= m.c

2

 ifadə olunmuşdur. 



İşıq sürəti həddir. 

Əslində isə bu məhdudiyyət yoxdur. 

                                          E= m.V

2                                           

V>>C 

                                          E=hv 



Sürətin tezlikdən və onunsa  enerjidən asılılığı var.İşıq sürətindən yuxarı 

nurdur.Nur maddiləşəndir.İxlas surəsində bu qanun göstərilmişdir. 

 Mehvər əsasında xeyirin əvvəl,  şərinsə sonra üsulu ilə oxunması ilə pərvər  

(fırlanma- irəliləmə) qaydası ilə İblis 1 və 2 arasında qalır. 

                                          162 

Rəqəmlər cəmi 9- dur.Tövbə. 

Bu üsulla Quranın oxunması 3 saylı cədvəldə göstərilmişdir. 

Ayələrin Əl- həmd surəsi ilə açılışı və fatihə ilə bağlanışı 

                                              6 ayədə 

                                       7.6+6+7.6= 90 

                    66 ayədə                 990 

                    666 ayədə              9990 




6666 ayədə          99990- alınır. 

 Bəqərə surəsinin 2- ci ayəsində hökm: Bu kitab Allahdan qorxub, pis əməllərdən 

çəkinənlər üçün hidayətdir.Yalnız itaətdən sonra ibadət gəlir.Özünüzü aldatmayın. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Vətən. 

Vətən dedikdə insanın doğulduğu , boya – başa çatdığı məkan, ölkə nəzərdə 

tutulur. 



Söz 2 hecadan ibarətdir və- tən.Və bağlayıcısı haqda izah verilib. Tən-orta, yarı, 

tay, bab mənalarında da işlənir. 

100 yarısı 50, 50-ninki 25, davamı kəsirlərdir. Quranın 25 ( Furqan) və 50- ci 

ayələrində Rəss əyalətinin adı çəkilir.Açılışını h. Əli ( ə)  vermişdir.12 məntəqədən 

ibarət əyalət: 

   Azər, Aban, Deyr, Tur, Bəhmən, İsfəndiyar ( paytaxt) , Şəhrivər, Pərvəndin, 

Ordubuheşt, Mehr , Ərmdar, Mərdad 

Bu məntəqələr indi də mövcuddur.Arazyanı Xudafərin körpüsü ilə Şahtaxtı 

körpüsü arasında, 6- sı quzey, 6- sı isə güney Azərbaycanda. 

  Bu məntəqələrin hamısında Molla Yusif Ağabala oğlu olmuş,  güneydəki 

kitabxanalarda araşdırma aparmaqla onun Cərcis peyğəmbərlə əlaqəsini düzgün 

təyin etmişdir. 

Əbədiyyətə gedən yol. 

Quranda bu ayrılığın olacağını 1150 il əvvəl göstərilmişdir.İki dövlət , bir millət . 

Bəziləri üçün allergent olsa da bu məkandan yalnız son əsrdə H. Cavid, 

Y.Məmmədəliyev, Ə.Cavan, H. Abdullayev, Ə-z. Əliyev, M. Şəhriyar, Ş.Azadi 

kimi əbədiyyat şəxsiyyətləri çıxmışdır. 

    Məhz bu məkanda Nuh peyğəmbərin gəmisi quruya oturmuş, Əshabi- Kəf, 72 

piri olan kənd, 72 məscidi olan şəhər. Bəkkə, Muhəmməd Əli piri, Cavidannamə 

əsərinin müəllifi həmin,  onun xəlvətlər məktəbi, Əlincə qalası, Qapıcıq zirvəsi, 

Gəmiqaya və s. mövcuddur. 

Bab- bütöv Azərbaycan birliyi kimi şifrələnsə də, onun da tarixi Rəss kimi 9000 

ildən artıqdır. 

Babilistan , Babil qülləsi, Bab əl Bab, Babur, Babək, Seyyid Əli ( Bab ), Bab 

onların müxtəlif adlar altında təzahür formasıdır. 



 Bu haqda: 

 Norveçdə də daş yazıları mövcuddur.Alimləri Azərbaycana gələrək Qobustanla 

tanış olmuş, əcdadlarının bu məkandan gəlməsi nəticəsinə gəlmişlər.Qobustan 

yazılarının Gəmiqayada da mövcud olması, Nuhun gəmisinin orada oturması, köç 

sxemini aşkarlayır.İstiqamətverici çaylar , su hövzələridir. 

 Dövlətçiliyimizi Xətai ilə başlayanlar, xətaya yol verirlər.Hələ 1350 il bundan 

əvvəl H. Əli (ə)- nin Azərbaycan valisinə məktubu var.Rəss 9000 rəqəm artığı 

göstərir. 

Azərbaycan azərlərin qayıdış məqamıdır. 

 İstər fərd , yaşayış məntəqəsi , ölkə adları təsadüfən qoyulmayıb.Bütün ölkələrin 

adları həmin məkanda yaşayanların köklü xalqını aydınlaşdırandır. 

  Quzeydə Araz, güneydə Ərəz kimi tanınan çay Əraz mənasında olub, azər 

sözündə hecaların yerdəyişməsidir.Köklü xalq adlanmaq üstünlük vermir, 

monomillət fəlakətdir.Xalqlar min illərlə birgə yaşamış , öz dillərini , adət- 

ənənələrini, mədəniyyətlərini qorumuşlar.Azsaylı xalqlar bütün ölkələrə 

xasdır.Ərazi iddiası müharibə, düşmənçilikdir. 

 Azərbaycanda talış, yəhudi, tat, kürd, gürcü, ləzgi, avar, rus və s. xalqları yaşayır, 

heç kim milli mənsubiyyətinə görə alçaldılmır.Bəs bu ərazi iddiaları nə deməkdir, 

hətta elə bölgülər aparılır ki, orada azərilərə yer qalmır. 

Azər qövmü h.İbrahim –h. Nuh –h.Adəmdən gələn Habil xəttidir.Batin elm 

daşıyıcılarıdır. 

Milli ruh normal insana məxsus vəziyyətdir.Beynəlmiləlçi olmaq üçün ilk növbədə 

öz millətinə sevgin olmalıdır. 

 

 




Elm müstəvisi. 

Elm müstəvisi dərin məntiqi köklərə əsaslanır.Məntiqi kök dedikdə  Quranın 

açıq şəkildə bizə göstərdiyi dəlillər və eyham vurduğu məsələləri ağlımızla aça 

bildiyimiz qədər ona istiqamətlənməyimizdən asılıdır. 

Aristoteldən başlamış, Fərabi, ibn Sina , N. Tusi, S. Şirazi və bir çox mütəffəkirlər 

ilahiyyatdan qidalanmış, təbiət və dəqiq elmlər əsasında fəlsəfi fikir söyləmişlər. 

Humanitar elmlər tətbiqi olmadığından sözçülükdür. 

   A.Eynşteynin ifadəsi:”İlahiyyatsız elm və elmsiz ilahiyyat şikəstdir”. 

  Bu vəhdət islam alimlərində olmuş, tədqiqatlarını məhz bu istiqamətdə 

aparmışlar.Misallar göstərək: Muhəmməd Əl Xorəzm ( 780- 850 ) riyaziyyat, 

cəbrin əsasları, astronomiya; Zəkəriyyə ər Razi ( 864- 925 ) mikrobiologiya, İbn 

Xeysam ( 965- 1039 ) optika; İbn Karana ( 1100 ) tokar dəzgahı; N. Tusi ( 1200- 

1274 ) riyaziyyat,triqonometriya, astronomiya, cihazlar, qlobus; İbn Sina ( 980- 

1037 ) təbabət, psixologiya, məntiq; İbn Cəssar ( 1009 ), Əbdül Qasim ( 963- 1013 

) , İbn Xatib ( 1313- 1379 ) təbabət; Əbdül- İzz bin İsmayıl ( 1136- 1206) 

kibernetika; İbn Firnas ( 880), Əhməd Çəxəbi ( XVII əsr ), İsmayıl əl Çuxuri (uçuş 

aparatları); İbn Baytar ( 1190- 1248 ) botanika və sair. 

  Bu müstəvidə güc –zor işləmir, idrak aparıcıdır.Alim kübar davranışlı , tərbiyəli, 

nəfsi ilə mübarizə aparan olmalıdır, yükü ağırdır. 

  Müstəmləkə dövründə alimlər,  incəsənət adamları, şairlər məhv edildikləri 

kimi, din xadimləri ( 25 il təhsil almış ) kütləvi sürətdə öldürülmüş, sürgün 

olunmuşlar. Yaranan boşluğu bəsit düşüncəli mollalar  və DTK nəzarətində olmuş 

institut, texnikum, ərəb dili fakultəsinin məzunları doldurmuşlar.Xaricdə təhsil 

alanların çoxu islamı təriqət baxımından başa düşür.Quranda keçmiş, indi və 

gələcək var.Keçmişi bilmək labüddür, bəs indiki zaman? Peyğəmbərlərimizin düz 

yolu tapan 73-cü təriqət haqında hədis mövcudur. Bu baxımdn islam 

dövlətlərindəki vəziyyətə baxaq. Hər birində səlib yürüşü mövcuddur, müxtəlif 

üsullar tətbiq edilir. Təriqətlər arasında nifaq salmaqla dağıdıcı müharibələr 

aparılması bir məqsəd güdür: yezidiləri hakimiyyətə gətirmək və islamı məhv 

etmək. Bu üsulun müəllifləri Quranda 5-ci sürə 51-ci ayədə göstərilib.  




Elm müstəvisində isə hakimiyyət, təriqət yoxdur. Fiziki zor və hakimiyyət 

cahillərə məxsusdur. Islam hicabı arxasında gizlənərək bəd əməllərin həyata 

keçirmək istəyənlər hicabın mənasını belə anlamırlar. Hicabın bir mənası da abır-

həyadır. Abırsz adamları heç bir pərdə örtə bilmir.İslam birliyi əqidə birliyi deyil, 

iqtisadi istiqamətdir. Əqidə birliyi əməli islamın təməlidir.  

İslamın təməl daşları din-ilahi həyat tərzi, onun istiqaməti dövlətçilik və 

millilikdir. Hər bir dövlətə bir prizmadan baxdıqda mübahisəli məsələ yoxdur. 

Əmir Teymurun idarəçilik sistemi onun dövründə olub, indi isə XXI əsrdir.  

Əhalinin əksəruiyyəti əmin-amanlıqda, normal yaşamaq istəyir. Hakimiyyət 

kimliyindən asılı olmayaraq bu prinsipə qulluq etməidir. 

Üzləşdiyimiz ərazi bütövlüyü məsələsi əslind BMT-nin qətnamələri ilə 

təsdiqlənib. İcra mexanizmi olmayanda və icra olunmayanda işğal edilmiş 

torpaqları azad etmək, dəyən zərərin ödənilməsini təmin etmək və statusa baxmaq. 

Sosial ədaləti bərpa etmək zəruridir. Təqaüdçü, tələbə, müəllim, həkim və adi 

qulluqçu əhalinin əsas hissəsi 200 manat civarında maaşla təmin  edildikləri halda 

orta əmək haqqının 450 manat olduğunu göstərmək absurddur. Bu rəqəm özü belə 

bir çox ölkələrdə yardım həddidir. 

Qanunlar qayda yaratmaq üçündür. Ailədə, cəmiyyətdə və bəşəriyyətdə 

idarəetmə üçün ilahi qanunlar verilmişdir. Onlar birmənalı və əks əlaqəlidir. 

Həmin qanunları müasir dövrə aid etmək üçün qanunverici orqan mövcuddur. 

Qəbul edilmiş qanunlar ilahi qanunlarla uzlaşdırıldıqa gərginlik yaranır.Din 

tərəqqidə aparıcı rol oynayır. Qanunvericilər bunu hökmən nəzərə almalı, tətbiq 

etməlidirlər.  

Ədalətli olmağın qızıl qaydası var: Özünə rəva bilmədiyini başqalarına 

diləmə.  

Dini dövlətdən ayırmaq ateizmdir.  

Məmurlar üçün Hz. Əlinin bir kəlməsi var: başının üstündə allah olduğunu 

unutma.  

Ilahi qanunlar riyazi dillə desək aksiomadır, onun sübuta ehtiyyacı yoxdur!  

 

 




Təbabət. 

Dilimizdə bir sıra sözlərin düz və tərs oxunuşu eynidir.Amma, ana, ata, 

qulluq (Allaha).Təbabət də bu qəbildən olub, müqəddəslik rəmzidir. 

Bu elm insanın sağlamlığı ilə bağlıdır, çoxşaxəli elmləri birləşdirir.Vətənimizdə 

yüksək ixtisaslı həkimlər var.Onların xidmətindən zaman – zaman yararlanırıq. 

Hippokrat təbabəti kilsədən ayırmaqla, təbabəti ilahiyyatdan 

uzaqlaşdırdı.İlahiyyatçı həkimlər özüöyrənmə yolunu seçib. 

Quranda hökmlər var; Loğman 31(2), Yasin 36(2). 

Aşkar təbabətlə yanaşı sirli təbabət də var.Bu istər xalq təbabəti , Tibet təbabəti, 

idman müəalicəsi kimi həyatımızda tətbiq edilir. 

Yerli ( lokal ) müalicədə xəstəliyi törədən səbəb əksərən araşdırılmadığından, süni 

tarazlıq dərman vasitəsilə aparılır və nəticədə digər orqanlarda fəsad mümkünlüyü 

araşdırılmır. 

Qeyri ənənəvi müalicə kimi ekstrasensura da eyni məqsəd güdür. 

Mən özüm bu yolu keçmiş və dərk edib uzaqlaşmışam.İnsan təcrübə məktəbi 

deyil.Allah min dərd və min bir dərman vermişdir.Bu xalq hikmətidir. 

İdarəetmə aparatı beyin, icra ali orqanlar, rabitəsi isə əsəb sistemidir ( onurğa 

sütunu ).Nüfuz elminə malik bəsirət sahibləri bu üsulu bilirlər.Xəstəliyin başlanğıcı 

və ilkin dövrlərində beyin və onurğa sütununda olan energetik tutulmaları açmaqla, 

beynin öz funksiyasını ( düz və əks əlaqədə) yerinə yetirməsinə nail olmaq 

mümkündür. 

Əslində bu namazın funksiyalarından biridir. 

 Hədisdə deyilir: Ey Allahın bəndələri siz xəstə, həkiminiz isə Allahdır.Xəstənin 

əlac tapması həkimin məsləhətlərini yerinə yetirməkdir.Nicat tapmaq 

istəyirsinizsə Allahın buyurduqlarını yerinə yetirin. 



Yol budur. Lazım olduqda insan neqativ enerjidən təmizlənir, 3- dək seans qəbul 

edir.Təsdiq kompüterli  diaqnostikadır. Əvvəldə və axırda. 

 Səhiyyə səlahiyyətcə nazirliklə əlaqəlidir.Qeyri- adi müalicə  üsullarının 

qiymətləndirilməsi onlara həvalə edilsə də, gülünc test üsulu təklif edir: Bədənə 

metal yapışması , yazılı kağızı oxumaq və sair cəfəngiyatlar.İlluziya əlamətlərinin 

qeyri- ənənəvi üsullara dəxli yoxdur. 

  Bu sahədə işləmək istəyənləri , bu qabiliyyəti olanları yoxlamağın çox sadə üsulu 

var.Kompüter diaqnostikası.Bu yanaşma ilə həm bəsirət sahibinin hansı sahədə 

müalicə qabiliyyəti və özünü reklamçıların, fırıldaqçıların təcrid edilməsi. 

Mən şəxsən belə yoxlamanın aparılmasına tam tərafdar olsam da, təklifim qəbul 

ediləcəyinə əmin deyiləm.Bütün sahələrdə olduğu kimi maddi maraq, 

özünümüdafiə milli maraqlardan üstündür. 

Azərbaycanda şəxsən tanıdığım, çox yüksək səviyyəli irfan sahibləri var.Digər 

ölkələrdə bu sahəyə diqqət yetirilir. 

Baş verən hadisələrin elmi əsasları mövcuddur. 

 

 



 

 

 



 

 

 




 

 

 



 

 

İnsanlar özlərini dərk edəndən, dünyanı başa düşməyə və 



həyatın mənasını anlamağa çalışırlar. Amma aşkarda olan 

gizli həqiqətləri öyrənməyə çox az adam nail olur. 

Müsahibimiz Əli Əliyev ixtisasca neft-kimya mühəndisi olsa 

da, gizli elmlə də məşğuldur. O,dinimizlə bağlı çoxlarının 

bilmədiyi bir çox sirlərin açarını tapmağa müvəffəq olub. 

Onların bəzilərini Ə.Əliyev “Reytinq”in oxucuları ilə 

bölüşdü. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Elşad Ümid



 


-  Əli müəllim, alimlərin fikrincə, 100 il müddətinə neft və bir çox digər 

təbii sərvətlər tükənəcək. Çıxış yolunu nədə görürsünüz?   

 

 

 



-  Bəzi təbii sərvətlərin tükənməsi, dünyanın axırı demək deyil. Neft 

tükənsədə, başqa enerji mənbələri var. Hər halda, suyun tezliklə 

tükənəcəyini deyə bilmərik. Artıq hidrogendən yanacaq alınır, işıq enerjisi 

ilə işləyən batareyalar kəşv olunub.  

-  Yəni, dünyanın sonuna hələ var... 

-  2012-ci il ətrafında gedən söz-söhbət əsassız deyil. Bu il Nuhun gəmisinin 

quruya oturmasından 12012 il keçir. 12012-nin tarazlığı 12021-dədir. 

Nostradamus da yazıb ki, 2020-ci ildə Araz çayı boyunca İslam hakimiyyətə 

gələcək, 6 oba bir üzdə, 6-ı da digər tərəfdədir. Bu da 12 edir.  

Maraqlıdır ki, Araz çayının uzunluğu cəmi 351 km-dir. Deməli, söhbət 

böyük bir ölkədən getmir. Yeri gəlmişkən, 2012-2021-ci illər arasında 

maddi-ruhi tarazlanma gələcək. 

-  Məgər Nuhla bağlı hadisələrin dəqiq tarixi bəllidir ? 

-  Mən ekstrasens deyiləm. Daha çox parapisixoloji, pisixoenergetik 

proseslərlə məşğulam və hər şeyi elm çərçivəsində tədqiq etməyə çalışıram. 

Dediyim məlumatı isə irfani yolla almışam. Namaz vasitəsi ilə əlaqə 

yaradaraq, çox sahələrdən-kimya, fizika, riyaziyyat, biologiya, tarix və s.-

dən maraqlı məlumatlar əldə etmişəm. Bu yolla aldığım 72 “məktub”u da 

çapa hazırlamışam.  

-  Bilgilərimizin oğurlanmasından qoxmursunuz ? Müəllif hüquqi barədə 

düşünmüsünüz ? 

-  Bu, ilahi elmdir, mənim deyil ki, patentləşdirim. Biz, sadəcə, bunu dərk 

edənik. İslam alimlərinin ədəbiyyatına diqqətlə baxsaq, görərik ki, heçkəs 

kəşf etmir, yalnız dərk edir. Bu qanunlar kəşf olunana kimi də mövcud olub. 

Mən buna dərk etmə deyirəm. Sadəcə, hər şeyin vaxtı çatanda bəyyan olur. 

Bu barədə Quranda da deyilir ki, Allah öz elmindən istədiyi qədər verər.  

-  Amma sadə insanları Allah, vergi adı ilə aldadanlar da az deyil.  

-  Bəli. Adətən, bəziləri deyir ki, mənə yuxuda vergi verilib. İlahi tərəfindən 

hansısa məlumat yuxuda da verilə bilər. Amma şeytan tərəfindən verilən 

məlumatlar da var. O kəs ki, irfani və şeytani vergini ayıra bilmir, gərək, bu 

işlərdən uzaq olsun. Şeytanın işıq surəti həddində elmi olduğuna görə insanı 

asanlıqla aldada bilir. Gərək, imanın güclü olsun və Qurandakı sistemi yaxşı 

biləsən. 

-  Amma indi bəzi möminləri, “Allah elçisi” olan ekstrasensləri 

mənəviyyat deyil, maddiyyat maraqlandırır.  



-  Bu məqam Quranda da var. Bir çoxları şeytani əlaqədə olduqları halda, 

Allahın adı ilə danışırlar, çünki, maddiyatı düşünürlər. Kimsə desə ki, 

şeytana qulluq edirəm ona müştəri gəlməz. Belələrini əsil savab sahilindən 

ayırmaq üçün illərlə məşq etmək lazımdır.  

-  Elə isə adi insanlar nə etsinlər ? 

-  İlk növbədə Allahın qanunlarına əməl etsinlər. Bütün elmlər öz mənbəyini 

ilahiyyatdan götürür. Falçının, ekstrasensin yanına insanı məcbur aparmırlar. 

Quranın Bəqərə Surəsində bunu qadağa edən ayələr var. Məsələn, ikinci 

ayədə deyilir ki, bu kitab Allahdan qorxub, pis əməldən çəkinən müttəqilər 

üçün yol göstərir. Allahdan qoxmayana hansı hidayətdən danişasan ? 

İnsanlar isə öz ağıllarını hansısa şarlatanın əlinə verirlər. Küfür olduğundan, 

irfan alimləri heç vaxt belə şeylərlə məşğul olmurlar. 

-  Dini də hər adam oxuyub başa düşmür... 

-  Razıyam. Dində işarələrlə, açıq və gizli şəkildə verilənşeylərdə var. Gizli 

olanları yalnız mütəxəssislər anlaya bilərlər. 

Onuda deyim ki, Quranın hər surəsinə min yanaşma üsulu var. Tərcüməçi 

tarixçidirsə, Quranı tarixə, ədəbiyyatçıdırsa, ədəbiyyata tərəf çəkir. Mütləq 

həqiqət isə ancaq Allahın dərgahındadır. 

-  Bəziləri iddiya edir ki, quranın gücü ərəbcə oxunanda daha artıq olur... 

-  Təbii. Quranda 114 surə var. Kimyəvi elementlərin sayıda 114-dür. Ən uzun 

Bəqərə surəsində də 286 ayə mövcuddur. 286 təbii izotob və 31 izobal var. 

“Siz Allahın neymətlərinə inanmırsınız ?” cümləsi Ər-Rəhman surəsində 31 

dəfə işlənir. Maddə quruluşu nəzəryəsi ilə 114 kimyəvi elementi sistem 

şəklində yerləşdirəndə sağ və sol əllərin profili və orta yol alınır. Bu da 

çoxşeyi açıqlayır... 

Quranın möcüzələri çoxdur, çünki bütün dinləri özündə birləşdirib. nəticədə, 

ona qədər mövcud olan 72 surənin üzərinə 42 surədə gəlib. Bütün 

Peyğəmbərlərə 72 vergi verilib, 72 Kərbəla şəhidi var. 72-ci surədən sonra 

işıq surətini keçən elm başlayır. Kimya alimi Mendeleyev də kimyəvi 

elementlər cədvəlini yuxu vasitəsi ilə görmüşdü, amma orada çatmayan 

cəhətlərdə var.  

Yeri gəlmişkən, insan bədənində bütün kimyəvi elementlər mövcuddur. Sağ 

əldə nəcib elementlər toplanıb-neon, arqon, klipton, ksenon. Sol əldə isə 

metallardır- buna görədə, mənfini, yəni şəri verir. Surələrin kimyəvi 

elementlərlə və 9 planetlə əlaqəsidə var.  

-  Rəqəmlərdən çox danışırsınız. Qədim elmlərin çoxunda əcdət hesabı 

var. 



-  Mən bu elmlə məşğul olmuram. Bilirəm ki, 1-dən ona qədər rəqəmlərin cəmi 

45 edir. Buna əsaslanaraq, müəyyən çıxarışlar edilir. Əcdətdən əsasən İranda 

istifadə olunur buna falçılarda müraciət edirlər. 

-  Bir çox ekstrasenslər müştərilərini Namaz qılmaları ilə cəlb edirlər, 

halbu ki, Allaha zidd işlərlə məşğuldurlar. 

-  Hər namaz qılana peyğəmbər ümməti deməzlər. İrfanlar ariflər kimi, bir 

işarədən də anlayırlar . Şeytan isə seçdiyi şəxsə, məşğul olduğu fal 

növündən asılı olmayaraq, hər şeyi açıq mətnlə bildirir.  

-  Şeytana qulluq edənlərin müalicə etmələri barədə nə deyə bilərsiniz? 

-  Xəstəliyin mənbəyini tapmadan müalicə boş şeydir. Xəstəliklər idarəetmə 

aparatında, yəni, beyində və onurğada yerləşən mərkəzi əsəb sistemində 

əmələ gəlir. Hardasa enegetik yığım, qırıntı olanda problem yaranır. Biz 

beynin enerjisi ilə insana toxunmadan müalicə edirik.  

-  İnsanları düz yola necə çəkmək lazımdır? 

-  Hətta Allah da peyğəmbərə buyurur ki, sən onları düz yola çəkən deyilsən, 

təbliğatını elə. Çünki insanların aralarında da çox şeytan var. Hər şeyi gözə 

görünməz cinlə bağlamaq olmaz. Bizim işimiz də təbliğatdır. Dində 

məcburiyyət və təmənna yoxdur. Əsl vergili adam ancaq ianə ala bilər.  

Bütün vergilər yalnız Həzrəti Məhəmmədə verilib. O isə bundan imtina edib 

və Allahdan gizli elmləri öyrənməyi istəyib. Bu səbəbdən, peyğəmbərlik 

xətm edilib və dünyaya 12 İlahi İmam gəlib. Onlar mənəvi yüksəlişimiz 

üçün çalışıblar. Amma maddiyatı yüksək olanlarda mənəviyyat , 

mənəviyyatı yüksək olanlarda isə mənəviyyatı yoxdur. Cinin xilqəti od 

olduğundan, maddiləşə bilmir. 

-  Hindistanlı Raca Sai Baba çox maddiləşmə möcüzələri göstərib: Göydən 

pul yağdırır, nəyisə pula çevirə bilirdi...  

-  O, artıq dünyasını dəyişib. Bir çox möcüzələri tələbələrindən aldığı müsbət 

enerji hesabına göstərirdi. Mən istədiyim miqdarda enerjini ancaq 

Namazdan alıram və onu ehtiyacı olanlara paylayıram. Enerji vastəsi ilə, 

doğrudan da, çox şey etmək məsələn, bir elementi digər bahalı elementə 

çevirmək olar. Amma bu enerji yer üzərində yoxdur, onu ilahidən almaq 

lazımdır. Həmin enerji – surətli impulslar barədə hələ 5 əsr öncə yaşamış 

Molla Sədra Şirazi öz “İşraq” əsərində yazmışdır. Peyğəmbərimiz də 

vergisini bir enerji dalğası vastəsi ilə alıb. Bunun təsirinə dəvədə dözə 

bilməyib yıxılıb.  

-  Səhv etmirəmsə, alimlər bu yaxınlarda qeyri-adi xüsusiyyətləri olan 

yeni kimyəvi element tapıblar... 



-  Bayaq dedim ki, bədənimizdə bütün kimyəvi elementlər, o cümlədən, trans, 

yəni məkan dəyişən elementlərdə var. Çünki insanın bədəni planetlərlə 

əlaqəlidir, planetlər isə tənzimləmə sisteminin tərkib hissəsidir.  

-  Falçılar çox vaxt müqəddəslərin adlarını özlərinə götürüb və onların 

ruhlarının yaşadıqlarını deyirlər. Bu məsələyə necə baxırsınız ? 

-  Bu, düzgün deyil, amma belə şeylər çoxdur. Hətta özünə kişi adı götürən 

qadın “Müqəddəslər” də var. Kim yaxşılıq edirsə, Allah köməyi olsun. 

Amma bizim deməyimizlə, kimsə pis əməlindən əlçəkməyəcək. Kiminsə 

özünü müqəddəs adlandırmasını ancaq şeytan əməli saymaq olar.  

Bəli, müqəddəsin yenidən qayıdan ruhu cisimləşə bilər. Necə ki, ruh insan 

öləndə gedir, qayıdıb təzədən maddiləşə bilər, çünki insanın genetik kodu 

həmişə qalır. Bunu İxlas surəsidə izah edir. Quranda müqəddəslərin genetik 

kodları barədə də yazılıb. 

-  Yəqin ki, bu proseslər özünü pirlərdə də göstərir... 

-  İnsan rəhmətə gedəndə, energetik ruh bədəndən ayrılır. Kim ki, savabı, 

xeyirxahlığı ilə bu enerjini artırıb, o, qeyb aləminə gedir. Bu proqramın cuzi 

bir hissəsi qəbir evində qalır. Bununla bağlı, fransız alimləri təcrübə 

keçirərək, mövcud enerjilərlə həmin enerjiyə təsir etmək istəyiblər, amma 

alınmayıb. Buna elmdə entropiya, yəni qalıq enerjisi deyirlər. Kimin ki - 

əsasən müqəddəslərin- qəbir evindəki proqramı qeybdəki enerji sistemi ilə 

əlaqədardır, həmin qəbrə dalğalar gəlir. Belə yerləri pir adlandırırıq, onları 

ziyarətə gedirik. Bir çox hallarda onlar müəyyən diapazonlarda şəfavermə 

qüvvətinə də malikdir. 

-  Siz hər şeyin həllini islamda görürsünüz? 

-  Bəli, İslamda hər şey var. Amma islamçılara desən ki, İslam işıq sürətini 

keçən elmdir, dəyərlər, get, ağlına dua yazdır. Artıq zorun vaxtı bitib, idrak 

müharibəsi gedir. Amma əminəm ki, İslamın köməyi ilə hər şey yaxşı 

olacaq. Bunu bütün bəşəriyyət anlasaydı, problemlər də az olardı. 

İslamın aliliyi çox şeydə görmək olar. Məslən, Allaha məxsus Fatihə surəsi 

7 ayədən ibarətdir. 7-nin ədədi ortası 4-dür. Fizikada işıq spektrinin 4-cü 

rəngi yaşıldır. Günəşdən olan məsafəsinə görə , 4-cü planet yerdir. Bunlar 

boş yerə deyil . 4+7=47 – bu da Məhəmməd surəsi və Yerlə Saturn 

əlaqəsidir.Amma yəhudilər və xristianlar İslamı din, Quranı səmavi kitab, 

peyğəmbərimizi də peyğəmbər saymırlar. Əks halda, Quranı yandırmaz, 

peyğəmbərin karikaturasını çəkməzdilər. 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Qəzetimiz falçılıqla bağlı mövzuya bir neçə dəfə 

toxunub. Lakin son vaxtlar özlərini mömin elan edərək, 

bu işlə məşğul olanların sayının artması bizi həyəcan 

təbili çalmağa vadar edir. Çox zaman öz dini 

titullarından sui-istifadə edən bu “mömin”lər “natəmiz 

fal”la deyil, Quranla istixarə yolu ilə gələcəkdən xəbər 

verirlər. Məsələ ilə bağlı Quran tədqiqatçısı Əli Əliyevə 

müraciət etdik. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



-  Əli bəy, Quranla istixarə necə yaranıb ? 

-  Quran ali, elmi, səmavi kitabdır. Orada falçılıq dəstəklənmir.Kiminsə onu 

ixtisarə etməsi fıqıldaqçılıqdır. Quranla fala baxmağı şeytan yaradıb. Çünki 

o, günaha meylli olanlara yaxınlaşır. Falçı müxtəlif vasitələrdən , eyni 

zamanda, Qurandan istifadə edir. Bu halda avam insanlar ona daha çox 

inanır.  

İstixarə ərəbcə seçmək, üstün tutmaq, yəni Allahdan ən xeyirli olanı 

istəmək , kömək diləmək anlamını verir. Amma bunu fal ilə bağlamaq lazım 

deyil. Çünki istixarə peyğəmbərimizin tövsiyə etdiyi bir dua şəklidir, yəni 

ibadət , başqa sözlə, istixarə namazı ilə Allahdan kömək diləməkdir.  

Digər “istixarə” isəQurandan öncə də olub. Bəzi falçılar insanları 

maraqlandıran hansısa məsələdə müəyyən bir kitabı təsadüfi açaraq, ilk 

qarşılaşdığı cümləni oxuyur və ondan ismarıc çıxarırmış. Lakin İslam 

tamamilə bunun , yəni falın əleyhinədir. Çünki müsəlman  olan kəs 

Yaradanımızın kamilliyini qəbul edərək, hər şeyi  Onun ixtiyarına 

buraxmalıdır. 

-  Sağ əldə tutulan təsbeh vasitəsilə də istixarə edirlər. Suallara təsbehin 

hərəkətinə əsasən , “hə”  və ya “yox” cavabı verilir. Burada təsbeh 

magiya ilə məşğul olanların sapa bağlanmış rəqqası ilə eyni funksiyanı 

daşıyır. Mən bu kimi şeyləri məqbul hesab etmirəm... 

-  Burada mələklərin də rolu var.  İnsan isə seçim edir. Lakin  Allaha 

yaxınlaşmaq yalnız elm və fəhmlə mümkündür, kofe, rəml,su, qum, qənd və 

sair fal növləri barədə də demək olar. Çoxan bunlar müştərinin diqqətini cəlb 

edən aldadıcı manevrə xidmət edir. Çünki falçılar qarşısındakına şeytanın 

dediyini çatdırır. Onlar müştərini inandırmaq üçün keçmişlərindən də xəbər 

verirlər. Bəziləri yalnız söz ustası olan fırıldaqçılar, bəziləri də şeytanla 

əlaqəsi olanlardır. Elələri də var ki, qeybdən məlumatı alıb, onu emal edə 

bilmirlər. Çünki falçıların 99faizi bisavaddır. İrfanilər üçün bu, elə də çətin 

deyil. Yalnız  o falçı qüvvəlidir ki, şeytanı güclüdür. 

Təəssuf ki, dindarlarımız  içində də falçı az deyil. Hətta indi bəzi 

falçılar din professoru da olublar. 

-  Yəqin ki, ölkəmizdə falçıların geniş təbliğ olunması da bu kimi hallara 

şərait yaradır? 

-  Buna görədir ki, dünyanın bir çox cadügərləri Azərbaycana axışır. Onlar 

qəzetlərə açıq şəkildə elan da verirlər. Hətta satışda qurd yağının olduğunu 

da bildirirlər. 

Ümumiyyətlə, falın tarixi yəhudilərdən başlayıb. Bununla bağlı, 

Zəburda Harut və Marut barədə məlumat da var. Quranda isə onun 2-

ci surəsinin 102-ci ayəsində falın mahiyyəti izah edilir və 26-cı 



surənin 211, 212,213 –cü ayələrində deyilir ki, falla məşğul olmaq 

günahdır!  

Ərəb əlifbası ilə yazılan bir neçə kitab var ki, onları Quranla 

bağlayırlar. Amma onlarda yəhudi falı var. Vaxtilə yəhudilər müəyyən  

dəyişiklər edərək, yüz minlərlə  Quran kitabı buraxıblar ki, 

müsəlmanları çaş-baş salsınlar. Sonradan bu kitablar yığışdırılsa da , 

bəziləri qalıb. Yəhudilər bir sıra sehr kitablarını da bizə “yamayıb”, 

burada tətbiq edirlər. 

-  Bəzi falçılar Allahdan vergili olduqlarını deməklə də insanların inamını 

qazanmağa çalışırlar... 

-  Vergi məfhumu Həzrəti Məhəmmədə qədər olub. Ona Həzrəti Cəbrayıl 

vasitəsilə 124 min peyğəmbərə verilən 72 vergi təqdim olunanda, deyib : “ 

İlahi, Sənin dərgahında möcüzə yoxdur, mənə elm öyrət”. Bununla da, 

peyğəmbərliyə  xətm verilib, yəni Allah peyğəmbərlik sistemini bağlayıb, 

Quranı nazil edib. Quranda bütün suallara cavab tapmaq mümkündür. 

-  Bizdə falçılığın güclü təbliği nə ilə bağlıdır? 

-  Bunlar boş yerə baş vermir. Azərbaycanda maddiyyat hər şeydən öndədir. 

Xarici ölkələrdə dövlət mənafeyi şəxsi mənafedən öndə durur, bizdə isə 

əksinə. 

Şəri ancaq cin-şeytanın üstünə atmaq da doğru olmazdı. Şeytan  

xislətli insanlar da az deyil. Bu, onların soyundan irəli gəlir. Nəcabətli insan 

heç vaxt haqqi nahaqqa verməz. Şeytan özü də bunu İlahiyə etiraf edərək 

deyib ki, Sənə sadiq bəndələrdən başqa, hamını yoldan çıxaracağam. 

 

Eyni zamanda, Xeyir və Şər mübarizəsində həmişə mənəvi tərəfi 



üstün tutanlar maddiyyatdan əziyyət çəkirlər. 

-  Bəzən hüquq-müafizə orqanları da falçıların dəyirmanına su tökürlər... 

-  Bu da bir qazanc mənbəyidir. Həm də qarşılıqlı informasiya mübadiləsi var. 

-  Quran cinin, cadunun varlığını inkar etmir. Amma möminlərimiz 

müzakirələrdə lazımi mövqe tuta bilmirlər. Sizcə, cinləti,sehri inkar 

etmək az deyil? 

-  Quran Allahdan qorxub, pis əməldən çəkinənlər üçün hidayətdir. Kimsə 100 

dəfə desin ki, Allaha qurban olum, ya da yaxasını cırsın, onda Allah qorxusu 

yoxdursa, nə dəyişəcək? Təbii ki, cindarlara qarşı tutarlı arqumentlər 

göstərmək lazımdır. Hansısa falçı keçmişimizdən xəbər verirsə, buna 

möcüzə kimi baxırıq. Halbuki, yaxşı-yaxşı düşünsək, özümüz də çox şeyi 

xatırlaya bilərik.Gələcəkdə xəbər vermək isə yalnız ehtimala söykənir. 




-  Bəzi cindarlar onlara kömək edən varlığın ali olduğunu iddia edirlər. 

Dinimiz də müsəlman cinin olduğunu deyir. 

-  Hər insan pis və ya yaxşı cini ayırd edə bilməz. Həm də pis cinlə əməkdaşlıq 

etdiyini kim deyər? Din belə şeylərdən uzaq, ilahi həyat tərzini tövsiyyə 

edir. Allah bəndələrinə  buyurur ki, pis əməllərdən uzaq ol, filan şeyləri 

etmə! Bunları edərək, din adından danışmaq təzaddır. Dində məcburiyyət 

yoxdur. Lakin din adamı onun bütün qaydalarına əməl etməlidir, çünki hər 

birinin böyük mahiyyəti var. 

-  Quranın bəzi təfsirləri, saxta hədislər də insanları azdıra bilər. 

-  Hədislərin saxtalığını, təsirlərin dürüstlüyünü müəyyən etmək üçün, Quranı 

yaxşı bilmək lazımdır. Quranı bilmək üçünsə, onu dəfələrlə oxumaq 

lazımdır. Həzrəti Əli “Nəchul-bəlağət” kitabında deyib ki, elmlə dirilən 

ölməz.Doğru şeyləri təbliğ etmək üçünsə , milli qürur və qeyrətin olmalıdır. 

Təbliğatın özü də artır. Quran vasitəsilə məsələnin elmi mahiyyətini tapıb, 

cəhalətə qarşı çıxmaq lazımdır. 

-  Falçılar köməkçi vasitələrdən istifadə edirlərsə, bunu möminlər də edir. 

Satışda dini əşyalar- təsbehlər, üzüklər, Məkkə maketi, İmam Əlinin 

“qılıncı” , gözmuncuqları, dini plakatlar və s. yetərincədir. 

-  Bu biznesdən başqa bir şey deyil. Din insanın qəlbində olmalıdır. İbadət 

insanın özü üçündür. Namaz isə Yerlə Göy arasında körpüdür. Ən doğru 

məlumatlar  da namazda gəlir. 

-  Allah hər şeyi müəyyən xüsusiyyətlərlə yaradıb. Hansısa oy müəyyən 

xəstəliyi müalicə edir,hansısa qiymətli daş inamı gücləndirir və s. 

Pirlərin  də müəyyən gücü var. Amma bir çox müminlər bu kimi şeylərə 

Allaha şərik qoşmaq adı verir.  

-  Əgər, insan pirdə şəfa tapıbsa, bunu danmaq mənasızdır. Ancaq Allaha 

inanaraq , bütün günü namaz qılmaqla , nə əldə etmək olar? Reallığı da 

qəbul etmək lazımdır. Bəzən möminlər  çox şeyin elmi izahını verə 

bilmədiklərindən, əks tərəfi kafir adlandırırlar. Əslində , bu kimi işlərlə 

İslam alimləri məşğul olmalıdır.  

Seyid Əli Şirazi babilər hərəkatının başçısı olub. O, ilahiyyatla əlaqədar 

səmadan o qədər enerji alıb ki, papağını hansısa xəstənin başına qoyanda , o, 

sağalıb. 

Əli Şirazi İmam Zaman Ağa haqqında əsər də yazıb. Möminlərsə onun elmi 

qarşısında aciz qaldıqlarından, ortaya söhbət atdılar ki, o, özünü peyğəmbər 

elan edib, saldılar zindana, güllələdilər. 




Müasir dövrdə də haqq tərəfdarı olmaq çətindir. Ama geci-tezi var. Çünki, 

Şərin də böhran kütləsi mövcuddur. Son vaxtlar bu kütlə partlayışa  

yaxınlaşdığından ,Şər əvvəlkindən daha çoxdur. 

-  Yəni, qarşıda bizi qorxulu günlər gözləyir? 

-  Bəli deməzdim. 2012-ci ilin dekabr ayının 21-də planetlərin paradı olacağı 

barədə xəbərləri xristianlar dünyanın sonu ilə əlaqələndirirlər. Əslində isə 

bu, İslamın hakimikyyətə gələcəyindən xəbər verir...  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Qəzetimizin ötən saylarından birində cinlər aləmi ilə 

bağlı maraqlı müsahibə dərc etmişdik. Lakin həmin 

yazıda mövzu ilə bağlı bəzi məqamlara heç 

toxunulmamışdı. Oxucularımızın xahişi ilə mövzunu 

davam etdirmək qərarına gəldik . Suallarımızı Quran 

tədqiqatçısı Əli Əliyev cavablandırdı. 

 

 



 

 

 



-  Əli məllim, Sizin də cinlərlə bağlı fikirləriniz oxucularımız üçün 

maraqlıdır... 

-  Müqəddəs kitabımız “ Qurani-Kərim”-də Cinlər surəsi varsa, bunu dana 

bilmərik. Orada cinlərin dilindən deyilir ki , bizim səfeh (iblis) islamla bağlı 

başqa şey deyirdi, Amma Həzrəti Məhəmmədin dilindən çox gözəl  Kitab 

haqqında eşitdik. Yəni, paralel aləmdə yaşayan cinlərin içində kafiri də, 

Allaha inanan mömini də var. 

Cin oddan, insan isə 4 ünsürdən – torpaq, od, su və havadan törəyib. Buna 

görə, nicat tapmaq üçün cinlərə üz tutan insanlar acizdir. İnsan 

unutmamalıdır ki, 4 ünsürdən yaranıb. Torpad da, su da, müəyyən həddə isə 

külək də odu söndürüb.  Odun, başqa sözlə, işığın da saniyədə 300 min 

kilometr sürəti var. İslam elmi isə işıq  sürətini də keçir. Qurandan əvvəl 




müqəddəs kitablar öz əksini onun 72 surəsində tapıb, sonra gələn 42 surə isə 

İslama aiddir.  

-  Cinlər gözlə görünməsə də, onların gördüyü işlər, hoqqalar böyük fiziki 

güc tələb edir.  Bu , necə mümkündür? 

-  Cinlərin işıq sürətində  elmi də , gücü də var. Lakin işığın maddəyə 

çevrilməsi mümkün deyil. Buna görə də, onların yoldan çıxardıqlarını maddi 

tərəfə çəkir və vəziyyəti idarə edə bilərlər. 

Şəxsən mən cinlərin energetik qüvvəsini hiss edirəm. Onların qarşısında 

Allahın köməyi, nuru ilə durmaq olar, amma çoxlu məşq lazımdır. Yeri 

gəlmişkən işıq sürətini keçdikdən sonra nur  başlayır. Nurun isə maddiləşmə 

imkanı var. Bu, İxlas  surəsində izah olunur. 

-  Nur necə maddiləşir? 

-  Bunun  üçün maddə quruluşuna nəzər yetirməliyik. Atomun mərkəzində 

proton və neytron yerləşir, onların  ətrafında isə elektron fırlanır. Elektron 

mənfi yəni, şəri qəbul edir.  

Elmdə isə antimateriya anlayışı var. Bu halda mərkəzdə elektrondur, 

ətrafında isə proton  fırlanır. Artıq alimlər hidrogen və heliumun 

antimateriyasını ala biliblər. Onların ölçüsü həddən artıq kiçikdir. Bəlkə də   

ruhi elementlərdir... 

Yer kürəsinin də ətrafında onun peyki-Ay firlanır. Quranda yazılır ki, Allah 

Günəşi işıqlı, Ayı nurlu edib.  Ay nurludursa, mənfi yüklü ola bilməz. 

-  Amma bir çox mənbələrdə, xüsusilə də Hollivud filmlərinin 

əksəriyyətində Yerin mərkəzi iblisin məkani, Ay isə şər qüvvələrin 

oyadıcısı kimi göstərilir. 

-  Təbliğat başqa, elm isə tamam başqadır. Mən başqalarının mövqeyinə deyil, 

Quranda yazılanlara əsaslanıram. Mənfi enerjilər Yerin mərkəzinə 

yönəlməsə, ətrafdakı”neytronlar” onu neytral hala gətirməz və nurlu Ay 

orbitdə firlanmaz. Təəssuf ki, hazırdaYer çox kirlənib. Dalğaların Yerə 

gələn energetik qüvvəsinindən də çox şey asılıdır.Bu isə onun tezliyi  və 

sürətilə əlaqəlidir. Ay yaxında olsa da , uzaq planetlərdən gələn implus, 

informasiya daha sürətli, böyük enerji və tezlikdə olmalıdır ki, Yerə çatsın. 

Deməli, onların bizə təsiri heç də az deyil. 

Tezliyindən, enerjisindən asılı olaraq, hər bir şuanın təsiri fərqlidir. Aydan 

gələn şüalar isə günəşdən əks olunsalar da, dalğa uzunluğuna, tezliyinə görə 

fərqlidir. Bu şüalar lunatizmə meylli adamlara təsir edəndə, onlar yuxudan 

durub gəzməyə başlayırlar. Amma digər planetlərin təsirini də unutmaq 

olmaz... 



-  Yəni bəzi tezliklər şər qüvvələri oyadır? 

-  Adi halda yüksək enerjili dalğaları qəbul etmək mümkün deyil. Amma əlaqə 

yarananda, şüur və şüuraltı yerlərini dəyişərək, fəallaşır. Bu barədə Zəlzələ 

adlı 99-cu surədə məlumat da var. 

-  İnsan 4 ünsürə sahibdirsə, öz gücündən niyə istifadə edə bilmir? 

-  Qoy cindarlar yığışıb, mənə öz təsirlərini göstərsinlər. Zəmanət verirəm ki, 

onların qabağında duraram. Amma  kütləyə düzgün təbliğat aparılmır və 

bunun marağında olanlar var. Düzgün təbliğat şər qüvvələrin çörək yollarını 

bağlaya bilər. Təəssuf ki, iblisə sitayiş edənlərin sayı  möminlərin sayından 

qat-qat artıqdır.  Onlar kəmiyyət amilini əsas götürsələr də, elmləri işıq 

sürətini keçə bilmir. Sırf islama bağlı qüvvələr isə az olsa da, keyfiyyətcə 

yüksədədirlər. 

-  Şər qüvvələr və cin eyni şeydir? 

-  Quranda deyilir ki, şər həm cinlərdə, həm də insanlarda var. Bəziləri də 

düşüb cinlərin üstünə. İndi elə şər insanlar var ki, iblis onları yoldan 

çıxarmağına peşman olub.Onlar iblisdən də qüvvəlidir.  

-  Cin maddiləşə bilmirsə, böyük güc tələb olunan işləri necə həyata 

keçirir? 

-  Maddiləşmə materiya forması olsa da, cinlər enerjini çox gözəl idarə edə 

bilirlər. İnsanı yoldan çıxarmaq üçün öz ölçülərini, simalarını da dəyişə 

bilirlər. Quranda onlarla mübarizə yolları da göstərilib. Sizə neqativ qüvvə, 

cadu yönəlibsə, İlahi elminin gücü ilə onu elətdirənə və edənə qaytarmaq 

lazımdır. Bunun üçün məsələnin kökünə getmək vacibdir. 

Şər qüvvələrin Yer üzərində mənbələri var. Bu mənbələr barədə bəd 

əməllərlə məşğul olanlar bilir və gücü də oradan götürürlər. Mənbə ilə 

vuruşa bilirsənsə, qalib gələ bilərsən. Bəziləri insanlara bu mənbəni 

tapmadan “kömək etdikləri” üçün , bir müddət sonra qara qüvvələr yenidən 

baş qaldırır. Bu “virus” imkanlı insanlar, müğənnilər arasında geniş yayılıb. 

Onlar bundan istifadə edərək , bir-birlərinə “əməl” etdirirlər. 

-  Bəlkə, bu da insanın günahıdır, həmin formada özünə qayıdır? 

-  Əlbəttə. Allah heç nəyi cavabsız qoymur. Amma bizim anlaya bilmədiyimiz 

təsadüflər də olur. Allah-Təala həqiqətən 1.02 faizini özü üçün saxlayıb. 

İnsan nəyisə 98.98 faizdən rtıq öyrənə bilməz. 

-  Şər qüvvələr hansı hallarda energetik baxımdan güclənə  bilirlər? 

-  Bir çox hallarda insan özü onları axtarıb tapır. Cinlər əsasən natəmiz 

məkanlarda, şərab emal edilən yerlərdə toplaşırlar və pis iydən energetik 

qüvvə götürürlər. Bəzən də onlar insanı qəzəbləndirirlər ki, enerjisini 

alsınlar. Hətta insanlar arasında da zibilliyi sevənlər var. Unutmayın ki, 

insan şeytandan daha qorxuludur, çünki 4 xilqətin məhsuludur. 



-  Bəzi ekstrasenslər iddia edirlər ki, guya insandan çıxardıqları  şəri suya, 

ya da havaya göndərirlər. Bu, doğrudurmu? 

-  İnsan şəri sol əli ilə çıxarıb, özünü neytrallaşdırmalıdır. Ətraf mühiti isə 

korlamaq olmaz. Buna görə də , kiminsə bədliyini açıq atmosferə və ya suya 

yönəltmək doğru deyil. Çünki su müqəddəsdir. 

-  İnsan da gözəgörünməz enerjini idarə edə bilər? 

-  Əlbəttə. Ən qüvvəli enerji insanın beynindədir. Şər onun qarşısından həmişə 

qaçır. Praktikada, yəni işləyərkən mən daxildə Quran ayələrini deyirəm, 

çünki bu ayələr mənfi enerjini tənzimləyirlər. Cinlərsə hətta bu prosesə də 

müdaxilə edirlər. Bəzən bir surəni demək  istəyirsən, adamı çaşdırırlar, 

başqasını deyirsən. Uzun müddət rabitədə qalmaq isə insanı pis hala sala 

bilər. 


-  Vampirlərə, qulyabanilərə inanırsınız? 

-  Onları görməmişəm. Enerji qan vasitəsilə bütün bədəndə dövr edir. Yəqin 

bəzi insanlarda  zəlidə olan xüsusiyyətlər var. Amma qansız da enerji 

çəkənlər var. Kamil insanın başqasının enerjisinə ehtiyacı  yoxdur. Nə qədər 

lazımdır, özü rabitə yaradıb alır. Termodinamika qanununa əsasən isə, zəifin  

qüvvəlidən enerji çəkməsi mümkün deyil. Yəni, enerji zəifdən çəkilir. Gərək  

əqidən, imanın güclü olsun ki, bu, baş verməsin.  

Nə üçün yəhudilər bayramlarında  çörəyə qan vururlar? Özü də ibadət edən 

şəxsin  təmiz, qanını ... Amma yəhudizm və xristanlığın elmi islam elmi 

kimi işıq sürətini keçə bilmir. Təəssüf ki, bəziləri Quranı bilərəkdən yanlış 

yozaraq, özlərinə sərf edən şeyləri götürürlər. 

-  Şeytanın amalı dünyanın sonuna çıxmaqdır? 

-  Xeyr, amma o, yaxşı bilir ki, cəhənnəmə gedəcək və özünə yoldaş axtarır. 

İnsan Allah qanunlarına əməl etməklə , özündə yüksək enerjini yığa bilər.  

Bunu etməyənlərsə, Yerdən  yüksəyə  qalxa  bilmirlər. Yer üzərindəki bütün 

proseslərin əksi, tarazlıq qanunun var. İstəsə , insan odu da öz  xeyrinə 

yönəldə bilər. 

İki cür enerji var- yaradıcı və dağıdıcı. Bu enerjiləri tənzimləyə bilmək 

lazımdır. İnsanın beyin enerjisi yer üzərindəki hər bir silahdan yüksək 

qüdrətə malikdir. Bir sözlə. Batin elmin adamları cadugərlərlə mübarizə 

apara biləcək insanlar az da olsa var və bunu gözəl bacarırlar.  

-  Belə demək olar ki, insanın rahat yaşaması üçün möcüzəyə qaçması 

deyil, dini-mənəvi yolla yaşaması gərəkdir. 

-  Təbii. Amma Allah dərgahında möcüzə yoxdur. Bir halı izah edə bilmiriksə, 

möcüzə sayırıq. 

 



 

 

 



 

 

 



 

Müasir həyat tərzi nəticəsində bəzi insanlarin psixikasının 

get-gedə pozulması, hətta möminlər arasında təzadlı 

davranışlara yol verənlərin artması və bu kimi bir çox hallar 

bəzilərini Qiyamət gününün yaxınlaşmasından danışmağa 

sövq edir. Görəsən, möminlərin dinimizin qoyduğu 

qaydalara düzgün riayət etməməsinin Qiyamət günü ilə 

əlaqəsi  varmı ?   Bu sualla İslam tədqiqatçısı Əli Əliyevə 

müraciət etdik.  

 

 



 

 

 



 

 

 



 

 

 




Təəssüf ki, İslama gələnlərin sayının artması onu doğru  dərk edənlərin sayı 

ilə düz mütənasib  deyil. Elə Qiyamət  günü məfhumunu  da yanlış 

anlayanlar   çoxdur. İndi də xristian aləmi növbəti Qiyamət gününə  -  21 

dekabra , planetlərin paradının gözlənildiyi tarixə hazırlaşır. Bu paradın   

olacağına şübhə etmirəm və deyə bilərəm ki, onu İmam Hüseyn qəbul 

edəcək.  Çox şey dəyişəcək, amma Qiyamət günündən danışmaq hələ tezdir.  

O ki qaldı insanların İslama münasibətinə, bu barədə Həzrəti Əli çox gözəl 

deyib : “Bəziləri ibadəti tacirlər kimi edir, yəni ondan nəsə gözləyirlər”. 

Əfsuslar olsun ki,  dinimiz bu gün də düzgün təbliğ olunmur. Din ilahi həyat 

tərzidir., şəriət isə onun qanunlarıdır. Bəli, bu gün ibadət edib çirkin işlərlə 

məşğul olanlar həddən artıq çoxdur. Bir çoxları İslam pərdəsi altında  öz bəd 

əməllərini gizlədir.  

-  Sizcə, yanlış təbliğatı kimlər aparır? 

-  Kütləvi informasiya vasitələri. Razılaşın ki, indi dindən çox , şou-biznes əhli 

barədə yazılır. Psixoloji silahlar isə həmişə olub... 

-  Bununla razıyam ki, mətbu orqanlar dini yazıları çox vaxt oxucuya 

maraqsız formada təqdim edirlər.  

-  Elə buna görə də, həmin materiallar, demək olar ki, öz ünvanını tapa bilmir. 

Qəzet  elmi jurnal deyil. Orada dərc olunanları savadı az olanlar da başa 

düşməlidir. Bu məsələ isə siz yazanlardan asılıdır. Bəziləri internetdən, 

xarici mənbələrdən hazır materialları götürüb, bir az dəyişərək, qəzet 

oxucusuna uyğunlaşdırmadan çap edir. Bu, doğru yanaşma deyil. Fikrimi 

başa düşün. Mən ilahi fikirləri bəsitləşdirməyə çağırmıram . İlahiyyat ali  

elmdir. Amma onu yalnız  xroniki hadisələr üzərində təqdim etmək də 

olmaz.  

-  Razılaşın ki, dini təbliğatın ağır yükü  təkcə KİV-in üzərinə düşmür. 

Çox zaman məscidlərdə aparılan söhbətlər də lazımi istiqamətdə olmur. 

Bu səbəbdəndir ki, belə söhbətlərin daimi iştirakçıları dini yolda yanlış 

yola düşürlər, ifrata varırlar, fanatikləşirlər.  

Məgər, din buna çağırır? 

-  Mən , sizin  sualınıza Quranda yazılan  ayə ilə cavab verəcəyəm. Orada 

qısaca deyilir ki, Allah ifrata varanları sevməz. Özu də bu sözlər təkcə dinə 

deyil, başqa sahələrə də aiddir.  

-  Bəzilərinin fikrinə görə, Quranı oxumaq  yetər ki, digər kirabları 

oxumayasan. Bu fikri haradan götürüblər? 

-  Əslində,  hər Quran oxuyan onu dərk edə bilməz. Quranın özündə də yazılıb 

ki, onun bir hissəsi açıq qanunlar , bir hissəsi gizli eyhamlardır. Digər hissəsi 

isə yalnız  yüksək   səviyyəli  mütəxəssislərə aiddir. Yəni, zahiri və batin 




elm var. Batin elmlə məşğul olanların da müəyyən dərəcəsi  var. Amma 

Quranın hamıya  bəlli olan əsas tələblərinə əməl etmək biz müsəlmanlar 

üçün  yetərlidir. Quranı daha dərindən başa düşmək üçün mütləq ilahi ilə 

rabitə yaranmalıdır. Bu isə seçilmişlərə müyəssər olur.  

-  Qəribədir ki, Quranın hər birimizin yaxşı bildiyi 10 əsas tələbinə 

möminlərin çoxu belə, əməl etmirlər. Bunun səbəbini nə ilə izah 

edərdiniz? 

-  Bu, savadsızlıqdan, qeyri-düzgün təbliğatdan, ailədə verilən tərbiyənin 

qüsurlu olmasından irəli gəlir. Əslində, çoxluğun doğru yolda olmaması da 

təbiidir, çünki kəmiyyər həmişə keyfiyyətdən üstün olub.  

-  Möminlərin sırsında nəfsinə uyanların sayının artmasını Qiyamətə 

yaxınlaşmağımız kimi qiymətləndirmək olarmı? 

-  Bunu demək çətindir. Amma tarazlığın pozulması,kütləviləşməsi göz 

qabağındadır. Allah bizə tarazlığı qorumaq üçün şüur və İlahi kitab verib. 

İnsanların çoxu isə nə şüurlu hərəkət edir, nə də İlahi kitabda yazılanlara 

əməl edir. Dərrakəsini şərlə  əlaqələndirənlər isə elə şərin yolu ilı də 

gedirlər. Tarazlığın pozulması xəstəliklərə, ailədə intizamın pozulmasına, 

cəmiyyətdə haqsızlığın artmasına, müharibələrin yaranmasına səbəb olacaq. 

Düzdür, İlahi bu natarazlığı öz məcrasına qaytarmaq qüdrətindədir, amma 

bunu ilk növbədə insanlar istəməlidir.  

-  Bəşəriyyətə göndərildiyi gündən Quranda yazılan bir çox üstüörtülü 

həqiqətlər tədricən üzə çıxıb. Müasir elm yetərincə inkişaf etsə də, yəqin 

ki, Quranda hələ gizli qalmış çox məsələ var ... 

-  Təbii. Quranda keçmiş, indiki və gələcək zamanların üçü də öz əksini tapıb. 

Amma gələcəyə nüfuz edə bilən alimlər varmı? 

-  Batin elm elə Quranın yasaqladığı magiya ilə əlaqəli deyil ? 

-  Magiya  -  ruhi aləmlə əlaqə deməkdir. Bu əlaqə iki cür mümkündür --  

ilahiyyatla, yəni ruhani yolla və şeytanın köməyilə. Təəssuf ki, burada da 

tarazlıq pozulub. Şeytanı yolla gedənlərin sayı qat-qat çoxdur.  

-  Şeytanın burada insana diktə etdiklərini İlahidən gələn eyhamlardan 

necə ayırmaq olar? 

-  Mütəxəssislərə müraciət etmək lazımdır. Sovet rejimindən öncə, bizdə 30 il 

təhsili  olan ruhanilər, böyük ilahiyyatçı alimlərimiz olub. SSRİ-də ateizmin 

önə verilməsi, İslamın isə yasaqlanması savadsız fırıldaqçıların meydana 

çıxmasına imkanlar yaratdı. Quranın şərhi  “Yasin” oxumaqla məclisi yola 

verən mollaların yemi deyil. Bəzən belə təbliğatla onlar dinimizi gülünc 

vəziyyətə salırlar.  

-  Quran insanlara göndərilibsə, zamanla onun tam açıqlanması 

mümkündürmü? 



-  Buna inanmıram. Bayaq qeyd etdim ki, Quranda hər üç zaman öz əksini 

tapıb və onun hər surəsinə min cür yanaşma var. Biz indiki zamanla bağlı 

qaranlıq məslələrə aydınlıq gətirsək, böyük şeydir. 

-  Maraqlıdır ki, Allahın vergisini alana kimi savadsız olan 

peyğəmbərimiz özü Quranı tam dərk edib...  

-  Buna deyə bilərəm ki, peyğəmbərimizin ali və əla olduğunu unutmaq olmaz. 

-  Amma bir məqam da var. Əgər Qurani-Kərim Qiyamət gününə kimi 

göndərilibsə, deməli , o vaxta kimi bu İlahi kitabda olan digər sirlər də 

açılacaq.  

-  Bu barədə danışmağımız hələ çox tezdir. 

-  Bəs, bugünkü natarazlıqdan çıxış yolunu nədə görürsünüz? 

-  Elə Qiyamət də Xeyirlə Şərin ayrılmasıdır.  

-  Yəni o vaxta kimi belə də davam edəcək? 

-  Tarix deyə bilmərəm. Zaman Allahın hökmündədir. Bu söhbətə dekabrın 21-

dən sonra qayıda bilərik. 

-  Deyəsən , bu tarixdən çox şey gözləyirsiniz. 

-  Dekabr 21-dən sonra çox öz məcrasına qayıdacaq. Müsbət  dəyişikliklərin 

olacağına inanıram.  

-  Başa düşmürəm ki, nə üçün möcüzə gözləməliyik?! Axı, doğru yola 

gəlməyimizə nə mane olur? 

-  Mane olanlar çoxdur. Bunu təkcə xristianlarla  bağlamaq  da doğru deyil. Öz   

içərimizdə olanlar onlardan da betərdir.  Özünü mömin elan edənin 

cadugərliklə məşğul olması nə deməkdir? Çoxları həqiqətə nail olmaq üçün 

öz beyinlərini işlətmək, böyüklərin məsləhətinə qulaq asmaq da istəmir, 

çünki tənbəldirlər. Təəssüf ki, tənbəllikdə çox qabağa getmişik. Buna 

baxmayaraq, İlahiyə məxsus batil elmi ilə həmişə  azərilə məşğul olublar və 

sayca da az olsalar da, yüksək keyfiyyət göstəriblər. Məsələn, Sədra, Şirazi, 

Nəsrəddin Tusi, Seyid Əli Şirazi, Mir Mövsüm Ağa və başqaları. 

-  İran İslam respublikası olsa da , orada da ilahiyyat kamil vəziyyətdə 

deyil. Bunun səbəbini nədə görürsünüz? 

-  Orada da yanlış təbliğata yol verilir. İnsanlar kütləvi  sürətdə dinə gəliblər, 

namaz qılıblar. Amma cəmiyyətlərində  xoşagəlməz hallar da az deyil. 

Dində məcburiyyət yoxdur. Kimisə dinə dəvət etmək, məsləhət vermək olar. 

Kafir insanı məcburən ibadətə gətirirsənsə, Allah deyil, şeytan yolunda 

çalışırsan. Dinə kor-koranə gəlmək, mənfi fəsadlarla nəticələnir.  

 

 




Sonluq 

1.Bu mövzu ilə internetə qoşulmanın bir neçə obyektiv səbəbləri var.Bunun üçün 

dövrü məlumat və jurnallar mövcuddur.Bu yolla getdim.” Əbədi nur”, “Füssilət”, 

“Karvan”, jurnalları bu qəbildən çap etmədiklərini bildirdilər.Çoxtirajlı qazetlərə ( 

hansıların ki, redaktorları hacıdır ) müraciətlər də rədd cavabı Verdi. 

  Bir mömin yoldaş “ Quran və kimyəvi elementlər cədvəli” əlyazmanı Ərəbistanda 

çap etdirdi.Nəticədə fəxri elmlər doktoru adı təqdim edilsə də imtina etdim. 

Əvvala adlar mənim düşüncəmdə mənasızdır, o insanın biliyini artırmır. 

Bir kiçik tədbirdə jurnalist Elşad Ümidlə tanış olduq.Bu sahələr onun maraq 

dairəsində idi.Bir neçə müsahibə apardıq.”Reytinq” qazetində çap 

olundu.Rəhmətlik çox gənc dünyasını dəyişdi.Həmin müsahibələri verməklə 

Elşadın ruhuna dualar oxumuş oluram. 

2.Kitab şəklində təqdimata nə Qafqaz müsəlmanları idarəsi (?) nə də dini \\ üzrə 

dövlət komitəsi rəy vermədi. 

3. Televiziyada çıxışlarda müəllif hüququ qorunmadığından ehtiyatlandım, şou 

verlişlərdən isə imtina etdim. 

Əlbəttə yazı tam deyil, əsas qayələr göstərilib.Oxucu marağından asılı olaraq 

mövzu ətrafında izahat vermək mümkündür. 

Əli İsi oğlu Əliyev.          Əlaqə telefonu:0558510894 

 

 



 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin