Yaponiyada menecmentin təcrübəsi


Almaniyada menecmentin təcrübəsi



Yüklə 1,03 Mb.
səhifə3/3
tarix03.10.2023
ölçüsü1,03 Mb.
#151692
1   2   3
menecment

Almaniyada menecmentin təcrübəsi.
Almaniya iqtisadiyyatında nəzərə çarpacaq nəticələr təşkiletmə və i/e sisteminin səmərəliliyindən xəbər verir.
Bu ölkədə menecmentin əsas məqsədləri aşağıdakılardır:
1.Maksimal mənfəətin əldə edilməsi.
2.Səhmdarlara dividentlərin ödənilməsinin təmini.
Qeyd edilənlərdən başqa alman menecerləri bunlara can atırlar:
- öz şirkətlərinin aparıcı mövqelərinin təmin edilməsi;
- investisiyalar hesabına istehsalın daima inkişaf etdirilməsi;
- elmi-texniki və təcrübə-sənaye işlərinin aktiv aparılması;
- ekoloji problemlərin həlli;
- kadrların hazırlanması və öyrədilməsinin həyata keçirilməsi.
Almaniya müəssisələrində planlaşdırmanın sərt sistemi mövcuddur. Burada əsəs 5 illik plan əsas götürülür ki, bu da hər il təzələnir.
Sərt planlaşdırma struktur bölmələrin müstəqil olmasına mane olmur. Lakin bu menecmentin ali səviyyəsi tərəfindən onların fəaliyyətinə görə ciddi nəzarəti nəzərdə tutur. Perspektiv və operativ planlaşdırmanın əsasında müxtəlif yanaşmalar durur. Beşilliyin strategiyası-investisiyaların, maliyyələrin, mənfəət və rentabelliyin siyasətidir. Operativ planlaşdırma özündə illik, rüblük, aylıq və həftəlik planları cəmləşdirir. Bu planlarda məhsulun satışı, istehsal proqramı, xammalın tədarükü, iqtisadi nəticələrin qiymətləndirilməsi göstəriciləri öz əksini tapır. Operativ planların düzəldilməsi sistemi fəaliyyət göstərir. Əgər belə planlar müsbətdirsə, onda müəssisənin rəhbərləri adətən onların belə dəqiqləşdirilməsinə etiraz etmirlər. Əksinə operativ planlar mənfi olduqda, onda menecerlərdən işdəki çatışmamazlıqları əvvəlcədən görmədiklərinə və problemin həll edilməməsinə görə ciddi tələb təmin olunur.
Alman firmalarında menecmentin əsas funksiyalarından biri kadrlarla işdir. Müəssisənin kadrlar xidmətinin vəzifələri kadrların seçimindən başqa bunları birləşdirir: heyətin öyrədilməsi, onun ixtisasının artırılması, əməyin mühafizəsi, ə/h-nın təşkili, qocalığın təmin edilməsi və digər sosial siyasətlər.

Ədəbiyyat siyahısı


1. İ.B.Əmirov,Z.E.Hacıyeva-Menecment
2. B.V.İsmayılov-Strateji Menecment
Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin