Yanvarın 7-də atu-nun rektoru, millət vəkili, akademik Əhliman



Yüklə 249,94 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix16.03.2017
ölçüsü249,94 Kb.
#11616
1   2   3

Qabil ABDULLAYEV

Fotolar Cənnətalı Çingizindir

QIŞ İMTAHAN SESSİYASI 

DAVAM EDİR

Ö

tən ilin dekabrın 29-dan etibarən Azərbaycan Tibb 

Universitetində  qış  imtahan  sessiyası  başlayıb. 

İmtahanların  gedişinə  tələbələrin  münasibətini 

öyrənmək məqsədi ilə Virtual Test Mərkəzində olduq. Bu-

rada bir canlanma var idi. İçəridə tələbələr kompyuter ar-

xasında imtahan verir, prosesə  nəzarətçilər hər cərgədə 

nəzarət edirdilər.

Tələbələr imtahanın gedişindən razıdırlar

15 yanvar 2015-ъi ил

http://www.amu.edu.az

5

VTM-də  Kompyuter  -Test  imtahanlarının    AR 

Təhsil Nazirliyinin “Kredit sistemi ilə təhsil alan 

tələbələrin  fənlər  üzrə  imtahanları  haqqında 

əsasnamə”sinə uyğun olaraq aşağidakı qayda-

lara əsasən aparılır.



Tələbələrin biliyinin qiymətləndirilmə qaydaları:

 

1) Hər bir fənn üzrə imtahan üçün tələbəyə 1 saat 



(60 dəq.) vaxt verilir.

2)  Hər  bir  sual  variantında  tələbəyə  50  sual 

verilir.

3)  Hər bir doğru cavab 1 balla qiymətləndirilir.

4)  Doğru  olmayan  bir  cavab  (-0.16)  balla 

qiymətləndirilir.

5)  Cavabsız suallar 0 balla qiymətləndirilir.

6)  Tələbənin 

yekun 

balı 

olaraq 

cavablandırmanın  yekun  nəticəsinin  tam  ədədə 

qədər yuvarlaqlaşdırılmış qiyməti götürülür.

İmtahanların aparılma qaydaları:

İmtahan  prosesinin  gedişi  rəhbərlik  tərəfindən  xüsusi 

VEB-Kameralar vasitəsilə izlənilir və prosesin video-ya-

zılışı  aparılır.  Müşahidə  prosesində  və  ya  imtahandan 

sonra  video-yazıya  baxış  zamanı  tələbənin  aşağıdakı 

imtahan qaydalarını pozma halı müəyyən edilərsə, onun 



imtahan nəticəsi Rəhbərlik tərəfindən ləğv edilir.

1- Tələbələr imtahana gələrkən özlərilə tələbə bileti və 

fərdi şifrəsini (kodunu) gətirməlidirlər.

Tələbə bileti və ya tələbə şifrəsi olmayan tələbə imtahan 

zallarına buraxılmırlar.

2- Tələbənin imtahan zalına özü ilə hər hansı bir 

informasiya daşıyıcısı (kitab, dəftər, konspekt, telefon, 

digər elektron informasiya daşıyıcısı və s.) gətirməsi 

gəti qadağandır. İmtahan prosesində tələbənin əlavə 

informasiya vasitələrindən istifadə etdiyi müəyyənləşərsə, 

tələbə imtahandan çıxarılır və onun nəticələri ləğv edilir.

3- İmtahan otağına daxil olan tələbə Nəzarət Qrupunun 

(NQ) nümayəndəsi tərəfindən qeydiyyatdan keçirilir, hər 

hansı bir kompyuterin arxasında əyləşir və imtahanın 

sonuna qədər həmin kompyuterin arxasında oturur.

4- Tələbənin imtahan zamanı özbaşına yerdəyişməsinə 

qəti icazə verilmir. Əgər bu hal baş verərsə, tələbə 

imtahandan dərhal uzaqlaşdırılır. Zərurət olarsa, 

tələbənin yerini yalnız admin-nəzarətçi dəyişə bilər.

5- Tələbə imtahana qədər elektron test proqramından 

istifadə qaydaları ilə tanış olmalıdır. Bu məqsədlə tələbələr 

üçün NQ tərəfindən xüsusi treninqlər təşkil olunur.

6- İmtahan prosesində digər tələbələrlə söhbət etmək, 

məsləhətləşmək, onların monitorlarına baxmaq 

qadağandır. İlk halda tələbəyə xəbərdarlıq edilir və təkrar 

belə hala yol verən tələbə imtahandan çıxarılır.

7- İmtahan prosesində meydana çıxan hər hansı 

problemlə əlaqədar NQ nəzarətçisinə müraciət edilməlidir.

8- Tələbənin kompyuteri söndürməyə, şəbəkədən 

ayırmağa ixtiyarı yoxdur. Kompyuterin texniki proqram 

təminatının korlanmasına tələbə səbəb olmuşsa

imtahanın nəticələri ləğv edilir, tələbə auditoriyadan 

çıxarılır və dəymiş ziyan tələbə tərəfindən ödənilir.

9- Başqa tələbənin şifrəsi ilə test imtahanı verməyə cəhd 

edilərsə, bu tələbənin imtahanın nəticələri ləğv edilir və 

günahkarların universitet tələbələri sırasından xaric 

olunma məsələsi qaldırılır.

10-Auditoriyadan xaric edilmiş və ya imtahanın 

nəticələrindən narazı olan tələbələrin həmin gün ərzində 

fakültəsinin Appelyasiya Komissiyasına müraciət etmək 

hüququ var.

I ADDIM: VTS-ə DAXİL OLMAQ

VTS-ə daxil olmaq ücün İnternet Explorer Browser link-

in üzərində siçanın düyməsini iki dəfə sıxmaqla sistemə 

daxil  olunur.  Açılmış  pəncərədə    solda  görünən  “alma” 

nişanı  seçilir  və  onun  üzərinə  basmaqla  “Qeydiyyatdan 

kecmək”

 pəncərəsinə keçilir.



II ADDIM: QEYDİYYATDAN KEÇMƏK

Qeydiyyat  səhifəsində  ardıcıl  olaraq,  “Test”  sətrində 

Sessiya (Qış, Yaz  və ya Yay), “İxtisas” sətrində Fakültə 

və  bölmə,    “Status”  sətrində  Kurs  seçilidikdən  sonra 



“Şifrəniz”

  sətrində  tələbə  şifrəsi  (10-rəqəmli  kodu)  daxil 

edilərək “Qeydiyyatdan keçmək” düyməsi basılır. Növbəti 

addımda imtahan fənni seçilir 



III ADDIM: İMTAHAN FƏNNİNİN SEÇİLMƏSİ

Qeydiyyatdan keçəndən sonra Monitorun sol tərəfində 

uyğun  sessiyanın  imtahan  fənlərinin  siyahısı    göstərilir. 

Tələbənin imtahan cədvəlinə uyğun olaraq,  bu fənlərdən 

birinin (və ya bir neçəsinin)  adının qarşısında  “Testə cavab 

vermək”

 düyməsi görünür.  Tələbə imtahan verəcəyi fənni 

seçərək “Testə cavab vermək” düyməsini sıxmaqla cavab 

vermək rejiminə keçir.



IV ADDIM: TESTLƏRƏ CAVAB VERMƏK REJİMİ

Seçdiyiniz  fənnin  qarşısında  “Testə  cavab  vermək” 

düyməsinə sıxanda aktiv pəncərə dəyişir: ekrana seçdi-

yiniz fənn üzrə testin mətni (sağda) və mətndəki sualların 

sayı qədər variantlar sırası görsənir (solda). Əgər siz bu 

rejimə yalnız test tapşırıqlarını oxumaq üçün daxil olubsu-

nuzsa və hələ test suallarına cavab vermək istəmirsinizsə, 

o  zaman,  sol  tərəfdə  olan  “Fənlər  siyahısına  qayıdıram” 

düyməsini sıxaraq geriyə qayıda bilərsiz.

Sol tərəfdə sualların sayı qədər seçim sətirləri yerləşib. 

Hər  sual  üzrə  5  cavab  sahəsi  müəyyən  olunub.  Siz 

istədiyiniz cavabı, MOUSE-in sol düyməsini sıxaraq seçə 

və ya seçdiyinizi dəyişə bilərsiz. Hər sual 1 doğru cavab-

lıdır.


Sağ tərəfdə test suallarını oxuyub, bildiklərinizi cavablan-

dırdıqdan sonra “Əminəm və cavab verirəm” düyməsinə 

sıxırsız.  Bununla  öz  cavablarınızı  təsdiqləyərək,  cavab-

larınızı  sistemdə  sizə  məxsus  olan  şəxsi-elektron  karta 

əlavə etmiş olursuz.

DİQQƏT: 

“Əminəm və cavab verirəm” düyməsini 

sıxmaqla  siz  bu  fənn  üzrə  test  tapşırıqlarına 

cavab vermiş sayılırsınız və artıq bu fənn üzrə test 

suallarını təkrar cavablandıra və ya cavablarınızı 

dəyişə  bilməyəcəksiniz.  Bu  səbəbdən  yalnız 

cavabınıza tam əmin olandan sonra “Əminəm və 

cavab  verirəm”  düyməsini  sıxmanızı  məsləhət 

görürük.

Virtual Test Sistemində (VTS) 

işləməyin əsas qaydaları

İmtahanların təşkili və biliklərin 

qiymətləndirilmə qaydaları

Son illərdə dünyanın bir çox qabaqcıl universitetlərində 

“Virtual  Test  Sistemi”  layihəsi  uğurla  tətbiq  edilir. 

Tələbələrin  biliklərinin  qiymətləndirilməsində  insan-

müəllim  subyektivliyini  və  digər  subyektiv  faktorla-

rı    minimuma  endirməklə  obyektivliyin  təmin  edilməsi 

məqsədilə  ATU-nun  rekotru,  millət  vəkili,  akademik 

Əhliman  Əmiraslanovun  əmrilə  “Virtual  test  Mərkəzi” 

(VTM) yaradılmışdır. Artıq 2011-2012-cı tədris ilinin qış 

sessiyasından başlayaraq universitetdə imtahanlar Vir-

tual Test üsulu ilə aparılır. VTM-də iki kompyuter zalında 

250-yə yaxın kompyuter quraşdırılaraq, lokal şəbəkədə 

birləşdirilmiş  və  ümumi  server  vasitəsilə  idarə  edilir. 

Bu mərkəzdə bir gündə 1000 nəfərdən çox tələbə im-

tahan  verə  bilir.  İmtahan  prosesinin  şəffaflığını  təmin 

etmək  üçün  hər  bir  kompyuter  zalında  yerləşdirilmiş 

xüsusi  veb-kameralar    vasitəsilə  imtahan  prosesinin 

video-yazılışı  aparılır.  Kameraların  çəkdiyi  görüntülər 

birbaşa olaraq rektorun otağındakı və VTM-dəki əsas 

kompyuterlərə ötürülür. 

İmtahan  zamanı  ATU  tələbələri  elektron  şəxsi  işinin 

kodunu daxil etməklə öz səhifəsində imtahan bölməsinə 

girib  testdə  iştirak  edir.  Cavablar  təsdiqlənən  kimi 

düzgün cavab variantları və yığılan balların sayı ekrana 

çıxır.  Tələbənin  səhifəsində  onun  haqqında  zəruri 

məlumatlar  (adı,  kursu,  fakültəsi,  şəkli),  o  cümlədən 

verdiyi  imtahanlar  barədə  informasiya  (imtahan  günü, 

vaxtı,  davametmə  müddəti,  verilən  cavab  variantları, 

toplanılan bal və s.) yer alır. 

VTM-də  imtahanların  mütəşəkkil  keçirilməsi  üçün 

tələbələr  üçün  xüsusı  qaydalar  və  təlimatlar  hazılan-

mışdır. İmtahan prosesində tələbə monitorda gördüyü 

sualın cavabını dialoq rejimində kompyuterə daxil edir 

və imtahanın sonunda operativ olaraq topladığı balı bilir. 

Hər bir tələbənin imtahan nəticələri serverdə tələbənin 

şəxsi elektron arxivində yadda saxlanır.



«Virtual Test 

Sistemi» haqqında

http://www.amu.edu.az

15 yanvar 2015-ъi ил

6



 



Dünya 

əha lisi-

nin  təx minən  10 

faizi 

revmatik 

xəstəliklərə tutulub. Ümumdünya 

Səhiyyə Təşkilatının məlumatına 

görə, 

əmək 

qabiliyyətini 

müvəqqəti 

itirənlərin 

üçdə 

biri,  əlillərin  isə  onda  biri  bu 

xəstəliklərdən əziyyət çəkir. Buna 

görə  də  revmatik  xəstəliklərin 

profilaktikası,  vaxtında  aşkar 

olunması  və  müalicəsi  mühüm 

vəzifədir.

Klinik  Revmatik  xəstəliklərin 

profilaktikası üçün hansı tədbirlər 

görülməlidir?  Hansı  əlamətlərdən 

şübhələnmək  lazımdır,  vaxtında 

müalicə üçün hansı addımlar atıl-

malıdır? Bu sualları tibb elmləri 

namizədi,  daxili  xəstəliklər  ka-

fedrasının  dosenti  Həsənağa 

Qənbərov cavablandırır. 

-  Revmatik  xəstəliklərin 

ilk əlamətləri hansılardır?

- Revmatik xəstəliklərin əksəriy-

yəti  oynaq  ağrıları  ilə  müşayiət 

olunur. Revmatizmdə (düzgün adı 

kəskin  revmatik  qızdırma)  isə  bu 

cür ağrılar uzun sürmür, heç bir iz 

qoymadan keçib gedir.

Xəstəlik  streptokok  infeksi-

yası  orqanizmə  keçəndən  sonra 

temperaturun  yüksəlməsi,  ümu-

mi  zəiflik,  böyük  oynaqların 

simmetrik  şişməsi,  qızarması  və 

şiddətli  ağrısı  ilə  başlanır.  Oy-

naq  ağrıları  xəstənin  hərəkətini 

məhdudlaşdırsa  da,  ötəri  xarakter 

daşıyır  və  bir-iki  həftəyə  keçib 

gedir.  Lakin  revmatizmin  ürəkdə 

və  digər  orqanlarda  törətdiyi  pa-

toloji proses hələ uzun müddət da-

vam edir. Buna görə də xəstəxana 

şəraitində  xüsusi  müalicə  olun-

maq,  sonra  isə  bir  neçə  il  profi-

laktika tədbirləri həyata keçirmək 

lazımdır.



-  Əhali  arasında  daha  çox 

yayılmış  revmatik  xəstəlik 

hansıdır?

-  Oynaqların  ağrısı  ilə 

müşayiət edilən ən geniş yayıl-

mış revmatik xəstəlik artrozdur. 

Artroz və ya osteoartroz zama-

nı  oynaqdaxili  qığırdaqlarda 

degenerativ  dəyişikliklər  gedir 

və onların qidalanması pozulur. 

Nəticədə  amortizator  rolunu 

oynayan,  hərəkət  vaxtı  oynağa 

düşən  yükü  azaldan  qığırdaq 

tədricən  itir  və  birləşdirici  to-

xuma ilə əvəz olunur. Prosesin 

qarşısı alınmasa, oynaq səthinə 

düşən  təzyiq  artır,  o,  deforma-

siyaya  uğrayır  və  kənarlarında 

sümük çıxıntıları inkişaf edir. 

Artroz  xəstəliyi  zamanı  ən 

çox fəqərələr, bud-çanaq və diz 

oynaqları,  əlin  son  barmaqları 

zədələnir.  Oynaqlarda  ağrılar 

hərəkət  vaxtı  meydana  çıxır, 

günün axırında və soyuq hava-

da şiddətlənir.



-  Bəs  artroz  xəs təliyinin 

qarşısını necə almaq olar?

-  Bunun  üçün  xəs təliyin 

əmələ  gəlməsində  böyük  rol 

oynayan  kökəlmə  ilə  gənc  yaş-

larından  mübarizə  aparmaq, 

ağır  fiziki  işdən,  peşə,  idman 

zədələnmələrindən  qorunmaq  la-

zımdır, əmək və istirahət düzgün 

növbələşdirilməlidir.

Artroz  xəstəliyi  başlamışsa, 

revmatoloqun nəzarəti altında ildə 

1-2  dəfə  müalicə  kursu  keçmək 

lazımdır.  Oynaqlara  düşən  fiziki 

yükü xeyli artırmaq, çox gəzmək, 

uzun  müddət  ayaq  üstə  dayan-

maq,  ağırlıq  qaldırmaq,  qaçmaq 

və  ritmik  gimnastika  ilə  məşğul 

olmaq məsləhət görülmür. Əksinə, 

oynaqdaxili  mübadiləni  yaxşılaş-

dıran  fizioterapevtik  və  su  pro-

sedurlarından  istifadə  etmək  və 

müalicə bədən tərbiyəsi ilə məşğul 

olmaq lazımdır. 

- Amma artrozla yanaşı, artrit 

xəstəliyini  də  adı  çox  çəkilir. 

Bunların fərqi nədir?

 

-  Oynaq  xəstəlikləri  arasında 

artrozlardan  sonra  ən  geniş  yayı-

lanı  revmatoidli  artritdir.  20-50 

yaşlı adamlarda təsadüf edilən bu 

xəstəlik  xroniki  xarakter  daşıyır, 

əlilliyə  səbəb  ola  bilər.  Qadınlar 

həmin  xəstəliyə  kişilərə  nisbətən 

2-3 dəfə çox tutulurlar. 

Revmatoidli  artrit  zamanı  oy-

naqların  və  birləşdirici  toxumaya 

malik olan digər orqanların xroni-

ki iltihabı baş verir. Xəstəlik əksər 

oynaqların  simmetrik  şişməsi, 

ağrısı,  hərəkətin  məhdudluğu, 

yüksək  temperatur  və  ümumi 

zəiflik ilə başlayır. Ağrılar səhərlər 

çox olur, gün ərzində tədricən aza-

lır.

İltihablı  oynaqların  üzərində 



dərinin  rəngi  dəyişmir,  lakin 

həmin  yerdə  hərarətin  yüksəldiyi 

hiss olunur. Ən çox əlin orta bar-

maqları və diz oynaqları zədələnir. 

Revmatoidli  artrit  xəstəliyi  vax-

tında  və  düzgün  müalicə  olun-

madıqda,  tədricən  oynaqların  de-

formasiyası,  eybəcərləşməsi,  tam 

hərəkətsizlik, xəstələrin daimi ya-

tağa düşməsi ilə nəticələnir.

Məsələn, 23 yaşlı bir qız klinika-

ya çox ağır vəziyyətdə gətirilmişdi, 

bütün oynaqlarında bərk ağrı, şiş-

kinlik, hərəkət məhdudluğu vardı, 

temperaturu  yüksəlmişdi.  O,  10 

il  idi  xəstələnmişdi,  son  bir  ildə 

demək  olar  yataqdan  qalxmamış-

dı, hərəkət edə bilmirdi, çəkisi aza-

lıb 35 kiolqrama enmişdi. Aparılan 

düzgün müalicədən cəmi bir həftə 

sonra xəstə gəzməyə başladı, ağrı-

ları azaldı və üç həftə sonra o,evə 

yazıldı.

Buna  görə  də  müalicənin 

səmərəsi  onun  tez  və  düzgün 

aparılmasından  asılıdır.  Bəzi 

xəstələr  dostunun,  qohumunun 

məsləhəti  ilə  ara-sıra  ağrıkəsici 

dərmanlar qəbul edib, müxtəlif ot-

ları  dəmləyib  içir,  beləlliklə  guya 

müalicə olunurlar. Əslində isə vaxt 

itirib  vəziyyətlərini  daha  da  ağır-

laşdırırlar.

Revmatoidli  artrit  xəstəliyinə 

tutulanlar  həkim  nəzarəti  altında 

uzun  müddət  xüsusi  dərmanlarla 

müalicə olunmalıdırlar. Xəstəliyin 

kəskin  dövrü  keçdikdən  sonra 

dərmanlarla  yanaşı  fiziki  üsullar 

və kurort müalicəsi tövsiyə edilir. 

Ən  çox  palçıq,  naftalan  nefti  və 

hidrogen-sulfidli  sularla  müalicə 

məqsədəuyğundur.

Təcrübə  göstərir  ki,  kurort 

müalicəsi zamanı çox vaxt xəstələr 

dərmanlardan imtina edirlər. Bu isə 

xəstəliyin  kəskinləşməsinə  səbəb 

olur. Unutmaq olmaz ki, revmato-

idli artritin kompleks müalicəsində 

dərmanlar əsas yer tutur. Xəstələr 

eyni  zamanda  müalicəvi  bədən 

tərbiyəsi  ilə  müntəzəm  məşğul 

olmalıdırlar.Qidalanma 

zamanı 


xörək duzundan az, meyvə-tərəvəz 

və  zülallardan  (ət,  balıq,  kəsmik) 

müntəzəm istifadə etmək lazımdır.

Günel ASLANOVA



 



Bir  çoxları  özünü  yor-

ğun  hiss  etsələr  də,  bu 

yorğunluğun nədən qay-

naqlandığını  bilmirlər.  Halbuki  bu-

nun  səbəbi  heç  ağlımıza  gəlməyən 

səbəblər  də  ola  bilər.  Oxuculara 

həmin  səbəbləri  təqdim  edirik.  Bu 

səbəblərdən  biri  uzun  müddət  eyni 

vəziyyətdə  oturmaq  ola  bilər.  Bu 

hal ən çox televizora baxanda və ya 

kompyuter arxasında oturarkən olur. 

Belə  ki,  bədən  hərəkətsiz  qalmaqla 

yatmağı eyni cür qavrayır. Buna görə 

də,  oturarkən  tez-tez  gərilin,  qalxıb 

bir az hərəkət edin.

Boşuna  enerji  sərf  etdirən  ikinci  səbəb 

pis  duruş  vəziyyətidir.  Belə  ki,  əgər  insan 

önə əyilərsə, əyri durarsa, onurğanın taraz-

lığı pozular və əzələlər də bu tarazlığı bərpa 

etmək  üçün  enerji  sərf  edər.  Buna  görə, 

hərəkət  edəndə,  oturanda  və  ya  ayaq  üstə 

ikən düz durulmalı, baş önə əyilməməli, qu-

laqlar çiyinlərin üstündə olmalıdır. 

    Üçüncü səbəb aşağı kalorili pəhrizlərdir. 

Gündəlik 850-dən az kalorili qidalarla pəhriz 

insanları daha yorğun edir, hətta sağlamlıq-

larına da ziyan vura bilər. Hazır və şəkərli 

qidalardan uzaq durun, həftədə 1 kilodan ar-

tıq çəki verməməyə çalışın. 

Qapalı  yerlərdə  çox  olmaq  da  yorğunlu-

ğa səbəb olur, xüsusilə də «evdən işə, işdən 

evə»  kimi  həyat  tərzi  keçirənlərdə.  Buna 

görə gündə ən azı 10 dəqiqə piyada gəzin ki, 

günəş işığından və təmiz havadan faydalana 

biləsiniz.

Daimi  narahatlıq  və  stress  zamanı  da 

əzələlər  gərildiyindən  bədəndə  yorğunluq 

yaranır.  Buna  görə  gün  ərzində    işlərinizi 

sahmana salın ki, hansısa problem haqqında 

düşünməyəsiniz.



 

Uzaq 

keçmişdən 

indiyədək 

müasir 

dövrümüzdə 

belə, 

Şərqdə, əsasən də Çin və Yaponi-

yada yemək yeyərkən çubuqlardan 

istifadə edirlər.

Onların  özlərinin  dediklərinə  görə, 

yemək  yeyərkən  çubuqlardan  istifadə 

etmək  olduqca  rahatdır.  Digər  tərəfdən 

səyyahların, zəvvarların, yolçuların özləri 

ilə  yemək  üçün  ləvazimat  gəzdirməsinə 

ehtiyac  qalmır.  Yemək  üçün  çubuqları 

istənilən  ağac  budağından  hazırlamaq 

mümkündür.

  Çin və yapon xalqlarına görə, çubuqlar-

la yeməyin müsbət və xeyirli tərəfləri çox-

dur. Belə ki, yemək yeyərkən çubuqlardan 

istifadə  edərkən,  yeməyi  az-az  götürmək 

olur.  Gigiyenik  baxımdan  –    barmaqlar 

yeməyə  toxunmur.  Digər  xeyirli  tərəfi  – 

sağlamlıqdır. 

Qədim  Çin  həkimləri  bunu  belə  izah 

edirdilər:  yemək  zamanı  çubuqlardan 

istifadə edərkən əllərdə həyat üçün vacib 

olan  40-a  yaxın  nöqtələr  masaj  olunur. 

Yapon  həkimləri  isə  əmin  edirlər  ki,  çu-

buqlarla yeməyə başlayan uşaqlar qaşıqla 

yeməyə  başlayan  uşaqlara  nisbətən  daha 

tez böyüyürlər və daha sağlam olurlar.

    Şərq  aləmində  bu  çubuqlar  simvolik 

əhəmiyyət  də  daşıyır.  Belə  ki,  yeni  ailə 

quranlara bu çubuqlardan hədiyyə edirlər. 

Bu  da  Şərq  inanclarına  görə,  yeni  qu-

rulan  ailələrdə  həmrəyliyi,  ayrılmazlığı 

simvolizə edir.

    Çin  və  Yaponiyada    yeni  doğulmuş 

körpələrə  üç-dörd  aylıq  olarkən,  daha 

dəqiq desək, körpə ilk dəfə düyü yeməyi 

yeyərkən  çubuqlardan  istifadə  edilir  və 

körpənin  valideynlərinə  bu  çubuqlardan 

hədiyyə edilir.

    Yemək  üçün  çubuqlar,  əsasən  han-

sı  materiallardan  düzəldilir?  Qədim 

dövrlərdə  çubuqlar  adətən,  ağacdan  ha-

zırlanırdı,  daha  sonralar  bunu  həm  də 

sümük əvəz etdi. Çubuq Çin-Yapon milli 

yeməkxanalarının ayrılmaz hissəsinə çev-

rilmişdir  və  qaşıq-çəngəl  əvəzi  çubuqlar 

qoyulur.


Mütəxəssis sözü

Oynaqlarınız ağrıyırsa...

Yorğunluğu aradan 

qaldırmağın yolları

Çubuqla yeməyin faydaları

Sağlam həyat tərzi 

15 yanvar 2015-ъi ил

http://www.amu.edu.az

7

Hansı  vərdişlər  ömrü  qısaldır  və 

ya uzadır?

Rusiya  KİV-lərinə  istinadən  xəbər 

verir  ki,  alimlər  bu  suala  aydınlıq 

gətirmək  məqsədilə  araşdırma-

lar  aparıblar  və  maraqlı  nəticələrə 

gəliblər.

Məlum olub ki, yaxın adamlarla, ta-

nışlarla görüş yerinə, eləcə də işə və 

məktəbə gecikənlər, tıxaca düşənlər 

öz  sağlamlıqlarına  ağır  zərbə  vurur-

lar.  Təsəvvür  edin  ki,  siz  uşağınızı 

məktəbə  aparanda,  yaxud  işə  yol-

lananda  gecikirsiniz.  Özünüzü  necə 

hiss  edəcəksiniz?  İstər-istəməz  na-

rahat  olmağa  başlayacaqsınız  və 

əsəbiləşəcəksiniz.  Bütün  bunlar  isə 

stress deməkdir. Britaniyalı alimlərin 

fikrincə,  bir  yerə  daim  gecikənlər 

ömürlərini  minimum  üç  il  azaldırlar. 

Nəticə budur ki, dəqiqlik ömrü uzat-

maq üçün ən yaxşı vasitədir.

Alimlər  hesab  edirlər  ki,  faydalı 

vərdişlərə  başlamaq  heç  vaxt  gec 

deyil. Gün ərzində 25 dəqiqə gəzinti, 

velosiped sürmək və ya üzgüçülüklə 

məşğul  olmaq  xəstəxanaya  düşmək 

ehtimalını 50 faiz azaldır.

Cənubi  Kaliforniya  Universiteti-

nin  tədqiqatçıları  isə  zehni  əməklə 

məşğul  olan  55  yaşdan  yuxarı  in-

sanların iş qabiliyyətini və yaddaşını 

öyrəniblər. Aşkar ediblər ki, gündəlik 

təmiz havada gəzənlərin beyin funk-

sionallığı gənclərdə olduğu kimidir.



Yüklə 249,94 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin