Yanvarın 28-də Bö yük Elmi Şuranın



Yüklə 8,83 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix21.01.2017
ölçüsü8,83 Mb.
#6071
  1   2   3   4

u

 

                  



Yanvarın 28-də Bö-

yük  Elmi  Şuranın 

2014-cü  ildə  ilk  yığıncağı 

keçirildi.  Yığıncağı  açan 

universitetin rektoru, millət 

vəkili,  akademik  Əhliman 

Əmiraslanov  şura  üzvlərini 

yeni  il  münasibətilə  təbrik 

etdi.

Biofiziki  və  bioüzvi  kim-

ya  kafedrasının  dosenti, 

8  il  əczaçılıq  fakültəsinə 

rəhbərlik 

etmiş 


Xəlil 

Xəlilovun 

xatirəsi 

bir 


dəqiqəlik  sükutla  yad 

olundu.  Bundan  son-

ra 

gündəlikdə 



duran 

məsələlərin  müzakirəsinə 

başlanıldı. 

Əvvəlcə  “ATU-nun 

əczaçılıq  fakültəsində 

tədrisin  vəziyyəti  və 

gənc  mütəxəssislərin 

hazırlanmasının  yax-

şılaşdırılması    işində 

kollektiv 

qarşısın-

da  duran  vəzifələr” 

barədə  fakültənin  de-

kanı,  professor  Tahir 

Süleymanovun  hesa-

batı dinlənildi. 

Fakültənin professor-

müəllim  heyəti  və 

tələbələrinin  respubli-

Tədbiri  universitetin  rektoru,  Milli  Məclisin  deputatı, 

akademik  Əhliman  Əmiraslanov  açaraq  ötən  əsrin  90-

cı  ilində  Azərbaycanın  müstəqilliyi,  ölkəmizin  azadlığı 

uğrunda  küçələrə  çıxmış  insanlara  qarşı  çox  dəhşətli 

vəhşiliklərin  törədildiyini,  əliyalın  insanlara  ağır  si-

lahlardan  atəş  açıldığını,  qocalara,  uşaqlara  da  rəhm 

edilmədiyini  xatırladıb:  “Qorbaçov  Bakıda  fövqəladə 

vəziyyət  elan  edilməsi  ilə  bağlı  fərman  imzalaması-

nı  onunla  əsaslandırmışdır  ki,  guya  Azərbaycanda  rus 

əhalisinə  qarşı  böyük  təhlükə  yaranıbdır.  Onlara  qarşı 

ağır cinayətlər törədilir. Ona gərə də imperiyanın ordusu 

Azərbaycana yeridilir. O vaxt biz Moskvada idik. Mərkəzi 

televiziyada təxribat xarakterli məlumatlar yayır, faciənin 

miqyasını kiçiltməyə çalışırdılar. Azərbaycanla əlaqə ya-

ratmaq isə mümkün deyildi. Ölkə daxilində də müəyyən 

qüvvələr  dəqiq  informasiyanın  dünya  ictimaiyyətinə 

çatdırlmasına mane olurdular. Həmin günlərdə  azadlıq 

mücadiləsinə qalxmış xalqın iradəsini qırıb böyük imperi-

yanı saxlamaq istəyirdilər. Amma xalqın iradəsi, mərdliyi 

sayəsində bu planlarını reallaşdırmağı bacarmadılar”. 

Rektor  bildirib  ki,  o  dövrdə  siyasi  rəhbərlikdən 

kənarlaşdırılan xalqımızın dahi oğlu, ümummilli lider Heydər 

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 02 (1577)  31 yanvar 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

 

Азярбайъан Республикасынын 



Президенти Илщам ЯЛИЙЕВ

:

 

«Mən  istəyirəm  ki,  hər  bir  insan  yaxşı 

yaşasın,  hər  bir  insanın  maddi  imkanları 

artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, 

müəllimlər  yaxşı  məktəblərdə  dərs  desinlər. 

Həkimlər  gözəl  xəstəxanalarda  işləsinlər  və 

insanlarımız da sağlam olsunlar».

* * * 


«Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. 

Bunu  etmək  üçün  bizim  bütün  imkanlarımız 

var.  Həm  iqtisadi,  həm  siyasi  imkanlar,  həm 

də  insanların  intellektual  səviyyəsi,  dövlət 

siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən 

gələcəyin üfüqləri».

* * *


«Əsas  məsələ  odur  ki,  biz  dünyada 

mövcud  olan  ən  müsbət  təcrübəni  götürək, 

Azərbaycanda  tətbiq  edək,  mövcud  olan 

vəziyyətə  uyğunlaşdıraq.  Beləliklə,  gənc  nəsil 

peşəkar  kadrlara  çevriləcəkdir.  Təhsil  bizim 

gələcəyimizdir, 

inkişaf 

perspektivlərimizi 

müəyyən edən ən başlıca sahədir»

BÖYÜK ELMİ ŞURADA

20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB



 Yanvarın 16-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının konf-



rans zalında 20 yanvar faciəsinin 24-cü  ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. 

ATU-da qış imtahan sessiyası 

başa çatmaqdadır

Ağ  ciyər xəstəlikləri tibbin qlobal 

problemlərindən biridir

Bu sayımızda

Aclığın yaranma səbəbləri         

Virtual imtahan sisteminin 

üstünlüyü nədədir?

Türkiyəli alimlər tibbdə 

inqilabi nailiyyət əldə 

ediblər

5

5

7

7

 

Möcüzə xaş

(Oynaqlar üçün gel – balzam)

Naturalistin qeydləri.

(XX əsrin əvvəllərinə aid qəzet 

məqaləsindən parça)

Yeni sistem şəffaflığa 

dərəcədə təkan 

verəcək?

http://www.amu.edu.az

31 yanvar 2014-ъц ил

2

Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndiliyinə 

gələrək  kəskin  bəyanat  ver mə si,  günahkarların  cəza lan-

dı rılmasını  tələb  etməsi  nəticəsində  faciənin  səbəbləri 

haqqında  həqiqi  informasiyalar  bütün  dünyaya  çatdırıldı. 

Məhz ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra 

20 yanvar faciəsinə hüquqi, ictimai-siyasi qiymət verilməsi 

mümkün oldu”. 

Qanlı 20 yanvarın Azər bay can xalqının yaddaşında ayrı-

ca  yer tutduğunu deyən  ictimai fənlər kafedrasının müdiri, 

professor Qoşqar Əliyev bu günü həm də xalqımızın böyük 

qəhrəmanlıq səhifəsi adlandırıb. O dövrdə baş verən tarixi 

hadisələrə ekskurs edərək Azərbaycan xalqının  öz müs-

təqilliyi,  azadlığı  uğrunda  mü ba rizəyə  qalxdığını  bildirib: 

“Azərbaycan artıq ilk qaçqınlarını qəbul etmişdi. Dağlıq Qa-

rabağda azərbaycanlılara qarşı təcavüzlər baş qaldırmışdı. 

Ətrafında ermənilərin və ermənipərəst qüvvələrin toplandı-

ğı SSRİ hökuməti ədalətsiz mövqe tutmuşdu.  Hələ 1989-

cu  ilin  de kabrın da    SSRİ  Nazirlər  So vetinin  sədri  Fransa 

te le vi ziyasına  müsahibə  verə rək  Azərbaycana  qoşun  ye-

ridilməsi haqqında fikirlər səs ləndirmişdi. Yanvarın əv vəl-

lərində Ermənistana zi rehli texnikanın verilməsi göstərirdi 

ki,  mərkəzi  hakimiyyət  bu  mü naqişədə  Ermənistanın 

tə rəfindədir.  Tarixdə  belə  bir  anoloq  olmayıb  ki,  güc 

nazirliklərinin  rəhbərləri  mü haribə  aparan  və  ya  aparma-

yan  ölkəyə  səfər  edib  hazırlıq  işlərində  iştirak  etsinlər. 

Amma  Qorbaçovun  göstərişi  ilə  Müdafiə  naziri  və  Daxili 

İşlər  naziri  Azərbaycanda  olublar,  bu  qırğının  törədilməsi 

üçün hazırlıq işlərində bilavasitə iştirak ediblər”.

O,  ölümləri  ilə  qorxunu  öldürən  20  yanvar  şəhidlərinin 

heç vaxt unudulmayacaqlarını, doğma Azərbaycanımızda, 

dünyanın  70-dən  artıq  ölkəsində  fəaliyyət  göstərən  soy-

daşlarımızın qəl bində əbədi yaşayacaqlarını söy lə yib. 

Tədris  Cərrahiyyə  Klinikası nın  direktoru,  dosent  Hacı-

qulu  Bağırov  20  yanvar  ha di sələrində  həkimlərin,  xü-

su silə  Azərbaycan  Tibb  Universitetinin  əməkdaşlarının, 

tələbələrinin  fə dakarlığından  danışıb.  O  vaxt  Tə cili 

Yardım  Xəstəxanasında  çalışan  Tibb  Universitetinin 

əməkdaşlarının  rəhbərlik  tərəfindən  göstəriş  olmadan 

növbədə  qaldıqlarını,  ilk  yaralıları  hansı  şəraitdə  qəbul 

etdiklərini  yada  salıb:  “Aradan  10-15  dəqiqə  keçmiş  1-ci 

xəstəni  gətirdilər.  Mən  həmin  xəstəni  əməliyyat  otağına 

götürdüm. Ətrafın güllə yaralanması idi. Yara işləndikdən 

sonra  xəstə  palataya  göndərildi.  Əməliyyat  önü  otaqda, 

bütövlükdə əməliyyat blokunda çoxlu xəstələr vardı.

Növbəti  əməliyyat  başlayanda  artıq  işıqlar  sönmüşdü. 

Tələbələrin, tibb işçilərinin köməyi ilə lampa və şam işığın-

da əməliyyat etməli olduq”.

O  vaxt  baş  həkim  işləyən  Cahangir  Əli  oğlunun,  pro-

fessor  Çərkəz  Cəfərovun,  akademik  Adilə  Namazova-

nın  xidmətlərini  xüsusi  qeyd  edən  H.Bağırov  dünyasını 

dəyişən professor Bəybala Abasov, Mirzəxan Əliyev, Nadir 

Qurbanzadə, Vaqif Yusubov, Vaqif Rüstəmov və İkram Ab-

basova Allahdan rəhmət diləyib. 

H.Bağırov  Azərbaycanın  azadlığını,  şərəf  və  ləyaqətini 

hər şeydən uca tutaraq şəhidlik zirvəsinə yüksələn Vətən 

övladlarının ruhu qarşısında baş əydiyini deyib. Dövlət baş-

çısı  İlham  Əliyevin  görüşünə  gələn  xarici 

qonaqların şəhidlərimizin şərəfinə ucaldıl-

mış abidənin önündəki məşəlin qarşısında 

baş əyməsini isə 20 yanvar faciəsinə artıq 

beynəlxalq aləmin biganə qalmaması kimi 

qiymətləndirib.

Ümumi  cərrahiyyə  kafedrasının  pro-

fessoru  Cabbar  Hacıyev  20  yanvardan 

söz  düşəndə    həmişə  gözünün  önünə 

qırmızı  qərənfillərin  gəldiyini  deyib:  “Tələbəlik 

illərində məndə qərənfilə qarşı bir simpatiya var-

dı. Ad günlərində, 8 Martda kimisə təbrik edəndə 

qərənfil  alardıq,  həm  qırmızı  qızılgülə  nisbətən 

ucuz idi, həm də gəncliyin simvolu sayılırdı. Hər 

dəfə  qərənfil  alanda  yadıma  rəhmətlik  Nüsrət 

Kəsəmənlinin şeiri düşürdü: 

“İndi sevənlər üçün 

bir qərənfil dəbdədi, Yumul, bənövşəm, yumul!”

Yəni qərənfilə bir məhəbbət gülü kimi baxırdıq. Ancaq 20 

yanvarda Azərbaycana, Bakıya təkcə mərmi, güllə yağışı 

yağmadı, eyni zamanda qırmızı qərənfil yağışı yağdı. Qısa 

müddətdə  bütün  Azərbaycan,  Bakı  şəhid  qanı  hopmuş 

qərənfillərə  büründü.  Bu  günlərdə  qərənfilə  münasibətim 

dəyişdi.  Şəhid  gülü  oldu,  məhəbbət  gülü  yox.  İndi  isə 

Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirini xatırlayıram: 

O  gecə  yaralılara  yardım  göstərən  həkimlərə,  tibb 

işçilərinə də atəş açıldığını söyləyən professor Tibb Univer-

sitetinin müəllim və tələbələrinin fədakarlığını xüsusi qeyd 

edib: “Qəzeti yandırıb işığında əməliyyat aparırdılar. Qorxu 

yox idi ki, oksigen balonu partlaya bilər. Çox şükür ki, bu 

gün müstəqilik, Azərbaycanın sükanı etibarlı əllərdədir”. 

II  müalicə-profilaktika  fakül tə sinin  II  kurs  tələbəsi  Xa-

tun  Məmmədova  tələbələr  adından  çıxış  edərək  1990-

cı  il  yanvarın  19-dan  20-ə  keçən  ge cə  amansızcasına 

qətlə  yetirilən  günahsız  insanların  xatirəsini  gənclərin 

daim əziz tutduqlarını , eyni zamanda öz ölkəsinin, xalqı-

nın  müstəqilliyi  yolunda  şəhid  olanlarla  qürur  duyduqla-

rını bildirib: “20 yanvar faciəsi həm də xalqımızı daha sıx 

birləşdirdi.  Artıq  müstəqil  Azərbaycanımızın  müstəqil  və 

azad vətəndaşıyıq. Müstəqilliyimizin əbədi olduğunu bütün 

dünyaya sübut edəcəyik”.

Azərbaycanın hər bir övladının bu hadisə haqqında saat-

larla danışa biləcəyini vurğulayan Ə.Əmiraslanov bir daha 

xatırladıb  ki,    həmin  gün  xalqımız  ən  dəyərli  övladlarını 

itirdi.  Böyük  itkilərə  baxmayaraq  əsas  təsəllimiz  bugünkü 

müstəqil Azərbaycanımızdır. Şəhidlərimizin qanı bahasına 

və  Azərbaycan  xalqının  iradəsi,  ulu  öndərimizin  apardığı 

istər  xarici,  istər  daxili  siyasət  sayəsində  ölkəmiz  dünya-

nın  inkişaf  etmiş  ölkələri  arasında  öz  layiqli  yerini  tutur. 

Möhtərəm  prezidentimiz  İlham  Əliyevin  uğurlu  siyasəti 

inkişaf  tempini  daha  da  sürətləndirib.  Mənə  elə  gəlir  ki, 

gənclərimiz də  yaradılan şəraitə qədirbilənliklə yanaşaraq 

qan  yaddaşımıza  çevrilən  hadisələrdən  nəticə  çıxarmalı-

dırlar. 

Düşmənlərimiz Azərbaycana qarşı irimiqyaslı işlər apa-

rırlar.  Dünən  biz  Milli  Elmlər  Akademiyasının  Rəyasət 

Heyətinin iclasında multimedia, internet vasitəsilə yayılan 

qərəzli yazıları müzakirə edirdik. Azərbaycandaki internet 

resurslarının 5/1-nin olmadığı Ermənistanın dünya miqya-

sında yerləşdirdiyi yazıların say nisbəti bizimlə müqayisədə 

xeyli çoxdur. Özü də bu yazıları yerləşdirənlər və yayanlar 

gənclərdir. 

Təəssüflər  olsun  ki,  bizim  bəzi  gənclər  haqlı  mövqeyi-

mizi dünyaya çatdırmaq əvəzinə Azərbaycandan kə nar da 

düşmən  dəyirmanına  su  tökürlər.  Bu  insanlar  ermə nilərə 

və  onların  havadarlarına  əsas  verirlər  ki,  Azərbaycanın, 

Qarabağın tarixinə dair qeyri-obyektiv məlumatlar yaysın-

lar,  hətta  məşhur    şair  və  yazıçılarımızın  başqa  xalqlara 

mənsub olmasını sübut etməyə cəhd göstərsinlər.

Gəncləri milli əhəmiyyət kəsb edən məsələlərdə ayıq-sa-

yıq olmağa çağıran akademik bu istiqamətdə atılan hər bir 

addımı  həm  də  şəhidlərimizin  müqəddəs  ru hu na  sonsuz 

ehtiram kimi dəyərləndirib.



A.KAMRANOĞLU

A

zərbaycan Milli Elmlər Akademiyasının 

(AMEA) Mərkəzi Elmi Kitabxanası 

ümummilli lider, görkəmli siyasi və dövlət 

xadimi Heydər Əliyevin zəngin irsini əks 

etdirən iki cilddən ibarət “Heydər Əliyev. 

Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-

biblioqrafik göstəricisini hazırlayaraq “Şərq-

Qərb” nəşriyyatında çap etdirmişdir.  

AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a 

bildirmişlər  ki,  biblioqrafik  göstəricinin  1-ci  cildində 

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyində 

əks olunmuş siyasi, ictimai və sosial əhəmiyyətə ma-

lik materiallar “Dövlətçilik, müstəqillik və demokratiya”, 

“Milli  təhlükəsizlik”,  “Ordu  quruculuğu”,  “Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi”,  “İqti-

sadiyyat”,  “Neft  strategiyası”,  “Aqrar  siyasət”,  “Elm 

və  təhsil”,  “Mədəniyyət,  ədəbiyyat,  dil,  incəsənət”, 

“Bədən  tərbiyəsi  və  idman”,  “Tibb  və  səhiyyə”,  “Milli 

mənəvi dəyərlər”, “Qadın və ailə”, “Uşaq və gənclər” 

bölmələrində, 2-ci cildində isə “Dünya  azərbaycanlıları”, 

“Dövlətlərarası  münasibətlər,  beynəlxalq  təşkilatlar”, 

“Tarix və tarixi hadisələr”, “Azərbaycanın şəhərləri və 

bölgələri” bölmələrində təqdim edilir.

Ən  yaxın  və  şanlı  tariximizin  araşdırılması,  Heydər 

Əliyev  dühasının  Azərbaycan  tarixindəki  təkrarsız 

xidmətlərini  öyrənmək  üçün  nəzərdə  tutulan  biblioq-

rafik  göstəricidə,  eyni  zamanda,  Ümummilli  Liderin 

səhhəti ilə bağlı mütəmadi Azərbaycan ictimaiyyətini 

məlumatlandıran  Azərbaycan  Prezidentinin  Mətbuat 

Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer ve-

rilmişdir.

Külliyyatın buraxılışına məsul Azərbaycan Respub-

likası  Prezident  Administrasiyasının  rəhbəri,  akade-

mik  Ramiz  Mehdiyevin  sonuncu  cilddə  əks  olunan 

“Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşa-

dan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” 

və  biblioqrafik  göstəricinin  hazırlanması  layihəsinin 

rəhbəri, akademik Akif Əlizadənin “XX əsrin qüdrətli 

siyasi lideri” məqalələri də biblioqrafik göstəricidə xü-

susi yer tutur.

AMEA  rəyasət  heyətinin  qərarı  ilə  çap  olunan  bib-

lioqrafik  göstəricinin  elmi  redaktoru,  akademik  İsa 

Həbibbəyli, tərtibçi-müəllifi filologiya üzrə elmlər dok-

toru Aybəniz Əliyeva-Kəngərlidir.

Ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən iki cilddən ibarət 

“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik 

göstəricisi çap edilmişdir

20 YANVAR ŞƏHİDLƏRİNİN 

XATİRƏSİ ANILIB

 Sinələr güllə-güllə,

 Qan axır,  dönür gülə. 

Qərənfillər ağlayır 

Düşmənə gülə-gülə,

 Ağla, qərənfil, ağla! 

Bəxti asılan qıza,

Hünəri aslan qıza,

Toyu yas olan qıza

 Ağla, qərənfil, ağla.

Bu təklənmiş şirlərə, 

Bu arxasız ərlərə, 

Bu talesiz nərlərə 

Ağla, qərənfil, ağla!

Xeyrə şər üstün gəldi,

 İniltili ün gəldi...

 Ağlamalı gün gəldi,

Ağla, qərənfil, ağla!”


31 yanvar 2014-ъц ил

http://www.amu.edu.az

3

kamızın bütün sahələrində nəzərə çar-

pan  tərəqqiyə  ürəkdən  sevindiklərini 

bildirən  dekan  bildirdi  ki,  kollektivin 

bütün  üzvləri  ümummilli  liderimiz,  ulu 

öndər  Heydər  Əliyev  irsini  və  ideya-

larını  bu  gün    müvəffəqiyyətlə  həyata 

keçirən möhtərəm prezidentimiz İlham 

Əliyev cənablarının ölkəmizdə elmin in-

kişafı, elmi-texniki potensialın qorunub 

saxlanılması  və  modernləşdirilməsi, 

elm,  təhsil  və  səhiyyə  sahəsində 

yüksək  ixtisaslı  kadrların  hazırlan-

ması,  onlara  daim    dövlət  qayğısının 

göstərilməsi,  cəmiyyətdə  alimlərin, 

səhiyyə və təhsil işçilərinin nüfuzunun 

artırılması istiqamətində atdığı addım-

lardan ruhlanaraq öz vəzifələrini daha 

məsuliyyətlə  yerinə  yetirməyə  çalışır-

lar. 


O,  2012-ci  ilin  iyun  ayında  fakültə 

dekanı  seçildiyini  diqqətə  çatdıraraq 

hesabatın  2012/2013-cü  tədris  ili    və 

2013/2014-cü  tədris  ilinin  payız  se-

mestrini əhatə edəcəyini dedi. 

Fakültə dekanı qeyd etdi ki, fakültənin 

nəzdində  8  kafedra  fəaliyyət  göstərir. 

Hazırda  əczaçılıq  fakültəsində  117 

nəfər  professor-müəllim  heyəti  çalı-

şır.  Fakültə  əməkdaşlarından  1  nəfər 

Azərbaycan MEA-nın müxbir üzvü, 16 

nəfər  professor,  38  nəfər  dosent,  36 

nəfər baş müəllim və 27 nəfər assistent-

dir. Bundan başqa 16 ştat vahidi baş la-

borant fəaliyyət göstərir. Ümumiyyətlə, 

fakültədə  çalışan  professor-müəllim 

heyətinin 78,6%-i elmi dərəcəlidir. 

T.Süleymanov    2013/2014-cü  tədris 

ilinin  payız  semestrində  fakültədə 

ümumilikdə  354  nəfər  tələbənin, 

bunlardan  272  nəfərin  Azərbaycan, 

17  nəfərin  rus,  65  nəfərin  isə  ingilis 

bölməsində təhsil aldığını dedi. 

Azərbaycan  Respublikasının  2005-

ci  ilin  may  ayından  etibarən  Boloniya 

prosesinə  qoşulduğunu,  o  cümlədən 

Tibb  Universitetinin  əczaçılıq  fakül-

təsində  də  kredit  sistemi  əsasında 

tədrisə  başlanıldığını  xatırladan  mə-

ruzəçi  bildirdi  ki,    hesabat  dövründə 

fakültə  dekanlığı  tərəfindən  müvafiq 

işlər görülərək tələbələr arasında kre-

dit  sisteminin  mahiyyəti  barədə  iza-

hat  işləri  aparılmışdır.  Kurslar  üzrə 

ən  yüksək  kəmiyyət  və  keyfiyyət 

göstəriciləri  IV  kursda  qeydə  alınmış, 

kəmiyyət  göstəricisi  88,8%,  keyfiyyət 

göstəricisi  57,5%  təşkil  etmişdir.  İm-

tahanların  mərkəzləşdirilmiş  qayda-

da,  bilgisayarlarla  aparılması  bütün 

kurslar  üzrə  həm  kəmiyyət,  həm  də 

keyfiyyət  göstəricilərinə  ciddi  müsbət 

təsir göstərmişdir. Kurslar üzrə ən aşa-

ğı  kəmiyyət  və  keyfiyyət    göstəriciləri 

III  kursda  (müvafiq  olaraq  68,1%  və 

19,5%) qeydə alınmışdır.

Fakültənin dekanı bütövlükdə imtahan 

nəticələrinin yaxşılaşmasını söyləyərək 

bu  vəziyyəti  çox  hörmətli  rektorumuz 

akademik  Ə.Əmiraslanovun  birbaşa 

təşəbbüsü ilə  imtahanların test üsulu 

ilə Virtual Test Mərkəzində aparılması 

ilə əlaqələndirdi. 

Dərs  buraxma  hallarına  xüsusilə 

fakültədə  təhsil  alan    xarici  tələbələr 

arasında  daha  çox  rast  gəlinir.  Bunu 

nəzərə alaraq, fakültə dekanlığı  xarici 

tələbələr  dekanlığı,  tələbələrin  sayca 

üstünlük  təşkil  etdiyi  İran  İslam  Res-

publikası,  Türkiyə  Cümhuriyyəti  və 

İraq  Respublikasının  Azərbaycandakı 

səfirliklərinin  əməkdaşlarının  iştirakı 

ilə  fakültədə  təhsil  alan  bütün  xarici 

tələbələrlə  görüşlər  keirilmiş,  burada 

tələbələrlə tam səmimi söhbətlər apa-

rılmışdır ki, bunun da nəticəsində dərs 

buraxma hallarının sayı nisbətən azal-

mışdır. 


Elmi-tədqiqat  işlərinin  müəllimlərin 

elmi-pedaqoji  səviyyəsinin  yük səl-

dil məsində  vacib  rolunu  nəzərə  ala-

raq,  professor-müəllim  heyətinin  elmi 

fəaliyyətinə daim diqqət yetirilir. 

Fakültə  əməkdaşları  Respublikamız-

da və bir sıra xarici ölkələrdə keçirilən 

elmi  konfranslarda,  konqreslərdə  və 

simpoziumlarda  iştirak  edib  mə ru-

zələrlə çıxış etmişlər. 2012-2013-cü illər 

ərzində fakültənin tabeliyində olan ka-

fedra əməkdaşları tərəfindən 163 elmi 

və  tədris-metodik  iş  çap  edilmişdir  ki, 

bunlardan  8-i  dərslik,  5-i  dərs  vəsaiti, 

51-i  jurnal  məqaləsi  və  97-i    müxtəlif 

məcmuələrdə  və  konfranslarda  çap 

olunan elmi işlər olmuşdur.

ATU-nun  Əczaçılıq  fakültəsi  əmək-

daşları  tərəfindən  ayrı-ayrı  dərman 

for malarının  texnologiyasına  aid  mü-

əyyən  işlər  vardır,  lakin  müvafiq  ci-

haz  və    avadanlıqların  olmaması  sə-

bəbindən  təcrübəyə  tətbiqi  üçün  elmi 

tətqiqatlar tam həyata keçirilə bilmir. Bu 

göstərilənlərdən belə nəticəyə gəlmək 

olar  ki,  respublikada  əczaçılıq  elminin 

və  sənayesinin  inkişafı  üçün  müasir 

avadanlıq  və  cihazlarla  təmin  edilmiş 

laboratoriyanın təşkili labüddür.

Yüksək ixtisaslı həkim mütəxəssislərin 

hazırlanması  prosesində  tələbələrin 

elmi-tədqiqat işlərinə cəlb olunmasının 

əhəmiyyətindən  danışan  dekan  qeyd 

etdi  ki,  nəzəri  biliklərlə  yanaşı  praktik 

vərdişlərin  də  mühüm  rol  oynadığını 

nəzərə alaraq dekanlıq tələbələrin yay 

peşə  (istehsalat)  təcrübəsinə  xüsusi 

diqqət yetirir. 

Son  ildə  fakültə  tələbələrinin  peşə 

təcrübələrinin 

daha 

keyfiyyətli 



keçirilməsi  üçün  hal-hazırda  ölkənin 

böyük  əczaçılıq  müəssisələri  baza 

kimi təsdiq etdirilmiş, eləcə də univer-

sitet rəhbərliyinin köməkliyi  ilə dərman 

bitkilərinin  becərilməsi  üçün  Milli 

Elmlər Akademiyasının Nəbatat bağın-

da 100-ə qədər dərman bitki növlərinin 

becərilməsi  üçün  tədbirlər  görülmüş-

dür. 

Fakültə kollektivinin bundan sonra da 



bütün  bilik  və  bacarıqlarını  yüksək  ix-

tisaslı, mənəvi cəhətdən saf, müstəqil 

respublikamıza və xalqımıza sədaqətlə 

xidmət  edəcək  mütəxəssislərin  ha-

zırlanması  işinə  sərf  edəcəklərənə 

əminliyini bildirdi.

Məruzə  ətrafında  çıxış  edən  kafed-

ra  müdirləri  Qaibverdi  İsgəndərov, 

Musa  Qəniyev,  Məhbubə  Vəliyeva  və 

Zakir  Qarayev  hesabatı  qənaətbəxş 

qiymətləndirməklə 

bərabər 


əsas 

diqqəti mövcud problemlərə yönəltdilər 

və təkliflərini irəli sürdülər.

Müzakirələrə 

yekun 

vuran 


Ə.Əmiraslanov  hesabatın  maraq-

lı,  təqdimat  formasının  isə  akade-

mik  səviyyədə  olduğunu  bildirərək 

fakültəyə yeni seçilən dekanın işindən 

razı  qaldığını  dilə  gətirdi.  Onu  da  xa-

tırlatdı ki, fakültədə tələbələrin sayının 

xeyli  azalması  artıq  bir  neçə  kafedra-

nın bağlanması zərurətini  yaratmışdı. 

Çətin  də  olsa  fakültəyə  qəbul  planını 

o səviyyəyə qaldıra bildik ki, bu prob-

lem  aradan  qaldırıldı.  Faiz  nisbətində 

ən  çox  xarici  tələbələrin  əczaçılıq  və 

stomatologiya fakültələrində oxuduğu-

nu vurğulayan rektor qeyd etdi ki, əgər 

xarici  tələbələrin  sayı  azalsa  bəzi  ka-

fedralarda həmin problem yenidən ya-

rana bilər. Ona görə də bu istiqamətdə 

ardıcıl iş aparılmalıdır. 

Fakültədə 

nizam-intizamın 

yük -

səldiyini, elmi-tədqiqat işləri sahəsində 



də müəyyən addımlar atıldığını söyləyən 

Ə.Əmiraslanov  xarici  əlaqələrin  də 

xeyli genişlənləndiyini müsbət hal kimi 

dəyərləndirdi.  Bazalarla  bağlı  illərdir 

narahatlıq  doğuran  çətinliklərdən  də 

danışan  rektor  bildirdi  ki,  bütün  baza-

ların  özəlləşdirildiyini,  tələbələri  yay 

təcrübəsinə göndərməyə yer olmadığı-

nı deyirdilər. Biz də tələbələri Nabrana 

göndərmək  məcburiyyətində  qalırdıq. 

Sonra  məlum  oldu  ki,  Nabranda  ar-

tıq  dərman  bitkisi  qalmayıb.  Müəyyən 

müzakirələr  apararaq  tələbələri  yay 

təcrübəsi  üçün  Botanika  bağına  və 

Mərdəkan  Dendrarisinə  göndərməyi 

qərara  aldıq  və  nəticələr  yanılmadığı-

mızı göstərdi. 

Fakültənin  maddi-texniki  bazasının 

pis olmadığını deyən rektor gələcəkdə 

əsas  diqqətin  müasir  tələblərə  ca-

vab  verən  avadanlıqların  alınmasına 

yönələcəyini,  problem  laboratoriyası-

nın  yaradılmasının  tərəfdarı  olduğunu 

vurğuladı və sonda Türkiyədə uzman-

lıq bitirib gəlmiş mütəxəssislərə Ali At-

testasiya Komissiyası tərəfindən elmlər 

namizədi adı verilməsi ilə bağlı ortaya 

çıxan  mübahisəli  məsələlərə  aydınlıq 

gətirdi.


Yüklə 8,83 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin