Yanacaq enerji resurslarının ehtiyatları və onlardan istifadə olunması


Yanacağa qənaət və enerjinin mühafizəsi



Yüklə 193,64 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix02.01.2022
ölçüsü193,64 Kb.
#38928
1   2
BEM Muhazire 1 Yanacaq en-2020

Yanacağa qənaət və enerjinin mühafizəsi 

 

      Yuxarıda göstərilən verilənləri analiz etməklə, bunları qeyd  etmək olar.  

 

Təbii enerji resursları ölkələr və regionlar üzrə qeyri-bərabər paylanır, və bir 



qayda  olaraq  ən  çox  istifadə  olunan  rayonlarla  uyğun  gəlmir.  Belə  ki,  neft 

ehtiyatlarının yarıdan çoxu Yaxın və Orta Şərq rayonlarında yerləşir, lakin onların 

yerində  istifadəsi  azdır.  Təbii  qazın  dünya  ehtiyatlarının  yarıdan  çoxu  Şərqi 

Avropa  və  Asiyada  yerləşir.  Sovet  İttifaqı  dünyada  yeganə  dövlət  idi  ki,  enerji 

resurslarını  idxal  etmirdi.  Rusiyada  enerji  resurslarının  təxminən  80

  –i  Asiya 



hissəsində  yerləşir,  əhalinin  75

  –i  isə  Avropa  hissəsində  yaşayır  və  burada 



yanacaq  və  enerjinin 

80



  –i  istifadə  olunur.  Bu  qeyri-bərabərlik  yanacaq  və  

enerjini  şərqdən  qərbə  nəql  etməyə  məcbur  edir.  Yanacağın  qiyməti  daşınmanı 

nəzərə almaqla bir neçə dəfə artır.  

 

Enerji resurslarından istifadə tempi fasiləsiz artır. Dünyanın XX əsr ərzində 



ilkin enerji resurslarından ümumi istifadəsi 10 dəfədən çox artmışdır, 2000-ci ildə 

12 mlrd t ş.y. –a çatmışdır. 2015-ci ildə enerjidən istifadə 20 mlrd t ş.y. –a qədər, 



2050-ci illərin əvvəllərinə isə 25—30 mlrd t ş.y. –a  qədər arta bilər.      


      Gələcək  texniki  tərəqqi  böyük  yanacaq-enerji  resurslarının  cəlb  olunmasını 

tələb edir. Lakin bu resurslar sonsuz deyil, onların ehtiyatları isə təbiət tərəfindən 

yerlərinin  doldurulmasına  macal  tapmır.  Buna  görə  də  təbii  üzvi  yanacaq  zaman 

keçdikcə daha da baha olacaq.  

      Yuxarıda deyilənlərə əsasən yanacaq və enerjinin qənaətlə və rasional istifadəsi 

bütün ölkələrdə, o cümlədən Rusiyada birinci dərəcəli məsələdir.  

       Enerjiyə  qənaət  artıq  sənayesi  inkişaf  etmiş  ölkələrin  enerji  siyasətinə  güclü 

təsir edir. Belə ki, Texas ştatında 1990-cı illərin sonunda keçirilmiş enerjiyə qənaət 

üzrə, yəni 1 kVt saat üçün 5 sent məsrəf tədbiri 10 AES –in işinə ekvivalent olan 

qənaətə  gətirib  çıxardı.  Daha  effektiv  soyuducu,  kondisioner,  elektrik  su 

qızdırıcılarından  istifadə,  yeni  qənaətli  lüminessensiya  lampalarının,  avtomatika  

qurğularının  (elektrik  açarları)  və  digər  enerji  qoruyucu  tədbirlərin  tətbiqi,  bir 

qayda olaraq, həm ucuzdur və həm də yeni elektrik stansiyaları tikilməsi yolu ilə 

gücün artırılmasından tez yerinə yetirilir.  

      Yüksək inkişaf etmiş ölkələrdə artıq elektrik enerji istehsalının artımı müşahidə 

olunur  —  stabilləşmə  yaranmışdır  (istehsalın  enerji  tutumunun  azalması 

tədbirlərinin hesabına).      

      Yanacaq  enerji  resurslarına  qənaət  ən  böyük  istifadəçilərin  olduğu  sahələrdə 

xüsusilə  əhəmiyyətlidir.  Rusiyada  energetika  da  daxil  olmaqla  sənaye  istifadə 

olunan  bütün  enerji  resurslarının  65

  –ə  qədərini,  mənzil-kommunal  sektoru  —



19

 –ni, nəqliyyat — 13 –ə qədər, kənd təsərrüfatı — 5—6



, inşaat — 2—3

 –

ni sərf edir.  



      Müasir  şəraitdə  enerjiyə  qənaət  üçün  ―intellektual‖  sistemin  yaradılması 

probleminin həlli böyük əhəmiyyət kəsb edir. Bu imkan verir ki, sistemin analizi 

üsulundan  istifadə  etməklə  elektrik  və  istilik  enerjisinin  emal  mərhələlərində, 

nəqlində,    paylanması  və  istifadəsində  itkilərin  azalmasını  və  optimallaşdırmanı 

həyata keçirsinlər.   

      Sənayedə, energetikada, məişətdə aşağıdakı tədbirlər aparılır:  

1.  sənaye sobalarının təkmilləşdirilməsi;  

2.  sənaye  fondlarının  rekonstruksiyası  hesabına  yanacağın  xüsusi  xərclərinin 

azaldılması (yanacağa 10

 –ə qədər qənaət etməyə imkan verir);  



3.  az enerji tutumlu istehsal-texnoloji proseslərin tətbiqi;  

4.  maşınların FİƏ –nın artırılması;  

5.  elektrik  ötürücüləri,  transformatorlar,  kondensatorlar  və  işıq  mənbələrinin 

təkmilləşdirilməsi;  

6.  məişətdə  istifadə  olunan  enerjiyə  qənaət  (hər  yerdə  müasir  avtomatika 

vasitələrindən, hesablama cihazlarından istifadə edilməsi hesabına).       

      Yanacaq-enerji  resurslarına  qənaət  yollarından  biri  də  teplofikasiyadır  — 

elektrik və istilik enerjisinin kombinasiya edilmiş istehsalıdır, kiçik qazanxana və 

köhnəlmiş qənaətsiz avadanlığın əvəz olunmasıdır.  

      Rusiyada mərkəzləşdirilmiş istilik təchizatı sistemi geniş yayılmışdır. Dünyada 

istilik  enerjisinin  mərkəzləşdirilmiş  istehsalının  45

  –i  Rusiyanın  payına  düşür; 



istilik  şəbəkələrinin  uzunluğu  ikiborulu  hesablamada  250  min  km  tərtibindədir. 


İstilik  enerjisinin  istehsalına  260  mln  t  ş.y./il sərf  edilir,  bu  isə  Rusiyada  istifadə 

olunan bütün enerjinin 

33



 –ni təşkil edir.  

      İlkin enerjiyə qənaət və nəzərə çarpacaq effekti təkrar resurslardan istifadə verə 

bilər  —  temperaturu  T≈100

C



 

və  aşağı  olan  alçaq  potensiallı  istilikdən  istifadə 

olunması  (İES  —lərın,  sənaye  müəssisələrinin  istilik  tullantıları,  ventilyasiya 

havalarının  tullantıları  və  s.).  Rusiyada  alçaq  potensiallı  istilik  ehtiyatları 

qiymətləndirməyə görə bir neçə on milyon ton şərti yanacaq təşkil edir.  

      Xaricdə atmosferə atılan isti havanın istiliyinin müəyyən hissəsindən otaqların 

ventilyasiyası  zamanı  istifadə  olunan  soyuq  havanın  qızdırılması  üçün  istehsal 

tullantılarından istifadə etməyə imkan verən xüsusi avadanlıqlar tətbiq olunur.  

      Mütəxəssislərin qiymətləndirməsinə görə enerjinin qənaət edilməsi üçün həyata 

keçirilən  təşkilatı  və  texnoloji  tədbirlərin  dünya  təcrübəsində  mənimsənilməsi 

2020-ci  il  üçün    Rusiya  miqyasında  illik  enerji  resurslarının  sərfini  40—45

 



azaltmaq qabiliyyətinə malikdir (bu isə 350—400 mln t ş.y./il təşkil edir). 

      Enerjiyə qənaət tədbirlərinin hamısı nəticədə təbii üzvi yanacağa (xüsusilə neft 

və  qaz)  qənaət  olunmasını  təklif  edir,  əks  təqdirdə  onların  əsas  ehtiyatları  cari 

yüzillikdə tükənə bilər.      



Yüklə 193,64 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin