Y e k u n h e s a b a t bakı 2003 I. Xülasə


# Seçici siyahısında adı olmayan şəxslərin xüsusi qruplar şəklində səsvermədə



Yüklə 151.67 Kb.
Pdf просмотр
səhifə3/3
tarix10.06.2017
ölçüsü151.67 Kb.
1   2   3

# Seçici siyahısında adı olmayan şəxslərin xüsusi qruplar şəklində səsvermədə 

iştirakı

SMM-in müşahidəçiləri tərəfindən seçki günü qeydə alınan digər kütləvi qanun pozuntusu 

adları seçici siyahısında olmayan şəxslərin bildiriş, şəxsiyəti təsdiq edən sənəd və 

qeydiyyatançıxma vəsiqəsi təqdim etmədən səsvermədə xüsusi qruplar şəklində iştirak etməsi 

olub.

Məsələn, 17 saylı Yasamal seçki dairəsinin 11 saylı məntəqəsində seçici siyahısında adı 



olmayan Azərbaycan Neft Akademiyasının 10 nəfərdən artıq tələbəsi qeydiyatdançıxma 

vəsiqəsi təqdim etmədən səsvermədə iştirak edib. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 1, 

2, 3, 4 və 5 saylı məntəqələrində adları seçici syiahılarında olmayan şəxslər qrup halında seçki 

məntəqələrinə gələrək, qeydiyyatdançıxma vəsiqəsi təqdim etmədən səsvermədə iştirak 

ediblər.

Ümumilikdə isə SMM-in müşahidəçiləri bu cür qanun pozuntularını 21 saylı Nəsimi birinci seçki 

dairəsinin 4, 5, 7, 8, 9, 10, 15, 16, 17, 18, 21 saylı seçki mənətəqələrində, 26 saylı Nizami-

Sabunçu seçki dairəsinin 12, 13, 14, 15, 16, 18, 19, 21, 22, 23, 24 saylı seçki 

məntəqələrində, 48 saylı Yevlax şəhər seçki dairəsinin 2, 3, 4, 6, 7, 8, 9, 10, 15, 16, 17, 18, 

23, 24, 25 , 26 saylı seçki məntəqələrində, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 2, 3, 4, 5, 

6, 7, 8, 12, 13, 15, 16, 17, 22, 24 saylı seçki məntəqələrində, habelə müşahidənin aparıldığı 9 

saylı Binəqədi ikinci, 22 saylı Nəsimi ikinci, 23 saylı Nəsimi-Nərimanov, 41 saylı Sumqayıt 

birinci, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Abşeron, 49 

saylı Yevlax-Mingəçevir, 52 saylı Quba şəhər, 53 saylı Quba-Qusar, 55 saylı Xaçmaz şəhər, 56 

saylı Xaçmaz kənd, 73 saylı Lənkəran şəhər və 74 saylı Lənkəran kənd seçki dairələrinin seçki 

məntəqələrində müşahidə ediblər.



# Bir nəfərin başqalarının əvəzinə səsvermədə iştirakı

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

15

 



Seçki məntəqələrində səsvermə prosesi zamanı müşahidə olunan və kütləvi xarakter daşıyan 

digər qanun pozuntusu bir nəfərin başqalarının əvəzinə səsvermədə iştirakı ilə bağlı olub. 

Məsələn, 24 saylı Nizami birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində bir nəfər bir neçə 

nəfərin əvəzinə səsvermədə iştirak edib. 23 saylı Nəsimi-Nərimanov seçki dairəsində isə 

səsverməyə gələn seçicilərə 5-6 nəfərin əvəzinə səsvermdə iştirak edərək, seçki bülletenlərini 

işarələyib seçki qutusuna tullaması üçün imkan yaradılıb. 124 saylı Şuşa-Füzuli-Xocalı-

Xocavənd seçki dairəsinin 73 saylı seçki məntəqəsində isə seçicilərə öz ailə üzvlərinin əvəzinə 

səs vermək üçün seçki bülletenləri və zərflər verilib.

Eyni hallar 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 1, 2, 3, 6, 9, 10, 11, 12, 17, 21, 22, 25, 

27, 29, 31, 33, 34, 35, 36 saylı seçki məntəqələrində, 48 saylı Yevlax şəhər seçki dairəsinin 8, 

9, 11, 13, 14, 15, 16, 17, 19, 20, 27, 29 saylı seçki məntəqələrində, 53 saylı Quba-Qusar 

seçki dairəsinin 20, 21, 22, 23, 24 saylı seçki məntəqələrində, 73 saylı Lənkəran şəhər seçki 

dairəsinin 4, 6, 7, 12, 13, 14, 20, 23, 24 saylı seçki məntəqələrində, 79 saylı İmişli şəhər seçki 

dairəsinin 11, 12, 13, 15, 16, 17, 20, 21, 23, 25, 30, 32, 35 saylı seçki məntəqələrində, 80 

saylı İmişli-Beyləqan seçki dairəsinin 10, 11, 12, 13, 14, 18, 19, 20, 23, 28 və 30 saylı seçki 

məntəqələrində, 81 saylı Beyləqan şəhər seçki dairəsinin 10, 11, 12, 14, 16, 17, 18, 19, 24, 

25, 26, 29, 30, 35 saylı seçki məntəqələrində, 90 saylı Ağdaş şəhər seçki dairəsinin 1, 4, 5, 7, 

10, 11, 13, 14, 15, 17, 19 saylı seçki məntəqələrində, həmçinin 3 saylı Babək-Şərur, 4 saylı 

Naxçıvan şəhər, 6 saylı Culfa-Babək, 8 saylı Binəqədi birinci, 9 saylı Binəqədi ikinci, 17 saylı 

Yasamal üçüncü, 18 saylı Yasamal-Səbail, 20 saylı Nərimanov ikinci, 21 saylı Nəsimi birinci, 

22 saylı Nəsimi ikinci, 23 saylı Nəsimi-Nərimanov, 27 saylı Nəsimi-Nərimanov, 29 saylı 

Səbayel seçki dairələrinə aid əksər seçki məntəqələrində müşahidə olunub.



# Seçki qutularına saxta bülletenlərin atılması

Seçki günü müşahidə olunan qanun pozuntuları sırasında prezidentliyə namizəd İlham 

Əliyevin xeyrinə əvvəlcədən hazırlanmış və ya seçki məntəqəsində tərtib olunan seçki 

bülletenləri ilə səsvermə halları kütləvi xarakter daşıyıb. Məsələn, 34 saylı Xətai ikinci seçki 

dairəsinin 16 saylı məntəqəsində seçicilərin bəzisinə əvəllcədən kəsilmiş və prezidentliyə 

namizəd İlham Əliyevin xeyrinə işarələnmiş seçki bülletenləri verilib. Bununla bağlı daha 

kobud qanun pozuntusu 73 saylı Lənkəran şəhər seçki dairəsində baş verib. Bu seçki 

dairəsinin 4, 5, 6, 7, 9 və 18 saylı seçki məntəqələrində MnSK-nın YAP-dan olan üzvləri 

əvvəlcə seçicilərdən kimə səs verəcəyini soruşub və prezidentliyə namizəd İlham Əliyevə səs 

verəcəyini bildirən seçiciyə 10-15 ədəd seçki bülleteni və zərf veriblər.

22 saylı Nəsimi birinci seçki dairəsinin 16, 17 və 25 saylı seçki məntəqələrində MnSK-nın 

bitərəf və YAP-dan olan üzvləri prezidentliyə namizəd İ.Əliyevin xeyrinə seçki qutusuna saxta 

bülletenlər atıblar. 9 saylı Binəqədi ikinci seçki dairəsinin 27 saylı məntəqəsində bir nəfər 

seçicinin əlində prezidentliyə namizəd İ.Əliyevin xeyrinə işarələnmiş 10 ədəd bülleten tutulub. 

64 saylı Sabirabad-Saatlı seçki dairəsinin 13 saylı seçki məntəqəsində isə MnSK-nın 3 nəfər 

üzvü 100 ədəd seçki bülleteni apararaq 1 saatdan sonra geri qayıdıb. Onlar seçki 

bülletenlərini zərfə qoyub topa şəkildə seçki qutusuna atıblar. 6 saylı Culfa-Babək seçki 

dairəsinin 17 saylı məntəqəsində bələdiyyə nümayəndəsi İbrahim Əliyev, 19 saylı seçki 

məntəqəsində isə Culfa rayon icra başçısının müavini Nağdəli Əliyev seçki qutusuna topa 

bülletenlər atıb.

SMM-in müşahidəçiləri analoji halları 4 saylı Naxçıvan şəhər dairəsinin 9, 10, 13, 17, 20, 21, 

22, 23, 25, 26, 34, 35 saylı seçki məntəqələrində, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 3, 

4, 6, 7, 8, 13, 14, 16, 17, 18, 21 saylı seçki məntəqələrində, 42 saylı Sumqayıt ikinci seçki 

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

16

 



dairəsinin 1, 2, 3, 8, 10, 11, 12, 15, 16, 18, 19, 20, 22, 31, 32, 33, 35 saylı seçki 

məntəqələrində, 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 2, 3, 4, 6, 7, 8, 10, 11, 17, 19 

saylı seçki məntəqələrində, 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 9, 10, 11, 12, 15, 17, 18, 

19, 20, 21, 22 saylı seçki məntəqələrində və 18 saylı Yasamal-Səbail, 20 saylı Nərimanov 

ikinci, 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci, 23 saylı Nəsimi-Nərimanov, 41 saylı 

Sumqayıt birinci, 43 saylı Sumqayıt üçüncü, 48 saylı Yevlax şəhər, 53 saylı Quba-Qusar, 73 

saylı Lənkəran şəhər, 81 saylı Beyləqan şəhər seçki dairələrinə aid olan seçki məntəqəlrində 

müşahidə ediblər.



# Seçicilərə təzyiqlər

Seçki günü yerli müşahidəçilər sezicilərə prezidentliyə namizəd İlham Əliyevə səs vermək ilə 

bağlı təzyiq halları qeydə alıblar. Eyni zamanda bir çox seçki məntəqələrində vidokamera ilə 

çəkiliş aparılıb, bununla da seçiciləri İlham Əliyevə səs verməyəcəkləri təqdirdə 

«cəzalandırılacaqları» ilə hədələyiblər.

Məsələn, 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 29 saylı məktəbdə yerləşən 2 və 3 saylı 

seçki məntəqələrində həmin məktəbin dərs hissə müdiri Bəsti Osmanova müəllimlərə İlham 

Əliyevə səs vermələri üçün təzyiq edib.

Qeyd edək ki, bu cür hallar 23 saylı Nəsimi-Nərimanov seçki dairəsinin 5, 6, 8, 25, 26 saylı 

seçki məntəqələrində, 36 saylı Xətai dördüncü seçki dairəsinin 3, 4, 5, 7, 8, 9, 12, 13, 14, 16, 

17, 18, 21, 24 saylı seçki məntəqələrində, 40 saylı Kəpəz ikinci seçki dairəsinin 4, 5, 8, 9, 11, 

12, 14, 21, 22, 26, 27 saylı seçki məntəqələrində, 48 saylı Yevlax şəhər seçki dairəsinin 1, 7, 

8, 9, 11, 13, 15, 16, 19, 27 saylı seçki məntəqələrində, 56 saylı Xaçmaz kənd seçki dairəsinin 

2, 4, 5, 8, 28 saylı seçki məntəqələrində, 113 saylı Şəki şəhər seçki dairəsinin 14, 15, 16, 19, 

21, 23, 24, 25, 26 saylı seçki məntəqələrində və 53 saylı Quba-Qusar, 73 saylı Lənkəran 

şəhər, 81 saylı Beyləqan şəhər, 90 saylı Ağdaş şəhər, 91 saylı Ucar şəhər, 93 saylı Bərdə 

şəhər, 94 saylı Bərdə kənd, 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd, 115 saylı Şəki-Oğuz, 

116 saylı Qəbələ şəhər seçki dairələrinin seçki mənətəqələrində müşahidə olunub.



# Müşahidəçilər və komissyia üzvlərinə təzyiqlər

Seçki günü əksər seçki məntəqələrində müxalifət partiyalarından olan MnSK üzvlərinə, habelə 

müstəqil müşahidəçilərə idmançı görkəmində olan mülki geyimli şəxslər və YAP-dan olan 

komissyia üzvləri tərəfindən təzyiqlər edilib. Məsələn, 48 saylı Yevlax şəhər seçki dairəsinin 29 

saylı seçki məntəqəsinin Milli İstiqlal Partiyasından olan məşvərətçi səs hüquqlu ğzvğ Natiq 

Orucovu Küvər kənd İcra nümayəndəsi Vəliyev Oqtay və bir qrup şəxs döyərək, məntəqədən 

qovublar. 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 16 saylı seçki məntəqəsində yerli 

müşahidəçi Zakir Xankişiyevi məntəqədən çıxararaq, ona verilmiş müşahidəçi vəsiqəsinin 

saxta olduğunu bildiriblər. Qeyd edək ki, bu seçki dairəsinin 7 və 9 saylı seçki məntəqələrində 

komissyia üzvlərinə də təzyiqlər baş verib. Hər iki MnSK-nın sədrləri – İlham Xudiyev və 

Məhəmməd Ağayev Vətəndaş Həmrəyliyi Partiyasından olan 7 saylı MnSK-nın üzvü Oqtay 

Əliyevi döyüb, digər MnSK üzvlərini də ailə üzvlərini oğurlayacaqları ilə hədələyiblər. 10 saylı 

Binəqədi seçki dairəsinin 9 saylı seçki məntəqəsində həmin DSK-nın sədri Vüqar Nəsibov 

Müsavat və Milli İstiqlal partiyalarından olan məşvərətçi səs hüquqlu komissyia üzvlərini 

döyüb. 26 saylı Nizami-Sabunçu seçki dairəsinin 12, 13 və 14 saylı seçki məntəqələrinə gələn 

və müşahidəçi vəsiqəsinə malik idmançı görkəmində olan mülki geyimli şəxslər MnSK üzvləri 

və müşahidəçiləri təhqir edib və onları döyəcəkləri ilə hədələyiblər. Həmin seçki dairəsinin 

qarşısına isə saat 18.30-da yük maşınında olan 20 nəfərədək əli silahlı hərbçi gəlib.



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

17

 



Qeyd edək ki, MnSK üzvləri və müşahidəçilərə təzyiq halları 3 saylı Babək-Şərur seçki 

dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 27, 

28, 33, 34, 35, 38, 40, 42 saylı seçki məntəqələrində, 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 

10, 11, 12, 13, 14, 15, 16, 18, 19, 20, 21. 22, 23, 24, 28, 29, 30, 31, 32, 33, 34, 35, 37 saylı 

seçki məntəqələrində, 6 saylı Culfa-Babək seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 

saylı seçki məntəqələrində, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 4, 5, 7, 8, 11, 14, 15, 23, 

24 saylı seçki məntəqələrində, 79 saylı İmişli şəhər seçki dairəsinin 1, 3, 4, 5, 6, 9, 11, 15, 17 

saylı seçki məntəqələrində, 81 saylı Beyləqan şəhər seçki dairəsinin 8, 9, 10, 11, 14, 15, 19, 

22, 23, 30 saylı seçki məntəqələrində, o cümlədən 20 saylı Nərimanov, 21 saylı Nəsimi birinci, 

22 saylı Nəsimi ikinci, 26 saylı Nizami-Sabunçu, 37 saylı Nizami (Gəncə) birinci, 39 saylı Kəpəz 

(Gəncə) birinci, 40 saylı Kəpəz (Gəncə) ikinci, 62 saylı Saatlı, 63 saylı Sabirabad, 74 saylı 

Lənkəran kənd, 75 saylı Lənkaran-Masallı, 76 saylı Lənkəran-Astara, 80 saylı İmişli-Beyləqan, 

85 saylı Şamaxı və 113 saylı Şəki şəhər seçki dairələrində qeydə alınıb.

# Səsvermənin təşkili ilə bağlı qanun pozuntuları

Seçki günü seçki məntəqələrində səsvermənin, seçki məntəqəsinin və seçki sənədlərinin 

təşkili ilə bağlı qanun pozuntuları müşahidə olunub.

Məsələn, 30 saylı Suraxanı seçki dairəsinin 15, 16 və 17 saylı seçki məntəqələrində 

prezidentliyə namizəd İsa Qəmbərin adı 3-cü və 5-ci sıralarda olan bülletenlər aşkar edilib. 

Eyni hal 73 saylı Lənkəran şəhər seçki dairəsinin 7, 8, 9, 10, 11, 12 və 14 saylı seçki 

məntəqələrində də müşahidə olunub.

34 saylı Xətai ikinci seçki dairəsinin 11 və 12 saylı seçki məntəqələrində isə səsvermə 

başlayarkən bülletenlər sayılmayıb. 18 saylı Yasamal-Səbayel seçki dairəsinin 1 və 2 saylı 

seçki məntəqələrində səsvermənin başlanması və seçicilərin rəsmi sayı elan olunmayıb. 

21 saylı Nəsimi birinci seçki dairəsinin 14, 15 və 16 saylı seçki məntəqələrində seçicilərin 

nigah kağızı, hərbi bilet və xidməti (xarici) pasportla səsvermədə iştirakı təmin edilib. 

3 saylı Babək-Şərur seçki dairəsinin 2, 3 və 14 saylı seçki məntəqəlrində səsvermə «açıq» 

şəkildə keçirilib. Bu məntqələrdə seçicilər bülletenləri seçki kabinəsinə daxil olmadan bayırda 

işarələyib seçki qutularına tullayıblar.

# Polis və icra hakimiyyətinin seçkiyə müdaxiləsi

Səsvermə zamanı polis və yerli icra hakimiyyəti, bələdiyyə nümayəndələrinin seçki prosesinə 

müdaxiləsi əsasən MnSK üzvləri və müşahidəçilərə təzyiqlər, eyni zamanda prezidentliyə 

namizəd İlham Əliyevin təbliğatı və onun lehinə saxta seçki bülletenlərinin qututlara atılması 

ilə bağlı olub.

Məsələn, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 2, 3, 4, 6. 7 və 9 saylı seçki 

məntəqələrinin qarşısında duran polislər seçicilər arasında prezidentliyə namizəd İlham 

Əliyevə səsvermək üçün təbliğat aparıblar. 21 saylı Nəsimi birinci seçki dairəsinin 9 saylı seçki 

məntəqəsində yerli Mənzil İstismar İdarəsinin rəisi Elxan Əliyev müşahidəçiləri təhqir edib. 

113 saylı Şəki şəhər seçki dairəsinin 25 saylı seçki məntəqəsində seçki qutusuna saxta 

bülletenlərin atılmasına irad bildirən müşahidəçi Maqsud Mahmudovu MnSK sədrinin göstərişi 

ilə polis həbs edib. Bu seçki dairəsi ərazisində yerləşən məntəqələri gəzən Şəki şəhər icra 

hakimiyyəti başçısının qardaşı Əliyar Məmmədov qanunsuzluqlara etiraz edən komissiya 

üzvlərini təhqir edərək, onları həbs olunacaqları ilə hədələyib.

Bu cür hallar 4 saylı Naxçıvan şəhər seçki dairəsinin 10, 11, 12, 13, 16, 18, 21, 22, 29, 30, 31 

saylı seçki məntəqələrində, 48 saylı Yevlax şəhər seçki dairəsinin 1, 7, 8, 9, 11, 13, 15, 16, 

19, 27 saylı seçki məntəqələrində, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 3, 4, 7, 11, 12, 14, 

20, 21, 23, 24 saylı seçki məntəqələrində, 90 saylı Ağdaş şəhər seçki dairəsinin 1, 4, 7, 11, 



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

18

 



15, 17, 19, 20, 23, 35 saylı seçki məntəqələrində, 114 saylı Şəki kənd seçki dairəsinin 3, 4, 5, 

7, 8, 11, 12, 13, 15, 17 saylı seçki məntəqələrində və 20 saylı Nərimanov ikinci, 22 saylı 

Nəsimi ikinci, 23 saylı Nəsimi-Nərimanov, 41 saylı Sumqayıt birinci, 43 saylı Sumqayıt üçüncü, 

49 saylı Yevlax-Mingəçevir, 53 saylı Quba-Qusar, 73 saylı Lənkəran şəhər, 81 saylı Beyləqan 

seçki dairələrinə aid olan əksər seçki məntəqələrində müşahidə olunub.

# Səslərin hesablanması zamanı baş verən qanun pozuntuları

Səsvermə prosesi qurtardıqdan sonra səslərin hesablanması zamanı əksər seçki 

məntəqələrində səslərin sayılması prosesinə rəhbərlik edən MnSK sədrləri prosesi 

müxalifətdən olan MnSK üzvləri və müşahidəçilərin yaxın məsafədən iştirakı olmadan aparıb. 

Məsələn, 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 1, 14, 30, 32, 35 saylı seçki məntəqələrində, 

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin 2, 3, 8, 16, 17, 34 saylı seçki məntəqələrində, 44 

saylı Sumqayıt-Abşeron seçki dairəsinin 5, 6, 7, 10, 11, 12, 14 saylı seçki məntəqələrində, 48 

saylı Yevlax şəhər seçki dairəsinin 8, 9, 11, 16, 18, 27, 29 saylı seçki məntəqələrində, 53 saylı 

Quba-Qusar seçki dairəsinin 5, 14, 22, 23, 29, 32 saylı seçki məntəqələrində, 73 saylı 

Lənkəran şəhər seçki dairəsinin 2, 5, 6, 7, 11, 13, 19, 23, 24 saylı seçki məntəqələrində, 74 

saylı Lənkəran kənd seçki dairəsinin 6, 9, 10, 11, 12, 14 saylı seçki məntəqələrində, 79 saylı 

İmişli seçki dairəsinin 1, 5, 6, 8, 10, 12, 14, 17 saylı seçki məntəqələrində, 80 saylı İmişli-

Beyləqan dairəsinin 3, 23, 26, 34, 39, 42 saylı seçki məntəqələrində, 81 saylı Beyləqan şəhər 

seçki dairəsinin 4, 5, 7, 9, 10, 11, 30 saylı seçki məntəqələrində, habelə 3 saylı Babək-Şərur, 

26 saylı Nizami-Sabunçu, 27 saylı Sabunçu birinci, 41 saylı Sumqayıt birinci, 49 saylı Yevlax-

Mingəçevir, 93 saylı Bərdə şəhər seçki dairələrinə aid olan əksər seçki məntəqəsində səslərin 

sayılmasının qeyri-düzgün və qeyri-şəffaf aparılması müşahidə olunub.

# Səsvermənin nəticələrinin açıqlanması

Səsvermənin nəticələri, seçicilərin səsvermədə iştirakı və digər məlumatlarla bağlı yekun 

protokollar seçki günü əksər seçki məntəqələrində MnSK-nın müxalifətdən olan üzvləri və 

müşahidəçilərə verilməyib.

Oktyabrın 20-də MSK-da 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərinin nəticələri 

müzakirə olunub. MSK-nın müxalifətdən olan üzvlərinin tələblərinə baxmayaraq, prezidentliyə 

namizədlər – İsa Qəmbər və Etibar Məmmədovun nümayəndələrinin şikayətləri müzakirə 

olunmayıb. Bununla belə MSK 115 seçki dairəsi üzrə 694 seçki məntəqəsində səsvermənin 

nəticələrini, yəni 673 min 371 nəfər seçicinin səsini etibarsız sayıb. Ancaq ötən dövr ərzində 

MSK səsvermənin nəticələrinin etibarsız sayıldığı 694 seçki məntəqəsinin adını ictimaiyyətə 

açıqlamayıb.

MSK tərəfindən 2 421 061 səs etibarlı sayılıb. Bu səslərdən prezidentliyə namizədlər – Əliyev 

İlham Heydər oğlunun 1 860 346 (76,84 faiz) səs, Hacıyev Hafiz Ələmdar oğlunun 8 267 səs 

(0,34 faiz), Hacıyeva Lalə Şövkət qızının 87 523 səs (3,62 faiz), Həsənquliyev Qüdrət 

Müzəffər oğlunun 12 071 səs (0,50 faiz), İsmayılov İlyas Abbas oğlunun 24 098 səs (1 faiz), 

Qəmbər İsa Yunis oğlunun 338 145 səs (13, 97 faiz), Məmmədov Etibar Səlidar oğlunun 70 

638 səs (2,92 faiz) və Rüstəmxanlı Sabir Xudu oğlunun isə 19 973 səs (0,82 faiz) topladığı 

bildirilib.

Qeyd edək ki, MSK səsvermənin nəticələrinə dair yekun protokolu Azərbaycan Respublikası 

Konstitusiya Məhkəməsinə (KM) göndərib.

KM-nin iclasında MSK-nın yekun protokolunu MSK-nın 15 üzvündən 12 nəfərinin, yəni 2/3 

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

19

 



hissəsinin imzaladığı, habelə protokolla bağlı Ali Məhkəmə və Apellyasiya Məhkəməsinə heç 

bir şikayətin daxil olmadığı müəyyən edilmişdir. Bununla bərabər KM MSK-nın yekun 

protokolunun Seçki Məcəlləsinin tələblərinə uyğun olduğunu qeyd edərək təsdiq etmiş və 

Əliyev İlham Heydər oğlunu Azərbaycan Respublikasının prezidenti elan etmişdir.



VII. Nəticələr və təkliflər.

Azərbaycan Respublikasında 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkiləri üzrə SMM-in 

apardığı uzunmüddətli monitorinq, habelə seçki günü, səslərin sayılması və rəsmi nəticələrin 

hesablanması zamanı aparılan müşahidə seçki prosesinin bütün mərhələlərinə dair rəy 

verməyə əsas verir. SMM bu seçkilərin ölkədə demokratikləşmə və vətəndaş cəmiyyəti 

quruculuğu prosesində əhəmiyyətini və seçkilərə ictimai nəzarətin təşkilinin zərurətini önə 

çəkərək, 1 il öncədən 15 oktyabr 2003-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlaşmış və 

monitorinq fəaliyyətinə başlamışdır. Seçkilərin monitorinqinə isə prezident seçkilərinin rəsmi 

nəticələri təsdiqləndikdən sonra yekun vurulmuşdur.

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkiləri Azərbaycan Respublikasının Avropa 

Şurasına qəbul olunduqdan sonra yeni hakimiyyətin formalaşması baxımından keçirilən ilk 

seçkilər olduğundan beynəlxalq standartlara, xüsusən də Avropa Şurası qarşısında götürülən 

hüquqi-siyasi öhdəliyə əməl olunması məsələsi xüsusi maraq doğurur. Ancaq təəssüf ki, AŞ 

qarşısında Azərbaycanın demokratik seçki qanunvericiliyinin qəbul olunması və demokratik 

seçkilərin keçirilməsi barədə öhdəliyi mövcud olsa da, buna əməl olunmamışdır.

Yeni Seçki Məcəlləsinə dair 2002-ci ilin sonu 2003-cü ilin əvvəllərində keçirilən müzakirələrdə 

təkcə müxalif siyasi partiyalar və QHT-lərin deyil, həmçinin AŞ-nın Venesiya Komissiyası və 

ATƏT DTİHB-nin təklif olunan tövsiyyələri nəzərə alınmamış və seçki qanunu ictimai etimad 

qazanmamışdır. Bu baxımdan daha çox narazılıq yaradan 2 məsələ – seçki komissyialarının 

müxalifət və iqtidar nümayəndələrinin pariteti əsasında formalaşması və seçki prosesində 

məhdudiyyətsiz monitorinqin təşkili Seçki Məcəlləsində əksini tapmamışdır.

Sonuncu məsələ ilə bağlı qeyd edək ki, Azərbaycan hakimiyyəti “QHT-lər (ictimai birliklər və 

fondlar) haqqında” qanunun 2.4-cü maddəsində nəzərdə tutulan – xarici fiziki və hüquqi 

şəxslərdən qrant alınmasına görə yerli QHT-lərin monitorinq fəaliyyətinə yaradılan qadağanı 

bütün səylərə baxmayaraq ləğv etməmişdir. Bu məhdudiyyət isə Azərbaycan Respublikasının 

qoşulduğu «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa 

Konvensiyasının azad seçkilərin keçirilməsi ilə bağlı 1 saylı protokolu və ATƏT-in İnsan 

Hüquqları üzrə Konfransının 29 iyun 1990-cı il tarixli Kopenhagen Sənədinin 8-ci bəndi və 3 

oktyabr 1991-cı il tarixli Moskva Sənədinin 43-cü bəndi ilə də ziddiyyət təşkil edir.

Ümumilikdə isə seçki prosesində müşahidəçilik fəaliyyətinə yaradılan məhdudiyyətlər 

prezident seçkilərinin açıq və şəffaf keçirilməsi yönündə Azərbaycan hakimiyyətinin siyasi 

istək nümayiş etdirmədiyini göstərib.

Prezident seçkilərinin ilk mərhələsi – prezidentliyə namizədlərin irəli sürülməsi və təsdiq 

olunması prosesinin kobud qanun pozuntuları şəraitində aparıldığı müşahidə olunub. Belə ki, 

MSK ADP sədri Rəsul Quliyev və Prezident Aparatının keçmiş əməkdaşı Eldar Namazovun 

sənədlərinin qaydasında olmadığını bəhanə edərək, qeydə almamış və onlara prezidentliyə 

namizədliklərinin qeydiyyatı üçün imkan yaratmamışdır. Bununla da MSK hakimiyyətə 

alternativ mövqedə olan qüvvələrin neytrallaşmasına yönələn syiasi xarakterli qərar qəbul 



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

20

 



etmiş və ölkədə azad seçki rəqabəti şəraitini məhdudlaşdırmışdır. Əksinə yerli icra 

hakimiyyətləri qanunsuz olaraq, YAP-ın nümayəndəsi və hakimiyyətə yaxın şəxslər üçün seçici 

imzaları vərəqələrinin doldurulmasında iştirak etmiş, MSK isə bunu nəzərə almamışdır.

Prezident seçkilərinin təbliğat kampaniyası zamanı dövlət televiziyası və radiosu, habelə 

dövlət mətbuatında prezidentliyə namizədlərin hər biri üçün vaxt müəyyənləşdirilsə də, bu 

bölgüdən əlavə dövlətə məxsus media resurslarından sui-istifadə halları olmuşdur. Təbliğat 

kampaniyası dövründə prezidentliyə namizəd İ. Əliyevin seçicilərlə görüşündə o, 

məzuniyyətdə olsa da, baş nazir kimi təqdim olunmuşdur. Özəl telekanallardan isə yalnız ANS 

teleşirkəti müxalifətdən olan prezidentliyə namizədlərə reklam üçün şərait yaradıb.

Müxalif partiyaların prezidentliyə namizədlərinin seçicilər ilə görüşləri zamanı baş vermiş 

insidentlər, onların təbliğat materiallarının polis və yerli icra hakimiyyətlərinin göstərişi və 

iştirakı ilə məhv edilməsi nəticəsində bütün namizədlərə təbliğat kampaniyası dövründə 

bərabər şərait yaradılmamış, əksinə seçkilərin azadlığı prinsipi pozulmuşdur. Xüsusilə 

prezidentliyə namizədlər– İ.Qəmbər, E.Məmmədov və Ə.Kərimlinin rayonlarda seçicilərlə 

görüşlərinə yerli icra hakimiyyətinin müdaxiləsi və maneələri ilə Seçki Məcəlləsinin tələblərinə 

riayət olunmamışdır. Ancaq təbliğat kampaniyası dövründə İ.Əliyevin xeyrinə bir çox dövlət 

strukturlarının fəaliyyəti müşahidə olunmuş və bununla da dövlət resurlarından istifadə 

olunması qeydə alınmışdır.

Seçki günü müşahidə olunan ən geniş yayılmış qanun pozuntuları sezici siyahılarının düzgün 

tərtib olunmaması, seçicilərin qrup halında səsverməyə gətirilməsi və səsverməyə yerli icra 

hakimiyyəti ilə polisin müdaxiləsi halları olub Bu cür qanun pozuntuları nəticəsində isə 

minlərlə seçici səs vermək imkanından məhrum olmuş, səsvermə prosesinin təşkili və 

keçirilməsi ilə bağlı qanunvericiliyin müddəaları pozulmuşdur. Qeyd edək ki, məhkəmələrin 

birtərəfli və qeyri-effektiv fəaliyyəti nəticəsində seçki günü seçici siyahılarında adları olmayan 

vətəndaşların şikayətlərindən yalnız cüzi hissəsi təmin olunub.

Yerli müşahidəçilər seçki günü prezidentliyə namizədlərdən İ.Əliyevin xeyrinə saxta 

bülletenlərin hazırlanması və seçki qutularına doldurulması hallarını müşahidə etsələr də, bu 

cür qanun pozuntularına qarşı seçki komissiyaları rəhbərlərinin müqaviməti müşahidə 

olunmayıb. Əksinə qanunsuzluqlara görə irad bildirən müşahidəçilər və müxalifətdən olan 

bəzi MnSK üzvləri mənəvi-fiziki təzyiqlərə məruz qalıblar.

MnSK-nın sədrləri və katiblərinin seçki günü səsvermənin təşkili, səsvermənin nəticələrinin 

hesablanması və açıqlanması ilə bağlı fəaliyyəti kütləvi qanun pozuntuları ilə müşahidə 

olunmuşdur. Bu cür halların həm prosedur qaydalar barədə məlumatsızlıq, həm də 

məqsədyönlü şəkildə baş verməsi müəyyən olunub. Belə ki, bəzi MnSK sədrləri seçki 

məntəqələrinin qurulması, seçki qutusunun yerləşdirilməsi, daşınan seçki qutularından istifadə 

olunması və səslərin düzgün sayılmaması ilə bağlı iradları qəbul etməmiş, bununla da 

qanunvericiyliyə məhəl qoymadıqlarını nümayiş etdirmişlər.

SMM seçki ərəfəsində və seçki günü baş vermiş qanun pozuntularına əsasən 15 oktyabr 

2003-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan Respublikası Konstitusiyasının, 

Azərbaycan Respublikası Seçki Məcəlləsi və digər qanunvericilik aktlarının tələblərinin 

pozulduğunu bəyan edir. SMM hesab edir ki, bu seçkilərdə baş vermiş qanun pozuntuları 

hüquqi cəhətdən araşdırılmamış və nəticədə seçkilərin qaunvericiliyə riyaət olunması barədə 



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

21

 



beynəlxalq standartlara əməl olunmamışdır. 

SMM hesab edir ki, Azərbaycan Respublikasında 15 oktyabr 2003-cü ildə keçirilən prezident 

seçkiləri qeyri-demokratik şəraitdə baş verməsi və kütləvi qanun pozuntutları ilə müşayiət 

olunması səbəbindən qanuni sayıla bilməz.

SMM 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkisində müşahidəçilər tərəfindən 

müəyyən olunmuş qanun pozuntularına əsasən müəyyən edib:

● Prezident seçkilərinin təşkili və keçirilməsi, o cümlədən yerli müşahidəçilərin fəaliyyəti 

barədə mövcud qanunvericilik ölkədə azad və demokratik seçkilərin keçirilməsinə imkan 

verməyib;

● Prezident seçkilərində iştirak üçün bütün iddialı siyasi qüvvələrə sərbəst şəraitin 

yaradılmaması və prezidentliyə namizədlərin təbliğat kampaniyasına müdaxilə nəticəsində 

seçkiqabağı mühit demokratik, seçki şəraiti isə azad hesab oluna bilməz;

● Seçki ərəfəsində siyasi partiyalar, QHT-lər və mediaya təzyiqlər nəticəsində əsas insan 

hüquqları və azadlıqları pozulub, habelə vətəndaş cəmiyyəti quruculuğu prosesinə təhlükə 

yaranıb;

● Seçicilərin adlarının seçici siyahılarına daxil olunmaması nəticəsində seçki günü süni olaraq 

səsvermə imkanlarının məhdudlaşdırılması baş verib və nəticədə vətəndaşların seçki hüququ 

pozulub;


● Namizədlərdən birinin xeyrinə baş vermiş qanun pozuntuları nəticəsində səsvermə 

prosesinin qeyri-demokratik şəraitdə keçirilməsi halları müşahidə olunub;

● Müşahidəçilər və bəzi komissiya üzvlərinə qarşı mülki geyimli naməlum şəxslərdən ibarət 

qruplardan istifadə olunmuş və bununla da seçki iştirakçılarına qarşı zorakılıq halları baş 

vermişdir;

● Səsvermə yerli icra hakimiyyətləri və polis orqanlarının müdaxiləsi şəraitində keçirilmişdir;

● Səsvermənin nəticələrinin açıqlanması və səslərin sayılması zamanı şəffaflıq prinsipi 

pozulmuşdur;

Prezident seçkilərindən sonra yaranmış ictimai-siyasi şəraitin ölkədə demokratiyanın 

böhranına səbəb olduğunu bəyan edən SMM bu cür situasiyanın aradan qalxması üçün təklif 

edir:

● 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərinin nəticələri və baş vermiş qanun 



pozuntuları araşdırılsın;

● Ölkədə qarşılıqlı etimad və siyasi plüralizmin yaradılması məqsədilə hakimiyyətlə müxalif 

siyasi təşkilatlar arasında ictimai müzakirələr təşkil olunsun;

● Prezident seçkilərindən sonra səsvermə prosesində baş verən qanun pozuntularına etiraz 

məqsədilə keçirilən aksiyaların iştirakçılarının istintaq prosesi obyektiv və şəffaf şəraitdə 

aparılsın;



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

22

 



● Ölkədə demokratik seçkilərin keçirilməsinə təminat baxımından seçki komissyialarının 

bitərəfliyinin və yerli müşahidəçilərin məhdudiyyətsiz fəaliyyətinin yaradılması istiqamətində 

Seçki Məcəlləsinə və digər qanunlara dəyişikliklər olunmalı və hakimiyyət bu yöndə səylərini 

nümayiş etdirməlidir;

● Hakimiyyət növbəti seçkilərin demokratik keçirilməsi üçün siyasi partiyalar, QHT-lər və 

beynəlxalq institutlarla əməkdaşlıq edəcəyinə dair öz üzərinə öhdəlik götürməlidir.



SMM-in İdarə Heyəti

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

23

 





Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə