Y e k u n h e s a b a t bakı 2003 I. Xülasə


Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat



Yüklə 151.67 Kb.
Pdf просмотр
səhifə2/3
tarix10.06.2017
ölçüsü151.67 Kb.
1   2   3

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

8

 



prezidentliyə namizədlklərini geri götürmək barədə ərizələrini təsdiq edib. Bundan sonra isə 

seçki bülleteninə yalnız digər 8 nəfər prezidentliyə namizədin adı qeyd olunub.



IV. Seçkiqabağı təşviqat kampaniyası

Avqustun 6-dan başlayaraq oktyabrın 14-dək ölkə ərazisində prezident seçkiləri təbliğat 

kampaniyası aparılıb.

Avqustun 22-də MSK prezidentliyə namizədlər üzün dövlət televiziyası və radiosunda pulsuz 

efir vaxtından istifadə növbəsini müəyyənləşdirib. Həmin bölgüyə əsasən, prezidentliyə 

namizədlər həftədə 1 dəfə 10 dəqiqə olmaqla həm dövlət televiziyası, həm də radiosu ilə çıxış 

ediblər. Həftənin şənbə günləri isə bütün prezidentliyə namizədlər və ya onların 

nümayəndələrinin iştirakı ilə telemüzakirələr keçirilib.

Təbliğat kampaniyası dövründə prezidentliyə namizədlər – İlham Əliyev, Hafiz Hacıyev, 

Abutalıb Səmədov, Qüdrət Həsənquliyev və Yunus Əliyev mövcud iqtidarın müdaifəsi 

mövqeyindən çıxış ediblər.

Digər prezidentliyə namizədlər – İsa Qəmbər, Etibar Məmmədov və Əli Kərimlinin 

platformaları və çıxışları iqtidarın siyasətinin kəskin tənqidi ilə fərqlənib.

Prezidentliyə namizədlərdən İlyas İsmayılov, Lalə Şövkət Hacıyeva və Sabir Rüstəmxanlının 

isə iqtidarın siyasətini loyal tənqid edərək, digər müxalifət liderlərindən fərqləniblər.

Prezidentliyə namizəd İsa Qəmbər sentyabrın 7-dən başlayaraq Bakıda və respublikanın 10-

dan artıq regionunda seçicilərlə görüşlər keçirib. Bununla yanaşı İsa Qəmbərin dövrü mətbuat 

və ANS şirkəti vasitəsilə təbliğatı aparılıb. Qeyd edək ki, İsa Qəmbərin təbliğat kampaniyası 

digər prezidentliyə namizədlərdən kütləviliyi və təşkilatçılığı ilə nəzərə çarpıb.

Sentyabrın 14-dən başlayaraq Milli İstiqlal Partiyasıının sədri, prezidentliyə namizəd Etibar 

Məmmədovun seçicilərlə görüşləri başlayıb. E.Məmmədov təbliğat kampaniyası dövründə Bakı 

və 10-dan artıq regionda seçicilərlə görüşlər keçirib. E.Məmmədovun Yevlax şəhərində 

keçirilən görüşündən başqa digər görüşləri prezidentliyə namizəd Əli Kərimlinin ya özü, ya da 

seçki qərargahının nümayəndələrinin iştirakı ilə birgə təşkil olunub.

Qeyd edək ki, E.Məmmədovun dövrü mətbuat və elektron KİV-də təbliğatı zəif müşahidə 

olunsa da, kütləviliyi ilə seçilib.

Sentyabrın 29-da Bakı Mətbuat Klubu «İnternews» Humanitar Təşkilatı ilə birgə reallaşdırılan 

layihə çərçivəsində seçki kampaniyasının KİV-də işıqlandırılmasına dair keçirilən üç günlük 

(25-28 sentyabr) monitorinqin nəticələrini açıqlayıb. Verilən məlumata görə, bütün KİV 

nümunələri, xüsusilə də qəzetlər seçki mövzusuna geniş yer ayırıblar. «Zerkalo» və «Exo» 

qəzetləri istisna olmaqla, monitorinqi aparılan digər 9 qəzetdə prezidentliyə namizədlərlə bağlı 

birtərəfli mövqe nümayiş olunub.

Monitorinqin nəticələrinə görə, ANS teleşirkəti 3 gün ərzində Heydər Əliyevə 872, İlham 

Əliyevə 1458, İsa Qəmbərə isə 637 saniyə vaxt ayırıb. Etibar Məmmədovla Əli Kərimliyə isə 

ümumiyyətlə, vaxt verilməyib. İsa Qəmbərə ayrılmış vaxtın cəmi 2 saniyəsi xəbər janrında, 

digər vaxt isə reklam xarakterli olub.

Dövlət televiziyasında da üstünlük birmənalı olaraq, Heydər və İlham Əliyevə verilib. Belə ki, 

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

9

 



həmin müddətdə dövlət televiziyası H.Əliyevə 1348, İ.Əliyevə isə 4790 saniyə vaxt ayırdığı 

halda, müxalifət nümayəndələrinə yalnız pulsuz təşviqat hesabına vaxt ayırıb. Onlar barəsində 

xəbər janrında isə heç bir material verilməyib.

«Lider» telekanalı isə bu 3 gün ərzində Heydər və İlham Əliyevə bir yerdə təxminən 13 min 

saniyə vaxt ayırıb. Bu telekanal müxalifətdən olan prezidentliyə namizəd Etibar Məmmədova 

743 saniyə vaxt ayırıb ki, bu da yalnız satira janrında olub.

«Lider» telekanalı prezidentliyə namizədlər Lalə Şövkət, Sabir Rüstəmxanlı və Yunis Əliyevə 

ümumiyyətlə, vaxt ayırmayıb. Dövlət qəzetlərində İlham Əliyevə Heydər Əliyevdən 2-3 dəfə 

çox yer ayrılıb. Bu nisbət «Şərq» və «525-ci qəzet»də də təxminən eynidir. «Yeni Müsavat» 

qəzetində isə təbliğat birmənalı olaraq, İsa Qəmbərin üzərində qurulub.

Prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası avqustun 6-da başlasa da, bu tarixdən xeyli 

əvvəl dövlət və özəl telekanallarda prezidentliyə namizədlər Heydər və İlham Əliyevin qeyri-

qanuni təbliğatı aparılıb. Bu, qeyd olunan televiziyaların müxtəlif verilişlərində müşahidə 

edilib.


Təbliğat kampaniyası dövründə müxalifətdən olan prezidentliyə namizədlərin təşviqat 

materialları bir çox hallarda yerli icra hakimiyyətləri və polis əməkdaşları tərəfindən məhv 

edilib. Məsələn, avqustun 20-də Ağcabədi rayonu icra hakimiyyətinin nümayəndələri və yerli 

polis əməkdaşları prezidentliyə namizəd İlyas İsmayılovun təbliğat plakatlarını müsadirə 

ediblər. Bu cür hallar ölkənin mğxtəlif regionlarında digər prezidentliyə namizədlər –İsa 

Qəmbər və Etibar Məmmədovun təbliğat materiallarına qarşı baş verib. Məsələn, avqustun 

22-də Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları Keşlə qəsəbəsində prezidentliyə 

namizəd İsa Qəmbərin təbliğat plakatlarının yapışdırılmasına imkan verməyiblər. Avqustun 

27-də isə Qaradağ rayonu ərazisində prezidentliyə namizəd Etibar Məmmədovun təbliğat 

plakatlarını yapışdıran Şahnəsib Cahangirov 3 nəfər naməlum şəxsin təzyiqlərinə məruz qalıb 

və onu təhqir edənlər E.Məmmədovun 60 ədəd təbliğat plakatını götürüblər.

Təbliğat kampaniyasında müşahidə olunan digər hal prezidentliyə namizədlərin təbliğatı ilə 

siyasi partiyalar, vəzifəli şəxslər və xarici ölkə vətəndaşlarının məşğul olmasıdır. Bununla bağlı 

etirazını bildirən MSK katibi Vidadi Mahmudov avqustun 20-də bu qurumun iclasında Seçki 

Məcəlləsində hər partiyanın yalnız irəli sürdüyü prezidentliyə namizədin təbliğatı ilə məşğul 

olmasının nəzərdə tutulduğunu bildirib. Onun fikrincə, bu səbəbdən YAP-ın prezidentliyə 

namizədi Heydər Əliyev olduğu halda, digər namizəd İlham Əliyevin də təşviqatı ilə məşğul 

olması qanun pozuntusudur.

Digər qanun pozuntusu avqust-oktyabr aylarında prezidentliyə namizədlər və onların 

nümayəndələrinin dövlət televiziyasında təşkil olunan çıxışları və teledebatları zamanı baş 

verib. Çünki, bu verilişlərdə millət vəkili, parlamentin hüquq siyasəti və dövlət quruculuğu 

komissiyasının sədri Əli Hüseynov İlham Əliyevin nümayəndəsi kimi çıxış etməsi Seçki 

Məcəlləsinin 74.4.2-ci maddəsinə ziddir. Xatırladaq ki, Seçki Məcəlləsinin bu maddəsində 

dövlət qulluğunda çalışan şəxslərə prezidentliyə namizədlərin təşviqatı ilə məşğul olmaq 

qadağan edilir. Ümumiyyətlə, təşviqat kampaniyası dövründə prezidentliyə namizədlərdən 

İlham Əliyevin təşviqat kampaniyasında dövlət resursları və xüsusən də yerli icra 

hakimiyyətlərinin imkanlarından istifadə olunub.

Təbliğat kampaniyası dövründə müxalifətdən olan prezidentliyə namizədlərin seçicilərlə 

görüşlərinə yerli icra hakimiyyətləri və polis maneələr yaradıb. Məsələn, prezidentliyə namizəd 

  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

10

 



Sabir Rüstəmxanlı sentyabrın 4-də Biləsuvarda seçicilərlə görüşü zamanı tərəfdarlarından 5 

nəfərin həbs edildiyini və daha bir neçəsinin isə Biləsuvar polis rəisinin birbaşa iştirakı ilə 

döyüldüyünü bildirib.

Sentyabrın 21-də prezidentliyə namizədlər Etibar Məmmədovla Əli Kərimlinin Lənkəran və 

Masallı, İsa Qəmbərin isə Bakının Yasamal və Xətai rayonlarında seçicilərlə görüşünə yerli icra 

hakimiyyəti tərəfindən öyrədilmiş şəxslər mane olmağa cəhd ediblər və bu zaman tərəflər 

arasında qarşıdurma baş verib. Polis əməkdaşları isə bu zaman qarşıdurmayə müdaxil etmək 

əvəzinə, hadisəni müşahidə edib.

MSK-nın sentyabrın 8-də keçirilmiş iclasında qurumun müxalifətçi üzvləri MSK rəhbərliyinin və 

MSK-nın iqtidaryönlü üzvlərinin prezidentliyə namizəd Hafiz Hacıyevin qanunazidd və qeyri-

etik hərəkətlərinə haqq qazandırmalarına etiraz olaraq, MSK-nın iclasını yarımçıq tərk ediblər. 

Qeyd edək ki, prezidentliyə namizəd Hafiz Hacıyev bir neçə dəfə özəl və dövlət televiziyası ilə 

çıxışı zamanı digər prezidentliyə namizədlər – İsa Qəmbər və Əli Kərimlinin şəxsiyyəti barədə 

qeyri-etik bəyanatlar verib və onları təhqir edib. Bununla bağlı prezidentliyə namizədlər - Əli 

Kərimli, Etibar Məmmədov və İsa Qəmbərin sentyabrın 9-da MSK-yə müraciətlərində qanuna 

zidd fəaliyyətinə görə prezidentliyə namizəd Hafiz Hacıyevin namizədliyinin ləğv edilməsi tələb 

olunur.

V. Seçkiqabağı ictimai-siyasi durum

A. Söz və mətbuat azadlığının vəziyyəti

2003-cü ilin əvvəlindən başlayaraq, mətbuat hakimiyyətin siyasi təzyiqlərinə məruz qalıb. Bu 

proses prezident seçkiləri yaxınlaşdıqca daha da güclənib. Məsələn, Milli Məclisin mart ayında 

keçirilən bir neçə iclasında YAP-ın üzvü olan deputatlar «Yeni Müsavat» qəzeti və «Monitor» 

curnalını qərəzlikdə ittiham edərək, tənqid ediblər. Bəzi millət vəkilləri bu mətbu orqanlarının 

rəhbərliyini təhqir edən ifadələr işlədiblər. İyunun 17-də isə Milli Məclisin sədr müavini Arif 

Rəhimzadə deputatları müxalifət qəzetlərini məhkəməyə verməyə çağırıb. Bu cür çağırışlar 

digər millət vəkilləri, o cümlədən YAP rəhbərliyi tərəfindən də səslənib.

Prezident seçkiləri ərəfəsində jurnalistlərə təzyiqlər mətbuat nümayəndələrinin həbs olunması, 

təqibləri və döyülməsi ilə müşayiət olunub. Məsələn, aprelin 23-də «Milliyyət» qəzetinin baş 

redaktoru Tahir Abbaslı və onun müavini Sərkərdə Sərxanoğlunu polis əməkdaşları 

Respublika Prokurorluğuna aparıblar. Respublika Prokurorunun müavini Ramiz Rizayev 

onlardan Heydər Əliyevin əleyhinə kəskin məqalələr yazmamağı və ölkə başzısının kollajını 

verməməyi tələb edib.

Avqustun 26-da «Azadlıq» qəzetinin Gəncəbasar bölgəsi üzrə müxbiri Elnur Sadıqov təhsil 

aldığı Gəncə Dövlət Universitetindən (GDU) xaric edilib. Xatırladaq ki, E.Sadiqov Gəncə 

bölgəsi üzrə sosial-siyasi vəziyyətə dair tənqidi məqalələr yazdığına görə dəfələrlə təqib 

olunub və fiziki təzyiqlərə məruz qalıb.

Sentyabrın 8-də Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin rəhbərliyi ilə xeyli 

polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirən jurnalislərə qarşı güc tətbiq edərək, onları 

amansızlıqla döyüblər. Polislərin jurnalistlərə qarşı bu zorakılığı nəticəsində Xaliq Bahadır 

(«Azadlıq»), Xəyal Babayev («Azadlıq»), Azər Rəşidoğlu («Zerkalo»), Mətin Yaşaroğlu 



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

11

 



(«Zerkalo»), Manaf Quliyev («İnternews»), Mircavad Rəhimli («Space»), Müşfiq Abdullayev 

(«Bu gün»), Xaqani Səfəroğlu («Avropa») və Rey Kərimoğlu («Milli yol») ciddi bədən xəsarəti 

alıblar. Bu hadisə vaxtı xəsarət alan «Zerkalo» qəzetinin şöbə mğdiri A.Rəşidoğlu Bakı Şəhər 

Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevi tənqid etdiyinə görə naməlum şəxslər 

tərəfindən öldürüləcəyi ilə hədələnib.

Sentyabrın 21-də prezidentliyə namizədlər Etibar Məmmədovla Əli Kərimlinin Masallı və 

Lənkəran rayonlarında seçicilərlə görüşü zamanı baş verən insidentdə çoxsaylı jurnalistlər də 

polis zorakılığına məruz qalıb və nəticədə 8 nəfər müxtəlif bədən xəsarəti alıb, 2 nəfər isə 

həbs olunaraq yerli polis bölməsinə aparılıb.

Mayın 4-də bir qrup şəxs «Yeni Müsavat» qəzetinin redaksiyasına hücum edərək, qəzetin 

əməkdaşlarını döymüş və redaksiyanın texniki avadanlıqlarına ziyan vurmuşlar. Basqınçılar 

redaksiyada olarkən qəzetin əməkdaşlarını dövlət başçısını tənqid etdiklərinə görə öldürməklə 

hədələyiblər. İyul ayı ərzində mətbəələrin «Monitor» jurnalının çapından imtina etmələri 

səbəbindən jurnal öz fəaliyyətini dayandırıb.

Avqustun 8-də Müasir Müsavat Partiyasının (MMP) üzvləri «Azadlıq» qəzetinin redaksiyasına 

basqın ediblər. Basqın zamanı «Azadlıq» qəzetinin oxucuları, AXCP üzvləri və qəzetin 

jurnalistləri ilə MMP üzvləri arasında toqquşma olub.

MSK-nın sentyabrın 24-də keçirilmiş iclasında qurumun sədri Məzahir Pənahov «Azadlıq» 

qəzetinin müxbiri Abbas Əli və «Yeni Müsavat» qəzetinin müxbiri Məhbubə Qasımovanı təhqir 

edərək, onların bundan sonra MSK-nın iclaslarına buraxılmayacağını bildirib.



B. Siyasi proseslər və siyasi inteqrasiya təşəbbüsləri

2002-ci ildə məşvərətçi qurum kimi yaranan Müxalifətin Koordinasiya Mərkəzi (MKM) 

prezident seçkiləri ərəfəsində Seçki Məcəlləsinin demokratikləşməsi, siyasi partiyalara qarşı 

təzyiqlərin müzakirəsi və birgə siyasi aksiyaların təşkili yönündə fəaliyyət göstərib. MKM 

yarandığı dövrdə 9 siyasi partiyanı – Milli İstiqlal, Xalq Cəbhəsi, Müsavat, Demokrat, Vətəndaş 

Həmrəyliyi, Xalq, Ədalət, Vətəndaş Birliyi və Tərəqqi partiyalarını tərkibində birləşdirirdi. 

Ancaq prezident seçkilərinə bir neçə ay qalmış Ədalət Partiyası MKM-in tədbirlərinə 

qatılmayıb.

Martın 31-də Müsavat başqanı İsa Qəmbər prezident seçkilərində onun namizədliyini müdafiə 

edən siyasi partiyalardan ibarət «Bizim Azərbaycan» Seçki Blokunun yaranması barədə 

məlumat verib. Qeyd edək ki, bu seçki blokuna müxalifət partiyalarının birləşdiyi Demokratik 

Konqresin üzvü olan partiyalar və digər syiasi qurumlar daxil olub. Mayın 21-də isə Müsavat 

Partiyası ilə Ümid Partiyası arasında əməkdaşlıq sazişi imzalanıb.

İyunun 11-də AXCP sədri Əli Kərimli növbəti prezident seçkilərində müxalifət partiyalarının 

vahid namizəd, vahid platforma və vahid komanda ilə çıxış etməsi ilə bağlı təkliflərini 

açıqlayıb. Onun təklifləri koalisiyanın yaradılması və idarə olunması, ölkədə konstitusion 

islahatların aparılması, parlament, Nazirlər Kabineti və bələdiyyələrin səlahiyyətlərinin 

artırılması ilə bağlı olub.



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

12

 



Avqustun 19-da AMİP, Müsavat, AXCP və ADP liderləri- Etibar Məmmədov, İsa Qəmbər, Əli 

Kərimli və Rəsul Quliyevin «dördlər» adlanan formatında prezident seçkilərində müxalifətin 

fəaliyyətinə dair müzakirələri başlayıb. Avqustun 21-də isə AMİP, Müsavat, AXCP və ADP-nin 

liderləri vahid namizəd məsələsinin müzakirəsini Londonda davam etdirmək qərarına gəliblər 

və avqustun 23-də Londonda AMİP, Müsavat, AXCP və ADP liderlərinin zirvə görüşü başlayıb. 

Qeyd edək ki, dörd partiya rəhbərinin avqustun 25-də Londonda yekunlaşmış zirvə görüşündə 

bu partiyalardan ibarət Demokratik Sabitlik İttifaqının (DSİ) yaradılması barədə razılıq əldə 

olunub. AXCP sədri Əli Kərimli bildirib ki, DSİ demokratik seçki mühitinin yaradılması və 

seçkilərin saxtalaşdırılmasına qarşı mübarizə aparacaq. Onun sözlərinə görə, «dördlər» 

müxalifətin vahid namizədinin müəyyənləşməsini seçkilərin ikinci turunadək təxirə salıblar.

Sentyabrın 17-də AMİP və AXCP arasında prezident seçkiləri ilə bağlı koalisiya sazişi 

imzalanıb. Sazişə əsasən, AXCP tərəfindən dəstəklənən prezidentliyə namizəd, AMİP sədri 

Etibar Məmmədovun seçkilərdə qalib gələcəyi halda, yeni hakmiyyət iki partiya arasında 

paritet əsasında formalaşdırılacaq.

Qeyd edək ki, 4 nüfuzlu mğxalifət partiyasının – Müsavat, Xalq Cəbhəsi, Milli İstiqlal və 

Demokrat partiyalarının prezidentliyə vahid namizədin müəyyən olunması yönğndə sonuncu 

müzakirələri oktyabrın 8-9-da aparılıb. Müzakirələrdə 4 partiyanın sədri iştirak edib və 

göstərilən səylər nəticəsiz qalaraq Müsavat başqanı İsa Qəmbər və AMİP sədri Etibar 

Məmmədovun ayrı-ayrı seçkilərdə iştirak edəcəyi məlum olub. Bununla belə oktyabrın 9-da 

ADP sədri Rəsul Quluyev Müsavat başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini 

dəstəklədyiyi barədə bəyanat verib.

MKM prezident seçkilərinədək dövlət başçısının istefası, demokratik seçki qanunvericiliyinin 

qəbul edilməsi və azad seçkilərin keçirilməsi tələbləri ilə bir neçə dəfə yürüş-mitinq təşkil 

edib.


Mayın 18-də MKM-ə daxil olan partiyalar keçmiş «Qələbə» meydanında «Azad seçki», 

«Seçkilər Məcəlləsi azad və ədalətli şəkildə qəbul edilsin», «Qarabağa azadlıq» və «Heydər 

Əliyevə» istefa tələbləri ilə mitinq keçiriblər.

Seçki Məcəlləsinin bəzi müddəalarına etiraz edən MKM-ə daxil olan partiyalar iyunun 3-də 

parlamentin binası qarşısında icazəsiz mitinq keçirməyə cəhd ediblər. Lakin polis aksiyanın 

baş tutmasını əngəlləyib. Polislə qarşıdurma nəticəsində mitinq iştirakçıları arasında onlarla 

insan həbs edilib və müxtəlif bədən xəsarətləri alıb.

MKM avqustun 5-dən başlayaraq, dövlət başçısının oğlu İlham Əliyevin baş nazir təyin 

edilməsinə etiraz olaraq, ölkə səviyyəsində genişmiqyaslı kütləvi aksiyaların keçirilməsinə 

cəhd edib. MKM-ə daxil olan partiyaların fəalları Mərkəzi Seçki Komissiyası, Nazirlər Kabineti, 

Apellyasiya Məhkəmsi, Konstitusiya Məhkəməsi, ABŞ və Türkiyə səfirliklrinin binası qarşısında 

İlham Əliyevin baş nazir təyin edirməsinə etiraz olaraq fasiləsiz piketlər keçirməyə cəhd 

etsələr də, bu aksiyaları polis əməkdaşları zorakılıqla dağıdıb.

Prezident seçkiləri ərəfəsində Azərbaycan Demokrat Partiyası bu qurumun sədri, sabiq spiker 

Rəsul Quliyevin ölkəyə qayıtmasına şərait yaradılması tələbiylə 10-dan artıq etiraz aksiyası 

keçirib. Bu aksiyalar əsasən mart-may aylarında keçirilib.



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

13

 



Ümid Partiyasının fəalları isə İlham Əliyevin baş nazir təyin edilməsinə etiraz olaraq, 

avqustun 5-dən 8-dək aclıq aksiyası keçiriblər. Aclıq aksiyası dayandırıldıqdan sonra Ümid 

Partiyasının qərargahı qarşısında İlham Əliyevin baş nazir təyinatına etiraz mitinqi keçirilib.

Aprelin 21-də prezident Heydər Əliyevin «Respublika» sarayında keçirilən tədbir zamanı 

səhhətinin pisləşməsi müvazinətini itirərək yıxılmasına səbəb olub. Onun səhhətinin 

gözlənilmədən pisləşməsi həm yerli, həm də xarici mediada Azərbaycanda vaxtından əvvəl 

prezident seçkilərinin keçiriləcəyi və Heydər Əliyevin növbəti prezident seçkilərinə 

qatılmayacağı barədə mülahizələrin yaranmasına səbəb olub. Bununla yanaşı YAP-ın namizədi 

kimi dövlət başçısının oğlu, millət vəkili və Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham 

Əliyevin prezidentliyə namizədliyinin irəli sürüləcəyi barədə məlumatlar yayıldı. İyunun 11-də 

isə iqtidaryönlü Ana Vətən Partiyasının qurultayında növbəti prezident seçkilərində YAP sədri 

və dövlət başçısı Heydər Əliyevlə yanaşı, onun oğlu və YAP-ın sədr müavini İlham Əliyevin 

prezidentliyə namizədliyi irəli sürüldü.

İyulun 8-də prezident Heydər Əliyevin yenidən müalicə üçün Türkiyənin «Gülhanə» Hərbi 

Tibb Akademiyasına yollanması ölkədə siyasi proseslərin inkişafında ciddi siyasi faktora 

çevrildi. Mətbuat H.Əliyevin səhhətinin kəskin pisləşdiyi bir durumda iqtidardaxili bəzi 

qüvvələrin hakimiyyəti tələsik olaraq İlham Əliyevə vermək üçün fəallaşdığını yazdı. Çox 

keçmədi ki, avqustun 3-də dövlət başçısının fərmanı ilə onun oğlu və YAP-ın sədr müavini 

İlham Əliyev Azərbaycan Respublikasının baş naziri təyin edildi. Milli Məclisin avqustun 4-də 

keçirilmiş fövqəladə sessiyasında isə dövlət başçısının bu fərmanı təsdiq olundu. Azərbaycan 

cəmiyyətinin bu təyinata münasibəti gözlənildiyi kimi, birmənalı olmadı. İ.Əliyevin hökumət 

başına gətirilməsini yalnız YAP və hakimiyyətyönlü təşkilatlar dəstəklədi. Müxalifət partiyaları 

və bəzi mətbuat vasitələri bu təyinata olduqca kəskin reaksiya verərək, bunu sülalə 

hakimiyyətinin qurulması kimi qiymətləndirdilər.

Prezident seçkiləri ərəfəsində müxalifət partiyalarının üzvləri və rəhbərləri müxtəlif təzyiqlərə 

məruz qalıblar. Mayın 23-də Milli Məclisin iclasında AXCP sədri, millət vəkili Əli Kərimli YAP-

dan olan millət vəkili Əhəd Abıyevin təhqirlərinə məruz qalıb. Bu hadisə ilə bağlı müxalif 

deputatlar Milli Məclis rəhbərliyi və Parlamentin İntizam Komissyiasından Əhəd Abıyevin 

cəzalandırılmasını və millət vəkillərindən üzr istənilməsini tələb edərək, parlamentin iclaslarını 

boykot ediblər. Eyni zamanda bu hadisə ilə bağlı mayın 27-də parlament qarşısında AXCP 

üzvlərinin etiraz aksiyası keçirilib. Aksiya polislər tərəfindən dağıdılıb və 30 nəfərdən artıq 

şəxs həbs olunub. İynun 26-da AXCP sədri Əli Kərimlinin yaxın qohumu İnqilab Kərimov həbs 

edilib.

İyulun 14-də Əli Kərimli və İsa Qəmbərin avtomobillərini Dövlət Yol Polisinin əməkdaşları 



saxlayıb və onların mühafizəçiləri həbs edilib. MKM bu hadisəni hakimiyyətin müxalifət 

liderlərinə qarşı təzyiqləri kimi qiymətləndirib.



VI. Seçki günü.

Seçki günü əksər seçki məntəqələri qanunla müəyyən olunmuş vaxtda, yəni saat 8.00-da 

açılıb. Seçki məntəqələrində səsvermə prosesi başlayarkən bəzi seçki məntəqələrinin 

qurulması ilə bağlı prosedur qaydaların pozulması halları müəyyən olunub.



# Seçici siyahılarının düzgün tərtib olunmaması

Seçki günü səsvermə başlayandan 1-2 saat sonra ölkə üzrə 3 minə yaxın seçki məntəqəsində 



  Seçki Monitorinq Mərkəzi, 15 oktyabr 2003-cü il Yekun Hesabat  

                                                 

14

 



seçici siyahılarında adı olmayan, ancaq seçki məntəqəsinin aid olduğu ərazidə qeydiyyatda 

olan vətəndaşların seçki hüququnun pozulması müşahidə olunub. Müşahidəçilər tərəfindən 

müəyyən edilib ki, əksər seçki məntəqələrində seçici siyahıları düzgün tərtib olunmayıb və 

vətəndaşların səsvermədə iştirakı ilə bağlı məhdudiyyətlər yaranıb.

Qeyd edək ki, seçici siyahılarına adları daxil olunmayan vətəndaşların sayı müxtəlif seçki 

məntəqələrində müxtəlif cür olub. Məsələn, 20 saylı Nərimanov seçki dairəsinin 17 saylı seçki 

məntəqəsində 163 nəfərə bildiriş göndərilməyib və onların adları seçici siyahılarına daxil 

olunmayıb.

9 saylı Binəqədi ikinci seçki dairəsinin 4, 5, 6, 9, 12, 14, 15, 18, 19, 21, 22 və 23 saylı seçki 

məntəqələrinin hər birində 100-120 nəfər seçici bu dairə üzrə qeydiyyatda olsa da, onların 

adları seçici siyahılarına daxil edilməyib.

Analoji qanun pozuntusu 29 saylı Səbayel seçki dairəsinin 2, 4, 5, 6, 7, 9, 10, 11, 12, 16, 17, 

18, 19, 20, 21, 25, 26, 27, 28 saylı seçki məntəqələrində, 17 saylı Yasamal seçki dairəsinin 2, 

3, 4, 6, 7, 9, 11, 12, 18 saylı seçki məntəqələrində, habelə müşahidənin aparıldığı 37 saylı 

Nizami birinci, 38 saylı Nizami ikinci, 39 saylı Kəpəz birinci, 41 saylı Sumqayıt birinci, 42 saylı 

Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Abşeron, 48 saylı Yevlax şəhər, 

49 saylı Yevlax-Mingəçevir, 53 saylı Quba-Qusar, 55 saylı Xaçmaz şəhər dairəsi, 73 saylı 

Lənkəran, 79 saylı İmişli, 96 saylı Goranboy-Naftalan, 97 saylı Goranboy-Ağdam-Tərtər, 101 

saylı Xanlar-Daşkəsən və 102 saylı Samux-Şəmkir seçki dairələrində müşahidə olunub.




Поделитесь с Вашими друзьями:
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə