XÜlasə Bu siyasət sənədi Azərbaycanda birpilləli 1 bələdiyyə sistemi əvəzinə ikipilləli yerli özünüidarə



Yüklə 0.64 Mb.
Pdf просмотр
səhifə1/4
tarix23.07.2017
ölçüsü0.64 Mb.
növüXülasə
  1   2   3   4

 

A



ZƏRBAYCANDA 

Y

ERLI 



Ö

ZÜNÜIDARƏNIN 

O

PTIMAL 


T

ƏŞKILI


:

 

B



IRPILLƏLI 

B

ƏLƏDIYYƏ 



S

ISTEMINDƏN 

Ç

OXPILLƏLI 



Y

ERI 


Ö

ZÜNÜIDARƏYƏ 

D

OĞRU 


 

 

Abil Bayramov  

 

 

XÜLASƏ 

 

Bu  siyasət  sənədi  Azərbaycanda  birpilləli



1

  bələdiyyə  sistemi  əvəzinə  ikipilləli  yerli  özünüidarə 

sisteminə  keçiddən  bəhs  edir.  Sənəddə  yerli  özünüidarənin  təşkilinin  mövcud  sisteminin  səmərəli 

idarəetmənin  təşkilinə  mane  olması  qeyd  edilir  və  onun  təkmilləşdirilməsi  ilə  bağlı  müxtəlif 

alternativlər  təklif  edilir.  Aparılmış  tədqiqatın  nəticəsi  olaraq  üç  əsas  alternativ  təklif  olunur:  1). 

Mövcud  inzibati-ərazi  bölgüsü  çərçivəsində  ikipilləli  (bələdiyyə  və  rayon  səviyyələrində)  yerli 

özünüidarə  sisteminə  keçid    2).  Regional  idarəetmə  təsis  etməklə  ikipilləli  (bələdiyyə  və  rayon 

səviyyələrində)  yerli  özünüidarə  sisteminə  keçid  3).  Bələdiyyə  və  region    səviyyələrində  ikipilləli 

yerli  özünüidarə  sisteminə  keçid.  Alternativlər  təklif  olunmaqla  yanaşı  onların  hər  birinin 

üstünlükləri və çatışmazlıqları qeyd olunur.  

 

Bütün  alternativlər  üzrə  qiymətləndirmənin  nəticələrinə  əsasən  sənəddə  regional  idarəetmə  təsis 



etməklə  ikipilləli  (bələdiyyə  və  rayon  səviyyələrində)  yerli  özünüidarə  sisteminə  keçid  variantına 

üstünlük verilir və bununla bağlı hökumətə konkret təkliflər verilir. 

 

                                                 



1

 Bu sənəddə “pillə” və “həlqə” ifadələri sinonim kimi işlədilir. Belə yanaşmanın səbəbi ondan ibarətdir ki, indiyə qədər 

Azərbaycan bələdiyyə sisteminə münasibətdə yerli özünüidarənin təşkili səviyyəsini ifadə edən “həlqə” sözü əvəzinə 

əsasən “pillə” ifadəsindən və onunla bağlı söz birləşmələrindən (birpilləli bələdiyyə sistemi) istifadə olunub.    



 

GİRİŞ 

 

Yerli özünüidarə qurumlarının səlahiyyətsizliyi, maliyyə və kadr potensialının zəifliyi, idarəetmədə 



paralelliyin  mövcudluğu  kimi  problemlərlə  yanaşı  bələdiyyə  sisteminin  birpilləli  olması 

Azərbaycanda  yerli  idarəetmənin  səmərəli  təşkilini  əngəlləyən  əsas  faktorlardandır.  Belə  ki, 

Azərbaycanda ölçüsündən asılı  olmayaraq  (əhalisinin sayı  500 nəfərdən az və  ya 200 mindən çox 

olmasına baxmayaraq) bütün bələdiyyələr eyni hüquqlara, səlahiyyət və öhdəliklərə malikdirlər. On 

illik  təcrübənin  təhlili  göstərir  ki,  birpilləli  sistem  əhalinin  keyfiyyətli  ictimai  xidmətlər  almaq 

imkanlarını məhdudlaşdırır. Hətta bələdiyyələrin səlahiyyət və maliyyə problemləri həll olunsa belə 

mövcud model çərçivəsində yerli idarəetmənin effektiv təşkili imkanları məhdud olacaq. Ona görə 

də çoxpilləli sistemə keçid istiqamətində zəruri addımlar atılmalıdır. Lakin bunun üçün siyasi iradə 

olmalı, qəqar qəbul etmək səlahiyyətinə malik qurumlar (və ya şəxslər) yerli idarəetmə siyasətində 

dəyişiklik  etməyə  və  zəruri  islahatlar  aparmağa  hazır  olmalıdırlar.  Hökuməti  siyasətdə  dəyişiklik 

etmək  və  islahatlar  aparmaq  zərurətinə  inandırmaq  üçün  isə  əsaslandırılmış  alternativlər  təklif 

olunmalı  və  tövsiyələr  verilməlidir.  Bu  siyasət  sənədində  də  əsas  məqsəd  yerli  idarəetmənin 

səmərəli təşkili ilə bağlı alternativ siyasət variantlarını hazırlamaq və hökumətə təklif etməkdir. 

 

Sənəd  4  əsas  hissədən  ibarətdir.  “Problemin  təsviri”  adlanan  birinci  hissədə  yerli  özünüidarənin 



təşkilinin hazırkı sistemi, onun doğurduğu nəticələr və həmin nəticələrin təsiri haqqında danışılır və 

problemin  həlli  zərurəti  qeyd  olunur.  “Alternativlər”  adlı  ikinci  hissədə  ikiilləli  yerli  özünüidarə 

sistemnin  formalaşdırılması  ilə  bağlı  3  alternativ  variant  təklif  olunur  və  hər  bir  alternativin 

üstünlükləri  və  çatışmazlıqları  göstərilir.  “Alternativlərin  qiymətləndirilməsi”  hissəsində  hər  üç 

alternativ  qiymətləndirilir.  Qiymətləndirmə  konkret  meyarlar  əsasında  aparılır.  Qiymətləndirmə 

əsasında  üstün  alternativ  müəyyənləşdirilir.  “Nəticə  və  tövsiyələr”  adlanan  dördüncü  hissədə 

tədqiqatın nəticəsi və qərarqəbuledənlər üçün tövsiyələr öz əksini tapır. 

 

Sənədin  hazırlanmasında  əsas  məqsəd  qərar  qəbul  etmək  səlahiyyətinə  malik  müvafiq  dövlət 



qurumlarına  yerli  idarəetmənin  təşkili  sisteminin  təkmilləşdirilməsi  ilə  bağlı  alternativlər  təklif 

etməkdir.  İnanırıq  ki,  təklif  olunan  tövsiyələr  hökumətə  yerli  idarəetmə  islahatlarının  həyata 

keçirilməsində yardım edəcək.  

 

 



 

 



PROBLEMIN TƏSVIRI 

 

Postsosialist  məkanına  daxil  olan  bir  sıra  ölkələrdə  (xüsusilə  Mərkəzi  və  Şərqi  Avropa,  həmçinin 

Baltikyanı  ölkələrdə)  keçid  dövrünün  əsas  komponentlərindən  biri  kimi  yerli  hakimiyyət 

orqanlarının islahatı siyasi sistemin transformasiyasının mühüm tərkib hissəsi idi. Həmin ölkələrdə 

mərkəzləşmiş dövlətlərin dağılması və kommunal xidmətlərin unifikasiyasının ilk on ili ərzində yerli 

hakimiyyət  orqanlarının  təşkilinin  müxtəlif  modelləri  işlənib  hazırlanıb.  Ötən  dövr  fasiləsiz 

dəyişikliklərlə  müşaiyət  olunsa  da  dövlət  idarəçiliyi  islahatı  hələ  də  bu  dövlətlərin  əksəriyyətinin 

siyasi gündəliyində durur.  

 

Baltikyanı, Mərkəzi və Şərqi Avropa ölkələrindən fərqli olaraq postsovet məkanına daxil olan digər 



dövlətlərdə,  xüsusilə  Cənubi  Qafqaz  və  Orta  Asiya  Respublikalarında  yerli  idarəetmə  islahatları 

kifayət  qədər  gec  start  götürməklə  yanaşı  qeyri-ardıcıl  və  sistemsiz  xarakter  daşıyıb.  Bunun 

nəticəsidir  ki,  həmin  ölkələrdə,  o  cümlədən  Azərbaycanda  yerli  idarəetmənin  səmərəli  təşkli  və 

ictimai  xidmətlərin  keyfiyyətinin  təmin  olunması  sahəsində  hər  hansı  ciddi  tərəqqi  müşahidə 

olunmur.  

 

Azərbaycan öz müstqilliyini 1991-ci ildə elan etsə də yerli idarəetmə islahatlarına 8 il sonra - 1999-



cu  ildə    başladı.  1999-cu  ilin  dekabrında  yerli  özünüidarə  orqanlarına  –  bələdiyyələrə  ilk  seçkilər 

keçirildi. Seçkilərə qədər yerli özünüidarə qurumlarının fəaliyyətinin hüquqi bazasını təşkil edən bir 

sıra  qanunlar  qəbul  olunmuşdu.  Hazırda  ölkədə  mövcud  olan  yerli  özünüidarə  sistemi  1995-ci  il 

Konstitusiyasınınnın 4-cü bölməsi və 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrin statusu haqqında” 

Qanuna  əsaslanır.  Sonradan  qəbul  edilən  və  bələdiyyələrin  fəaliyyətinin  müxtəlif  istiqamətlərini 

əhatə edən qanunlar mövcud sistemdə hər hansı köklü dəyişikliklərə gətirib çıxarmayıb. 

 

Azərbaycanda təşəkkül tapmış yerli özünüidarə sisteminin idarəetmənin səmərəliliyini təmin etməyə 



mane  olan  bir  sıra  özünəməxsusluqları  var.  İlk  növbədə  onu  qeyd  edək  ki,  Azərbaycanda 

bələdiyyələrin hansı prinsiplər əsasında formalaşdırıldığı aydın deyil. Bələdiyyələr nə inzibati-ərazi 

vahidlikləri, nə də yaşayış məntəqələri üzrə formalaşdırılıb. (Mövcud qanunvericilik əhalinin sayı və 

ərazi  hüdudlarına  görə  bələdiyyələrin  yaradılmasına  məhdudiyyətlər  müəyyənləşdirməyib.  Bunun 

nəticəsidir  ki,  2009-cu  ilə  qədər  Azərbaycan  həm  bütövlükdə  bələdiyyələrin  sayına,  həm  də  yerli 


 

özünüidarə  qurumlarının  ümumi  sayında  kiçik  bələdiyyələrin  xüsusi  çəkisinə  görə  əksər  Avropa 



ölkələrini geridə qoyub. 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 

azaldı və ölçüləri nisbətən böyüdü, lakin bu prosesin də konkret hansı prinsiplər əsasında aparıldığı 

qeyri-müəyyəndir.  Çünki  birləşdirmənin  inzibati-ərazi  dairələri  üzrə  aparıldığı  bildirilsə  də  bu 

prinsipə bir çox hallarda riayət olunmayıb).  

 

Yerli  özünüidarənin  inzibati-ərazi  bölgüsü  (kənd,  qəsəbə,  rayon  və  şəhər)  prinsipi  üzrə  təşkili 



nəzərdə  tutulmadığından  bələdiyyələrin  səlahiyyətlərinin  də  inzibati-ərazi  vahidləri  üzrə 

differensiallaşdırılması  təcrübəsi  tətbiq  olunmayıb.  Halbuku  beynəlxalq  təcrübənin  tahlili  aydı 

şəkildə  göstərir  ki,  inzibati-ərazi  vahidlərinin  statusundan  doğan  fərqlər  səlahiyyətlərdə  də  analoji 

fərqlərin  nəzərə  alınmasını  qaçılmaz  edir.  Məsələn,  kəndin  infratrukturu,  orada  infrastrukturun 

təşkilinə  qarşı  qoyulan  tələblər  və  kənd  yerlərində  iqtisadiyyatın  strukturu  şəhər  yaşayış 

məntəqələrindən əhəmiyyətli dərəcədə fərqlənir.

2

  

 



Təcrübə  göstərir  ki,  bütün  səviyyələrdən  olan  inzibati-ərazi  vahidləri  üzrə  eyni  səlahiyyət  və 

öhdəliklərə  malik  yerli  özünüidarə  orqanlarının  formalaşdırılması  səmərəli  deyil.  Ümumiyyətlə, 

subsidiarlıq  prinsipinin  effektiv  tətbiqi  çoxhəlqəli  (çoxsəviyyəli)  ərazi  idarəetmə  sistemi 

çərçivəsində  daha  real  hesab  olunur.  Bu,  Avropa  Şurası  Yerli  və  Regional  Hakimiyyətlər 

Konqresinin  293  saylı  (2009)  Qətnaməsində  də  xüsusi  vurğulanır

3

.  Yerli  idarəetmənin  müxtəlif 



həlqələri  arasında  qarşılıqlı  münasibətlər  sisteminin  strukturunu  təkcə  mövcud  səviyyələrin  sayı 

deyil, həm də onlar arasında əlaqə və səlahiyyətlərin bölgüsü müəyyənləşdirir. Məsələn, digər Şərqi 

Avropa  ölkələrinə  nisbətən  daha  sabit  inkişaf  yoluna  qədəm  qoymuş  Polşanın  timsalında  bunu 

görmək  mümkündür.  Polşada  1999-cu  ildə  keçirilən  idarəetmə  islahatlarında  sonra  qminalarla 

yanaşı  yerli  idarəetmənin  daha  2  səviyyəsi  –  poviatlar  və  voyevodluqlar  yaradıldı.  Hər  3  səviyyə 

arasında  səlahiyyətlərin  dəqiq  bölgüsü  mövcuddur.  Qminaların  səlahiyyət  sferasına  aşağıdakı 

məsələlər  daxildir:  torpaqdan  istifadə,  yerli  inkişaf  və  ətraf  mühitin  müdafiəsi  məsələləri;  yerli 

yollar,  küçələr,  körpülər  və  küçə  hərəkəti;  su  təchizatı,  kanalizasiya,  zibilin  yığılması,  elektrik 

enerjisi  və  qazla  təchizat;  yerli  ictimai  nəqliyyat;  səhiyyə,  sosial  xidmətlər;  mənzil  fondu; 

                                                 

2

 Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin müəyyən olunması mexanizmlərinin təkmilləşdirilməsi. İqtisadi 



Təşəbbüslərə Yardım İctimai Birliyi. Bakı, 2010 

3

 Regions with legislative powers: towards multi-level governance. Resolution 293 (2009). The Congress of Local 



and Regional Authorities of the Council of Europe. 

 

məktəbəqədər  müəssisələr,  ibtidai  məktəblər;  mədəniyyət  müəssisələri  və  kitabxanalar;  bədən 



tərbiyəsi  və  idman;  bazaların  saxlanılması;  ictimai  parkların  saxlanılması;  məzarlıqların 

saxlanılması;  ictimai  təhlükəsizlik  və  yanğından  mühafizə,  kommunal  mülkiyyətdə  olan  ictimai 

binaların  saxlanılması.

4

  Poviatlar  ikinci  səviyyə  orqanları  kimi  təhsil,  sosial  təminat,  torpaqdan 



istifadə  və  tikintiyə  nəzarət,  işsizlərə  kömək  və  yerli  əmək  bazarlarının  inkişafına  dəstək, 

istehlakçıların  hüquqlarının  müdafiəsivə  s.  sahələrdə  səlahiyyətlərə  malikdirlər.  Voevodluq 

orqanları  isə  aşağıdakı  stiqamətlər  üzrə  fəaliyyətlərlə  məşğuldurlar:  iqtsadi  inkişaf  üçün  əlverişli 

şərtlərin  yaradılması;  texniki  infrastrukturun  saxlanılması  və  genişləndirilməsi;  ictimai  və  xüsusi 

maliyyə  resurslarının  əldə  edilməsi  və  istifadəsi;  əhalinin  təhsil  alma  tələbatlarının  dəstəklənməsi; 

fasiləsiz  inkişaf  prinsiplərinə  uyğun  olaraq  təbii  ehtiyatların  istifadəsinə  nəzarət;  elmin  inkişafının 

dəstəklənməsi və voyevodluğun inkişafının potensial imkanlarının təşviqi. Başqa Avropa ölkələrinin 

timsalında  da  çoxhəlqəli  idarəetmə  təcrübəsi  mövcuddur.  Məsələn,  Fransada  dairə  və  kantonlar 

dövlət  idarəetməsini,  kommunalar  isə  yerli  özünüidarəni  təmsil  edən  qurumlardır.  Lakin  onlar 

arasında həm səlahiyyət bölgüsü dəqiq aparılır, həm də onların təşkili inzibati ərazilər üzrə fərqlənir. 

Daha iriölçülü inzibati ərazilər (vilayətlər) üzrə kantonların idarəetməsi, kantonlara daxil olan kiçik 

ölçülü  inzibati  ərazilər  (məsələn,  kənd  və  qəsəbələr)  üzrə  isə  kommunalar  fəaliyyət  göstərir. 

5

  

Macarıstanda  da  yerli  idarəetmə  iki  səviyyədə  həyata  keçirilir:  bələdiyyələr  və  dairələr.  Onlar 



arasında  hər  hansı  ierarxik  münasibət  yoxdur.  Hər  bir  səviyyənin  dəqiq  müəyyən  olunmuş 

səlahiyyətləri  var.  Çexiyada  da  Macarıstanda  olduğu  kimi  yerli  idarəetmənin  ikipilləli  sistemi 

mövcuddur: aşağı həlqə bələdiyyələr, yuxarı həlqə isə regionlardır. 2000-ci il yanvarın 1-dən Praqa 

da  daxil  olmaqla  14  region  üzrə  idarəetmə  tətbiq  olunur.  Bu  vaxta  qədər  mövcud  olan  rayon 

idarəetməsi isə ləğv olunub. Bələdiyyələr ötürülən səlahiyyətlərin miqyasından asılı olaraq üç qrupa 

bölünür.  Bələdiyyələrlə  regionlar  arasında  səlahiyyətlərin  dəqiq  bölgüsü  aparılıb.  Başqa  ölkələrin 

timsalında da kifayət qədər nümunələr gətirmək mümkündür.

6

 



 

Nümunə  gətirdiyimiz  ölkələrlə  Azərbaycanın  inzibati-ərazi  bölgüsü  arsında  mühüm  fərqlər  var. 

Azərbaycan  sovet  hakimiyyəti  dövründə  mövcud  olan  inzibati-ərazu  bölgüsünü  saxlayıb.  Mövcud 

ərazi  quruluşu hazırkı idarəetmə sistemini şərtləndirən başlıca faktorlardan biridir. Reallıq  bundan 

ibarətdir  ki,  Azərbaycanın  mövcud  ərazi-idarəetmə  sistemi  yüksək  səviyyədə  mərkəzləşdirilib. 

                                                 

4

 Децентрализация: эксперименты и реформы. Органы местного самоуправления в Центральной и Восточной 



Европе. OSI/LGI. 2000 

5

 Я. В. Старцев. Государственное и муниципальное управление в зарубежных сранах. 



www.humanities.edu.ru/db/msg/49349  

6

Local Government and Public Service Reform Initiative (LGI) 



 http://lgi.osi.hu/countries.php 

 

Rayon  və  şəhər  səviyyələrində  yerli  özünüidarə  orqanları  formalaşdırılmayıb.  Halbuki  onların  hər 



biri bütöv təsərrüfat orqanizmi kimi vahid infrastruktura, eləcə də rayon və şəhər səviyyəsində həlli 

tələb  olunan  problemlərə  malikdirlər.  Rayon  və  şəhərlərin  idarə  olunması  tamamilə  yerli  icra 

hakimiyyəti  orqanlarına  həvalə  olunub  və  bələdiyyələr  hər  bir  rayon  daxilindəki  kənd,  qəsəbə  və 

rayon  tipli  şəhərlər  üzrə  icra  hakimiyyətlərinin  bütün  inzibati  ərazi  dairələri  üzrə  təşkil  olunan 

nümayəndəlikləri ilə paralel fəaliyyət göstərirlər.  

 

Ərazi  idarəetməsinin  təşkilinin  hazırkı  forması  –  əsasən  mərkəzi  hökumət  tərəfindən  təyin  olunan 



icra hakimiyyəti orqanları tərəfindən idarə olunan birhəlqəli ərazi idarəetmə sisteminin mövcudluğu 

yerli idarəetmənin səmərəliliyini aşağı salır. Məhz buna görə də mövcud ərazi idarəetmə sisteminin 

islahatına ehtiyac duyulur. Regional idarəetməyə keçiddən tuttmuş mövcud inzibati ərazi quruluşuna 

uyğun  ərazi  idarəetmə  islahatlarının  aparılmasınadək  ən  müxtəlif  variantların  ictimai  müzakirəsi 

daha səmərəli formanının tapılması baxımından faydalı ola bilər.  

 

 



 

ALTERNATİVLƏR 



 

Təklif  olunan  üç  alternativ  bələdiyyə  üzvləri  və  ekspertlərlə  keçirilmiş  görüşlərin,  sorğu  və 

müsahibələrin  nəticələrinə  əsasən  işlənib.  Şübhəsiz  ki,  alternativlərin  həll  etməyə  istiqamətləndiyi 

problemin  xarakteri  çoxsaylı  variantlar  təklif  etməyə  imkan  verir.  Lakin  bizim  məqsədimiz 

problemin həlli ilə bağlı çoxsaylı variantları və konkret detalları  deyil, prinsipial yanaşmanı təkılif 

etməkdir.  Onu  da  qeyd  edək  ki,  bütün  alternativlərin  uğurlu  tətbiqi  üçün  bir-birini  tamamlayan 

ardıcıl islahatların aparılması mühüm şərtdir.  

 

Alternativ  1.  Mövcud  inzibati-ərazi  bölgüsü  çərçivəsində  ikipilləli  (bələdiyyə  və  rayon 

səviyyələrində) yerli özünüidarə sisteminə keçid 

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda yerli özünüidarənin inzibati-ərazi bölgüsü prinsipi üzrə 

təşkili  nəzərdə  tutulmadığından  bələdiyyələrin  səlahiyyətlərinin  də  inzibati-ərazi  vahidləri  üzrə 

differensiallaşdırılması  təcrübəsi  tətbiq  olunmayıb.  İnzibati-ərazi  vahidlərinin  statusundan  doğan 

fərqlər səlahiyyətlərdə analoji fərqlərə gətirib çıxarmayıb. Mövcud sistem rayon səviyyəsində yerli 

özünüidarənin təşkilini nəzərdə tutmur.  Yerli özünüidarə inzibati ərazi dairələrinə daxil olan yaşayış 

məntəqələri  üzrə  təşkil  olunur  (2009-cu  ildə  bələdiyyələrin  birləşdirilməsindən  sonra  bir  çox 

yerlərdə  bələdiyyələrin  sərhədləri  ilə  inzibati  ərazi  dairələrinin  sərhədləri  üst-üstə  düşür).  İnzibati 

ərazi  dairələri  üzrə  eyni  zamanda  yerli  icra  nümayəndəlikləri  də  fəaliyyət  göstərir.  Belə  paralellik 

yerli  idarəetmənin  səmərəliliyini  aşağı  salır,  resurslardan  məqsədəuyğun  istifadə  imkanlarını 

məhdudlaşdırır.  Bakı,  Gəncə,  Sumqayıt  kimi  böyük  şəhərlər  və  kənd  rayonları  üzrə  yerli  icra 

hakimiyyəti  orqanlarının  fəaliyyəti  üçün  arqumentləşdirilmiş  əsaslar  tapmaq  mümkün  olsa  da, 

inzibati  ərazi  dairələri  üzrə  yerli  icra  nümayəndəlikləri  institutunun  zəruriliyini  əsaslandırmaq 

olduqca çətindir.    

 

Əvvəla onu qeyd edək ki, yerli icra nümayəndəliyi institutunun konstitusion əsası yoxdur. 16 iyun 



1999-cu  il  tarixli  “Yerli  icra  hakimiyyətləri  haqqında”  Əsasnamədə  isə  yalnız  36-cı  maddədə  bu 

institut  haqqında  danışılır.  Həmin  maddənin  2-ci  hissəsinin  3-cü  bəndində  yerli  icra  hakimiyyəti 

nümayəndələrinin  səlahiyyətləri  göstərilir.  Bu  səlahiyyətlərə  icra  hakimiyyəti  başçısının 

səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərmək, qanunvericiliklə müəyyən edilmiş qaydada 

notariat  işləri  görmək,  vətəndaşlara  onların  şəxsiyyətini,  ailə  vəziyyətini  təsdiq  edən  arayışlar 

vermək  daxildir.  Göründüyü  kimi  yerli  icra  hakimiyyəti  nümayəndələrinin  səlahiyyətinə 



 

bələdiyyələrin heç bir xüsusi çətinlik çəkmədən öhdəsindən gələ biləcəyi məsələlər daxildir. Əslində 



bu səlahiyyətləri yerli özünüidarənin az-çox inkişaf etdiyi ölkələrdə bələdiyyələr həyata keçirir. Bu, 

“subsidiarlıq”  prinsipinin  tətbiqi  baxımından  da  əhəmiyyətlidir

7

.  Bu  prinsipə  əsasən  bələdiyyə 



ərazisində  vətəndaşların  özlərinin  həll  edə  biləcəyi  hər  hansı  bir  məsələ  onlar  tərəfindən  həyata 

keçirilməlidir.  Vətəndaşlar  tərəfindən  yerinə  yetirilməsi  mümkün  olmayan  funksiyalar  dövlət 

orqanları  tərəfindən  həyata  keçirilir.  «Yerli  Özünüidarə  haqqında»  Avropa  Xartiyasında  deyilir

8



«Dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət 

orqanlarının üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərin hər hansı birinin digər hakimiyyət orqanlarına 

verilməsi  qarşıya  qoyulmuş  vəzifənin  həcmi  və  xarakterini,  habelə  səmərə  və  qənaət  tələblərini 

nəzərə almaqla həyata keçirilməlidir».  

 

Digər  tərəfdən,  yerlərdə  həm  bələdiyyələrin,  həm  də  yerli  icra  nümayəndəliklərinin  fəaliyyət 



göstərməsi  ictimai  vəsaitlərin  səmərəsiz  xərclənməsinə  gətirib  çıxarır.  “Yerli  icra  hakimiyyətləri 

haqqında” Əsasnaməyə görə əhalisi 10 minədək olan qəsəbə və kəndlərdə icra hakimiyyəti başçısı 

nümayəndəliyinin ştat vahidlərinin sayı 4, əhalisi 10 mindən 20 minədək olan qəsəbə və kəndlərdə 

6, əhalisi 20 mindən çox olan qəsəbə və kəndlərdə isə 7-dir. Azərbaycan Respublikası Prezidentinin 

“Dövlət  qulluqçularının  əməkhaqlarının  artırılması  haqqında”  9  iyul  2008-ci  il  tarixli  2934  saylı 

Sərəncamına  əsasən  rayon  tabeliyindəki  şəhərlərdə  yerli  icra  hakimiyyəti  orqanlarının  ərazi 

vahidləri  üzrə  nümayəndələri  195  manat,  onların  müavinləri    185  manat,  yerli  icra  hakimiyyəti 

orqanlarının ərazi vahidləri üzrə nümayəndələri qəsəbə və kəndlərdə 192 manat, onların müavinləri 

182  manat,  baş  məsləhətçilər  (mühasiblər)  rayon  tabeliyindəki  şəhərlərdə  181  manat,  qəsəbə  və 

kəndlərdə 178 manat,  məsləhətçilər rayon tabeliyindəki şəhərlərdə 175 manat, qaçqın və məcburi 

köçkün  nümayəndəliklərində  isə  məsləhətçilər  (katiblər)  175  manat    vəzifə  maaşı  alırlar.

9

    Təkcə 



icra nümayəndələri, onların müavinlərinin və baş məsləhətçilərin vəzifə maaşlarını nəzərə alsaq, o 

zaman bir icra nümayəndəliyi üçün ildə təxminən 6600 manat tələb olunur. 1700 icra nümayəndəliyi 

üzrə bu məbləğ 11 milyon manatdan çoxdur. Bura kargüzar, sürücü, xadimənin maaşlarını və digər 

inzibati  xərcləri  də  əlavə  etsək  yerli  icra  hakimiyyəti  orqanlarının  ərazi  vahidləri  üzrə 

                                                 

7

 



Council of Europe; Recommendation N (95) 19 of the Committee of Ministers to Member States on the 

implementation of the principle of subsidiarity  (Adopted by the Committee of Ministers on 12 October 1995 at the 545th 



meeting of the Ministers' Deputies)  

 

8



 «Yerli Özünüidrə haqqında» Avropa Xartiyası-(maddə 4, bənd 3)  

 

9



 Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 9 iyul 2008-ci il 

tarixli 2934 saylı Sərəncamı 



 

nümayəndəliklərinin  fəaliyyətinin  böyük  məbləğdə  vəsaitə  başa  gəldiyini  təsəvvür  etmək 



mümkündür.  

 

Göründüyü  kimi,  yerli  idarəetmənin  aşağı  səviyyəsində  yerli  icra  nümayəndəlikləri  və 



bələdiyyələrin  paralel  fəaliyyətini  şərtləndirən  mövcud  sistem  səmərəli  deyil.  Bələdiyyələrin 

böyüdülməsi  istiqamətində  artıq  addım  atıldığından  (bələdiyyələr  birləşdirildikdən  sonra  onların 

sayı  1000  vahiddən  çox  azalıb.  23  dekabr  seçkilərində  1718  bələdiyyəyə  seçki  keçirilib.  Halbuki 

birləşməyə qədər 2757 bələdiyyə fəalyyət göstərirdi) bu sistemin islahatı qaçılmazdır. 

 

Mövcud  yerli  idarəetmə  sisteminin  özünüidarə  prinsiplərinin  geniş  tətbiqi  imkanlarını 



məhdudlaşdıran və əksmərkəzləşmə proseslərini ləngidən digər mühüm xüsusiyyəti ondan ibarətdir 

ki,  yerli  özünüidarə  qurumları  kimi  tanınmış  bələdiyyələrin  səlahiyyətləri  kifayət  qədər  məhdud 

olduğu  halda  yerli  icra  hakimiyyətlərinin  və  digər  dövlət  orqanlarının  yerli  əhəmiyyətli  məsələlər 

üzrə  geniş  səlahiyyətləri  var.  Aərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  16  iyun  tarixli 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Yerli  icra  hakimiyyətləri  haqqında”  Əsasnamə  yerli  icra 

hakimiyyətlərinin fəaliyyət  dairəsini və təşkilati quruluşunu, habelə səlahiyyətlərini müəyyən edir. 

Əsasnaməyə görə rayonlarda, şəhərlərdə və şəhər rayonlarında icra hakimiyyətinin başçıları müvafiq 

inzibati  ərazi  vahidlərində  icra  hakimiyyətini  həyata  keçirirlər.  Əsasnamə  yerli  icra  hakimiyyəti 

başçılarına  geniş  səlahiyyətlər  verir.  Bu  səlahiyyətlərin  dairəsinə  sosial-iqtisadi  inkişaf,  mənzil-

kommunal  təsərrüfatı,  tikinti,  nəqliyyat,  rabitə,  kənd  təsərrüfatı,  torpaqdan  istifadə,  əhalinin  sosial 

müdafiəsi, qanunçuluğun təmin edilməsi, küçə və meydanlara ad verilməsi, təbiəti mühafizə, və s. 

məsələlər daxildir.  

 

Yerli icra hakimiyyətlərinə verilmiş və Əsasnamədə konkret təsbit edilmiş səlahiyyətlərin bir qismi 



ümumi şəkildə bələdiyyələr üçün də tanınmışdır. Lakin həmin səlahiyyətlər tam və müstəna xarakter 

daşımadığından  təcrübədə  bələdiyyələrin  «təbii  səlahiyyətləri»nə  aid  edilən  bütün  fəaliyyətləri 

(kommunal  xidmətlərinin  təşkili,  ərazilərin  abadlaşdırılması,    bələdiyyə  ərazisində  yaşayan 

vətəndaşların  uçot  və  qeydiyyatı,  sosial  xidmətlərin  təşkili,  su  təchizatı  və  s.)  dövlət  idarəetmə 

qurumları  həyata  keçirir.  Halbuki  Azərbaycanın  Yerli  Özünüidarə  Haqqında  Avropa  Xartiyasını 

ratifikasiya  etməklə    öz  üzərinə  götürdüyü  ən  mühüm  öhdəliklərdən  biri  bələdiyyələrin 

səlahiyyətləri  ilə  bağlıdır.  Xartiyanın  4-cü  maddəsinin  4-cü  bəndinə  əsasən  yerli  özünüidarə 

orqanlarına  verilən  səlahiyyətlər,  bir  qayda  olaraq,  tam  və  müstəsna  olmalıdır.  Lakin  hələ  də 



10 

 

Azərbaycan  bələdiyyələri  belə  səlahiyyətlərə  malik  deyildirlər.  Hazırda  ölkəmizdə  bələdiyyə 



institutunun  real  səlahiyyət  sferası  bələdiyyə  yollarının  saxlanması,  dövlətin  sosial  proqramları  ilə 

əhatə  olunmayan  aztəminatlı  vətəndaşlara  sosial  yardımların  göstərilməsi,  qəbristanlıqların 

saxlanması  və  yas  mərasimlərinin  təşkili  ilə  məhdudlaşır.  Avropa  Şurası  Yerli  və  Regional 

Hakimiyyətlər Konqresinin «Azərbaycanda yerli və regional demokratiyaya dair» 21 may 2003-cü il 

tarixli  126  saylı  Tövsiyəsinin  8.2.2.  bəndində  də  göstərilib  ki,  Azərbaycanda  bələdiyyələrin 

səlahiyyətləri  olduqca  məhduddur  və  Yerli  Özünüidarə  Haqqında  Avropa  Xartiyasının  tələblərinə 

uyğun  olaraq  ictimai  işlərin  əhəmiyyətli  hissəsi  bu  səlahiyyətlərin  çərçivəsinə  daxil  edilməyib.

10

 



Digər tərəfdən, səlahiyyətlərin paralelliyi  problemi mövcuddur. Belə ki,  qanunverici  qaydada eyni 

səlahiyyət  bələdiyyələrlə  yanaşı  hansısa  dövlət  qurumuna  da  həvalə  olunur.  Məsələn, 

«Bələdiyyələrin  statusu  haqqında»  Qanun  sanitariya  müəssisələrinin  təşkili  və  saxlanması,  məişət 

tullantılarının  yığılması,  nəqli  və  emalı  sahəsində  bələdiyyələrə  səlahiyyətlər  müəyyənləşdirir. 

«İstehsalat  və  məişət  tullantıları  haqqında»  Qanunun  12-ci  maddəsinə  və  Nazirlər  Kabinetinin  74 

saylı  qərarı  ilə  təsdiqlənmiş  «Yaşayış  məntəqələri  ərazisinin  sanitariya  qaydalarına,  gigiyena  və 

ekoloji  normativlərə  uyğun  olaraq  təmizlənməsi,  məişət  tullantılarının  müvəqqəti  saxlanılması, 

müntəzəm  daşınması  və  zərərsizləşdirilməsi  Qaydaları»ın  6-cı  maddəsinə  əsasən  isə  məişət 

tullantılarının  daşınması  və  emalı  məsələlərinə  yerli  icra  hakimiyyəti  orqanları  məsuldur.

 

Anoloji 



problem su təchizatı və kanalizasiya şəbəkəsinin təşkili məsələlərində də mövcuddur.  

 

Bələdiyyə təmsilçiləri ilə apardığımız müzakirələrdə ən çox səsləndirilən təkliflərdən biri yerli icra 



nümayəndəlikləri  institunun  ləğv  olunaraq  onların  səlahiyyətlərinin  bələdiyyələrə  verilməsi  təklifi 

idi.  Bu  təklifə  bələdiyyə  üzvləri  arasında  keçirdiyimiz  sorğuda  respondentlərin    böyük  əksəriyyəti 

müsbət münasibət bildirib

11

. Əslində inkişaf etmiş ölkələrin təcrübəsi də bu təklifin məqsədəuyğun 



olması  fikrini  müdafiə  etmək  üçün  kifayət  qədər  əsas  yaradır.  Çünki  inkişaf  etmiş  Avropa 

ölkələrinin,  eləcə  də  bəzi  postsosialist  ölkələrinin  təcrübəsində  inzibati-ərazi  bölgüsünün  ilkin 

pilləsində  idarəetmənin  həm  mərkəzi  hakimiyyəti  təmsil  edən  qurum,  həm  də  yerli  özünüidarə 

təsisatı  tərəfindən  həyata  keçirilməsi  forması  tətbiq  olunmur.  Məsələn,  Estoniya  dairələrə 

(maakond), kənd bələdiyyə qurumlarına (vald) və şəhərlərə (linn) bölünür. Dairələrin hamısında icra 

hakimiyyətini mərkəzi hökumətə tabe olan qubernator (maavanem) həyata keçirir. Kənd bələdiyyə 

                                                 

10

 Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin «Azərbaycanda yerli və regional demokratiyaya dair» 21 



may 2003-cü il tarixli 126 saylı Tövsiyəsi. 

11

 Bax: Əlavə 1. 



11 

 

qurumları  və  şəhərlər  isə  yerli  özünüidarənin  muxtar  vahidləri  hesab  olunur.



12

  Yerli  özünüidarə 

qurumlarında təyin olunan dövlət administrasiyaları fəaliyyət göstərmir. Müqayisə üçün bizə yaxın 

başqa  bir  nümunə  Ukraynadır.  Ukraynanın  bütün  mövcud  ərazi-siyasi  vahidləri  –  vilayətlər, 

rayonlar,  şəhərlər,  böyük  şəhərlərdə  şəhər  rayonları,  qəsəbələr,  kəndlər,  habelə  Krım  Muxtar 

Respublikası vahid inzibati ərazi quruluşunun həlqələri kimi nəzərdən keçirilir. Onların bəzilərində 

yalnız  özünüidarəetmə  orqanları,  başqalarında  özünüidarəetmə  orqanları  və  dövlət  hakimiyyəti 

orqanları  fəaliyyət  göstərir.  Vilayətlərdə,  rayonlarda,  Kiyev  və  Sevastopol  şəhərlərində  icra 

hakimiyyətini  yerli  dövlət  administrasiyaları  həyata  keçirir.  Yerli  dövlət  administrasiyalarının 

sədrləri  Prezident  tərəfindən  vəzifəyə  təyin  və  vəzifədən  azad  olunurlar.  Yerli  dövlət 

administrasiyaları  dövlət  hakimiyyəti  orqanları  olmaqla  aşğıdakı  səlahiyyətlərə  malikdir: 

konstitusiya və qanunların, prezidentin, Nazirlər Kabinetinin və başqa icra hakimiyyəti orqanlarının 

aktlarının icrasını, habelə hüquq qaydasını və vətəndaşların hüquqlarına riayət edilməsini, dövlət və 

regional  inkişaf  proqramlarının  həyata  keçirilməsini,  dövlət  büdcəsinin  icrasını  təmin  etmək. 

Onların tabeçiliyində müxtəlif yerli dövlət xidmətləri vardır. Yerli özünüidarəetmə orqanları “ərazi 

qromadaları”  (icmalar)  səviyyəsində  -  kəndlərdə,  bir  neçə  kəndin  könüllü  birliyində,  qəsəbələrdə, 

şəhərlərdə,  rayonlarda  və  vilayətlərdə  yaradılır.  İcma  həlqəsinin  ərazi  vahidlərində  təyin  olunan 

dövlət administrasiyaları yoxdur. Orada yalnız şuralar və seçkili başçılar fəaliyyət göstərir.

13

 Başqa 


ölkələrin timsalında da kifayət qədər nümunələr gətirmək olar. 

 

Azərbaycanda  bələdiyyələrin  birləşdirilərək  onların  ölçülərinin  ərazi  və  əhali  baxımından 



böyüdülməsi  inzibati-ərazi  bölgüsündə  ciddi  dəyişikliyə  gətirməsə  də  yerli  idarəetmənin 

təkmilləşdirilməsi  imkanlarını  artırır.  Bu  baxımdan  yerli  icra  nümayəndəlikləri  institutunun  ləğv 

olunaraq  onların  səlahiyyətlərinin  bələdiyyələrə  verilməsi  indi  daha  aktual  səciyyə  daşıyır.  Təklif 

olunan alternativdə də əsas məqsədimiz optimal bələdiyyə ölçüsü ilə yerli özünüidarə orqanlarının 

üzərinə  düşən  funksiyaların  uzlaşdırılması,  ikihəqəli  yerli  özünüidarə  sisteminin  yaradılması 

əsasında səlahiyyət bölgüsünün həyata keçirilməsidir.  

 

Təklif edilən bu alternativə görə: 

 

                                                 



12

 Децентрализация: Эксперименты и реформы. Органы местного самоуправления в Центральной и Восточной 

Европы. Будапешт, 2000. 

13

 V.Y. Çirkin. Xarici Ölkələrin konstitusiya hüququ. Bakı, 2007. 



12 

 



 

Yerli  özünüidarənin  birinci  həlqəsi  kimi  kənd,  qəsəbə  və  rayon  tabeli  şəhərlər  səviyyəsində 

bələdiyyələr, ikinci həlqəsi kimi isə ümumilikdə rayon səviyyəsində yerli özünüidarə (seçkili rayon 

şuraları) təsis edilir

 

Yerli  icra  nümayəndəlikləri  institutu  ləğv  olunur  və  yerli  icra  nümayəndələrinin  bütün 



səlahiyyətləri, həmçinin  onların  istifadəsində olan inzibati binalar və digər maddi-texniki resurslar 

əvəzsiz olaraq bələdiyyələrə verilir; 

 



 



Rayon səviyyəsində yerli icra hakimiyyəti institutları saxlanılır, lakin onların səlahiyyətinə daxil 

olan  sosial-iqtisadi  inkişaf,  mənzil-kommunal  təsərrüfatı,  tikinti,  nəqliyyat,  kənd  təsərrüfatı, 

torpaqdan istifadə, əhalinin sosial müdafiəsi, küçə və meydanlara ad verilməsi,  və s. məsələlər yerli 

özünüidarə qurumlarının səlahiyyət sferasına daxil edilir

 

Səlahiyyətlərin  verilməsi  ilə  yanaşı  yerli  özünüidarə  qurumlarına  həmin  səlahiyyətlərin  həyata 



keçirilməsini təmin edə biləcək zəruri maliyyə mənbələri də verilir; 

 



Yerli özünüidarənin mxtəlif səviyyələri arasında fuksiyaların bölgüsü aşağıdakı şəkildə aparılır: 

 




Поделитесь с Вашими друзьями:
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə