Xocali soyqirimi


Ənvər Mete, Nadir Əhmədov



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix06.09.2017
ölçüsü1,27 Mb.
#29146
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 
Ənvər Mete, Nadir Əhmədov. Ġblis Xisləti Erməni. Bakı: 2009, S. 387-392. 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
49 
 
Xocalı. Bizim bilmədiyimiz həqiqətlər 
 
Vladimir Savelyev Xankəndindəki 366-cı Alayda yerləĢən 02270 nömrəli hərbi hissəsinin əks-kəĢfiyyat 
Ģöbəsinin rəisi  olub. Xocalı faciəsinin ilk  məlumatlarını toplayan, hadisələrin Ģahidi  olan polkovnik  1992-ci il 
noyabr ayının 26-da, 1994-cü il mart ayının 19-da, 1998-ci il avqust ayının 22-də və nəhayət, 2000-ci ilin 
iyul  və  dekabr  aylarında  BMT-yə,  Avropa  ġurasına....  sonda  BaĢ  KəĢfiyyat  Ġdarəsinə  «Məxfi  ArayıĢ»ını 
təqdim edir. O, son arayıĢlarını «zabit Puqaçov» imzası ilə göndərib. 
Polkovnik  erməni  terror  təĢkilatları  ilə  Rusiya  qoĢun  birləĢmələrinin  Dağlıq  Qarabağda 
keçirdikləri  hərbi  əməliyyatları  izləyərək,  fakt  və  sənədlərdə,  «Agentura»  gücü  ilə  əldə  etdiyi 
informasiyalarda bütün olub keçənlərin Ģərhini verib etiraf edir: «... Mən bütün bunları yazmaya bilmərəm. 
Hər  Ģey  gözlərim  önündə  baĢ  verib.  Ġnsanların,  uĢaq  və  qadınların,  hamilə  gəlinlərin  güllədən  keçmiĢ 
bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağıĢlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan 
hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayıĢ həm Kremlə, həm də MN-ə, VKĠ-
nin generallarına göndərdim. Oxuyun - dedim». 
El  Messanyan  Qriqoryan  Beyrutda  çıxan  «Zartunk»  («Oyanma»)  qəzetində  «Bir  erməni 
yardımı»  yazısında  qeyd  edir:  «...Xocalı  uğrunda  vuruĢan,  döyüĢə  atılanları  unutmaq,  yaddan  çıxarmaq  biz 
ermənilərə yaraĢan iĢ deyil. Onlara - o igidlərə yardım edin. Məlumatımız var ki, dünyanın 24 ölkəsində varlı və 
zəngin erməni iĢ adamları «Artsax yardım fondu» təsis ediblər. O fond həm də bizim gələcək nəsillərin taleyi 
üçündür...  Londonda  erməni  iĢ  adamı  satdığı  villasının  dəyərini,  VaĢinqtonda  erməni  biznesmeni  Araz 
Süleyman  öz  ticarət  mərkəzindən  gələn  illik  gəlirləri...  Parisdə  «Erməni  ana  dili»  cəmiyyətinin  üzvləri 
topladıqları ianələri... Xocalı qəhrəmanları üçün ayırdılar...» 
1992-ci il 24 mart. 
 
Bakıda isə boĢ qalmıĢ kreslolar üstündə adamlar dəstələrə bölünür, qruplarda cəmləĢir, hakimiyyətə can 
atırdılar.  Ali  BaĢ  Komandanın  buraxdığı  strateji  səhvləri  isə  nə  siyasi  mühitdən  ayrı  düĢmüĢ,  baĢını  itirmiĢ 
millət, nə də ayrı-ayrı siyasi liderlər dərk etmirdilər. DüĢdükləri burulğandan çıxmaq üçün heç kəs bir-birinə əl 
uzatmırdı,  yardım  etmirdi.  Xocalı  isə  qan  içində  can  verirdi.  Ordudakı  xəyanətlə  Prezident  Aparatındakı 
xəyanətlər üst-üstə düĢdüyündən hamı çaĢıb qalmıĢdı... Bütün bu çaĢqınlıqları araĢdıran kəĢfiyyatçı V. Savelyev 
Kremlə,  Bakıya...  üst-üstə  18  eyni  məzmunlu  teleqram  göndərir.  Amma  heç  kəs  onun  teleqramlarını 
oxumurdu... 
 
1992-ci  ilin  fevral ayının 4-  isə Roma Papası II Ġohanın Dağlıq  Qarabağ özünümüdafiə  dəstələrinə 
(!)  və  rus  qoĢun  birləĢmələrinin  generallarına  məxfi  məktubu  daxil  olur.  Roma  Papası  erməni  müdafiə 
dəstələrinə  «Allahdan  aldığı  gücü»  (?)  göndərirdi.  Ruslara  isə  bu  vuruĢmanın  «dini  bir  vuruĢma»  olduğunu 
xatırladır,  onlara  dua  edəcəyini  açıqlayırdı.  Roma  Papası  Dağlıq  Qarabağ  uğrunda  vuruĢmanı  «Dini 
vuruĢma... Din uğrunda vuruĢma» kimi qiymətləndirib, yazır: «... Ġmkan olarsa, Xocalıya gəlib orada həlak 
olan  erməni  qardaĢlarının  vuruĢ  və  döyüĢ  məkanlarında  baĢ  əyəcəm...»  (2003-cü  ilin  sentyabr  21-də  Roma 
Papası Ermənistana gəlir. Qarabağın iĢğalı zamanı öldürülən ermənilərin məzarlarına yad edir). 
 
Hətta Roma papası Bakıya da gəldi və yüksək səviyyədə qarĢılandı. Bax biz də belə millətik. Məgər 
Roma papasını qarĢılayanlar bu xristian Ģovinistini tanımırdılar?!  
Polkovnik V.Savelyev daha sonra yazır: «... Xocalının iĢğalında, ölüm və kütləvi qırğın hadisələrində 
azərbaycanlı zabitləri də günahlandırıb ittiham edirəm... Bu necə Vətəndir? Bu necə ordudur?... Bütün bunları 
anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoĢmaqla onları alçatdılar, Ģərəfinə lənət damğasını vurdular... 
Mən  on  addımlığımda  güllə  yarasında  can  verən  səkkiz-doqquz  yaĢlı  qızcığaza  heç  cür  kömək  əlimi 
uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram...» 
LənətlənmiĢ  günlər  isə  bir-birini  əvəz  edirdi.  Həmin  ərəfədə  Fransadan  gəlmiĢ  «Operator-II»  özəl 
studiyasının  erməni  əməkdaĢları  isə  (Jül  Barelyan,  ġerin  Sitaryan)  Xocalı  ətrafında  qalaqlanmıĢ  meyitlərin 
yandırılmasını  lentə  köçürürdülər.  Rusiyanın  2-ci  batalyonunda  vuruĢan  zabit  Ġvan  Karabelnikovun  verdiyi 
məlumata görə bu yer «...Xocalının Ģimal-Ģərq hissəsində kiçik təpəcikləri olan bir yer idi...» 
Xocalı faciəsini «iĢıqlandırmaq» (ermənilər buna qəhrəmanlıq deyirlər) üçün Xankəndinə dünyanın 
32 ölkəsindən 47 nəfər erməni  jurnalisti gəlmiĢdi. Onların bir qismi polkovnik  Y.Zarviqarovun ayırdığı zirehli 
maĢınların  gözlüklərindən,  qərargah  mərkəzlərindən  hadisələri  izləyir,  qeydlər  götürür,  bəziləri  də  operativ 
çəkiliĢlər aparırdı. DağılmıĢ, viranə qalmıĢ yerləri dünyaya göstərir və acı bir təəssüflə qeyd edirdilər:  «... 
Azərbaycanlılar günahsız qırırlar...» 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
50 
Bizim  təbliğat  maĢınımız  isə  Prezident  Aparatından  kənara  çıxmırdı.  Bakıdakı  adicə  diplomatik 
korpuslarını  nümayəndələrinə  həqiqəti  deməkdə  çətinlik  çəkirdik.  Susmağımız  isə  erməni  təbliğatı  üçün  qol-
qanad  verirdi...  Ermənilər  Xocalı  ilə  bağlı  Azərbaycanı  «qan  tökməkdə  günahlandıran»  bir  materialı,  əllərinə 
keçən  hər  hansı  bir  faktı  və  yaxud  sənədi  təkrar-təkrar  çap  edirdilər.  Tutalım  «Azərbaycanlılar  Xocalını 
yandırıb, getdilər...» foto-reportajını 49 dəfə dünya mətbuatında çap etdiriblər. 
 
Xocalının  iĢğal  edilməsi  planının  strateji  tərəflərini  ermənilərlə  yanaĢı,  ruslar  da...  «çox 
düĢünüblər». 
Nəticədə  birinci  batalyonun  qərargah  rəisi,  mayor  Abram  Çitçiyan  mayor  Ə.Nabokix  və  kapitan 
Ġ. Lixodey  hərbi əməliyyatlarda bilavasitə vuruĢublar. Zabit Ġ.Karabelnikovun  məlumatına  görə  A.Çitçiyan 13 
nəfərlik  «Babayevlər  ailəsini...  güllədən  keçirib...»  Ona  1993-cü  ildə  Fransa  Erməni  Diasporu  tərəfindən  150 
min ABġ dolları mükafat və ən böyük «Kilsə mükafat» verilib. A.Çitçiyan 1994-cü ilin sentyabr ayının 2-də 
Fransaya mühacirət edib və orada yaĢayır. 
 
366-cı  Alayın  sıravi  qulluqçusu,  rabitəçi  Afik  Ġsbeliyevin  məlumatına  görə  isə,  o,  fevralın  24-də 
(1992) kapitan Ġ. Lixodeyin komandasında topçu dəstəsində vuruĢub və Xocalının iĢğalında iĢtirak edib. 
- Siz necə vuruĢurduz? - sualına belə cavab verib: 
 -  Biz  həm  də  qorxurduq.  Ölümdən  qorxurduq.  Əlimizə  keçənləri  məhv  edirdik.  Bəzən  küləkdən 
tərpənən  ağaclar.  XıĢıldayan  yarpaqlar  da  bizi  qorxuya  salırdı...  Mən  bilmirəm,  Azərbaycan  xalqı  məni 
bağıĢlayarmı?...  Anam  azərbaycanlılara  qarĢı  ermənilərlə  əlbir  olub  vuruĢduğum  üçün  məndən  imtina  edib... 
Mən  artıq  evə  gedə  bilmirəm,  hamı  məndən  üz  döndərib.  Amma  məni  məcbur  etdilər.  Əmr  verdilər.  Biz  isə 
əmrə tabe idik. Məni artıq heç kəs bağıĢlamır... 
(Bir erməni məzarı»- Müəllif: Əbdül Fateh. «Beyrut» nəĢri. 1994-cü il). 
 
A. Ġsbeliyev  bunu  deyir  ki,  ermənilər  ruslara  məxsus  hərbi  texnikanı  satın  almıĢdılar.  Bir  avtomat 
«KalaĢnikov»a 1500 ABġ dolları verilirdi... 
...1992-ci  il  fevral  ayının  25-dən  26-sına  keçən  gecə  Xocalı  yandırıldı,  iĢğal  edildi.  QoĢun  isə 
sakitləĢmək bilmirdi. 
 
Polkovnik VSavelyev «Məxfi arayıĢında» qeyd edir: 
«Üçüncü  batalyon  Xocalı  iĢğal  olunan  gecə  müharibə  zonasından  çıxarıldı,  amma  oranı  tərk  etmədi. 
366-cı  Alay  isə  ərazidən  çıxarılmadı.  Ordu  tərksilah  olundu.  Zabitlər  satqınlıq  etdilər.  Silahlara  gəlincə, 
iĢlənməmiĢ  silahları  ermənilər  üçün  ayırdılar.  Qərara  alındı  ki,  ermənilərdən  bunun  müqabilində  pul  və  zinət 
Ģeyləri alınsın. «Böyük Ermənistan» adlı bədnam  və rüsvayçı plan uğrunda vuruĢlara gəlincə, bu, hələlik açıq 
qalmıĢ bir məsələdir». 
 
1992-ci  ilin  mart  ayının  19-u  (müsəlman  təqvimində  bu  gün  Novruz  günü,  Bahar  bayramıdır) 
Xocalıda  öldürülmüĢ  azərbaycanlılar  üçün  kiçik  bir  qəbiristanlıq  salındı.  Orada  əlli  dörd  nəfər  öldürülmüĢ 
günahsız  azərbaycanlı  dəfn  edildi.  Ermənilərin  Fransa  Diasporunda  telekanal  müəllifi  Surik  ġaqenyan  bu 
mənzərəni  elə  həmin  günün  axĢamı  Ġranın,  Türkiyənin,  Moskvanın,  Yerevanın,  VaĢinqtonun,  Londonun, 
Parisin, Bonnun telekanallarına çıxartdı. Ermənilərin öldürülmüĢ azərbaycanlıların meyitlərinə etdikləri «hörmət 
və ehtiramdan...»(?), təĢkil olunmuĢ dəfn mərasimindən danıĢdı. 
Bakıda  isə  əslində  hələ  heç  kəs  hadisələrin,  Xocalıda  baĢ  vermiĢ  faciənin  səbəblərini  araĢdıra 
bilmirdilər.  YaradılmıĢ  deputat  komissiyasından  tutmuĢ,  müxalifət  partiyalarınadək  hamı  iflic  vəziyyətdə  idi, 
hakimiyyət  çat  vermiĢdi.  Təhlükəsizlik  orqanları  öz  informasiya  mənbələrinin  əsas  dayaqlarını  itirmiĢdi. 
Təhlükəsizlik  sisteminin  böyük  bir  qrupu  müxalifətlə,  necə  deyərlər,  «əhd-peyman»  bağlamıĢdılar. 
A.Mütəllibov  hakimiyyəti  cəmiyyətdə  və  dövlətdə  siyasi  gücünü  artıq  itirmiĢdi.  O,  öz  ehtiraslarının, 
komandasındakı fitnə-fəsadın qurbanı olmuĢdu. 
 
Həmin  ərəfədə  rus  kəĢfiyyatçısı  V.Savelyev  Azərbaycan  hakimiyyətini  təsvir  edib,  yazırdı:  «... 
Xocalının  iĢğalından  sonra  A. Mütəllibov  hakimiyyəti  öz  yaĢamaq  hüququnu  itirdi...  Nazirlik  isə  BaĢ  nazirin 
ətrafında dövlət daxilində dövlət yaratmıĢdılar...» 
 
Polkun çıxarılmasında hərbi sursatların ermənilərə verilməsində bilavasitə iĢtirak edənlərə baxın: 
-General-polkovnik          Qromov. 
-General-leytenant           Qrekov. 
-General-leytenant           Ohanyan. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
51 
- Ġ.Andronov- deputat 
- Polkovnik                        Y. Zarviqarov (sonra general oldu) 
- Polkovnik                       O.Kraule... 
 
Dördüncü  Ordu  23-cü  motoatıcı  Diviziya  nümayəndələrinin  Xocalı  əməliyyatında  iĢtirak  etmələri 
üçün Ģərait yaratdı. 
23-cü  motoatıcı  Diviziyanın  komandan  müavini  A.Badukov  və  K.Yermolayev  isə  erməni 
yaraqlılarına verilmiĢ hərbi texnikanın geri qaytarılmasını tələb edirdi. Onları isə kim idi eĢidən?! 
 
RF  hərbi əks  kəĢfiyyatının  rəisi iĢləmiĢ  polkovnik  V.Savelyev  məsələləri Ģərh edərək,  qeyd edir: 
«...  1992-ci  ilin  fevral  ayının  23-də  hərbi  Ģəhərcik  «Qrad»  qurğularından  atəĢə  tutulduqdan  sonra  polkovnik 
Y.Zarviqarov polkun daimi dislokasiya məntəqəsindən ehtiyat bölgəyə keçirilməsi haqqında qərar verib. Qərar 
isə erməni silahlı dəstələrinin heç bir müqaviməti olmadan həyata keçirilib. Dislokasiya yerinin dəyiĢdirilməsi 
heç də zərurətdən irəli gəlməyib. Bu zaman bir sıra bölmələrin döyüĢ texnikaları çıxarılmayıb. Həmin günlərdə 
Xankəndi  Ģəhərinə  gələn  general-leytenant  II Ohanyan  (mayor  Ohanyanla  qarıĢdırmayın)  təkid  edib  ki, 
artilleriya  diviziyası,  zenit  artilleriya  diviziyası,  tank  rotası,  texnikası  saxlanılsın.  Nəticədə  ermənilər  heç  bir 
maneə ilə rastlaĢmadan 23 ədəd «PDM», 3 ədəd «ZSU-23-4», 8 ədəd»D-30»və xeyli digər döyüĢ texnikası ələ 
keçirdilər...» 
 
Həmin  gün  ermənilərin  özünümüdafiə  dəstəsi  adı  ilə  vuruĢan,  əslində  «ASALA»  terror  təĢkilatının 
Xankəndində yaradılmıĢ özəyinin baĢçısı kimi tanınan Ġllarion Allahverdiyan 24 nəfər rus zabitinə və əsgərinə 
pul  mükafatları  elan  etdi.  Məsələn,  dəstənin  önündə  çıxarılmıĢ  rus  zabiti  Yevgeni  Qolubevə  üstündə 
«ASALA» yazılmıĢ 25 qramlıq qızıldan tökülmüĢ orden və beĢ min ABġ dollarını təntənəli surətdə təqdim etdi. 
Və  yaxud  həmin  gün  sıravi  Anastas  S. Ġvanova  10  min  ABġ  dolları  təqdim  etməklə  Ġrəvanda  onu  gözləyən 
«Hunday» markalı avtomobilin sənədlərini verdi. 
 
Əslində  1992-ci  il  fevralın  24-də  erməni  silahlı  dəstələrilə  rus  zabitləri  arasında  Ģəxsi  bağlaĢmalar, 
«DöyüĢ müqavilələri» imzalandı. 
Azərbaycanda isə əsgərlərimiz üçün, ordumuz üçün kəndlərdən, Ģəhərlərdən, ayrı-ayrı iĢ adamlarından 
göndərilən  maddi  yardımların  nə  dəftəri  var  idi,  nə  də  hesabı.  Sənədlərə  gəlincə,  o  artıq  yox  idi,  bir  qismi 
yandırılmıĢdı,  bir  qismi  də  it-bata  salınmıĢdı.  Aldığımız  məlumata  görə,  təkcə  Xocalı  iĢğalı  günlərindən 
ordunun xəzinəsindən (yardımlar) 793 min ABġ dolları oğurlandı. Adamlardan yardım üçün yığılan 368 milyon 
manatın  aqibəti  bilinmədi.  Cənubi  Azərbaycandakı  qardaĢlarımızın  göndərdikləri  46  milyon  436  min  rial  isə, 
necə deyərlər, qeybə çəkildi... Ermənilərlə rus zabitlərinin müqavilələri isə getdikcə Ģaxələnirdi... 
Bütün  bunlar,  yəni  ermənilərlə  ruslar  arasında  olan  bu  hərbi  bağlaĢmaların  bir  qismi  Ģifahi 
sərəncamlarla  edilirdi.  Bunun  üçün  hər  sərəncamın,  general  sözünün  öz  qiyməti  var  idi.  Məsələn,  Xankəndi 
Ģəhərindəki 463-cü Əlahiddə Kimyəvi Mühafizə Batalyonu və 909-cu Əlahiddə KəĢfiyyat Batalyonunun döyüĢ 
planları ilə bağlı, ermənilər tərəfdən vuruĢması barədəki əmrin qiyməti 18 min ABġ dolları idi. 
Polkovnik V.Savelyev bütün bunlara toxunaraq yazır: «... Birinci batalyon ehtiyat bölgəyə keçirilən 
zaman polkovnik Ġvan Moiseyev texnikanı və Ģəxsi heyəti dağlar arasındakı Çapar dərəsində saxlayıb, gözləmə 
mövqeyi tutub. Sonra onun batalyonu Çixani yaĢayıĢ məntəqəsinə daxil olub. Ermənilərin mühasirəsinə düĢüb. 
Nəticədə batalyon könüllü surətdə öz döyüĢ texnikasını ermənilər üçün qoyub. Ġvan Moiseyevə və Ģəxsi heyətə 
pul təklif edilərək, birlikdə vuruĢmağa çağırılıblar...» 
Qeyd  edim  ki,  Xocalının  ətraf  yaĢayıĢ  məntəqələrini  də  dağıdan,  külünü  göyə  sovuran  elə  Ġvan 
Moiseyevin batalyonu olub və bu batalyon da ermənilər arasında «Ġvanın vəhĢi batalyonu» kimi tanınıb. 
 
AraĢdırmalarımıza  görə  366-cı  Alaydakı  hərbi  texnika  və  silahların  85%-i  ermənilərin  əlinə 
keçib.  Üstəlik,  Fransadan  göndərilən  142  ədəd  avtomat,  7  min  600  ədəd  güllə  ,  460  ədəd  bronijilet,  11  ton 
konservləĢdirilmiĢ  yemək,  min  iki  yüz  cüt  ayaqqabı  (altı  cür  ölçüdə),  146  ədəd  tapança...  ermənilərin 
istifadəsinə verildi. Amerikada istehsal olunmuĢ 149 ədəd ratsiya də ermənilərə paylanıldı. 
Fransa  senatı  isə  Xocalı  ilə  bağlı  heç  bir  məlumatın  olmamasından  gileyləndi  və  bütün  günahları 
Azərbaycanın Fransadakı diplomatik korpusunda gördü. 
 
2001-ci  ilin  fevral  ayının  14-də  bu  məlum  oldu  ki,  Fransada  «  Xocalı  faciəsini»  ermənilərin  faciəsi 
kimi  təbliğ  edib  tanıdıblar.  Bizim  səfarətxanaya  gəlincə,  onları  sadəcə  geri  çağırıb  ittiham  etməkdən  baĢqa... 
ayrı  heç  nə  qalmırdı.  Digər  tərəfdən,  erməni  diplomatı  O. Ter-Qriqoryan  1992-ci  ilin  aprel  ayında  Ġrəvanın 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
52 
Teatr meydanındakı çıxıĢında deyirdi: «Erməni təbliğatı Bakının diplomatik mərkəzlərində artıq özünə istənilən 
mövqeyi tutub...» (?) Bunun isə ətrafında düĢünmək lazım idi. 
Diplomatik  çıxıĢının  bir  yerində  isə  xatırladır  ki,  ermənilərlə  rusların  dostluğunun  sınmayan  sütunları 
var.  Diplomat  Ter-  Qriqoryan  deyirdi:  «...  Hələ  300  il  bundan  qabaq  ermənilər  I  Pyotrdan  xahiĢ  edirlər  ki, 
yadelli iĢğalçılara qarĢı vuruĢanda onlardan da istifadə etsinlər...» 
Əgər Moskvada (təkcə Ģəhərin özündə) 1959-cu ildə 18,4 min nəfər erməni var idisə, indi bu rəqəm 47 
min nəfərdir... RF-in xaricdəki diplomatik korpuslarında çalıĢan ermənilərin sayı 142 nəfərdir. Onların 59 nəfəri 
jurnalisti fəaliyyət göstərir... 
Sıravi əsgər Qriqori VoroĢilovun məlumatına görə, Xocalı ilə bağlı ermənilərin ruslarla əlaqələrinə dair 
sənədlərin  bir  qismi  1992-ci  il  mart  ayının  1-də  Zaqafqaziya  Hərbi  Dairəsinin  aviasiya  komandanı  general-
mayor S.LukaĢovun əmrilə yandırıldı. 
 
Polkovnik V.Savelyev xatırladır: 
...Ermənilər ruslara məxsus» 02-19-MM nömrəli «KAMAZ»la ərazidəki Azərbaycan meyitlərini yığıb 
Xocalıda tonqal  qurdular... Ġnsanın insana olan  nifrəti burada həddini aĢmıĢdı. Kim  yaratmıĢdı bunu, dərk  edə 
bilmirdim... Mən Sizə  ermənilərə qoĢularaq əsir alınmıĢ azərbaycanlıları sıraya düzərək tək-tək  məhv  edən  və 
bundan həzz alan rütbə sahiblərini tanıtmaq istəyirəm: 
l. Polkovnik B.Baymukov- arxa cəbhə üzrə polk komandirinin müavini. 
2. Polkovnik Ġ.V.Moiseyev- birinci batalyonun komandiri.  
3. Mayor S.Ġ.Ohanyan- ikinci batalyonun komandiri.  
4. Mayor E.A.Nabokix- üçüncü batalyonun komandiri.  
5. Mayor V.Ġ.Çitçiyan- birinci batalyonun qərargah rəisi  
6. Mayor V.Q.Hayriyan- polkun kəĢfiyyat rəisi.  
7. BaĢ leytenant O.V.Mirzaxayzarov- rota komandiri.  
8. BaĢ leytenant S.V.Xrinxua- kəĢfiyyat bölməsinin rəisi.  
9. BaĢ leytenant V.N.QarmaĢ- tank rotası komandiri.  
10. BaĢ leytenant N.T.Hakopyan- rota komandiri.  
11. BaĢ leytenant V.Ġ.Valilovski- rota komandiri.  
12. BaĢ leytenant A.B.Lısenko- bölmə komandiri. 
13. BaĢ leytenant V.A.Azarov- batereya komandiri.  
14. BaĢ leytenant Ġ.S.Abraimov- tank əleyhinə batereya komandiri. 
15. Leytenant O.V.Balezni- üçüncü tank rotasının komandiri.  
16. Leytenant A.V.Smakin- tank bölməsinin komandiri.  
17. Leytenant S.Ġ.Raçkovski- mühəndis-istehkam rotası komandiri. 
18. Leytenant V.Ġ.Bondaryev- kəĢfıyyat rəisinin müavini.  
19 Leytenant A.Ġ.Kulov- radio kimyəvi bölmənin rəisi (eləcə də 41 nəfər milliyətcə erməni olan kiçik 
rütbəli Ģəxslər)...»  
 
1992-ci  il  fevral  ayının 24-də saat 21
15
 dəqiqədə  general rütbəsi almıĢ  Y.Zarviqarov zabitlər önündə 
belə bir çıxıĢ  edir ki, regiondakı  müharibə torpaq  müharibəsi  yox, islamın xristianlığa qarĢı  müharibəsidir. O, 
çıxıĢında göstərirdi:  «... Dünyanın islam  ölkələrinin  nümayəndələri,  hərbi  müĢavirlər Bakıya(?)  yığıĢıblar ki, 
bizim  xaçı  necə  sındırıb,  əzsinlər...  Xristianlığa  qarĢı  bir  yürüĢ  var.  Bu  yürüĢdə  ya  dinimizi,  Ģərəfimizi 
qorumalıyıq, ya da Ģərəfsizliyi qəbul edib tabe olmalıyıq». 
Bütün  bunlar  V.Savelyevin  -  vicdanlı  rus  kəĢfiyyatçısının  «Məxfi  arayıĢı»  səriĢtəli,  haqsızlıqlarla 
barıĢmayan bir zabitin ən böyük etirafıdır. 
 
Nizami Zamanov, Rauf Əliyev, ġöhrət Səlimbəyli. Erməni terroru: Qarabağda müharibənin baĢlaması. 
Hadisələr...Faktlar...- Bakı: 2008, S. 337-350. 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
53 
 
Əsirlərin söylədikləri 
 
Səriyyə Müslümqızının "Xocalıya gedən  yol"  kitabında əsirlik  həyatı yaĢayanların bir qisminin baĢına 
gələn faciələr qələmə alınıb. Bu əsirlərin bəziləri erməni vəhĢiliklərindən danıĢa-danıĢa, psixoloji gərginliklərə 
dözməyərək həyatdan köçüblər. Kitabdan bəzi hissələri diqqətinizə çatdırırıq. 
 
"...O  müdhiĢ  gecə  Sədaqət  üç  azyaĢlı  övladını  itirdi.  Bacısı  Sara  və  üç  körpə  uĢağı  donub  öldülər. 
Sədaqətlə  Valeh  isə  yenicə  ailə  qurmuĢdular.  "Ağla,  qərənfil,  ağla"  Ģerini  söyləyən  Sədaqətin  o  gecə  əllərinə 
laxtalanmıĢ  qandan  xına  qoyuldu.  Və  qandallandı.  Valeh  isə  əsir  düĢdü.  Əsirlik  əzab-əziyyəti  gördü.  Valeh 
musiqiçi idi. Azərbaycan xalq mahnılarını çalar, biz isə tamaĢa edərdik. Valeh yanıqlı-yanıqlı danıĢır ki, əlimi 
qaz plitəsinə tutub yandırdılar ki, bir daha Qarabağ mahnısını çalmayım. 
 
"...ġərqiyə  xala  o  gecə  qızı  və  onun  azyaĢlı  uĢaqları  ilə  qaçıb  Cəfər  müəllimgilin  evində  gizlənib. 
Çarpayının  altına  girir  ki,  tapmasınlar.  Lakin  həyət  darvazası  sındırılır,  erməni  vəhĢiləri  evə  daxil  olur. 
Evdəkiləri  qabaqlarına  qatıb  Xankəndinə  aparıblar.  ġərqiyə  xala  deyir  ki,  yolda  iki  yaralı  əsgər  gördüm. 
BaĢlarından  və  üzlərindən  axan  qanla  palçıq  bir-birinə  qarıĢmıĢdı.  Erməni  vəhĢiləri  bizi  Xankəndindəki  əqli 
cəhətdən zəif  olan uĢaqların  məktəbində saxlayırdılar. 366-cı alayın  əsgərləri arasında zənci  və  ərəblər də  var 
idi". 
 
"...Ələsgər müəllim də bu əsirlərin sırasında idi. O qədər döyülmüĢdü  ki, tanınmaz hala düĢmüĢdü. O, axır 
dəqiqələrində belə həyat yoldaĢı ġəkibəni axtarırdı. "Görəsən, ġəkibə çıxa bildimi?" söyləyirdi". 
 
"...Müharibənin  od-alovundan  çıxan  əlil  Saleh  dayı,  oğulları  Novruz  və  Ziyadxan  və  nəvəsi  Mahir  Ģəhid 
oldular". 
"...Məleykə xala oğlu Mirzə və ElĢən əsir düĢdü. Mirzəyə qarĢı qəddarlıq edib, çox iĢgəncələr vermiĢdilər. 
ElĢən  söyləyir  ki,  fevralın  27-də  ermənilərdən  biri  məni  qaldırdı.  Dedi  ki,  Sumqayıtda  həlak  olanların  qəbri 
üstündə  baĢını  kəsəcəm.  Ölümcül  vəziyyətdə  olduğunu  görüb,  "sənin  kimisini  onların  qəbirləri  üstündə 
öldürməyə dəyməz. Elə ölü kimi bir Ģeysən" söylədi". 
 
"...Ziyadxan isə Xocalıda üç gün vuruĢub Ģəhid oldu". 
 
"...Ermənistandan  qovulan  Qəndab  ananın  ah-nalə  ilə  söylədiyinə  görə,  məhsəti  türkü  olan  polis  Əhmədi 
Xocalıya gələn magistral yolda "Ġsmayıl qurbanı kəsirik" deyib, baĢını bədənindən üzüblər. Bıçağın xırıltısı belə 
qulaqlarımdan getmir". 
 
"...Kərəm  dayı  Xocalıda  öldü.  Oğlu  Mehdi  ali  təhsilini  yarımçıq  qoyub.  doğma  ocağını  qorumağa 
qayıtmıĢdı. Mehdi də o dəhĢətli gecədə qətlə yetirildi". 
 
"...Övladları  öləndə  onları  kürəyinə  bağlayıb  gətirən  analar  da  oldu.  Bu  Nuridə  anadır.  Oğlu  Səxavətin 
meyitini gətirmiĢdi". 
 
Faciənin  qurbanları  çox  idi.  Əsir  düĢənlərdən  isə  bəziləri  beynəlxalq  hüquq  müdafiəçilərinin,  xarici  ölkə 
jurnalistlərinin  səyi  ilə  azad  olurdu.  Girovların  arasında  diri-diri  yandırılan,  baĢı  kəsilən,  gözü  çıxarılan,  əl-
qolunu itirənlər də var idi. Xocalı faciəsi oxĢarsız bir faciədir. 
 
Əsirlikdən azad  olunanların bir qismi  Azərbaycanın  hüquq  mühafizə  orqanlarına  verdikləri  izahatlarda bu 
vəhĢiliklərdən söhbət açırlar. 
 
"...Ələmdar Abbasov ifadəsinə bildirib ki, o və 150 nəfərə qədər Xocalı sakini mühasirədən çıxıb, Ağdama 
gedərkən pusquda duran  ermənilər onların bir hissəsini yerindəcə güllələyib, qalanlarını isə  həbs  edərək  girov 
götürüblər. Onu və Salahov Məhəmməd Əbdül  oğlunu dəyiĢdirmək adı  ilə Əsgəran rayonunun  milis Ģöbəsinə 
gətirib orada hər ikisini armaturla döyərək, iĢgəncələr verirdilər. ĠĢgəncələrdən Ələmdarın iki qabırğası və qolu 
sınıb. Salahov isə döyülməkdən, iĢgəncədən onun qolları üstündə ölmüĢdür". 
 

Azərbaycan Respublikası Prezidentinin ĠĢlər Ġdarəsi  
PREZĠDENT  KĠTABXANASI 
─────────────────────────────────────────────────────────────────────────────────── 
 
54 
"...Girovluqda  olmuĢ  Abbasov  Elbrus  Ələmdar  oğlu  ifadəsində  bildirib  ki,  əsirlik  müddətində  Artur  və 
Slavik  adlı  serjantlar  və  Feliks  adlı  leytenant  onları  dayanmadan  döyüblər.  Onlar  Xocalı  sakinləri  Novruzov 
Ələsgər Xanlar oğlunu və ġəliyev Elçin Vəkil oğlunu döyüb iĢgəncə verməklə öldürmüĢdülər". 
 
"...Hümbətov Əmir Səlim oğlu ifadəsində bildirir ki, gecə saat 00.04 radələrində onu Xocalıda "Armo" adlı 
dəstə əsir götürüb. Yaraqlılardan Sergey adlı erməni onun diĢlərini sındıraraq qızılını götürmüĢdü". 
 
"...Kərimova Elmira ġahmalı qızı bildirir ki, milis Ģöbəsinin rəisi Ağacanyan girov götürülmüĢ xocalılıları 
dindirməyə  aparmaq  adı  ilə  kiĢiləri  döyüb  qətlə  yetirir,  cavan  qızları  zorlayırdılar.  Ermənilər  onları  girov 
götürərkən üstlərində olan qızıl və zinət əĢyalarım götürüb ruslara verirdilər". 
 
"...Xocalı  Ģəhər  sakini  göstərmiĢdi  ki,  Xocalıda  onlara  atəĢ  açıb  girov  tutan  Lola  adlı  erməni  onun  qızıl 
diĢlərini çıxardıb." 
 
Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin