Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 388,71 Kb.
səhifə5/6
tarix04.12.2016
ölçüsü388,71 Kb.
#749
1   2   3   4   5   6

Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər və ideyaların əks olunması

Mus.VI.1. Şagird improvizasiyalı məşğələlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • eyni melodik hərəkətin major və minorunu səsləndirə bilirsə;

  • major və minor üç səslilikdə ritmik və intonasiyalı modelləri quraşdıra bilirsə;

  • müəllim və yaxud sinif yoldaşı tərəfindən başlanmış melodiyanı mahnı ilə tamamlaya, musiqi parçasına cavab verə bilirsə;

  • oktava çərçivələrində intervalları mahnı ilə oxuya bilirsə;

  • ona tanış olan mahnının başlanğıc intervalını müəyyənləşdirə bilirsə;

  • öyrəndiyi şeirə melodiya seçə/bəstələyə bilirsə;

  • verilmiş melodik parçanı müxtəlif pillələrdə (diatonik sekvensiya) oxuya bilirsə;

  • ona tanış olan iki və ya üçdə iki strukturlu melodiyaları əl çalma/taqqıltı və mahnı ilə təqdim edə bilirsə;

  • sinif yoldaşları ilə dəyişməklə əl çalmalarla ritmik kompozisiyalar yarada bilirsə;

  • uydurulmuş halda ifa olunan ritmik fiquru, harmonik ardıcıllığı mahnı ilə müxtəlif melodik səsə, ritmik fiqura oxşada bilirsə.

Mus.VI.2. Şagird mahnını tək və ya başqaları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sinif yoldaşları ilə birlikdə akkordları oxuya bilirsə;

  • xalq və klassik repertuardan bir və ikisəsli mahnıları təkbaşına, cüt halda, xorda oxuya bilirsə;

  • kanon tipli məşğələlərdə oxuya bilirsə;

  • musiqi əsərlərini ifa edərkən müxtəlif əksedici üsulları seçə və ondan istifadə edə bilirsə.

Mus.VI.3. Şagird onun üçün maraqlı olan əhval-ruhiyyəni, süjeti, mövzunu müəyyənləşdirə və çatdıra bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • konkret musiqi əsərlərinin sadə səhnələrinin /fraqmentinin əhval-ruhiyyəsini əks etdirmək məqsədi ilə başqaları ilə birlikdə oynaya bilirsə;

  • müəyyən əhval-ruhiyyəni pantomima ilə əks etdirə bilirsə;

  • özünün ifası barədə sinif yoldaşlarının fikrini dinləyirsə;

  • sinif yoldaşları tərəfindən ifa olunmuş teatr etüdlərini qiymətləndirirsə;

  • personajın xarakterini musiqi fraqmentinə uyğunlaşdıra bilirsə;

  • konkret hadisəni, süjeti ona tanış olan musiqi əsərləri ilə uyğunlaşdıra bilirsə və onu mümkün qədər improvizasiyalı mətndən istifadə etməklə oynaya bilirsə;

  • konkret musiqi parçalarının çalınması arasında səslənmə zamanı mətn dialoqu yarada bilirsə.

Mus.VI.4. Şagird musiqi əlifbasından istifadə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • notları skripkanın, basın açarlarında oxuya və yaza bilirsə;

  • alterasiya işarələrini oxuya və ondan istifadə edə bilirsə;

  • verilmiş ritmik parçanı əl çalma və taqqıltı ilə köçürə bilirsə;

  • əsərlərin, onun fraqmentlərinin köçürülməsi zamanı səhvlərə yol vermirsə;

  • kiçik formalı fortepiano əsərlərini/fraqmentlərini dinləyərkən not yazılarına göz yetirə bilirsə;

  • əsərləri öyrənərkən kompüter proqramları üzərində işləyərkən not sistemi biliyindən istifadə edirsə.

Mus.VI.5. Şagird özünün dərs fəaliyyətini idarə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dərs üçün lazımi musiqili, ədəbi və vizual materialı seçə bilirsə;

  • müxtəlif məsələni həll etmək üçün yerinə yetiriləsi işin ardıcıllığını planlaşdıra bilirsə;

  • dərsdən, məşqdən sonra musiqi alətlərini, audio-video aparatını, diskləri dəyişə bilirsə.

Mus.VI.6. Şagird başqaları ilə əməkdaşlıq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • qrupda işi, funksiya-vəzifələri bölə bilirsə;

  • qrupun üzvlərinin imkanlarını nəzərə alır və bundan istifadə edirsə;

  • konkret məsələnin həllində başqalarına kömək edirsə və lazım gəldikdə özü də kömək tələb edirsə;

  • mübahisə zamanı qrup üzvünün dəlillərini dinləyir və nəzərə alırsa;

  • özü və başqası tərəfindən icra olunmuş işi qiymətləndirə bilirsə.

İstiqamət: kommunikasiya və şərh

Mus.VI.7. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə və qiymətləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • dinlənilmiş əsərləri, onların fraqmentlərini tanıyırsa;

  • öz təəssüratını sözlə, yazılı şəkildə verə bilirsə;

  • ifaçıların tərkibini xarakterizə edirsə;

  • dinləmə zamanı tanış musiqi formalarını tanıya bilirsə;

  • konkret musiqi parçasını metr, alət, səs tembrləri, ahəngə əsasən xarakterizə edirsə;

  • musiqi əsərlərinin ifa olunması barədə mülahizə yürüdürsə;

  • tədbirləri tərtib edərkən tanış musiqi materialından istifadə edirsə.

Mus.VI.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • sinfin tamaşasında, karnavalında, məclisində iştirak edə bilirsə;

  • məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

  • görüş-axşamlara gedirsə: bəstəkarlarla, ifaçılarla;

  • sinif yoldaşları ilə birlikdə ictimai konsertdə, tamaşada iştirak edirsə;

  • sənətçilərin ev-muzeylərinə ekskursiyalara gedirsə;

  • viktorinada iştirak edir və onu aparırsa;

  • auditoriya qarşısında ifaçı, yaradıcı və ya konferansye rolunda çıxış edirsə;

  • bayramın musiqi tərtibatında aşağı sinif şagirdlərinə kömək edirsə.

Mus.VI.9. Şagird musiqinin/incəsənətin kommunikasiya vasitəsi olduğunu başa düşür və nümayiş etdirə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • dərk edir ki, musiqi insanlarla ünsiyyətdə ona kömək edir;

  • dərk edir ki, musiqini birlikdə dinləmək insanda oxşar duyğular oyadır;

  • əvvəlki dövrdə yaradılmış musiqi nömrələrinin/incəsənət nümunələrinin ona bu gün başa düşülən olduğu barədə söhbət apara bilir;

  • oxşar ideyalar əks olunmuş musiqi və incəsənətin digər sahələrinin nümunələrini yadına salır;

  • kinoda, teatrda, informasiya vasitələrində istifadə olunan musiqi barədə söhbət apara bilirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.VI.10. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini və nümayəndələrini tanıyır.

Nəticə göz önündədir, əgər şagird:



  • tanınmış musiqi əsərlərinin mövzusunu, ritmik şəklini müxtəlif üsullarla verir və onları dinləyərkən tanıyırsa;

  • bəstəkarların yaradıcılığı barədə danışa bilirsə;

  • tanınmış musiqiçiləri – ifaçıları müxtəlif xüsusiyyətlərə görə (səsin tembrinə, repertuara əsasən...) dinləyir və tanıyırsa;

  • onun üçün maraqlı olan əsərlər, bəstəkarlar, ifaçılar barədə əlavə informasiya toplaya bilirsə.

Mus.VI.11. Şagird musiqi əsərlərini bir-biri ilə fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • öyrəndiyi əsərləri bir-biri ilə müqayisə edirsə;

  • eyni janrın müxtəlif əsərlərini bir-biri ilə müqayisə edirsə və onların xarakterik əlamətləri (ehtimal olunan tərkib, solo çalğısı) barədə danışa bilirsə;

  • tanış musiqi formalarını xarakterizə edirsə;

  • xalq musiqisinin populyar nümunələrini Gürcüstanın guşələrinə əsasən fərqləndirə bilirsə;

  • bu və ya digər əsərin nəyə görə onun xoşuna gəldiyi barədə söhbət edirsə.

Mus.VI.12. Şagird müxtəlif tip ansamblı və orkestrin tərkibini tanıyırsa.

Nəticə göz önündədir, əgər şagird:



  • alətləri səslərin alınma qaydasına, materiala əsasən fərqləndirə və qruplaşdıra bilirsə;

  • musiqi alətlərinin, orkestrin, ifaçıların şəklini çəkə və gildən heykəllərini düzəldə bilirsə;

  • simfonik, kamera, nəfəsli, simli orkestrlərin tərkiblərini fərqləndirə bilirsə;

  • ansamblın müxtəlif tərkiblərini müzakirə edirsə.

Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

  • musiqi dilinin elementlərindən, musiqi alətlərindən istifadə etməklə;

  • səda, səslənmənin güclülüyü, ritm (ostinato, sinkopa, punktual ritm), temp, metr, registr, tembr, ahəng (major, minor), tonallıq, oktava çərçivələrində intervallar, diatonik sekvensiya.

Mahnı:

  • müşayiətlə və ondan kənar;

  • fərdi, ansamblda və xor şəklində;

  • Birsəsli, ikisəsli və sadə üçsəsli mahnılar, məsələn, “Şina Vorgil”, “Çonguri”, “İsa Məsih zühur etdi”, “Mravaljamier”, “Kilsə xoru”, “Sisinatela”, İ.Qurqulia – “Sakanela”, İ.Boboxidze – “Narın qar”, S.Sinsadze – “Torağay”, R.Lağidze – “Tbilisi haqqında mahnı”, V. Azaraşvili – “Dinamo”, C.Herman – “Hello, Dolly”, E. Di Kapua – “O Sole Mia”, L.Riç “Endless Love” və s.

Kompozisiya, tamaşa:

  • səhnələrin oynanılması;

  • başa çatdırılmış formada təqdimat.

Musiqi əlifbası:

  • alterasiya işarələrini tanımaq və ondan istifadə etmək;

  • musiqili fraqmentin üzünü köçürmək;

  • əsərlərin öyrənilməsi, kompüter proqramları üzrə işləmək, musiqi əsərlərini dinləmək zamanı musiqi yazılarından istifadə etmək.

Musiqi terminləri:

  • melodiya, ritm, uzunluq, pauza, ritm, temp, tembr, ahəng (major, minor),tonallıq, tonika, bərk, əyilən pillələr, kvint dairəsi;

  • dinamik nüanslar: Mezzo Forte, Mezzo Piano;

  • ifa üsulları: Stakato, Leqato;

  • bəstəkar, folklor, folklorçu, musiqişünas, pyes, konsert, məşq etmə,orkestr, dirijor, lotbar, regenet, mesa, solist, akkompanement, balet, korde-balet, balerina, balet rəqqası, baletmeystr, adaco, pa de de, teatr/opera/balet qrupu, pərdə/akt, antrakt, opera, ariya, ariozo, reçitativ, ansambl, duet, trio, kvartet, kvintet, janr;

  • orkestr (simfonik, kamera, nəfəsli, simli), qruplar.

Musiqi formaları:

  • Sadə üçhissəli, bənd formalı, rondo, variasiyalı.



Musiqini dinləmək:

  • fərqli dövrlərin tanınmış əsərlərinin dinlənilməsi, tanınması;

  • Gürcü xalq musiqisinin dinlənilməsi, tanınması.

Tədbirlər:

  • Sinif konserti;

  • sinfin tamaşası, karnaval, ziyafət, görüş-axşamlar;

  • viktorina;

  • ictimai konsertə, tamaşaya getmək, ev-muzeylərə ekskursiya.

Kontekstdə musiqi əsərlərinin dərk olunması:

  • əhval-ruhiyyənin tanınması, təəssüratlara şəriklik, öz imkanları barədə söhbət;

  • əsərlər və müəllif barədə informasiya – proqram (süjet, libretto), dövr, üslub, janr, tərcümeyi-hallar;

  • ifaçılar barədə informasiya.

Tövsiyə olunmuş dinləniləcək material:

  • Xalq mahnıları; Barokkonun, klassisizm, romantizm dövrlərinin, musiqi incəsənətinin nümunələrindən, gürcü bəstəkarlarının populyar əsərlərindən məsələn, “Dzinzğaro”, İmereti “Naduri”-si, meqrel “Odoya”-sı, Raca “Alilo”-su, Svaneti “Lile”-si; “İsa Məsih zühur etdi” kilsə xoru, “Qvantana Mera” Braziliya mahnısı; V. Dolidze –“Keto və Kote” operasından fraqmentlər, N. Qaqunia –“İqavi” instrumental ansamblı və solistləri üçün (fraqmentlər);İ. Kecağmadze –“Laşari yolunda” xoru üçün xor silsiləsindən A. Kalandadzenin sözlərinə yazılmış “Pşav təsvirləri”; V. Azaraşvili –kamera orkestri üçün “Noktyurn”; İ.S. Bax –Lya minor violino konserti; L. Bethoven –Simfoniya #5, I hissə; mövzu və altı variasiya, fa major; F. Şopen –Mazurka əs. 33 #2 , re major/əs. 24#2, do major, vals #7 do diyez minor; J. Bizze –uvertüra, Toreadorun misraları, “Karmen” operasından uşaq xoru; H. Berlioz –“Fantastik simfoniyadan ” parçalar; K. Sen-Sans –“İntroduksiya və Rondo Kapriçioz”; C. Verdi –“Riqoletto” operasından kvartet; V.A. Mosart -“Sehrli fleyta” operasından Papagenosun və Papagenasın dueti, gecə kraliçasının ariyası; A. Lerner , F. Lou –“Mənim gözəl ledim” müziklindən parçalar və s.

L Fəsli

Baza pilləsində fənn kompetensiyaları

VII Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya, Şərh

Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.VII.1. Şagird improvizasiyalı məşğələlərdə iştirak edə bilər.
Mus.VII.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.
Mus.VII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə müxtəlif tapşrıqları yerinə yetirə bilər.

Mus.VII.4. Şagird tədris layihəsində iştirak edə bilər.




Mus.VII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.
Mus.VII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.


Mus.VII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.

Mus.VII.8. Şagird musiqini, informasiya və kommunikasiya vasitəsi kimi dərk edir.

Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.VII.1. Şagird improvizasiyalı məşğələlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • melodik parçanı sekvensiv yerdəyişmə ilə oxuyursa;

  • müəllim və yaxud sinif yoldaşı tərəfindən başlanmış melodiyanı mahnı ilə tamamlaya, musiqi parçasına, ritmik fiqura cavab verə bilirsə;

  • öyrəndiyi şeirə melodiya seçə bilirsə;

  • sinif yoldaşları tərəfindən oxunan melodiyaya səsi ilə kömək edirsə.

Mus.VII.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • xalq və klassik repertuardan bir, iki və sadə üçsəsli mahnıları xor tərkibində oxuya bilirsə;

  • kanon tipli məşğələlərdə mahnılar oxuya bilirsə;

  • musiqi əsərlərini ifa edərkən müxtəlif əksedici üsulları seçə bilirsə;

  • musiqi əsərlərinin parçalarını/mahnıları ifa edir və not yazılarına əsaslana bilirsə.

Mus.VII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqili-bəstəkar proqramının müxtəlif imkanlarını (musiqinin köçülürlməsi, fakturanın, tembrin seçilməsi, ritmik müşayiət) tanıyırsa;

  • verilmiş tapşırığı yerinə yetirərkən nəzəri bilikdən (musiqi əlifbası, forma, harmoniya) istifadə edə bilirsə.

Mus.VII.4. Şagird tədris layihəsində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • nəzəri material axtarırsa, resurs yaradırsa;

  • konsertin, tamaşanın, tele/radio verilişinin hazırlanmasında, jurnalın tərtibatında iştirak edirsə;

  • layihənin təqdimatında iştirak edirsə.

İstiqamət: kommunikasiya, şərh

Mus.VII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqi əsərlərinin dinlənilməsi ilə yaranmış təəssüratlar barədə söhbət edirsə;

  • musiqi əsərlərinin janrlarını (opera, balet, simfoniya, instrumental konsert...),üslubunu (klassik, xalq və müasir) müəyyənləşdirə bilirsə;

  • dinləmə zamanı musiqinin təsviredici vasitələrini xarakterizə edirsə;

  • söhbət zamanı musiqi terminlərindən istifadə edə bilirsə;

  • dinləyərkən musiqi əsərlərini tanıya bilirsə.

Mus.VII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • Onun üçün maraqlı olan musiqi əsərlərini/ifaçıları/bəstəkarı seçə bilirsə;

  • Musiqi əsərlərinin, bəstəkarın, ifaçının barəsində informasiya toplaya və işləyib-hazırlaya bilirsə;

  • Axtarılıb-tapılmış informasiyanı, musiqi əsərləri barədə, bu və ya digər musiqi barədə öz təəssüratlarını sinif yoldaşlarına tanış edirsə.

İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.VII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:



  • eyni növ janrın müxtəlif əsərlərini müqayisə edirsə, onların səciyyəvi əlamətləri (ehtimal olunan tərkibi, solo çalğısı...) barədə söhbət edirsə;

  • eyni növ janrın müxtəlif əsərlərini müqayisə edirsə;

  • tanış musiqi formalarını xarakterizə edirsə;

  • xalq musiqisinin məşhur nümunələrini Gürcüstanın guşələrinə əsasən fərqləndirə bilirsə;

  • müxtəlif dialektin eyni janrlı xalq mahnılarını müqayisə edirsə;

  • bu və ya digər əsərin nəyə görə onun xoşuna gəldiyi barədə söhbət edirsə, musiqi terminologiyasından istifadə edirsə.

Mus.VII.8. Şagird musiqini informasiya və kommunikasiya vasitəsi kimi dərk edirsə.

Nəticə göz önündədir, əgər şagird:



  • musiqinin insan həyatında (kilsə xoru, layla, çoban tütəyi, mravaljamiyer...) rolu barədə mülahizə yürüdə bilirsə;

  • musiqinin insanlarla ünsiyyətdə ona kömək göstərdiyini dərk edirsə;

  • musiqinin birgə dinlənilməsi insanlarda oxşar hisslər oyatdığını bilirsə;

  • əvvəlki dövrdə yaradılmış musiqi əsərlərinin/incəsənət nümunələrinin ona bu gün də tanış olduğu barədə söhbət aparırsa;

  • musiqisi ilə tanış olduqdan sonra bu və ya digər mədəniyyət barədə nə başa düşdüyü haqqında mülahizə yürüdə bilirsə;

  • musiqinin başqa sahələrdə - kino, teatr, informasiya vasitələrində necə istifadə olunduğu barədə mülahizə yürüdə bilirsə.

Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

  • melodiyalar üçün mətnin dəyişdirilməsi/seçilməsi;

  • poetik mətnlər üçün musiqinin seçilməsi;

  • səsin uyğunlaşdırılması.

Mahnı:

  • xorda kanon tipli melodiyaların ifa olunması;

  • müşayiətlə və ondan kənar;

  • Gürcü və dünya xalq və peşəkar repertuarından birsəsli, ikisəsli və sadə üçsəsli mahnılar, məsələn, “Sisatura” (meqrelcə), “İmereti yol mahnısı”, “ İsa Məsih ölümdən zühur etdi” (sadə ahənglə), “Silent Night”, K.Sen-Sans - “Ave Maria” və s.



Musiqili-kompüter proqramları:

  • Print Musik, Song Writer, Note Pad, Logic, Cubase;

  • tapşırıqların yerinə yetirilməsi.

Layihələrdə iştirak etmə:

  • nəzəri materialın axtarılması, resursun yaradılması;

  • layihənin yaradılmasında və təqdimatında iştirak etmək.

Musiqi nəzəriyyəsi və tarix:

  • musiqi janrları (opera, balet, simfoniya, instrumental konsert...);

  • musiqi üslubları (klassik, xalq, müasir);

  • musiqi terminologiyası.

Tövsiyə olunmuş dinlənilən material:

  • Xalq mahnıları; Barokkonun, klassisizm, romantizm dövrlərinin, musiqi incəsənətinin nümunələrindən, gürcü bəstəkarlarının populyar əsərlərindən parçalar, məsələn, Quriyalı “Bizə sülh”, “Naduri”, Kartli-Kaxeti “Qışdır”, meqrelcə “Aba, ula” , “Müqəddəs Ninonun tropari”-si, Korsikanın ənənəvi mahnısı “Letter’a mamma/ Paghjella” . Tanti passi. ..”, Azərbaycan muğamı “Qarabağ şikəstəsi”; O. Taktakişvili –“Mindia” operasından fraqmentlər; Ş. Şvelidze –“Zviadauri” operasından simfoniya, I hissə; B. Kvernadze –“Fantaziya rəqsi” orkestri, Q. Qançeli –kino musiqi; İ.S. Bax –italyan konserti, V.A. Mosart –“Rekviem”, L. Bethoven –fortepiano sonatası # 8, violino və orkestr üçün konsert; F. Şubert –“Yarımçıq simfoniya”, P. Çaykovski –IV simfoniya, IV hissə; C. Verdi –“Traviata” operasından parçalar, R. Vaqner –“Tanhoizer” operası üçün uvertüra, F. List –Macar rapsodiyası # 2, 6; A. Dvorjak –çello və orkestr üçün konsert; M. Ravelli –“Bolero”, C. Puçini –“Turandot” operasından kalafi ariyası; İ. Ksenakis –“Metastasis”; J. Lacalle -Amapola, H. Ashman/A. Menken –Under The Sea, J. Livingston –R.Evans –Mona Lisa, L. Bart –“Oliver” müziklindən parça, Michael Jackson –Billy Jean, Metallica –Enter Sandman və s.

VIII Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-vərdişlər

Kommunikasiya,

Şərh


Kontekstdə musiqi nümunələrinin dərk edilməsi

Mus.VIII.1. Şagird improvizasiya prosesində iştirak edə bilər.

Mus.VIII.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.

Mus.VIII.3. Şagird musiqili-kompüter proqramlarından istifadə etməklə müxtəlif tapşırıqları yerinə yetirə bilər.
Mus.VIII.4. Şagird dərs layihəsində iştirak edə bilər.


Mus.VIII.5. Şagird musiqi əsərlərinin təhlilində iştirak edə bilər.

Mus.VIII.6. Şagird musiqi incəsənətinin nümunələrini və ya musiqi yaradıcılığını sinif yoldaşlarına tanış edə bilər.


Mus.VIII.7. Şagird gürcü və dünya musiqi incəsənətinin tanınmış nümunələrini tanıyır və onları xarakterizə edə bilir.


Mus.VIII.8. Şagird musiqini informasiya və kommunikasiya vasitəsi kimi dərk edirsə.


Ilin sonunda nail olunacaq nəticələr və onların indikatorları

İstiqamət: praktiki qabiliyyət-vərdişlər

Mus.VIII.1. Şagird improvizasiya prosesində iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • melodik parçanı sekvensiv yerdəyişmə ilə oxuyursa;

  • müəllim və yaxud sinif yoldaşı tərəfindən başlanmış melodiyanı mahnı ilə tamamlaya, musiqi parçasına, ritmik fiqura cavab verə bilirsə;

  • öyrəndiyi şeirə melodiya seçə bilirsə;

  • sinif yoldaşları tərəfindən oxunan melodiyaya öz səsini uyğunlaşdıra bilirsə.

Mus.VIII.2. Şagird mahnını sinif yoldaşları ilə birlikdə oxuya bilər.

Nəticə göz önündədir, əgər şagird:



  • xalq və klassik repertuarından iki və üçsəsli mahnıları xor tərkibində oxuya bilirsə;

  • kanon tipli çalışmaları, mahnıları oxuya bilirsə;

  • musiqi əsərlərini ifa edərkən müxtəlif təsviri üsulları seçə bilirsə;

  • musiqi əsərlərinin fraqmentlərini/mahnıları ifa edir və not yazılarına əsaslana bilirsə.

Yüklə 388,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin