Mus.VI.11. Şagird musiqi əsərlərini bir-biri ilə fərqləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:
öyrəndiyi əsərləri bir-biri ilə müqayisə edirsə;
eyni janrın müxtəlif əsərlərini bir-biri ilə müqayisə edirsə və onların xarakterik əlamətləri (ehtimal olunan tərkib, solo çalğısı) barədə danışa bilirsə;
tanış musiqi formalarını xarakterizə edirsə;
xalq musiqisinin populyar nümunələrini Gürcüstanın guşələrinə əsasən fərqləndirə bilirsə;
bu və ya digər əsərin nəyə görə onun xoşuna gəldiyi barədə söhbət edirsə.