Xəstəxanaxarici pnevmaniya



Yüklə 215,5 Kb.
səhifə3/17
tarix26.12.2016
ölçüsü215,5 Kb.
#3604
1   2   3   4   5   6   7   8   9   ...   17
nəzarətinin olmağı

Xəstəxanadankənar pnevmoniyanın stasionar müalicəsinin üstünlüyü məsələsinə, həmçinin aşağıdakı hallarda baxıla bilər: başlanğıc antibakterial terapiyanın effektsizliyi bütün göstərişlərinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü, yaşın 60-dan yuxarı olması; yanaşı xəstəliklərin olması (xroniki bronxit/AXOX, bronxoektazlar, bədxassəli şişlər, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, durğunluq ürək çatışmazlığı, xroniki alkokolizm, narkomaniya, bədən kütləsinin kəskin defisiti, serebrovaskulyar xəstəliklər)

Xəstəxanadankənar pnevmoniyanın ağır gedişinin İTŞ-ə təxirəsalınmaz hospitalizasiya tələb edən kriteriyaları aşağıdakılar hesab olunur:


  • Taxipnoe > 30/ dəqiqə;

  • Sistolik AT < 90 mm. civə süt.;

  • Ikitərəfli və ya çoxpaylı pnevmonik infiltrasiya;

  • Ağ ciyərlərdəki ocaqlı-infiltrativ dəyişikliklərin sürətli proqressivləşməsi;

  • Septik şok və ya vasopressorların istifadəsinə tələbat ;

  • Kəskin böyrək çatışmazlığı

Yuxarıda sadalanan meyarlardan hər hansı birinin olması pasiyentin İTŞ—təxirə salınmadan hospitalizasiyasını tələb edir.

Xəstəxanadankənar pnevmoniyalı pasiyentlərin vəziyyətinin ağırlıq dərəcəsini qiymətləndirmək və proqnozu müəyyən etmək üçün bir neçə əsas şkalalar mövcuddur. Şkalalardan istifadə etmək klinik nöqteyi-nəzərdən vacib hesab olunur, belə ki, prosesin gedişinin ağırlığı və bu xəstəliyi olan konkret pasiyentin proqnozu barədə kifayət qədər böyük dəqiqliklə fikir söyləməyə imkan verir.




Yüklə 215,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin