§7. Süxurun yaşının təsiri.
Süxurun yaşına başqa faktorlardan
ayrılıqda baxmaq ehtimalı daha mürəkkəb hesab olunur. Eyni yaş
qrupuna mənsub olan eyni tərkibli süxurlar eyni xassəyə malik
deyillər. Buna görə də eyni cinsli strukturlarda süxurun əmələ gəlmə
tarixini və yerləşdiyi yeri nəzərə almaq lazımdır. Süxurun yaşının
dəyişməsi ilə məsaməlilik artır, yaxud azalır, həmçinin çatlıq, bəzən
downloaded from KitabYurdu.org
59
də süxuru təşkil edən mineralın tərkibcə miqdarı dəyişir. Qədim
süxurlarda metamorfikləşmə əlamətləri əmələ gəlir. Bütün bunların
hamısı dolayıda olsa süxurun fiziki xassələrinə təsir edir. Deyilənlərə
baxmayaraq müxtəlif yaşlı çökmə süxurları uzununa dalğaların
dəyişməsinin qanunauyğunluğunu müqayisə etmək əhəmiyyət kəsb
edir. Bu məqsədlə təcrübə üçün materiallar 3-4 kbar təzyiqdə
Azərbaycandan götürülmüş çökmə süxurlarda aparılmışdır.
Nümunələr neogen və alt təbaşir çökmə süxurlarıdır. Aparılan
tədqiqatlargöstərir ki, süxurların fiziki parametrləri süxurun yaşı
artdıqca artır. 4 kbar təzyiqində sürətin qiyməti ilə yaşı arasında olan
fərq aydın görünür (Şək.18,19). Böyük təziqlərdə sürətin qiyməti
Azərbaycan və Karpatyanı ərazidən götürülən süxurlarda eynidir,
ancaq aşağı təzyiqlərdə sürətin qiyməti Azərbaycandan olan
süxurlardan kiçikdir. Bunu sıxlıq üçündə demək olar. Bunu
Azərbaycan süxurlarının Karpatyanı süxurlardan cavan olması ilə
izah etmək olur.
Şəkil 18.
Üçüncü dövr qum
Şəkil 19.
Təbaşir dövr üçun qum daş
daşlarında uzununa dalğaların
.
larında uzununa dalğaların sürətinin
sürətinin təzyiqdən asılı olaraq təzyiqdən asılı olaraq dəyişməsinin
yerləşdiyi oblast; bütöv xətlə yerləşdiyi oblast.1-Karpat yanı; 2-
Azərbaycandan götürülmüş Azərbaycan; 3-Krım(Volaroviçə görə
qum daşları, qırıq xətlə isə
Pribaltikadan götürmüş nümunələr).
downloaded from KitabYurdu.org
|